Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-453/2023 07.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Vəfa Cabir qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasinin üzvü, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 07 iyun 2023-cü il tarixdə, saat 10:45-də, Bakı şəhərində 13 avqust 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsili, heç bir yerdə işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2, barəsində 27 mart 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 19 yanvar 2023-cii il tarixində saat 18:50 radələrində nəqliyyat vasitəni idarə etmək hüququ verən «B» kateqoriyalı AC 551693 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiy texniki cəhətdən saz vəziyyətdə olan ''KİA CEED" markalı, Az **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Suraxanı rayonu Heydər Əliyev prospekti ilə şəhər istiqamətində 100 km/saat sürətlə hərəkətdə olarkən həmin prospektdə yerləşən 350 saylı ünvanın qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyə texniki imkanı olduğu halda, bu qaydaya əməl etməyərək idarə etdiyi avtomobilin qabaq hissəsi ilə yolu sağdan sola doğru adi addımlarla keçən piyada Zərərçəkmiş şəxs vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs 21 yanvar 2023-cü il tarixdə saat 07:15-də X11 ölməsinə səbəb olan iki tərəfli hemopnevmotoraks sağ baldır sümüklərinin açıq sınıqları, sol bud sümüyünün boynunun sınığı, qara ciyərin zədələnməsi hər iki ağ ciyərin əzilməsi, baş beyinin yumşaq qişasına qansızması, bədənin çoxsaylı sıyrıqlari xəsarətlərindən ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan bədən xəsarətləri yetirərək yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixində saat 18:50 radələrində AC 551693 sürücülük vəsiqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “KİA CEED" markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan qəsəbəsi istiqamətindən 100 km/saat sürətlə Heydər Əliyev prospekti ilə şəhər istiqamətində, 4 zolaqdan ibarət yolun 1ci sürət zolağı ilə hərəkt etmişdir. X16 prospeki 350 ünvanında hərəkətdə olarkən yolun sağ kənarından bir orta yaşlı piyadanın adi yerişlə hərəkət edərək yoluna çıxdığını görmüşdür. O, piyadanı gördükdə piyadanı vurmamaq üçün əyləci sıxıb sükanı azacıq sola istiqamətləndirmiş, lakin buna baxmayaraq həmin piyadanı avtomobilin qabaq hissəsi ilə vurmuşdur. Zərbədən piyada yolun qarşı hərəkət istiqamətini ayıran dəmir məhəccərin kənarına düşmüş, o, dərhal qəza işığlarını yandırıb avtomobilin yolun solunda dəmir məhəccərin yanında saxlamış və yolda hərəkət edən avtomobillərin piyadanı vurmaması üçün tədbirlər görmüşdür. Dərhal “103” xidmətinə zəng edib həkim çağırmış, lakin 6 dəqiqəyə yaxın vaxt keçdiyi üçün gözləmək fikrindən daşınmışdır. Tanımadığı şəxslər ona yaxınlaşmış və xəstəni yol avtomaşınına qoyub 3 saylı Sabunçu Şəhər Xəstəxanasına çatdırmışdır. Daha sonra DİN-nin 102 zəng mərkəzinə zəng edərək törətdiyi hadisə barədə məlumat vermişdir. Sonda o, məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, zərərçəkmiş şəxsin hüquqi varisini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, 19 yanvar 2023-cü il tarixdə təxminən gecə saatlarında qardaşı Arazın arvadı Gülbəniz ona zəng edib demişdir ki, qardaşı Arazı Bakı şəhər Suraxanı rayonu ərazisində avtomobil vurmuş, Araz aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdir. O, bu məlumatı aldıqdan sonra yaşadığı Masallı rayonu Xırmandalı kəndindən çıxıb Bakı şəhərinə 3 saylı Şəhər Xəstəxanasına gəlmişdir. Xəstəxanaya gəldikdə artıq orada qardaşı Arazın ağır dərəcəli bədən xəsarəti almasını görmüşdür. Xəstəxanada ona məlum olmuşdur ki, qardaşı Araz yolu keçərkən Təqsirləndirilən şəxs idarə etdiyi «Kia Ceed» markalı avtomobil tərəfindən vurulmuşdur. 21 yanvar 2023-cü il tarixdə səhər saatlarında həkimlərin səyinə baxmayaraq qardaşı Araz aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Qardaşı Arazın meyiti məhkəmə-tibbi ekspertizasından keçirildikdən sonra olara təhvil verilmiş və qardaşı Arazın meyitini yaşadığı kəndə apararaq dəfn etmişlər. O, hadisənin hansı şəraitdə baş verməsini görməmiş və bu barədə məlumatı olmamışdır. Sonda o, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarında olan Azərbacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və X6 rayon şöbəsinin məhkəmə-tibbi ekspertizası üzrə verdiyi xx.xx.2023-cii il tarixli, 09 №-li rəydən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmətibbi müayinə olunarkən onun bədən səthində aşağıdakı xəsarətlər aşkar olundu: iki tərəfli hemopnevmotaraks, sağ baldır sümüklərinin açıq sınıqları, sol bud sümüyünün boynunun sınığı,qaraciyərin zədələnməsi, hər iki ağciyərin əzilməsi, baş beyinin yumşaq qişasına qansızına, bədənin çoxsaylı sıyrıqları. 2. Qeyd edilən xəsarətlər həyatidirlər, şəxsin xəstəxanaya daxil olmasından az əvvəl bərk küt əyşanın (əşyların) təsirindən yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərlər, alınma müddətləri qərarda göstərilən 19 yanvar 2023-cü il tarixə uyğun gələ bilər, dərəcəsinə görə ümumilikdə sanlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlirdirlər. 3. Zərərçəkmiş şəxs ölümünə sklet sümüklərinin sınıqları, qaraciyərin zədələnməsi nəticəsində inkişaf etmiş travmatik şok olmuşdur. Ölüm 3 saylı ŞKX-da xx.xx.2023-cii il tarixdə saat 07:15-də baş vermişdir, hansık meyitin məhkəmətibbi müayinəsidə inkar olunmur. 4. Zərərçəkmiş şəxs myeitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində metil,etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə 18 iyul 2019-cu il tarixli 16986 №-li rəyindən görünür ki, “Kia Ceed” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbacan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə qiayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 17 fevral 2023-cü il tarixli protokoldan, habelə iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DVD disklərdəki videogörüntüdən müşadidə kamerasının qeydə aldığı kadrda qaranqılq hava şəraitdə Bakı şəhəri, Suraxanı rayonu Heydər Əliyev prospekti 350 ünvanın qarşısında üzü şəhər istiqamətinə doğru yolun sağ kənarından bir piyadanın adi addımlarla hərəkət zolağlarını keçməsi, 1-ci hərəkət zolağına çatdıqda isə şəhər istiqamətinə doğru yolun 1-ci hərəkət zolağında hərəkətdə olan avtomobilin qabaq hissəsi ilə vurulması müəyyən olunmuşdur. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 19 yanvar 2023-cü il tarixli, 2/1661 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi baş verən zaman ayıq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış 22 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs evli, himayəsində 1 nəfər azyaşlı uşağının olmasını, mənfi xarakterizə olunmayan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, iş materiallarında olan AZ-İİİ seriyalı 337340 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X9 ilə birgə nikahlarından 13 mart 2014-cü il təvəllüdlü X10 anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon icra Hakimiyyəti mənzil-kommunal təsərrüfatı birliyi 41 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən müəyyən olunur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində 41 saylı MKİS-ə heç bir şikayət daxil olmamışdır. Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini, zərərçəkmiş şəxsin hüquqi varisi və yaxın qohumları ilə barışıq əldə etməsini, sonuncuların ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində 1 nəfər azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Belə ki, iş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X5 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxsin arvadı X2 notarial qaydada təsdiqlənmiş 28 mart 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxsin qızı X3 notarial qaydada təsdiqlənmiş 28 mart 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Bundan başqa cinayət işinin məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs hadisədən dərhal sonra X14 “103” Çağrı Mərkəzi və zərərçəkmiş şəxsi xəstəxanaya gətirdikdən sonra Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzi ilə əlaqə saxlaması müəyyən olunmuşdur. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvAfiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə görə zərəçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvAfiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 04 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (iki) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 04 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (iki) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-453/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-453/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver