Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-45/2023 20.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran Sovxozu ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində 18 mart 2022-ci il tarixində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilərək, həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 noyabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Samir Əliyev küçəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,409 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 04 noyabr 2021-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 5-ci keçidin yaxınlığında Bakı şəhəri Suraxanı RPİ-nin PPXB-nün polis nəfərləri tərəfindən saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi 56 ünvanda yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilmiş və onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,409 qram olan qəhvəyi rəngli maddə kustar üsulla narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 16 mart 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində istintaqa məlum olmayan “Ceyhun” adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 05 (beş) ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqa təmiz çəkisi 0,334 qram, 0,224 qram, 0,302 qram, 0,259 qram, 0,247 qram ümumi təmiz çəkisi 1,366 qram narkotik vasitə heroini 23 manat müqabilində əldə edib üzərində saxlayaraq daşımış, 16 mart 2022-ci il tarixdə həmin narkotik vasitələri özü ilə daşıyaraq ünvan 5 ünvanın qarşısına gətirmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin günü saat 20:00-da ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 6 ünvanında yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən 04 ədəd gümüşü rəngli kağız bükümdə və əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqa təmiz çəkisi 0,334 qram, 0,224 qram, 0,302 qram, 0,259 qram, 0,247 qram ümumi təmiz çəkisi 1,366 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, subaydır, həbs olunana kimi heç bir yerdə işləməmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu ünvanında qeydiyyatda olsa da Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Samir Əliyev küçəsi, 55 ünvanında yaşamış və hazırda isə Azərbaycan Respublikası ƏN-nin PX-in 16 saylı cəzaçəkmə müəssisəsində həbsdə saxlanılır. Belə ki, Bakı şəhəri Suraxanı rayonu Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 01 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və daha sonra Suraxanı rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarına əsasən azadlığın məhdudlaşdırılması cəzası 01 il azaldılmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli qərarına əsasən barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 04 (dörd) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Həbs edilməzdən əvvəl narkotik vasitələrin istifadəsi ilə məşğul olmuşdur. 04 noyabr 2021ci il tarixdə təxminən saat 16:30 radələrində Yeni Suraxanı qəsəbəsi, Heydər Əliyev prospketində 5-ci keçidin yaxınlığında iki nəfər polis geyimində olan şəxs ona yaxınlaşaraq özlərini Suraxanı RPİ-nin PPXB-nin əməkdaşları kimi təqdim edib onu şübhəli şəxs qismində polis bölməsinə dəvət etmişlər. Suraxanı RPİ-nin 31-ci PB-də xidməti otaqlardan birində ona hüquq və vəzifələri izah edildikdən sonra üzərinə videoçəkilişdən istifadə etməklə axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl üzərində olan qanunsuz əşyaları təqdim etməsi ona bildirilmiş və o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü təqdim edərək həmin bükümdə heroin olduğunu demişdir. O, üzərində gəzdirdiyi narkotik vasitəni özünün istifadəsi üçün üzərində saxlamışdır. Həmin narkotik vasitəni o, saxlanıldığı gün səhər saatlarında yaşadığı Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, Samir Əliyev küçəsində zibil qutularının yanında yerdən tapmış və özünün şəxsi istifadəsi üçün saxlamışdır. Onun üzərində aşkar edilərək götürülmüş büküm onun iştirakı ilə bir ədəd zərfdə qablaşdırılmış, iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlə möhürlənərək götürülmüşdür. O, narkotik vasitələrin satışı ilə məşğul olmur və yalnız istifadə edir, ümumillikdə narkotik maddəni, yəni heroini Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxslərdən, həmçinin “Ceyhun” adlı şəxsdən öz şəxsi istifadəsi üçün alır.Sonuncu dəfə 16 mart 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu. Yeni Suraxanı qəsəbəsi ünvanında “Ceyhun” adlı şəxsdən öz şəxsi istifadəsi üçün 23 (iyirmi üç) manat pulun müqabilində 05 (beş) ədəd bükümdə narkotik vasitə olan heroini almışdır. 16 mart 2022-ci il tarixdə həmin narkotik vasitəni özü ilə daşıyaraq ünvan 9 ünvanın qarşısına gətirmiş, 16 mart 2022-ci il tarixdə saat 20:00-dəqiqədə ünvan 9 ünvanında olan zaman 2 (iki) nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt onun üzərində narkotik vasitə olduğu üçün o, həyəcanlanmış və polis əməkdaşları ondan şübhələnərək onu sorğu-sual etməyə başlamışlar.Həmin vaxt özünü təqdim edərək xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM- nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran Sovxozunda qeydiyyatda olan, ünvan 9 evdə yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu yaxınlıqda olan 31-ci PB-nə dəvət etmişlər. Polis əməkdaşlarının qanuni tələbinə əməl edərək könüllü olaraq onlarla birlikdə 31-ci Polis Bölməsinə gəlmişdir.Suraxanı RPİ-nin 31cu PB-də onun şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını izah etdikdə o, həmin vaxt videoçəkiliş aparılmasına etiraz etməmişdir. Bundan sonra ona Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X1 tərəfindən hüquq və vəzifələri izah olunmuş, Suraxanı rayon 9 saylı hüquq məsləhətxanasının vəkili X8 tərəfindən öz razılığı əsasında hüquqları müdafiə edilməklə şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin ünvan 10 ünvanında olan xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər.Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə ilkin olaraq sual verilmiş və bundan sonra o, üzərində saxlamaqla daşıdığı özünə məxsus içərisində heroin kimi tanıdığı və satış məqsədi olmadan qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı və əynində olan boz rəngli şalvarın sağ yan cibindən 04 (dörd) bükümdə və əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 (bir) bükümdə qəhvəyi rəngli maddəni çıxararaq könüllü halda masanın üzərinə qoymuşdur.Sorğu-sual zamanı o, bildirmişdir ki, aşkar edilmiş maddə heroin kimi tanıdığı narkotik vasitədir və aşkar edilmiş narkotik maddəni 16 mart 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ünvanında üzdən tanıdığı, lakin tam olaraq şəxsiyyəti barədə məlumatı olmayan “Ceyhun” adlı şəxsdən öz şəxsi istifadəsi üçün 23 (iyirmi üç) manat pulun müqabilində 05 (beş) ədəd bükümdə narkotik vasitə olan heroin alaraq öz şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşımışdır.Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyulub qablaşdırılmış, qablaşdırılmış zərf 195 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun özü və iştirakçılar tərəfindən imzalanmış və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona bildirilmişdir.Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya və ona nümayiş etdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 31-ci PB-nin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 16 mart 2022-ci il tarixdə “Elvin” adlı yəni, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olan, ünvan 12 ünvanında qeydiyyatda olan, ünvan 13 ünvanında yaşayan Təqsirləndirilən şəxs Suraxanı rayonunun inzibati ərazisində və göstərilən sonuncu ünvanda narkotik vasitələri əldə etməklə qanunsuz olaraq saxlayaraq daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat marağı kəsb etdiyindən məlumatın yoxlanılması və həmçinin Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbrilərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Buna görə də 31-ci PB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən raportla Suraxanı RPİ-nin 31-ci PB-nin rəisinə raportla məruzə edilmiş və 16 mart 2022-ci il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında əməliyyat müvəkkili Şahid2 tərəfindən qərar qəbul edilmiş və həmin qərar PB-nin rəisi tərəfindən təsdiq edilmişdir. Həmin qərara əsasən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu təşkil edilmiş, əməliyyat qrupuna o və həmçinin Suraxanı RPİ-nin 31-ci PB-nin əməlliyat müvəkkili, polis kapitanı Şahid2 da daxil edildi. Bölmə rəisi tərəfindən əməliyyat mövqeyi müəyyən edildi və Təqsirləndirilən şəxs barəsində dəqiq əməliyyat məlumatı daxil olduğundan həmin şəxsin şəxsiyyəti haqqında tam məlumatlar qrup üzvlərinə təqdim edilmişdir. 16 mart 2022-ci il tarixdə saat 20:00 radələrində qrup üzvləri ilə birlikdə ünvan 15 ünvanında olan zaman bir nəfər kişi cinsindən olna şəxsin əlamətlərinin əməliyyat məlumatında göstərilən şəxsin, yəni Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görüb ona yaxınlaşmışlar və saxlanılan şəxsə onar Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları olduğuqlarını bildirmişlər. Bundan sonra həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxalanılan şəxs özünü təqdim etdikdən sonra onun Təqsirləndirilən şəxs olması müəyyən edildi. Həmin şəxsə qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində və daşınmasında şübhəli olduğu diqqətinə çatdırıldıqdan sonra ona onlarla birlikdə 31-ci Polis Bölməsinə getməli olduğunu bildirmişlər və onu avtomobillə 31-ci PB-nin inzibati binasına gətirmişlər və bu barədə raportla bölmə rəhbərliyinə məruzə edildi. Salxanılan şəxs Təqsirləndirilən şəxs barəsində araşdırmanın aparılması 31-ci PBnin təhqiqatçısı Pərvin İbrahimova həvalə edildi. Saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə 31-ci PB-nə müdafiəçi dəvət edildi. Təqsirləndirilən şəxs onun üzərinə şəxsi axtarış aparılacağı izah edikdikdən sonra şəxsi axtarış iştirakçılarına, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edildi və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılacağı iştirakçıların, o cümlədən Təqsirləndirilən şəxs diqqətinə çatdırıldı. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı müdafiəçsinin şəxsi axtarışda iştirak etməsindən imtina etmiş və bu barədə Təqsirləndirilən şəxs tərəfindən ərizə təqdim edilmişdir. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi və daşınması qadağan edilən maddə və əşyaların olmadığı, olduğu halda isə onları təqdim-etməsi izah edildi. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 04 ədəd və sol yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümünü çıxarıb masanın üzərinə qoydu və 05 ədəd bükümdəkinin heroin olduğunu və heroini 16 mart 2022-ci il tarixdə səhər saat 15 radələrində üzdən tanıdğı Ceyhun adlı şəxsdən 23 manata özünün istifadə etməsi üçün aldığını ded: Həmin bükümlər açıldıqda içərilərində qəhvəyi rəngdə olan maddənin olduğu müəyyən Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs götürülmüş 05 ədəd təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırıldı və möhürlə möhürləndi. Şəxsi axtarışın nəticəsi barədə protokol tərtib edildi, tərtib edilmjş protolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edildi. Protokola dair əlavə və qeydlər, tərtib edilmə qaydasına və məzmununa dair heç bir şikayət daxil olmadı. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır və 2021-ci il tarixdən Suraxanı RPİ-nin PPXB-də polis nəfəri vəzifəsində xidmət edir. 04 noyabr 2021-ci il tarixdə saat 16:30 radələrində postaçı yoldaşı Suraxanı RPİ-nin PPXB-nin polis nəfəri Şahid4 ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində 8 saylı marşurut üzrə xidmət aparan zaman Bakı şəhəri, Suraxanı rayonu, Heydər Əliyev prospektində 5-ci keçidin yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını və həmçinin hərəkətləri onlarda şübhə doğurduğundan həmin şəxsə yaxınlaşmışlar və ona özlərini təqdim etdikdən sonra həmin şəxsi avtomobillə ünvan 16 ünvanda yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirmişlər və bu barədə raportla bölmə rəisinə məruzə edilmişdir. 31-ci PB-də olan zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Salxanılan şəxs Təqsirləndirilən şəxs barəsində araşdırmanın aparılması 31-ci PB-nin baş təhqiqatçısı Araz Osmanova həvalə edilmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə 31-ci PB-nə müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs onun üzərinə şəxsi axtarış aparılacağı izah edikdikdən sonra şəxsi axtarış iştirakçılarına, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edilmiş və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılacağı iştirakçıların, o cümlədən Təqsirləndirilən şəxs diqqətinə çatdırılmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı müdafiəçsinin şəxsi axtarışda iştirak etməsindən imtina etmiş və bu barədə Təqsirləndirilən şəxs ərizə təqdim etmişdir. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi və daşınması qadağan edilən maddə və əşyaların olub-olmadığı, olduğu halda isə onları təqdim etməsi izah edilmiş və bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümünü çıxarıb masanın üzərinə qoyub 01 ədəd bükümdəkinin heroin olduğunu və heroini 04 noyabr 2021-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən zibil qutularının yanında yerdən tapdığını bildirmişdir. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngdə olan maddənin olduğu müəyyən olunmuşdur. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı əşya və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənmişdir. Şəxsi axtarışın nəticəsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Protokola dair əlavə və qeydlər, tərtib edilmə qaydasına və məzmununa dair heç bir şikayət daxil olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, qeyd olunan ünvanda ailəsilə birlikdə yaşayır və Suraxanı RPİnin 31-ci PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 16 mart 2022-ci il tarixdə “Elvin” adlı, yəni xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olan, ünvan 19 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Suraxanı rayonunun inzibati ərazisində və göstərilən sonuncu ünvanda narkotik vasitələri əldə etməklə qanunsuz olaraq saxlayaraq daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat marağı kəsb etdiyindən məlumatın yoxlanılması və həmçinin Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbrilərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Buna görə də onun tərəfindən raportla Suraxanı RPİ-nin 31-ci PB-nin rəisinə raportla məruzə edilmiş və 16 mart 2022- ci il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında onun tərəfindən qərar qəbul edilmiş və həmin qərar PB-nin rəisi tərəfindən təsdiq edilmişdir. Həmin qərara əsasən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu təşkil edilmiş, əməliyyat qrupuna o, və həmçinin Suraxanı RPİ-nin 31-ci PB-nin baş əməlliyat müvəkkili, polis baş leytenantı Şahid1 da daxil edilmişdir. Bölmə rəisi tərəfindən əməliyyat mövqeyi müəyyən edilmiş və Təqsirləndirilən şəxs barəsində dəqiq əməliyyat məlumatı daxil olduğundan həmin şəxsin şəxsiyyəti haqqında tam məlumatlar qrup üzvlərinə təqdim edilmişdir. 16 mart 2022-ci il tarixdə saat 20:00 radələrində qrup üzvləri ilə birlikdə ünvan 15 ünvanında olan zaman bir nəfər kişi cinsindən olna şəxsin əlamətlərinin əməliyyat məlumatında göstərilən şəxsin, yəni Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görüb ona yaxınlaşmışlar və saxlanılan şəxsə onlar Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxalanılan şəxs özünü təqdim etdikdən sonra həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin şəxsin qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində və daşınmasında şübhəli olduğu diqqətinə çatdırıldıqdan sonra ona onlarla birlikdə 31-ci Polis Bölməsinə getməli olduğunu bildirib onu avtomobillə 31-ci PB-nin inzibati binasına gətirmişlər və bu barədə raportla bölmə rəhbərliyinə məruzə edilmişdir. Salxanılan şəxs Təqsirləndirilən şəxs barəsində araşdırmanın aparılması 31-ci PB-nin təhqiqatçısı Pərvin İbrahimova həvalə edilmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə 31-ci PB-nə müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs onun üzərinə şəxsi axtarış aparılacağı izah edikdikdən sonra şəxsi axtarış iştirakçılarına, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edilmiş və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılacağı iştirakçıların, o cümlədən Təqsirləndirilən şəxs diqqətinə çatdırılmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı müdafiəçisinin şəxsi axtarışda iştirak etməsindən imtina etmiş və bu barədə Təqsirləndirilən şəxs tərəfindən ərizə təqdim edilmişdir. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi və daşınması qadağan edilən maddə və əşyaların olub olmadığı, olduğu halda isə onları təqdim etməsi izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən-04 ədəd və sol yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümünü çıxarıb masanın üzərinə qoymuş və 05 ədəd bükümdəkinin heroin olduğunu və heroini 16 mart 2022-ci il tarixdə səhər saat 15 radələrində üzdən tanıdğı Ceyhun adlı şəxsdən 23 manata özünün istifadə etməsi üçün aldığını demişdir. Həmin bükümlər açıldıqda içərilərində qəhvəyi rəngdə olan maddənin olduğu müəyyən olunmuşdur. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı əşya və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs götürülmüş 05 ədəd büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənmişdir. Şəxsi axtarışın nəticəsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Protokola dair əlavə və qeydlər, tərtib edilmə qaydasına və məzmununa dair heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə heroinin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmayıb. Onun ancaq qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlmatı daxil olmuşdur. Cinayət işinin 1-ci cildinin 134-cü vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 04 noyabr 2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 04 noyabr 2021ci il tarixdə, saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 185-187-ci vərəqində olan 06 noyabr 2021-ci il tarixli təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina olunması barədə qərardan görünür ki, X2 barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina edilməsi, qərarın sürəti icra olunması üçün Bakı şəhəri Suraxanı RPİ-nin müvəqqəti saxlama təcridxanasına göndərilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 188-189-cu vərəqlərində olan 06 noyabr 2021-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 136-137-ci vərəqlərində olan 04 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, 04 noyabr 2021-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,409 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 148-152-ci vərəqlərində olan iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə kimyəvi ekspertizası üzrə 05 noyabr 2021-ci il tarixli 6/4912 nömrəli rəydən göründüyü kimi Təqsirləndirilən şəxs götürülmüş tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №195” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,409 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 0,409 qram, tədqiqata sərf edildi 0,05 qram, qahq 0,359 qram təşkil edir. Cinayət işinin 1-ci cildinin 214-215-ci vərəqlərində olan iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsin verdiyi məhkəmə-narkoloji ekspertizası üzrə 19 noyabr 2021-ci il tarixli 4566 №-li rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cildinin 191-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında 08 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, “DVD” diskdə Təqsirləndirilən şəxs iştirakı ilə aparılmış “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin gedişatını özündə əks etdirən videogörüntülər 01 ədəd qovluqda yerləşdirilmişdir. Müəyyən edildi ki, 04 noyabr 2021-ci il tarixdə Suraxanı RPİ-nin 31-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmazdan Təqsirləndirilən şəxs və digər iştirakçılara hüquq və vəzifələri izah edildi, daha sonra Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan əşya və maddələri təqdim etməsi təklif olunur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümü çıxarıb təqdim edir və büküm açıldıqda içərisində qəhvəyi rəngli maddənin olduğu görünür. Təqsirləndirilən şəxs bükümdə heroin olduğunu bildirir və heroini həmin günü Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Samir Əliyev küçəsindəki zibil qutuları olan ərazidən tapdığını deyir. Büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırıldı və möhürləndi. Cinayət işinin 1-ci cildinin 26-cı vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 16 mart 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2022-ci il tarixdə, saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 96-99-cu vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-166/2022 saylı, 18 mart 2022-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 100-101-ci vərəqlərində olan 18 mart 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 35-36-cı vərəqlərində olan 16 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, 16 mart 2022-ci il tarixdə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 1,366 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut qismində tanınmış və məhkəmə kiməyvi ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,166 qram çəkidə heroin zəruri istintaq hərəkətləri yekunlaşdıqdan sonra saxlanması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 44-48-ci vərəqlərində olan iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə kimyəvi ekspertizası üzrə 17 mart 2022-ci il tarixli 6/1533 nömrəli rəydən göründüyü kimi Təqsirləndirilən şəxs götürülmüş tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №195” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs o.” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,334 qram, 0,224 qram, 0,302 qram, 0,259 və 0,247 qram ümumi təmiz çəkisi 1,366 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxildir. Qeyd:Heroinin təmiz çəkisi 1,366 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 1,166 qram təşkil edir. Cinayət işinin 1-ci cildinin 230-cu vərəqində olan “diskə baxış keçirilməsi haqqında 24 mart 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı məlum olmuşdur ki, “DVD” diskdə Təqsirləndirilən şəxs iştirakı ilə aparılmış “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin gedişatını özündə əks etdirən videogörüntülər 01 ədəd qovluqda yerləşdirilmişdir. Müəyyən edildi ki, 16 mart 2022-ci il tarixdə Suraxanı RPİ-nin 31-cü PBnin təhqiqatçısı, polis baş leytenantı X1 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmazdan Təqsirləndirilən şəxs və digər iştirakçılara hüquq və vəzifələri izah edildi, daha sonra Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan əşya və maddələri təqdim etməsi təklif olunur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 04 bükümdə və əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümü çıxarıb təqdim edir və büküm açıldıqda içərisində qəhvəyi rəngli maddələrin olduğu görünür. Təqsirləndirilən şəxs bükümlərdə heroin olduğunu bildirir və heroinləri həmin günü Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbə ünvanında Ceyhun adlı 23 manat aldığını deyir. 05 ədəd büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırıldı və möhürləndi. Cinayət işinin 246-247-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Bakı şəhəri Suraxanı rayonu Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 01 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Suraxanı rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarına əsasən azadlığın məhdudlaşdırılması cəzası 01 il azaldılmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli qərarından göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli hökmü ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarı nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq təyin edilmiş 01 (bir) il 01 (bir) 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 08 (səkkiz) ay 26 (iyirmi altı) gün hissəsi Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş həmin hissəsi 04 (dörd) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:20 radələrində Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən 04 noyabr 2021-ci il tarixdə əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,409 qram olan qəhvəyi rəngli maddə kustar üsulla narkotik vasitə heroin aşkar aşkar edilərək götürülməsi və 16 mart 2022-ci il tarixdə əynində olan boz rəngli şalvarın sağ yan cibindən 04 ədəd gümüşü rəngli kağız bükümdə və əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqa təmiz çəkisi 0,334 qram, 0,224 qram, 0,302 qram, 0,259 qram, 0,247 qram ümumi təmiz çəkisi 1,366 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi müəyyən edilmişdir Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs 04 noyabr 2021-ci il tarixində üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,409 qram və 16 mart 2022-ci il tarixində üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,366 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində təkrarçılığın olmasını cəzasını ağırlaşdıran hal kimi müyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 04-06 noyabr 2021-ci il tarixləri üzrə və 16-18 mart 2022-ci il tarixləri üzrə tutulduğu 04 (dörd) gün müddət cəzasından çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzaçəkmə müddətinin əvvəli faktiki hüquqlarının məhdudlaşdırıldığı vaxtdan, yəni 16 mart 2023-cü ildən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X8 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 04-06 noyabr 2021-ci il tarixləri üzrə və 16-18 mart 2022-ci il tarixləri üzrə tutulduğu 04 (dörd) gün müddət cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 16 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 130 (bir yüz otuz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,359 qram narkotik vasitə heroin və 1,166 qram narkotik vasitə-heroin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (bir yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X4 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-45/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-45/2023
20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver