Məhkəmə qərarları › İş №1(010)-451/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-451/2025

28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-451/2025 28.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Əliyeva (Bayramova) İlhamə Əlirza qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 5 may 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN:xxxxxxx, evli, ali təhsilli, məhkum olunmamış, “SOCAR” şirkətinin Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsində böyük mühəndis vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, 7 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 9 may 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vuran bədən xəsarətləri yetirmə ilə bağlı ittiham elan olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, 25 sentyabr 2024-cü il tarixdə, saat 23:30 radələrində ünvan 3 ünvanında yerləşən yaşadığı mənzildə həyat yoldaşı Zərərçəkmiş şəxs atası Şahid2 olan 22000 manat borcunu qaytarması barədə bildirməsinə görə yaranmış şəxsi narazılıq zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla sifət nahiyəsinə vuraraq sonuncuya qəsdən burun sümüyünün yerdəyişməyən sınığı ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Lakin məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmir, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı mötəbər sübutlarla əsaslandırılır. Belə ki, ibtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Əliyeva (qız soyadı Bayramova) İlhamə Əlirza qızı ilə 2004cü ildən ailə qurmuş və həmin nikahdan Murad adlı bir oğlu vardır. İlhamə ilə münasibətləri əvvəl normal olmuş, aralarında münaqişə, düşmənçilik olmamışdır. 2024-cü ilin yay ayından İlhamə ona cavab qaytarmış, «sən kimsən?» demişdir. Ondan sonra, təxminən 2024-cü ilin iyun ayından əşyalarını, yəni şəxsi sənədlərini götürüb birlikdə yaşadıqları Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, massiv AB, ev 42, mənzil 58 ünvanından çıxıb getmişdir. Belə ki, əvvəllər qayınatası Xırdalan şəhərində onlara ev vermiş, 2012-ci ildə onlar həmin evi satmışlar, əlavə olaraq o, da pul qoyaraq Yeni Günəşli qəsəbəsində yerləşən evlərini almışlar. Odur ki, evdən çıxdıqdan sonra həmin ünvana bir daha qayıtmamışdır. Həmin ev qayınatası Əlirzanın adına olmuş, evi alanda pulun bir hissəsini özü vermiş, çox hissəsini Əlirza vermiş, ona görə də ev Əlirzanın adında qalmışdır. Təxminən 2024-cü ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs onun barəsində şikayət etmişdir ki, guya o, Zərərçəkmiş şəxs döymüşdür. Lakin, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs dediyi 25 sentyabr 2024-cü il tarixdə, Yeni Günəşli qəsəbəsində olmamış, keçmiş həyat yoldaşını vurmamış, döyməmiş, həmin vaxt ünvan 4 ünvanında ana və atasının evində olmuşdur. Həmin tarixdə oğlu Muradla mobil telefonla danışmış, Murad sürücülük vəsiqəsi almaq üçün imtahan verməli idi, ona bildirmişdir ki, gəlsin yanına buradan imtahana birlikdə getsinlər. Muradla telefonla danışanda Murad evdə olduğunu demiş, özü isə həmin vaxt Biləcəri qəsəbəsində anasıgilin evində idi. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə günü Suraxanı qəsəbəsi ərazisində olmamışdır. İş günü idi, o da həmin gün Nizami rayonunda yerləşən iş yerində olmuşdur. 2024-cü ilin iyun ayından zərərçəkmiş şəxs İlhamə ilə danışmamış, sonuncunun yaşadığı evə də getməmişdir. 11 oktyabr 2024-cü il tarixdə, Muradla Türkiyə Respublikasına getməli idi, lakin getmədən əvvəl ona polisdən məlumat verib bildirmişlər ki, axtarışdadır. Polis onunla əlaqə saxladıqda məlumatı olmuşdur ki, İlhamə onu şikayət etmişdir. Zərərçəkmiş şəxsin atasına borcu yoxdur, lakin problem yaranmaması üçün İlhaməyə 4000 manat verməyi təklif etmişdir. O, da bununla razılaşmışdır. Daha sonra Muradla Türkiyə Respublikasına getmiş, orada olan zaman İlhamə yenidən zəng edərək, ona qarşı böhtan atmağa başlamışdır. Buna görə də, aralarında olan razılaşma pozulmuş və o Türkiyədən qayıdanda boşanma ilə bağlı məhkəməyə rəsmi müraciət etmiş və boşanmışlar. Yeni Günəşli qəsəbəsində yerləşən ev ilə bağlı heç bir tələbi olmamışdır. Məhkəmə tibbi ekspertizasının rəyi ilə tanış olmuş, lakin İlhaməyə heç bir xəsarət yetirməmiş, sonuncunun xəsarəti hansı şəraitdə alması barədə məlumatı da yoxdur. Zərərçəkmiş şəxsin arasında ədavəti olan və ya mübahisəsi yarana biləcəyi başqa şəxsin olmasından məlumatı yoxdur. Oğlu Muradla münasibətləri yaxşıdır. Şahid1 nə üçün onun əleyhinə ifadə verməsini öyrənmək üçün onunla danışmış, Murad bildirmişdir ki, anası və babası ona təsir edib, ev və maşın alacaqlarını vəd etmişlər. Şahid3 tanıyır, Muradın dostudur, o, Yeni Günəşli qəsəbəsində yaşamır, onlarla qonşu da deyildir. Özü ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrindən istifadə edir. İlhamənin istifadəsində olan ***-***-**-** saylı və Muradın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələri onun adınadır. Əvvəllər heç vaxt zərərçəkmiş şəxsə xəsarət yetirməmişdir. Oğlu Şahid1lə danışıq zamanı mobil telefon danışıqlarının səs yazılarını bilərək qeyd etməmiş, həmin danışıqlar mobil telefonunda olan proqram vasitəsi ilə qeyd edilmiş, o, daha sonralar səslərin yazıldığını öyrənmişdir. Sonda isə məhkəmədən özünü təqsirli bilməməsini nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs 24 dekabr 2025-ci il tarixli məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 24 sentyabr 2024-cü il tarixdə Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, bina 42, mənzil 58 ünvanında yerləşən evdə olmamışdır. Təxminən 2024-cü ilin iyun-iyul aylarında həmin ünvanı tərk etmiş və ünvan 5 ünvanında yaşamağa başlamışdır. 08 oktyabr 2024-cü il tarixli ekspert rəyində zərərçəkmiş şəxsin qeyd edilən xəsarətləri necə alması barədə məlumatı yoxdur, o, Zərərçəkmiş şəxs xəsarət yetirməmişdir. Təxminən 08-09 oktyabr 2024-cü il tarixdə İlhaməni polis bölməsində görəndə xəsarətlərini görməmişdir. 2024-cü ilin yay aylarından Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, bina 42, mənzil 58 ünvanından çıxıb getmiş, zərərçəkmiş şəxs ondan pul tələb etmiş, o, da bu məsələni uzatmamaq üçün onlarla razılaşmış, pul verməyi qəbul etmiş, həmin dövrdə ona qarşı müəyyən təzyiqlər olmuşdur. Ona görə də, ifadələrdə borc aldığı qeyd edilmişdir. Lakin elə bir hal yoxdur, məsələni uzatmamaq üçün zərərçəkmiş şəxslə razılaşmışdır. X11 getməli idi, onun ölkədən çıxmaması üçün zərərçəkmiş şəxs şikayəti 05 oktyabr 2024-cü il tarixdə vermişdir. Ona məxsus bıçaq yoxdur, sadəcə evdə divardan asılan suvenir kimi xəncər vardır. Həmin əşyadan da ümumiyyətlə istifadə etməmişdir. Bir daha qeyd edir ki, hadisə baş verən zaman orada olmamışdır, ümumiyyətlə Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, bina 42, mənzil 58 ünvanına 2024-cü ilinyay ayından getməmişdir. İbtidai istintaq dövründə 05 oktyabr 2024-cü il tarixdə ilkin izahatı alınmış Əliyeva (Bayramova) İlhamə Əlirza qızı göstərmişdir ki, 25 sentyabr 2024-cü il tarixdə, saat 23 radələrində həyat yoldaşı Təqsirləndirilən şəxs yaşadıqları mənzildə ailə-məişət zəminində onunla mübahisə edərək yumruğu ilə 4-5 dəfə onun sifət nahiyəsindən vurub bədən xəsarəti yetirmişdir. Həmin vaxtı burnundan qan açılmış, göz nahiyələrinin ətrafları qaralmışdır. Həmin vaxtları həyat yoldaşı Təqsirləndirilən şəxs şikayət etməməsinin səbəbi oğlu Murada görə ailəsini dağıtmaq istəməməsi olmuşdur. Hadisədən bir neçə gün sonra, Anar evdən çıxıb getmiş və o gündən etibarən onu öldürəcəyi ilə hədələyir. Təxminən 5-6 ay bundan əvvəl evdə Təqsirləndirilən şəxs onunla mübahisə edərək dolabdan bıçağı götürüb üstünə hücüm edib vurmaq istəyərkən sol əlini qabağa verib özünü müdafiə edən zaman bıçıq əlini kəsmişdir. Anar əlinin kəsildiyini görüb dayanmışdır. Xəsarət aldığı üçün ekspertizadan keçmək istəyir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Əliyeva (Bayramova) İlhamə Əlirza qızı ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, təxminən 18 il bundan əvvəl, Təqsirləndirilən şəxs ilə ailə qurmuş, həmin nikahdan Murad adlı bir oğlu var. Təxminən 25 sentyabr 2024-cü ilə qədər həyat yoldaşı Anar və oğlu Murad ilə ünvan 6 ünvanında yaşamışlar. Əvvəl Anarla münasibətləri yaxşı olmuş, lakin sonradan Təqsirləndirilən şəxs qohumlarının sözü ilə münasibətləri pozulmuşdur. Anarın atası Şahid2 təxminən 22000 manat borcu əmələ gəlmiş və həmin borcunu qaytarmamışdır. Atası Əlirza əməliyyat olunmalı idi, əməliyyata pul verilməsi üçün verdiyi pulu Anardan istəmiş, lakin Anar pulu qaytarmamışdır. O, özü və oğlu Murad da bu barədə bir neçə dəfə Anara demişlər, lakin Anar pulu qaytarmamışdır. 25 sentyabr 2024-cü il tarixdə, axşam radələrində o, Muradla atasıgildə, hazırda yaşadığı Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi, bina 21, mənzil 29 ünvanında olduqları zaman Anar zəng edib onu çağırmışdır ki, gəlib ona yemək versin. Muradla yaşadıqları Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, ev 42, mənzil 58 ünvanına gəlmişlər, təxminən saat 23 radələri olardı. Murad atasına demişdir ki, babası Əlirza əməliyyat olunmalıdır, pulunu versin, lakin yataq otağında Anar Muradı əli ilə bir neçə dəfə vurmuş və bunu görüb Anarın qarşısına keçmişdir ki, Muradı müdafiə etsin. Anara da demişdir ki, vurmasın, uşaqdır. Lakin Anar onu çarpayının üstünə itələyərək sifət nahiyəsinə bir neçə dəfə yumruqla vurmuş və o, huşunu itirmişdir. Ayılanda görmüşdür ki, Anarın valideyni gəlmişdir ki, oğlunu götürüb oradan çıxıb getsinlər. Anar artıq orada olmamış, valideyni çıxıb getmişdir. Anar həmin vaxtdan evə qayıtmamışdır. 05 oktyabr 2024-cü il tarixdə gedib Suraxanı RPİ-nin 33-cü polis bölməsinə Anarın onu döyməsi barədə şikayət etmişdir. Anarın gəlib ona nə isə edəcəyindən ehtiyat edərək təxminən 15-20 gün keçmiş atasıgilə çıxıb getmiş və o vaxtdan orada yaşayır. X13 İstanbul şəhərində Universitetdə təhsil alır. Bu hadisəni oğlu Murad görmüşdür. Qonşular bu hadisəni görməmişlər. Barəsində olan təkrar məhkəmə-tibbi ekspertizasının 191/2025 saylı, 02 aprel 2025-ci il tarixli rəyində qeyd olunan bədən səthində burun sümüyünün yerdəyişməyən sınığı kimi bədən xəsarətini ona əri Anar yetirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Əliyeva (Bayramova) İlhamə Əlirza qızı bildirmişdir ki, təqsirləndirilən şəxslə əvvəllər aralarında mübahisələr olmuş, lakin heç vaxt polisə müraciət etməmişdir. Mübahisə borca və Anarın başqa şəxslə arasında olan münasibətinə görə yaranmışdır. Polisə hadisədən bir neçə gün sonra müraciət etmiş, hadisənin 25 sentyabr 2024-cü il tarixdə baş verdiyini bildirmişdir. Müraciəti 05 oktyabr 2024-cü il tarixdə etməsinə səbəb o olmuşdur ki, Anarın anası gəlmiş, pulu qaytaracağını, Anarı şikayət etməməsini demiş, o, da gözləmişdir. Hadisə zamanı evdə Murad, o və Anar olmuşdur. Şahid1 də xəsarət almış, lakin həkimə müraciət etməmişdir. Mübahisələri uzun müddət davam etmiş, səslərinə qonşular gəlmişdir, həmçinin Muradın dostu Əli də gəlmiş və onun xəsarətlərini görmüşdür. Anar onun sifətindən yumruqla vurmuş, dişi qırılmış, barmağını bıçaqla kəsmiş, həmçinin ginekoloji xəsarətləri var idi. O, Anarın adına olan ***-***-**-** saylı, Murad isə Anarın adına olan ***-***-**-** saylı mobil telefon nömrələrini istifadə edir. Anarın mobil telefon nömrəsini bilmir. Hadisədən 2-3 gün sonra atasına məlumat vermişdir. ünvan 7 ünvanında nə qədər yaşamışlar dəqiq bilmir, həmin ünvanda ilk olaraq kirayə yaşamışlar, daha sonra isə mənzili almışlar. Təqsirləndirilən şəxslə barışmamış, şikayət etdikdən sonra, oğlu Murada görə barışmış, Anar evə qayıdacağını demişdir. Lakin evə qayıtmamış, o da yenidən müraciət etmişdir. Hadisə baş verən gün özündə olmamışdır. Buna görə də, müraciət etdiyi zaman hadisənin 24 sentyabr 2024-cü il tarixdə deyil, 25 sentyabr 2024-cü il tarixdə baş verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs Əliyeva (Bayramova) İlhamə Əlirza qızı 24 dekabr 2025-ci il tarixli məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə günü atasının yaşadığı evdə olmuş, daha sonra təqsirləndirilən şəxs ona ev telefonu ilə zəng edərək, yemək verməsini istəmişdir. Buna görə də, anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman ona zəng edilməsi aşkar olunmur. Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirmiş, əlini kəsmişdir. Bunu müstəntiqə bildirmiş, fotoşəklini çəkməsini istəmiş, lakin fotoçəkilləri çəkilməmiş, hazırda həmin bıçaq evdədir. Ekspertizada olan zaman da ona bıçaqla xəsarət yetirilməsini bildirmiş, lakin sənədlər Suraxanı RPİ-də itmiş və eksperti rəyi dəyişdirilmişdir. Ekspertizadan ona verilən tibbi sənədlərdə bıçaqla yetirilən xəsarətlər qeyd edilmişdir. Həmin sənədləri sübut kimi təqdim edə bilər. Bıçaqla yetirilən xəsarətin izi də qalmışdır. Barışıq üçün bir müddət gözləmiş, buna görə də həmin gün şikayət etməmişdir. Ekspertiza keçirilmədən əvvəl həkim müayinəsində olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, keçmiş kürəkəni Təqsirləndirilən şəxs 2023-cü ildə ondən hissə-hissə manatla və ABŞ dolları ilə ümumilikdə 22000 manat pul almışdır ki, guya avtomobillərin alveri ilə məşğul olacaq. Lakin onu aldatmış, pulunu da geri qaytarmamışdır. Təqsirləndirilən şəxs tərəfindən qızının döyülməsi hadisəsini görməmiş, qızı İlhamənin sifətində burun nahiyəsində, əlində sıyrıq kimi bədən xəsarətləri olmuşdur. İlhamənin dediyinə görə, həmin xəsarətləri ona 25 sentyabr 2024-cü il tarixdə yaşadıqları evdə yumruqla döyərək Anar yetirmişdir. Həmin hadisədən sonra Anarı görməmiş, telefonla da danışmamış, Anara zəng olunanda o, telefonu açmır. Hadisədən üç-dörd gün sonra məlumat almışdır. Həyat yoldaşı ilə birlikdə Bakı şəhəri, ünvan 8 ünvanında yaşayır, qızı İlhamənin mənzili də onların mənzilinə yaxındır. Qızı İlhamə hər gün onların evinə gəlirdi, lakin hadisədən sonra bir neçə gün gəlməmiş, yoldaşı ilk olaraq İlhamənin yıxıldığını, buna görə gələ bilmədiyini demiş, lakin sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən qızı döyülmüşdür. Bu barədə məlumat aldıqdan sonra, DİN-in 102 Xidmətinə bu barədə məlumat vermişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında əvvəllər də mübahisələr olurdu, lakin o mübahisələrinin olduğunu sonradan öyrənmişdir. Hazırda təqsirləndirilən şəxsin ona 20.800 manat borcu var. İbtidai istintaq dövründə 10 oktyabr 2024-cü il tarixdə izahatı alınmış Şahid1 ifadəsində bildirmişdir ki, anasının yazdığı şikayət ərizəsi ilə tanış olmuşdur və qeyd edir ki, 25 sentyabr 2024-cü il tarixdə atası evdə olmamışdır. Qeyd olunanların hamısı yalandır. Həmin vaxt evdə o və anası olmuş, 3-cü şəxs olmamışdır. Atası təxminən 3-4 aydır ki, evdə yoxdur. Bundan əlavə, anasının üz nahiyəsində bugünədək heç bir xəsarət izi görməmişdir. (iş.v. 24) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, anası Əliyeva (Bayramova) İlhamə Əlirza qızı ilə əvvəl Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, bina 42, mənzil 58 ünvanda yaşamışlar. Atası Təqsirləndirilən şəxs anası İlhamə ilə əvvəllər münasibətləri yaxşı olmuşdur. Lakin, təxminən 2 il bundan əvvəl, məlum olmayan səbəbdən münasibətləri pozulmuşdur. 24 sentyabr 2024-cü il tarixdən 25 sentyabr 2024-cü il tarixə keçən gecə saat 01 radələrində özü, atası və anası evdə olduqları zaman atası Anar əvvəl onunla nəyisə düz etmədiyi üçün mübahisə etmiş, əli ilə üzünə vurmuş, anası onu müdafiə etmək üçün qabağına keçəndə atası anası İlhaməni sifətindən sillə ilə vurmuş, anasının dodağı zədələnmiş, dodağından qan axmışdır. Anası dəhlizə keçdikdə mənzildən çıxmaq istəmiş, bu zaman atası anasını arxadan əli ilə tutub özünə çəkdikdə anası sifəti üstə döşəməyə yıxılaraq burnu zədələnmişdir. Həmin hadisə zamanı dostu Şahid3 yanına evlərinə gəlmişdir ki, onunla bayıra çıxsın və həmin anda anasının mənzilin qapısını açıb bayıra çıxmaq istəməyini Əli görmüşdür. Həmin hadisə zamanı atasının üstündə olan mobil telefonda ***-***-**-** və ***-***-**-** nömrələri olmuşdur. Atası başqa nömrə işlətmir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, atası ilə anasının münasibətləri əvvəl yaxşı idi, münasibətləri pisləşəndə isə o, Türkiyə Respublikasında təhsil alırdı, ona görə də, səbəbini bilmir. Hadisə günü isə zibili aparıb atmalı idi, lakin atmamışdı, atası da ona əsəbləşmişdi. Babası Şahid2la atasının münasibətləri də normal idi. Özünü pis hiss etdiyi üçün otağında idi, mübahisə yarandıqdan sonra, otağına getmişdi. Anasının dodağının qanadığını, burnuna xəsarət yetirildiyini görmüşdür. Özü ***-***-**-** saylı mobil telefon nömrəsini, atası isə ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrini istifadə edirdi. Mübahisə təxminən 30-40 dəqiqə çəkdi. Dostu Əli ilə görüşəcəydi, buna görə də, Əli evə gəlmişdi, başqa heç kim gəlməmişdi. Atasının avtomobilini bir dəfə idarə etmiş, adətən dostu Əlinin avtomobilini idarə edir. Atası ilə 2024-cü ilin yayınadək birlikdə yaşamışlar, sonra atası öz anasıgillə birlikdə ayrı yerdə yaşamağa başlamışdır. 2024-cü ilin sentyabr ayında atası onlarla yaşamırdı, lakin hadisə günü gəlmişdi, həmin vaxt evdə idi. Ona evə qayıdacağı barədə söz verdiyi üçün gəlmişdi. Hadisədən sonra həkimə müraciət etmədilər, anası həkimə gedəndə o, Türkiyə Respublikasında idi. Hadisə zamanı Əli ilə görüşəcəyi üçün sonuncu onlara gəlmişdi, daha sonra isə ata nənəsinə zəng edib, məlumat vermişdir. Təxminən 20-25 dəqiqə sonra nənəsi gəlmişdir. Babası isə məhlədə gözləyirdi. Nənəsinə ev telefonu ilə zəng etmişdir. Hadisə 24 sentyabr 2024-cü il tarixdən 25 sentyabr 2024-cü il tarixə keçən gecə baş vermişdir. İfadə verən zaman xəstə idi, özünü narahat hiss edirdi. Ona görə də ifadəni diqqətlə oxumamışdır. Əvvəllər atası ilə anası arasında mübahisələr olmamışdır. Təhsil haqqını atası ödəmiş, polisə müraciət edənədək münasibətləri yaxşı idi, lakin müraciətdən sonra soyuqluq yaranmışdır. Hadisədən sonra TTY çağırmamışlar. Atasının babasına borcu olub-olmamasını dəqiq bilmir. Şahid3 nə vaxt gəlməsini dəqiq xatırlamır, 24 sentyabr 2024-cü il tarixdə, saat 00:00 radələri olardı. Hadisə günü atası ilə mobil telefonla danışmışdır. Belə ki, atası səhər evdə idi, daha sonra isə işə getmişdir. Sürücülük vəsiqəsini 26 sentyabr 2024-cü il tarixdə almışdır. İbtidai istintaq dövründə Şahid1 ifadəsi ilə əlaqədar dindirilmiş zərərçəkmiş şəxs Əliyeva (Bayramova) İlhamə Əlirza qızı 07 may 2025-ci il tarixli əlavə ifadəsində göstərmişdir ki, Murad səhv deyir, daha düzgün ifadəni o, özü verir. Belə ki, 25 sentyabr 2024-cü il tarixdə, saat 23:00 radələrində Təqsirləndirilən şəxs yumruqla sifətinə təxminən 20 dəfə vurmuş, burnunu və dodağını zədələmişdir. Evdən çıxmaq istəyəndə Anar ona təpiklə vurmuş və döşəmə üzərinə yıxmış, lakin həmin anda dodağı və burnu artıq zədəli olmuşdur. Ola bilsin ki, Murad fikirləşmişdir ki, döşəmə üzərinə yıxılanda burnu zədələnmiş, lakin dodağı da, burnu da eyni vaxtda, evdə olan yataq otağında çarpayının üstündə və qonaq otağında divanın üstündə olduğu zaman Anar yumruqla vuran zaman zədələnmişdir. Daha dəqiq ifadəni o ozü verir. Murad həmin hadisə zamanı qorxmuşdur, ola bilsin qorxduğu üçün nəyisə səhv demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində bildirmişdir ki, Şahid1 ilə dostluq münasibətləri vardır. X14 qəsəbəsi, AB yaşayış massivi, bina 42-də yaşamış, sonra Zığ qəsəbəsinə köçmüş, lakin Muradla münasibətləri davam etmiş, tez-tez Muradgilə gedib gəlirdi. Muradın valideynlərini də tanıyır. Muradla tez-tez görüşüb axşamlar şəhərə çıxıb avtomobildə gəzirdilər. 2024-cü ilin sentyabr ayının sonunda, saat 23:00 radələrində Muradgilə, yəni Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, bina 42, mənzil 58-ə gəlmişdir. Qapılarını döydükdə qapını açmamışlar, qapını çəkmiş və içəri keçib görmüşdür ki, Muradın anası İlhamə otağın girişində əlləri və ayaqları üstə durmuş, yəni elə bil uşaq iməkləyən vəziyyətdə olmuşdur. Muradın atası və anası bir-birinin üstünə qışqırırdılar, İlhamə Anar tərəfindən vurulub döyüldüyünü bildirmişdir. Əvvəllər də görmüşdür ki, Anar Muradın üstünə qışqırmış, onun sərt adam olduğundan məlumatlı idi. İlhaməyə su gətirmiş, Murad isə atası ilə danışıb anasından uzaqlaşmağını, əl çəkməyini demişdir. Murad Anarı çölə çıxartmaq istəmiş, lakin çıxarda bilməmişdir. Bir az səs-küy olmuş, lakin hadisənin səs-küyünə qonşular gəlməmişdir. Muradla birlikdə İlhamə xanımı divana əyləşdirib su vermişlər, İlhamə xanımın ağız və burun nahiyəsində xəsarətlər olduğu üçün İlhaməyə bint vermişlər ki, həmin nahiyələrinə tutsun. Sonra, Muradla həmin axşam şəhərə gəzməyə çıxa bilməyəcəyini anlayıb oradan çıxıb getmişdir. Həmin gördüyü hadisənin 25 sentyabr 2024-cü il tarixdə olub-olmaması dəqiq yadında qalmamışdır. Qonşulardan mənzilin içərisində heç kim olmamışdır. Mənzilə daxil olarkən Anardan 1-2 söyüş eşitmiş, lakin Anar onu görəndən sonra artıq nalayiq söyüşlər söyməmiş, özünü yığışdırmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə yerinə ondan başqa kimsə gəlməmişdir. Şahid1 hadisə ilə bağlı ona ətraflı danışmamış, sadəcə atasının İlhaməyə xəsarət yetirdiyini, onu isə itələdiyini bildirmişdir. Zərərçəkmiş şəxsin həkimə müraciət edib-etməməsindən məlumatı yoxdur. Şahid1 ilə təqsirləndirilən şəxsin münasibətləri arasında soyuqluq hiss etmiş, belə ki, bəzən Murad atasından pul istədikdə az verirdi, bu da Muradın narazılığına səbəb olurdu. Təqsirləndirilən şəxsi sonuncu dəfə nə vaxt görməsini xatırlamır, hadisə günü görmüş, hadisədən sonra görməmişdir. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında mübahisələr olub-olmamasını bilmir. İbtidai istintaq dövründə 14 may 2025-ci il tarixdə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs atası X6 ifadəsində bildirmişdir ki, heç vaxt Anar və İlhamənin yaşadıqları Yeni Günəşli qəsəbəsindəki mənzildə olmamışdır. Həyat yoldaşı Fəridə görməyə görə İ qrup əlildir, heç nə görmür və evdə oturur. Onun özü buna görə heç yana gedə bilməz, o da onu həmin ünvana aparmamışdır. Səhv xatırlamırsa, nəvəsi Murad 25 sentyabr 2024-cü il tarixdə sürücülük vəsiqəsi almalı idi. Anar Murada onlarda qalmasını demiş, lakin Murad qalmamış, çıxıb getmişdir. Həmin gün Anar axşam evdə, yəni Biləcəri qəsəbəsində olmuşdur. (iş.v. 174-176) İbtidai istintaq dövründə 23 iyun 2025-ci il tarixdə şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qapı qonşusudur. Anarı və onun valideynlərini uşaqlıqdan tanıyır. Onlarla qonşu kimi yaxın münasibətləri vardır. Anar ailəsi ilə Yeni Günəşli qəsəbəsində yaşayırdı, çoxdandır həmin mənzildən çıxıb valideynləri ilə yaşayır. Şəxsən o Anarın yaşadığı Yeni Günəşli qəsəbəsində yerləşən mənzildə heç vaxt olmamışdır, nə tək nə də ki, Anarın valideynləri ilə. Nə üçün Zərərçəkmiş şəxs belə bir ifadə vermişdir, bilmir. (iş.v. 202-203) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 250100171 nömrəli cinayət işi 07 aprel 2025-ci il tarixdə Suraxanı RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X9 tərəfindən HK-1/1167 saylı materiala əsasən fakta görə, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmışdır. (iş.v. 1) 26 fevral 2025-ci il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında” qərardan görünür ki, Şahid2 və Zərərçəkmiş şəxs müraciətləri əsasında Suraxanı RPİ-nin İŞ-də toplanmış material üzrə İŞ-in müstəntiqi, polis baş leytenantı Pərvin İbrahimov tərəfindən qəbul edilmiş 19 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar əsassız olduğundan ləğv edilmiş, material əlavə araşdırmanın aparılması üçün Suraxanı RPİ-nin İŞ-nə göndərilmişdir. (iş.v. 4-5) Suraxanı RPİ-nin 33-cü polis bölməsinin rəisinə ünvanlanmış 01 oktyabr 2024-cü il tarixli 1-1151 saylı raportdan görünür ki, 01 oktyabr 2024-cü il tarixdə, saat 18:36-da DİN-in 102 xidmətindən məlumat daxil olmuşdur ki, Yeni Günəşli qəsəbəsi, D y/s, ev 21, mənzil 29-da yaşayan Şahid2 zəng edərək Əhmədli qəsəbəsində Əhmədli servisində işləyən kürəkəni Təqsirləndirilən şəxs adlı ustaya avtomobilini təmir etməsi üçün 350 manat pul vermiş, lakin avtomobilini təmir etməyərək onu aldatması barədə məlumat vermişdir. (iş.v. 9) Suraxanı RPİ-nin 33-cü polis bölməsinin rəisinə 01 oktyabr 2024-cü il tarixdə Şahid2 tərəfindən ünvanlanmış ərizədən görünür ki, təxminən 20 gün əvvəl qızının əri Təqsirləndirilən şəxs özünə məxsus **-DT-*** dövlət qeydiyyat nişanlı, “Kia Sorento” markalı avtomobilini təmir etdirmək üçün 350 manat pul vermiş, o isə avtomobildə heç bir təmir işi aparmadan guya avtomobili təmir edib adı ilə 350 manat pulunu mənimsəmişdir. Pulunu qaytarmaqdan imtina etmişdir. Kürəkəninin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (iş.v.10) Suraxanı RPİ-nin 33-cü polis bölməsinin rəisinə 05 oktyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən ünvanlanmış ərizədən görünür ki, 25 sentyabr 2024-cü il tarixdə, saat 23:00 radələrində həyat yoldaşı Təqsirləndirilən şəxs yaşadığı mənzildə onunla mübahisə edərək 4-5 dəfə yumruğu ilə onun sifət nahiyəsindən vurub ona bədən xəsarəti yetirmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (iş.v. 16) Zərərçəkmiş şəxs tərəfindən 10 oktyabr 2024-cü il tarixdə Suraxanı RPİ-nin rəisinə ünvanlanmış ərizədən görünür ki, həyat yoldaşı Təqsirləndirilən şəxs barəsində Suraxanı RPİ-nin 33-cü polis bölməsinə ərizə ilə müraciət edərək döyülməsi barədə bildirmişdir. Lakin əri ilə barışmış, heç bir şikayət və tələbi yoxdur. Odur ki, müraciəti əsasında araşdırmanın dayandırılmasını xahiş etmişdir. (iş.v.26) Şahid2 tərəfindən 10 oktyabr 2024-cü il tarixdə Suraxanı RPİ-nin rəisinə ünvanlanmış ərizədən görünür ki, kürəkəni Təqsirləndirilən şəxs barəsində Suraxanı RPİ-nin 33-cü polis bölməsinə ərizə ilə müraciət edərək dələduzluq etməsi barədə bildirmişdir. Lakin onunla barışmış, heç bir şikayət və tələbi yoxdur. Odur ki, müraciəti əsasında araşdırmanın dayandırılmasını xahiş etmişdir. (iş.v.27) 19 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, HK-1/1151 saylı və HK-1/1167 saylı material üzrə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.8-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (iş.v.28-29) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7” X16 tərəfindən Birliyin Suraxanı rayon şöbəsinin məhkəmə-tibbi ekspertinə ünvanlanmış 08 oktyabr 2024-cü il tarixli, 144 saylı məktubdan görünür ki, 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına təqdim edilmiş, 05 oktyabr 2024-cü il tarixdə çəkilmiş üz skeletinin düz, burunun yan proyeksiyalı Flüoroqrafik görüntülərində burun sümüyünün natamam xətti sınığı (çatı) izlənir. (iş.v. 40-42) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7” X16 tərəfindən verilmiş “canlı şəxsin ekspertizası”nın 08 oktyabr 2024-cü il tarixli, 819 nömrəli rəyinin nəticəvi hissəsindən görünür ki, vət.Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarət aşkar edilmişdir: burun sümüyünün yerini dəyişməyən sınığı. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan şəraitdə və müddətdə, yəni 25 sentyabr 2024-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində alınması inkar olunur. (iş.v. 43-44) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7” X16 tərəfindən verilmiş “canlı şəxsin ekspertizası”nın 02 aprel 2025-ci il tarixli, T 191/2025 nömrəli təkrar məhkəmə tibbi ekspertizasının rəyinin nəticəvi hissəsindən görünür ki, vət.Zərərçəkmiş şəxs burun sümüyünün yerinidəyişməyən sınığı olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşya (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən vaxtda, yəni 25 sentyabr 2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətin xarakteri və lokalizasiyası onun şəxsin özü tərəfindən yetirilməsinə uyğun gəlmir. (iş.v.46-48) Əliyeva (Bayramova) İlhamə Əlirza qızı tərəfindən 11 aprel 2025-ci il tarixdə Suraxanı RPİ-yə ünvanlanmış ərizədən görünür ki, 25 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onu döyüb bədən xəsarətləri yetirdiyinə görə 10 oktyabr 2024-cü il tarixdə Suraxanı RPİ-yə müraciət edərək ondan şikayətçi olmadığını bildirmişdir. Həmin ərizə düzgün ərizə deyildir. Belə ki, Anar onu və atasını aldatmış, demişdir ki, evə qayıdacaq və ona görə də barışıq ərizəsini imzalamışdır. Faktiki olaraq Anarla barışmamışdır. Lakin, Anar evə qayıtmamış və buna görə də, onun 10 oktyabr 2024cü il tarixli barışıq ərizəsinin etibarsız hesab edilməsini, onunla barışmadığını, barəsində şikayətçi olduğunu, 25 sentyabr 2024-cü il tarixdə ona bədən xəsarətləri yetirdiyi üçün Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (iş.v. 60) 11 aprel 2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 62) 31 yanvar 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, vətəndaş Şahid2 müraciətinin mülki xarakterli olması nəzərə alınaraq toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. (iş.v. 75-76) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 5(010)- 243/2025 saylı qərarından görünür ki, vəsatət və təqdimat təmin edilmiş, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələrinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində daxil olan, çıxan zənglər və SMS-lərin, siyahıdakı hər bir abonent barədə məlumatların, nömrədən zəng olunan və həmin nömrələrə zəng gələn zaman nömrənin hansı ötürücü antenin əhatə dairəsində olmasının, göndərilən və qəbul edilən SMS-lərin mətnləri barədə məlumatların "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. (iş.v. 96) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 5(010)- 241/2025 saylı qərarından görünür ki, vəsatət və təqdimat təmin edilmiş, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində daxil olan, çıxan zənglər və SMS-lərin siyahıdakı hər bir abonent barədə məlumatların, nömrədən zəng olunan və həmin nömrələrə zəng gələn zaman nömrənin hansı ötürücü antenin əhatə dairəsində olmasının, göndərilən və qəbul edilən SMS-lərin mətnləri barədə məlumatların "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. (iş.v. 97) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 5(010)- 242/2025 saylı qərarından görünür ki, vəsatət və təqdimat təmin edilmiş, ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində daxil olan, çıxan zənglər və SMS-lərin, siyahıdakı hər bir abonent barədə məlumatların, nömrədən zəng olunan və həmin nömrələrə zəng gələn zaman nömrənin hansı ötürücü antenin əhatə dairəsində olmasının, göndərilən və qəbul edilən SMS-lərin mətmləri barədə məlumatların "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. (iş.v. 98) 07 may 2025-ci il tarixli, “üzləşdirmə” protokolundan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı zərərçəkmiş şəxs Əliyeva (Bayramova) İlhamə Əlirza qızı ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (iş.v. 110-112) 07 may 2025-ci il tarixli, “üzləşdirmə” protokolundan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Şahid1 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (iş.v. 113-115) 23 iyun 2025-ci il tarixli, “üzləşdirmə” protokolundan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Şahid3 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (iş.v. 205-208) 23 iyun 2025-ci il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir: bir ədəd “CD” formatlı diskin üzərində qızılı rəngdə çap formada “Verbatim” CD-R hərfləri və qara mürəkkəblə əllə yazılmış 5674- 19.05.25 rəqəmləri həkk olunmuşdur. Həmin disk Suraxanı RPİ-nin xidməti otağında olan «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda 5674-xx.xx.2025 qovluğu aşkar edilmişdir. Həmin qovluq açıldıqda həmin nömrələrə aid cəmi 09 ədəd fayl aşkar edilmişdir. Həmin faylların «anten məlumatları» olan faylda olan zənglərin sıralamasında 108ci sırada qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 22:28-də ***-***-**-** nömrəsinə zəng olunaraq 63 saniyə danışıq olmuşdur. Anten məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs həmin zəngi etdiyi zaman Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivində olmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, ***-***-**-** nömrəsi onun adınadır, lakin oğlu Şahid1 tərəfindən istifadə olunmuşdur. Təqsirləndirilən şəxs adına olan və tərəfindən istifadə olunan ***-***-**-** telefon nömrəsi barədə anten məlumatları dəqiq deyil, həmin məlumatlarla razı deyil, təkrar yenə də bu barədə sorğu verilməsini xahiş etmişdir. Diskdə başqa iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. (iş.v.209-211) 23 iyun 2025-ci il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: bir ədəd “CD” fomatlı diskin üzərində qırmızı rəngdə çap formada "xxxx", həmin MMC-nin ulduz formasında emblemi və qara rəngli mürəkkəblə əllə yazılmış 4947 rəqəmləri həkk olunmuşdur. Həmin disk Suraxanı RPİ-nin xidmət otağında olan «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda diskin daxilində istintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. (iş.v.212) Suraxanı RPİ-nin İŞ-in 26 iyun 2025-ci il tarixli əməliyyat tapşırığına cavab olaraq Suraxanı RPİ-nin 33-cü polis bölməsi tərəfindən ünvanlanmış 30 iyun 2025-ci il tarixli cavab məktubundan görünür ki, hadisəni görməsi ehtimal olunan «Gülarə» adı şəxsin (qonşunun) müəyyən edilməsi istiqamətində müvafiq əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirlərinə baxmayaraq onu və digər şahidləri müəyyən etmək mümkün olmamışdır. (iş.v.216; 226) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 5(010)- 242/2025 saylı qərarının icrası ilə əlaqədar olaraq "xxxx" MMC tərəfindən göndərilmiş 19 iyun 2025-ci il tarixli məktubdan görünür ki, ********** saylı mobil nömrə sorğulanan müddətdə "xxxx" şəbəkəsində istifadə edilməmişdir. (iş.v. 217) 22 iyun 2025-ci il tarixli, “ifadənin yerində yoxlanması barədə” protokoldan görünür ki, istintaq hərəkəti iştirakçıları Suraxanı RPİ-dən Zərərçəkmiş şəxs göstərdiyi Bakı şəhəri, ünvan 13 ünvanına gəlmişlər. Həmin ünvanda Zərərçəkmiş şəxs keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən 25 sentyabr 2024-cü il tarixdə onu yumruqla vurub burun nahiyəsinə xəsarət yetirdiyi yeri, mənzildə divanda yumruqla vurub zədələdiyi yerləri göstərmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilmişdir. (iş.v. 220-225) 30 iyun 2025-ci il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış hesab edilmişdir. Cinayət işi üzrə '‘Azercell” MMC-dən 27 may 2025-ci il tarixli, 10136 nömrəli məktubla alınmış 01 ədəd “CD” disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işi üzrə X3 və X8 Təqsirləndirilən şəxs ailəsi yaşadığı Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, ev 42, mənzil 58-də olmamaları barədə ifadələri həmin şəxslərin maraqlı şəxs olması ilə əlaqədar iş üzrə sübut kimi qəbul olunmamışdır. Cinayət işi üzrə zərərçəkmiş şəxsin, X6 və X8 ifadələri istisna olmaqla digər şahidlərin ifadələri, iş üzrə keçirilmiş üzləşdirmə protokolları, məhkəmə-tibbi ekspertiza rəyləri, “Azercell MMC”-dən alınmış CD disk və həmin diskə baxış protokolu, digər toplanmış materiallar sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkibi olmadığı üçün həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən Şahid2 22000 manat miqdarında əmlakını ələ keçirməsi, arvadı Əliyeva (Bayramova) İlhamə Əlirza qızına məxsus içərisində 15000 manat pul və qızıl-zinət əşyaları olan əl çantasını götürməsi, arvadı Zərərçəkmiş şəxs bıçaqla bədən xəsarətləri yetirməsi, oğlu Şahid1 döyülməsi faktları üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. (iş.v. 230-236) 07 may 2025-ci il tarixdə, saat 16:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 09 may 2025ci il tarixli qərarla, saat 11:30-da təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş və o Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. (iş.v. 125-126; 139-140, 154-157) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli sorğusuna cavab olaraq Suraxanı RPİ-nin 33-cü polis bölməsi tərəfindən ünvanlanmış 24 sentyabr 2025-ci il tarixli məktubdan görünür ki, ünvan 14 ünvanda yaşayan Təqsirləndirilən şəxs və Əliyeva (Bayramova) İlhamə Əlirza qızı barəsində münaqişəli ailə kimi qeydiyyat mövcud deyildir. Aralarında yaranmış mübahisə ilə bağlı rəsmi müraciət olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Sürücülük vəsiqəsinin surətindən görünür ki, Şahid1 26 sentyabr 2024-cü il tarixdə sürücülük vəsiqəsi almışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş.v. 107) Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Təqsirləndirilən şəxs məhkəmə işləri ilə bağlı məlumatların əks olunduğu çıxarışdan da görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə mahiyyəti üzrə baxan məhkəmənin əsas funksiyası ədalət mühakiməsinin həyata keçirilməsi çərçivəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirli və ya təqsirsiz olmasının müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 134.1-ci maddəsinə əsasən, istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və bu Məcəlləyə uyğun yazılı formada tərtib edilmiş sənədlərdir. CPM-nin 134.2-ci maddəsinin 134.2.11 və 134.2.13-cü bəndlərinə görə, cinayət prosesini həyata keçirən orqan tərəfindən bu Məcəlləyə müvafiq tərtib edilmiş aşağıdakı istintaq hərəkətlərinin protokolları sübut kimi istifadə oluna bilər: dindirmə, üzləşdirmə və ifadəni yerində yoxlama; istintaq eksperimenti. CPM-nin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror və hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nın 145.3-cü maddəsində qeyd edilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi Məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspert rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətini ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Belə ki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamları təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları təqsirləndirilən şəxsin xeyrinə həll etməli olması qanunvericiliklə birbaşa müəyyən edilmişdir. Məhkəmə gəldiyi qənaəti əsaslandırarkən ilk növbədə Təqsirləndirilən şəxs hadisənin baş verdiyi 25 sentyabr 2024-cü il tarixdə anten əhatə dairəsinə baxış keçirilməsi zamanı əldə edilmiş məlumatlara nəzər salmağı zəruri hesab edir. ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələr Təqsirləndirilən şəxs, ***-***-**-** saylı mobil nömrə Əliyeva (Bayramova) İlhamə Əlirza qızının, ***-***-**-** saylı mobil nömrə isə oğlu Şahid1 istifadəsində olan mobil telefon nömrələridir. Belə ki, 23 iyun 2025-ci il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, faylda olan zənglərin sıralamasında 108-ci sırada qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 22:28-də oğlu Şahid1 istifadəsində olan ***-***-**-** nömrəsinə zəng olunaraq 63 saniyə danışıq olmuşdur. Anten məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs həmin zəngi etdiyi zaman Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivində olmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, ***-***-**-** nömrəsi onun adınadır, lakin oğlu Şahid1 tərəfindən istifadə olunmuşdur. Təqsirləndirilən şəxs adına olan və tərəfindən istifadə olunan mobil telefon nömrəsi isə ***-***-**-**-dur. Bununla bağlı məhkəmə qeyd edir ki, anten məlumatlarına baxış keçirilən zaman hadisə baş verən gün və ondan əvvəlki günlərə nəzər saldıqda, təqsirləndirilən şəxsin axşamlar valideynləri ilə birlikdə yaşadığı Bakı şəhəri, ünvan 5 ünvanında olması və gündüz vaxtı Nizami rayonunda yerləşən iş yerində olması aşkar görünür. İttihamda qeyd edilən hadisə baş verən 25 sentyabr 2025-ci il tarixdə, axşam saatlarında isə protokolda qeyd olunanın əksinə onun mobil telefonunun anten əhatı dairəsi Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yahya Hüseynov küçəsini göstərmiş, oğlu Şahid1 mobil telefonunun anten əhatə dairəsi isə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivini göstərmişdir. Ata və oğul, onların arasında həmin gün telefon danışıqları olmuş və buradan da aşkar görünür ki, əgər təqsirləndirilən şəxs Suraxanı rayonu ərazisində oğlu və zərərçəkmiş şəxslə birgə evdə idilərsə, bir evin içərisində nə üçün oğlu ilə bir neçə dəfə uzun müddətli telefon danışıqları aparmışdır? Və ya təqsirləndirilən şəxs Suraxanı rayonu ərazisində idisə, oğlu da bir evin içərisində olub hadisənin şahidi olmuşdursa, oğlu Murad nə üçün hadisə vaxtı atasının daimi yaşadığı Binəqədi rayonunda olmuşdur?. Odur ki, müstəntiq anten əhatə dairəsinə baxış keçirən zaman yanlışlığa yol vermiş, belə ki, hadisə vaxtı protokolda qeyd olunanın tam əksinə təqsirləndirilən şəxsin mobil telefonunun anten əhatə dairəsi Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yahya Hüseynov küçəsinində olmuş, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi isə oğlu Şahid1 olduğu yerin anten əhatə dairəsi olmuşdur. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş 23 iyun 2025-ci il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokola qiymət verərək bildirir ki, həmin protokol tərtib edilən zaman müstəntiq anten əhatə dairəsinə baxış keçirərkən yanlışlığa yol vermiş, belə ki, hadisə vaxtı protokolda qeyd olunanın tam əksinə təqsirləndirilən şəxsin mobil telefonunun anten əhatə dairəsi Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yahya Hüseynov küçəsini göstərmiş, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi isə oğlu Şahid1 olduğu yerin anten əhatə dairəsi olmuşdur. Bununla da, təqsirləndirilən şəxsin ittihamda qeyd edilən hadisə baş verən 25 sentyabr 2025-ci il tarixdə hadisə yerinin ünvanında olması təkzib olunur. İttiham tərəfinin təqsirləndirilən şəxsin təqsirli olmasını əsaslandırdığı əsas sübutlardan biri zərərçəkmiş şəxsin xəsarət alması barədə 08 oktyabr 2024-cü il tarixli, 819 saylı və 02 aprel 2025-ci il tarixli, T 191/2025 nömrəli məhkəmə tibbi ekspertiza rəyləri təşkil edir. Həmin ekspert rəyləri eyni məzmunlu olmaqla yalnız faktı təsdiq edir, yəni Zərərçəkmiş şəxs (Bayramova) bədən səthində aşkar edilmiş xəsarətlərin olması və həmin xəsarətlərin kənar şəxs tərəfindəndən yetirilməsi qeyd edilsə də, lakin həmin xəsarətlərin kim tərəfindən törədilməsi müəyyən olunmur. Bu səbəbdən də ekspert rəyləri yalnız digər sübutlarla əhatə olunduqda yetərli və mötəbər sübut sayıla bilər. İbtidai istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs (Bayramova) məhz həmin tarixdə və şəraitdə xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsinə dair toplanmış sübutlar öz təsdiqini tapmamış, əksinə tam təkzib edilmişdir. Çünki cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Şəxsin təqsirliliyi sübut olunmayan, əksinə şəxsin təqsirsizliyinə dair işin halları həmçinin aşağıdakılardan ibarətdir. Zərərçəkmiş şəxs Əliyeva (Bayramova) İlhamə Əlirza qızının verdiyi ifadəsində həqiqətə uyğun olmayan təsdiqini tapmamış məqamlar vardır. Belə ki, ibtidai istintaq dövründə 05 oktyabr 2024-cü il tarixdə ilkin izahatı alınmış Əliyeva (Bayramova) İlhamə Əlirza qızı göstərmişdir ki, təxminən 5-6 ay bundan əvvəl evdə Təqsirləndirilən şəxs onunla mübahisə edərək dolabdan bıçağı götürüb üstünə hücüm edib vurmaq istəyərkən sol əlini qabağa verib özünü müdafiə edən zaman bıçıq əlini kəsmişdir. Anar əlinin kəsildiyini görüb dayanmışdır. Bunu məhkəmə iclasında ona verilən suallara cavabında da təsdiq etmişdir. Lakin zərərçəkmiş şəxs ibtidai istintaq zamanı bir neçə dəfə ekspertizadan keçmiş, keçirilmiş ekspertiza rəylərinin nəticəvi hissəsində onda burun sümüyünün yerini dəyişməyən sınığından başqa xəsarət aşkar edilməmişdir. Bununla bağlı məhkəmə tərəfindən 09 yanvar 2026-cı il tarixdə məhkəmə tibbi-ekspertiza və X7nə sorğu verilmiş, həmin sorğuda zərərçəkmiş şəxs barəsində tərtib edilmiş 08 oktyabr 2024-cü il tarixli ekspertiza rəyinin dublikatı istənilmiş, həmin dublikat məhkəməyə göndərilərkən, iş materiallarına əlavə edilmiş rəydən fərqli bir nəticə müəyyən edilməmişdir. Odur ki, bu hal zərərçəkmiş şəxsin ifadəsinin həqiqətəuyğun olmamasını təsdiq edir. Bundan əlavə, 30 iyun 2025-ci il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs bıçaqla bədən xəsarətləri yetirməsi, oğlu Şahid1 döyməsi faktları üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Hazırkı ittiham üzrə zərərçəkmiş şəxs Əliyeva (Bayramova) İlhamə Əlirza qızında xəsarətin olması təkzib olunmasa da, aşkar edilmiş xəsarətlərin nə vaxt və kim tərəfindən yetirilməsi mübahisəli olmaqla həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar müəyyən edilmişdir. Həmçinin, iş üzrə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin oğlu Şahid1 ziddiyyətli ifadələr vermişdir. Belə ki, ibtidai istintaq zamanı hadisənin tarixini 26 sentyabr 2024-cü il tarixdə bildirsə də, məhkəmə istintaqı zamanı bildirmişdir ki, 24 sentyabr 2024-cü il tarixdən 25 sentyabr 2024-cü il tarixə keçən gecə saat 01 radələrində özü, atası və anası evdə olduqları zaman atası Anar əvvəl onunla nəyisə düz etmədiyi üçün mübahisə etmiş, əli ilə üzünə vurmuş, anası İlhamə onu müdafiə etmək üçün qabağına keçəndə atası İlhaməni sifətindən sillə ilə vurmuş, anasının dodağı zədələnmiş, dodağından qan axmışdır. Anası dəhlizə keçdikdə mənzildən çıxmaq istəmiş, bu zaman atası anasının arxasından əli ilə tutub özünə çəkdikdə anası sifəti üstə döşəməyə yıxılaraq burnu zədələnmişdir. Hadisə zamanı dostu Əli onunla görüşəcəyi üçün onlara gəlmişdi, daha sonra isə ata nənəsinə zəng edib, məlumat vermişdir. Təxminən 20-25 dəqiqə sonra nənəsi gəlmişdir. Babası isə məhlədə gözləyirdi. Nənəsinə ev telefonu ilə zəng etmişdir. İbtidai istintaq dövründə 10 oktyabr 2024-cü il tarixdə ilkin izahatı alınan zaman isə Şahid1 bildirmişdir ki, anasının yazdığı şikayət ərizəsi ilə tanış olmuş və qeyd edir ki, 25 sentyabr 2024-cü il tarixdə atası evdə olmamışdır. Qeyd olunanların hamısı yalandır. Həmin vaxt evdə o və anası olmuş, 3-cü şəxs olmamışdır. Atası təxminən 3-4 aydır ki, evdə yoxdur. Bundan əlavə, anasının üz nahiyəsində bugünədək heç bir xəsarət izi görməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadəsində oğlunun nə üçün onun əleyhinə ifadə verməsi ilə bağlı verilmiş suala cavabında bildirmişdir ki, oğlu ilə telefonda danışmış, oğlu Murad ona anası və babasının təsir etdiyini, ifadə qarşılığında avtomobil alacaqlarını vəd etmişlər. Bundan əlavə, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 qonşulardan mənzilin içərisində heç kimin olmadığını bildirmişdir. İbtidai istintaq dövründə 14 may 2025-ci il tarixdə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs atası X6 verilmiş suallara cavabında bildirmişdir ki, heç vaxt Anar və İlhamənin yaşadıqları Yeni Günəşli qəsəbəsindəki mənzildə olmamışdır. Həyat yoldaşı Fəridə görməyə görə İ qrup əlildir, heç nə görmür və evdə oturur. Onun özü buna görə heç yerə tək gedə bilməz, o da onu həmin ünvana aparmamışdır. Həmin gün Anar axşam evdə, yəni Biləcəri qəsəbəsində olmuşdur. İbtidai istintaq dövründə 23 iyun 2025-ci il tarixdə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs tanışı X10 verilmiş suallara cavabında bildirmişdir ki, nə tək, nə də ki, Anarın valideynləri ilə Anarın yaşadığı Yeni Günəşli qəsəbəsində yerləşən mənzildə heç vaxt olmamışdır. Nə üçün Zərərçəkmiş şəxs belə bir ifadə vermişdir, bilmir. Zərərçəkmiş şəxs (Bayramova) ifadəsində hadisə zamanı qonşuların gəlməməsini bildirsə də, məhkəmə iclasında verilən suallara cavabında səsə qonşuların gəldiyini bildirmişdir. Lakin həmin xüsusat özünün hadisə yerində olmasını iddia edən Şahid3 tərəfindən təkzib edilmişdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş zərərçəkmiş şəxsin ifadəsinə qiymət verərkən bildirir ki, onun ifadəsi yalnız digər sübutlarla əhatə olunduqda yetərli və mötəbər sübut kimi sayıla bilər. Odur ki, cinayət işinə məhkəmədə baxıldığı zaman iş üzrə zərərçəkmiş şəxsin verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsində ziddiyyətlərin mövcud olması təsdiq edilmişdir. Həmçinin zərərçəkmiş şəxs Əliyeva (Bayramova) İlhamə Əlirza qızının hadisə baş verən 25 sentyabr 2024-cü il tarixdə dərhal yox, xeyli vaxt keçdikdən sonra, yəni 05 oktyabr 2024-cü il tarixdə ilkin ərizə ilə polisə müraciət etməsi və Təqsirləndirilən şəxs şikayəçi olması, ibtidai istintaqın gedişində təqsirləndirilən şəxslə barışması və bununla bağlı ərizə təqdim etməsi, sonra yenidən ondan şikayətçi olması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyini və zərərçəkmiş şəxsin ifadələrinin həqiqətə uyğunluğunu şübhə altına alır. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Şahid1 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsini təqsirləndirilən şəxsin ona ittiham olunmuş əməli törətməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə bununla bağlı qeyd edir ki, əməlin qanunvericilikdə nəzərdə tutulmuş cinayət hesab edilməsi və cinayət tərkibinin formalaşmasında zəruri və fakultativ əlamətlərin müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakultativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv cəhətini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv cəhətini xarakterizə edən motiv, məqsəd və s. aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil və müqayisə edib, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirib, daxili inamı əsasında belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə verilmiş ittiham üzrə cinayətin törədilməsində onun təqsirliliyi sübuta yetirilmir. Belə ki, zərərçəkmiş şəxsin yüngül dərəcəli bədən xəsarəti alması faktı sübuta yetirilsə də onun təqsirləndirilən şəxs tərəfindən törədilməsi kifayət qədər mötəbər sübutların məcmusu ilə təkzib edilmişdir. Həmin sübutlar siyahısına Təqsirləndirilən şəxs, şahidlər X3, X8 ifadələrini, mobil telefon nömrələrinin anten əhatə dairələri ilə bağlı məhkəmə iclasında tədqiq edilmiş sübutlar, Zərərçəkmiş şəxs və oğlu Şahid1 ziddiyyətli ifadələr verməsi aid edilməlidir. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə bəraət verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 05 nömrəli Qərarına əsasən məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, hakim sübutların qəbul edilənliyini müəyyənləşdirməyə görə cavabdehlik daşıyır. Hakim bu məsələdə İnsan Hüquqları X2 presedent hüququna uyğun olan tərzdə Cinayət Prosessual Məcəlləsinə istinad etməlidir. Məhkəmə bir sıra qərarlarında qeyd etmişdir ki, «əsaslı şübhə yeri qoymayan» sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham orqanının üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqlarının və X4 X2 6-cı maddəsinin 2-ci bəndində göstərilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə məhkəmə qeyd edir ki, sübutlara qiymət verərkən aşağıdakı normaların tələblərinə ciddi əməl edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. CPM-in cinayət mühakimə icraatının vəzifələri və əsas prinsiplərini tənzimləyən 21.1-ci maddəsinin tələbinə görə, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. CPM-nin 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır.” Göstərilənlərə əsasən, məhkəmə ittiham tərəfinin dəlillərini əsaslı hesab etmir və məhkəmənin gəldiyi qənaətə görə ittiham tərəfi zərərçəkmiş şəxsin yüngül dərəcəli bədən xəsarəti alması faktını təsdiq edən sübutlar toplasa da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini təsdiq edən heç bir əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. CPM-nin 349.5.1-ci maddəsinə əsasən, məhkəmə yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CPM-nin 8.0.5-ci maddəsində cinayət mühakimə icraatının vəzifələri sırasında həmçinin cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək qeyd olunmuşdur. CPM-nin 41.5-ci maddəsinə əsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır, dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır. CPM-nin 42-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılması üçün bir neçə hallar mövcuddur ki, həmin hallardan da ən azı birinin mövcud olması bəraət hökmü çıxarılması üçün əsasdır. CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1-ci maddəsinin əsasən cinayət hadisəsi olmadıqda, 42.1.2-ci maddəsinin əsasən cinayət tərkibi olmadıqda, 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyatı olmadıqda, 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Cinayət Prosessual Məcəllənin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Hər bir əməlin cinayət olması üçün 4 tərkib əlamətinin mövcud olması zəruridir. Bunlar obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhətdir. Həmin tərkib əlamətlərindən birinin olmaması əməlin cinayət olmaması anlamına gəlir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Qeyd olunan normalara, eləcə də CPM-in 34, 55.2, 142, 350.1-ci maddələrinə görə şəxsin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə bəraət alması onun tam və qəti olaraq reabilitasiyası deməkdir və müstəsna olaraq şəxsin hüquqlarının bərpası üçün əsas kimi çıxış etməklə onun məhkəmədə baxılmış ittihamın əsasını təşkil edən eyni hallara görə yenidən təqib olunmasını, o cümlədən eyni hallara başqa cür hüquqi qiymət verilməsi yolu ilə məsuliyyətə cəlb olunmasını istisna edir. CPM-nin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-nin 55.2-ci maddəsinə əsasən haqqında məhkəmənin bəraət hökmü çıxarılmış hər hansı şəxs təqsirsiz sayılır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir” (“Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2002-ci il tarixli qərarı). "Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 2-ci bəndində qeyd olunur ki, məhkəmələrə izah edilsin ki, məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Qanunun məzmununa görə, məhkəmə öz nəticələrini şərh edərkən, iş üzrə toplanılan, lakin məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil edib, məhkəmə istintaqının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan ittiham üzrə, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dərhal ləğv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs bəraət almış şəxs kimi cinayət prosesini həyata keçirən orqanın suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilməli, iş üzrə maddi sübut qismində tanınmış "xxxx" MMC-dən alınmış 01 ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalı, "xxxx" MMC-dən alınmış 01 ədəd disk və Whatsapp mobil tətbiqində olan səsyazıları və şəkillərlə bağlı 01 ədəd disk olmaqla, cəmi 02 ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldığından hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokuroruna göndərilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 iş saatı üçün 220 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4, 344-347, 349-350, 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPMnin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut qismində tanınmış "xxxx" MMC-dən alınmış 01 ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. "xxxx" MMC-dən alınmış 01 ədəd disk və Whatsapp mobil tətbiqində olan səsyazıları və şəkillərlə bağlı 01 ədəd disk olmaqla, cəmi 02 ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra, zərərçəkmiş şəxs Əliyeva (Bayramova) İlhamə Əlirza qızının kim tərəfindən xəsarət alması ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilsin. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 220 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ**********0000002944, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar