Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-455/2024 23.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi Məhkəmə iclas katibi Qocazadə Aysel Məzayim qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqında iltizam” qismində qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 21 radələrində dostu Şahid yaşadığı ünvan 2 ünvanda qonaq olarkən evdə heç kimin olmadığından istifadə edib, həmin mənzildə paltar şfanerindən Şahid bacısı X3 məxus 20 manat dəyərində olan bir ədəd pul kisəsini içərisində milli valyuta ilə 3400 (üç min dörd yüz) manat ekvivalentində 2000 (iki min) ABŞ dolları məbləğində pul vəsaiti ilə birlikdə gizli olaraq talayıb zərərçəkmiş şəxs Ləman İbrahimovaya ümumilikdə 3400 (üç min dörd yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid əvvəllər yaşadığı məhəllədən 8 ilə yaxındır ki, tanımış, onunla dostluq münasibətləri olmuşdur. Belə ki, onlar bir-birinin evində dəfələrlə gecəni qalmışlar. xx.xx.2024-cü il tarixdə dostu Zahidlə telefonla əlaqə saxlamış və gecəni onların evində qalmağı ilə bağlı icazə istəmişdir. Zahid isə onların ailəvi olaraq rayona qonaq gedəcəklərini, evin açarını ona verəcəyini, onun da həmin evdə qalmasını demişdir. Ona görə də, Zahid ona evin açarını qapının ağzında olan su sayğacının qabında qoyacağını və açarı oradan götürməsini demişdir. Həmin gün saat təxminən 20:30 radələrində o, Zahidin yaşadığı binaya gəlmiş və Zahidin dediyi yerdən açarı götürüb mənzilə daxil olmuşdur. Biraz oturub telefonla oynamışdır. Sonradan evdə yaş salfetka axtarmış və daha sonra isə paltar şfanerinə baxmış, orada pul kisəsini görmüşdür. Pul kisəsini açdıqda orada 20 ədəd 100 ABŞ dolları əsknazlardan ibarət pul görmüşdür. Həmin pulu götürmək qərarına gəlmişdir. Onun məqsədi bir az borcu olduğundan, borcunu ödəmək olmuşdur. Yəni onlayn yolla götürmüş olduğu kreditə ödəmiş, qalan pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurluq edərkən tək olmuş, heç kim ona hər hansı bir formada köməklik göstərməmişdir. O, xx.xx.2024-cü il tarixdə Şahid evində qonaq qaldığı zaman əvvəlcədən heç bir məqsədi olmamış, sadəcə ürəyi sıxılmış və Zahidlə birlikdə gecəni qalmağı düşünmüşdür. Lakin Zahid rayona gedəcəyini bildirdikdə təklikdə onların evində qalmağı düşünmüşdür. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. İbtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşu kimi tanımışdır. 19 mart 2024-cü il tarixdə ailəvi olaraq anasının xalasıgilə getmişlər. Orada iki gün qaldıqdan sonra 21 mart 2024-cü il tarixdə ailəvi olaraq yaşadıqları evə qayıtmışlar. Evə daxil olan zaman evin döşəməsində ayaq izləri görmüşdür. O, şübhələnmiş və ilk olaraq soyuducunun qapısını açıb baxmış, soyuducunun içərisində olan kola qabının yarımçıq olduğunu görmüşdür. Daha sonra yataq otağına keçmiş və bu zaman özünə məxsus pul kisəsinin içərisində olan 2000 ABŞ dolları pulun yerində olmadığını görmüşdür. Onlar ailəvi şəkildə evi axtarmışlar, lakin pulu tapa bilməmişlər. Qardaşı Zahid bayramla əlaqədar həyətdə tonqala düşdüyü üçün onu evə çağırıb bu barədə soruşmuşlar. Qardaşı Zahid evin açarını dostu Hüseynə verdiyini demişdir. Bu vaxt qardaşı Hüseynə zəng edib pulu götürüb-götürmədiyini soruşdu. Hüseyn əvvəlcə pulu götürmədiyini desə də, sonradan pulu götürdüyünü etiraf etdi. Daha sonra qardaşı Zahid Hüsyenlə görüşüb pulu geri qaytarmağını demiş, lakin Hüseyn buna məhəl qoymamış və hara istəyirsə şikayət etmələrini demişdir. Bundan sonra onlar Suraxanı RPİ-nin 33-cü PB-nə şikayət etmişlər. Qardaşının dostu Hüseyn onların yaşadığı evdən ona məxsus 20 manat dəyərində olan pul kisəsini içərisində olan 2000 ABŞ dolları pulla birlikdə oğurlamışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə teleqram vuraraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyan ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, Hüseynlə 8 ilə yaxındır ki, dostluq münasibətində olub. Belə ki, bir-birinin evində dəfələrlə qalmışlar. Hüseyn xx.xx.2024-cü il tarixdə onunla telefon əlaqəsi saxlamış və gecəni onların evində qalmaqla bağlı icazə istəmişdir. Onlar ailəvi olaraq rayona qonaq gedəcəklərini, evin açarını ona verəcəyini və evdə qalmasını demişdir. 21 mart 2024-cü il tarixdə rayondan ailəvi olaraq yaşadığı evə qayıdanda, evə daxil olan zaman bacısı evin döşəməsində ayaq izlərini görüb, şübhələnib və ilk olaraq soyuducunun qapısını açıb baxıb, soyuducunun içərisində olan kola qabının yarımçıq olduğunu görüb. Daha sonra yataq otağına keçib və bu zaman bacısına məxsus pul kisəsinin içərisində olan 2000 ABŞ dollarının pulun yerində olmadığını bacısı görüb. Bacısıgil evi axtarıb, lakin pulu tapa bilmiyiblər. O, bayramla əlaqədar həyətə tonqala düşdüyü üçün onu evə çağırıb bu barədə soruşmuşlar. O, da evin açarını dostu Hüseynə verdiyini bildirdi. Daha sonra Hüseynə zəng edib pulu götürüb-götürmədiyini soruşub. Hüseyn əvvəlcə pulu götürmədiyini desə də, sonradan pulu götürdüyünü etiraf edib. Daha sonra Hüsyenlə görüşüb pulu geri qaytarmağını demiş, lakin Hüseyn buna məhəl qoymayaraq şikayət etməyimi bildirmişdir. Bundan sonra onlar Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nə şikayət etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İş materiallarında olan 23 mart 2024-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 mart 2024-cü il tarixdə tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 09 avqust 2024-cü il tarixdə başqa yerə getməmək növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan AZE MİS məhkəmə portalından müəyyən olunur ki, iş üzrə zərərçəkmiş şəxs xx.xx.2000-ci il təvəllüdlü X6 ailə qurduqdan sonra soyadı Aslanlı kimi qeyd olunmuşdur. İş materiallarında olan qəbzdən görünür ki, 3400 (üç min dörd yüz) manat zərərçəkmiş şəxs X4 təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, şahidlərin ifadələrini tədqiq edərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, zərərçəkmiş şəxsi və şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə islah işləri növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 49-cu maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir. Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş miqdarda, beş faizdən iyirmi faizə qədər pul dövlət nəfinə tutulur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla islah işləri cəzasına məhkum olunmalı, Təqsirləndirilən şəxs 23 – 25 mart 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanaraq ona təyin edilmiş islah işləri cəzasından çıxılmalı və qəti cəza təyin edilməlidir. Cəzasının əvvəli qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 09 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 23 mart 2024-cü il tarixdən 25 mart 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablansın və ona qəti olaraq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası təyin edilsin. İslah işləri cəzasının əvvəli qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi ziyan 3400 (üç min dörd yüz) manat zərərçəkmiş şəxs X3 qaytarılması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİFGODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(010)-455/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-455/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver