Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-451/2022 16.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs “X6 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin etibarnamə üzrə nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxx 1994-cü ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Qorçulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan MR, Şərur rayonu, Qorçulu kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli talama məqsədi ilə “X6 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 4 saylı NQÇS-nin ərazisindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə RO/93 saylı quyunun işçi meydançasından hər biri 1.5 metr olan 25 ədəd 22 mm diametrli, mühərrik meydançasından hər biri 2 metr olan 20 ədəd 22 mm diametrli, ümumilikdə 22 mm diametrli 10 ədəd ştanq və basqı xəttindən 25 metr uzunluğunda 73 mm diametrli boruları, eləcə də vahid niyyətlə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə RO/96 saylı quyunun işçi meydançasından hər biri 2 metr olan 40 ədəd 22 mm diametrli, ümumilikdə 22 mm diametrli 10 ədəd ştanqları, 20 metr uzunluğunda 73 mm diametrli boruları, RO/115 saylı quyunun işçi meydançasından hər biri 2 metr olan 40 ədəd 22 mm diametrli, ümumilikdə 22 mm diametrli 10 ədəd ştanqları, RO/58 saylı quyunun işçi meydançasından isə hər biri 2 metr olan 22 mm diametrli 40 ədəd, mühərrik meydançasından hər biri 6 metr olan 20 ədəd 22 mm diametrli, ümumilikdə 22 mm diametrli 25 ədəd ştanqları, RO/57 saylı quyunun su xəttindən 73 mm diametrli 25 metr uzunluğunda borunu qaynaqdan qopardaraq, “X6 Kompani S.A” şirkətinə ümumilikdə 1369.60 manat (min üç yüz altmış doqquz manat altmış qəpik) ziyan vurub gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,623 qram, 0,524 qram və 0,436 qram olmaqla, ümumi təmiz çəkisi 1,583 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 14:00-da Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılaraq, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilib, üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli parça materiallı idman şalvarının sağ yan cibindən 03 ədəd bükümdə təmiz çəkisi 1,583 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci və 234.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.2.3-2-ci və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin yay aylarında Türkiyə Respublikasında qanunsuz yaşadığı üçün Azərbaycan Respublikasına deportasiya olunmuşdur. həmin vaxtdan işləmək üçün ünvan 1 ünvanda tanışlarının yanında yaşamağa başlamış, uzun müddət işləmək üçün iş axtarsa da, özünə uyğun iş tapa bilməmiş və işsiz qalmışdır. Ona şəxsi təlabətlarını ödəməkdə tanışları maddi cəhətdən köməklik göstərsələr də, sonradan köməklik edə bilməmişlər. Maddi durumu yaxşı olmadığı üçün yaşadığı evin ətrafında yerləşən “X6 Kompani S.A” şirkətinə məxsus ərazidən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 14 mart 2022-ci il tarixdən 15 mart 2022-ci il tarixdə keçən gecə, saat 01:00 radələrində və 15 mart 2022-ci il tarixdən 16 mart 2022-ci il tarixə keçən gecə saat 01:30 radələrində “X6 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus ərazidən müxtəlif neft quyularının yanından ştanqları və boruları qaynaq hissəsindən qopardaraq, çöllükdə tapdığı araba ilə aparıb yaşadığı evin həyətinə gizlətmişdir. 17 mart 2022-ci il tarixdə yaşadığı evin yaxınlığında dəmir alışı ilə məşğul olan tanımadığı «Qazel» markalı yük avtomobili görüb, oğurladığı ştanqların bir hissəsini və əsas da boruları həmin avtomobilin sürücüsünə araba qarışıq 300 manata satmış, evdə isə müxtəlif ölçülərdə 16 ədəd ştanqlar qalmışdır. 18 mart 2022-ci il tarixdə yaşadığı evin qarşısında olarkən, polis əməkdaşları ona yaxınlaşmış, o, da polis əməkdaşlarına “X6 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin ərazisində yerləşən neft quyularından oğurluq etdiyini etiraf etmiş, sonra oğurladığı ştanqları həyətdə saxladığı yeri göstərmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 14:00-da o, yaşadığı Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, nömrəsiz ev ünvanının qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərinin polis əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitənin gəzdirilməsində, istifadəsində şübhəli olduğu üçün onu polis bölməsinə dəvət etmişlər. O, polislərlə razılaşaraq polis bölməsinə getmiş, orada hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etmək təklif olunmuş, o, da etiraz etməmiş və əynində olan qara rəngli parça materiallı idman şalvarının sağ yan cibindən 03 (üç) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümləri təqdim edərək, içərisindəki maddənin “kakos” adlandırılan narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni bir gün öncə İran İslam Respublikasının tanımadığı vətəndaşından 50 manata almasını, istifadə etmək üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Onun üzərindən aşkarlanmış maddi sübut qablaşdırıldıqdan sonra möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra məhkəmə ekspertizasına göndərilmişdir. Törətdiyi əməllərdən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs “X6 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin etibarnamə üzrə nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, o, «X6 Kompani S.A.» Şirkətin Azərbaycan Respublikası nümayəndəliyində hüquqşünas vəzifəsində işləyir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, «X6 Kompani S.A.» Şirkətin Azərbaycan Respublikası nümayəndəliyinin 4 saylı NQÇS-nin ərazisində yerləşən neft quyularının işçi meydançalarına baxış keçirilərkən, 14 mart 2022-ci il tarixdən 15 mart 2022-ci il tarixə keçən gecə RO/93 saylı neft quyusunun işçi meydançasından hər biri 1,5 metr uzunluğunda 25 ədəd 22 mm diametrli, mühərrik meydançasından hər biri 2 metr olan 20 ədəd 22 mm diametrli, ümumilikdə, 22 mm diametrli 10 ədəd ştanq və basqı xəttindən 25 metr uzunluğunda 73 mm diametrli boruların oğurlanması aşkar olunmuşdur. Bundan başqa 15 mart 2022-ci il tarixdən 16 mart 2022-ci il tarixə keçən gecə də RO/96 saylı quyunun işçi meydançasından hər biri 2 metr olan 40 ədəd 22 mm diametrli, ümumilikdə 22 mm diametrli 10 ədəd ştanq, 20 metr uzunluğunda 73 mm diametrli boru, RO/115 saylı quyunun işçi meydançasından hər biri 2 metr olan 40 ədəd 22 mm diametrli, ümumilikdə 22 mm diametrli 10 ədəd ştanq, RO/58 saylı quyunun işçi meydançasından isə hər biri 2 metr olan 22 mm diametrli 40 ədəd, mühərrik meydançasından hər biri 6 metr olan 20 ədəd 22 mm diametrli, ümumilikdə 22 mm diametrli 25 ədəd ştanq, RO/57 saylı quyunun su xəttindən 25 metr uzunluğunda 73 mm diametrli borular qaynaqdan qopardılaraq oğurlanmışdır. Bir ədəd ştanqın standart ölçüsü 8 metrdir. Qeyd olunan oğurluq nəticəsində ümumilikdə «X6 Kompani S.A.» Şirkətinə 1369.60 (min üç yüz altmış doqquz manat altmış qəpik) manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən şirkətə vurulmuş maddi ziyan ödənilmədiyindən, sonuncudan şikayətçi olduqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş “X6 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikası nümayəndəliyinin 4 saylı NQÇS-nin rəisi Şahid3 ifadəsində göstərmişdir ki, o, hazırda “X6 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikası nümayəndəliyinin 4 saylı NQÇS-nin rəisi vəzifəsində çalışır. Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, «X6 Kompani S.A.» Şirkətin Azərbaycan Respublikası nümayəndəliyinin 4 saylı NQÇS-nin ərazisində yerləşən neft quyularının işçi meydançalarına baxış keçirilərkən, 14 mart 2022-ci il tarixdən 15 mart 2022-ci il tarixə keçən gecə RO/93 saylı neft quyusunun işçi meydançasından hər biri 1,5 metr uzunluğunda 25 ədəd 22 mm diametrli, mühərrik meydançasından hər biri 2 metr olan 20 ədəd 22 mm diametrli, ümumilikdə 22 mm diametrli 10 ədəd ştanq və basqı xəttindən 25 metr uzunluğunda 73 mm diametrli boruların oğurlanması aşkar olunmuşdur. Bundan başqa 15 mart 2022-ci il tarixdən 16 mart 2022-ci il tarixə keçən gecə də RO/96 saylı quyunun işçi meydançasından hər biri 2 metr olan 40 ədəd 22 mm diametrli, ümumilikdə 22 mm diametrli 10 ədəd ştanq, 20 metr uzunluğunda 73 mm diametrli boru, RO/115 saylı quyunun işçi meydançasından hər biri 2 metr olan 40 ədəd 22 mm diametrli, ümumilikdə, 22 mm diametrli 10 ədəd ştanq, RO/58 saylı quyunun işçi meydançasından isə hər biri 2 metr olan 22 mm diametrli 40 ədəd, mühərrik meydançasından hər biri 6 metr olan 20 ədəd 22 mm diametrli, ümumilikdə 22 mm diametrli 25 ədəd ştanq, RO/57 saylı quyunun su xəttindən 25 metr uzunluğunda 73 mm diametrli borular qaynaqdan qopardılaraq oğurlanmışdır. Bir ədəd ştanqın standart ölçüsü 8 metr olur, həmçinin oğurluq nəticəsində «X6 Kompani S.A.» Şirkətinə ümumilikdə 1369.60 (min üç yüz altmış doqquz manat altmış qəpik) manat maddi ziyan dəymişdir. 18.03 2022-ci il tarixdə isə bu barədə akt tərtib olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 iyun 2022-ci il tarixli 9/3640 nömrəli rəyi ilə razı deyil, «X6 Kompani S.A.» Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə, ümumilikdə 1369,60 (min üç yüz altmış doqquz manat, altmış qəpik) manat məbləğində maddi ziyan dəyməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 15 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra o, və Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 14:00-da ünvan 2 ünvanının yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq və özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmiş və həmnin şəxsdən də özünü təqdim etməsini istəmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını demiş və onu Suraxanı RPİ-nin 31-ci PB-yə dəvət etmişlər. Suraxanı RPİ-nin 31-ci PB-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçi dəvət edilmiş və sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa, onu təqdim etməsi təklif olunmuş, bu vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli parça materiallı idman şalvarının sağ yan cibindən 03 (üç) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş qəhvəyi rəngli maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuş, Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddə olmasını, həmin bükümlərin onun özünə məxsus olmasını, həmin narkotik maddəni bir gün öncə tanımadığı İran İslam Respublikasının vətəndaşından 50 manat məbləğində pula almasını və şəxsi istifadə üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qablaşdırılmış, üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 eyni məzmunlu ifadə verərək, şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “X6 Kompani S.A.» şirkətinin Azərbaycan Respublikası Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, 70 ədəd 73 mm nasos kompressor borular, 55 ədəd 33 mm-lik ştanqın oğurlanmasına görə şirkətə 1369,60 manat ziyan dəymişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 6/3371 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Şübhəli şəxs: Təqsirləndirilən şəxs ...» sözləri olan zərfdəki 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,623 qram, 0,524 qram, 0,436 qram, ümumi təmiz çəkisi 1,583 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr» nin siyahısına daxildir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/3640 nömrəli rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 10 ədəd diametri 22 mm, uzunluğu 3,40 metr olan ştanqlar 300,00 (10 ədəd x 30 man) manat, 6 ədəd diametri 22 mm, uzunluğu 1,5 metr olan ştanqlar 90,00 (6 ədəd x 15 manat) manat müəyyən edilmişdir. Cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzi X7 Ambulator X1 xx.xx.2022-ci il tarixli 4594 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstələyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayət əməllərinə görə, qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, törənmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CMnin 61.1.1-ci maddəsinə əsasən törədiyi cinayət əməllərində cəzalarını ağırlaşdıran halların olmamasını qeyd etməklə, törətdiyi cinayət əməllərini etiraf etməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını və törətdiyi əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci və 234.1-ci maddələri sanksiyası həddində cəza təyin edilməlidir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini tam təmin edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 16 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Suraxanı RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan, tədqiqatdan sonra təmiz çəkisi 1,433 qram qalmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 115 (yüz on beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı mülki iddia verilməmiş, əmlak müsadirəsi yoxdur. Məhkəmə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı bildirir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyindən, vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 381,384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci və 234.1-ci maddələri ilə hazırki hökmlə təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və onun üzərində 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu cəmi 03 gün müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 03 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 16 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış Suraxanı RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan, tədqiqatdan sonra təmiz çəkisi 1,433 qram qalmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 115 (yüz on beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə digər zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərlə onlara vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydada iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə maddi sübut - 10 ədəd diametri 22 mm, uzunluğu 3,40 metr olan ştanqlar və 6 ədəd diametri 22 mm, uzunluğu 1,5 metr olan ştanqların zərərçəkmiş şəxs «X6 Kompani S.A.» Şirkətinin Azərbaycan Respublikası nümayəndəliyinə təhvil verilməsi nəzərə alınsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-451/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-451/2022
16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver