Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-455/2022 23.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi və vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 aprel 2021-ci il tarixdə, saat 12:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi 54 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin qarşısındakı yolla gedərkən, Zərərçəkmiş şəxs həmin polis bölməsinin qarşısında şəxsi avtomobili ilə dayandığını görüb sonuncuya yaxınlaşaraq, bir gün əvvəl Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin inzibati binasında olarkən, aralarında yaranmış mübahisə ilə bağlı onunla söhbət etmək istədiyini bildirmiş, Zərərçəkmiş şəxs avtomobilindən endikdən sonra aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs başının sol nahiyəsindən və bədəninin müxtəlif nahiyyələrindən yumruqla vuraraq, sonuncuya qəsdən sol burun qanadının sıyrığından və döş qəfəsinin qançırından ibarət dərəcəsi təyin olunmayan, sol gicgah nahiyyəsinin hematomasından ibarət sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunaraq, məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs onun xalası X4 qızı X2 həyat yoldaşıdır. Ruslan və İranə 2011-ci ildə boşandıqdan sonra aralarında hazırki vaxtadək məhkəmə mübahisəsi davam edir. Bu səbəbdən də, onun ailəsinin Zərərçəkmiş şəxslə uzun müddətdir ki, münasibəti yoxdur. İranə və Ruslan boşandıqdan sonra məhkəmə qərarı ilə onların üç övladı - Leyla, İlham və Melisanın analarında qalması və müəyyən vaxtlarda ataları ilə görüş verilməsi qərara alınsa da, Ruslan təxminən bir ildir ki, uşaqları ilə görüşdüyü zaman onları icazəsiz aparmış və bir daha geri qaytarmamışdır. Bu hadisədən təxminən 8 ay sonra Ruslanın qızı 10 yaşlı Leyla xx.xx.2021-ci il tarixdə atasının evini tərk edərək, taksi ilə anası İranənin yanına qayıtmışdır. İlham və Leylanın Zərərçəkmiş şəxs geri alınmasından ötrü İranə yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə mübahisəsi ilə bağlı xx.xx.2021ci il tarixdə İranə anası Məlahət, qızı Leyla, onun anası X1 rayon İcra Hakimiyyətinə gedərkən, o, həmin şəxslərin tək getməməsi üçün sonuncularla birlikdə getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs oraya iki vəkili və oğlu İlhamla birlikdə gəlmişdir. Onlar Nərimanov RİH-nin inzibati binasında birinci mərtəbəsində olarkən Zərərçəkmiş şəxs liftə minərkən, İlham da arxasınca getmişdir. Bu zaman İranə oğlu İlhamla görüşmək üçün yaxınlaşdıqda, Ruslan oğlunu uzaqlaşdıraraq, onların görüşmələrinə imkan verməmişdir. Bu vaxt Ruslan İranəni vurmaq üçün yumruq və təpik atsa da, inzibati binada olan polis əməkdaşları araya girib buna imkan verməmişlər. Bundan sonra Zərərçəkmiş şəxs Məlahət Hacıyevanı vurmaq istədikdə, o, dərhal xalasını tutub kənara çəkmiş və Ruslanın Məlahəti vurmasına imkan vermədən, “neyləyirsən?!” deyərək, iradını bildirdikdə, Ruslan ona “qoyaram lopunu dağıdaram”- demiş və liftə minib yuxarı mərtəbəyə qalxmışdır. Onlar aşağı mərtəbədə gözləmiş, sonra isə İranəni yuxarı mərtəbəyə çağırmışlar. Bir qədər sonra birinci mərtəbədəki polisləri yuxarı çağıraraq, orada mübahisə yarandığını və Ruslanın İranəni vurmaq istədiyini bildirmişlər. O, bunu eşidən kimi DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonra onlar Nərimanov RİH-nin inzibati binasından əsas qapıdan çıxıb həyətdə gözləmişlər. Ruslan da binadan arxa qapıdan çıxdıqdan sonra qarşılarından keçərkən, onları əl hərəkətləri ilə təhqir edərək getmişdir. Bir qədər sonra həmin yerə gəlmiş polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişlər və orada izahat vermişlər. xx.xx.2021-ci il tarixdə, saat 12:15 radələrində o, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nin yaxınlığındakı həmin vaxt çalışdığı mebel sexindən çıxıb nahar üçün evə getmişdir. Polis bölməsinin qarşısından yolun əks tərəfindən gedərkən, digər tərəfə baxdıqda, Ruslanın ağ rəngli “Mercedes” markalı avtomobildə əyləşdiyini görmüş və Ruslana yaxınlaşmışdır. Sonuncuya yaxınlaşıb, idarə etdiyi avtomobildən yerə düşməsini tələb etmiş, bir gün əvvəl Nərimanov Rayon icra Hakimiyyətində olan mübahisəyə görə Ruslana iradını bildirmiş, sonuncu avtomobildən yerə düşən zaman o, ani olaraq Ruslanın üzərinə hücum edib, sonuncuya bir neçə yumruq zərbəsi vurmuşdur. Ruslanın sinəsindən isə təpiklə vurarkən, adı sonradan ona məlum olan polis əməkdaşı Kamil Əlinin onları görmüş, onun tutaraq kənara çəkib sakitləşdirərək, mübahisəyə aydınlıq gətirmək üçün hər ikisini polis bölməsinə dəvət etmiş, bölmədə hər ikisindən izahat alınmışdır. O, izahat verdikdən sonra bölmədən çıxıb getmişdir. Mübahisə zamanı ətrafda kimsənin olduğunu müşahidə etməmişdir. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını və onun barəsində olan cinayət işinə xitam verilməsinə etiraz etməməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, 2007-ci ildə X11 ilə rəsmi olaraq ailə qurmuş, birgə nikah dövründə iki uşaqları olmuşdur. Münasibətləri normal olmadığı üçün 2011-ci ildə rəsmi olaraq boşansa da, uşaqlarına yaşamaq üçün ev ayırmış, onların bütün maddi ehtiyaclarını ödəmişdir. 2018-ci ilin mart ayında keçmiş həyat yoldaşı İranədən qeyrirəsmi Melisa Paşayeva adlı qız uşağı dünayaya gəlmişdir. 2019-cu ilin avqust ayında aralarında söz mübahisələri olduğundan, İranə uşaqları özü ilə götürərək atası evinə getmişdir. 2020-ci ilin yanvar ayında atası Adil ondan övladlarını yenidən müvəqqəti yaşamış olduqları evə gətirərək, təminatlarını ödəməsini xahiş etmişdir. O, atasının xahişini nəzərə alıb İranəni uşaqlarla birlikdə həmin evə qaytarmışdır. Yaşadığı evə İranənin valideyinləri qonaq gələrək müxalif yönlü hərəkətlər edib videolara baxdıqları üçün onlara qarşı iradını bildirərək valideyinlərinin evinə gəlməməsini sonuncudan tələb etmişdir. İranə isə ona qarşı irada məhəl qoymadığından tez-tez aralarında söz mübahisələri baş vermişdir. Həmin vaxtlarda yəni, 2020-ci ilin mart ayının 29-da İranənin müvəqqəti yaşadığı evdə gedib uşaqlarına baş çəkən zaman İranənin atası Yusif sərxoş halda heç bir səbəb olmadan azyaşlı uşaqlarının qarşında onu təhqir edərək, nalayiq ifadələr işlədib, fiziki güc tətbiq edərək bədən xəsarəti yetirdiyi üçün rəsmi qaydada qeydiyyatda olduğu yer üzrə polisə müraciət etmişdir. Həmin müraciətlə bağlı Nərmanov RPİ-nin 17-ci PB-də araşdırma aparılan zaman İranənin qardaşı Bilal da bölmədə ona qarşı fiziki güc tətbiq etdiyi üçün sonuncunun da barəsində araşdırma aparıldıqdan sonra toplanmış material məhkəməyə göndərilmişdir. Onların ailəsi məhkəmədə işləri gedən zaman atasından üzr istəyib xahiş edərək, bir daha onun barəsində şər-böhtan xarakterli şikayətlər etməyəcəklərini, qarşısına çıxmayacaqlarına söz veridikləri üçün, həmin şəxslərin dediklərinə inanıb barışıq ərizəsi ilə işin xitam olunmasını bildirmişdir. 2020-ci ilin avqsut ayında böyük qızı Leyla və oğlu İlham onun yanına gələrək, anası ilə birlikdə yaşamaq istəmədiklərini bildirdikləri üçün həmin ilin dekabr ayında o və İranə qarşılqılı iddia ərizəsi ilə aliment və uşaqların kimin yanında qalması məsələsinə baxılması üçün Nərimanov rayon məhkəməsinə müraciət etmişlər. 2021-ci iln fevral ayının 25-də qızı Leyla ona anasının yanında yaşamaq istəməsini bildirdiyi üçün qızının İranənin yaşadığı ünvanına göndərmişdir. Oğlu isə anası ilə görüşmək və yaşamaq istəmədiyi üçün onun yanında qalmışdır. Məhkəmə qətnaməsinin əsasən hər şənbə günü 10.00-dan 14.00-dan kiçik qızı Melisa ilə görüşə icazə verilmişdir. Buna baxmayaraq İranə onun Melisa ilə görüşmək hüquqlarını pozaraq uşağı hazırki vaxtadək kimi gizlədərək göstərmədiyi üçün İcra və probasiya şöbəsində sonuncunun barəsində mülki axtarış elan olunaraq qərar icra olunmasından ötrü cavabdehin yaşadığı və qeydiyyatda olduğu yerə üzrə Suraxanı RPİ-nin 31-ci PB-nə həvalə olunmuşdur. 23 aprel 2021 -ci il tarixdə, saat 15 radələrində Nərimanov rayon məhkəməsi tərəfindən təyin edilmiş Nərinmanov Rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən Qəyyumluq şöbəsində iclas təyin olunduğundan, o, oğlu İlhamla birlikdə həmin binanın birinci mərtəbəsində gözləyən zaman İranə anası Məlahət Hacıyeva, xalası Mehriban Ağayeva və Mehribanın oğlu Təqsirləndirilən şəxslə rastlaşmışdır. Həmin şəxslər Şahid4 qarşı əl-qol atdıqları üçün sonuncu həmin şəxslərə cavab olaraq ona toxunmamalarını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona “dayan gör səni çöldə tutub başına nə oyun açacam” demişdir. O, Şahid4 kömək məqsədi ilə oğlunun arxasına keçərək, liftə minməsini demiş, binanın dördüncü mərtəbəsinə qalxaraq, Qəyyumluq şöbəsinin otağına keçmişdir. Həmin vaxt İranə Paşayeva və yanındakılar həmin mərtəbədə səs-küy və qarışıqlıq saldıqları üçün Qəyyumluq şöbəsi işin baxılmasından imtina etmiş, işi yenidən baxılması üçün məhkməyə göndərəcəklərini bildirib, onlara İcra Hakimiyyətinin binasından çıxmalarını bildirmişlər. Onu və yanında olan oğlu İlhamın digər şəxslərlə raştlaşmamalarından ötrü binanın arxa qapısından çölə yola salmışlar. Səhəri gün, yəni 24 aprel 2021-ci il tarixdə, saat 12:30 radələrində Suraxanı RPİ-nin 31-ci PB-nin sahə inspektoru Eltun Salmanovun yanına oğlu İlhamla gedərək, İranənin barəsində olan işin gedişatı ilə maraqlanaraq, bölmədən çıxıb idarə etdiyi avtomobilə minmiş, mühərriki işə salan zaman İranənin xalası oğlu Təqsirləndirilən şəxs ona yaxınlaşaraq və idarə etdiyi avtomobildən yerə düşməsini tələb edərək, bir gün əvvəl Nərimanov Rayon icra Hakimiyyətində olan mübahisəyə görə ona iradını bildirib, nalayiq sözlərlə söyüb təhqir edərək, “sən mənim yadımdasan, yerə düş” ifadəsini işlətdiyi üçün o, avtomobildən yerə düşən zaman Əli ani olaraq onun üzərinə hücum edib, ona bir neçə yumruq zərbəsi vurmuş, sinəsindən isə təpiklə vurarkən, adı sonradan ona məlum olan polis əməkdaşı Kamil Əlinin onu vurduğunu görmüş, Əlini tutaraq kənara çəkib sakitləşdirərək, mübahisəyə aydınlıq gətirmək üçün hər ikisini polis bölməsinə dəvət etmişdir. Mübahisə zamanı o, kimsəni vurmamış və xəsarət yetirməmişdir. Ancaq Təqsirləndirilən şəxs onun üzərinə hücum edib, ona bədən xəsarəti yetirdiyi zaman özünü müdafiə edərək sonuncunu özündən uzaqlaşdırmaq üçün Əlinin sinəsindən itələmişdir. Onunla Əlinin mübahisəsi zamanı ətrafda kimsənin olduğunu müşahidə etməmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxsin ona vurduğu zərəri ödəməsini, sonuncu ilə barışmasını, ona qarşı heç bir tələb və şikayətinin olmamasını, təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi və istintaq protokolları və cinayət işinin materiallarında olan digər sübutlarla da təsdiq edilir. İş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X14 Suraxanı rayon şöbəsinin məhkəmə tibbi eksperti Anar Şıxəmmədov tərəfindən verilmiş 379 saylı 27 aprel 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol burun qanadının sıyrığı, sol gicgah nahiyəsinin hematoması və döş qəfəsinin qançırı bərk küt əşyanın (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni 24 aprel 2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə sol gicgah nahiyyəsinin hematoması sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəyən ziyanı ödəməsini nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunmasını məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində göstərilir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəyən ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən “məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində (40.2.2. zərər çəkmiş şəxslə barışdıqda) nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır». Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublkası CM-nın 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini və Azərbaycan Respublikası CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Qərardan 20 gün müddətində Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-455/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-455/2022
23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver