Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-453/2025 19.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X15 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, 18 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 aprel 2025-ci il tarixdə barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda çəkisi 0,369 qram olan narkotik vasitə heroini və 0,076 qram psixotrop maddə metamfetamini xx.xx.2025-ci il tarixdə Suraxanı rayonu, Bülbülə qəsəbəsində 30 manata istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 18 aprel 2025-ci il tarixdə saat 20:00 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bülbülə qəbiristanlığında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 03 (üç) ədəd bükümdə öz aralarında kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən xeyli miqdarda təmiz çəkisi 0,034 qram, 0,031 qram, 0,304 qram olmaqla ümumi təmiz çəkisi 0,369 olan qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,076 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2015-ci ildən bəri narkotik maddələrin kakos və patı kimi tanıdığı növlərindən istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində üzdən tanıdığı lakin yaşadığı ünvanı bilmədiyi Ramin adlı şəxsdən 30 manat müqabilində öz şəxsi istifadəsi üçün üç bükümdə ümumilikdə təxminən yarım qram kakos kimi tanıdığı heroini və 01 ədəd bükümdə çox az miqdarda patı kimi tanıdığı metamfetamini alaraq əynindəki qara rəngli gödəkçənin sol yan cibinə qoymuşdur. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bülbülə qəbiristanlığında münasib yer tapıb narkotik maddə istifadə etmək istəyərkən polis əməkdaşları ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etdikdən sonra ondan özünü təqdim etməsini tələb etmişlər. Özünü olduğu kimi təqdim etmişdir. Polis əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsini təklif etmişlər. Əynindəki qara rəngli gödəkçənin sol yan cibindən içərisində 05 ədəd büküm olan siqaret qutusunu, 03 ədəd narkotik maddələri inyeksiya yolu ilə qəbul etmək üçün insulin iynəsini çıxararaq təqdim etmişdir. Sonra ondan həmin bükümlərdə nə olması, haradan və nə məqsədlə əldə etməsi barədə soruşulmuşdur. O da olduğu kimi bu barədə məlumat vermişdir. Sonra polislərdən biri əlləri ilə paltarlarını yoxlamışdır. Lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilərək götürülməmişdir. Götürülmüş içərisində baş ağrısı dərmanı və 05 ədəd büküm olan siqaret qutusu bir ədəd boş zərfə və telefon isə digər boş zərfə qoyulub qablaşdırılaraq götürülmüşdür. Zərfin üzəri möhürlənmiş, onun özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmin bükümlərdən üçündə kakos kimi, birində patı kimi tanıdığı narkotik maddələr, birində isə narkotik maddəni bişirib iynə vasitəsi ilə damara vurmaq üçün limon duzu olmuşdur. İnsulin iynələrini isə həmin narkotik maddələri damara yeritmək üçün almışdır. İstifadə etməmişdir. Bir ədəd öz qablaşdırmasında olan tabletka isə “Parasetamol” kimi tanıdığı ağrıkəsici dərman vasitəsi olmuşdur. Onu tutan polis əməkdaşlarından biri üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim etməsini təklif etmişdir. O da əynində olan qara rəngli dəri gödəkçənin sol yan cibindən içərisində 05 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm olan siqaret qutusunu və 03 ədəd insulin iynəsini və 01 ədəd öz qablaşdırmasında olan “Parasetamol” adlı ağrıkəsici dərmanı təqdim etmişdir. Ona məxsus istifadəsində olan “Samsung” markalı mobil telefonu isə həmin polis əməkdaşı paltarlarını əlləri ilə yoxlayarkən aşkar edərək götürmüşdür. Üzərindən aşkar edilərək götürülmüş narkotik maddələr aldığı şəxs tərəfindən bükümlərə bölünmüşdür. Həmin narkotik maddələri öz şəxsi istehlakı üçün əldə etmiş, lakin istifadə etməyə macal tapmamışdır. Ona qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, o, narkotik satışı ilə məşğul deyil, narkotik vasitə istifadəçisidir. Himayəsində azyaşlı uşaqları olduğunu nəzərə alaraq barəsində ən aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir, polis kapitanı xüsusi rütbəsi daşıyır. Hazırda Qaradağ RPİ-nin CAŞ-nin şöbə rəisinin müavini vəzifəsində işləyir, polis mayoru xüsusi rütbəsi daşıyır. Keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu müəyyən etmiş və əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmişdir. Təqsirləndirilən şəxs ifşa olunması istiqamətində ondan, Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Suraxanı RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. O, qrupun rəhbəri təyin olunmuşdur. 18 aprel 2025-ci il tarixdə saat 19 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olması ehtimal olunan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bülbülə qəbiristanlığına gəlmişlər. Çəkiliş Şahid2 tərəfindən aparılmışdır. Görünüş əlamətlərindən Təqsirləndirilən şəxs oxşayan başında papaq, əynində qara rəngli dəri gödəkçə və göy rəngli cins şalvar olan şəxsin irəliyə doğru hərəkət etdiyini görmüşlər. 18 aprel 2025-ci il tarixdə saat 20:00 dəqiqədə videoçəkilişlə ona yaxınlaşıb dayanmasını tələb etmişlər. Özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirdikdən sonra ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli dəri gödəkçənin sol yan cibindən 03 ədəd insulin şprisi və 01 ədəd siqaret qutusunu təqdim etmişdir. O, siqaret qutusunu əlinə boşaltmış və qutunun içərisində 05 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün və 01 ədəd öz qablaşdırmasında olan dərman tabletkasının olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərdə nə olması, haradan və nə məqsədlə əldə etməsi barədə soruşmuşdur. Bükümlərdən birində limon duzu, digərlərində kakos kimi tanıdığı narkotik maddə, digər öz qablaşdırmasında olan maddənin isə dərman tabletkası olduğunu bildirmişdir. 2015-ci ildən narkotik maddələrin istifadəçisi olduğunu, limon duzunun narkotik maddələrin istifadəsi üçün lazım olduğunu, narkotik maddələri Ramin adlı şəxsdən 30 manata öz şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs nə məqsədlə narkotik maddələri çoxsaylı bükümlərə ayırdığını soruşduqda, üzərindən aşkar oldunduğu formada öz şəxsi istehlakı üçün aldığını, hər hansı xüsusi məqsədinin olmadığını bildirmişdir. O, Təqsirləndirilən şəxs paltarlarını yoxlamış, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar etmişdir. Gümüşü rəngli 05 ədəd bükümü və öz qablaşdırmasında olan 01 ədəd tabletkanı bir ədəd boş zərfə, “Samsung” markalı mobil telefonu isə digər boş zərfə qoyaraq qablaşdırmışdır. Üzərini möhürləmişdir. Zərflərin üstünü imzalamış, zərflərin üstü Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən də imzalanmışdır. O, Təqsirləndirilən şəxs narkotik maddələrin istifadəsi və satışı ilə məşğul olduğunu müəyyən etmiş, o və əməliyyat qrupunun digər üzvləri Təqsirləndirilən şəxs 18 aprel 2025-ci il tarixdə saat 20:00 dəqiqədə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bülbülə qəbiristanlığında tutmuşlar. Təqsirləndirilən şəxs heç bir tabesizliklə və ya müqavimətlə qarşılaşmamışdır. Təqsirləndirilən şəxs əynindəki qara rəngli dəri gödəkçənin sol yan cibindən üç ədəd insulin iynəsi, içərisində 05 ədəd gümüşü rəngli falqa büküm və 01 ədəd öz qablaşdırmasında olan dərman vasitəsi aşkar olunmuşdur. Gödəkçənin sağ yan cibindən isə 01 ədəd qara rəngli “Samsung” markalı mobil smartfon aşkar olunmuşdur. Bükümləri və dərman vasitəsini təqdim etməsini təklif etdikdən sonra Təqsirləndirilən şəxs özü təqdim etmişdir. Mobil telefonu isə əlləri ilə paltarlarını yoxlayarkən aşkar etmişdir. Onun və əməliyyat qrupunun digər üzvləri tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı psixi və ya fiziki zor tətbiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Suraxanı RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul olunmuşdur ( i.v. 1); əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20:00-da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bülbülə qəbiristanlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ona saxlanılmasının səbəbləri barədə məlumat verilməklə tutulduğu andan müdafiəçiyə malik olmaq hüququ izah edilmiş, müdafiəçisinin olmadığını və müdafiəçi ilə təmin edilməsini tələb etmədiyini bildirmişdir. Həmin yerdə ona üzərində hər hansı qanunla qadağan olunmuş əşya, predmet və ya narkotik vasitə varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən siqaret qutusunun içərisindən kağıza bükülmüş 5 büküm kütləni təqdim etmiş, həmin gödəkçənin sağ yan cibindən Samsung markalı mobil telefon aşkar edilərək götürülmüşdür (i.v. 8-9); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20:00-da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bülbülə qəbiristanlığında hərəkətdə olan zaman saxlanılaraq üstü yoxlanılmış, üzərindən siqaret qutusunun içərisindən kağıza bükülmüş 5 ədəd bükümdə narkotik vasitəyə bənzər maddə və Samsung markalı mobil telefon aşkar edilərək qablaşdırılması və Təqsirləndirilən şəxsdən götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 ədəd ayrı-ayrılıqda ağ rəngli zərfə və 1 ədəd DVD-yə baxış keçirilmiş, üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazılı zərfdən 5 ədəd bükümdə narkotik vasitəyə bənzər maddə aşkar olunmuş, sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 01 ədəd DVD-yə “HP” markalı komputerdə baxış keçirilmiş, DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Baxış və götürmə zamanı video çəkiliş aparılmışdır (i.v. 13-14); Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 02 (iki) ədəd disk xx.xx.2025-ci il tarixli “toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 135-149;); şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2025-ci il tarixdə saat 21:15-də tutulmuş, onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdə saat 20:00-dan tutulmuş hesab edilir ( i.v. 25); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/1441 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Vət.Təqsirləndirilən şəxs üzərindən...” qeydli zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,034 qram, 0,031 qram, 0,304 qram, ümumilikdə təmiz çəkiləri 0,369 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 03 bükümdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 01 ədəd bükümdə təmiz çəkisi 0,076 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,471 qram şəffaf, kristal şəkilli maddə kütləsinin və 01 ədəd dərman tabletinin tərkibində nəzarətdə olan maddələr müəyyən edilmədi. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən psixotrop maddələrin»in siyahısına (siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələrin»in siyahısına (siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi 0,369 qram, tədqiqata sərf edildi 0,08 qram, qalıq 0,289 qram. Metamfetaminin təmiz çəkisi 0,076 qram, tədqiqata sərf edildi 0,04 qram, qalıq 0,036 qram. Limon turşusunun çəkisi 0,471 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 0,371 qram. Tablet 01 ədəd, tədqiqata sərf edildi 0,5 tablet, qalıq 0,5 tablet (i.v. 37- 41); əməlin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə ibtidai istintaqın davam etdirilməsi qərara alınmışdır (i.v. 50-51); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 53-54); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-108/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 18 aprel 2025-ci il tarixdən hesablanmışdır ( i.v. 77-78); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi tərəfindən tərtib olunmuş ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair xx.xx.2025-ci il tarixli, 2221 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (i.v. 79- 80); telefona baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (i.v. 103); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X17 tərəfindən verilən xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (i.v. 112); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Məmmədov X8 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 02 ay 28 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2018-ci il tarixdə cəza müddəti başa çatmışdır. Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə AR CM-nin 185.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2022-ci il tarixdə cəzasının çəkilməmiş qalan hissəsi “8 noyabr Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndinin təsiri altına düşdüyü üçün cəza müddəti 01 il azaldılmışdır. xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır (i.v. 113-115); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-177/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (i.v. 116-122); diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs mobil telefonunda aşkarlanmış ***-***-**-** mobil nömrəsindən çıxan zənglərdən çıxarışların, çıxarışda əks olunan nömrələrin abonentlərinin anket məlumatlarının, daxil olan və göndərilən “SMS” mətnlərinin, həmçinin ötürücü antenalar cədvəlinin "xxxx" MMC-dən ələ keçirilməsi barədə "xxxx" MMC-dən AZF/LGL-3209/25 saylı, xx.xx.2025-ci il tarixli məktubla daxil olmuş bir ədəd DVD diskə Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə baxış keçirilmişdir. Həmin diskə baxış keçirilən zamanı müəyyən edilmişdir ki, 1-ci cərgədə yerləşən “Məxsusluq tarixçəsi” başlıqlı hissədə ***-***- **-** mobil nömrəsinin xx.xx.1988-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X5 məxsusdur. X3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə aşağıdakı məzmunda ismarıclar daxil olmuşdur: 1) xx.xx.2025-ci il tarixdə saat 16:59 dəqiqədə X1 adına olan +**********12 mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********45 mobil nömrəsinə “Ala mənəm ........ elisdi mal istəyən olsa xəbər ele” məzmunlu mesaj göndərilmişdir. 2) xx.xx.2025-ci il tarixdə saat 20:00 dəqiqədə +**********54 mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********45 mobil nömrəsinə “qaqaw sen menim nomremi kime vermisen men ne satiram ki durub camata demisen meni niye piravleme salirsan ozum sennen goturmurdum?” məzmunlu mesaj göndərilmişdir. 3) xx.xx.2025-ci il tarixdə saat 07:33 dəqiqədə +**********61 mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********45 mobil nömrəsinə “Gedib orda burda diyirsen rizvan barondu ne bilim nedi ay ........ men baronam? Hardasan sen ala gelirem davay cix bayira cixmasan bayira qapivizi doyecem” məzmunlu mesaj göndərilmişdir (i.v. 125-126); toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,369 qram, tədqiqata istifadə edildikdən sonra qalıq qalmış 0,289 qram narkotik vasitə heroin; təmiz çəkisi 0,076 qram olan, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,036 qram psixotrop maddə metamfetamin; təmiz çəkisi çəkisi 0,471 qram, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,371 qram limon turşusu; 01 ədəd tablet, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,5 tablet zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Azerfon MMC tərəfindən təqdim olunan 01 ədəd disk maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmişdir (i.v. 135-149); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-244/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün həddində, yəni 07 avqust 2025-ci il tarixədək uzadılmışdır; Azemis Elektron Məhkəmə İnformasiya Sistemində olan Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, onun üç uşağı – xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X7 – vardır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(010)-453/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrə xx.xx.2024-cü ildən xx.xx.2025ci il tarixədək olan dövrdə daxil olan və çıxan mesaj mətnlərinin məzmunu məhkəməyə təqdim edilməsi qərara alınmış, qərarın icrası "xxxx" MMC-yə və "xxxx" MMC-yə həvalə edilmişdir. Məhkəmə iclası zaman qərarın icrası ilə əlaqədar mobil operatordan məhkəməyə daxil olmuş Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrin mesaj məlumatları ilə bağlı məktuba əlavə edilmiş qoşmaya baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrin SMS mətni qeydə alınmamışdır. ***-***-**-** saylı mobil nömrənin mesaj məlumatlarına baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən məlumatlar müəyyən olunmamışdır. Məhkəmə iclası zaman qərarın icrası ilə əlaqədar mobil operatordan məhkəməyə daxil olmuş Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış ***-***-**-** saylı mobil nömrənin mesaj məlumatları ilə bağlı məktuba əlavə edilmiş qoşmaya baxış keçirilmişdir. ***-***-**-** saylı mobil nömrənin mesaj məlumatlarına baxış keçirilən zaman aşağıdakı məzmunda mesaj mətnləri müəyyən olunmuşdur: xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** nömrəsinə “5m var dəyimdə sənə, öləm limkadan”; xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** nömrəsinə “8m var evdəsən”; xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** nömrəsinə “qaqaş 9m pul var 2 kola birdamcı daş alınsa xəbər elə gəlim”; xx.xx.2024cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** nömrəsinə “qaqaş 14m pul var qonağım var 2 kol bir şüşə düzələr?”; xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** nömrəsinə “ala denen 5dene alinmit 10dene alinir” və s. Məhkəmə iclasında tərəflərin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar qeydə alınmış videogörüntü tədqiq edilmişdir. Videogörüntüdə görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən xx.xx.2025ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bülbülə qəbiristanlığında hərəkətdə olan zaman saxlanılır və üstünə baxış keçirilir. Ona üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim etməsi təklif olunur. Bu təklifdən sonra o, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən üç ədəd insulin şprisi və siqaret qutusunu təqdim etmişdir. Polis əməkdaşı Təqsirləndirilən şəxs həmin siqaret qutusunu və şiprisləri alır və ona məxsus olub-olmadığını və nə qədər vaxtdır istifadə etdiyini soruşur. Təqsirləndirilən şəxs ona məxsus olduğunu, 2015-ci ildən istifadə etdiyini bildirir. Polis əməkdaşı siqaret qutusunu əlinə boşaldır və siqaret qutusunun içərisində beş ədəd gümüşü rəngli falqada və bir ədəd öz qablaşdırmasında dərman olduğu məlum olur. Polis əməkdaşı həmin bükümləri açır. Təqsirləndirilən şəxs həmin bükümlərdən birində limon duzu, digərlərində kakos kimi tanıdığı narkotik maddə olduğunu bildirir. Polis əməkdaşı Təqsirləndirilən şəxs paltarlarını əlləri ilə yoxlayır. Əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd Samsung markalı mobil telefon aşkar olunur. Polis əməkdaşı ondan həmin narkotik maddələri haradan və məqsədlə əldə etdiyi barədə soruşduqda o, həmin narkotik maddələri xx.xx.2025-ci il tarixdə Bülbülə qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 30 manata alaraq üzərində gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 05 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş və 01 ədəd öz qablaşdırmasında olan dərman 01 ədəd boş zərfə, “Samsung” markalı mobil telefon isə digər boş zərfə qoyularaq qablaşdırılır. Zərflərin üzəri möhürlənir və Təqsirləndirilən şəxs özü və digər iştirakçılar tərəfindən imzalanır. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddə aşkar edilmir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə hərəkətinin keçirildiyi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd disk tədqiq edilmişdir. Videogörüntüdə görünür ki, polis əməkdaşı Təqsirləndirilən şəxs saxlanılması zamanı qeydə alınmış videoya baxış keçirir. Daha sonra bükümlərə baxış keçirir, bükümün içərisində narkotik vasitəyə bənzər kütlə aşkar olunur. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, iş materiallarında olan digər sübutlar, habelə məhkəmə baxışının gedişatında şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən təqsirləndirilidiyi cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsindəki hallara istinad edilməklə qurulmuş müdafiəsi cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5- 1, 197.1.5-2, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 18 aprel 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə, psixotrop maddə, limon turşusu, dərman tableti hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 03 (üç) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş üzrə məhkəmə xərci 110 (yüz on) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 220 (iki yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 220 (iki yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h **********9212327214, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılan 0,289 qram narkotik vasitə heroin, 0,036 qram psixotrop maddə metamfetamin, 0,371 qram limon turşusu və 0,5 dərman tableti hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 03 (üç) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-453/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-453/2025
19.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver