Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-449/2025 26.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1978-ci ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 1(010)-195/2025 saylı hökmü ilə 02 il 09 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu olan, məhkumkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, nömrəsiz evdə yaşamış, 05 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 07 may 2025-ci il tarixdə Suraxanı RPİ-nin MSY-də həbsdən azad edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, 4(010)-141/2025 saylı qərarı ilə barəsində əvvəli 08 may 2025-ci il tarixdən hesablamaqla, 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş, 06 avqust 2025-ci il tarixli Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbsdə saxlanılma müddəti məhkəmənin hazırlıq iclasının yekun qərarı qəbul edilənədək dəyişdirilmədən qüvvəsində saxlanılmış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-heroini və psixotrop maddəmetamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd şəffaf sellofan bükümdə xeyli miqdarda ümumi təmiz çəkisi 0,325 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini və 01 ədəd şəffaf sellofan bükümdə və 03 ədəd siqaretin kağızına bükülmüş bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,044 qram, 0,043 qram, 0,055 qram və 0,087 qram ümumi təmiz çəkisi 0,229 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib, üzərində saxlamaqla daşımış və Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində 05 may 2025-ci il tarixdə, saat 20:16-da psixotrop maddələrin və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zeytun sovxozu, Zeytun qəbiristanlığı adlanan ərazidə saxlanılaraq orada videoçəkiliş keçirilməklə, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibində həmin 01 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində 0,325 qram, xeyli miqdarda, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, 01 ədəd şəffaf sellofanda və 03 ədəd siqaretin kağızına bükülmüş bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,044 qram, 0,043 qram, 0,055 qram, və 0,087 qram olmaqla, ümumi təmiz çəkisi 0,229 qram, xeyli miqdarda olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək və ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Təxminən 5-6 ildir ki, aradabir narkotik vasitə-heroin və psixotrop maddə “patı” kimi tanıdığı metamfetamindən istifadə edir. Narkotik vasitəni və psixotrop maddəni Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə 05 may 2025-ci il tarixdə, təxminən saat 11:00 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Neftçilər metrostansiyasının yaxınlığında piyada keçib gedərkən orada bir nəfər tanımadığı şəxslə rastlaşmış, həmin şəxsin xarici görünüşündən onun narkotik vasitə qəbul edən olduğunu bilmişdir. Həmin şəxsə yaxınlaşıb psixotrop maddə-metamfetamin və narkotik vasitə-heroin qəbul etdiyini ona bildirmiş, ehtiyacı olduğunu deyib ondan bir büküm psixotrop maddə-metamfetamin və 4-5 büküm narkotik vasitə-heroin istəmişdir. Həmin şəxs bir büküm metamfetamini və dörd büküm narkotik vasitə olan heroini ona cəmi 50 manata təklif etmişdir. Bundan sonra, həmin şəxslə razılaşaraq ona 50 manat pul vermiş və həmin şəxs ona bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş arasında psixotrop maddə olan metamfetamin, bir ədəd şəffaf rəngli sellofan kəsiyinə və üç ədəd siqaret kağızına bükülmüş arasında narkotik vasitə olan heroin bükümlərini vermişdir. Həmin bükümləri açıb hər birinin arasına baxmış və bir bükümdə psixotrop maddəmetamfetamin, digər dörd bükümdə isə heroin olduğuna əmin olduqdan sonra, həmin bükümləri əynində olan gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Həmin şəxs psixotrop maddəni və narkotik vasitələri ona satandan dərhal sonra orada dayanmamış və uzaqlaşıb gedərək gözdən itmişdir. Bundan sonra, həmin ərazidən uzaqlaşıb şəxsi işlərinin ardınca getmişdir. Həmin gün, yəni 05 may 2025-ci il tarixdə, saat 20:15 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində Zeytun sovxozu Zeytun qəbirstanlığının qarşısından piyada keçib evinə gedən zaman bir avtomobil onun yanında saxlamış və içərisindən üç nəfər mülki geyimdə olan şəxslər düşüb ona yaxınlaşıb özlərini təqdim edərək Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları olduqlarını bildirib onun ad və soyadını soruşmuşlar. O, da özünü onlara təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin vaxt polis əməkdaşlarından biri mobil telefon vasitəsilə videoçəkiliş aparmışdır. Polis əməkdaşları özlərini ona təqdim edəndən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirməli olduqlarını deyərək üstündə qanunla dövriyyəsi qadağan olunmuş maddə, predmet və ya narkotik vasitə olub-olmadığını soruşmuş, olduğu halda, onlara təqdim etməsini bildirmişlər. Həmin vaxt onlara üzərində psixotrop maddəmetamfetamin və narkotik vasitə-heroin olduğunu bidirib əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş arasında psixotrop maddə olan metamfetamini, 01 ədəd şəffaf rəngli sellofana və 03 ədəd siqaret kağızına bükülmüş aralarında narkotik vasitə olan heroin bükümlərini təqdim etmişdir. Həmin bükümlərdə psixotrop maddə-metamfetamin və narkotik vasitə-heroin olduğunu bildirmişdir. Polis əməkdaşları həmin bükümləri ondan alıb hər birini açıb baxdıqdan sonra həmin bükümləri arasında olan kütlə ilə birlikdə zərfə qoyub qablaşdırmış, daha sonra zərfin üzərini DİN-nin ştamp əksi ilə möhürləmişlər. Bundan sonra, polis əməkdaşları ilə birlikdə həmin zərfin üzərinə imza etmişdir. Polis əməkdaşları üstünə baxış keçirən zaman əynində olan gödəkçəsinin sol yan cibində saxladığı bir ədəd “Samsung A24” markalı mobil telefonu da cibindən çıxarıb onlara təqdim etmişdir. Sonra, polis əməkdaşları həmin mobil telefonu qabından çıxarıb arxasına baxmış və orada saxladığı bir ədəd 5 (beş) manat pulu götürüb onun özünə qaytarmış, telefonu isə zərfə qoyub qablaşdırıb götürmüşlər. Baxış zamanı üstündən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşları onun üstünə baxış keçirib qutardıqdan sonra, onu Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə aparmışlar. Xidməti otaqların birində özünü şöbənin təhqiqatçısı kimi təqdim edən Sənan Süleymanlı onun üzərindən götürülmüş və zərfə qoyularaq qablaşdırılmış psixotrop maddəyə və narkotik vasitəyə onun və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirmiş, eləcə də, polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə keçirilən baxışın videogörüntüləri olan diski kompüterə salıb orada olan görüntülərə baxış keçirmiş və sonra, bu barədə protokol tərtib etmişdir. İştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Bundan sonra, təhqiqatçı Sənan Süleymanlı üzərində qanunsuz olaraq psixotrop maddəni saxlamaqda və gəzdirilməsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulduğunu ona deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini elan edib bu barədə yazılı bildiriş vermişdir. Həmin vaxt ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə, dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş və Bakı şəhəri 9 saylı vəkil bürosundan Müdafiəçi onun hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Bundan sonra, təhqiqatçı onun izahatını almışdır. Polis əməkdaşları ona yaxınlaşan vaxt və üzərinə şəxsi axtarış aparılan zaman ona qarşı heç bir fiziki güc və ya zor tətbiq etmədiklərini bildirmişdir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, lakin narkotik vasitələrdən və psixotrop maddə-metamfetamindən arabir istifadə etmişdir. Baxış zamanı əynində olan göy rəngli gödəkçənin sağ sağ yan cibindən aşkar edilərək götürülmüş 02 ədəd şəffaf rəngli sellofan bükümün birində psixotrop maddə metamfetamin, birində isə narkotik vasitə heroin, 03 ədəd siqaret kağızındakı bükümlərdə isə narkotik vasitə-heroin olduğunu, həmin psixotrop maddəni və narkotik vasitələri özü istifadə etməsi üçün üstündə saxladığını, 5-10 günlük istifadəsi üçün çatacağını bildirmişdir. Şəxsi axtarış zamanı əynində olan paltarlar onun özünə məxsus olmuşdur. Psixotrop maddəni və narkotik vasitəni ona satan şəxsi tanımadığını, onun ad və soyadını, harada yaşadığını və nə işlə məşğul olduğunu bilmədiyini demişdir. Həmin şəxsi ilk dəfə 05 may 2025-ci il tarixdə, Bakı şəhəri, Nizami rayonunda, Neftçilər metrostansiyasının yaxınlığında görmüşdür. Şəxsi axtarış zamanı üstündən aşkar edilən “Samsung A24” markalı mobil telefonun və həmin telefonun üzərində olan ***-***-**-** nar mobil nömrəsinin onun özünə məxsus olduğunu və özü istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, 4-5 ildir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitənin heroin, psixotrop maddənin isə metamfetamin növündən istifadə etmişdir. Üzərindən aşkar edilmiş metamfetamin və heroin özünə məxsus idi. Polis İdarəsində olduğu müddətdə ona qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Narkotik vasitəni aldığı şəxsi tanımır, ona yaxınlaşmış, ağrıları olduğunu və narkotik vasitə almaq istədiyini bildirmişdir. Narkomaniya xəstəliyi ilə bağlı könüllü olaraq stasionar müalicə almışdır. ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə etmişdir. Sonda isə 2 uşağının olmasını və törətdiyi əməldən peşman olmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, 05 may 2025-ci il tarixdə, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələri qəbul etməsi, saxlaması, qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində, Zeytun soxozu Zeytun qəbirstanlığında üstündə narkotik vasitə olması barədə məlumat almışdır. O, həmin məlumatı dərhal şöbənin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin müvəkkili, polis leytenantı Şahid2 və Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid3 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozunda yerləşən qəbiristanlığın qarşısına getmişdir. Həmin vaxt idarə etdikləri avtomobil ilə qəbiristanlığın qarşısından keçən zaman saat 20:16-da qəbiristanlığın qarşısında piyada hərəkət edən Təqsirləndirilən şəxs görüb avtomobili onun yanında saxlayıb avtomobildən düşüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib orada videoçəkilişlə üzərinə baxış keçirəcəklərini bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs özünü onlara təqdim etdikdən sonra onun üzərinə baxış keçirmişlər. Baxış keçirilməmişdən əvvəl, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş predmet, əşya, narkotik vasitə və ya psixotrop maddə olduğu halda, təqdim etməsini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu ona bildirmiş və əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü içərisində psixotrop maddə olan metamfetamini, bir ədəd şəffaf rəngli sellofan kəsiyinə yaxılmış vəziyyətdə olan narkotik vasitə-heroinə bənzər maddəni və üç ədəd siqaretin kağızına bükülmüş hər birinin arasında narkotik vasitə-heroinə bənzər maddələr olan bükümləri çıxarıb onlara təqdim etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş və üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan bir ədəd “Samsung” markalı mobil telefonu araşdırma zərurəti ilə əlaqədar olaraq zərfə qoyaraq qablaşdırıb götürmüşdür. Təqsirləndirilən şəxs həmin 01 ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə-metamfetamin olduğunu, bir ədəd şəffaf rəngli sellofan kəsiyi arasında isə yaxılmış vəziyyətdə olan və üç ədəd siqaret kağızı bükümlərində narkotik vasitə-heroin olduğunu, həmin narkotik vasitələri və psixotrop maddəni 05 may 2025-ci il tarixdə, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Neftçilər metrostansiyasının yaxınlığında tanımadığı bir nəfər şəxsdən 50 manata aldığını və özü istifadə etmək üçün üstündə saxladığını onlara bildirmişdir. Bundan sonra aşkar edilmiş maddi sübutları və Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin inzibati binasına apardıqlarını və rəhbərliyə məruzə edildikdən sonra təhqiqatçı Sənan Süleymanlıya təhvil verdiklərini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri elan olunduqdan sonra, müdafiəçi ilə təmin edilmişdir. O, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni harada və kimlərdən əldə etməsini müəyyən etmək məqsədilə bir sıra əməliyyat axtarış tədbirlərinin keçirildiyini, lakin heç bir müsbət nəticə əldə edilmədiyini bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar tərəfindən təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Şübhəli şəxs qismində tutulan zaman şəxsin bədənində hər hansı xəsarəti olmamışdır. Təqsirləndirilən şəxsə yaxınlaşdıqları zaman o tək olmuşdur. Təqsirləndirilən şəxsin üzərindən 01 bükümdə psixotrop maddə-metamfetamin aşkar edilmişdir. Mobil telefondan başqa hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs psixotrop maddəni tanımadığı şəxsdən aldığını bildirdiyi üçün mənbə müəyyən edilə bilməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat qrupunun rəhbəri o, üzvləri isə Şahid2 və Şahid3 idi. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş mobil telefona baxış keçirilməmiş, qablaşdırılaraq təhvil verilmişdir. İş üzrə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkilli, polis leytenantı Şahid2 və Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid3 da ibtidai istintaqda verdikləri ifadələrini təsdiq etmiş, eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişlər. Şahid2 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin bədəni üzərində xəsarətlər yox idi. Ona qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni Nefçilər metrostansiyasının yaxınlığından tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Onun üzərindən tərəzi aşkar edilməmişdir. Təqsirləndirilən şəxsə ilkin olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan olunduğu barədə məlumatı yoxdur. Şahid3 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitədən başqa əşya aşkar edilib-edilməməsini xatırlamır, deyəsən mobil telefon aşkar edilmişdi. Təqsirləndirilən şəxsə yaxınlaşdıqları zaman o tək olmuş, ona qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 250100247 nömrəli cinayət işi 15 aprel 2025-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 05 may 2025-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. (iş.v. 7-8) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, 5(010)-306/2025 saylı qərarı ilə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş 05 may 2025-ci il tarixli təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qanuni hesab edilmişdir. Məhkəmə iclasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi və təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə barədə olan 02 ədəd diskə baxış keçirilərək tədqiq edilmişdir. 05 may 2025-ci il tarixli, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə və ya yaşayış yerinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs (saxlanılan şəxs) 05 may 2025-ci il tarixdə, saat 20:16-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu, Zeytun qəbirstanlığında yaxalanmışdır. Yaxalanmış Təqsirləndirilən şəxs yaxalanmasının səbəbləri barədə məlumat verilməklə ona tutulduğu andan müdafiəçiyə malik olmaq hüququ izah edilmiş, müdafiəçisinin olmadığını (və ya olduğunu), həmçinin müdafiəçi ilə təmin edilməsini tələb etmədiyini (və ya etdiyini) bildirmişdir. Yaxalanmış Təqsirləndirilən şəxs saxladığı hər hansı qanunsuz əşyanı təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisindən psixotrop maddə-metamfetaminə oxşar maddə, 01 ədəd şəffaf rəngli sellofana yaxılmış heroinə bənzər maddə və 3 ədəd siqaret kağıza bükülmüş içərsində heroinə oxşar maddə təqdim etmiş və Neftçilər metrosunun yaxınlığında tanımadığı şəxsdən 50 manata özü üçün əldə etdiyini bildirmişdir. Həmçinin baxış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefon götürülərək qablaşdırılmışdır. Yaxalanmış Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərsindən psixotrop maddə-metamfetaminə oxşar maddə elektron tərəzidə ölçülərkən 0,47 qram, 01 ədəd şəffaf rəngli sellofana yaxılmış heroinə bənzər maddə 0,19 qram, 3 ədəd siqaret kağızına bükülmüş içərisində heroinə oxşar maddənin müvafiq olaraq 0,18 qram, 0,15 qram, və 0,15 qram çəkidə olması müəyyən edilmişdir. (iş.v. 11-12) “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” 05 may 2025-ci il tarixli protokoldan görünür ki, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlaması, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində üzərində gizlətməsində şübhəli bilindiyi üçün, 05 may 2025-ci il tarixdə, saat 20:16 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu, Zeytun qəbiristanlığında üstü yoxlanılmış, üzərindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə-metamfetaminə oxşar maddə, 01 ədəd şəffaf rəngli sellofana yaxılmış heroinə oxşar maddə və 03 ədəd siqaret kağızına bükülmüş içərisində heroinə oxşar maddə aşkar edilmişdir. Həmin kütlələr 01 ədəd ağ rəngli zərfdə qablaşdırılmış, həmçinin 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefon aşkar edilərək 01 ədəd ağ rəngli zərfdə qablaşdırılmış və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunaraq aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 01 (bir) ədəd ağ rəngli kağıza bükülmüş bükümlərə, 01 ədəd ağ rəngli zərfin içərsində olan qara rəngli “Samsung” markalı mobil telefona və DVD-yə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazılı zərfdən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisindən psixotrop maddə metamfetaminə oxşar maddə, 01 ədəd şəffaf rəngli sellofana yaxılmış heroinə oxşar maddə və 03 ədəd siqaret kağızına bükülmüş içərsində heroinə oxşar maddə, digər yazılı zərfdən isə qara rəngli “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Sonra həmin maddələr və mobil telefona baxış keçirilərək yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 01 ədəd DVD-yə kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan metamfetamin və heroinə bənzər maddənin, mobil telefonun aşkar olunması, Təqsirləndirilən şəxs ondan psixotrop və narkotik maddə, həmçinin 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefon aşkar olunması barədə bildirməsi əksini tapmışdır. (iş.v. 15) Məhkəmə fiziki-kimyəvi ekspertizasının 06 may 2025-ci il tarixli, 6/1697 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksləri olan “1 Şahid2 “imza”; 2 Şahid3 “imza”; 2 Təqsirləndirilən şəxs “imza”; 4 X5 “imza” “ yazıları qeyd edilmiş zərfdəki: -01 ədəd bükümdə içərisində təmiz çəkisi 0,325 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. -04 (dörd) ədəd bükümdə içərisində ayrı-ayrılıqda təmiz çəkiləri -0,044 qram, 0,043 qram, 0,055 qram və 0,087 qram olan, ümumi təmiz çəkisi 0,229 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ekspertiza xərci 89 (səksən doqquz) manat təşkil etmişdir. Qeyd: 1) Metamfetaminin təmiz çəkisi – 0,325 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq – 0,275 qram. 1) Heroinin ümumi təmiz çəkisi – 0,229 qram, tədqiqata sərf edildi - 0,080 qram (hər obyektdən 0,020 qram olmaqla), qalıq – 0,149 qram. (iş.v. 43-45) 08 may 2025-ci il tarixli, “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respubolikası CM-in 234.1-ci maddəsindən həmin Məcəlləninn 234.2-ci maddəsinə tövsif edilmişdir. (iş.v. 67-68) 08 may 2025-ci il tarixli, “vəsatətin təmin edilmədən rədd edilməsi haqqında” qərardan görünür ki, X4 ona elan olunmuş yeni ittiham üzrə özünü təqsirli bilməməsi vəsatət kimi qiymətləndirilmiş və təmin edilməmişdir. (iş.v. 83-84) 02 iyun 2025-ci il tarixli, “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, mobil telefon ümumilikdə görünüşünə görə istifadəyə yararlı vəziyyətdədir. Bundan sonra, mobil telefonu açıb menyu bölməsinə daxil olduqdan sonra ilkin olaraq ismarıc qutusuna baxış keçirilmişdir. Baxış zamanı ismarıc qutusunda hər hansı bir məlumat olan yazışma aşkar edilməmişdir. Bundan sonra, mobil telefonda olan “Whatsapp” tətbiqinə baxış keçirilmişdir. Baxış zamanı "Whatsapp” tətbiqində müxtəlif nömrələr arasında müxtəlif yazılı məzmunlu ismarıclar olsa da, istintaq üçün əhəmiyyətli ola biləcək ismarıclar müəyyən edilməmişdir. Bundan sonra, mobil telefonun fotoşəkillər olan bölməsinə baxış keçirilən zaman fotoşəkil bölməsində müxtəlif fotoşəkilər olsa da istintaq üçün əhəmiyyətli ola biləcək başqa ismarıclar müəyyən edilməmişdir. (iş.v. 129-130) Məhkəmə ambulator narkoloji ekspertizasının 13 iyun 2025-ci il tarixli, 3558 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (iş.v. 138-139) Məhkəmə ambulator psixiatrik ekspertizasının 30 may 2025-ci il tarixli, 1719 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmə iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (iş.v. 147-148) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 5(010)-430/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs psixotrop maddənin və narkotik vasitələrin kimlərdən almasını dəqiqləşdirmək məqsədilə 15 aprel 2025-ci il tarixdən 06 may 2025-ci il tarixədək onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə giriş və çıxış zənglərinin, nömrənin sahibinin adı, soyadı və ünvanı göstərilməklə siyahısının, nömrənin antenalarının, həmin nömrədən göndərilən və daxil olan SMS-lərin "xxxx" MMC-dən ələ keçirilməsi qərara alınmışdır. (iş.v. 153-155) Suraxanı RPİ-nin İŞ-nin 24 iyun 2025-ci il tarixli əməliyyat tapşırığına Suraxanı RPİ-nin 30-cu polis şöbəsi tərəfindən ünvanlanan 09 iyul 2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 05 may 2025-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu, Zeytun qəbiristanlığının qarşısında saxlanılaraq üstünə keçirilən şəxsi axtarış zamanı onun üstündən aşkar edilərək götürülmüş xeyli miqdarda 0,325 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini və 0,229 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-heroini harada, nə vaxt və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddəmetamfetamini və narkotik vasitə-heroini şəxsi istifadəsi üçün əldə etdiyi müəyyən edilmiş, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. (iş.v. 136-137, 156) 15 iyul 2025-ci il tarixli, “telefon məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən 15 aprel 2025-ci il tarixdən 05 may 2025-ci il tarixə kimi müxtəlif vaxtlarda müxtəlif antenlər vasitəsi ilə fərqli müddətlərdə danışıqlar aparılmış, lakin heç bir sms yazışmaları müəyyən edilməmişdir. Müəyyən olunmuşdur ki, ***-***-**-** saylı mobil nömrənin əhatə dairəsini müəyyən edən anten məlumatına əsasən 05 may 2025ci il tarixdə, saat 20:10:56-dan etibarən Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun Sovxozu ərazisində olmuşdur. (iş.v. 163) 15 iyul 2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. İş üzrə əhəmiyyət kəsb etdiyindən 05 may 2025-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında qeydə alınmış videogörüntünün olduğu 01 ədəd «DVD» disk sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyindən 05 may 2025-ci il tarixli Təqsirləndirilən şəxs 30-cu polis şöbəsinə aparıldıqdan sonra, təhqiqatçı X3 tərəfindən təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 01 ədəd «DVD» disk sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyindən "xxxx" MMC-nin 15 iyul 2025-ci il tarixli, GQ-2/1xx-xx/2025 nömrəli məktubuna əlavə edilmiş telefon danışıqlarını və anten əhatə dairəsini özündə əks etdirən 01 ədəd «DVD» disk sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,325 qram psixotrop maddə-metamfetamin və təmiz çəkisi 0,229 qram narkotik vasitə-heroin iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra, qalıq qalmış 0,275 qram psixotrop maddəmetamfetamin və 0,149 qram narkotik vasitə-heroin saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs 05 may 2025-ci il tarixdə, psixotrop maddə-metamfetamini və narkotik vasitə-heroini könüllü olaraq təqdim etməsinə görə ona Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin Qeydinin 1-ci bəndi tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə başlanılmış cinayət təqibinə xitam verilmiş və bu barədə material ayrılaraq Bakı şəhəri Suraxanı Rayon Prokurorluğuna göndərilmişdir. (iş.v. 164-173) Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 may 2025-ci il tarixdə, saat 22:00-da şübhəli şəxs qismində tutulmuş, saat 20:40-dan hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 07 may 2025-ci il tarixli qərarla, Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. 08 may 2025-ci il tarixdə, saat 12:55-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən təmin edilərək Suraxanı Rayon Məhkəməsinə təqdimat verilmişdir. Suraxanı Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, 4(010)-141/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs əvvəli 08 may 2025-ci il tarixdən hesablanmaqla, barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. 15 iyul 2025-ci il tarixdə, saat 14:25-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 06 avqust 2025-ci il tarixli Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbsdə saxlanılma müddəti məhkəmənin hazırlıq iclasının yekun qərarı qəbul edilənədək dəyişdirilmədən qüvvəsində saxlanılmış, həmin Məhkəmənin 13 avqust 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 1(010)-195/2025 saylı hökmü ilə CM-in 67.1 və 69.3-cü maddələri tətbiq edilməklə, əvvəli 06 mart 2025-ci il tarixdən hesablanmaqla, qəti olaraq 02 il 09 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (iş.v. 29, 61, 71, 109-118, 152- 157, 175-176) Suraxanı Rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, 1(010)-449/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisinin onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatəti rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin (bundan sonra CPM-nin) 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 83-cü qrafasına əsasən 0,15 qram narkotik vasitə-herion, İİ siyahının 67-ci qrafasına əsasən isə 0,15 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetaminin ümumi təmiz çəkisi 0,325 qram, narkotik vasitə-heroinin isə 0,229 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdarlar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində daşınma dedikdə narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yer Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən yem mağazasının yaxınlığıdır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd şəffaf sellofan bükümdə xeyli miqdarda ümumi təmiz çəkisi 0,325 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini və 01 ədəd şəffaf sellofan bükümdə və 03 ədəd siqaretin kağızına bükülmüş bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,044 qram, 0,043 qram, 0,055 qram və 0,087 qram ümumi təmiz çəkisi 0,229 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib, üzərində saxlamaqla daşımış və Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində 05 may 2025-ci il tarixdə, saat 20:16-da psixotrop maddələrin və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zeytun sovxozu, Zeytun qəbiristanlığı adlanan ərazidə saxlanılaraq orada videoçəkiliş keçirilməklə, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi əməliyyat tədbiri zamanı əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibində həmin 01 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində 0,325 qram, xeyli miqdarda, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, 01 ədəd şəffaf sellofanda və 03 ədəd siqaretin kağızına bükülmüş bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,044 qram, 0,043 qram, 0,055 qram, və 0,087 qram olmaqla, ümumi təmiz çəkisi 0,229 qram, xeyli miqdarda olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğular və onlara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. CPM-nin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş məhkumluqla bağlı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, sonuncu dəfə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 1(010)-195/2025 saylı hökmü ilə CM-in 67.1 və 69.3-cü maddələri tətbiq edilməklə, əvvəli 06 mart 2025-ci il tarixdən hesablanmaqla, qəti olaraq 02 il 09 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (iş.v. 85-95) CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 1(010)-195/2025 saylı hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib bitirmədən 05 may 2025-ci il tarixdə yenidən qəsdən cinayət törətmiş, buna görə də, o, məhkumluğu olan, məhkumluğu götürülməmiş və ödənilməmiş şəxsdir. Həmçinin Bakı şəhər Probasiya İdarəsindən alınmış məktuba cavabdan görünür ki, o, 23 aprel 2025-ci il tarixdə probasiya qurumunda qeydiyyata alınmışdır. 08 may 2025-ci il tarixə (Suraxanı Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, 4(010)141/2025 saylı qərarı ilə barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir) cəzasının 15 gün hissəsini çəkmiş, 02 il 09 ay 01 gün çəkilməmiş cəzası qalmışdır. Lakin CM-nin 18.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yaranmır. Belə ki, CM-nin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər; 18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; 18.4.3. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; 18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Çünki, Təqsirləndirilən şəxs əvvəlki törətdiyi cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli Qərarına əsasən məhkumluq, cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Məhkumluqla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayəthüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsi hallarına tətbiq edilir. Qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. O da nəzərə alınmalıdır ki, yeni cinayət işi üzrə ittihama baxan məhkəmə başqa məhkəmənin hökmünə müdaxilə etmək, o cümlədən həmin şəxsin əvvəlki əməlinə görə cəzanı yenidən müəyyən etmək səlahiyyətinə malik deyil. Əvvəlki hökmü çıxarmış məhkəmə tərəfindən müəyyən edilmiş cəza nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli hökmü ilə, azadlığın məhdudlaşdırılması cəzasına, ondan da əvvəl bir dəfə həmin məhkəmənin 21 noyabr 2022-ci il tarixli hökmü ilə yenə də CM-nin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş olmasına baxmayaraq, eyni zamanda 06 mart 2025-ci il tarixli hökmlə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmamış, yenidən eyni maddə üzrə cinayət əməli törətməsi onun ictimai təhlükəliliyini, cəzasının islah təsirinin yetərli olmamasını, qanunlara laqeyd münasibətin göstəricisi olmaqla şəxsin islah olunmadığını göstərir. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. CM-nin 68.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən azadlıq və toxunulmazlıq hüququ demokratik cəmiyyətdə ən böyük əhəmiyyətə malikdir. Konvensiyanın 5-ci maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ) 1 e yarımbəndi bir neçə şəxs kateqoriyasına, infeksion xəstəlik yayan şəxslərə, ruhi xəstələrə, spirtli içki, narkotik aludəçilərinə və səfillərə aiddir. Konvensiyanın cəmiyyətə yaxşı uyğunlaşa bilməmiş belə şəxslərin azadlıqdan məhrum edilməsinə icazə verməsinin səbəbi yalnız onların ictimai təhlükəsizlik üçün təhdid təşkil edə bilmələri deyil, həmçinin onların öz maraqlarının da həbslərini zəruri edə bilməsidir. (Quzzardi İtaliyaya qarşı iş). Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Suraxanı Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 1(010)-195/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası CMnin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmalı, alınan müddət azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə, ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və onun üzərində saxlanılmış azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 08 may 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınmalı, iş üzrə maddi sübut qismində tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,275 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və 0,149 qram narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru İsmayıl Məmmədov tərəfindən kobud prosessual pozuntulara yol verildiyindən barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 14 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 14 iş saatı üçün 154 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Suraxanı Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 1(010)-195/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 02 il 09 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 02 il 09 ay 01 gün müddət Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablansın, alınan 01 il 04 ay 15 gün müddət azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunan 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə, ona qəti olaraq 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki iş üzrə 05 may 2025-ci il tarixdən 07 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və onun üzərində saxlanılmış 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti olaraq 01 il 08 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 08 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınsın. İş üzrə maddi sübut qismində tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,275 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və 0,149 qram narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru İsmayıl Məmmədov tərəfindən kobud prosessual pozuntulara yol verildiyindən barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilsin. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 14 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 154 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-449/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-449/2025
26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver