Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-452/2022 21.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 2005-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsız, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi 42-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu. Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 17 ev 4-də yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə müvəqqəti olaraq kirayədə yaşadığı evin qonşuluğunda olan Zərərçəkmiş şəxs məxsus, ünvan 1 ünvanında olan yaşayış sahəsi hesab olunan fərdi həyət evinə 27 iyun 2022-ci il tarixdə, saat 20 radələrində hasarın üzərindən aşmaqla, ev sahibinin və ailə üzvülərinin orda olmamasından istifadə edərək, qanunsuz olaraq hüquqa zidd qaydada evə daxil olub, heç kimin görmədiyi şəraitdə evin pəncərəsinin setkasından evə daxil olaraq, mənzilin yataq otağındakı sandıq saxlancdan Zərərçəkmiş şəxs məxsus 2.000 manat pulu, 3 kq şüşə balonda olan 170 manat dəyərində olan 50 qəpikləri, 1 ədəd 1500 manat dəyərində, üzərlərində rəngsiz, şəffaf qaşlar yerləşdirilmiş (qolbağın beş qaş yeri boş) hər birində “585” damğası olan, 583/585 əyarlı qızıldan hazırlanmış sarı rəngli 1 dəst sırğa cütü - qolbaq-boyunbağısını, bir ədəd 500 manat dəyərində 2.15 qram kütləli, üzərində rəngsiz qaşlar yerləşdirilmiş, halqasının iç tərəfində "585" damğası olan, sarı rəngli 583/585 əyarlı qızıldan hazırlanmış üzüyü, bir ədəd 500 manat dəyərində 3.45 qram kütləli, üzərində 9 ədəd rəngsiz şəffaf qaşı olan, qırmızımtıl-sarı rəngli 583/585 əyarlı qızıldan hazırlanmış, qaşları qiymətli qaşlar olmaqla, almazdan olan 8 ədədi hər biri təxminən 0,043 karat, 1 ədədi təxminən 0,057 karat ölçüdə olmaqla, ümumilikdə 4/3 keyfiyyətli üzüyü, bir ədəd 500 manat dəyərində 1,95 qram kütləli, üzərində rəngsiz şəffaf qaşlar yerləşdirilmiş (iki qaşı yeri boş) halqasının iç tərəfindən “585 R” damğası olan, sarı rəngli 583/585 əyarlı qızıldan hazırlanmış üzüyü talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs 5.170 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, iş üzrə Zərərçəkmiş şəxs və qızları Şəbinə və Şahid1 bacılarını sonuncuların nənələrinin S.Bəhlulzadə küçəsində olan evlərində anası və qardaşı ilə birlikdə kirayənişin yaşadıqları müddətdə tanımışdır. Onlarla hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. S.Bəhlulzadə qəsəbəsində yuxarıda göstərmiş olduğu ünvanda yaşayarkən, zərərçəkmişin evinə gedib-gəlmiş, onlar arasında səmimi münasibətlər yaranmışdır. Onların yaşadıqları evin girişdə dəmir qapı, qapı üzərində vaz açar olmuşdur. Həyətə daxil olan kimi dar və ensiz yol olmuşdur, həmin yoldan sağ tərəf Nərminin və sonuncunun bacısının yaşadığı bir ədəd otaq, hamam otağı, sanitar qovşağı olmuşdur və həmin evin, yəni tikilinin qapısı taxta olmaqla, yalnız iç tərəfdən əl cəfdəsi ilə bağlanır. Həmin evdə olan otaqda şifonyer, yazı masası, yerdən bir iri həcmli matras olmuşdur. Həmin tikilidən sonra olan pilləkənlərı düşdükdən sonrakı tikili zərərçəkmişin yaşadığı tikili olmuş və həmin ev 2 otaqdan və mətbəxdən ibarət olmuşdur. Arzunun yaşadığı tikilinin girişində dəmir qapısı olmuşdur. Sonuncunun pəncərəsində dəmir barmaqlıq olmuş və evi təmir etdirmək istəmişdir və ona görə həmin dəmir barmaqlığı son zamanlar sökdürmüşdür. Onun həmin evə daxil olmaq hüququ olmamışdır. Kirayə olaraq yaşadıqları evdə Nərminin xalasıgil də onlarla eyni həyətdə qalmışdır. Təxminən 2021-ci ilin noyabr ayında anası Qanuni nümayəndə2 daşınmaz əmlak satışı üzrə mütəxəssis vasitəsi ilə onların kirayədə qaldıqları evi tapmış və evi aylıq 150 manata kirayə götürmüşdür. Nərmingil hətta yaşadıqları evdə olan bəzi əşyaları onlara vermişlər. 27 iyun 2022-ci il tarixdə, saat 20 radələrində o, həyətdən Nərmingilin evini müşahidə etmiş və həyətdə hər hansı şəxsin olmadığına əmin olduqdan sonra həyətlərin arasında olan boru ilə onların həyətinə keçmiş, həmin vaxt Nərminin anasının evi boş olmuş, evlərin hər hansı birində evdə yaşayanlardan hər hansı şəxs görməmişdir. Arzunun evinə əl barmaqları olmayan pəncərədən keçmiş, onun yataq otağına daxil olub sandığı açmış, ordan əl çantasında olan qızılları, pulu və qəpikləri götürüb yaşadığı evə getmiş, sonra isə həmin qızılları Suraxanıda keçidin altında olan daşların altına gizlətmişdir. Daha sonra o, dostu Ağaya zəng etmiş, pulla birlikdə Hövsana getmiş və orda “Siruz” adlı şəxsdən «Mersedes» markalı avtomobil icarəyə maşın götürüb Əhmədlidə və Hövsanda sürmüş, oğurladığı pulu isə klubda və əyləncə mərkəzlərində xərcləmişdir. Axşam saat 24 radələrində anası ona zəng edib, Arzunun qızı Nərminin anasının evindən oğurluq edildiyini və ondan şübhələndiyini bildirmişdir. O, bunu inkar etmiş, sonra anası, Nərmin və o, birlikdə oturub söhbət etmişlər. O, Arzunun evindən oğurluq etdiyini inkar etmiş, bundan sonra Nərmin polisə zəng etmişdir. Bir müddət sonra polis əməkdaşları onların kirayədə qaldıqları evə gəlmiş və onu polisə aparmışlar, orda o, Arzunun evindən oğurluq etdiyini etiraf etmiş, oğurluq etdiyi pulları xərclədiyini bildirmiş, qızılları gizlətdiyi yeri isə polislərə göstərmişdir. Bundan sonra qeyd etdiyi əşyalar polislər tərəfindən götürülmüşdür. Cinayət əməlini o, tək olaraq törətmiş, başqa mənzildən hər hansı əşya oğurlanmamışdır, əldə etdiyi əşyaların oğurladığını heç kimə deməmişdir. O, zərərçəkmiş şəxsin mülki iddiasını qismən qəbul edərək bildirmişdir ki, sonuncunun evindən oğurladığı 2170 manat məbləğində pulu hissə-hissə qaytarmaq niyyətindədir, oğurladığı qızıl zinət əşyaları isə zərərçəkmiş şəxsə qaytarılmışdır. İddianı qalan hissədə qəbul etmir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, qızı Şahid1 ilə birlikdə eyni ünvanda yaşayır, onun evi həyət evi olmaqla, ünvan 1 ünvanında yerləşməklə, girişdə dəmir qapı, qapı üzərində vaz açar olmuşdur. Həmin qapının 3 ədəd açarı olmuş və həmin açarlar onda və qızlarında olur. Həyətə daxil olan kimi dar ensiz yol mövcuddur, həmin yoldan sağ tərəf qızlarının yaşadığı bir ədəd otaq və hamam otağı, sanitar qovşağı olan otaq vardır. Həmin evin qapısı taxta olmaqla, yalnız iç tərəfdən əl cəfdəsi ilə bağlanır. Həmin evdə olan otaqda şifonyer, yazı masası, yerdən bir iri həcmli matras vardır. Həmin tikilidən sonra olan pilləkənlərı düşdükdən sonra onun yaşadığı tikili yerləşir və onun həmin hissədə olan evi 2 otaq mətbəxdən ibarətdir. Onun yaşadığı tikilinin girişində dəmir qapı və qapı üzərində vaz açar olmuşdur. Onun pəncərəsində dəmir barmaqlıq olmuş, o, evi təmir etdirmək istəmiş, ona görə həmin dəmir barmaqlığı sökmüşdür. Bundan başqa onların küçəsində anasının evi vardır, həmin evin ayrı qapı girişi vardır və həmin ev anası tərəfindən kirayə olaraq verilmişdir. Anasının səhhəti pis olduğundan, həmin evdə bacısı qalmaqla, həyətdə olan digər tikilidə olan kirayəşinlərə nəzarət etmişdir. Təxminən 2021ci ilin noyabr ayında Qanuni nümayəndə2 daşınmaz əmlak alqı-satqısı üzrə mütəxəssis vasitəsi ilə anasının həyətində olan evə baxmış və aylıq olaraq 150 manata həmin evdə kirayə qalmağa razılaşmışdır. Bundan sonra onlar hətta yaşadığı evdən olan bəzi əşyaları sonunculara vermişlər ki, yaşasınlar. Anası ilə birlikdə sonradan adını bildiyi X6 və qardaşı Təqsirləndirilən şəxs da həmin evə gəlmişlər və evə köçəndən 2 ay sonra Kəmalənin qızı da həmin evə gəlmişdir. Qızı Nərmin ona bildirmişdir ki, 27 iyun 2022-ci il tarixdə bacısı işdə olan zaman “Whatsapp” vasitəsi ilə Nərminin istifadəsində olan mobil nömrəyə şəxsi istifadəsində olan əşyanı gətirməsini xahiş etmiş və Nərmin onun otağında olan şəxsi istifadəli əşyanı götürüb, həmin otağın dəmir qapısını bağlamış, saat 22:52-də evdən çıxmış və həyətin qapısını üzərində olan vaz açarı ilə bağlamış və bacısının yanına marketə getmiş, təxminən 1 saat sonra bacısı qızı X4 ilə evə qayıtmış və üzərində olan açarlarda evin həyətinin və onun yaşadığı evin qapılarını açmış, bu zaman evin dəmir barmaqlığının sökülmüş pəncərənin açıq olmasını və pəncərə üzərində tablonun yerdə olmasını görmüş və fikirləşmişdir ki, bəlkə evə kimsə girib, ona görə də evdə olan yataq otağındakı qızılların və pulun saxlanıldığı sandığına baxmış və həmin əşyalar olan əl portmonesinin içərisində olan əşyaların yerində olmadığını görmüşdür. Portmonedə onun 100 manatlıq əskinazlarla olan 2.000 manat pulunun, 1 ədəd 1500 manat dəyərində sarı qızıldan olan boyunbağısı, qolbağının, üzüyünün və sırğa dəstinin, iki ədəd hər biri 250 manat olan cəmi 500 manat dəyərindəki nişan üzüklərinin, bir ədəd 500 manat dəyərində romb formalı üzüyünün yerində olmadığını görmüş, bundan başqa sandıqda onun 3 kq-lıq şüşə balona topladığı 170 manat dəyərində olan 50 qəpiklər olmamışdır. Həmin əl çantasını isə 10 manata almışdır. Həmin vaxtı Nərmin onun əl çantasının yerində olmasını, lakin içərisində olan əşyaların yerində olmadığını görmüşdür. Nərmin əşyaların oğurlanmasında Təqsirləndirilən şəxs şübhə etmiş və istifadəsində olan 050 *** ** ** nömrəsindən Pərvizin istifadəsində olan 070 *** ** ** nömrəsinə zəng etmiş, lakin sonuncuya zəng çatmamışdır. 15-20 dəqiqə sonra Pərviz evə gəlmiş və Nərminlə ilə söhbət əsnasında ilkin olaraq etmiş olduğu əməli etiraf etməmişdir, bundan sonra qızı 102 xidmətinə məlumat vermişdir. Sonra polis əməkdaşları onların yaşadığı evə gəlmiş və onları birlikdə polis şöbəsinə dəvət etmişlər. Orada məlum olmuşdur ki, evdən oğurluq edən Pərvizdir o, qızıl zinət əşyalarınının gizlətdiyi yeri polisə göstərmiş və polis əməkdaşları həmin əşyaları PB-nə gətirmiş və o, əşyalarını poli şöbəsində görüb tanımışdır. Evdən başqa hər hansı əşya oğurlanmışdır. Baş vermiş hadisə nəticəsində ona cəmi 5170 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs qeyd etmiş olduğu əşyalardan başqa onların evindən başqa hər hansı əşya oğurlamamışdır. Həmin hadisəni o, və ailə üzvlərindən hər hansı biri görməmişdir. Qızı Nərmin ilkin olaraq ifadə verən zaman həmin əşyaları öz əşyası olaraq təqdim etmiş, lakin həmin əşyalar ona məxsusdur və faktiki olaraq ona maddi ziyan dəymişdir. Oğurlanmış qızıl-zinət əşyalarının hər biri ona qaytarılmışdır. Cinayət mühakimə icraatı zamanı verdiyi mülki iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək göstərmişdir ki, o, anası Zərərçəkmiş şəxs evinə yaşayır. Anasının yaşadığı ev həyət evi olmaqla, ünvan 1 ünvanında yerləşməklə, girişdə dəmir qapı, qapı üzərində vaz açar olmuşdur. Həmin qapının 3 ədəd açarı olmuş və həmin açarlar anası, bacısı və evdə olmuşdur. Həyət daxil olan kimi dar ensiz yol vardır, həmin yoldan sağ tərəfdə bacısının və onun yaşadığı bir ədəd otaq, hamam otağı, sanitar qovşağ olan otaq yerləşir və həmin evin yəni tikilinin qapısı taxta olmaqla, yalnız iç tərəfdən əl cəfdəsi ilə bağlanır. Həmin evdə olan otaqda şifonyer, yazı masası, yerdən bir iri həcimli matras olmuşdur ki, bacısı ilə o, həmin matrasda yatmışlar. Həmin tikilidən sonra olan pilləkanları düşdükdən sonrakı tikili anasının yaşadığı tikilidir və həmin ev 2 otaq, mətbəxdən, hamam otağından və sanitar qovşaqdan ibarətdir. Anasının yaşadığı tikilinin girişində dəmir qapı və qapı üzərində vaz açar olmuşdur, evin pəncərəsində dəmir barmaqlıq olmuş, anası evi təmir etdirmək istəmiş və ona görə həmin dəmir barmaqlığı sökmüşdür. Bundan başqa onların küçəsində nənəsinin evi də olmuş, həmin evin ayrı girişi və qapısı olmuş və həmin ev nənəsi tərəfindən kirayə olaraq verilmişdir. Nənəsinin səhhəti pis olduğundan, həmin evdə xalasıgil qalmaqla, həyətdə olan digər tikilidə olan kirayəşinə nəzarət etmişdir. 2021-ci ilin noyabr ayında Qanuni nümayəndə2 daşınmaz əmlakın alqı-satqısı üzrə mütəxəssis vasitəsi ilə nənəsinin həyətində olan evə baxmış və aylıq olaraq 150 manata həmin evdə kirayə qalmağa razılaşmışlar. Bundan sonra onlar hətta yaşadıqları evdən bəzi əşyaları onlara vermişlər ki, yaşasınlar. Anası ilə birlikdə sonradan adını bildiyi X6 və sonuncunun qardaşı Təqsirləndirilən şəxs da anası ilə birlikdə həmin evə gəlmişlər və evə köçəndən 2 ay sonra bacıları da həmin evə gəlmişdir. 27 iyun 2022-ci il tarixdə bacısı işdə olan zaman “Whatsapp” vasitəsi ilə onun istifadəsində olan mobil nömrəyə şəxsi istifadəli əşya gətirməsini xahiş etmiş, o, anasının otağında olan şəxsi istifadəli əşyanı götürüb həmin otağın dəmir qapısını bağlamış və saat 22:52-də evdən çıxmış, həyətin qapısı üzərində olan vaz açarı ilə bağlamış və bacısının yanına marketə getmiş, təxminən 1 saat sonra xalası qızı X4 ilə evə qayıtmış və üzərində olan açarlarda evin həyətinin və anasının yaşadığı evin qaplarını açmış, anasını evində olan dəmir barmaqlığı sökülmüş pəncərəsinin açıq olmasını görmüş, bu zaman pəncərə üzərində tablonun yerdə olmasını görmüş və fikirləşmişdir ki, bəlkə evə kimsə gətirib və ona görə anasının evində olan yataq otağındakı qızıllarının və pulunu saxlanmış olduğu sandığa baxmış və həmin əşyaları olan əl portmonesinin içərisində olan əşyalarının yerində olmadığını görmüşdür. Belə ki, orda anasının 100 manatlıq əskinazlarla olan 2.000 manat pulu, 1 ədəd 1500 manat dəyərində sarı qızıldan olan boyunbağı, qolbağı, üzüyü və sırğa dəsti, iki ədəd hər biri 250 manat olan cəmi 500 manat dəyərindəki nişan üzükləri, bir ədəd 500 manat dəyərində romb formalı üzüyünün yerində olmadığını görmüş, bundan başqa sandıqda 3 kq şüşə balona topladığı 170 manat dəyərində olan 50 qəpiklər olmamışdır. Həmin əl çantasını isə anası 10 manata almışdır. Həmin vaxtı o, əl çantasının yerində olmasını, lakin içərisində olan əşyların yerində olmadığını görmüşdür. Həmin hadisədən 2-3 gün əvvəl Təqsirləndirilən şəxs ondan borca 230 manat pul istəmiş, o, isə pulu olmadığını bildirmişdir. Ona görə o, Pərvizdən şübhə etmiş və istifadəsində olan 050 *** ** ** nömrəsindən Pərvizin istifadəsində olan 070 *** ** ** nömrəsinə zəng etmiş, lakin ona zəng çatmamışdır, bundan sonra o, sonuncunun anası Kəmaləyə zəng etmiş və anasına oğlunun onların evindən oğurluq etdiyini bildirmişdir. Kəmalə ona bildirmişdir ki, bu barədə heç kimə məlumat verməsin, özü onlara gəlir. Sonra Kəmalə onların evinə gəlmiş və oğlunun belə hərəkət etməsinin mümkün olmadığını bildirmişdir. O, isə oğurluğun Pərvizdən başqa kiminsə etməsinin mümkün olmadığını bildirmişdir. Həmin zəngdən 15-20 dəqiqə sonra Pərvizin özü evə gəlmişdir. O, bir neçə dəfə Pərvizə müraciət edərək, pulların və qızılların qaytarmasını tələb etmiş, Pərviz isə oğurluq etmədiyini bildirərək, bundan imtina etmiş, bundan sonra o, 102 xidmətinə zəng etmək qərarına gəlmiş və 102 xidmətinə zəng etmişdir. Sonra polis əməkdaşları onların yaşadıqları ünvana gəlmiş və onları birlikdə polis şöbəsinə aparmışlar, orda ona bir daha məlum olmuşdur ki, evdən oğurluq edən Pərvizdir, sonuncu əşyaları gizlətdiyi yeri polisə göstərmiş, polis əməkdaşları həmin əşyaları PB-nə gətirmiş, anası və o, əşyaları polisdə görüb tanımışlar. Təqsirləndirilən şəxs qeyd etmiş olduğu əşyalardan başqa evlərindən başqa hər hansı əşya oğurlamamışdır. Həmin hadisəni o, və ailə üzvlərindən hər hansı biri görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs baş vermiş hadisədən təxminən 1 ay əvvəl Hövsan qəsəbəsində tanışlar vasitəsi ilə tanımış və sonradan onlar arasında olan münasibət yaxınlaşmışdır. Sonuncunun Suraxanı rayonu, Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsində kirayədə yaşamasını bilmiş və o, Hovsan qəsəbəsində gələn zaman nadir hallarda Pərvizlə zəngləşmiş və görüşmüşlər. Sonuncunun bazarda yük daşıyan uşaqlar ilə birlikdə olmasını bilmiş, lakin faktiki olaraq nə işlə məşğul olmasını bilməmişdir. 27 iyun 2022-ci il tarixdə, dəqiq olaraq xatırlamadığı saatlarda Təqsirləndirilən şəxs istifadəsində olan xatırmadığı mobil nömrədən onun nömrəsinə zəng etmiş və ona görüşməyi təklif etmiş və ona Hövsan qəbəsinə gəlməsini demiş, orada onunla görüşmüş və görüş zamanı Pərviz pulunun olduğunu və buna görə həmin pula icarə avtomobili götürməklə sürmək istədiyini bildirmişdir. O, Pərvizi Hövsanda qəsəbəsində avtomobil kirayə olaraq verən Siruz adlı şəxslə görüşdürmüş və Pərviz Siruza icarə maşın üçün depozitlə birlikdə 2 günlük 300 manat pul verib, dövlət nömrə nişanını xatırmadığı «Mercedes» markalı avtomobil götürmüşdür. Pərviz avtomobili Hövsan qəsəbəsində sürmüş və sonra avtomobillə Əhmədli qəsəbəsinə gedəcəyini bildirmişdir. O, Pərvizlə getməmişdir. Sonuncu avtomobili hər hansı sənəd təqdim etmədən götürmüş və onun avtomobilini idarə etmək üçün sürücülük vəsiqəsi olmamış və Siruz adlı şəxs tərəfindən hər hansı sənəd tələb edilməmiş və bildiyinə görə Təqsirləndirilən şəxs hər hansı sürücülük vəsiqəsi olmamışdır. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs avtomobili icarə götürdüyü pulu və digər əşyaları kirayə yaşadığı evin qonşuluğunda olan evdən oğurlamışdır. Bundan başqa onun həmin evdən qızıl-zinət əşyaların da oğurlamasını sonradan bilmişdir. Onu həmin evə necə, hansı şəraitdə daxil olmaqla, nə kimi əşyaları oğurlamasını görməmişdir. O, Pərvizin əlində olan pulu cinayət yolu ilə əldə etməsini bilməmişdir. Sonradan Pərvizin polis tərəfindən saxlanmasını və törətdiyi əməli etiraf etməsini bilmişdir. O, qeyd edilən hadisənin iştirakçısı olmamış və Pərvizin evindən oğurluq etmiş olduğu şəxsləri tanımamış və onlar ilə arasında hər hansı ədavət və düşmənçilik olmamışdır. Cinayət işinin materiallarından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(010)-452/2022 saylı hazırlıq iclasının qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 25 avqust 2022-ci il tarixli 6/4055-9/6734 nömrəli rəyindən müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş məlumatların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1990,0 manat müəyyən edilir: 2,15 qram kütləli 1 ədəd üzük 182.0 manat, 3,45 qram kütləli 1 ədəd üzük 500 manat, 1.95 qram kütləli 1 ədəd üzük 156 manat, 14.41 qram kütləli 1 dəst sırğa cütü-qolbağıboyunbağı 1152,0 manat, 4,52 qram kütləli 1 dəst döş nişanına bənzər metal predmet qiymətsizdir. Cinayət işi üzrə təyin olunmuş kompleks ambulator psixiatıik məhkəmə psixoloji ekspertizanın 12 avqust 2022-ci il tarixli 2152 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki. yetkinlik yaşma çatmamış Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ailəsində olan sosial problemlərlə əlaqədar orta məktəbdə bir neçə sinif təhsili aldğını bildirsə də, onun əqli inkişafında gerilik (kəmağıllıq) müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasının dərk etmir və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs Pərviz onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Yetkinlik yaşma çatmamış Təqsirləndirilən şəxs hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, konfliktə və mübahisəyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla o, öz hərkətlərinin mahiyyətini dərk edə bilərdi. Təqsirləndirilən şəxs əqli və psixi inkişafının xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən müəyyən olunur ki, Zərərçəkmiş şəxs qızıl-zinət əşyalarını tam şəkildə təhvil almışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətdiyi cinayət əməlini tam olaraq etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, yetkinlik yaşına çatmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah–tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimaifaydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. Bu zaman məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi nəticə etibarı ilə sonuncu tərəfindən zərərçəkmiş şəxsə vurulmuş zərərin ona aid qalan hissəsinin də qaytarılması üçün zəmin yaradar. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə onu da nəzərə alır ki, CPM-nin 435.4.3-cü maddəsinin tələblərinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda, onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası daxilində və həmin Məcəllənin 85.4-1-ci maddəsi nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən cinayət mühakimə icraatı zamanı Təqsirləndirilən şəxs qarşı iddia qaldırılaraq, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurulmuş maddi ziyana görə 5170 manat, mənəvi ziyana görə 2000 manat, cəmi 7170 pulun təqsirləndirilən şəxsdən tutularaq ona verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki idida tələbini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə müvəqqəti olaraq kirayədə yaşadığı evin qonşuluğunda olan ona məxsus ünvan 2 ünvanında olan yaşayış sahəsi hesab olunan fərdi həyət evinə 27 iyun 2022-ci il tarixdə saat 20:00 radələrində hasarın üzərindən aşmaqla ev sahibinin və ailə üzvlərinin orda olmamasından istifadə edərək qanunsuz olaraq hüquqa zidd qaydada evə daxil olub heç kimin görmədiyi şəraitdə evin pəncərəsinin setkasmdan evə daxil olaraq mənzilin yataq otağındakı sandıqdan ona məxsus 2000 (iki min) manat pulu, 3 kq-lıq şüşə balonda olan 170 manat dəyərində olan 50 (əlli) qəpikləri, 1 ədəd 1500 (bir min beş yüz) manat dəyərlərində olan, üzərlərində rəngsiz şəfaf qaşlar yerləşdirilmiş qolbağını (beş qaş yeri boş), hər birində 585 (beş yüz səksən beş) damğası olan 583/585 əyyarlı qızıldan hazırlanmış, sarı rəngli 1 dəst sırğa, qolbaq-boyunbağısını, 1 ədəd 500 manat dəyərində 2,5 qram kütləli, üzərində rəngsiz qaşlar yerləşdirilmiş halqasının iç tərəfində 585 (beş yüz səksən beş) damğası olan 583/585 əyyarlı qızıldan hazırlanmış üzüyü, 1 ədəd 500 manat dəyərində 3,45 qram kütləli üzərində rəngsiz şəffaf qaşı olan qırmızımtıl sarı rəngli 583/585 əyyarlı qızıldan hazırlanmış qaşlar olmaqla almazdan olan 8 ədəd, hər biri təxminən 0,043 karat, 1 ədədi təxminən 0,057 karat ölçüdə olmaqla ümumilikdə 4/3 keyfiyyətli üzüyü, 1 ədəd 500 manat dəyərində 1,95 qram kütləli, üzərində rəngsiz şəfaf qaşlar yerləşdirilmiş (iki qaşın yeri boş) halqasının iç tərəfindən 585 (beş yüz səksən beş) damğası olan 583/585 əyyarlı qızıldan hazırlanmış üzüyü talamaqla ona 5170 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Polis tərəfindən qızılların bir qismi qaytarıldıqdan sonra ona dəyən maddi ziyanın məbləği 5170 manat təşkil edir ki, bu da iş materiallarına əsasən tam sübut edilir. Təqsirləndirilən şəxs tərəfindən evimdə oğurluq edilməsi nəticəsində o, fiziki sarsıntı keçirmiş və sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkmişdir. Ailədə, yaxın qohumlarının əhatəsində fəal ictimai həyat tərzindən məhrum olmuşdur. Bundan başqa istintaq orqanlarında olmuş, burada dindirilmiş, izahat vermişdir. Bütün bunlar hamısı məhz təqsirləndirilən şəxsin ona qarşı törətdiyi qanunsuz hərəkətləri nəticəsində olmuşdur. Nəticədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli nəticəsində ona həm maddi ziyan, həm də mənəvi ziyan dəymişdir . Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs iddiası qismən təmin edilməlidir. Belə ki, həm zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, həm də məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 ifadələri ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 1 ədəd üzərində rəngsiz şəfaf qaşlar yerləşdirilmiş qolbağı, hər birində 585 (beş yüz səksən beş) damğası olan 583/585 əyyarlı qızıldan hazırlanmış, sarı rəngli 1 dəst sırğa, qolbaq-boyunbağı, 1 ədəd 2,5 qram kütləli, üzərində rəngsiz qaşlar yerləşdirilmiş halqasının iç tərəfində 585 (beş yüz səksən beş) damğası olan 583/585 əyyarlı qızıldan hazırlanmış üzük, 1 ədəd 3,45 qram kütləli üzərində rəngsiz şəffaf qaşı olan qırmızımtıl sarı rəngli 583/585 əyyarlı qızıldan hazırlanmış qaşlar olmaqla almazdan olan 8 ədəd, hər biri təxminən 0,043 karat, 1 ədədi təxminən 0,057 karat ölçüdə olmaqla, ümumilikdə 4/3 keyfiyyətli üzük, 1 ədəd 1,95 qram kütləli, üzərində rəngsiz şəfaf qaşlar yerləşdirilmiş (iki qaşın yeri boş) halqasının iç tərəfindən 585 (beş yüz səksən beş) damğası olan 583/585 əyyarlı qızıldan hazırlanmış üzük sonuncu tərəfindən polis əməkdaşlarına olduğu yer göstərildikdən sonra polis bölməsinə aparılmış, xx.xx.2022-ci il tarixdə qəbzə imza etdirilməklə Zərərçəkmiş şəxs tam şəkildə təhvil almışdır. Məhkəmə, aşağıdakılara əsasən iddia tələbini mənəvi zərərlə bağlı hissəsində əsassız hesab edir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli Qərarının 1-ci bəndində də məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Mülki Məcəllənin İX bölməsinin (mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin Qərarın .2-ci bəndinə əsasən «Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvesiya»-nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab kecirməsinə ifadə edir. Göründüyü kimi, Qərarın 2-ci bəndinin mənasına görə şəxsin hüquq və azadlıqlarının pozulması nəticəsində onun mənəvi sarsıntı və iztirab kecirməsi vahid kontekstdə olmalı, yəni, şəxsin öz hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntının kecirməsi ilə bərabər, eyni zamanda onun müəyyən iztirablara məruz qalması müəyyən edilməlidir. Şəxsin öz hüquqlarının pozulmasına qarşı mənfi reaksiya formalarının (mənəvi sarsıntının və iztirabın) bir toplum şəklində mövcud olması, biri digərini tamamlaması mülki mübahisələrin baxılması zamanı «mənəvi zərərin» mövcud olması qənaətinə gəlməyə əsas verir. Plenumun Qərarında daha sonra mənəvi sarsıntının və iztirabın hüquqi anlayışı verilməklə göstərilir ki, zərərcəkən fiziki şəxsin mənəvi sarsıntı kecirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüüründa müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab kecirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab cəkməsi anlaşılır. Yəni, zərərcəkmiş şəxsin mənəvi zərərə məruz qalmasının müəyyən edilməsi ücün, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, eyni zamanda, bu mənfi psixi reaksiya nəticəsində onun sağlamlığının pozulması, bunun nəticəsində sonuncunun fiziki əzab cəkməsi müəyyən edilməlidir. Beləliklə, məhkəmə araşdırmasının nəticəsi olaraq təqsirləndirilən şəxsin qanunsuz hərəkətləri nəticəsində zərərçəkmişin mənəvi zərərə məruz qalması, bundan başqa, vahid kontekstdə həm mənəvi sarsıntı kecirməsi, həmdəki mənəvi iztirablara məruz qalması sübuta yetirilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, hər bir mənəvi stressin, emosional gərginliyin kecirilməsi nəticə etibarı ilə şəxsin daha dərin psixoloji məhrumiyyətlərinə səbəb olan mənəvi iztirablarla nəticələnmədikdə, onun mənəvi zərərlə üzləşməsindən söhbət gedə bilməz. Başqa sözlə, şəxsin hər bir emosional stressin və gərginliyin kecirməsi onun mənəvi zərərə məruz qaldığına dəlalət etmir. Mənəvi zərərin vurulması şəxsiyyətin mənəvi komponentinə elə bir ağır və bir cox hallarda bərpaedilməz ziyanın vurulmasını nəzərədə tutur ki, bu halda şəxs nəinki emosional gərginlik halını kecirir və bu halda qalmaqda davam edir, eyni zamanda bu mənfi psixi reaksiya nəticəsində onun sağlamlığının pozulması, bunun nəticəsində sonuncunun fiziki əzab cəkməsi halları müşahidə edilir. Məhkəmə onu da nəzərə alır ki, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün də üç mühüm şərtin mövcud olması, yəni iddiaçının mənəvi sarsıntılar keçirməsinin sübuta yetirilməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsinin müəyyən olunması, həmçinin, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması müəyyən edilməlidir. Göstərilən şərtlərin hər hansı birinin mövcud olmaması mülki-hüquq məsuliyyətinin, mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cinayət əməli nəticəsində oğurlanmış qızıl zinət əşyaları zərərçəkmiş şəxsə qaytarıldığından, həmçinin, zərərçəkmiş şəxs cinayət əməli nəticəsində hansı mənəvi zərərə məruz qalmasına dair hər hansı sübutunu məhkəməyə təqdim etmədiyindən, iddia tələbi qismən təmin edilməli, 2170 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd 1500 manat dəyərində üzərlərində rəngsiz, şəffaf qaşlar yerləşdirilmiş (qolbağın beş qaş yeri boş) hər birində “585” damğası olan, 583/585 əyarlı qızıldan hazırlanmış sarı rəngli 1 dəst sırğa cütü - qolbaq-boyunbağı, bir ədəd 500 manat dəyərində 2.15 qram kütləli, üzərində rəngsiz qaşlar yerləşdirilmiş, halqasının iç tərəfində "585" damğası olan, sarı rəngli 583/585 əyarlı qızıldan hazırlanmış üzük, bir ədəd 500 manat dəyərində 3.45 qram kütləli, üzərində 9 ədəd rəngsiz şəffaf qaşı olan, qırmızımtıl-sarı rəngli 583/585 əyarlı qızıldan hazırlanmış, qaşları qiymətli qaşlar olmaqla almazdan olan 8 ədədi hər biri təxminən 0,043 karat, 1 ədədi təxminən 0,057 karat ölçüdə olmaqla, ümumilikdə 4/3 keyfiyyətli üzük, bir ədəd 500 manat dəyərində 1,95 qram kütləli, üzərində rəngsiz şəffaf qaşlar yerləşdirilmiş (iki qaşı yeri boş) halqasının iç tərəfindən “585 R” damğası olan, sarı rəngli 583/585 əyarlı qızıldan hazırlanmış üzüyün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 100 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddəti bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddəti ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 24.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddiası qismən təmin edilsin, 2170 (iki min yüz yetmiş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut olan 1 ədəd 1500 manat dəyərində üzərlərində rəngsiz, şəffaf qaşlar yerləşdirilmiş (qolbağın beş qaş yeri boş) hər birində “585” damğası olan, 583/585 əyarlı qızıldan hazırlanmış sarı rəngli 1 dəst sırğa cütü - qolbaq-boyunbağı, bir ədəd 500 manat dəyərində 2.15 qram kütləli, üzərində rəngsiz qaşlar yerləşdirilmiş, halqasının iç tərəfində "585" damğası olan, sarı rəngli 583/585 əyarlı qızıldan hazırlanmış üzük, bir ədəd 500 manat dəyərində 3.45 qram kütləli, üzərində 9 ədəd rəngsiz şəffaf qaşı olan, qırmızımtıl-sarı rəngli 583/585 əyarlı qızıldan hazırlanmış, qaşları qiymətli qaşlar olmaqla almazdan olan 8 ədədi hər biri təxminən 0,043 karat, 1 ədədi təxminən 0,057 karat ölçüdə olmaqla, ümumilikdə 4/3 keyfiyyətli üzük, bir ədəd 500 manat dəyərində 1,95 qram kütləli, üzərində rəngsiz şəffaf qaşlar yerləşdirilmiş (iki qaşı yeri boş) halqasının iç tərəfindən “585 R” damğası olan, sarı rəngli 583/585 əyarlı qızıldan hazırlanmış üzüyün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 100 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-452/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-452/2022
21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver