Məhkəmə qərarları › İş №1(010)-456/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-456/2022

12.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-456/2022 12.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Fəxrət qızının, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R,Axundov küçəsi ev 14 mənzil 24-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nasim İsmayılov küçəsi, ev 16, mənzil 76-da aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı anası Zərərçəkmiş şəxs Fəxrət qızını döyərək sonuncunun sol əlin İİİ barmağının oynaqlarda hərəkət məhdudluğu ilə müşayiət olunmuş şişkinlik halında əziyi, döş qəfəsinin, sağ əlinin arxa səthinin, hər iki bazunun, sol saidin, sol sağrının çoxsaylı qançırları xəsarətləri yetirərək sağlımlığm qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunan ittihamda özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs doğma anasıdır, münasibətləri əvvəllər yaxşı olsa da həyat yoldaşından boşanacağını dedikdən sonra münasibətləri korlanmışdır. 2021-ci ilin iyun ayından həyat yoldaşı ilə boşanmaq qərarına gəlmiş və həmin vaxt da məhkəməyə müraciət etmişdir. Bundan sonra həyat yoldaşı ilə ayrı-ayrı evlərdə yaşamağa başlamışlar. 27 yanvar 2022-ci il saat 19:30 radələrində həyat yoldaşı X7 Mustafazadə ilə evdən paltarlarını götürmək adı ilə gəldiyi zaman oğlu Amin Mustafazadəni götürərək evdən getmişdir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində vəkili Vüsal Dadaşov ilə birlikdə Sabunçu İcra Probasiyanın icra məmuru X5 yanına gedərək məhkəmə tərəfindən ona verilmiş oğlunun hal-hazırda ünvan 1 ünvanında yaşayan anası Zərərçəkmiş şəxs yanında olması barədə məlumatı olduğunu və oğlu Aminin oradan götürülməsini təmin etmələrini xahiş etmişdi. Bundan sonra Sabunçu İcra Probasiyanın icra məmuru X1 RPİ-nin 13-cü PB-nün sahə inspektoru Taleh adlı əməkdaşa zəng edərək onun dediklərini deyib təhlükəsizliyin təmin edilməsi və axtarışın onda olduğu üçün bərabər getmələrini demişdir. Az sonra sahə inspektoru Taleh adlı əməkdaş da gəlmiş və birlikdə uşağının həyat yoldaşı Elşən Mustafayev tərəfindən anası Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanına apardığı üçün oradan məhkəmənin qərarı ilə götürmək üçün getmişlər. O, qapıya yaxınlaşıb qapını döymüş və anası Kütayə qapını açmışdır. Həmin vaxt anası Kütayəyə oğlu Aminin harada olmasını və uşağı qaytarmasını demişdir. Bu zaman Kütayə uşağın onda olmadığını dedikdə o, evdə olub-olmadığını yoxlamaq üçün içəri keçmək istədiyini demişdir. Anası Kütayə onun içəri keçməsinə imkan vermədiyi üçün o, məhkəmənin qərarı olduğunu və içəri keçib oğlunu axtarıb götürə biləcəyini dedikdə Kütayə yenidən oğlunun evdə olmadığı demiş və o, içəri daxil olmuşdur. Bu zaman anidən anası Kütayə iki əli ilə onun saçından tutub dartaraq fiziki ağrı yetirməyə başlamışdır. Həmin vaxtı eyni zamanda Kütayə əlləri ilə saçından və boğazından tutub sıxıb fiziki ağrılar yetirməyə başlamış və ondan qurtulmağa çalışmış və bu səbəbdən yanında olan vəkili və Firdovsi, eyni zamanda Taleh onu anası Kütayədən ayıraraq əlindən almışlar. Bundan sonra Firdovsi və Teleh onu evdən binanın blokuna çıxarmışlar və xalası vəkilə evə baxmasını bildirmiş, daha sonra oğlu Aminin orda olmadığını müəyyən etdikləri üçün oranı tərk edib getmişlər. Daha sonra bu barədə əsəbləşərək ərizə ilə Suraxanı RPİ-nin 32-ci PB-nə müraciət etmişdir. Anasının aldığı xəsarətlər onun saçindan tutduğu üçün və onun əlindən qurtulmaq üçün ola bilər. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş etməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Fəxrət qızı ifadəsində bildirmişdir ki, barəsində şikayətçi olduğu Təqsirləndirilən şəxs onun doğma qızıdır, münasibətləri əvvəllər yaxşı olsa da həyat yoldaşından xəyanət üstündə boşandığı üçün münasibətləri korlanmış və əvvəllər aralarında heç bir ədavət olmamışdır. Onlar boşanmaya müraciət etdikdən sonra Kamalənin qızı Nəzrin Mustafazadə özünün razılığı ilə onunla birgə qalmağa başlamışdır. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində bacısı Tamilla ilə evdə oturub söhbət ediyi zaman evin qapısının döyülməsini eşitmiş, o, qapını açdıqda qapının qarşısında qızı Təqsirləndirilən şəxs, yanında polis əməkdaşının, icra məmuru və vəkilinin olmasını görmüşdür. Həmin vaxt Kamalə içəri daxil olmaq istədikdə onu içəri buraxmaq istəməmiş, bu zaman Kəmalə əlləri ilə onun sinəsindən vurub itələmiş və o divara dəymişdir. Kamalə içəri daxil olaraq xoşa gəlməz sözlər deməyə, oğlu Aminin burada olduğunu və gizlətdiklərini deməyə başlamışdır. Həmin vaxtı o, Təqsirləndirilən şəxs evdən çıxartmaq üçün əl atıb paltarından tutduğu zaman Kamalənin saçı onun əlinə keçmiş və bu zaman Kamalə əlləri ilə onun bədəninin müxtəlif yerlərindən vurmağa başlamışdır. Həmin vaxtı orada olan bacısı, polis əməkdaşı, icranın işçisi və Kamalənin vəkili onu Kamalənin əlindən almağa çalışmışlar və onları ayırdıqdan sonra yenidən Kamalə onun sinəsindən vuraraq kənara itələmişdir. Daha sonra onlar evi tərk edib getmişlər. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışmasını, ona qarşı heç bir tələb və şikayətinin olmamasını nəzəzrə alaraq, təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün qismən etirafedici ifadəsi, zərərçəkmişin ifadəsi və cinayət işində olan digər sübutlarla da təsdiq edilir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən keçirilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 166 №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Fəxrət qızının bədəni üzərində olanq xəsarətlər- sol əlin İİİ barmağının oynaqlarda hərəkət məhdudluğu ilə müşayiət olunmuş şişkinlik halında əziyi, döş qəfəsinin, sağ əlinin arxa səthinin, hər iki bazunun, sol saidin, sol sağrının çoxsaylı qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2022-ci ildə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlımlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aiddirlər. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin sadələşdirilmiş icraat materialı üzrə məhkumluğun yoxlanılmasına dair tələbnaməsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, həmçinin zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunmasını məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində göstərilir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəyən ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən “məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində (40.2.2. zərər çəkmiş şəxslə barışdıqda) nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır». Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini və Azərbaycan Respublikası CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X4 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin. X6 cinayət məsuliyyətindən azad edilsin. X4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar