Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-46/2020 12.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə xx xxxxxxxx 1982-ci ildə Ermənistan SSR-də doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytunluq sovxozu, ev 126 ünvanında yaşayan, 03 – xx xxxxx 2018-ci il və 21 – xx xxxxxx 2019cu il tarixləri üzrə tutulmuş, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 306.1-ci maddəsi ilə və xx xxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 03 – xx xxxxx 2018-ci il tarixləri üzrə tutulmuş, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 xx xxxx 2018-ci ildə saat 02 radələrində tanışları Şahid1 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus olan, ünvan 4 ünvanında yerləşən «Məhəllə» marketə giriş qapısının dəmir barmaqlığını dəmir parçası ilə açaraq qanunsuz daxil olub oradan 547 manat nağd pul, hər birinin dəyəri 2 manat 40 qəpik olan 6 ədəd «Go» içkisi, hər birinin dəyəri 1 manat 10 qəpik olan 3 ədəd kilki yeməkləri, 100 manat dəyərində kontur, hər birinin dəyəri 1 manat 50 qəpik olan 30 qutu «vinchester», hər birinin dəyəri 2 manat 50 qəpik olan 18 qutu «kent 4», hər birinin dəyəri 2 manat 30 qəpik olan 35 qutu «winston», hər birinin dəyəri 1 manat 50 qəpik olan 27 qutu «manchester», hər birinin dəyəri 1 manat 80 qəpik olan 30 qutu «LD», hər birinin dəyəri 1 manat 40 qəpik olan 35 qutu «west», hər birinin dəyəri 1 manat 80 qəpik olan 38 qutu «rothmans» siqaretləri, hər birinin dəyəri 50 qəpik olan 50 ədəd alışqan, hər birinin dəyəri 1 manat olan 2 ədəd günəbaxan tumu, hər birinin dəyəri 129 manat olan 2 ədəd müşahidə kamerasını gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1.332 manat 10 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 Suraxanı Rayon Məhkəməsinin 2(010)- 4689/2013 nömrəli iş üzrə xx xxxxxx 2013-cü il tarixli qətnaməsinə və onun əsasında verilmiş icra vərəqəsinə əsasən xx xxxxxxx 2013-cü il tarixdən başlayaraq uşaqları – xx xxxxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay, bir uşağa görə 93 manat olmaqla sabit pul məbləğində alimenti tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə ödəməli olduğuna baxmayaraq, həmin qətnaməni üzrsüz səbəbdən icra etməmiş, bu səbəbdən Suraxanı Rayon Məhkəməsinin inzibati xəta haqqında 3(010)-416/2018 nömrəli iş üzrə xx xxxxx 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətində inzibati qaydada həbs edilmiş, buna və məhkəmə aktının icra edilməsi məqsədilə ona xx xxxxxx 2019-cu il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq təqdim edildiyinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxx 2019-cu il tarixədək 9.533 manat aliment borcunu tələbkara ödəməməklə məhkəmənin həmin qətnaməsini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs1 xx xxxx 2018-ci ildə saat 02 radələrində tanışları Şahid1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus olan, ünvan 4 ünvanında yerləşən «Məhəllə» marketə giriş qapısının dəmir barmaqlığını dəmir parçası ilə açaraq qanunsuz daxil olub oradan 547 manat nağd pul, hər birinin dəyəri 2 manat 40 qəpik olan 6 ədəd «Go» içkisi, hər birinin dəyəri 1 manat 10 qəpik olan 3 ədəd kilki yeməkləri, 100 manat dəyərində kontur, hər birinin dəyəri 1 manat 50 qəpik olan 30 qutu «vinchester», hər birinin dəyəri 2 manat 50 qəpik olan 18 qutu «kent 4», hər birinin dəyəri 2 manat 30 qəpik olan 35 qutu «winston», hər birinin dəyəri 1 manat 50 qəpik olan 27 qutu «manchester», hər birinin dəyəri 1 manat 80 qəpik olan 30 qutu «LD», hər birinin dəyəri 1 manat 40 qəpik olan 35 qutu «west», hər birinin dəyəri 1 manat 80 qəpik olan 38 qutu «rothmans» siqaretləri, hər birinin dəyəri 50 qəpik olan 50 ədəd alışqan, hər birinin dəyəri 1 manat olan 2 ədəd günəbaxan tumu, hər birinin dəyəri 129 manat olan 2 ədəd müşahidə kamerasını gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1.332 manat 10 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs2 ilə 2005-ci ildə evlənmiş, ümumi ailə münasibətlərindən X8 və X6 adlı uşaqları doğulmuşdur. Lakin ailə münasibətləri alınmadığına görə Samirə ilə nikahı 2013-cü ildə pozulub. Həmin vaxtdan etibarən Samirə uşaqları ilə birlikdə valideynlərigilə köçüb və orada yaşayır. Alimenti maddi imkanı kifayət qədər yüksək olmaması səbəbindən ödəmir. Qeyd edir ki, ötən dövrdə barəsində inzibati tənbeh tətbiq olunmuş, məhkəmə qətnaməsini icra etməyəcəyi halda cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair rəsmi qaydada bildiriş və xəbərdarlıqlar təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirir ki, Təqsirləndirilən şəxs1 və Şahid1 Hövsan qəsəbə sakinləri kimi xeyli vaxtdır ki, tanıyır. xx xxxx 2018-ci ildə saat 01-02 radələrində o, Arif və Rəhman birlikdə Rəhmanın yaşadığı evin yaxınlığında olan boş bir həyətdə yeyib-içirdilər. Bir qədər də spirtli içki qəbul etmişlər. Yeyib-içdikdən sonra öz aralarında dərdləşib söhbət etməyə başladılar. Hər üçünün pula ehtiyacı olduğuna görə pul qazanmaq haqqında danışırdılar. Bir qədər bu barədə söhbət etdikdən sonra Rəhman ilk olaraq təklif etdi ki, oğurluq edib pul qazansınlar. Ariflə o, da sərxoş olduqları üçün Rəhmanın təklifi ilə razılaşdılar. Rəhman dedi ki, Hövsanda Məktəbli küçəsində bir market var, həmin marketdən oğurluq etsinlər. Rəhman bildirdi ki, o, özü marketə girib oğurluq edəcək, onlar isə bayırda pusquda dayansınlar. Ariflə o, da razılaşdılar. Rəhman oğurluqda istifadə etmək üçün həyətdən özünə əlcək və dəmir parçası götürdü. Daha sonra üçü də yeyib-içdikləri həyətdən çıxıb Məktəbli küçəsi istiqamətində getməyə başladılar. Məktəbli küçəsində yerləşən «Məhəllə» marketin işıqlarının yanmadığını görüb həmin marketə daxil olmaq qərarına gəldilər. Rəhman bildirdi ki, həmin marketdən oğurluq etsinlər. Rəhman əlcəyi əlinə geyindi. Bundan başqa Rəhman həmin vaxt sifətinin görünməməsi üçün papağından maska kimi istifadə etdi. Daha sonra Rəhman özü ilə götürdüyü dəmir parçası ilə onun və Arifin köməkliyi ilə marketin giriş qapısının dəmir barmaqlığını sındırıb açdılar. Sonra Rəhman dəmir parçası ilə marketin giriş qapısını da açdı. Qapıları açdıqdan sonra Rəhman içəri daxil oldu. Həmin vaxt aralarında olan razılaşmaya görə Arif və o, çöldə Rəhmanı gözlədilər, əgər kimsə marketə yaxınlaşsa idi onlar Rəhmanı xəbərdar etməli idilər. İçəriyə yalnız Rəhman girmişdi. Bir neçə dəqiqədən sonra Rəhman marketdən çölə çıxdı. Rəhmanın əlində bir paket var idi. Sonra onlar üçü də dərhal oradan uzaqlaşdılar və yeyib-içdikləri həyətə gəldilər, orada baxıb gördülər ki, Rəhman marketdən qəpik pullarla birlikdə təxminən 73 manat nağd pul, çoxlu sayda müxtəlif markalı siqaretlər, 5-6 ədəd «Go» enerji içkisi, günəbaxan tumları və təxminən 40 ədəd alışqan götürmüşdür. Rəhman pulları cibinə yığmışdı. Siqaret, alışqan və içkiləri isə mağazadan götürdüyü paketə yığmışdı. Onlar orada enerji içkilərini içmişlər, siqaretlərdən çəkmişlər. Oğurlanan puldan təxminən 30-40 manatına isə kolbasa və araq almışlar. Qalan pul və siqaretlər Rəhmanda qalıb. Təxminən bir həftə sonra 30-cu polis bölməsinin əməkdaşları onu saxlayıb bölməyə apardılar. O, gördü ki, polislər artıq Arifi də tutublar, Rəhman isə artıq bölmədə idi. O, polis bölməsində oğurluq etdiklərini etiraf etdi. Ona məlum oldu ki, oğurladıqları alışqanları Rəhman 30-cu polis bölməsinin əməkdaşlarına təhvil vermişdir. Əməllərindən peşmandır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və Şahid1 Hövsan qəsəbə sakinləri kimi xeyli vaxtdır ki, tanıyır. Onlarla normal münasibəti var. xx xxxx 2018-ci ildə saat 01-02 radələrində o, Amil və Rəhmanla birlikdə Rəhmanın yaşadığı evin yaxınlığında olan boş bir həyətdə yeyib-içirdilər, spirtli içki də qəbul etmişlər. Yeyib-içdikdən sonra öz aralarında dərdləşib söhbət etməyə başladılar, hər üçünün pula ehtiyacları var idi. Buna görə də pul qazanmaq haqqında söhbət edirdilər. Bir qədər bu barədə söhbət etdikdən sonra Rəhman onlara təklif etdi ki, oğurluq edib pul qazansınlar. Amillə o, da sərxoş olduqları üçün Rəhmanın təklifi ilə razılaşdılar. Rəhman dedi ki, Hövsanda Məktəbli küçəsində bir market var, həmin marketdən oğurluq etsinlər. Həm də Rəhman bildirdi ki, o, özü marketə girib oğurluq edəcək, onlar isə bayırda pusquda dayanarlar. O, əvvəllər heç vaxt oğurluq etməmiş, Rəhman deyəndə ki, o, özü marketə girəcək və onlar bayırda gözləyəcək, bu onu bir az rahatlaşdırdı və buna görə də Amillə o, Rəhmanın oğurluq təklifinə razılaşdılar. Rəhman oğurluqda istifadə etmək üçün həyətdən özünə əlcək və dəmir parçası götürdü. Daha sonra üçü də yeyib-içdikləri həyətdən çıxıb Məktəbli küçəsi istiqamətində getməyə başladılar. Məktəbli küçəsində yerləşən «Məhəllə» marketin işıqlarının yanmadığını görüb həmin marketə daxil olmaq qərarına gəldilər. Rəhman bildirdi ki, həmin marketdən oğurluq etsinlər. Rəhman əlcəyi əlinə geyinmişdi. Bundan başqa Rəhman həmin vaxt sifətinin görünməməsi üçün papağından maska kimi istifadə edib üzünə taxmışdı. Daha sonra Rəhman özü ilə götürdüyü dəmir parçası ilə onun və Amilin köməkliyi ilə marketin giriş qapısının dəmir barmaqlığını sındırıb açdı. Sonra Rəhman dəmir parçası ilə marketin giriş qapısını da açdı. Qapıları açdıqdan sonra Rəhman içəri daxil oldu. Həmin vaxt aralarında olan razılaşmaya görə Amil və o, çöldə Rəhmanı gözlədilər ki, əgər kimsə marketə yaxınlaşsa onlar Rəhmanı xəbərdar etsinlər. İçəriyə yalnız Rəhman girmişdir. Bir neçə dəqiqədən sonra Rəhman marketdən çölə çıxdı. Rəhmanın əlində bir paket var idi. Sonra onlar üçü də dərhal oradan uzaqlaşıb həmin günü yeyib-içdikləri həyətə gəldilər, orada baxıb gördülər ki, Rəhman marketdən qəpik pullarla birlikdə təxminən 73 manat nağd pul, çoxlu sayda müxtəlif markalı siqaretlər, 5-6 ədəd «Go» enerji içkisi, günəbaxan tumları və təxminən 40 ədəd alışqan götürüb. Rəhman pulları cibinə yığmışdı. Siqaret, alışqan və içkiləri isə mağazadan götürdüyü paketə yığmışdı. Onlar orada enerji içkilərini içmiş, siqaretlərdən çəkmişlər. Oğurlanan puldan təxminən 30-40 manatına isə kolbasa və araq almışlar. Qalan pul və siqaretlər Rəhmanda qalmışdı. Təxminən bir həftə sonra 30-cu polis bölməsinin əməkdaşları ona zəng edib çağırdılar, onlar onun Rəhman və Amillə oğurluq etdiyini dedilər, o, da etiraf etdi. Polislər artıq Rəhmanı tutduqlarını dedilər. Sonra polislər Amili də evindən götürdülər. Ona məlum oldu ki, oğurladıqları alışqanları Rəhman 30-cu polis bölməsinin əməkdaşlarına təhvil verib. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ilə 2005-ci ildə ailə qurmuş, birgə ailə münasibətlərindən X8 və X6 adlı uşaqları doğulmuşdur. Təqsirləndirilən şəxslə ailə münasibətləri alınmadığına görə 2013-cü ildə nikahları pozulmuş və o, uşaqları ilə birlikdə valideynlərigilə köçmüşdür. Qeyd edir ki, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2013cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəli xx xxxxxxx 2013-cü il tarixindən hesablanmaqla hər ay, bir uşağa görə onun xeyrinə aliment tutulmalıdır. Lakin təqsirləndirilən şəxs qətnaməni qərəzli olaraq icra etmir. Göstərilənlərə əsasən təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını xahiş edir.. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, gəlməmiş, teleqramla müraciət edərək ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2013-cü il tarixli, 2(010)-4689/2013 nömrəli qətnaməsinə əsasən xx xxxxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəli xx xxxxxxx 2013-cü il tarixdən hesablanmaqla hər ay, bir uşaq üçün 93 manat olmaqla, iki uşağa görə cəmi 186 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs2 tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2013cü il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi icra olunması üçün Suraxanı rayon İcra və probasiya şöbəsinə daxil olmuş və onun icraatına verilmişdir. Həmin qətnamə üzrə olan icra sənədinin icrası ilə bağlı icraata başlama haqqında qərar qəbul etmiş, qərarın surətini, eləcə də tələbin könüllü icrasına dair bildiriş borcluya təqdim edilmişdir. Tələbin könüllü icrasına görə təqsirləndirilən şəxsə 10 gün vaxt verilib. Bununla bərabər Təqsirləndirilən şəxs2 Suraxanı rayon İcra və probasiya şöbəsinə dəvət edildi, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin qərəzli olaraq icra edilməməsi barədə məsuliyyəti izah edildi, lakin Amil Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsinin icrasını könüllü icra müddətində təmin etmədi. Təqsirləndirilən şəxs2 Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsinin icrasını təmin edilməsi ilə əlaqədar cəhd göstərməmiş, məhkəmə qətnaməsinin icrasından müxtəlif şəkildə yayınmışdır. Qanuni qüvvədə olan məhkəmə aktının icra edilməsinə görə borclunun əmlak vəziyyəti, bank hesabı və digər gəlir yerlərini müəyyən etmək məqsədi ilə bank və digər kredit təşkilatlarına sorğular verilmişdir. Qeyd olunan sorğulara alınmış cavablardan onun adına hər hansı bir əmlakın aşkar edilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs2 dəfələrlə ona maddi imkanı kifayət qədər yüksək olmadığından Suraxanı Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyini, gələcəkdə maddi imkanı yüksək olacağı təqdirdə alimenti ödəyəcəyini bildirmək kimi əsassız vədlər verməklə dolayısı ilə məhkəmə aktının icrasından qərəzli olaraq yayınmışdır. Onunla dəfələrlə profilaktik söhbətlər aparılmaqla izah edilmişdir ki, qətnamənin icrasını təmin etsin, əks halda barəsində qanuna müvafiq qaydada tədbirlər görüləcək. Eyni zamanda Amil dəfələrlə icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə inzibati xəta törətdiyindən barəsində xx xxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması məqsədi ilə Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx xxxxx 2018-ci il tarixli, 3(010)- 416/2018 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 20 gün müddətində inzibati qaydada həbs edilmişdir. Buna baxmayaraq təqsirləndirilən şəxs yenə də aliment ödəməkdən qərəzli olaraq boyun qaçırır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Mirzəyev X4 Heydər İsa oğlunun bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Hövsan qəsəbə sakini Zərərçəkmiş şəxs1 xx xxxx 2018-ci ildə “102” xidmətinə və 30-cu polis bölməsinə müraciət edərək naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus «Məhəllə» marketdən oğurluq edildiyini bildirmişdir. Həmin cinayət hadisəsinin açılması üçün zəruri əməliyyat tədbirləri həyata keçirilmiş və nəticədə həmin cinayətin Hövsan qəsəbə sakinləri Şahid1, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədildiyi müəyyən edilmişdir. Şahid1 əvvəllər də qəsəbə ərazisindən çoxsaylı oğurluqlar etmişdir, barəsində istintaq aparılırmış, lakin yetkinlik yaşına çatmayan olduğu üçün həbs olunmamışdır. Həmin şəxslər onlar tərəfindən saxlanılaraq 30-cu polis şöbəsinə gətirilmiş və hər üçü törətdikləri cinayəti səmimi etiraf etmişlər. Həmçinin Şahid1 bildirmişdir ki, «Məhəllə» marketdən oğurladığı əşyalardan alışqanları Hövsan qəsəbəsi, Zeytun sovxozunda yerləşən nömrəsiz yarım tikilmiş evin damında gizlətmişdir və həmin yeri göstərə bilər. Bundan sonra Şahid1 iştirakı ilə həmin ünvanda yarım tikilmiş evin danımın tavanından selofana bükülmüş halda 38 ədəd alışqan protokol tərtib edilərək götürülmüşdür. Daha sonra isə materiallar şəxslərlə birlikdə Suraxanı rayon X9 Şöbəsinə təqdim edilmişdir. Təqsirləndirilən şəxsləri, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin müvafiq cinayət əməlini törətmələri faktı təqsirləndirilən şəxslərin etirafı və şahid ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunur. xx xxx 2018-ci il tarixli 11462 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Çində istehsal edilmiş, üzərində “Super+” yazıları olan, narıncı rəngli alışqanın 2018-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 0,50 manat müəyyən edilir”. xx xxx 2018-ci il tarixli 11422 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, "təqdim edilmiş 1 və 2 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1,2,3,4,5,6 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri tam, aydın əks olunmadığından, həmçinin, kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Təqdim edilmiş 1 və 2 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri Təqsirləndirilən şəxs1, Şahid1 və Təqsirləndirilən şəxs2 əl-barmaqlarından qalmışdır”. Suraxanı Rayon Məhkəməsinin 2(010)-4689/2013 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş xx xxxxxx 2013-cü il tarixli qətnaməsinə əsasən Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 144 №-li qeydlə xx.xx.2008-ci ildə Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs2 arasında bağlanmış nigah ləğv edilməli, xx.xx.2008-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X6 iddiaçı Zərərçəkmiş şəxs2 yanında qalmalı, cavabdeh Təqsirləndirilən şəxs2 xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 üçün iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə xx xxxxxxx 2013-ci il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşına çatanadək hər uşağa 93 manat olmaqla cəmi – 186 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qətnamə xx xxxxxx 2014-cü ildə qanuni qüvvəyə minmiş və həmin tarixdə icra vərəqəsi verilərək icraya yönəldilmişdir. xx xxxxxx 2014-cü ildə Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən həmin icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərar qəbul edilib. xx xxxx 2015, xx xxxx 2015, xx xxxxxx 2015, xx xxxxx 2016, xx xxxxx 2018, xx xxxxxxxx 2018-cu il tarixlərində Təqsirləndirilən şəxs2 yazılı izahatları alınmışdır. Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs2 Suraxanı rayon İcra Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 20 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Məhkəmə işin faktik hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 306.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrinin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 öz cinayət əməlini etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyası çərçivəsində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq cinayət törətdiyini, öz cinayətini etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 38 (otuz səkkiz) ədəd alışqan sahibi Zərərçəkmiş şəxs1 sərəncamına qaytarılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 202 (iki yüz iki) manat 16 (on altı) qəpik Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilən 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablansın, alınan 01 (bir) il Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təyin olunan 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplansın və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 03 – xx xxxxx 2018-ci il və 21 – xx xxxxxx 2019-cu il tarixləri üzrə tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli xx xxxxxx 2020-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 03 – xx xxxxx 2018-ci il tarixləri üzrə tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X5 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 38 (otuz səkkiz) ədəd alışqan sahibi Zərərçəkmiş şəxs1 sərəncamına qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 202 (iki yüz iki) manat 16 (on altı) qəpik Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-46/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-46/2020
12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver