Məhkəmə qərarları › İş №1(010)-450/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-450/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-450/2023 23.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 23 iyun 2023-cü il tarixdə, saat 15:15-də, Bakı şəhərində, xx xxxxx 1986-cı ildə Cəlilabad rayonundan anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-16/2014 saylı, 03 oktyabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 3.000 (üç min) manat cərimə cəzasına məhkum edilmiş, cəzasını icra etməmiş, Cəlilabad rayonu, Abazallı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 10 dekabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində tutulmuş, 12 dekabr 2022ci il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, 13 dekabr 2022-ci il tarixdə yenidən barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-177/2023 saylı, 19 aprel 2023-cü il tarixli qərarı ilə əvvəli 17 aprel 2023-cü il tarixdən hesablanmaqla 01 (bir) ay 17 (on yeddi) gün müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 1(010)-450/2023 saylı, 17 may 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 26 mart 2022-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən mebel sexinə qapının kilidini üzərində olan vintaçanla açıb içəri qanunsuz daxil olaraq, oradan 1 ədəd 450 manat dəyərində kompressor, 1 ədəd 450 manat dəyərində mişar, 1 ədəd 120 manat dəyərində makina mişarı, hər biri 30 manat olmaqla 4 ədəd 120 manat dəyərində direl, hər biri 320 manat olmaqla 2 ədəd 640 manat dəyərində taxta yonan aparatı, 1 ədəd 170 manat dəyərində bublik, 1 qutu 190 manat dəyərində açar dəsti, 1 ədəd 270 manat dəyərində skop vuran tapança və 1 ədəd 120 manat dəyərində laqondanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 2530 (iki min beş yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 02 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus və icarə əsasında işlədilən Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsində yerləşən işlədiyi avtoyuma məntəqəsindən 01 ədəd dəyəri 2300 manat olan avtoyuma aparatı, 01 ədəd ümumi dəyəri 570 manat təşkil edən hava kompressoru və köpük ballonu, 01 ədəd dəyəri 700 manat təşkil edən tozsoranı gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 3570 (üç min beş yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, qohumu X3 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində Zərərçəkmiş şəxs2 adlı şəxsin mebel sexində fəhlə işləmişdir. 24 mart 2022-ci il tarixdə xalasının nəvəsi Babək ilə görüşmək üçün onun işlədiyi Xırdalan şəzərindəki mebel mağazasına gəlmişdir. Həmin vaxtı orada Babək və onun müdiri İlqardan başqa heç kim olmamışdır. O, təxminən 1-2 saat qohumu Babəkin yanında dayanıb ətrafa baxıb sonra onun ilə sağollaşıb çıxıb getmişdir. Həmin vaxtı o, həyat yoldaşından boşandığından və aliment borcu olduğuna görə maddi cəhətdən sıxıntıları olmuşdur. Buna görə də Babəkin işlədiyi mebel sexindən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsəd ilə 25 mart 2022-ci il tarixdə saat 21 radələrində Babəkin işlədiyi mebel sexinə gəlmişdir. Bu vaxt yenə də mebel sexinin müdürü orada olmuşdur. O, İlqara gecə qalmağa yeri olmadığını demiş, İlqar isə onsuz da Babək də gecəni burada qaldığını, onun da qala biləcəyini demişdir. Həmin günün saat 23:00 radələrində İlqar onlarla sağollaşıb evə getmişdir. Onlar gecəni mebel sexində yatmışlar. Səhəri gün yəni 26 mart 2022-ci il tarixdə saat 06:00 radələrində Babək ilə yuxudan oyanmışlar və o, Babəkə yalandan metronun “20 yanvar” stansiyasının yaxınlığında taxtaların olduğunu və gedib həmin taxtaları gətiriib İlqarın sexində işlədib pul əldə edə biləcəklərini demişdir. Babək də razılaşdıqdan sonra o mebel sexinin plastik qapısının kilidləyib manatlıq taksi ilə 20 yanvar metrosunun yaxınlığına getmişlər. Orada taksidən düşdükdən sonra o, Babəkə burada onu gözləməsini, onun arxasınca maşın gəldiyini, onun ilə birlikdə Binə bazarına gedəcəklərini deyib oradan aralaşmışdır. Daha sonra tanımadığı taksi ilə Xırdalan şəhərinə geri qayıtmışdır. O, taksiyə yolda mebel ustası olduğunu deyib usta ləvazimatlarının olduğu və həmin əşyaları götürüb onu 8 km deyilən bazara aparmağı demişdir. Taksi sürücüsü də razılaşmışdır. Bundan sonra o, taksini mebel mağazasının qarşısında saxlatdırıb aşağı düşmüşdür. Daha sonra üzərində olan vintaçan ilə mebel sexinin plastik qapısını açıb içəri daxil olmuşdur. Oradan gecədən yerlərini dəqiqləşdirdiyim 1 ədəd kompressor, 1 ədəd mişar, 1 ədəd makina mişarı, 4 ədəd direl, 2 ədəd taxta yonan aparatı, 1 ədəd bublik, 1 qutu açar dəsti, 1 ədəd skop vuran tapança və 1 ədəd laqondanı götürüb həmin markasını xatırlamadığı taksinin arxa yük hissəsinə yığmışdır. Daha sonra taksi sürücüsü onu Koroğlu metrosunun qarşısında diişürdəcəyini demişdir. O da hər hansı bir başqa taksini yanında saxlamasını demişdir. Bu vaxt orada nömrəsini xatırlamadığı VAZ 21011 markalı tanımadığı taksi sürücüsünə yaxınlaşmış, üzərində pul olmadığını, ona borca 10 manat pul verməsini və digər taks, həm də yol xərcini verəcəyini demişdir. Həmin taksi sürücüsü onunla razılaşdığı üçün birinci gəldiyi taksini yola salıb VAZ 21011 markalı taksi ilə «vosmoy» deyilən bazara getmişdir. Orada taksi dayanacaqda gözləmiş, o da əvvəllər pereparator düzəltdiyi mağazaya gedib adım bilmədiyi şəxsə özünə aid aparatları satmaq istədiyini demişdir. Həmin şəxs onunla birlikdə dayanacağa gəlib avtomobildə olan alətlərə və aparatlara baxıb ümumi 150 manat pul verəcəyini demiş, o da razılaşmış və həmin şəxdən 150 manat pulu götürüb oğurladığı əşyaları həmin şəxsə vermişdir. Həmin 150 manat puldan 10 taksi sürücüsünə olan borcunu, 10 manat da yol haqqını vermişdir. Qalan 130 manat pulu, 02 may 2022-ci il tarixdə Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsində işləyən avtoyuma məntəqəsində Pərvin adlı şəxs ilə razılaşaraq orada avtomobil yumağu başlamışdır. O, Pərvin ilə əldə olunan qazancın 40 faizinin ona aid olması barədə razılaşmışlar. O, işlədiyi avtoyuma məntəqəsinin sahibi başqa adam olmuş, Pərvin isə oranı icaryə götürərək işlətmişdir. 02 may 2022-ci il tarixdə o, avtoyuma məntəqəsində olan 01 ədəd avtoyuma aparatı, 01 ədəd hava kompressoru, 01 ədəd köpük balonu, 01 ədəd tozsoranı və 01 ədəd avtoyuma aparatını oğurlamış və onları yol ilə hərəkətdə olan tanımadığı, markasını bilmədiyi taksi ilə 3 mkr bazarı deyilən yerə aparmışdır. O, bazarda olan araba ilə oğurladığı əşyaları məişət texnikaları təmiri ilə məşğul olan adını bilmədiyi şəxsin yanma aparmış və həmin əşyalardan 01 ədəd hava kompressoru, 01 ədəd köpük balonu, 01 ədəd tozsorranı həmin şəxsə 120 manata satmış, avtoyuma aparatını isə həmin bazarda olan tanımadığı şəxsə 100 manata satmışdır. Yuxarıda göstrədiyi iki oğurluq hadisəsindən başqa heç bir oğurluq etməmişdir. Zərərçəkmiş şəxs2 məxsus mebel sexindən etdiyi oğurluq barədə qohumu Babək İbadovun məlumatı olmamışdır. Oğurluq yolu ilə əldə etdiyi əşyaları satdığı şəxslərə həmin əşyaların oğurluq olması barədə heç bir məlumat verməmişdir. Sonda törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmənin 21 iyun 2023-cü il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Suraxanı rayonu, S.Əliyev küçəsində avtoyuma məntəqəsi vardır. Həmin avtoyuma məntəqəsini Şahid1 adlı şəxsə icarəyə vermişdir. 02 may 2022-ci il tarixdə Pərvin ona zəng edərək icarəyə verdiyin avtoyuma məntəqəsindən oğurluq olması barədə məlumat vermişdir. O, Pərvindən oğurluğu kim tərəfindən törədilməsini soruşduqda Pərvin ona moykada yuyucu olan Dövlət tərəfindən oğurluq edildiyini bildirmişdir. Pərvin Dövlət tərəfindən moykada olan 01 ədəd avtoyuma aparatı, 01 ədəd hava kompressoru, 01 ədəd köpük ballonu, 01 ədəd tozsorran oğurlandığım bildirmişdir. O, həmin vaxtı Naxçıvan MR-da olduğundan hadisə yerinə gələ bilməmiş, lakin Pərvinə moykadan oğurluq hadisəsi baş verməsi barədə polisə məlumat verməsini demişdir. Təxminən 1 aydan sonra özü Bakı şəhərinə gəlmiş və müəyyən etmişdir ki, ona məxsus moykadan 01 ədəd dəyəri 2300 manat olan avtoyuma aparatı, 01 ədəd ümumi dəyəri 570 manat təşkil edən hava kompressoru və köpük ballonu, 01 ədəd dəyəri 700 manat təşkil edən tozsorranı oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 3570 manat maddi ziyan dəymişdir. Sonda o, təqsirləndirlən şəxs tərəfindən ona dəymiş maddi zərərin ödənilmədiyini, sonuncu tərəfindən ona dəymiş zərərin bir qismi belə ödənilsə təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmayacağını bildirmişdir. Məhkəmənin 21 iyun 2023-cü il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən mebel sexini icarəyə götürüb orada mebelərin təmiri ilə məşğul olur. Onun yanında Babək İbadov da köməkçi kimi işləyir. 24 mart 2022-ci il tarixdə Babəkin qohumu X2 yanına sexə gəlmişdir. Bunan sonra 25 və 26 mart 2022-ci il tarixdə də Dövlət Abışov onun sexinə gəlmişdir. Belə ki, 26 mart 2022-ci il tarixdə saat 06:00 radələrində Dövlət Abışov qohumu Babəkə 20 yanvar deyilən əraziyə getməyi demişdir. Oraya getdikdən sonra Dövlət Abışov 20 yanvar deyilən yerdə Babəkə burada gözləməsini, 20 dəqiqəyə kimi gələcəyini demişdir. 26 mart 2022-ci il tarixdə səhər saat 06:16 radələrində Dövlət Abışov onun Abşeron rayonu, Xırdalan şəhərində yerləşən sexinin qarşısına gəlib sexin qapısını sındıraraq oradan bir ədəd 450 manat dəyərində kompressor, bir ədəd 450 manat dəyərində mişar, bir ədəd 120 manat dəyərində makina mişarı, üç ədəd hər biri 30 manat olmaqla cəmi 90 amanat dəyərində olan direllər, iki ədəd hər birionin dəyəri 320 manat olmaqla cəmi 640 manat dəyərində olan taxta yonan aparat, bir ədəd 170 manat dəyərində lobziq, bir ədəd 90 manat dəyərində direl, bir ədəd 190 manat dəyərində açar dəsti, bir ədəd 270 manat dəyərində skop vuran tapança və bir ədəd 120 manat dəyərində laqondanı oğurlamışdır. Hadisə nəticəsində ona cəmi 2590 manat dəyərində maddi ziyan vurmuşdur. Sonda o, təsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənilmədiyini, sonuncuya qarşı şikayət və tələbinin olduğunu bildirmişdir. Məhkəmənin 21 iyun 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Nəsimi rayonu ərazisində fəaliyyət göstərən “3-cü mkr” deyilən ərazidə yerləşən bazarda məişət əşyaları təmiri ilə məşğul olur. 02 may 2022-ci il tarixdə saat təxminən 13:00 radələrində yanma bir nəfər şəxs yaxınlaşmışdır. O, həmin şəxsi tanımışdır, belə ki, həmin şəxs bir neçə dəfə ona hava kompressoru təmir etdirmək üçün müraciət etmişdir. Həmin şəxs əl arabasına yüklənmiş 01 ədəd hava kompressoru, 01 ədəd köpük ballonu, 01 ədəd tozsorranı və 01 ədəd avtoyuma aparatını göstərərək bunları satmaq istədiyini bildirmişdir. O, həmin əşyalara baxdıqdan sonra həmin şəxsə 01 ədəd hava kompressoru, 01 ədəd köpük ballonu və 01 ədəd tozsoranı ala biləcəyini və həmin şəxsə bunlara 120 manat pul verəcəyini bildirmişdir. Həmin şəxs də razılaşmışdır. O, 01 ədəd hava kompressoru, 01 ədəd köpük balonu və 01 ədəd tozsorana 120 manat pul vermişdir. 01 ədəd avtoyuma aparatını isə özü ilə aparmışdır. Həmin şəxsin ona satdığı 01 ədəd hava kompressorunu isə tanımadığı şəxsə 130 manata satmış, 01 ədəd köpük balonu və 01 ədəd tozsoran isə işləmədiyindən onların hər ikisini dəmir yığan şəxslərə 5 manata satmışdır. Həmin əşyaları aldığı şəxs həmin əmlakların oğurluq olması barədə ona heç bir məlumat verməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 05 aprel 2022-ci il tarixdə o, Suraxanı rayonu, Samir Əliyev, küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus avtoyuma məntəqəsini 200 manat əsasında icarəyə götürmüşdür. 27 aprel 2022-ci il tarixdə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrdənə zəng gəlmişdir. Ona zəng edən tanımadığı şəxs onun əlaqə nömrəsini verdiklərini, ona iş lazım olduğu üçün zəng etdiyini bildirmişdir. O, həmin şəxsə ona işçi lazım olduğunu demişdir. Həmin şəxs də hazırda avtoyuma məntəqəsinin qarşısında dayandığını bildirmişdir. Təxminən 20 dəqiqdən sonra o, avtoyuma məntəqəsinin qarşısına gəlmiş və orada təxmini 38 yaşlı, arıq bədən quruluşlu, qısa boylu bir nəfər şəxsin dayandığını görmüşdür. O, həmin şəxsə yaxınlaşaraq salamlaşmışdır. Həmin şəxs adının Dövlət olduğunu demiş, buraya gələn maşınları yurmaq lazım olduğunu bildirmişdir. Buna görə on£ əldə olunmuş qazancın 40 faizini verəcəyini bildirmişdir. Dövlət də razılaşmış və o, avtoyuma məntəqəsinin açarını Dövlətə vermişdir. 28 aprel 2022-ci il tarixdə Dövlət avtoyuma məntəqəsini işlətməyə başlamışdır. 01 may 2022-ci il tarixdə saat təxminən 21 radələrində ona zəng gəlmiş və maşını yumağa gətirdiklərini, lakin burada heç kim olmadığını bildirmişlər. O, Dövlətin mobil telefonuna zəng edib onun harada olmağını soruşmuş, Dövlət isə özü üçün kirayə ev axtarmağa getdiyini bildirmişdir. 02 may 2022-ci il tarixdə saat təxminən 09 radələrində avtoyuma məntəqəsinə gəlmiş və avtoyuma məntəqəsinin bağlı olduğunu görmüşdür. O, Dövlətin mobil telefonuna zəng etsə də onun telefonuna zəng çatmamışdır. Həmin günü təxminən saat 12 radələrində yenidən avtoyuma məntəqəsinə gəlmiş və avtoyuma məntəqəsinin yenə də bağlı olduğunu görüb yenə də ona zəng etmiş, lakin Dövlətə zəng çatmamışdır. O, avoyuma məntəqəsinin qapısına yaxınlaşıb içəri baxdıqda içəridə olan avtoyuma avavdanlıqlarının olmadığını görmüşdür. O, başa düşmüşdür ki, Dövlət avtoyuma məntəqəsindən oğurluq etmişdir. O, DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlmişlər və avtoyuma məntəqəsinin qapısını açaraq içəri daxil olmuşlar. Polis əməkdaşlarının iştirakı ilə müəyyən etmişdir ki, avtoyuma məntəqəsində olan 01 ədəd avtoyuma aparatı, 01 ədəd hava kompressoru, 01 ədəd köpük ballonu, 01 ədəd tozsorran oğurlanmışdır. O, avtoyuma məntəqəsinin sahibi Zərərçəkmiş şəxs1 zəng edərək baş vermiş hadisə barədə və oğurlanmış əmlaklar barədə məlumat vermişdir. Eldəniz ona oğurlanmış əmlakların təxmini qiymətinin 3220 manat təşkil etdiyini demişdir. Buna görə də, o, Suraxanı RPİ-nin 31-ci PB-nə etdiyi şikayət ərizəsində oğurlanmış əmlakların qiymətinin 3220 manat olmasını bildirmişdir. X12 adlı şəxsdən götürdüyü avtoyuma məntəqəsinin heç bir icarə müqaviləsi yoxdur. Onunla öz aralarında olan razılıq əsasında avtoyuma məntəqəsini icarəyə götürmüşdür. Dövlət adlı şəxsin yalnız adını bilmiş, digər məlumatlarını bilməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində “8-ci km” ticarət mərkəzində 7 nömrəli yerdə istifadə olunmuş usta alətlərinin təmiri, alış və satışı ilə məşğul olur. 26 mart 2022-ci il tarixdə saat 11:00 radələrində işdə olarkən bir nəfər sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs ona yaxınlaşıb usta olduğunu və özünə məxsus təmir alətlərini ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. O, Dövlətlə birlikdə dayanacaqda olan markasını xatırlamadığı taksinin yanına getmişdir. Orada Dövlətin gətirdiyi bir ədəd kompressor, bir ədəd mişar, bir ədəd makina mişarı, dörd ədəd direl, bir ədəd açar dəsti, iki ədəd taxta yonan aparat və bir ədəd lobziq baxıb ümumilikdə 140 manat pul verə biləcəyini demişdir. Dövlət də onunla razılaşmışdır. Daha sonra o, həmin əşyaları Dövlətdən aıb ona 140 manat pul vermişdir. Sonra Dövlət ona əlavə 10 manat da verməsini istəmiş, o da əlavə 10 manat pulu da Dövlətə vermişdir. Daha sonra həmin əşyaları Dövlətdən almasını təsdiq edən şəkilli arayış tərtib etmiş və hər ikisi həmin arayışı imzalamışlar. O, həmin arayışa alqı-satqı tarixini də yazmışdır. O, Təqsirləndirilən şəxs ona satdığı usta alətləinin oğurluq you ilə əldə edilməsi barədə əvvəlcədən heç bir məlumatı olmamışdır. İş materiallarında olan 12 dekabr 2022-ci il tarixli “İfadələrin yerində yoxlanması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsində yerləşən avtoyuma məntəqəsində oğurluq əməlini törətdiyi yeri əyani olaraq göstərmişdir. İş materiallarında olan 13 dekabr 2022-ci il tarixli “İfadələrin yerində yoxlanması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Alışov X7 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən mebel sexindən oğurluq əməlini törətdiyi yeri əyani olaraq göstərmişdir. İş materiallarında olan 12 dekabr 2022-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, istintaq zamanı Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə həyata keçirilmiş, üzləşdirmə zamanı onlar ifadələrində qeyd etdiklərini birbirinin üzünə qarşı bir daha bildirmiş və təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-16/2014 saylı, 03 oktyabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 3.000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, zərərçəkmiş şəxslərə aralarında barışıq əldə olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələrinin sanksiyasından görünür ki, həmin maddələr ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. İş materillarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-16/2014 saylı, 03 oktyabr 2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 3.000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Cəlilabad rayon İcra və Probasiya şöbəsinin 21 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-16/2014 saylı, 03 oktyabr 2014-cü il tarixli hökmü ilə ona təyin olunmuş 3.000 manat məbləğindəki cərimə cəzasını icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-16/2014 saylı, 03 oktyabr 2014-cü il tarixli hökmü ilə təyin edilmiş, lakin icra edilməmiş 3.000 manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə bu hökm üzrə təyin edilən azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilməli, həmin cərimə cəzası hazırki iş üzrə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə toplanarkən, müstəqil icra olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan təqsirləndirilən şəxsin tutulması haqqında 10 dekabr 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 01 oktyabr 2022-ci il tarixli və 13 dekabr 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə 10 dekabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində tutulmuş, 01 oktyabr 2022-ci il və 12 dekabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmiş, 12 dekabr 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 13 dekabr 2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan başqa iş materiallarından görünür ki, 16 mart 2023-cü il tarixdə Comment [QX 1]: Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün onun barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, 17 aprel 2023-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Suraxanı RPİ-nin MSY-nə təhvil verilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-177/2023 saylı, 19 aprel 2023-cü il tarixli qərarı ilə əvvəli 17 aprel 2023-cü il tarixdən hesablanmaqla 01 (bir) ay 17 (on yeddi) gün müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 1(010)-450/2023 saylı, 17 may 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 17 aprel 2023-cü il tarixdən һesablanmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 10 dekabr 2022ci il tarixdən 12 dekabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onlara dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 08 (səkkiz) iş saatı üçün 48 (qırx səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 10 dekabr 2022-ci il tarixdən 12 dekabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs təyin edilən 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün 02 (iki) il 08 (səkkiz) ay 28 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-16/2014 saylı, 03 oktyabr 2014-cü il tarixli hökmü ilə təyin edilmiş 3.000 (üç min) manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 3.000 (üç min) manat miqdarında cərimə növündə və 02 (iki) il 08 (səkkiz) ay 28 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 3.000 (üç min) manat miqdarında cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni 17 aprel 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onlara dəymiş maddi ziyanla bağlı Təqsirləndirilən şəxs qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 08 (səkkiz) iş saatı üçün 48 (qırx səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar