Məhkəmə qərarları › İş №1(010)-457/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-457/2023

12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-457/2023 12.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində Suraxanı rayon Məhkəməsi tərəfindən «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 28 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə qanunsuz olaraq daxil olmaqla oradan ümumi dəyəri 2000 manat təşkil edən 04 ədəd avtomobil diski və təkərləri, 01 ədəd qaynaq aparatını, 01 ədəd elektrik dreli, 05 ədəd 4 metrlik diametri 100 mm olan dəmir boruları; 01 ədəd 6 metrlik diametri 50 mm dəmir borunu və 01 ədəd dəmir barmaqlığı gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ümümilikdə 2000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,528 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlayaraq daşımış, 20 oktyabr 2022-ci il tarixdə saat 12:00-da Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, yeni Günəşli qəsəbəsi, “Q” yaşayış massivi 25 ünvanında yerləşən Bakı şəhər Suraxanı RPİ-nin 33-cü PB-nə gətirilmiş orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan olan göy rəngli parça şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,528 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,126 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 07 dekabr 2022-ci il tarixdə saat 15:15 dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi 25 ünvanında yerləşən Suraxanı RPİ-nin 33-cü PB-nə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli parça şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,126 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə aludəsiçidir, 2000-ci ildən bu günə kimi narkotik istifadə edir. İndiyə kimi bir neçə dəfə oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş, sonuncu dəfə isə 2018-ci ildə oğurluq cinayət əməli törətdiyinə görə Suraxanı rayon məhkəməsi tərəfindən 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2021-ci ilin aprel ayında isə həbsdən azad olunmuşdur. Uzun müddətdir ki, Nahid adlı şəxsi tanıyır. 28 sentyabr 2022-ci il tarixdə təxminən 20 radələrində qonşuluqda yaşayan Nahid adlı şəxs onun həyətinə gələrək Sərvərin həyətində olan dəmirləri oğurlamağı və bu yolla əldə etdikləri pulu öz aralarında bərabər bölməyi təklif etmişdir. O da razılaşmış və birlikdə yaşadığı evdən biraz aralı yerləşən Sərvərin köhnə tikili olan və yaşayış olmayan evinə gəlmişlər. Bundan sonra oradan dəmir borular və dəmir barmaqlığı, eləcə də saxlanc yerindən drel, qaynaq aparatı və 4 ədəd disk təkəri oğurlayıb birlikdə metal əşyalarını aparıb Bəşir kimi tanıdıqları Zığ qəsəbəsində yerləşən metal alışı məntəqəsinə satmışlar. Həmin vaxt Bəşir onu kənd adamı kimi tanıdığı üçün ondan sənəd tələb etməmiş və ona inandığı üçün sənədsiz həmin malları almışdır. O, Bəşirə həmin malları oğurluq yolu ilə əldə etdiklərini deməmiş, eləcə də disk təkəri və qaynaq aparatını isə yolda tanıdıqları şəxsə satıb pulunu aralarında bərabər şəkildə bölmüşlər. Bundan başqa o, ifadəsində göstərmişdir ki, 20 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manat ödəniş edərək bir ədəd büküm narkotik vasitə heroin almış və sonra istifadə etməyi üçün üzərində saxlamışdır.20 oktyabr 2022-ci il tarixdə təxminən saat 12 radələrində yaşadığı ünvan 8 ünvanının yaxınlığında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra ondan şəxsiyyəti barədə maraqlanılmış və o da özünü X1 təqdim etmişdir. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirərək üzərinə baxış keçirilməsi üçün Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. O da razılaşmış və polis əməkdaşları ilə birlikdə 33-cü PB-nə gəlmişdir.33-cü PB-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmiş, hüquq və vəzifələri izah olunmuş, hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edilmişdir. Sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da əynində olan göy rəngli parça şalvarının sağ yan cibində saxladığı içərisində narkotik vasitə olan 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən açılaraq içərisinə baxılmış və sonra ona həmin bükümün içərisində nə olması, nə vaxt, kimdən, hansı məqsədlə əldə etməyi barədə soruşulmuşdur. O da həmin bir ədəd bükümün içərisində heroin olduğunu, öz istifadəsi üçün Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata alaraq sonra istifadə etməyi üçün üzərində saxladığını bildirmişdir. Ondan aşkar edilmiş bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa o, ifadəsində göstərmişdir ki, 06 dekabr 2022-ci il tarixdə axşam saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata bir ədəd öz şəxsi istifadəsi üçün narkotik maddə “kokos” alıb bir qismini istifadə etmiş, qalan hissəsini isə sonra istifadə etmək üçün üzərində saxlamışdır. 07 dekabr 2022-ci il tarixdə təxminən saat 15 radələrində yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onun kim olmağı barədə soruşmuşlar. O da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün onu yaxınlıqda olan Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. O da razılaşıb 33cü PB- nə gəlmişdir.33-cü PB-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmiş, hüquq və vəzifələrim izah olunmuş, sonra isə dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə baxış keçirmişlər. Baxış zamanı əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda çıxarıb təqdim etməyi təklif olunmuşdur. O da əynində olan boz rəngli parça şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan aşkar edilmiş 01 ədəd büküm açılaraq içinə baxılmış və ondan həmin bükümün içərisində nə olması barədə soruşulmuşdur. O da həmin 01 ədəd bükümün içərisində kokos-heroin olduğunu,06 dekabr 2022-ci il tarixdə axşam saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata alıb bir qismini istifadə etdiyini, qalanını da sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Ondan aşkar edilmiş bir ədəd büküm və digər əşyalar götürülərək qablaşdırılmışdır. Bundan sonra üzərinə baxış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Sonda bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik maddələrin satışı ilə məşğul olmamış, hər iki fakt üzrə üzərindən aşkar edilmiş narkotik maddəni öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır. O, Nahidlə ünvan 9 ünvanından oğurluq etsə də rabitə kabeli oğurlanmasında iştirak etməmiş, bu barədə onun məlumatı olmamışdır. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 29 sentyabr 2022-ci iltarixdə təxminən saat 21 radələrində yaşadığı evin arxa tərəfinə keçən zaman həyətdə və saxlanc yerində olan ayrı ayrılıqda qiymətlərini dəqiq bilmədiyi, lakin ümumi dəyəri 2000 manat olan 4 ədəd disk və təkərlər, 1 ədəd qaynaq aparatı, 1 ədəd drel, 5 ədəd 4 metrlik diametri 100 mm olan dəmir borunun, 6 metr diamteri 50 mm dəmir boru, 1 ədəd dəmirbarmaqlığının naməlum şəraitdə oğurlandığını aşkar etmişdir. Buna görədə o, Suraxanı RPİ-nin 33-cü PB-nə ərizə ilə müraciət etmişdir. Hadisəni törətməkdə qonşuluqda yaşayan Eldəniz və Nahiddən şübhələnmişdir. Sonda Zərərçəkmiş şəxs həm yazılı, həm şifahi şəkildə təqsirləndirlən şəxslə barışdığını, ona qarşı hər hansı şikayətin və tələbin olmadığını bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Bakı şəhər, Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşı Şahid5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu ərazisində «Eldəniz» adlı şəxsin mütəmadi olaraq qanunsuz narkotik vasitələrin əldə etməsi və saxlaması barədə Bakı Şəhər Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və «Eldəniz» adlı şəxsin cinayət başında ifşa etmək məqsədi ilə 07 dekabr 2022-ci il tarixdə o və Suraxanı Rayon Polis İdarəsinin 33-cü PB-nin sahə inspektoru polis baş leytenantı Şahid4 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni 07 dekabr 2022-cü il tarixdə saat 15:15 radələrində ünvan 10 ünvanın qarşısında zahiri əlamətlərinə görə «Eldəniz» adlı yaxınlaşıb özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini bildirmişlər. Həmin vaxt həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs birlikdə Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşaraq birlikdə gəlmiş və bölmənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Eldənin Quliyev ərizə verərək üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan boz rəngli parça şalvarının sağ yan cibindən 1 ədəd sellofan büküm təqdim etmiş və təqdim etdiyi bükümün içərisindəki maddənin, «kokos» kimi tanınan narkotik vasitə heroin olduğunu, 06 dekabr 2022-ci il tarixdə Yeni Suraxanı qəsəbəsindən tanımadığı şəxsdən 20 manat müqabilində özünün istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxış zamanı içərisində qəhvəyi rəngli tozşəkilli narkotik vasitəyə oxşar kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər-hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 33cü PB-nin əməkdaşı Şahid4 Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhər, Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu ərazisində «Eldəniz» adlı şəxsin mütəmadi olaraq qanunsuz narkotik vasitələrin əldə etməsi və saxlaması barədə Bakı Şəhər Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və «Eldəniz» adlı şəxsin cinayət başında ifşa etmək məqsədi ilə 20 oktyabr 2022-ci il tarixdə o və Suraxanı Rayon Polis İdarəsinin 33-cü PB-nin sahə rəisi polis mayoru Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni 20 oktyabr 2022-cü il tarixdə saat 12 radələrində ünvan 10 ünvanın qarşısında zahiri əlamətlərinə görə «Eldəniz» adlı yaxınlaşıb özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini bildirmişlər. Həmin vaxt həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs birlikdə Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşaraq birlikdə gəlmiş və bölmənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Eldənin Quliyev ərizə verərək üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan göy rəngli parça şalvarının sağ yan cibindən 1 ədəd sellofan büküm təqdim etmiş və təqdim etdiyi bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, 20 oktyabr 2022-ci il tarixdə Yeni Suraxanı qəsəbəsindən tanımadığı şəxsdən 10 manat müqabilində özünün istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində qəhvəyi rəngli tozşəkilli narkotik vasitəyə oxşar kütlə aşkar olunmuşdur.Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan,təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilərək imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 33-cü PB- nin əməkdaşı Şahid2 Şahid3 oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 3 aydır ki, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən metal qəbulu məntəqəsində işləyir. Nahid və Eldəniz adlı şəxsləri uzun müddətdir ki, tanımış, belə ki, Nahid və Eldəniz zibilliklərdən metal, plastmas və digər əşyaları yığaraq işlədiyi məntəqəyə təhvil vermişlər. 29 sentyabr 2022-ci il tarixdə təxminən saat 19 radələrində metal qəbulu məntəqəsində olan zaman Nahid və Eldəniz işlədiyi yerə gələrək 2 ədəd dəmir boru və 1 ədəd dəmir barmaqlıq təhvil vermişlər. Nahid bildirmişdir ki, öz həyətindən gətirib təhvil verir. O da həmin metalları qəbul edib 40 manat pul vermişdir. Sonradan polis əməkdaşları işlədiyi, məntəqəyə gəldikdə Nahid və Eldənizin ona vermiş olduğu 2 ədəd dəmir boru və 1 ədəd dəmir barmaqlıq oğurluq yolu ilə əldə olunmasını bilmişdir. Cinayət işinin 2-ci cildinin 17-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 01 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2022-ci il tarixdə, saat 21:15-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 2-ci cildinin 39-40-cı vərəqlərində olan 03 oktyabr 2022ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Orxan Allahquliyevin vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, qərarın sürəti Təqsirləndirilən şəxs həbsdən azad edilərək həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 2-ci cildinin 41-42-ci vərəqlərində olan 03 oktyabr 2022ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilməsi haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 94-cü vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 20 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci il tarixdə, saat 12:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 1-ci cildinin 145-146-cı vərəqlərində olan 22 oktyabr 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Tural Hüseynovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, qərarın sürəti Təqsirləndirilən şəxs həbsdən azad edilərək həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 1-ci cildinin 147-148-ci vərəqlərində olan 22 oktyabr 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilməsi haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 38-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 07 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdə, saat 15:15-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 190-195-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 4(010)-704/2022 saylı qərarı ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində əvvəli 07 dekabr 2022-ci il tarixdən hesablamaqla, 02 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 105-106-cı vərəqlərində olan “şəxsi axtarış və götürmə haqqında” 20 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan göy rəngli parça şalvarının sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 49-50-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan boz rəngli parça şalvarının sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 57-61-ci vərəqlərində olan Azərbaycan Respublikası ƏNnin Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2022- ci il tarixli 6/6931 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 171” dairəvi möhür əksi olan “şübhəli şəxs Təqsirləndirilən şəxs İfaddəin oğlunun üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,126 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təstiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Cinayət işinin 1-ci cildinin 113-117-ci vərəqlərində olan Azərbaycan Respublikası ƏNnin Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2022-ci il tarixli 6/6102 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 171” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs İfaddəin oğlunun üzərindən aşkar edilmiş maddi sübut...şübhəli şəxs Təqsirləndirilən şəxs- imza iştirak etdiiki imza, qablaşdırddı: Tural Şəfiyev- imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi 0,528 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təstiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Cİnayət işinin 1-ci cildinin 158-159-cu vərəqlərində olan Məhkəmə-narkoloji ekspertizasıüzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin verdiyi 29 oktyabr 2022-ci il tarixli,6454 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asıllıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cildinin 69-cu vərəqində olan 28 dekabr 2022-ci il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokola əsasən, Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasında təhqiqatçı, polis leytenantı X5 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 və Suraxanı RPİ-nin 33-cü PB-nin sahə rəisi, polis mayoru Şahid2 iştirakları Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofana bükülmüş içərisində tozşəkilli, qəhvəyi rəngli maddəni cibindən çıxarıb təqdim etdi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olmasını və həmin narkotik maddəni Yeni Suraxanı qəsəbəsindən tanımadığı şəxsdən 10 manat pulun müqabilində özünün istifadəsi üçün əldə etməsini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəifndən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 171 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar-edilmədi. Cinayət işinin 1-ci cildinin 126-cı vərəqində olan 21 oktyabr 2022-ci il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokola əsasən, Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasında təhqiqatçı, polis mayoru X6 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili polis mayoru Şahid5 və Suraxanı RPİ-nin 33-cü PB-nin sahə inspektoru polis baş leytenantı Şahid4 ştirakları Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində tozşəkilli, qəhvəyi rəngli maddəni cibindən çıxarıb təqdim etdi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olmasını və həmin narkotik maddəni 06 dekabr 2022-ci il tarixdə səhər saatlarında Yeni Suraxanı qəsəbəsindən tanımadığı şəxsdən 20 manat pulun müqabilində özünün istifadəsi üçün əldə etməsini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 171 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Cinayət işinin 1-ci cildinin 241-244-cü vərəqlərində olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 01 oktyabr 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisənin baş verdiyi yer ünvan 3 ünvanında həyətə daxil olduqda fərdi mənzilin arxa tərəfində saxlanc yeri vardır. Saxlanc yerində müxtəlif avtomobillərə məxsus ehtiyyat hissələri vardır. Saxlanc yerinin arxa tərəfi torpaq boş torpaq sahəsidir. Burada boru, taxta parçaları vardır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa əlamət aşkar edilməmişdir. Cinayət işinin 2-ci cildinin 127-151-ci vərəqlərində olan 24 aprel 2023-cü il tarixli əməlin tövsif edilməsi və sübutların qiymətləndirlməsi haqqında qərara əsasən, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 234.1ci maddələrinə tövsif edilməsi və ona həmin maddə ilə yenidən ittiham elan edilməsi, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 180.1 və 234.2-ci maddərinin tərkib əlamətlərinin olması öz təsdiqini tapmadığından, həmin xüsusat üzrə barəsində cinayət təqibi başlanması rədd olunması, barəsində seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması qərara alınmışdır. Cinayət işinin 2-ci cildinin 157-158-ci vərəqlərində olan 25 aprel 2023-cü il tarixli təqsirləndirlən şəxsə yenidən ittiham elan haqqında qərara əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirlən şəxs qismində cəlb edilməsi və elan olunmuş ittiham məzmununa əlavə, dəyişiklər etməklə yenidən ittiham elan olunması qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 161-163-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhər Suraxanı rayonu Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3- 2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2021-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 2-ci cildinin 127-130-cu vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli, 1(010)-161/2018 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum edilməsi, cəzaçəkməsinin 09 aprel 2018-ci il tarixdən hesablanması, iş üzrə maddi sübutlar Suraxanı RPİ-nin saxlama kamerasında saxlanılan yandırılmış vəziyyətdə olan mis elektrik naqilləri məhv edilməsi, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. Cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxs X3 tərəfindən verilmiş 23 avqust 2023cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs X3 Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci il tarixində üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,528 qram və 07 dekabr 2022-ci il tarixində isə üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,126 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlin törədilməsində təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Təqsirləndirilən şəxs Bakı şəhər, Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum edilib, xx.xx.2021-ci il tarixində cəzasının sonu ilə azad edildiyindən onun cəzasınln sonu xx.xx.2021-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx.xx.2022-ci il, 20 oktyabr 2022-ci il və 07 dekabr 2022-ci il tarixlərdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.1-cü, 177.2.3-cü və 234.1-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddələrlə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-cü, 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplanmalı, məhkəməyədək icraat zamanı şübhəli şəxs kimi tutulduğu 01 oktyabr 2022-ci il tarixdən 03 oktyabr 2022-ci il tarixədək 02 gün müddət və tutulduğu 20 oktyabr 2022-ci il tarixdən 22 oktyabr 2022-ci il tarixədək olan 02 gün müddət, ümumilikdə şübhəli şəxs qismində tutulduğu 04 gün müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin əvvəli hüquqlarının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 07 dekabr 2022-ci il tarixindən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-nin 56.1.3), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 2 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə ekspertiza xərcləri 157 (bir yüz əlli yeddi) manat manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müvafiq olaraq müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli şəxs kimi tutulduğu 01 oktyabr 2022-ci il tarixdən 03 oktyabr 2022-ci il tarixədək 02 gün müddət və tutulduğu 20 oktyabr 2022-ci il tarixdən 22 oktyabr 2022-ci il tarixədək olan 02 gün müddət, ümumilikdə şübhəli şəxs qismində tutulduğu 04 gün müddət Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq, 03 (üç) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 dekabr 2022-ci il tarixdən hesablansın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 1,067 qram və 0,478 qram olan narkotik vasitə-heroin məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 2 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 157 (bir yüz əlli yeddi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkumlar tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar