Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-451/2023 18.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında Hakim - Kazımov Rasim Sarı oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Heydərova Nilufər Ruhulla qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Naxçıvan MR, Sədərək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Naxçıvan MR, Sədərək rayonu, Heydərabad qəsəbəsində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Qum adası, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmədiyi halda 06 yanvar 2023-cü il tarixdə satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 19 manat ödəməklə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,953 qram və 0,545 qram olmaqla, ümumi təmiz çəkisi 1,498 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi komponent tərktiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 07 yanvar 2023-cü il tarixdə saat 14 radəsində Bakı şəhəri, Suraxanı rayonu, Qum adası nömrəsiz ünvanın qarşısında narkotik vasitələrin əldə edilməsində və daşınmasında şübhəli olmasına görə Suraxanı RPİ-nin 30-cu PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmiş və PB-nin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,953 qram və 0,545 qram olmaqla, ümumi təmiz çəkisi 1,498 qram olan qəhvəyi rəngli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitəni 20 (iyirmi) manat ödəməklə 02 (iki) ədəd şəffaf sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri 0,603 qram, 0,483 qram, ümumi təmzi çəkiləri 1,086 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir alaraq əldə edib üzərində saxlamaqla daşımış və 17 yanvar 2023-cü il tarixdə saat 12:00 dəqiqədə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən “Bravo” ərzaq dükanının yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılıb ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 02 (iki) ədəd şəffaf rəngli sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri 0,603 qram, 0,483 qram, ümumi təmiz çəkiləri 1,086 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 06 yanvar 2023-cü il tarixdə axşam saatlarında Əhmədli qəsəbəsinə gedərək üzdən tanıdığı şəxsdən 19 manat verərək 2 bükümdə narkotik vasitə heroin alaraq əynində olan boz rəngli şalvarın sağ cibinə münasib vaxtda istifadə etmək üçün qoymuşdur. 07 yanvar 2022-ci il tarixdə təxminən saat 14 radələrində o, yaşadığı Suraxanı rayonu, Qum adası nömrəsiz evin qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq, özlərini polis əməkdaşları kimi təqdim edərək xidməti vəsiqələrini təqdim edib adını və soyadımı soruşmuş, sonuncu da həmin şəxslərə adının Əkbər soyadının isə Nəcəfov olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları omun narkotik vasitələrin əldə edilməsində və daşınmasında şübhəli olduğunu bildirərək yaxınlıqda yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. 30-cu PŞ-də ona hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkil təyin olunmuş, vəkillə görüşdükdən sonra videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı əşya və ya maddə varsa təqdim etməyi təklif olunmuşdur. Bu zaman o, əynində olan boz rəngli şalvarının sağ yan cibindən 02 ədəd bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin bükümlərin içərisində nə olması, nə vaxt, kimdən və hansı üsulla, hansı məqsədlə əldə etməyi barədə soruşmuş, sonuncu da həmin 02 ədəd bükümün içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotiki 06 yanvar 2023-cü il tarixdə Əhmədli qəsəbəsində tanımadığı şəxsdən 19 manat müqabilində özü istifadə etməyi üçün alaraq əldə etdiyini bildirmişdir. Ondan aşkar edilmiş həmin 02 ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra isə polis əməkdaşları tərəfindən onun üzərinə baxılmış və hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra bununla bağlı tərtib olunmuş protokol və digər sənədlər onun tərəfindən imzalanmışdır. Bundan başqa, o xx.xx.2023-cü il tarixdə saat 12:00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən “Bravo” ərzaq dükanının yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu 30-cu PŞ-nə dəvət etmişlər. O da razılaşıb onlara etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Suraxanı RPİ-nin 30-cu PŞ-nin xidməti otaqların birində hüquq və vəzifələri ona izah edildikdən sonra dövlət hesabına vəkil dəvət olunmuş və vəkili ona hüquq və vəzifələrini bir daha izah etdikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Həmin vaxtı polis əməkdaşı üzərində hər hansı bir qanunsuz saxladığı əşya olduğu təqdirdə onu çıxarıb təqdim etməyini bildirmişdir. O da əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 02 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroini çıxarıb təqdim etmiş, polis əməkdaşı tərəfindən həmin bükümü açılaraq içərisinə baxış keçirilmiş, sonra polis əməkdaşları sonuncudan həmin bükümün içərisində nə olması, nə vaxt və haradan əldə etdiyim barədə soruşmuş, o da həmin şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə olan heroin olduğunu,xx.xx.2023-cü il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsində tanımadığı şəxsdən 20 manat məbləğində pula aldığını, öz şəxsi istifadəsi üçün üzərində gəzdirməyini bildirmişdir. Təqsirləndirilən şəxs daha sonra öz əməlindən səmimi peşman olduğunu, narkomaniya xəstəliyindən əziyyət çəkdiyini göstrərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 30cu Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid3 ifadəsində göstərmişdir ki, 07 yanvar 2023-cü il tarixdə xx.xx.1991-ci ildə Naxçıvan MR, Sədərək rayonu, Heydərabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək, əvvəllər məhkum olunmuş, Naxçıvan MR, Sədərək rayonu, Heydərabad qəsəbəsində qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Qum adası nömrəsiz ünvanında yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qum adası nömrəsiz ünvanın yaxınlığında narkotik vasitələrin qanunsuz saxlanılması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə rəisə raportla məruzə olunduqdan sonra Şahid3 və Suraxanı RPİ-nin 30-cu PB-nin sahə inspektoru, polis mayoru Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 14 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qum adası nömrəsiz ünvanın qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini istəmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə Polis bölməsinə gəlmişdir. Polis Bölməsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçi dəvət edilmiş, sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 02 ədəd şəffaf polietilenə bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuş, bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və həmin bükümlərin onun özünə məxsus olduğunu, həmin narkotik vasitəni 06 yanvar 2023-cü il tarixdə axşam saatlarında Xətai rayonu, Əhmədli qəsəbəsində üzdən tanıdığı şəxsdən 19 manat müqabilində, öz istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş həmin 02 ədəd bükümlər götürülərək qablaşdırılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 30cu PŞ-nin polis sahə inspektoru polis mayoru Şahid4 Şahid3 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Suraxanı RPİ-nin 30-cu PŞ-də CA üzrə əməliyyat müvəkkili işləyir və polis kapitanı xüsusi rütbəsi daşıyır. 17 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə rəisə raportla məruzə olunduqdan sonra Şahid1 və Suraxanı RPİ-nin 30-cu PŞ-nin polis sahə inspektoru polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 12:00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən “Bravo” marketin yaxınlığında əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nin 30-ci PŞ-nə dəvət etmiş, sonuncu da razı olaraq onlarla birlikdə 30-cu Polis Şöbəsinə gəlmişdir. Suraxanı RPİ-nin 30- cu PŞ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş, sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sol iç cibindən 02 (iki) ədəd şəffaf rəngli sellofana bükülmüş maddə heroini çıxardıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuş, Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olmasını, həmin büküm onun özünə məxsus olmasını, həmin narkotik maddəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində tanımadığı şəxsdən 20 manat məbləğində pula almasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qablaşdırılmış, Təqsirləndirilən şəxsnin üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin polis sahə inspektoru polis mayoru Şahid2 Şahid1 ifadəsində qeyd etdiklərinə uyğun eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü ildə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 09 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarında olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 09 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü ildə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 18 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarında olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 06 aprel 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı RPİnin İstintaq Şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir istintaqda birləşdirilərək, sonuncu nömrə ilə istintaqı davam etdirilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham olunmuş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə“ növündə qətimkan tədbiri qüvvədə saxlanılmışdır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli 6/80 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №194» dairəvi möhür əksi, «vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazısı və imzalar olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,953 qr və 0,545 qr, ümumi təmiz çəkisi 1,498 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi-1,498 qram, tədqiqata sərf edildi ümumi 0,1 qr, qalıq 1,398 qr. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop vasitələr” siyahısına (Siyahı 1) daxildir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli 6/284 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN « Zərflər üçün №194» möhür əksi,«Vət.Təqsirləndirilən şəxs üzərindən....» və.s sözlər, imzalar olan zərfdəki 02 ədəd bükümdə təmiz çəkisi - 0,603 qram, 0,483 qram ümumi təmiz çəkiləri 1,086 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi-1,086 qram, tədqiqata sərf edildi ümumi 0,1 qr, qalıq-0,986 qr heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop vasitələr” siyahısına (Siyahı 1) daxildir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi xx.xx.2023-ci il tarixli 109 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstələyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya xəstəxanasından alınmış xx.xx.2023-cü il tarixli 1/1580 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməyib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 alınmış xx.xx.2023-cü il tarixli 4593 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 1(010)- 186/2021 nömrəli iş üzrə 24 noyabr 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il 03 (üç) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının bu gün üçün çəkilməmiş 01 (bir) il 03 (üç) ay 09 (doqquz) günlük hissəsi Azərbaycan Respublikası CMnin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmış və azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş həmin hissəsi 07 (yeddi) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Bakı Şəhər Probasiya İdarəsinə verilmiş sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək ona təyin edilmiş cəzanın 01 il 01 gün hissəsini çəkmiş, çəkilməmiş cəzası 01 il 03 ay 09 gün təşkil edir. Beləliklə, məhkəmə, tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını AR CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran hal olaraq cinayətin təkrar törədilməsi müəyyən olunmuşdur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını AR CM-nin 59-cu maddəsinə əsasən yüngülləşdirici hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 43-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, onun azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza çəkməklə islah olunmasının qeyrimümkün hesab edir və Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində real çəkilməli olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 07 yanvar 2023-cü il tarixdən 09 yanvar 2023-cü il tarixədək və 17 yanvar 2023-cü il tarixən 18 yanvar 2023cü il tarixədək həbsdə saxlanıldığı 4 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12.00da şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10.15-də təqsirləndirilən şəxs qismində dindirilməyə başlanılmış və dindirilmə saat 10.40-da bitmişdir. xx.xx.2023-cü il tarixdə saat 11.15-də diskə baxış keçirilmiş, daha sonra təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Suraxanı rayon Prokurorluğuna vəsatət verilmiş, həbs qətimkan tədbirinin seçilməsindən imtina olunaraq təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin istintaq zamanı həbsdə saxlanılma müddəti 24 saatı keçdiyi üçün 2 gün hesab olunmalıdır. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hazırki iş üzrə nəzərə alınmalıdır. Cəza çəkmə müddətinin 23 may 2023-cü il tarixdən hesab edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində AR CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 1(010)-186/2021 nömrəli iş üzrə 24 noyabr 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il 03 (üç) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının və həmin cəzanın Suraxanı Rayon Məhkəməsinin 7(010)- 256/2023 nömrəli 26 may 2023-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə ilə əvəz olunmuş 07 ay 19 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ona təyin edilən cəza ilə qismən birləşdiriməlidir və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut - Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 1,398 qram narkotik vasitə heroin və 0,986 qram narkotik vasitə heroin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən məhv edilməlidir. İş üzrə keçirilmiş materialların məhkəmə ekspertizasına sərf olunmuş 224 (iki yüz iyirmi dörd) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 1(010)-186/2021 nömrəli iş üzrə 24 noyabr 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il 03 (üç) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının və həmin cəzanın Suraxanı Rayon Məhkəməsinin 7(010)- 256/2023 nömrəli 26 may 2023-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə ilə əvəz olunmuş 07 ay 19 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ona təyin edilən cəza ilə qismən birləşdirilsin və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 07 yanvar 2023-cü il tarixdən 09 yanvar 2023-cü il tarixədək və 17 yanvar 2023-cü il tarixən 18 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı 4 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, 4 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hazırki iş üzrə nəzərə alınsın. Cəza çəkmə müddətinin 23 may 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut - Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 1,398 qram narkotik vasitə heroin və 0,986 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə keçirilmiş materialların məhkəmə ekspertizasına sərf olunmuş 224 (iki yüz iyirmi dörd) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(010)-451/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-451/2023
18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver