Məhkəmə qərarları › İş №1(010)-456/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-456/2023

01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-456/2023 01.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş X8 etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs - X2, X2 Azərbaycan Respublikasının CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, xüsusi ittiham qaydasında şikayətini icraata qəbul edərək, X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. X10 şikayətini onunla əsaslandırmışdır ki, o, Suraxanı rayonuna İcra Başçısı təyin edildiyi vaxtdan rayon ərazisində yaşayan vətəndaşları məhdudiyyət qoymadan qəbul edir və mütəmadi olaraq səyyar görüşlər keçirərək, onları narahat edən problemləri dinləyir. Ötən müddət ərzində yüzlərlə vətəndaşların üzləşdiyi kommunal, sosial və digər məsələlərlə bağlı problemlərinin həll olunmasına nail olmuşdur. Eyni zamanda Azərbaycanın Şanlı Ordusu Müzəffər Ali Baş Komandan, X12 Əliyevin rəhbərliyi altında 27 sentyabr 2020-ci il tarixdə başlamış 44 günlük Vətən Müharibəsində möhtəşəm zəfər qazandı. Bu qələbə şəhidlərin qanı-canı bahasına başa gəldi. 44 günlük X5 rayonu 60 şəhid verib. Şəhidlərin hər birinin dəfn, anım mərasimlərində iştirak etmişdir. Şəhid və qazi ailələrini daim diqqət mərkəzində saxlayır. Təəssüflər olsun ki, bəzi vətəndaşlar görülən təqdirəlayiq işləri görməzdən gəlir və qanun pozuntularına yol verirlər, bu cür şəxslər qanun qarşısında cavab verməlidirlər. Hazırki xüsusi ittaham qaydasinda verdiyi şikayət X4 onların sırasındadır. Hal-hazırda ünvan 1 ünvanda yaşayan X4 xx.xx.2023-cü il tarixdə qəbulu zamanı ona müraciət edərək, Suraxanı rayonunu Hövsan qəsəbəsi Oqtay Şabanov küçəsində yaşadığı ünvana yaxın ərazidəki torpaq sahəsində tikinti işləri aparmaq niyyətində olduğunu bildirmiş və israrla tikintiyə icazə verilməsini xahiş etmişdir. Cavabdehə bununla bağlı ətraflı izahat verilərək mövcud qanunvericiliyə uyğun olaraq sözügedən torpaq sahaəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədləri (torpağın mülkiyyətinə dair çıxarış, kadastır və s.) RlH-ə təqdim etməsi bildirilsə də o buna məhəl qoymadan özbaşına tikinti işlərinin həyata keçirilməsinə cəhd edərkən RİH əməkdaşları tərəfindən qarşısı alınmışdır. Bundan sonra X4 həyat yoldaşı (əri) ilə birlikdə “Azərbaycan Reallığı” informasiya agentliyinə müraciət etmiş və verdiyi müsahibədə onun işgüzar nüfuzuna xələl gətirən, böhtan xarakterli ifadələr işlədilmiş və internet informasiya vasitəsi ilə yayımlanmışdır. Ona görə də, xüsusi ittiham qaydasında şikayətini icraata qəbul edərək, X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X8 etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi X7 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hal-hazırda X4 ilə barışmışlar. O, xüsusi ittiham qaydasında şikayətdən imtina edir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 bildirmişdir ki, hazırda barışmışlar. Xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, prosess iştirakşılarını dinləyib, xüsusi ittiham qaydasında şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, X2 Azərbaycan Respublikasının CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı, 21 fevral 2014-cü il tarixli qərarının 16-cı hissəsində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinin əsas xüsusiyyətlərindən biri məhkəmənin müşavirə otağına gedənədək xüsusi ittihamçının barəsində şikayət verilmiş şəxslə barışdıqda həmin təqibə xitam verilməsidir. Tərəflərin barışması halının yeni cinayətlərin törədilməsinin qarşısının alınmasında əhəmiyyət kəsb etdiyini nəzərə alaraq məhkəmələrə bütün hallarda zərərçəkmişə onun cinayət məsuliyyətinə cəlb edilməsi məsələsini qaldırdığı şəxslə barışmaq hüququnun olmasını izah etmələri tövsiyə edilir. Bu hüququn olması barədə izah həm məhkəmənin hazırlıq iclasında, həm də məhkəmə baxışının hər hansı mərhələsində, lakin məhkəmə müşavirə otağına gedənədək verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.9-cu maddəsinə əsasən zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2, 39.1.9 və 41.7-ci maddələrinə əsasən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirilməməsinə, belə barışma məhkəmə müşavirə otağına gedənədək əldə olunduqda isə cinayət təqibinə xitam verilməsinə şərtsiz əsasdır. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X8 etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi X7 xüsusi ittiham qaydasında şikayətindən imtina etdiyindən şikayət üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37, 39, 41, 43, 344, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 Azərbaycan Respublikasının CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X8 etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi X7 xüsusi ittiham qaydasında şikayətindən imtina etdiyi üçün iş üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar ondan apellyasiya qaydasında protest və şikayət verilməmişsə həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar