Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-461/2024 23.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X11 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1992-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Wolt” çatdırma xidməti göstərən şirkətdə kuryer işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ayan, 12 iyun 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.1 və 242-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istifadə etdiyi “Android 13” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A13” markalı, “SM-A135F/DSN” modelli mobil telefonla yaşadığı ünvan 3 ünvanında internet qlobal şəbəkəsindən istifadə etməklə məzmununda fikrin yalnız yetkinlik yaşına çatmayan, o cümlədən yetkinlik yaşına çatmış şəxsə qarşı cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması və gücləndirilməsi, insanın seksuallığının ayrı-ayrı momentlərinə cəlb edilməsi, seksuallığı müstəsna olaraq cinsi aktla həyata keçirilməsi taktikası ilə bağlaması, ictimai cəhətdən şərtləndirilmiş normaları pozmaqla qarşı tərəfin qıcıqlandırılması, başqalarında ikrah hissi oyadılması, cinsi-intim münasibət yer almaqla insanın və erotikanın humanistliyini məhv edən, primitiv hisslər formalaşdıran yetkinlik yaşına çatmış, eləcə də yetkinlik yaşına çatmayan şəxsin təsəvvürünü yaradan şəxsin aşkar seksual xarakterli hərəkətlərdə real və ya simulyasiya edilmiş iştirakını əks etdirən pornoqrafik xarakterli əlamətlər yer alan videogörüntüləri tamah niyyəti ilə yaymaq və reklam etmək məqsədi ilə istintaqla müəyyən edilməyən tarixdə istintaqa məlum olmayan mənbədən əldə edib saxlayaraq uşaq pornoqrafiyasını və pornoqrafik materialları hazırlamış, 2022-ci ilin iyun ayından 2024-cü ilin fevral ayının ortalarınadək olan müddət ərzində, vahid niyyətlə əhatə olunan qəsdlə həmin mobil telefon vasitəsi ilə idarə etdiyi internet qlobal şəbəkəsində fəaliyyət göstərən “seksyukle.su”, “xnxxru.com”, “yukle.su” adlı veb saytlara qeyd edilən pornoqrafik xarakterli materialları, “azseks.net” adlı veb sayta uşaq pornoqrafiyası və digər pornoqrafik xarakterli materialları tamah niyyəti ilə daxil edib həmin saytlarda reklam edərək yayıb digər şəxslərə təklif etməklə göstərilən müddət ərzində saytlara daxil olan izləyicilər tərəfindən həmin görüntülərin əldə edilməsinə şərait yaratmışdır. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 171-1.1 və 242-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə elan edilmiş ittihamda tam təqsirli bilmiş, Cinayət Məcəlləsinin 171-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, törətdiyi əməlin qanunsuz olduğunu bilməmişdir. Maraq üçün Youtube şəbəkəsində sayt yaradılması ilə bağlı videolara baxaraq sayt yaratmışdır. Polis əməkdaşları tərəfindən çağırılmış, orada ona yetkinlik yaşına çatmayan şəxslərin videolarını yaydığı deyilmişdir. O isə həmin videodakı şəxsin uşaq olmadığını, tanınmış aktyor olduğunu demişdir. Polis əməkdaşları tərəfindən çağırıldıqdan sonra isə dərhal həmin saytları silmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Youtube şəbəkəsində sayt yaradılması ilə bağlı axtarış edərkən qarşısına çıxan ən asan sayt yaratmaq forması porno saytı yaratmaq idi. Sayt yaradan zaman heç bir yerdə işləmirdi, boş-bekar olduğundan məqsədi vaxt keçirmək və sayt yaratmağı öyrənmək olmuşdur. Porno videosu yükləmək üçün kod vardır ki, həmin kod vasitəsilə başqa saytdan sənin saytına video yüklənir. Təxminən 3-4 il əvvəl sayt yaratmışdır. Dəqiq tarix yadında deyil. Əslində yaratdığı saytların hamısında eyni videolar var, sadəcə adları müxtəlifdir. Saytların adlarını özü seçmişdir. Xnxx saytından video yükləyərkən elə o ada uyğun öz saytının adını düzəltmişdir. Telefon vasitəsilə hər videonu açmaq mümkün deyil. Sayt özü proqram vasitəsilə videoları yükləyir. “Bakirə seksləri” adı təsadüfən qoyulub, özü belə bir ad qoymayıb, belə ki, sayt ən çox axtarılan adı qoyur. Sayta yüklədiyi videolara baxmamışdır. Saytda şərh yazmaq hissəsini, videolara neçə baxış olduğunun görünməsini yarada bilmədiyindən videolara neçə nəfər baxdığını görməmişdir. Sayt üçün illik abunə haqqı var, belə ki, hər saytın domeni üçün illik 4-5 dollar ödəmişdir. Ödəniş üsulunu internetdə araşdırıb tapmış, Portmanat vasitəsilə ödəniş etmişdir. Saytın illik vaxtına az qalmış abunə pulunu ödəmişdir. İstintaq zamanı ona təzyiq olunduğundan o izahatında saytarı satmaq niyyətinin olduğunu demişdir, belə ki, həmin vaxt yanında vəkil olmamış, vəkil sonda sənədlərlə tanış olmaq üçün gəlmişdir. Videoları sayt yaradarkən cəmi bir dəfə yükləmişdir. Sonradan video yükləməyə marağı olmamış, daha çox saytı düzəltməkdə marağı olmuşdur. Yüklədiyi videolar bazadan silinmir, bazada qalır. Əlində material olmadığından başqa sayt yarada bilməmişdir. Sonradan o kuryer işləməyə başladığından saytlar tamamilə onun yadından çıxmışdır. Saytın abunə ödənişinin vaxtı çatdıqda sayt bağlanacaqdı. Son 5-6 ay müddətdə ümumiyyətlə sayta daxil olmamışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, himayəsində iki azyaşlı uşağı olduğunu, əgər azadlıqdan məhrum edilərsə uşaqlarına heç kim baxmayacağını, hər iki valideyninin vəfat etdiyini, xəstə olduğunu nəzərə alaraq məhkəmədən barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ekspert qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, Daxili işlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat şöbəsi tərəfindən məhkəmə-sənətşünaslıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında iki sual qoyulmuşdur: 1) “azseks.net”, “xnxxru.com”, “seksyukle.su”, “yukle.su” adlı internet sosial şəbəkəsinin səhifələrində paylaşılaraq reklam edilmiş video və fotolar pornoqrafik xarakterlidirmi? 2) “azseks.net”, “xnxxru.com”, “seksyukle.su”, “yukle.su” adlı internet sosial şəbəkəsinin səhifələrində paylaşılaraq reklam edilmiş video və fotolarda uşaq pornoqrafiyasına aid videolar mövcuddurmu? Tədqiqat üçün internet səhifəsində paylaşılan video və foto görüntülərdən ibarət olan bir ədəd disk ekspertizaya təqdim olunmuşdur. 06 fevral 2024-cü il tarixdə aparılan tədqiqat zamanı müəyyən edilmişdir ki, “azseks.net” adlı qovluğun içərisində “Bakire seksleri”, “yükleseks.ru_14” adlı video görüntülərin olduğu müəyyən olunmuşdur. “Bakire seskleri” adlı videogörüntüdə yetkinlik yaşına çatmayan təsəvvürünü yaradan qızla oğlanın çılpaq şəkildə təsviri, hər iki şəxsin erogen zonalarına (qızın döşlərinə, arxasına, vaginal orqanına, oğlanın penisinə) fokuslanma üzə çıxır. “azseks.net” adlı qovluğun içərisində olan “yükleseks.ru_14” adlı videogörüntüdə isə kişi qadının döşləri arasında koitus (cinsi əlaqə) etməsi və s. müəyyən olunur. Video görüntülərdə cinsi ehtiras sağlam olmayan şəkildə oyadılır, insanın seksuallığının ayrı-ayrı momentlərinə (anlarına) cəlb edilir; tədqiq olunan video görüntü seksuallığı müstəsna olaraq cinsi aktla, həyata keçirilməsi taktikası ilə bağlayır; Göstərilən əlamətlər 01 ədəd diskdə olan “azseks.net”, “seksyukle.su”, “xnxxru.com”, “yukle.su” adlı qovluqda yer alan videogörüntülərin pornoqrafik material olması fikrinə gəlmək üçün kifayət qədər əsas verir. Təqdim edilmiş 01 ədəd diskdə olan “azseks.net”, “seksyukle.su”, “xnxxru.com”, “yukle.su” adlı qovluqda yer alan videogörüntülər pornoqrafik xarakterlidir. 01 ədəd diskdə olan “azseks.net” adlı qovluqda yer alan “Bakire seksleri” adlı video görüntü uşaq pornoqrafiyası hesab olunur. Daxili işlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat şöbəsi tərəfindən məhkəmə-sənətşünaslıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında üç sual qoyulmuşdur: 1) Tədqiqata təqdim edilmiş “Samsung A13” markalı mobil telefon vasitəsilə daxil olunan səhifələrdə paylaşılaraq reklam edilmiş video və fotolar pornoqrafik xarakterlidirmi? 2) Məhkəməsənətşünaslıq ekspertizasının 06 fevral 2024-cü il tarixli “3-16-16/2-11/84” nömrəli rəyi ilə ekspertiza tədqiqatına məruz qalmış 01 ədəd diskdə əks olunan videoda olan foto və videogörüntülərlə “Samsung A13” markalı mobil telefonda olan foto və videogörüntülər eynilik təşkil edir mi, həmin videogörüntülər eyni səhifələrdə paylaşım edilmişdirmi? 3) Tədqiqata təqdim edilmiş “Samsung A13” markalı mobil telefonda paylaşılaraq reklam edilmiş video və fotolarda uşaq pornoqrafiyasına aid videolar mövcuddurmu? Tədqiqat üçün bir ədəd disk və bir ədəd telefon ekspertizaya təqdim olunmuşdur. 21 fevral 2024-cü il tarixdə aparılan məhkəmə-sənətşünaslıq tədqiqatı “Samsung A13” markalı mobil telefonla idarə olunan və paylaşılan “azseks.net”, “seksyukle.su”, “xnxxru.com”, “yukle.su” adlı saytlar üzərində aparılmışdır. “azseks.net” adlı qovluğun içərisində “Bakire seksleri”, “yükleseks.ru_14” adlı video görüntülərin olduğu müəyyən olunmuşdur. “Bakire seksleri” adlı videogörüntüdə yetkinlik yaşına çatmayan təsəvvürünü yaradan qızla oğlanın çılpaq şəkildə təsviri, hər iki şəxsin erogen zonalarına (qızın döşlərinə, oğlanın penisinə) fokuslanma üzə çıxır. Təqdim edilmiş “Samsung A13” markalı mobil telefon vasitəsi ilə daxil olunan səhifələrdə paylaşılaraq reklam edilmiş “azseks.net”, “seksyukle.su”, “xnxxru.com”, “yukle.su” adlı videolar pornoqrafik xarakterlidir. “SamsungA13” markalı mobil telefonda paylaşılaraq reklam edilmiş “azseks.net” adlı qovluqda yer alan “Bakire seksleri” adlı video görüntü uşaq pornoqrafiyası hesab olunur. 2-ci sual isə məhkəməsənətşünaslıq ekspertizası üzrə səlahiyyətinə aid olmadığından həmin sual üzrə tədqiqat aparılmamışdır. Həmin videoda olan şəxslərin yetkinlik yaşına çatmadığı vizual olaraq müəyyən olunmuşdur, dəqiq yaşı isə müəyyən olunmur, çünki canlı şəxsin yox videolarda olan görüntülərin tədqiqatı aparılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (i.v. 1); xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, keçirilmiş monitoring zamanı “azseks.net”, “xnxxru.com”, “seksyukle.su”, “yukle.su” adlı internet səhifələrində pornoqrafik xarakterli materialların yayıldığı müəyyən edilmişdir. Aşkar edilmiş videogörüntülər arasında uşaq pornoqrafiyasının da yayılması müəyyən edilmişdir. Aşkar olunan videogörüntülər DVD diskə köçürülərək iş materiallarına əlavə edilmişdir (i.v. 4-5); əşyaya baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD diskə baxış keçirilən zaman ilkin olaraq diskə daxil olarkən 01 ədəd “porno” adlı qovluq açılır. Həmin “porno” adlı qovluğa daxil olan zaman “azseks.net”, “xnxxru.com”, “seksyukle.su”, “yukle.su” adlı qovluqlar və “cekilis” adlı 01 ədəd video açılır. Həmin “azseks.net” adlı qovluğa daxil olan zaman “Bakire Seksleri (1)”, “yukleseks.ru_14” adlı 02 video və 01 ədəd “linkler” adlı fayl görsənir. Həmin “Bakire Seksleri (1)” və “yukleseks.ru_14” adlı videogörüntülərə daxil olan zamanı pornoqrfaik xarakterli olması ehtimal edilən videolar açılır. Eyni zamanda “linkler” adlı fayla daxil olan zaman https://sexyukle.azseks.net/view/601/azeri-super-yeni-sexy.html və https:/sexyukle.azseks.net/view/2262/seksaz.ru.html kimi məlumatlar müəyyən edilir. “Porno” adlı qovluqda olan “xnxxru.com” adlı qovluğa daxil olan zaman “36946” və “40246” adlı 02 ədəd video, eyni zamanda “linkler” adlı 01 ədəd fayl açılır. Həmin “36946” və “40246” adlı videogörüntülərə baxış keçirən zaman pornoqrafik xarakterli olması ehtimal edilən videogörüntülər müəyyən edildi, “linkler” adlı fayla daxil olan zaman, bu faylda https://xnxxru.com/videoposter/video/40246.mp4https://xnxxru.com/videoposter/video/369 46.mp4 məlumatları qeyd edilmişdir. “Porno” adlı qovluqda olan “seksyukle.su” adlı qovluğa daxil olan zaman “33266” adlı 01 ədəd videogörüntü, 01 ədəd “linkler” adlı fayl açıldı. Həmin “33266” adlı videoya daxil olan zaman pornoqrafik xarakterli olması ehtimal edilən videogörüntü açılır. Eyni zamanda “linkler” adlı fayla daxil olan zaman https://seksyukle.su/yukle/view/660/-18-seksler.html kimi məlumat qeyd edildiyi müəyyən edilir. “Porno” adlı qovluqda olan “yukle.su” adlı qovluğa daxil olduqda 01 ədəd “14375” və 01 ədəd “linkler” adlı fayl açılır. Həmin “14375” adlı videoya daxil olduqda pornoqrafik xarakterli olması ehtimal edilən videogörüntülər müəyyən edilir. Eyni zamanda “linkler” adlı faylda https://xnxxru.com/videoposter/video/14375.mp4 məlumatı qeyd edilmişdir. “Porno” adlı qovluğun içərisində olan 01 ədəd “cekilis” adlı videogörüntüyə daxil olduqda isə pornoqrafik xarakterli olması ehtimal olunan videoların yerləşdirildiyi internet səhifələrinə və digər elektron ünvanlara hansı qaydada daxil olunma qaydası göstərilərək izah edildiyi görsənir (i.v. 6-7); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən “məhkəmə-sənətşünaslıq” ekspertizasının xx.xx.2024-cü il tarixli, 11/84 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş 01 ədəd diskdə olan “azseks.net”, “seksyukle.su”, “xnxxru.com”, “yukle.su” adlı qovluqda yer alan videogörüntülər pornoqrafik xarakterlidir. 01 ədəd diskdə olan “azseks.net” adlı qovluqda yer alan “Bakire seksleri” adlı video görüntü uşaq pornoqrafiyası hesab olunur (i.v. 10-13); könüllü təqdim etmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona məxsus olan “Samsung A 13” markalı mobil telefonu könüllü şəkildə təqdim etmiş, həmin telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün protokola əlavə edilmişdir (i.v. 19); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən “məhkəmə-sənətşünaslıq” ekspertizasının xx.xx.2024-cü il tarixli, 11/108 nömrəli rəyindən görünür ki, təqdim edilmiş “SamsungA13” markalı mobil telefon vasitəsi ilə daxil olunan səhifələrdə paylaşılaraq reklam edilmiş “azseks.net”, “seksyukle.su”, “xnxxru.com”, “yukle.su” adlı videolar pornoqrafik xarakterlidir. “SamsungA13” markalı mobil telefonda paylaşılaraq reklam edilmiş “azseks.net” adlı qovluqda yer alan “Bakire seksleri” adlı video görüntü uşaq pornoqrafiyası hesab olunur (i.v. 24-27); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən “məhkəmə kompüter-texniki” ekspertizasının 06 mart 2024-cü il tarixli, 5/204 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android13” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung GalaxyA13” markalı “SM-A135F/DSN” modelli “**********87079, **********87074” “ımeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Samsung GalaxyA13” markalı “SM-A135F/DSN” modelli mobil smartfonun yaddaşında mövcud olan “Chrome” brauzerin (Browser) tarixçəsində müxtəlif başlıqlı “Link”lər müəyyən olundu (bax mobil smartfonun yaddaşına). Tədqiq olunan “Samsung GalaxyA13” markalı “SM-A135F/DSN” modelli mobil smartfondan istifadə etməklə hər hansı bir video faylın hər hansı bir “web” səhifədə paylaşılıbpaylaşılmamasını müəyyən etmək üçün mobil smartfonun on-line internet şəbəkəsinə qoşulması tələb olunduğundan və internet şəbəkəsinə qoşulma ekspertin səlahiyyətinə aid olmadığından ekspert qarşısında qoyulmuş “Samsung A 10” markalı mobil telefonda həmin videogörüntülər eyni səhifələrdə paylaşım edilmişdirmi?” sual üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır (i.v. 28-31); mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A13” markalı “SM-A135F/DSN” modelli mobil telefon götürülmüşdür. Qeyd olunan mobil telefona baxış keçirilərkən müəyyən edilmişdir ki, mobil telefonun “Qalereya” bölməsində olan “Recorder” adlı qovluğda bir ədəd videogörüntünün olması müəyyən edildi. Videogörüntünün 1:20 dəqiqə olması müəyyən edildi. Videogörüntü açıldıqda görüntüdə pornoqrafik xarakterli məlumatların və uşaq pornoqrafiyasının paylaşıİdığı səhifələrə hansı üsulla daxil olması qaydası əks olunur. Belə ki, mobil telefonun yaddaşında olan “Google Chrome” brauzerinə daxil olaraq axtarış yerində “46.29.161.93:2222” yazılaraq keçid edilir. Açılmış pəncərədə “İstifadəçi” adı yerində mobil telefonun yaddaşında olan ad və şifrə avtomatik daxil edilir. Sonra açılmış pəncərədə admin tərəfindən idarə edilən səhifələrin adları görünür. Açılmış pəncərədən görünür ki, həmin səhifələr “azseks.net”, “seksyukle.su”, “xnxxru.com” və “yukle.su” adlı səhifələrdir. Sonra pəncərədə olan “files” bölməsinə daxil olunur. Açılmış səhifədə “domains” adlı qovluğa daxil olunur. Burada artıq adları qeyd olunmuş, yəni “azseks.net”, “seksyukle.su”, “xnxxru.com” və “yukle.su” adlı qovluqlar olan səhifə açılır, “xnxxru.com” qovluğuna daxil olunduqda qovluqlar olan yeni pəncərə açılır. Orada olan “public_html” adlı qovluğa daxil olunur. Qovluq açıldıqda orada olan paylaşımlar olan qovluqlar açılır, “videoposter” adlı qovluğa daxil oldunduqda yeni bir qovluqlarla olan səhifə açılır. Orada “video” adlı qovluq açıldıqda səhifədə paylaşılan onlarla videoların siyahısı gəlir. Videofayllar arasında “10059.mp4” adlı fayl açıldıqda 7:36 dəqiqəlik videonun olması müəyyən edilir. Həmin videogörüntüdə çılpaq qızların cinsi əlaqədə olması səhnələri olmaqla müxtəlif səhnələr açılır və videogörüntünün ortasında “brazzers” yazısı gəlir. Bundan başqa mobil telefonun yaddaşında olan “Google Chrome” brauzerinə keçid edildikdə brauzerin tarixçəsində müxtəlif başlıqlı “Link”lər müəyyən olunur. Həmin linklər arasında “2024 seks yukle”, “2024 azeriseks.yukle.su”, “46.29.161.93”, “erotik ereb seks videoları yukle pulsuz”, “Sex0yukle seks, yukle”, “azeriskesk.yukle”, “portalın statistiki natiq”, “qadağan edilmiş porno arxivləri” vardır. Bundan başqa, mobil telefonun yaddaşında olan “Whatsapp”, “Teleqram” və digər mobil tətbiqlərə, eləcə də mobil telefonun digər bölmələrinə baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir (i.v. 34); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 36); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X15 tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (i.v. 38); cinayət işi üzrə əməlin hüquqi tövsifinin dəyişdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.1-ci maddəsindən həmin Məcəllənin 171-1.1 və 242-ci maddələrinə tövsif edilmişdir (i.v. 42); təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.1 və 242-ci maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 52-53); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmişdir (i.v. 72); cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin mürəkkəbliyi ilə əlaqədar ibtidai istintaq müddəti 2 ay olmaqla, 5 ayadək, yəni 27 avqust 2024-cü il tarixədək uzadılmışdır (i.v. 76); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “diskə baxış keçirilməsi haqqında” 30 yanvar 2024-cü il tarixli protokol istintaq zamanı toplanmış digər sübutlarla təsdiq edildiyindən, eləcə də işin faktiki hallarına uyğun gəldiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. “azseks.net”, “seksyukle.su”, “xnxxru.com”, “yukle.su” adlı saytlara baxış keçirilən zaman götürülmüş videogörüntülər və fotoşəkillərin köçürüldüyü 01 ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarında tikilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A13” “SM-A135F/DSN” modelli mobil telefon öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü KMBİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası CM-in 61.1.6-cı maddəsinə əsasən cinayətin tamah məqsədi ilə törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs ilkin izahatı və ifadəsi, “məhkəməsənətşünaslıq” ekspertizasının 06 fevral 2024-cü il tarixli 11/84 nömrəli və 21 fevral 2024cü il tarixli 11/108 nömrəli, məhkəmə-kompüter texniki ekspertizasının 06 mart 2024-cü il tarixli 5/204 nömrəli rəyləri, “azseks.net”, “seksyukle.su”, “xnxxru.com”, “yukle.su” adlı səhifələrə baxış keçirilməsi haqqında” 29 yanvar 2024-cü il tarixli protokol, protokola əlavə edilmiş bir ədəd DVD disk, diskə baxış keçirilməsi haqqında 30 yanvar 2024-cü il tarixli porotkol, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Galaxy A13” markalı “SM- A135F/DSN” modelli mobil telefona baxış keçirilməsi haqqında 01 aprel 2024-cü il tarixli protokol və iş materiallarında olan digər sənədlər iş üzrə sübut növü hesab edilmiş və onların cinayət işi materiallarına tikilməsi nəzərə alınması qərara alınmışdır (i.v. 77-83); AZ-İ seriyalı, 520517 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2012-ci il tarixdə ağ ciyər xərçəngi səbəbindən ölmüşdür; AZ-İİ seriyalı, 386791 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə ürəyin xroniki işemik xəstəliyinin digər formaları səbəbindən ölmüşdür; AZ-İ seriyalı, 873750 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuşlar; AZ-İİİ seriyalı, 372542 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. Atası Təqsirləndirilən şəxsdur; AZ-T seriyalı, 000564 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. Atası Təqsirləndirilən şəxsdur; X14 tərəfindən verilən xx.xx.2024-cü il tarixli çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs Anti-HCV (Hepatit C) virusu aşkar edilmişdir; Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.1 və 242-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.1-ci maddəsinə əsasən uşaq pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına vermə, göndərmə, təklif etmə, əldə edilməsinə şərait yaratma, yaxud yaymaq və ya reklam etmək məqsədilə hazırlama, əldə etmə və ya saxlama - beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin qeydinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 171-1-ci maddəsinin məqsədləri üçün “uşaq pornoqrafiyası” dedikdə, yetkinlik yaşına çatmayan şəxsin və ya yetkinlik yaşına çatmayan təsəvvürünü yaradan şəxsin aşkar seksual xarakterli hərəkətlərdə real və ya simulyasiya edilmiş iştirakını əks etdirən, yaxud seksual məqsədlərlə yetkinlik yaşına çatmayanların cinsi orqanlarını əks etdirən istənilən əşyalar və ya materiallar, o cümlədən aşkar seksual hərəkətlərdə iştirak edən yetkinlik yaşına çatmayan şəxsi əks etdirən realistik təsvirlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsinə əsasən pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki azyaşlı uşaqları olmasını, Anti-HCV (Hepatit C) xəstəsi olduğunu, hər iki valideynin vəfat etməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti tamah məqsədi ilə törətməsini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən bu hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan cəzanı yüngülləşdirən halların olmasını, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, onun təyin olunacaq əsas cəza olan azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə cəza çəkmədən islah olunması mümkündür və həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.1-ci və 242-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona 171-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 242-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsi tətbiq edilməklə həmin cəzalar qismən toplanmalı, məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut – Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A13” “SM- A135F/DSN” modelli mobil telefon özünə qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş üzrə məhkəmə xərci 280 (iki yüz səksən) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.1-ci maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 03 (üç) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək kimi vəzifələr qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 280 (iki yüz səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A13” “SM-A135F/DSN” modelli mobil telefon özünə qaytarılsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-461/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-461/2024
23.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver