Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-462/2023 09.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, 16 avqust 1982-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1-də qeydiyyatda olan və ünvan 2də yaşayan barəsində 22 aprel 2023-cü il tarixli qərarla “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq bir ədəd №-si silinmiş odlu yivli texniki cəhətdən saz və atəş üçün yararlı, 7,62mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSR dövlətində istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKM modelli avtomatı silahı və Kalaşnikov konstruksiyalı silahların ştat patronları, döyüş sursatı hesab olunmayan atəşə yararsız 04 ədəd patron, zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar üçün nəzərdə tutulmuş, Kalaşnikov konstruksiyalı AKM modeli avtomatın darağını qanunsuz olaraq əldə edib döyüş sursatı hesab olunan odlu silahı daşıyaraq üzərində saxlamış, 22 aprel 2023-cü il tarixdə saat 09:50-də ünvan 3qlarının qarşısında Suraxanı RPİ-nin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılıb Suraxanı RPİ-nin 31-ci polis bölməsinə bölməsinin inzibati binasına gətirilib həmin gün saat 11:30 radələrindən 11:39 radələrində olan müddət ərzində şəxsi axtarış keçirilərkən əlində saxladığı üzərində hərbi naxışları olan yaşıl-boz rəngli idman çantasını təqdim etmiş, çantanın içərisinə baxış zamanı boz parçaya bükülmüş qundağı olmayan odlu silah, həmin silahın üzərində olan qəhvəyi rəngli 30 ədəd 7,62x39 mm kalibrli patronlar üçün nəzərdə tutulmuş darağ və həmin darağın içərisində olan 04 (dörd) ədəd 5.45x39 mm patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirlən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayır. Saxlanıldığı müddətə kimi işləməmişdir. Əvvəllər dəfələrlə məhkum olunmuşdur. 21 aprel 2023-cü il tarixdə saat təxminən 09 radələrində ünvan 3qları ərazisində olarkən iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, onun qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərmiş, barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Suraxanı RPİ-nin 31-ci polis bölməsinə dəvət etmişdirlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əlində saxladığı üzərində hərbi naxışları olan yaşıl-boz rəngli idman çantasını təqdim etmiş, çantanın içərisinə baxış zamanı boz parçaya bükülmüş qundağı olmayan odlu silah, həmin silahın üzərində olan qəhvəyi rəngli 30 ədəd 7,62x39 mm kalibrli patronlar üçün nəzərdə tutulmuş darağ və həmin darağın içərisində olan 04(dörd) ədəd 5.45x39mm patron aşkar edilmişdir. Daha sonra üzərində kalibirli patronlar üçün nəzərdə tutulmuş, Kalaşnikov avtomatın darağını təxminən keçən ilin noyabr ayında Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yaşadığı evin yaxınlığında yerləşən zibillikdən taparaq yaşadığı evdə gizlətdiyini, xx.xx.2023-cü il tarixdə isə silah və sursatların yerini ünvan 3qları ərazisinə dəyişmək üçün özündə saxladığını bildirmişdir. Üzərindən aşkar olunmuş Kalaşnikov silahı, 04 ədəd patron və 30 ədəd 7,62x39 mm kalibirli patronlar üçün nəzərdə tutulmuş Kalaşnikov avtomatının darağı onun iştirakı ilə möhürlənərək götürülmüşdür. Təqdim edilən iki ədəd bir manatlıq pul əskinazı, bir ədəd yaşıl rəngli alışqan və bir ədəd üzərində “rotsvon” yazısı olan siqaret isə şəxsin özünə geri qaytarılmışdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən DİO-da xidmətə başlamış, 2021-ci ildən isə Suraxanı RPİ- nin 31-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. 21 aprel 2023-cü il tarixdə ünvan 1 qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahın dövriyyəsi ilə məşğul olması və hazırda ünvan 3qları ərazisində olması və üzərində odlu silah olması barədə məlumat almış, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə etmiş, müvafiq sənədləşmə aparıldıqdan sonra Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə Suraxanı rayonu, Suraxanı qəsəbəsi 2-ci mədən küçəsi ünvanına getmişdir. Həmin vaxtı ünvan 3qları ərazisində dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ona qanunsuz odlu silahın dövriyyəsi ilə məşğul olması barədə məlumatlarının olduğunu bildirib, Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən Suraxanı RPİ-nin 31-ci PB-nə gəlmişdir. Bundan sonra Suraxanı RPİ-nin 31-ci PB-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan odlu silah, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əlində saxladığı üzərində hərbi naxışları olan yaşıl-boz rəngli idman çantasını təqdim etmiş, çantanın içərisinə baxış zamanı boz parçaya bükülmüş qundağı olmayan odlu silah, həmin silahın üzərində olan qəhvəyi rəngli 30 ədəd 7,62x39 mm kalibirli patronlar üçün nəzərdə tutulmuş darağ və həmin darağın içərisində olan 04(dörd) ədəd 5.45x39mm patronlar aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça şalvarının arxa sağ cibindən iki ədəd bir manatlıq pul əskinazı, bir ədəd yaşıl rəngli alışqan və bir ədəd üzərində “rotsvon” yazısı olan siqareti təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi çantanın içərisindəki odlu silaha bənzər əşya “Kalaşnikov” avtomatıdır. Həmin avtomatı 2022-ci ilin noyabr ayında yaşadığı ünvan 2in yaxınlığında yerləşən zibillikdən tapıb evdə gizlətmiş, Suraxanı rayonu, Suraxanı qəsəbəsi 2-ci mədən küçəsi, neft mədənləri ərazisində gizlətmək məqsədilə özündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs çantasından götürülmüş qundağı olmayan odlu silah, həmin silahın üzərində olan qəhvəyi rəngli 30 ədəd 7,62x39 mm kalibirli patronlar üçün nəzərdə tutulmuş darağ və həmin darağın içərisində olan 04(dörd) ədəd 5.45x39mm patron qablaşdırılıb imzalanmış, bu barədə protokol tərtib olunmuş, protokolda yazılanların doğruluğu iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd bir manatlıq pul əskinazı, bir ədəd yaşıl rəngli alışqan və bir ədəd üzərində “rotsvon” yazısı olan siqaret şəxsin özünə qaytarılmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş istintaq zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin 28-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 21 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2023-cü il tarixdə, saat 09:50-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 89-93-cü vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 21 aprel 2023-cü il tarixdən hesablamaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 39-40-cı vərəqlərində olan 21 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, o, əlində saxladığı üzərində hərbi naxışları olan yaşıl-boz rəngli idman çantasını təqdim etmiş, çantanın içərisinə baxış zamanı boz parçaya bükülmüş qundağı olmayan odlu silah, həmin silahın üzərində olan qəhvəyi rəngli 30 ədəd 7,62x39 mm kalibrli patronlar üçün nəzərdə tutulmuş darağ və həmin darağın içərisində olan 04(dörd) ədəd 5.45x39mm patronlar aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi çantanın içərisindəki odlu silaha bənzər əşya “Kalaşnikov” avtomatıdır. Həmin avtomatı 2022-ci ilin noyabr ayında yaşadığı ünvan 2in yaxınlığında yerləşən zibillikdən tapıb evdə gizlətmiş, Suraxanı rayonu, Suraxanı qəsəbəsi 2-ci mədən küçəsi, neft mədənləri ərazisində gizlətmək məqsədilə özündə saxladığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd bir manatlıq pul əskinazı, bir ədəd yaşıl rəngli alışqan və bir ədəd üzərində “rotsvon” yazısı olan siqaret şəxsin özünə qaytarılmışdır. Cinayət işinin 79-cu vərəqində olan “Diskə baxış keçirilməsi” haqqında 22 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar qeydə alınmış videogörüntülər olan diskə tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru Sail Hacıyevin xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs, Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, və həmin bölmənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakları ilə özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı üzərində hərbi naxışları olan yaşıl-boz rəngli idman çantasını təqdim etmiş, çantanın içərisinə baxış zamanı boz parçaya bükülmüş qundağı olmayan odlu silah, həmin silahın üzərində olan qəhvəyi rəngli 30 ədəd 7,62x39 mm kalibirli patronlar üçün nəzərdə tutulmuş darağ və həmin darağın içərisində olan 04(dörd) ədəd 5.45x39mm patronlar aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi" çantanın içərisindəki odlu silaha bənzər əşya “Kalaşnikov” avtomatıdır. Həmin avtomatı 2022-ci ilin noyabr ayında yaşadığı ünvan 2in yaxınlığında yerləşən zibillikdən tapıb evdə gizlətmiş, Suraxanı rayonu, Suraxanı qəsəbəsi 2-ci mədən küçəsi, neft mədənləri ərazisində gizlətmək məqsədilə özündə saxladığını bildirmişdir. Bundan sonra Cümşüd Cavadovun üzərində şəxsi axtarış aparılır. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd bir manatlıq pul əskinazı, bir ədəd yaşıl rəngli alışqan və bir ədəd üzərində “rotsvon” yazısı olan siqaret şəxsin özünə qaytarılır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd çantanın içərisində olan döyüş sursatı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” olan möhürü ilə möhürlənərək götürülür. Cinayət işinin 46-53-cü vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş ballistik ekspertizası üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 23/309 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 7.62 mm kalibrli Kalaşnikov konstruksiyalı AKM modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Avtomatın hissə və mexanizmlərin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Təqdim edilmiş 01 ədəd əşya, “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olan, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış darağıdır və istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 04 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır. Lakin yuxarıda göstərilən səbəbdən patronlar hal-hazırda atəş üçün yararsızdılar və döyüş sursatı hesab edilmirlər. Cinayət işinin 104-105-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən müəyyən edilmişdir ki, İbadov X1 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 112-113-cü vərəqlərində olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(010)-39/2021-ci il nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs hazırkı işlə əlaqədar 10-12 avqust 2020-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla və ona 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Suraxanı Rayon Məhkəməsinin 1(010)-18/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla və ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 11 noyabr 2020-ci il tarixindən hesablanması və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü hissəsi tətbiq edilməklə 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 01 il 03 ay 06 gün azadlıqdan məhrumetmə cəzası 06 ay azaldılması qərara alınmışdır. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə müəyyən olunmuş cinayəti törətməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, һabelə təyin olunan cəzanın onun islaһ olunmasına və ailəsinin һəyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(010)-39/2021-ci il nömrəli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(010)-39/2021-ci il nömrəli hökmündən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü və 66.5-ci maddəsi tətbiq edilməklə 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü hissəsi tətbiq edilməklə 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 01 il 03 ay 06 gün azadlıqdan məhrumetmə cəzası 06 ay azaldıldığından, 11 avqust 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx.xx.2023-cü il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısında az olmamaqla cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 21 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa məһkəmə һesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış qundağı olmayan odlu silah, həmin silahın üzərində olan qəhvəyi rəngli 30 ədəd 7,62x39 mm kalibirli patronlar üçün nəzərdə tutulmuş darağ və həmin darağın içərisində olan 04 (dörd) ədəd 5.45x39mm patron dövlət nəfinə müsadirə edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təһvil verilməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəһbər tutaraq məһkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 21 aprel 2023cü il tarixdən һesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış qundağı olmayan odlu silah, həmin silahın üzərində olan qəhvəyi rəngli 30 ədəd 7,62x39 mm kalibirli patronlar üçün nəzərdə tutulmuş darağ və həmin darağın içərisində olan 04 (dörd) ədəd 5.45x39mm patron dövlət nəfinə müsadirə edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təһvil verilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-462/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-462/2023
09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver