Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-463/2023 28.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X8 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşamış, ünvan 3 tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını X26 müəssisəsində çəkmiş, 29 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(009)-541/2022 nömrəli qərarı ilə barəsində 28 yanvar 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(009)-23/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 28 mart 2023-cü il tarixədək uzadılmış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(009)- 228/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 28 may 2023-cü il tarixədək uzadılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 134-cü, 228.2.1-ci və 228.4-cü maddələri, xx xxxxxxx 1990-ci ildə Rusiya Federasiyasının Tümen Vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, heç bir yerdə işləməmiş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5 ünvanında yaşamış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-91/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 228.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)-518/2021 saylı, 18 avqust 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 12 (on iki) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, 29 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(009)-540/2022 nömrəli qərarı ilə barəsində 28 yanvar 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(009)-25/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 28 mart 2023-cü il tarixədək, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 4(009)-229/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 28 may 2023-cü il tarixədək uzadılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 134-cü, 228.2.1-ci və 228.4-cü maddələri, xx xxxxxxxx 1985-ci ildə Xocəvənd rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməmiş, Xocəvənd, Qaradağlı kəndində qeydiyyatda olmaqla ünvan 7 ünvanında yaşamış, ünvan 8 il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, 29 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(009)-542/2022 nömrəli qərarı barəsində 28 yanvar 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(009)-24/2023 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbirinin müddəti 28 mart 2023-cü il tarixədək, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 4(009)- 230/2023 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbirinin müddəti 28 may 2023-cü il tarixədək uzadılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 134-cü və 228.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq silah, döyüş sursatı əldə etmiş, daşımış və başqasına vermiş, eləcə də qanunsuz olaraq soyuq silah əldə etmiş, gəzdirmiş və icra ediləcəyi üçün real əsasların olmasını nümayiş etdirərək şəxsi öldürməklə hədələmiş, aralarında şəxsi münasibətlərin pozulması zəminində Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs1 qisas almaq üçün onu öldürməklə hədələmək qərarına gəlmiş, bu məqsədiə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək hədənin real icra ediləcəyinin nümayiş etdirilməsini təmin etmək məqsədi ilə qanunsuz olaraq əldə etdiyi bıçağı özü ilə gəzdirərək tanışı Şahid2 idarə etdiyi “Toyota Prius” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobillə 16 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinə yaxınlaşmış, istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq əldə etdiyi və üzərində daşıyaraq hadisə yerinə gətirdiyi “Makarov” konstruksiyalı 9 mm kalibrli tapançanı atəş açması üçün Təqsirləndirilən şəxs2 vermiş, sonuncu həmin tapançadan iki dəfə göyə atəş açdıqdan sonra silah tutulmuş, atəş vəziyyətinə gətirə bilmədiyi üçün Təqsirləndirilən şəxs3 tapançanı Təqsirləndirilən şəxs2 götürərək həmin evin darvazası və qarşısında dayanmış Zərərçəkmiş şəxs3 idarə etmiş olduğu “Toyota Prius” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil istiqamətində bir neçə dəfə atəş açaraq Yəhya və Zərərçəkmiş şəxs1 qardaşlarını öldürməklə hədələmişlər. Məmmədov X6 Namiq Əvəz oğlu və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq silah, döyüş sursatı əldə etmiş, daşımış və başqasına vermiş, eləcə də qanunsuz olaraq soyuq silah əldə etmiş, gəzdirmiş və icra ediləcəyi üçün real əsasların olmasını nümayiş etdirərək şəxsi öldürməklə hədələmiş, Təqsirləndirilən şəxs1 aralarında şəxsi münasibətlərin pozulması zəminində Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs1 qisas almaq üçün onu öldürməklə hədələmək qərarına gəlmiş, bu məqsədlə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək hədənin real icra ediləcəyinin nümayiş etdirilməsini təmin etmək məqsədi ilə tanışı Şahid2 idarə etdiyi “Toyota Prius” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobillə 16 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinə yaxınlaşmış, Təqsirləndirilən şəxs2 hədənin real icra ediləcəyinin nümayiş etdirilməsini təmin etmək məqsədi ilə soyuq silah qismində qanunsuz olaraq əldə etdiyi bıçağı özü ilə gəzdirmiş, orada Təqsirləndirilən şəxs1 sonuncunun istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq əldə etdiyi və üzərində daşıyaraq hadisə yerinə gətirdiyi “Makarov” konstruksiyalı 9 mm kalibrli tapançanı götürüb iki dəfə göyə atəş açdıqdan sonra silah tutulmuş, atəş vəziyyətinə gətirə bilmədiyi üçün Təqsirləndirilən şəxs3 tapançanı Təqsirləndirilən şəxs2 götürərək həmin evin darvazası və qarşısında dayanmış Zərərçəkmiş şəxs3 idarə etmiş olduğu “Toyota Prius” markalı **-PN- *** dövlət qeydiyyat nişanlı avtomobil istiqamətində bir neçə dəfə atəş açaraq Yəhya və Zərərçəkmiş şəxs1 qardaşlarını öldürməklə hədələmişlər. Səmədov X7 Namiq Əvəz oğlu və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq silah, döyüş sursatı əldə etmiş, daşımış və icra ediləcəyi üçün real əsasların olmasını nümayiş etdirərək şəxsi öldürməklə hədələmiş, Təqsirləndirilən şəxs1 aralarında şəxsi münasibətlərin pozulması zəminində Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs1 qisas almaq üçün onu öldürməklə hədələmək qərarına gəlmiş, bu məqsədlə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək hədənin real icra ediləcəyinin nümayiş etdirilməsini təmin etmək məqsədi ilə qanunsuz olaraq əldə etdiyi bıçağı özü ilə gəzdirərək tanışı Şahid2 idarə etdiyi “Toyota Prius” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobillə 16 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinə yaxınlaşmış, istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq əldə etdiyi və üzərində daşıyaraq hadisə yerinə gətirdiyi “Makarov” konstruksiyalı 9 mm kalibrli tapançanı atəş açması üçün Təqsirləndirilən şəxs2 vermiş, sonuncu həmin tapançadan iki dəfə göyə atəş açdıqdan sonra silah tutulmuş, atəş vəziyyətinə gətirə bilmədiyi üçün Təqsirləndirilən şəxs3 tapançanı Təqsirləndirilən şəxs2 götürərək həmin evin darvazası və qarşısında dayanmış Zərərçəkmiş şəxs3 idarə etmiş olduğu “Toyota Prius” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil istiqamətində bir neçə dəfə atəş açaraq Yəhya və Zərərçəkmiş şəxs1 qardaşlarını öldürməklə hədələmişlər. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CM-nin 134cü, 228.2.1-ci və 228.4-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Amin və Yəhya qardaşlarını o, təxminən 6 ildir ki, tanımış, əvvəllər aralarında dostluq münasibətləri olmuşdur. Sonradan o, 2022-ci ilin aprel ayında orucluq vaxtı Suraxanı rayonu Bülbülə qəsəbəsində gedən söhbətlərdən Yəhya və Amin qardaşlarının kimlərdənsə onun və qardaşlarının adından istifadə edib pul aldıqlarını eştimişdir. O, Yəhya və Amin qardaşlarını ünvan 10 ünvanda yerləşən bağa dəvət edərək bu barədə sonuncuların üzünə bildirmiş və qəti surətdə onların adından istifadə etməmələri barədə xəbərdarlıq etmişdir. Yəhya və Amin qardaşları iftar açıb qayıdacaqlarını və bu söhbətə aydınlıq gətirəcəklərini deyərək bağdan getmiş, lakin iftardan sonra qayıtmamışlar. Daha sonra o, dostu Şahid3 Zərərçəkmiş şəxs2 sonuncu ilə mübahisə etdiyini eşitmiş, bunu eşidən kimi Zərərçəkmiş şəxs2 zəng edib Dünyamalı ilə mübahisə etməsinin səbəbini soruşmuş, Zərərçəkmiş şəxs2 isə ona çox pis söyüş söymüşdür. Bundan sonra o, görüşməyi təklif etsə də Zərərçəkmiş şəxs2 görüşdən yayınmışdır. Daha sonra 2022-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs2 Suraxanı rayonunda qardaşı Azər Abdullayevin idarə etdiyi gümüşü rəngli “Mercedes-Benz” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili yolda gedəgedə arxadan izləyib mobil telefonu ilə videoya çəkərək ailəsinin ünvanına söyüş söymüş və həmin videonu qəsəbədə yaymış, bunu etməkdə məqsədi qardaşını nüfuzdan salmaq olmuşdur. O, həmin videonu gördükdə çox əsəbləşmişdir. 16 oktyabr 2022-ci il tarixdə axşam saatlarında o, bağdakı otaqda olan zaman oraya Təqsirləndirilən şəxs2 gəlmiş və onlar həmişəki kimi məişət mövzusunda söhbət etməyə başlamışlar. Daha sonra tanışı fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan Şahid2 bağa gəlmiş və bağın yanından idarə etdiyi “Toyota Prius” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobillə keçdiyindən əhvalını soruşmaq üçün gəlib görüşdüyünü demişdir. Şahid2 onun Təqsirləndirilən şəxs2la təklikdə söhbət etdiklərini gördüyü üçün bir az bağın içində gəzişəcəyini, kiməsə zəng etməli olduğunu deyib bağdakı otaqdan çıxmışdır. Daha sonra Təqsirləndirilən şəxs3 da bağa yanlarına gələrək söhbətə qoşulmuş, söhbət zamanı Zərərçəkmiş şəxs2 qardaşı Azər Abdullayevin ailəsi barəsində təhqiramiz ifadələr işlətməsini pisləmişlər və Zərərçəkmiş şəxs2 bir də Azər Abdullayevin və ailəsinin ünvanına söyüş söyməməsi üçün qorxutmağın vacib olduğunu demişlər. Sonra Təqsirləndirilən şəxs2 evə çörək almalı olduğu üçün durub getmək istədiyini demiş, o da itlər üçün yem almalı olduğundan birlikdə çıxmağı təklif etmişdir. Bu səbəbdən Şahid2 onları aparmağı xahiş etmişlər. Şahid2 razılıq verdikdən sonra sonuncunun idarə etdiyi “Toyota Prius” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Suraxanıya getmişlər. Avtomobilin qabaq sərnişin oturacağında Təqsirləndirilən şəxs3, arxa oturacaqlarda isə o və Təqsirləndirilən şəxs2 oturmuşlar. Marketə getdikdən sonra Elvir çörək alıb Suraxanı rayonunda “Aura” şadlıq sarayının yaxınlığındakı yaşadığı evə aparıb vermiş və daha sonra gəlib avtomobilə minmişdir. Bundan sonra bazar istiqamətində gedən zaman Elvir yolda “Toyota Prius” markalı dövlət qeydiyyat nişanı 370 olan avtomobili görərək həmin avtomobilin sürücüsünün Yəhyanın tanışı olduğunu demiş, o, Təqsirləndirilən şəxs2 bu sözündən sonra Nahidə avtomobilin arxasınca sürməyi bildirmiş, Nahid də taksi sürücüsü olduğundan deyilən kimi etmişdir. Bundan sonra həmin “Toyota Prius” markalı avtomobilin Yəhyagilin evi tərəfə döndüyünü görmüşlər. O, Şahid2 avtomobillə bir neçə dövr vurub Yəhyagilin həyətlərinə sürməyi, sonuncu ilə bir az söhbət etmək istədiyini demişdir. Şahid2 avtomobilində Əmircan qəsəbəsində bir müddət dövr etdikdən sonra Zərərçəkmiş şəxs2 Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi ev 583 ünvanındakı həmin yaşayış evinə sürməsini bildirmiş, oraya çatdıqda isə küçənin girişində avtomobili saxlamasını demiş və Nahid Yəhyagilin evlərinə çatmağa 30-40 metr qalmış avtomobili saxlamışdır. Yəhyagilin darvazasının qarşısında işıq yandığı üçün 5-6 nəfərin dayanaraq söhbət etdiklərini və darvazanın qabağında bir avtomobilin arxası onlara tərəf park edilmiş halda saxlanıldığını görmüşlər. Həmin şəxslər darvazanın qarşısında park edilmiş avtomobilin sağ tərəfində dayanıb söhbət etmişlər. Getməmişdən əvvəl o, özü ilə Makarov markalı 9 mm kalibrli tapança və patronla dolu darağını, eləcə də 01 ədəd qəhvəyi qulplu bıçaq götürmüşdür. “Makarov” tipli tapançanı və onun darağını Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 13-cü Polis Bölməsinin yaxınlığında yaşayan Samir adlı şəxs qətlə yetirilməmişdən 10 gün əvvəl ona saxlamaq üçün vermiş, sonuncu təxminən 15 il əvvəl Bakıxanov qəsəbəsində Nemət adlı şəxs tərəfindən qətlə yetirilmişdir. O, üzərindəki Makarovmarkalı tapança silahı çıxaran zaman Təqsirləndirilən şəxs2 silahı görərək özünə verməsini istədikdə o, həmin tapança silahı Evir Məmmədova vermiş, bundan sonra onlar avtomobildən düşmüşlər. O, özü ilə götürdüyü bıçağı əlinə almış, Təqsirləndirilən şəxs2 da həmin vaxt üstündə gəzdirdiyi bıçağı əlinə götürmüşdür. Onlar avtomobildən düşən zaman üzünü görmədiyi bir oğlanın olduqları yer tərəfə gəldiyini görmüş, həmin şəxs onları görərək Namiqgildir deyə qışqırmış və arxaya çevrilərək Yəhyagilin darvazası tərəfə qaçmağa başlamışdır. Həmin anda o, “qaqali” deyə qışqırdıqdan sonra Təqsirləndirilən şəxs2 tapança silahdan iki dəfə göyə atəş açmışdır. İkinci atəşdən sonra darvazanın qabağındakı şəxslər qaçıb gizlənmişlər. İkinci atəşdən sonra ilişən tapançanı Təqsirləndirilən şəxs2 atəş vəziyyətinə gətirmək istəsə də alınmamışdır. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 tapançanı atəş vəziyyətinə gətirməyə çalışdığını, lakin gətirə bilmədiyini görüb tapançanı sonuncudan götürərək atəş vəziyyətinə gətirməyə çalışmış və təxminən bir dəqiqədən sonra Təqsirləndirilən şəxs3 tapançanı atəş vəziyyətinə gətirə bilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 Yəhyagilin darvazasının qarşısında və məhəllədə artıq heç kimin olmadığına əmin olaraq darvaza istiqamətində bir neçə atəş açmış və onlar dərhal Şahid2 idarə etdiyi avtomobilə əyləşərək onlara məxsus ünvan 10 ünvandakı evləri ilə üzbəüz yerləşən bağa getmişlər. Yolda Təqsirləndirilən şəxs3 tapançanı ona vermişdir. Onlar bağa qayıdan zaman küçədə və qardaşı Azərgilin evinin qarşısında heç kim olmamışdır. Bağa çatdıqdan sonra Şahid2 onluq bir şey olmadığını, taksi kimi dedikləri ünvana sürdüyünü deyərək onlara evinə getmək istədiyini deyib getmişdir. O və Təqsirləndirilən şəxs2 bağdakı otağa keçərək hadisə ilə bağlı söhbət etməyə başlamış, Təqsirləndirilən şəxs3 isə bağa girdikdən sonra itlərə yem hazırlayıb onları yemlədikdən sonra onların yanına gələcəyini demiş və itlərin saxlanıldığı yerə tərəf getmişdir. Onlar bağa çatandan təxminən 10-15 dəqiqə sonra bağın içində olarkən atəş səsləri eşitmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 və o, bağdakı otaqda söhbət etmiş, Təqsirləndirilən şəxs3 isə bağdakı itlərə yem vermişdir. Atəş səslərini eşitdikdən təxminən 1-2 dəqiqə sonra küçədə heç kimin olmadığına əmin olaraq o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bağdan çölə küçəyə çıxmışlar. Orada o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təcili olaraq Sabirabad rayonunun Moranlı kəndindəki fermalarına gedərək orada gizlənməli olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə 17 oktyabr 2022-ci il tarixdə gecə saat 01:00 radələrində taksi ilə Bakıdan həmin istiqamətə yola düşmüşlər. Təxminən 2022-ci ilin noyabr ayının ortalarında Təqsirləndirilən şəxs3 Bakı şəhərinə geri qayıtmışdır. Həmin gün istifadə etdikləri tapançanı o, 29 noyabr 2022-ci ildə bağda aparılmış axtarış zamanı quş hinindən götürüb istintaqa təqdim etmişdir. Hadisə baş verən tarixdə üzərində gəzdirdiyi bıçaq isə Bakı şəhəri, ünvan 11 ünvanda 29 noyabr 2022-ci il tarixdə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüşdür. Yaşadığı Bakı şəhəri, ünvan 11 ünvanda 29 noyabr 2022-ci il tarixdə keçirilmiş axtarış zamanı 01 ədəd 7,62 kalibrli barıtı boşaldılmış patronun və 01 ədəd qəhvəyi qulplu bıçağın özünə məxsus olduğunu, bıçağın ona xatırlamadığı tanışlarından biri tərəfindən təxminən 5 ay öncə hədiyyə edildiyini, 01 ədəd 7,62 kalibrli barıtı boşalmış patronu isə ona adını xatırlamadığı 2-ci Qarabağ müharibəsi qazilərindən birinin verdiyini bildirmişdir. Sonda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası CM-nin 134cü, 228.4-cü və 228.2.1-ci maddələri ilə təqsirli bilərək, göstərdi ki, Təqsirləndirilən şəxs1 ilə 10 il əvvəl Suraxanı rayonunun ərazisində yerləşən idman zalında tanış olmuş və münasibət saxlamışdır, “yetim Səməd” ləqəbi ilə tanınan Təqsirləndirilən şəxs3 ilə 2022-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs1 vasitəsilə tanış olmuşdur. Təqsirləndirilən şəxs3 onlar tanış olmamışdan bir neçə gün əvvəl 7 saylı cəzaçəkmə müəssisəsində 4 il müddətində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cəza çəkdikdən sonra azadlığa buraxılmışdır. 2022-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs1 Bakı şəhəri Suraxanı rayonunda yerləşən “Xonça” restoranının yaxınlığındakı bağ evində sonuncunun itlərinə bazardan keyfiyyətsiz ət gətirib çatdıran “Toyota Prius” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Şahid2la tanış olmuşdur. 2018-ci ildə Təqsirləndirilən şəxs1 bağ evində “qaqali” ləqəbli Yəhya və Amin qardaşları ilə tanış olmuş, həmin şəxslər o vaxt Təqsirləndirilən şəxs1lə yaxın dostluq münasibəti saxlamışlar. Təxminən 2022-ci ilin əvvəllərinə qədər o da sonuncularla dostluq etmişdir. 2022-ci ilin aprel ayında o, Namiq və Natiq Abdullayev qardaşları ilə bağda olan zaman oraya “qaqali” ləqəbli Zərərçəkmiş şəxs2 qardaşı Zərərçəkmiş şəxs1 ilə birlikdə gəlmiş, orada olan söhbət zamanı Namiq və Natiq Abdullayev qardaşları Yəhya və Amin qardaşlarını narkotik vasitələrin satışı ilə məşğul olduqlarını iddia edərək onlara qarşı narazıçılıq bildirmişlər və “mal”, yəni narkotik vasitə satışından əl çəkmələrini demişlər. Namiq və Natiq Abdullayev qardaşları Yəhya və Zərərçəkmiş şəxs1 qardaşlarının narkotik vasitə satmalarını Dünyamalı adlı tanışlarının dediyini bildirmiş, sonuncular isə heç bir münasibət bildirmədən bağdan getmişlər. Həmin görüşdən sonra Yəhya və Zərərçəkmiş şəxs1 qardaşlarının digər tanışları ilə birlikdə Suraxanıda Balaxanı qarajı deyilən yerin yaxınlığında Dünyamalı adlı şəxsin yaşadığı evin qarşısında sonuncu ilə mübahisə etdiklərini eşitmişdir. Elə həmin vaxtdan etibarən Yəhya və Zərərçəkmiş şəxs1 qardaşları ilə Namiq və Natiq Abdullayev qardaşları arasında düşmənçilik başlamışdır. Belə ki, eşitdiyinə görə Təqsirləndirilən şəxs1 mobil telefonla Yəhya və Amin qardaşlarına zəng edərək Dünyamalı ilə mübahisə etdiklərinə görə narazılığını bildirmiş, sonuncular isə Təqsirləndirilən şəxs1 telefonda söymüşlər. Daha sonra Təqsirləndirilən şəxs1 ona mobil telefonda Zərərçəkmiş şəxs2 tərəfindən videolentə alındığını iddia etdiyi və ona vatsapla göndərilmiş videoyazını göstərmiş, həmin videoyazıda Zərərçəkmiş şəxs2 avtomobildə içində Azər Abdullayevin olduğu digər avtomobili arxadan çəkərək sonuncunun ailəsinin ünvanına söyüş söymüşdür. Həmin videoya sonradan qardaşlar da baxmış və bundan sonra onlar arasında olan düşmənçilik daha da artmışdır. Bundan əlavə ona Təqsirləndirilən şəxs1 dediyinə görə 12 oktyabr 2022-ci il tarixdə sonuncunun qardaşı Azər Abdullayev istifadəsində olan avtomobillə Sabunçu rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında yerləşən işıqforda dayanan zaman bir neçə şəxs tərəfindən hücuma məruz qalmışdır. Hücum edən şəxslər avtomobilin şüşəsini sındırmışlar. 16 oktyabr 2022ci il tarixdə o, Təqsirləndirilən şəxs1 bağındakı otaqda sonuncu ilə məişət mövzusunda söhbət edən zaman oraya Təqsirləndirilən şəxs3 gəlmişdir. Həmin vaxt “Toyota Prius” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan Şahid2 bağın içində olsa da onların olduqları otaqda olmamış, çünki sonuncunu öz aralarında etdikləri söhbətlərə müdaxilə etməmişlər. Söhbət zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 qardaşı Azər Abdullayevin ailə üzvlərinin barəsində təhqiramiz ifadələr işlətməsi ciddi qınanmışdır. Söhbət zamanı bir-birilərinə Zərərçəkmiş şəxs2 Azər Abdullayevin ünvanına bir daha söyməməsi üçün qorxudulmasının zəruriliyi bildirilmişdir. Həmin vaxt o, Suraxanı rayonunda “Aura” şadlıq sarayının yaxınlığında yaşamış və evə çörək almalı olduğu üçün durub getmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 də itləri üçün bazardan ət almalı olduğu üçün Təqsirləndirilən şəxs3la birlikdə onunla gəlmək istədiklərini demişlər. Onlar ilk öncə taksi sürücüsü Şahid2 Toyota Priusmarkalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə marketdən çörək alaraq aparıb evlərinə vermiş, daha sonra bazar istiqamətində qayıdan zaman yolda o, Zərərçəkmiş şəxs2 tanışının “Toyota Prius” markalı 370 dövlət qeydiyyat nişanlı avtomobilini görmüş, həmin avtomobili o, Yəhyanın dostlarının “İnstagram” sosial şəbəkəsindəki səhifəsində görüb tanıdığı üçün həmin avtomobilin Yəhyagilə aid olduğunu Namiqgilə demiş, sonuncu onun bu sözündən sonra həmin avtomobilin arxasınca sürməyi Şahid2 bildirmiş, sonuncu taksi sürücüsü olduğundan məsələnin nə olduğunun fərqinə varmadan deyilən kimi etmişdir. Şahid2 sükan arxasında Təqsirləndirilən şəxs3 qabaq oturacaqda, o, Təqsirləndirilən şəxs3 arxa tərəfində, Təqsirləndirilən şəxs1 isə Şahid2 arxasında əyləşmişdir. Bundan sonra onlar həmin "Toyota Prius” markalı avtomobilin Yəhyagilin evi istiqamətində döndüyünü görmüş və içində olduqları avtomobillə təxminən 5 dəqiqə dövr vurub Yəhyagilin evlərinə doğru getmişlər. Zərərçəkmiş şəxs2 Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi ev 583 ünvanındakı evlərinə çatmağa 30-40 metr qalmış avtomobili saxlamış, sonuncunun darvazasının qarşısında işıq yandığı üçün 5-6 nəfərin dayanaraq söhbət etdiklərini və darvazanın qabağında bir avtomobilin arxası onlara tərəf park edilmiş halda saxlanıldığını görmüşlər. Həmin şəxslər darvazanın qarşısında park edilmiş avtomobildən sağ tərəfdə dayanıb söhbət etmişlər. Onlar avtomobildən həmin anda çıxmamış, Təqsirləndirilən şəxs1 üzərindəki makarovmarkalı tapança silahı çıxardıqda o, silahı ona verməsini demiş, məqsədi isə göyə atəş açıb qarşı tərəfi qorxutmaq olmuşdur. Təqsirləndirilən şəxs1 üzərində olan tapança silahı ona verdikdən sonra onlar avtomobildən düşmüş, onun və Təqsirləndirilən şəxs1 əlində bıçaq olmuşdur. Onlar avtomobildən düşən zaman üzünü tam görmədiyi bir oğlanın özlərinin olduqları tərəfə gəldiyini görmüş, həmin oğlanın harasa getmək məqsədilə onların tərəfə gəldiyini və ya məqsədinin məhz onların tərəfə gəlmək olub-olmadığını bilməmişdir. Həmin şəxs bıçağı görərək Namiqgildir deyə qışqırmış və qorxub arxaya çevrilərək Yəhyagilin darvazası tərəfə qaçmağa başlamışdır. Bu zaman Namiq “qaqali” deyə qışqırmışdır. Namiq qışqırdıqdan sonra o, əlindəki tapança silahdan iki dəfə göyə atəş açmış, ikinci atəşdən sonra darvazanın qabağındakı şəxslər qaçıb gizlənmişlər. İkinci atəşdən sonra silah ilişdiyi üçün o, silahı atəş vəziyyətinə gətirmək istəsə də alınmamışdır. Təqsirləndirilən şəxs3 tapançanı atəş vəziyyətinə gətirməyə çalışdığını, lakin gətirə bilmədiyini görüb tapança silahı ondan alaraq atəş vəziyyətinə gətirməyə çalışmış və təxminən 1 dəqiqədən sonra Təqsirləndirilən şəxs3 tapançanı atəş vəziyyətinə gətirə bilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 Yəhyagilin darvazasının qarşısında və məhəllədə artıq heç kimin olmadığına əmin olaraq darvaza istiqamətində bir neçə atəş açmış və onlar dərhal Şahid2 idarə etdiyi avtomobilə əyləşərək Abdullayev qardaşlarına məxsus ünvan 10 ünvandakı evləri ilə üzbəüz yerləşən bağa getmişlər. Həmin vaxt Şahid2 çox qorxmuş və bu barədə əvvəlcədən onu xəbərdar etmədikləri üçün onları ciddi qınamışdır. Bağa qayıdarkən yolda Sənəd Səmədov həmin tapançanı Təqsirləndirilən şəxs1 qaytarmışdır. Onlar bağa qayıdan zaman evin qarşısında, yəni küçədə heç kim olmamış, o və Təqsirləndirilən şəxs1 bağdakı otağa keçərək hadisə ilə bağlı söhbət etməyə başlamış, Təqsirləndirilən şəxs3 isə bağa girdikdən sonra itlərə yem hazırlayıb onları yemlədikdən sonra onların yanına gələcəyini demiş və itlərin damına tərəf gedərək yem qablarının götürməsinin səsini eşitmişlər. Onlar bağa çatdıqdan təxminən 10- 15 dəqiqə sonra bağın içində olarkən atəş səsləri eşitmişlər. Həmin vaxt o və Təqsirləndirilən şəxs1 bağdakı otaqda söhbət etmiş, Təqsirləndirilən şəxs3 isə bağdakı itlərə yem vermişdir. Atəş səslərini eşitdikdən təxminən 1-2 dəqiqə sonra küçədə heç kimin olmadığına əmin olaraq o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 bağdan çölə küçəyə çıxmışlar. Daha sonra o, evə gedərək qorxduğundan Sabirabad rayonuna Namiqgilin fermasına getmişdir. Təqsirləndirilən şəxs3 da daha sonra həmin fermaya gəldikdən sonra o, Bakı şəhərinə qayıtmışdır. Sonda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs3 özünü Azərbaycan Respublikası CM-nin 134-cü və 228.2.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1, eləcə də sonuncunun qardaşları Natiq və Azərlə uşaqlıqdan dostluq münasibəti olmuşdur. 24 oktyabr 2016-cı il tarixdə narkotik vasitəyə görə bir il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmış, 01 noyabr 2017-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar olaraq azadlığa buraxılmış, 07 sentyabr 2018-ci il tarixdə Suraxanı rayonu ərazisində narkotik vasitələri satdığı üçün 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılmışdır. 07 sentyabr 2022-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar olaraq azadlığa çıxmışdır. Bundan sonra o, Bakı şəhəri Suraxanı rayonu Samir Əliyev küçəsindəki özünə məxsus fərdi yaşayış evində yaşamağa başlamışdır. Azadlığa buraxıldığı gün, yəni 07 sentyabr 2022-ci il tarixdə X14 onun yaşadığı fərdi yaşayış evinə gələrək, onu azadilığa buraxılması münasibətilə təbrik etmiş, ona Sabirabad rayonunun Moranlı kəndində birgə keçi təsərrüfatı qurmağı təklif etmiş, o bu təklifi qəbul edərək Natiq Abdullayev ilə birlikdə Sabirabad rayonunun Moranlı kəndinə gedib sonuncuya məxsus kənd təsərrüfatı heyvanlarının saxlanılması işləri ilə məşğul olmağa başlamışlar. 16 oktyabr 2022-ci il tarixdə o, həmişəki kimi məişət mövzusunda söhbət etmək üçün Abdullayev qardaşlarına məxsus ünvan 10 ünvandakı bağa getmiş və orada Təqsirləndirilən şəxs1 başqa Təqsirləndirilən şəxs2 və Şahid2 görmüşdür. Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 bağın içindəki otaqda söhbət etmiş, Şahid2 isə bağın içində gəzişib telefonuna baxmışdır. O, otağa daxil olduqdan sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1lə salamlaşıb bir qədər məişət mövzusunda söhbət etmişdir. Söhbət zamanı Yəhya X1 ailə üzvlərinin barəsində təhqiramiz ifadələr işlətməsi və bunun düzgün hərəkət olmamağı, Zərərçəkmiş şəxs2 bir də Azər Abdullayevin ünvanına söyüş söyməməsi üçün qorxudulmasının zəruriliyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 evə çörək alıb verməli olduğunu dedikdə yoldaşlı birlikdə getmələri təklif edilmiş, bundan sonra Şahid2 onları bir-iki yerə aparıb düşürməsini xahiş etmişlər. Şahid2 taksi sürücüsü olduğundan sonuncunu aralarındakı şəxsi söhbətlərə qatmamışlar. Şahid2 sükan arxasında, o, qabaq oturacaqda, Təqsirləndirilən şəxs2 onun arxa tərəfində, Təqsirləndirilən şəxs1 isə Şahid2 arxasında əyləşmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 Suraxanı rayonunda “Aura” şadlıq sarayının yaxınlığında yaşamışdır. Onlar əvvəl marketə getmiş, Elvir çörək aldıqdan sonra aparıb evlərinə vermişdir. Daha sonra yolda Təqsirləndirilən şəxs2 “Toyota Prius” markalı 370 dövlət qeydiyyat nişanlı avtomobili görərək həmin avtomobilin Yəhyanın tanışına məxsus olduğunu demiş, Təqsirləndirilən şəxs1 bu sözdən sonra həmin avtomobilin arxasınca sürməyi Şahid2 bildirmiş, sonuncu taksi sürücüsü olduğundan məsələnin fərqinə varmadan deyilən kimi etmişdir. Bundan sonra onlar həmin “Toyota Prius” markalı avtomobilin Yəhyagilin evi istiqamətində döndüyünü görmüş və içində olduqları avtomobillə təxminən 4-5 dəqiqə dövr vurub Yəhyagilin Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi ev 583 ünvanındakı evlərinə doğru getmişlər. Zərərçəkmiş şəxs2 yaşadığı evə çatmağa təxminən 30-40 metr qalmış avtomobili saxlamışlar. Yəhyagilin darvazasının qarşısında işıq yandığı üçün 5-6 nəfərin dayanaraq söhbət etdiklərini və darvazanın qarşısında bir avtomobilin arxası onlara tərəf park edilmiş vəziyyətdə dayandığını görmüşlər. Həmin şəxslər darvaza ilə üzbəüz yerdə, yəni avtomobildən sağ tərəfdə dayanıb söhbət etmişlər. Onlar avtomobildən dərhal düşməmiş, Təqsirləndirilən şəxs1 üzərində olan Makarov markalı tapança silahı çıxardıqda Təqsirləndirilən şəxs2 həmin tapança silahın özünə verilməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində olan tapança silahı Təqsirləndirilən şəxs2 vermiş, sonra onlar avtomobildən düşmüşlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əlində bıçaq olmuşdur. Onlar avtomobildən düşən zaman cavan oğlanın avtomobilə tərəf gəldiyini görmüş, həmin şəxs Təqsirləndirilən şəxs2 əlindəki bıçağı görərək Namiqgildir deyə qışqırmış və qorxub geriyə dönərək Yəhyagilin darvazası tərəfə qaçmağa başlamışdır. Bu zaman Təqsirləndirilən şəxs1 avtomobilin yanından “qaqali” deyərək ucadan qışqırmış, həmin vaxt Təqsirləndirilən şəxs2 əlindəki tapança silahdan göyə iki dəfə atəş açmışdır. İkinci atəşdən sonra darvazanın qarşısındakı şəxslər qaçıb gizlənmişlər. İkinci atəşdən sonra silah ilişdiyi üçüh Təqsirləndirilən şəxs2 silahı atəş vəziyyətinə gətirməyə çalışsa da buna nail ola bilməmişdir. O, bunu görərək tapança silahı Təqsirləndirilən şəxs2 alaraq təxminən 1 dəqiqə atəş vəziyyətinə gətirməyə çalışmış, daha sonra tapançanı atəş vəziyyətinə gətirə bilmiş və Yəhyagilin darvazasının qarşısında və məhəllədə artıq heç kimin olmadığına əmin olaraq darvaza istiqamətində bir neçə atəş açmışdır. Bundan sonra Şahid2 idarə etdiyi avtomobilə əyləşərək Abdullayev qardaşlarına məxsus bağa getmişlər. Yolda o, tapança silahı Təqsirləndirilən şəxs1 vermişdir. Həmin vaxt Şahid2 çox qorxmuş və bu barədə əvvəlcədən onu xəbərdar etmədikləri üçün onları ciddi qınamışdır. Bağa çatdıqdan sonra Elvir və Namiq bağdakı otağa keçərək söhbət etmiş, o isə bağa girdikdən sonra itlərə yem hazırlayıb onları yemləməyə başlamışdır. Onlar bağa qayıdan zaman evin qarşısında heç kim olmamış, bağa çatdıqdan təxminən 10-15 dəqiqə sor ra bağın içində olarkən atəş səsləri eşitmişlər. Həmin vaxt o, bağdakı itlərə yem vermiş, Elvirlə Namiq isə bağdakı otaqda söhbət etmişlər. Atəş səslərini eşitdikdən təxminən 1-2 dəqiqə sonra küçədə heç kimin olmadığına əmin olaraq o, Elvir və Namiq bağdan çölə küçəyə çıxmışlar. Bundan sonra o və Təqsirləndirilən şəxs2 17 oktyabr 2022-ci il tarixdə gecə saat 01:00 radəiərində Bakı-Sabirabad rayonu istiqamətində hazırda dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı tanımadığı taksi fəaliyyəti ilə məşğul olan şəxsin avtomobili ilə hərəkət etmişlər. Sabirabad rayonunun Moranlı kəndinə getdikdən sonra o, orada Təqsirləndirilən şəxs2la təklikdə olanda demişdir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 ilə aralarında olan ədavətə onları da qarışdırdığına görə qaçaq düşmüşlər. Təqsirləndirilən şəxs2 demişdir ki, hüquq-mühafizə orqanı tərəfindən tutulacağı təqdirdə acıqlı olaraq Namiqin qardaşı Natiqin bağda ona “Vinçestr” tipli silahı verdiyini və özünün Azər Abdullayevi öldüməklə hədələməyə gələn Yəhyagilə həmin silahla atəş açdığını deyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 da ona tutulacaqları təqdirdə eyni məzmunlu ifadə verəcəyini, guya Natiq Abdullayevin ona “Vinçestr” tipli silah verdiyini və onun həmin silahdan Yəhyagilə atəş açdığı barədə deyəcəkdir. Əslində isə hər hansı “Vinçestr” tipli silahın ona verilməsi və onun tərəfindən Yəhyagilin olduqları avtomobilə tərəf atəş açılması halı olmamışdır. O, 2022-ci ilin noyabr ayının təxminən ortalarında yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, Samir Əliyev küçəsindəki fərdi yaşayış evinə geri qayıtmışdır. Sonda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışdıqlarına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə müvafiq olaraq xitam verilməlidir, bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 134-cü, 228.2.1-ci və 228.4-cü maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 134-cü və 228.2.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir, onların təqsiri özlərini etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 göstərmişdir ki, 2016-cı ildə quldurluğa görə məhkum olunmuş, 2018-ci ilin mart ayında azadlığa çıxmış, sonra Bakı şəhəri Fəvvarələr Meydanında yerləşən “Cafecity” kafesində menecer köməkçisi işləmişdir. Qardaşı Zərərçəkmiş şəxs2 işsiz olmuşdur. 2018-ci ilin mart ayında o, azadlığa çıxdıqdan sonra qardaşı Zərərçəkmiş şəxs2 2016-cı ildən tanıdığı Bülbülə qəsəbə sakinləri Namiq, Natiq və Azər Abdullayev qardaşları ilə onu tanış etmiş və aralarında dostluq münasibətinin olduğunu bildirmişdir. Qardaşı Zərərçəkmiş şəxs2 mütəmadi olaraq həmin qardaşların Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki bağına öz dostları gedib görüşmüşdür. Həmin 3 qardaşın ortancıl qardaşı Natiq Abdullayev 2020-ci ilin may ayında külli miqdarda narkotik vasitəni saxlamağa görə həbs edilmiş, bir neçə aydan sonra Azər Abdullayevin ona bildirdiyinə görə ittiham olunduğu maddəsi yüngülləşdirilmişdir. Bundan sonra Natiq Abdullayev 2021-ci ilin dekabr ayında azadlığa çıxmışdır. Natiq Abdullayev azadlığa çıxdıqda o, Bakı şəhərində, qardaşı Zərərçəkmiş şəxs2 isə Türkiyədə olmuş, sonuncu Türkiyənin İstanbul şəhərinə 2021-ci ilin iyul ayında getmiş və 2022-ci ilin yanvar ayında Bakı şəhərinə qayıtmışdır. Natiq Abdullayev azadlığa çıxdıqdan sonra o, sonuncu ilə bir dəfə görüşüb çörək yemişdir. 2022-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs2 Bakı şəhərinə qayıtdıqdan sonra da sonuncu ilə Natiq Abdullayevlə bir neçə dəfə Bülbülə qəsəbəsindəki bağlarında görüşüb ümumi söhbət etmişlər. 2022-ci ilin aprel ayında Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki Natiqgilin bağ evində 3 qardaşla onun və qardaşı Zərərçəkmiş şəxs2 arasında olan söhbət zamanı onlar sonunculara barələrində qəsəbədə narkotik vasitələr satmaları barədə söz-söhbət gəzdiyini və narkotik satışı ilə məşğul olan İlyas adlı şəxsin Azər Abdullayevin barəsində baron olması barədə söhbət yaydığını demişlər. Natiq Abdullayev bu zaman ona cavab olaraq qəsəbədə bir nəfərin onun haqqında narkotik vasitə satması barədə söhbət yaydığını deyib gülərək həmin şəxsin Suraxanı rayon sakini Şahid3 olduğunu demişdir. Bu zaman Zərərçəkmiş şəxs2 özündən çıxaraq onun haqqında narkotik satırmış kimi söz çıxardan şəxsin ünvanına söyüş söyməyə başlamışdır. Bundan sonra söhbət günorta vaxtı getdiyindən Natiq Abdullayev həmin gün axşam yenidən bağına gəlmələrini və görüşüb söhbət etməyi təklif etmişdir. Axşam iftar etdikdən sonra X27 Məmmədliyə zəng edərək bağa dəvət etmişdir. Lakin Zərərçəkmiş şəxs2 bağa getməkdən imtina etmiş, qardaşı getmədiyi üçün o da bağa getməmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 Şahid3la görüşmək üçün Nahid adlı ortaq tanışı ilə birlikdə Şahid3 yaşadığı ünvana getmiş və orada Şahid3la arasında onun barəsində bu fikirləri bildirdiyinə görə mübahisə baş vermişdir. Şahid3 Natiq Abdullayevin qəsdən yalandan onun haqqında narkotik satışı ilə bağlı şayələr yaydığını, lakin özünün bu barədə hər hansı söhbət etmədiyini and içərək bildirmişdir. Suraxanı, Əmircan və Bülbülə qəsəbələri ərazisində Natiq Abdullayev özünü ağsaqqal hesab etdiyindən, qardaşı Zərərçəkmiş şəxs2 Türkiyənin İstanbul şəhərinə getmək istəyərkən Natiq Abdullayevin getməmək barədə sözlərinə əhəmiyyət verməməsindən və Natiq Abdullayevin nüfuz dairəsindən çıxması səbəbindən, yəni əvvəlki kimi onun bağına tez-tez getməməsi səbəbindən aralarında soyuqluq yaranmış, bu səbəbdən X27 Məmmədlidən Şahid3 vasitəsilə acıq çıxmaq istəmişdir. Ona görə də Şahid3 Yəhya ilə mübahisə etdikdən sonra X27 Məmmədliyə zəng edərək Şahid3la nahaq yerə mübahisə etdiyini bildirib söymüşdür. Zərərçəkmiş şəxs2 Natiq Abdullayevə görüşməyi təklif etdikdə sonuncu Zərərçəkmiş şəxs2 polis orqanlarına məlumat verəcəyi iddiası edərək sonradan tək yaxalayacağını demişdir. Daha sonra Şahid3la Zərərçəkmiş şəxs2 barışmışdır. Bundan sonra o, qardaşı Zərərçəkmiş şəxs2 Bakı şəhərində qalmalarının təhlükəli olduğunu, Natiq Abdullayevin onlara hər an hücum edə biləcəyini demiş və birlikdə 2022-ci ilin iyun ayında Türkiyənin Antalya şəhərinə getmiş, orada ev kirayələyib bir müddət qalmışlar. 2022-ci ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs2 yaşadığı evi təmir etdirərək ailə qurmaq üçün Bakı şəhərinə geri dönmüşdür. O isə 2022-ci ilin sentyabr ayının ikinci yarısında Bakı şəhərinə qayıtmış və daimi olaraq Sumqayıt şəhərində yaşamışdır. Bundan sonra 16 oktyabr 2022-ci il tarixdə saat 22:30 radələrində o, idarə etmiş olduğu “Ford Fusion” markalı ağ rəngli avtomobillə qardaşı Zərərçəkmiş şəxs2 ilə anası Şahid6 yaşadığı ünvan 12 ünvanda yerləşən evə gəlmiş və avtomobili evin darvazası ilə üzbəüz dalanda saxlamışdır. Həmin dalan içəriyə doğru olduğu üçün küçənin aşağısından baxan şəxsin avtomobilini görməsi mümkün olmamışdır. O, məhlədə tanışları Şahid4, Quliyevi və Aqil Sultanovu görmüş, həmin şəxslərlə salamlaşaraq söhbət etməyə başlamışdır. Ondan təxminən 15 dəqiqə sonra həmin yerə Sabir İsmayılzadə gəlib salamlaşaraq məişət mövzusunda söhbət etməyə başlamışlar. Həmin gün təxminən saat 23 radələrində qardaşı Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs3un istifadəsində olmuş “Toyota Prius” markalı avtomobillə oraya gəlmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 onlarla salamlaşaraq söhbətə qoşulmuşlar. Zərərçəkmiş şəxs3 idarə etdiyi “Toyota Prius” markalı avtomobili Yəhyagilin A.Rzayev küçəsi ev 583 ünvanında yerləşən evlərinin darvazasının düz qarşısında üzü yuxarı saxlamışdır. Bir qədər söhbət etdikdən sonra Zərərçəkmiş şəxs2 evə yuyunub çörək yemək üçün daxil olacağını deyib darvazadan həyətə daxil olmuşdur. Bundan təxminən 10-15 dəqiqə sonra onların evlərinin aşağısındakı sol dalanda evlərinin darvazasından təxminən 50 metr məsafədə bir avtomobilin dayandığını görmüşlər. Avtomobilin işıqları həm onların darvazanın yerləşdiyi divarın qurtaracağının künc hissəsinə, həm də avtomobil durduğu istiqamətdə sağ ara küçəyə düşmüşdür. Şahid5 həmin vaxt evlərinə getmək üçün onlarla sağollaşıb evlərinin qarşısından aşağıya yollanmışdır. Şahid5 küçənin aşağısına çatan zaman sol dalanda dayanmış avtomobillə gələn şəxsləri görərək onların tərəfinə “Namiqgildir” deyə qışqırmış və qorxub geriyə çönərək onların tərəfinə qaçmağa başlamış, həmin vaxt ard-arda iki atəş səsi eşitmiş və həyəcanlanaraq Sabir, Aqil və özü darvazadan tez özlərini evlərinin həyətinə salmış, adlarını qeyd etdiyi digər uşaqların içəriyə keçə bilmələri üçün darvazanın qapısını dərhal bağlamamış, lakin bir-iki saniyə gözlədikdən sonra darvazanın içəriyə açılan qapısını bir qədər aralamış və avtomobilin qarşısında heç kimi görməmişdir. Bundan sonra uşaqların küçənin aşağısına doğru qaçdıqlarını düşünərək darvazanın qapısını içəridən bağlamışdır. Özləri isə darvazadan aralıda həyətə daxil olduqda sol tərəfə yığılmış sement kisələrinin arxasına keçmişlər. O, evin həyətində olan evin təmiri üçün istifadə olunan dəmir nərdivanı götürərək evin həyətinə daxil olduqda sol tərəfdə yerləşən sanitar qovşağın qapısına dirəmiş və nərdivana çıxaraq sanitar qovşağın üstündən özünü müdafiə üçün gizlətdiyi 1 (bir) ədəd “AKMS” markalı, İ1C 4968 nömrəli 7,62 mm kalibrli avtomat silahı götürmüşdür. Nərdivanı götürdüyü vaxtdan silahı əlinə alana kimi təxminən 1 dəqiqən çox vaxt keçmişdir. O, avtomat silahı əlinə alan zaman ard-arda yenidən bir neçə atəş səsini eşitmişlər. Daha sonra o, çölə çıxmadan evin həyətindən göyə iki dəfə atəş açmış, bundan sonra Namiqgil tərəfdən atəş səsləri kəsilmişdir. Təxminən bir dəqiqə gözlədikdən sonra o, darvazanın qapısını açaraq çölə baxmış və Namiqgilin getdiklərinə əmin olmuşdur. Daha sonra o, yaşadıqları evin hasarında Təqsirləndirilən şəxs3 tərəfindən atılmış güllələrdən yaranmış zədə izlərini öz mobil telefonu ilə videoyazıya almışdır. Namiqgil getdikdən sonra da məhəllə gənclərindən heç kim olmamış və heç bir qonşu buna şahid olmamışdır. Sonda təqsirləndirilən şəxslərlə barışdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 16 oktyabr 2022-ci il tarixdə gecə saatlarında evdə yatdığı zaman həyətdən partlayış səsləri gəlməyə başlamış, həmin vaxt isə evdə özü və anası olmuşdur. Qardaşı həmin gün onlara gəlmişdir. Partlayış səsləri gəldiyi zaman o, evin həyətinə çıxmış, həyətə çıxdığı zaman partlayış səsləri davam etmiş, evlərinin çöl hasarına tərəf silahdan atəş açıldığını başa düşmüşdür. Atəş səsləri bir neçə saniyə davam etmiş və kəsilmişdir. Həmin vaxt evdə anası olsa da, sonuncunun çölə çıxmasına icazə verməmişdir. Bir müddət sonra çölə çıxıb evin hasarına baxmışdır. Evlərinin darvazasının qarşısında, eləcə də qonşuların darvazasının qarşısında işıq yandığından məhəllənin işıqlı olmasına baxmayaraq atılan güllələrin ölçüsünü yaxşı görmək üçün fənərdən istifadə etmişdir. Evin divarının çöl tərəfində bir neçə ədəd kiçik ölçülü deşik əmələ gəldiyini görmüşdür. Həmin vaxt çöldə heç bir qonşunun və kənar şəxslərin olduğunu görməmişdir. Bu barədə polisə məlumat verməmişdir. Evə kimlər tərəfindən və nə üçün atəş açılmasını bilməmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 o, Suraxanı rayon sakinləri kimi tanımış, aralarında normal münasibət olmuşdur. Sonda təqsirləndirilən şəxslərlə barışdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 16 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində o, Zərərçəkmiş şəxs2 ilə birlikdə sonuncunun yaşadığı ünvan 13 ünvanına gələrək həmin vaxt idarə etdiyi “Toyota Prius” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili darvazanın qarşısında saxlamış, bu vaxt darvazanın qarşısında dayanmış X10, Şahid4, Şahid5, Təqsirləndirilən şəxs1 və X21 ilə görüşmüş, məhəllə həmin vaxt işıqlı olmuş, həm Yəhyagilin, həm də qonşularının darvazalarının qarşısındakı işıqlar yanmışdır. Təxminən 15 dəqiqə söhbət etdikdən sonra Zərərçəkmiş şəxs2 yuyunmaq üçün evə daxil olmuşdur. Həmin vaxt onlardan başqa məhəllədə heç kim olmamışdır. Onlar orada məişət mövzusunda avtomobilin sağ tərəfində dayanıb söhbət etmiş, avtomobili arxası küçənin giriş tərəfinə olmaqla Yəhyagilin darvazasının qarşısında park etmişdir. Təxminən saat 23:30 radələrində o, evə zəng edib danışmaq üçün telefonu qulağına tutmuş vəziyyətdə avtomobilin ön tərəfindən bir qədər aşağıya dorğu irəliləmiş, həmin vaxt küçənin giriş hissəsinə tərəf avtomobilin gəldiyini hiss etmiş, arxaya dönüb baxdıqda avtomobilin burnunu gördüyü üçün işıqlarını görmüş və özü də Toyota Prius markalı avtomobil idarə etdiyi üçün gələn avtomobili "Toyota Prius” markalı avtomobilə oxşatmışdır. O, gələn avtomobilə önəm verməyərək telefonla danışa- danışa küçənin digər başına tərəf irəlilədiyi zaman ard-arda iki atəş səsini eşitmiş, geriyə döndüyü zaman Şahid4 və Şahid5 ona tərəf qaçdıqlarını və ona “qaç-qaç” dediklərini görmüş, bundan sonra onların qaçdığı istiqamətdə o da qaçmağa başlamış, küçənin əks istiqamətində sola dönərək daha sonra dar ara dalana girib qaçaraq sola dönərək orada tində gizlənmişdir, Şahid4 və Şahid5 ondan əvvəl öndə qaçsalar da sonunculara çata bilmədiyindən dalan qurtardıqdan sonra haraya qaçıb girdiklərini görməmişdir. Ard-arda atılan iki atəşin onların olduqları tərəfə atılmasını hiss etməmiş, yəni olduqları tərəfdə hər hansı divara, avtomobilə və ya əşyaya güllə dəyməsini hiss etməmiş və görməmişdir. Həmin vaxt həyəcanlı olduğundan Zərərçəkmiş şəxs1, Sabir İsmayılzadə və Aqil Sultanovun haraya qaçıb gizləndiklərinə fikir verə bilməmişdir. O, tində gizləndikdən təxminən bir dəqiqə sonra bir neçə saniyə ərzində daha bir neçə atəş səsini eşitmiş, həmin atəş səsləri ilk atılan atəş səsləri ilə eyni olmuşdur. Atəş səsləri kəsildikdən bir neçə dəqiqə sonra o, avtomobili qapısı açıq vəziyyətdə saxladığından, avtomobilin içində sənədləri olduğundan avtomobilinin yanına getdikdən sonra işıqlarını gördüyü gəlmiş avtomobilin artıq orada olmadığını görmüşdür. Avtomobilin yanına çatdıqda orada Amin və Zərərçəkmiş şəxs2 qardaşlarının, Sabir İsmayılzadənin və Aqil Sultanovun olduğunu görmüş, məhəllədə həmin vaxt başqa heç kim olmamış, daha sonra Yəhyagilin evinin hasarının üzərində və idarə etmiş olduğu “Toyota Prius” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa buferində güllə izlərinin olduğunu görmüşdür. Atəş açan şəxsləri görməmiş, həmin şəxslərin kimliyi barədə hər hansı məlumatı olmamış, heç kəslə ədavəti olmamışdır. Avtomobili həmin vaxt darvazanın qarşısında park etdiyi üçün onlar qaçıb gizləndikdən sonra avtomobilin arxa buferinə güllə dəydiyini bilmişdir. Sonra ona Zərərçəkmiş şəxs1, Sabir İsmayılzadə və Aqil Sultanovun atəş səsi eşidən kimi Yəhyagilin darvazasından içəri girib atəş səslərinin kəsilməsini gözlədikləri məlum olmuşdur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Nəmənd oğlunu tanımamış, həmin şəxslərlə hər hansı münasibəti olmamışdır. Sonda təqsirləndirilən şəxslərlə barışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 188 yükdaşıma xidmətində sürücü işləyir. Böyük qardaşı Şahid2 2023-cü ilin yanvar ayının sonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə bir qrup şəxslə birlikdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsi tərəfindən həbs edilmişdir. Qardaşı Şahid2 əvvəllər fərdi qaydada gündəlik avtomobil icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olmuşdur. 11 oktyabr 2022-ci il tarixdə qardaşı Şahid2 avtomobil icarəsi ilə məşğul olan X11 yol vərəqi ilə “Toyota Prius” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobili gündəlik 25 manata icarəyə götürmüşdür. Həmin avtomobili ancaq qardaşı Şahid2 idarə etmişdir. Şahid2 11 oktyabr 2022-ci il tarixdə avtomobil icarəyə götürən zaman sürücülük vəsiqəsinin müddəti bitdiyindən Nazim Səfərovun avtomobili idarə etmək üçün notarial etibarnamə verə bilməsi üçün ondan öz sürücülük və şəxsiyyət vəsiqəsini verməyi xahiş etmişdir. O, Şahid2 sürücülük və şəxsiyyət vəsiqəsini verdikdən sonra “Toyota Prius” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobili sürmək üçün onun adına etibarnamə verilmiş, eyni zamanda X34 Abbasova yol vərəqi vermişdir. Daha sonra Şahid2 sürücülük vəsiqəsinin müddətini artırmışdır. Qardaşı Şahid2 həbs edildikdən sonra o, “Toyota Prius” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobili Nazim Səfərova təhvil vermiş, avtomobili təhvil verərkən hər hansı zədəsi olmamışdır. Əvvəllər avtomobilin hər hansı zədəsinin olub-olmamasından hər hansı məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, ünvan 14 ünvanda həyat yoldaşı, oğlu və oğlunun ailəsi ilə yaşayır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qardaşlarını qonşuları olduğu üçün tanımış, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanımamışdır. O, ailəlikcə adətən axşam saat 22-22:30 radələrində yatmağa vərdiş etdiklərini bildirərək 16 oktyabr 2022-ci il tarixdə gecə saatlarında ailə üzvlərinin yatdığını, özünün isə gecə saat 23:30 radələrində bir neçə saniyəlik fişəng səsləri eşitdiyini, hələ yuxuya getmədiyindən əyninə xalat geyərək darvazaya doğru səsin haradan gəldiyinə və kimin fişəng atmağına baxmaq üçün getdiyini, darvazadan çölə baxdığını, lakin küçədə heç kimi görmədiyi üçün evə gedib yatdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, ünvan 14 ünvanda həyat yoldaşı Şahid7, oğlu və oğlunun ailəsi ilə yaşayır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qardaşlarını qonşuları oiduğu üçün tanımış, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanımamışdır. O, ailəlikcə adətən axşam saat 22-22:30 radələrində yatmağa vərdiş etdiklərini bildirərək 16 oktyabr 2022-ci il tarixdə gecə saatlarında hamının yatmış olduğunu, həmin gün hadisənin baş verməsindən məlumatsız olduğunu, növbəti günlərdə qonşu Şahid6 ilə söhbət zamanı həmin gecə kimlərinsə sonuncunun darvazasının hasarına atəş açıb getdikləri barədə həyat yoldaşı məlumat almış və bu barədə ona bildirmişdir. Həyat yoldaşı həmin gecə fişəng səsinə bənzər səs eşitdiyini, lakin küçədə heç kimi görmədiyini ona bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 29 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində olduğu vaxt Dövlət Təhlükəsizliyi Xidmətinin adını bilmədiyi əməkdaşı ona yaxınlaşaraq keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyi ona təklif etmiş, o da vətəndaşlıq borcunu yerinə yetirərək keçiriləcək baxışda hal şahidi kimi iştirak etməyə öz razılığını vermişdir. Bundan sonra Bakı şəhəri, ünvan 15 ünvanında keçirilən baxışda hal şahidi kimi iştirak etmişdir. Baxışda ondan başqa hal şahidi kimi Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi 68 saylı MKİS-də fəhlə işləyən Şahid11 və evdə yaşayan Təqsirləndirilən şəxs1 da iştirak etmişlər. Dövlət Təhlükəsizliyi Xidmətinin həmin əməkdaşı baxış zamanı bütün hərəkətlərdə iştirak etmək və baxışın nəticələrin barədə tərtib edilən protokolla tanış olaraq öz qeyd və əlavələrini daxil etmək hüquqları və baxış protokolunu öz imzaları ilə təsdiq etmək vəzifələrinin olduğunu izah etmişdir. Bundan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onların iştirakı ilə Bakı şəhəri, ünvan 15 ünvanında baxış keçirməyə başlamışlar. Baxış zamanı mənzilə daxil olduqda sağ tərəfdə yerləşən qonaq otağındakı televizorun alt hissəsində olan dolabdan 01 ədəd barıtı boşalmış 7,62 mm kalibrli patron, 01 ədəd kaburası ilə birlikdə üzərində H6569 rəqəmləri həkk edilmiş qəhvəyi qulplu bıçaq, 01 ədəd “Nokia” markalı mobil telefon və 01 ədəd “İphone7” markalı qara rəngli mobil telefon və onlara quraşdırılmış sim-kartlar aşkar edilərək götürülmüşdür. Qeyd edilən predmetlər DTX əməkdaşları tərəfindən müvafiq qaydada qablaşdırılmış, möhürlənmiş və protokolda qeyd olunmuşdur. Baxış qurtardıqdan sonra bu barədə tərtib olunmuş protokol onun, digər hal şahidi Şahid11 və Təqsirləndirilən şəxs1 tərəfindən oxunub yazılanların düzgünlüyünə əmin olunduqdan sonra imzalanmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində tanınmış Şahid4 məhkəməyə teleqram ilə müraciət edərək məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Şahid4 göstərmişdir ki, uzun müddətdir ki, manıs” ləqəbli Sabir İsmayılzadə ilə dostluq münasibəti olmuş, sonuncunun dostları Zərərçəkmiş şəxs1 və “qaqali” ləqəbli Zərərçəkmiş şəxs2 ilə tanış olmuş, lakin sıx münasibəti olmamışdır. Yaşadığı evlə Yəhyagilin evi arasında piyada 3-4 dəqiqəlik məsafə olmuş, Sabir İsmayılzadənin həmin vaxt kirayədə qaldığı ev isə Yəhyagilin evinə daha yaxın yerləşmişdir. O, dostları Sabir İsmayılzadə və Şahid5lə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 16 ünvanının yaxınlığında, yəni evlərindən 50 metr məsafədə yol qırağında yerləşən taxta oturacaqlarda bəzən işdən sonra axşam saatlarında oturub məişət mövzularında söhbət etmişlər. 16 oktyabr 2022-ci il tarixdə axşam saat 22:00 radələrində o, dostu Şahid5lə Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 16 ünvanının yaxınlığındakı həmin yerdə oturub dönər yeyən zaman həmin yerə X10 ilə sonuncunun dostu X22 gəlmişlər. Salamlaşdıqdan sonra Sabir İsmayılzadə evə dəyib gələcəyini bildirərək onlardan ayrılmışdır. Onlar üçlükdə bir qədər söhbət etdikdən təxminən 15-20 dəqiqə sonra Təqsirləndirilən şəxs1 özünün istifadəsində olan ağ rəngli “Ford Fusion” markalı avtomobillə gələrək, avtomobili ev 583 ünvanında yerləşən evləri ilə üzbəüz dalanda saxlamış, onlara yaxınlaşıb salamlaşmışdır. Zərərçəkmiş şəxs1 təxminən 15 dəqiqə sonra Sabir İsmayılzadə olduqları yerə gəlmiş, onlar orada məişət mövzusunda söhbət etmişlər. Bundan təxminən yarım saat sonra, yəni təxminən saat 23 radələrində Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs3un istifadəsində olmuş “Toyota Prius” markalı minik avtomobili ilə həmin əraziyə gəlmişlər. Onun Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3lə yalnız salam münasibəti olmuş, sonuncularla hər hansı sıx münasibəti, dostluğu olmamışdır. Zərərçəkmiş şəxs3 idarə etdiyi “Toyota Prius” markalı avtomobili Yəhyagilin A.Rzayev küçəsi ev 583 ünvanında yerləşən evlərinin darvazasının düz qarşısında saxlamışdır. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 avtomobildən düşdükləri zaman o, Şahid5, Sabir İsmayılzadə, Aqil Sultanov və Zərərçəkmiş şəxs1 yaxınlaşaraq görüşüb söhbət etməyə başlamışlar. Bir qədər söhbət etdikdən sonra Zərərçəkmiş şəxs2 evdə yuyunub çörək yemək üçün girəcəyini sonra onlara qoşulacağını deyib darvazadan evlərinə daxil olmuşdur. Saat 23:30 radələrində Yəhyagilin A.Rzayev küçəsi ev 583 ünvanında yerləşən evlərinin aşağısındakı dalanda bir avtomobilin dayandığını görmüşlər. Avtomobilin işıqları həm Yəhyagilin darvazalarının yerləşdiyi divarın qurtacağının künc hissəsinə, həm də avtomobil durduğu istiqamətdə ara küçəyə düşmüşdür. Avtomobilin markasını, dövlət qeydiyyat nişanını, kimin idarə etdiyini və həmin avtomobildə kimlərin gəldiyini görməmişdir. Şahid5 həmin vaxt evlərinə getmək üçün Yəhyagilin evlərinin qarşısından aşağıya yola piyada getmiş, həmin avtomobilə yaxınlaşdıqdan sonra “Namiqgildir” deyə onların olduqları tərəfə qışqırmış və onlara tərəf qaçmağa başlamışdır. Bülbülə qəsəbəsində yaşayan üzdən tanıdığı Namiq adlı şəxsin Yəhya və Amin qardaşları ilə soyuq münasibətlərinin olması barədə ümumi gedən söhbətlərdən eşitmişdir. Şahid5 “Namiqgildir” deyə onların olduqları tərəfə qışqırıb onlara tərəf qaçmağa başladıqdan sonra həmin işıqları düşən avtomobil tərəfdən kimsə onların tərəfinə xatırlamadığı sözü deyərək qışqırmışdır. Həmin qışqırtılı ifadədən sonra ard-arda iki atəş səsi eşitmişlər və o, həyəcanlanaraq Yəhyagilin evlərinin darvazası ilə üzbəüz olduqları yerdən Zərərçəkmiş şəxs3 avtomobilinin ön tərəfindən keçməklə sola dönən küçəyə qaçaraq dostları Hüseyn Hüseynovun bibisigilin həyətlərinə girmişdir. Ard-arda atılan iki atəşin onların olduqları tərəfə atılmasını hiss etməmiş, yəni olduqları tərəfdə hər hansı divara, avtomobilə və ya əşyaya güllə dəyməsini hiss etməmişdir. Ondan bir neçə saniyə sonra Şahid5 qaçaraq həmin həyətə girmişdir. Sabir İsmayılzadə, Aqil Sultanov və Zərərçəkmiş şəxs1 həmin vaxt darvazadan içəriyə və ya harayasa qaçdıqlarını həyəcanlı olduğundan fikir verməmişdir. X24 bibisigilin həyətlərində olduqları vaxt bir neçə saniyə ərzində daha bir neçə atəş səsini eşitmişlər, həmin atəş səsləri onlar Hüseynin bibisinin evinə girdikdən sonra gəlmiş və daha sonra atəş səsləri kəsilmişdir. O, Hüseyn Hüseynovun atasından öz avtomobili ilə onu və Şahid5 evlərinə ötürməyi xahiş etmiş, Hüseynin atası da onları evlərinə ötürmüşdür. Həmin vaxtdan sonra Sabir İsmayılzadənin mobil telefonuna zəng çatmamış və o, bir daha həmin məhləyə getməmişdir, hadisə olan zaman məhlədə olan uşaqları görməmiş, orada baş verənlər barədə hər hansı məlumatı olmamışdır. Bu hadisə ilə bağlı hər hansı hüquq-mühafizə orqanı tərəfindən dəvət edilməmişdir. O, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Şahid2 adlı şəxsləri tanımamış, Təqsirləndirilən şəxs1 isə yalnız üzdən tanımışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində tanınmış Şahid6 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, ünvan 9 ünvanda qeydiyyatdadır və həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs2 övladlarıdır. 16 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində oğlu Zərərçəkmiş şəxs2 yaşadıqları ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evinə gələrək yuyunub çörək yeməyə başlamışdır. O, oğlu Aminin harada olması ilə maraqlandıqda Yəhya Aminin evin qarşısında uşaqlarla söhbət etdiyini bildirmişdir. Təxminən saat 23:30 radələrində partlayış səsləri eşitmiş, çölə çıxmaq istədikdə Yəhya onu otaqdan çölə çıxmağa qoymamışdır. Sonra yenidən bir neçə saniyə partlayış səsi gəlmiş və səs kəsilmişdir. O, otaqdan çölə çıxmadığı üçün və otaqdan həyəti görə bilmədiyi üçün baş verənlərdən hər hansı məlumatı olmamışdır. Sonra ona məlum olmuşdur ki, oğlanlarının ədavəti olduğu tanışları yaşadıqları ünvanın yaxınlığına gələrək evin darvazasının hasarına atəş açıb getmişlər. Sonradan o, yaşadığqları evin darvazasının hasarında atılmış güllələrdən yaranmış zədə izlərini görmüşdür. Lakin bu barədə hüquq mühafizə orqanlarına şikayət etməmişdir, çünki ana kimi kiminsə balasının səhvi ucbatından anasının əziyyət çəkməsini qəlbi qəbul etməmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tanımamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, uşaqlıqdan “manıs” ləqəbli Sabir İsmayılzadə ilə dostluq münasibəti olmuş, sonuncunun dostları Amin və “qaqali” ləqəbli Yəhya adlı şəxsləri Sabirə görə tanımış, aralarında yalnız salam münasibəti olmuş, hər hansı dostluq münasibəti və sıx əlaqəsi olmamışdır. Qəsəbədə gedən söz-söhbətdən Amin və qaqali ləqəbli Yəhya adlı şəxslərin Bülbülə qəsəbəsində yaşayan Namiq adlı şəxslə aralarında ədavət olduğunu eşitmişdir. 16 oktyabr 2022-ci il tarixdə axşam saat 22:00 radələrində o, dostu Şahid4lə Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 17 ünvanının yaxınlığındakı dəmir oturacaqda oturub dönər yediyi zaman həmin yerə dostu X10 ilə sonuncunun dostu X21 gəlmişlər. Aqil Sultanovla hər hansı dostluğu olmamış, yalnız salam münasibəti olmuşdur. Salamlaşdıqdan sonra Sabir İsmayılzadə evə dəyib gələcəyini bildirərək onlardan uzaqlaşmış, onlar üçlükdə təxminən 15-20 dəqiqə söhbət etdikdən sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi ağ rəngli “Ford Fusion” markalı minik avtomobili ilə gələrək, avtomobili evlərinin darvazası ilə üzbəüz yerdə saxlamış, onlara yaxınlaşıb salamlaşmışdır. Zərərçəkmiş şəxs1 təxminən 15 dəqiqə sonra Sabir İsmayılzadə gəlmiş, birlikdə məişət mövzusunda söhbət etmişlər. Təxminən saat 23 radələrində Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs3un istifadəsində olmuş “Toyota Prius” markalı minik avtomobili ilə oraya gəlmişlər. Onun Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3lə yalnız salam münasibəti olmuş, sonuncularla hər hansı sıx münasibəti, dostluğu olmamışdır. Zərərçəkmiş şəxs3 idarə etdiyi “Toyota Prius” markalı avtomobili Yəhyagilin A.Rzayev küçəsi ev 583 ünvanında yerləşən evlərinin darvazasının düz qarşısında üzü yuxarı saxlamışdır. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 avtomobildən düşmüş, bu zaman o, Şahid4, Zərərçəkmiş şəxs1, Sabir İsmayılzadə və Aqil Sultanov yaxınlaşaraq görüşüb söhbət etməyə başlamışlar. Bir qədər söhbət etdikdən sonra Zərərçəkmiş şəxs2 evə nə üçünsə daxil olacağını sonra onlara qoşulacağını deyib darvazadan həyətlərinə daxil olmuşdur. Saat 23:30 radələrində Yəhyagilin evlərinin aşağısındakı dalanda bir avtomobilin dayandığını görmüşlər. Avtomobilin işıqları həm Yəhyagilin darvazalarının yerləşdiyi divarın qurtacağının künc hissəsinə, həm də avtomobil durduğu istiqamətdə ara küçəyə düşmüşdür. O, həmin vaxt evlərinə getmək üçün adlarını qeyd etdiyi uşaqlarla sağollaşıb Yəhyagilin evlərinin qarşısından aşağıya yola piyada düşmüşdür. Evə getdiyi küçə avtomobilin dayandığı yerin yanından keçdiyi üçün o, öz yolu ilə gedərkən avtomobilə yaxın olduğu zaman avtomobilin “Toyota Prius” markalı **-VO-*** nömrəli gümüşü-qızılı rəngli avtomobil olduğunu görmüşdür. Avtomobilin dayandığı yerlə Amingilin evlərinin darvazası arasında təxminən 50 metr məsafə olmuşdur. O, həmin avtomobilə yaxınlaşan zaman avtomobilin ilk olaraq arxa sol sərnişin oturacağından Namiqin, arxa sağ sərnişin oturacağından qapını açaraq Elvirin, qabaq sərnişin qapısını açaraq isə Səmədin düşdüyünü görmüşdür. O, Namiqi, Səmədi və Elviri yalnız üzdən tanımış, hər hansı münasibəti olmamışdır. Elvirin əlində böyük bıçaq olduğunu görərək o, “Namiqgildir” deyə qışqırmış və qorxub geriyə çönərək Sabirgil tərəfə qaçmağa başlamışdır. O, həmin vaxt həyəcanlı olduğu üçün gələn şəxslərin hansınınsa əlində odlu silah olub-olmamasına fikir verməmişdir. Namiq bu zaman avtomobilin yanından “qaqali” ifadəsini işlədərək ucadan qışqırmışdır. Elə həmin vaxt ard- arda iki atəş səsi eşitmiş və həyəcanlanaraq Yəhyagilin evlərinin darvazasının qarşısında dayanmış Ruslanın avtomobilinin sağ tərəfindən qaçaraq keçməklə sola dönən küçəyə təxminən 20-25 saniyə ərzində qaçaraq X24 bibisigilin həyətlərinə girmişdir. Ard-arda atılan iki atəşin onların olduqları tərəfə atılmasını hiss etməmiş, yəni olduqları tərəfdə hər hansı divara, avtomobilə və ya əşyaya güllə dəyməsini hiss etməmiş və görməmişdir. O, Hüseyn Hüseynovun bibisigilin həyətinə girən zaman Şahid4 həmin həyətə ondan öncə girdiyini görmüşdür. Sabir İsmayılzadə, Aqil Sutanov və Zərərçəkmiş şəxs1 həmin vaxt Amingilin darvazasından içəriyə və ya hafayasa qaçdıqlarını həyəcanlı olduğundan fikir verməmişdir. X24 bibisigilin həyətlərində olduqları vaxt bir neçə saniyə ərzində daha bir neçə atəş səsini eştmişlər, həmin atəş səslərini onlar Hüseynin bibisinin evinə girdikdən sonra eşitmiş və bir neçə saniyə sonra atəş səsləri kəsilmişdir. Şahid4 və o, Hüseyn Hüseynovun atası Hüseynov Samirdən xahiş etmişlər ki, öz Kia Rio markalı avtomobili ilə onu və Şahid4 evlərinə ötürsün. Hüseynov Samir də onları öz avtomobilinə mindirərək evlərinə ötürmüşdür. Həmin hadisədən sonra Sabir İsmayılzadənin mobil telefonuna zəng çatmamış və o, bir daha həmin məhləyə getməmiş, hadisə olan zaman məhlədə olan adlarını dediyi uşaqları görməmiş, orada baş verənlər barədə hər hansı məlumatı olmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs1 ilə tanışlıq, Təqsirləndirilən şəxs2, X14, Təqsirləndirilən şəxs1 və X16 ilə yaxın dostluq münasibəti olmuşdur. Təxminən 2022-ci ilin mart-aprel aylarında cümə günü yaşadığı ünvan 18 ünvanının yaxınlığında gecə saat 01 radələrində o, evinin qabağında dayanan zaman “BMW F10” markalı, ağ rəngli minik avtomobili ona yaxınlaşmış, avtomobildən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Yəhyanın dostu əslən Füzuli rayonundan olan və Suraxanı rayonu ərazisində yaşayan Nahid adlı şəxs ona yaxınlaşmışdır. Zərərçəkmiş şəxs2 adını xatırlamadığı dostunun ünvanına onun nalayiq ifadələr işlətdiyini deyərək avtomobilə oturmasını bildirmiş, o, sonuncu ilə mübahisə etdikdə, Zərərçəkmiş şəxs2 onu geri itələmiş və o, yerə yıxılaraq dəmir dam örtüyünün bir hissəsi sol qolunun dirsək nahiyəsini kəsmişdir. Həmin gün axşam saatlarında X14 yaşadığı evə gələrək, onun vəziyyəti ilə maraqlanmış, sonra çölə çıxaraq Zərərçəkmiş şəxs2 ilə mobil telefonla danışmış və sonuncular bir-birinin ünvanına nalayiq ifadələr işlətmişlər. Bu səbəbdən yaşadığı ərazidə olan şəxslər həmin düşmənçiliyin əsas səbəbkarı kimi onu hesab etmişlər. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Namiq, Natiq, Azər Abdullayev qardaşlarını o, uzun müddət tanımış, sonuncu ilə uşaqlıqdan dost münasibətləri olmuş, qardaşlarla yaşadıqları Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsindəki evin qabağında yerləşən bağ sahəsində görüşmüş, görüşlər zamanı qardaşların Amin və Yəhya qardaşları ilə problemlərinin olduqlarını eşitmişdir. X27 Məmmədliyə sonuncunun qardaşı Zərərçəkmiş şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olmasını bildirərək onu sübut edəcəyini demiş, Zərərçəkmiş şəxs2 Abdullayev qardaşlarının ünvanına söyüş söydüyü videonu paylaşmış, bundan sonra onların arasında ədavət yaranmışdır. 16 oktyabr 2022-ci il tarixdə axşam saatlarında o, Namiqgilin bağının yanından taksi kimi idarə etdiyi “Toyota Prius” markalı **- VO-*** dövlət qeydiyyat nişanlı avtomobillə keçdiyindən görüşüb bir az söhbət etmək üçün bağa daxil olmuşdur. Həmin zaman bağdakı otaqda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 görmüş, onlarla salamlaşıb söhbətlərinə mane olmamaq üçün bir qədər bağın həyətində gəzişmiş, daha sonra bağa Təqsirləndirilən şəxs3 gələrək bağdakı Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 olduqları otağa keçmişdir. Onların bağda həmin vaxt etdikləri söhbətə o, qatılmadığı üçün nə barədə söhbət etmələrindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 o, Təqsirləndirilən şəxs1 dostları kimi tanımış, onlarla hər hansı dosluq münasibətləri olmamışdır. Həmin şəxslər bağdakı otaqda bir qədər söhbət etdikdən sonra Təqsirləndirilən şəxs2 ondan maşınla olub-olmamasını soruşmuş, o da avtomobillə olduğunu bildirdikdə sonuncu Suraxanıya getmək istədiyini bildirmiş, bu zaman Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs3 da Elvir Məmədovla birlikdə onun avtomobili ilə gedəcəklərini demişlər. O da razılıq verdikdən sonra “Toyota Prius” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib Suraxanıya getmişlər. Avtomobilin qabaq sərnişin oturacağında Təqsirləndirilən şəxs3, arxa oturacaqlarda isə Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 əyləşmişlər. Bundan sonra marketə getmiş, Təqsirləndirilən şəxs2 çörək aldıqdan sonra Suraxanı rayonunda “Aura” şadlıq sarayının yaxınlığındakı yaşadığı evə aparıb vermiş və daha sonra gəlib avtomobilə əyləşmişdir. Bundan sonra bazar istiqamətində Təqsirləndirilən şəxs1 itlərinə yem almaq üçün gedən zaman yolda Təqsirləndirilən şəxs2 “Toyota Prius” markalı dövlət qeydiyyat nişanı 370 olan avtomobili görərək həmin avtomobilin sürücüsünün Yəhyanın tanışı olduğunu bildirmiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 bu sözündən sonra həmin avtomobilin arxasınca sürməyi ona bildirmiş, o da taksi sürücüsü olduğundan məsələnin nə olduğunun fərqinə varmadan deyilən kimi etmişdir. Bundan sonra həmin “Toyota Prius” markalı avtomobilin yoldan bir küçə istiqamətində döndüyünü görmüş və söhbətdən başa düşmüşdür ki, həmin avtomobil Yəhya Məmmədovun evi tərəfə dönmüşdür. Daha sonra Namiqgil ona avtomobillə bir neçə dövr vurub Yəhyagilin həyətlərinə sürməyi, sonuncu ilə bəzi məsələlərə aydınlıq gətirmək üçün söhbət edəcəyini demişdir. Bundan sonra o, Əmircan qəsəbəsində bir qədər avtomobillə dövr etdikdən sonra Namiqgilin sözü ilə Zərərçəkmiş şəxs2 Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi ev 583 ünvanına sürmüş, küçənin girişində avtomobilini saxlaması deyilmiş və o da avtomobili küçənin girişində saxlamışdır. Söhbətdən qarşısında arxası onların dayandıqları istiqamətə park edilmiş yolda gördükləri 370 dövlət qeydiyyat nişanlı avtomobilin solundakı darvazanın Yəhyagilin darvazası olduğunu bilmişdir. Yəhyagilin darvazası ilə küçənin giriş hissəsində idarə etdiyi avtomobili saxladığı yerə qədər təxminən 30-40 metr məsafə olmuşdur. Yəhyagilin darvazasının və qonşularının qapısının qarşısında işıq yandığı üçün məhəllə işıqlı olmuş, bu səbəbdən darvazanın qarşısında avtomobilin sağ tərəfində 5-6 nəfərin dayanaraq söhbət etdiklərini, məhəllədə başqa heç kimin olmadığını görmüşlər. Həmin vaxt üzünü tam görmədiyi bir oğlanın Yəhyagilin darvazalarının yanındakı şəxlsərdən ayrılaraq avtomobili saxladığı istiqamətə gəlməsini görmüşdür. Bu zaman Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 avtomobilin içində “onu mənə ver” deməsini eşitmiş, bundan sonra sonuncular avtomobildən düşmüşlər. Təqsirləndirilən şəxs2 avtomobildən düşdükdən sonra əlində görən zaman Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 tapança verdiyini başa düşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs3 da avtomobildən düşmüşdür. O isə avtomobildən düşməmiş, Namiqlə Elvirin əlində bıçaq olduğunu görmüşdür. İdarə etdiyi avtomobil istiqamətində yaxınlaşan şəxs ilk öncə Təqsirləndirilən şəxs2 əlindəki bıçağı görərək Namiqgildirdeyə qışqırıb arxaya çevrilərək Yəhyagilin darvazası tərəfə qaçmağa başlamış, bu an Təqsirləndirilən şəxs1 “qaqali” deyə qışqırdıqdan sonra Təqsirləndirilən şəxs2 belinə qoyduğu tapança silahı çıxararaq göyə ard-arda iki dəfə atəş açmışdır. İkinci atəşdən sonra darvazanın qabağındakı şəxslər qaçıb gizlənmişlər. Həmin vaxt o, çox həyəcanlanmış və qorxmuşdur. Bundan sonra silah ilişdiyi üçün Təqsirləndirilən şəxs2 tapançanı atəş vəziyyətinə gətirməyə çalışmışdır. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 tapançanı atəş vəziyyətinə gətirməyə çalışdığını, lakin gətirə bilmədiyini görüb tapançanı sonuncudan alaraq atəş vəziyyətinə gətirməyə çalışmış və təxminən 1 dəqiqədən sonra Təqsirləndirilən şəxs3 tapançanı atəş vəziyyətinə gətirə bilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 Yəhyagilin darvazasının divarı istiqamətində bir neçə atəş açmış və sonra üçü də dərhal onun idarə etdiyi avtomobilə əyləşərək Abdullayev qardaşlarına məxsus ünvan 10 ünvandakı evləri ilə üzbəüz yerləşən bağa sürməsini bildirmişlər. Təqsirləndirilən şəxs3 atəş açan zaman məhəllədə heç kim olmamış, darvazanın qarşısındakı şəxslər artıq qaçıb gizlənmişdilər. Həmin vaxt o, çox qorxmuş və yolda gedərkən Namiqgilə bu barədə əvvəlcədən onu xəbərdar etmədikləri üçün çox qınamışdır. Bağa qayıdarkən yolda Təqsirləndirilən şəxs3 həmin tapançanı Təqsirləndirilən şəxs1 qaytarmışdır. Onlar bağa qayıdan zaman evin qarşısında, yəni küçədə heç kimin olmadığını görmüşlər. O, sonuncuları Bülbülə qəsəbəsinə aparıb bağa düşürərək getmişdir. Oradan ayrılan zaman Namiqin, Elvirin və Səmədin bağa daxil olduqlarını görmüşdür. Ondan sonra baş verən hadisələrin şahidi olmamışdır. Namiq, Səməd və Elvir avtomobilə əyləşən zaman üzərilərində silahın olmasını, eləcə də Yəhya və Amin qardaşlarının yaşadığı ünvana gedərək odlu silahdan atəş açmaqla onları qorxuzmaq istəmələri barədə məlumatı olmamışdır. Elvirdə odlu silahın olmasını və atəş açmasını sonuncu avtomobildən düşdükdən sonra görmüşdür. Sonuncuları hadisə baş verdikdən sonra geriyə Bülbülə qəsəbəsindəki bağa aparıb düşürməyinin səbəbi isə bu olmuşdur ki, o, həmin vaxt çox qorxmuş, sonuncuları orada qoyub gedəcəyi təqdirdə sonradan onu tapıb onları qoyub qaçdığı üçün pis döyərək cəzalandıracaqlarından qorxmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, ünvan 19 ünvanda həyat yoldaşı X4 ilə yaşayır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qardaşlarını qonşuları olduğu üçün tanımış, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanımamışdır. 16 oktyabr 2022-ci il tarixdə o, həyat yoldaşı Qənfilə Niftəliyeva ilə yaxınlıqda yaşayan qızı Ülviyyəgilə qonaq getmiş, bu səbəbdən hadisə barədə növbəti gün eşitmiş və evinin divarında 01 ədəd güllə atəşindən yaranmasını ehtimal etdiyi deşik izi görmüşdür. Heç kimdən hər hansı şikayətinin olmadığını bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, ünvan 20 ünvanda qızı və nəvəsi ilə yaşayır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qardaşlarını qonşuları olduğu üçün tanımış, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanımamışdır. 2009-cu ildən şəkər xəstəliyindən əziyyət çəkir, 3 il olar ki, infarkt keçirmişdir. Mütəmadi insulin qəbul etdiyi üçün gecələr rahat yatmaq üçün hər gecə bir həb yuxu dərmanı qəbul edib saat 22 radələrində yatır. Bu səbəbdən 16 oktyabr 2022-ci il tarixdə gecə saatlarında baş vermiş hadisə barədə həmin gecə hər hansı atəş səsi eşitməmiş və məlumatı olmamışdır. Sonrakı günlərdə o, Zərərçəkmiş şəxs1 anası Şahid6 həmin gecə kiminsə gəlib onların darvazasının divarına atəş açıb getdiyini eşitmişdir. O, bu barədə qızı ilə söhbət edərkən sonuncu həmin günü onunla eyni vaxtda yatdığını və hər hansı səs eşitmədiyini bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 29 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində olduğu vaxt Dövlət Təhlükəsizliyi Xidmətinin adını bilmədiyi əməkdaşı ona yaxınlaşaraq keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyi ona təklif etmiş, o da vətəndaşlıq borcunu yerinə yetirərək keçiriləcək baxışda hal şahidi kimi iştirak etməyə öz razılığını vermişdir. Bundan sonra Bakı şəhəri, ünvan 15 ünvanında keçirilən baxışda hal şahidi kimi iştirak etmişdir. Baxışda ondan başqa hal şahidi kimi Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində dərzi işləyən Şahid12 və evdə yaşayan Təqsirləndirilən şəxs1 oglu da iştirak etmişdir. Dövlət Təhlükəsizliyi Xidmətinin həmin əməkdaşı baxış zamanı bütün hərəkətlərdə iştirak etmək və baxışın nəticələrin barədə tərtib edilən protokolla tanış oljaraq öz qeyd və əlavələrini daxil etmək hüquqları və baxış protokolunu öz imzaları ilə təsdiq etmək vəzifələrinin olduğunu izah etmişdir. Bundan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onların iştirakı ilə Bakı şəhəri, ünvan 15 ünvanında baxış keçirməyə başlamışlar. Baxış zamanı mənzilə daxil olduqda sağ tərəfdə yerləşən qonaq otağındakı televizorun alt hissəsində olan dolabdan 01 ədəd barıtı boşalmış 7,62 mm kalibrli patron, 01 ədəd kaburası ilə birlikdə üzərində H6569 rəqəmləri həkk edilmiş qəhvəyi qulplu bıçaq, 01 ədəd “Nokia” markalı mobil telefon və 01 ədəd “İphone7” markalı qara rəngli mobil telefon və onlara quraşdırılmış sim-kartlar aşkar edilərək götürülmüşdür. Qeyd edilən predmetlər DTX əməkdaşları tərəfindən müvafiq qaydada qablaşdırılmış, möhürlənmiş və protokolda qeyd olunmuşdur. Baxış qurtardıqdan sonra bu barədə tərtib olunmuş protokol onun, digər hal şahidi Şahid12 və Təqsirləndirilən şəxs1 tərəfindən oxunub yazılanların düzgünlüyünə əmin olunduqdan sonra imzalanmışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 01 dekabr 2022-ci il tarixli № 3/1558; 1567 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş **-PN-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən sayda və ölçüdə zədələr vardır. Zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəciklərin aşkar edilməməsinə və zəif halda mis metal izinin aşkar edilməsinə əsasən avtomobilin arxa buferinin üzərində və həmin zədənin davamı olan yük yerinin alt hissəsində, sol tərəfdə olan zədələr giriş zədəsi olmaqla, yivli odlu silahdan açılmış bir atəş nəticəsində, diametri təxminən 9 mm, tərkibində mis metalı olan güllənin təsirindən, 1 metrdən yuxarı məsafədən avtomobilin arxasından önə doğru istiqamətdə yetirilməyə xarakterikdir. Bu zədələr, tədqiqata təqdim edilmiş 9 mm kalibrli güllənin təsirindən yaranmışdır. Avtomobilin salonun üzlüyünün üzərində silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranan zədə aşkar edilməmişdir. Atəş açılan zaman silahın lüləsinin ağızlıq kəsiyi avtomobilin arxa hissəsinə (arxa buferin orta hissəsinə) doğru olmuşdur. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2023-cü il tarixli № 3/1793; 1794 nömrəli rəyindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi M.Namazov küçəsindəki fərdi yaşayış evinin həyətində vətəndaş Zərərçəkmiş şəxs3 idarə etdiyi gümüşü rəngli “Toyota Prius” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş təqdim edilmiş 01 (bir) ədəd güllə - zavod üsulu ilə hazırlanmış, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik “Макаров” (“ПМ”), “ПА-63”, “П64”, “PK59”, “П6Г konstruksiyalı tapançalarda, “Стечкин” (“АПС”) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissəsidir - gülləsidir. Həmin güllə, təqdim edilmiş 9 mm kalibrli, “Макаров” (“ПМ”) konstruksiyalı, АГ 3143 №-li tapançadan (Təqsirləndirilən şəxs1 məxsus) atılmışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2023-cü il tarixli № 3/1793; 1794 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yerlərindən aşkar edilərək götürülmüş predmetlərlə bağlı verilmiş həmin rəydə göstərilmişdir ki, - təqdim edilmiş bir ədəd silah - 1991-ci ildə, İjevsk mexaniki zavodunda istehsal edilmiş, 9 mm kalibrli, “Makarov” (‘TİM”) konstruksiyalı, Ar 3143 №-li, yarımavtomatik tapançadır, sürgüsünün üzərindəki zavod işarələri intensiv korroziya nəticəsində metal qatı ilə birlikdə məhv olduqlarına görə, onların mətnini bərpa edib müəyyənləşdirmək mümkün deyildir, lakin zavod işarələrində xüsusi məqsədlə edilmiş pozuntu, dəyişiklik, eləcə də detallarında təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir-yivli odlu döyüş silahıdır, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Təqdim edilmiş 1 (bir) ədəd sandıqça - “Makarov” (“İİM”) konstruksiyalı yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 8 (səkkiz) ədəd 9x18 mm kəlibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış sandıqçadır, istifadəyə yararlıdır və təyinatına uyğun olaraq, həmçinin tədqiqata təqdim edilmiş 9 mm kalibrli, “Makarov” (“ПМ”) konstruksiyalı, АГ 3143 №-li tapançada da komplekt hissə kimi istifadə oluna bilər. Tədqiqata təqdim edilmiş bıçaq - zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Təqdim edilmiş 1 (bir) ədəd patron - zavod üsulu ilə hazırlanmış, pistonu mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKC”, “AKMC”) markalı avtomat silahlarda, “РПК” (“РПКС”) markalı əl pulemyotlarında, "CKC karabinində və s. Yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun hissələridirlər, bir-birindən atəş nəticəsində deyil, bərk predmetlə mexaniki üsulla təsiretməklə ayrılmış - gilizi və gülləsidir, onun daxilində barıt atımı olmadığı və gülləsi çıxarılaraq hermetikliyi pozulduğu üçün hal-hazırkı vəziyyətində təyinatı üzrə istifadəyə - atəşə yararsızdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2023-cü il tarixli № 3/1793; 1794 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 avtomobilindən aşkar edilərək götürülmüş predmetlə bağlı verilmiş həmin rəydə tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçağın - zavod üsulu ilə hazırlanmış, çapıcı, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, “Kukri” tipli Nepal milli bıçağı olması və soyuq silah hesab edildiyi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 3-39-9/1-271/2023 saylı məktubda göstərilmişdir ki, “Makarov” markalı 9 mm kalibrli АГ 3143 №-li silah Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş X2 Dövlət Təşkilatından DİN BƏSİİ-yə daxil olan məlumata əsasən RF Müdafiə Nazirliyinə məxsus olan və xx.xx.1994-cü il tarixdən itirilmiş kimi axtarışda olan “Makarov” markalı 9 mm kalibrli 1990-cı il istehsallı АГ 3143 №-li silahın nömrəsi seriyası və kalibri ilə oxşarlıq təşkil edir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Maddi-texniki və sosial təminat idarəsinin Silah-sursat və sair xüsusi məmulatların mərkəzləşdirilmiş uçotu üzrə şöbəsinin “Makarov” markalı 9 mm kalibrli АГ 3143 №-li silahın təhvil-təslim aktında həmin silahın istehsal ilinin 1991-ci il olması qeyd edilmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X13 X25 daxil olmuş Təqsirləndirilən şəxs2 adına tərtib olunmuş 05 aprel 2023-cü il tarixli № 380 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, müayinə zamanı bədən səthində xx.xx.2022-ci tarixdə yetirilməyə uyğun gələn xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X13 X28 05 aprel 2023-cü il tarixli № 383 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, müayinə zamanı bədən səthində xx.xx.2022-ci tarixdə yetirilməyə uyğun gələn xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X13X28 05 aprel 2023-cü il tarixli № 368 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, müayinə zamanı bədən səthində xx.xx.2022-ci tarixdə yetirilməyə uyğun gələn xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X13 X28 05 aprel 2023-cü il tarixli № 382 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, müayinə zamanı bədən səthində xx.xx.2022-ci tarixdə yetirilməyə uyğun gələn xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X13 X28 05 aprel 2023-cü il tarixli № 381 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, müayinə zamanı bədən səthində xx.xx.2022-ci tarixdə yetirilməyə uyğun gələn xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X13 X28 05 aprel 2023-cü il tarixli № 370 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, müayinə zamanı bədən səthində xx.xx.2022-ci tarixdə yetirilməyə uyğun gələn xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X13 X28 05 aprel 2023-cü il tarixli № 371 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, müayinə zamanı bədən səthində xx.xx.2022-ci tarixdə yetirilməyə uyğun gələn xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X13X28 05 aprel 2023-cü il tarixli № 372 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, müayinə zamanı bədən səthində xx.xx.2022-ci tarixdə yetirilməyə uyğun gələn xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan 01 noyabr 2022-ci il tarixli «Baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə keçirilmiş baxış zamanı evin giriş qapısının ətrafında hasarın üzərində müxtəlif ölçülü divarın suvağının qopub tökülməsi ilə müşahidə edilən zədələrin olması, eni 3 metr, hündürlüyü 2,80 metr olan darvazanın sol kənarından 105 mm solda bir ədəd 90X60 mm, dərinliyi 2,7 mm olan zədənin olması, həmin zədədən 450 mm aşağı hissəsində sol tərəfdə bir ədəd 90X50 mm, dərinliyi 10 mm olan zədənin olması, qonşu evin giriş qapısının üzərində sağ tərəfdə çərçivəyə bitişik olan divarda yerdən 820 mm hündürlükdə olan çərçivədən 15 mm sağda bir ədəd 40X20X15 mm ölçülərdə zədənin olması müəyyən edilmişdir. İş materiallarında olan 01 noyabr 2022-ci il tarixli «Baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə keçirilmiş baxış zamanı avtomobilin arxa buferinin üzərində 01 ədəd dairəvi formalı diametri 10,5 mm olan deşib keçmiş, kənarları içəriyə doğru yönəlmiş zədənin olması, yük yerinin alt hissəsində sol tərəfdə 01 ədəd dairəvi formalı, diametri 10 mm olan deşib keçmiş kənarları içəriyə doğru avtomobilin arxasından önü istiqamətinə yönəlmiş zədənin olması, yük yerindəki ehtiyat təkər rezinin alt hissəsinə 01 ədəd 09 mm-lik odlu silaha məxsus mərminin olması müəyyən edilmişdir. İş materiallarında olan 29 noyabr 2022-ci il tarixli «Baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 21 ünvanında keçirilmiş axtarış zamanı Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd qını ilə birlikdə üzərində H6569 rəqəmləri həkk edilmiş qəhvəyi qulplu bıçaq, ***-***-**-** və ***-***-**-** nömrəli sim kartların quraşdırıldığı 01 ədəd “Nokia 110” markalı mobil telefon, eləcə də ***-***-**-** nömrəli sim kartın quraşdırıldığı 01 ədəd “İphone 7” markalı mobil telefon, daxilində barıt atımı olmayan giliz və güllədən ibarət 1 (bir) ədəd patron aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 29 noyabr 2022-ci il tarixli «Baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 22 ünvanında keçirilmiş axtarış zamanı Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri quraşdırılmış 01 ədəd "Samsung Galaxy A13” markalı mobil telefon, 01 ədəd Bakcell mobil rabitə operatoruna aid ***-***-**-** nömrəli sim-kart, eləcə də Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Atlas carsMMC tərəfindən **-PZ-*** dövlət qeydiyyat nişanlı “Saipa Saina” markalı avtomobilin idarə edilməsi üçün 3 ay müddətinə verilmiş etibarnamə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 03 fevral 2023-cü il tarixli «Baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 məxsus əşyalara keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs3 istifadəsindəki 01 ədəd “Redmi 7A” markalı mobil telefona ***-***-**- ** nömrəli sim-kartın quraşdırıldığı, mobil telefonun yaddaşında digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-**, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 055-260-60- 62, ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinin qeyd edildiyi müəyyən edilmişdir. İş materiallarında olan 06 fevral 2023-cü il tarixli «Baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus əşyalara xx.xx.2023-cü il tarixdə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsindəki 01 ədəd “Samsung Galaxy A13” markalı mobil telefona ***-***-**-** və ***-***-**-** nömrəli sim-kartların quraşdırıldığı, mobil telefonun yaddaşında digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-**, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-**, +**********4 (whatsapp) mobil telefon nömrələrinin qeyd edildiyi, mobil telefonun Foto bölməsində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birgə çəkdirdikləri fotoşəklinin olması müəyyən edilmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Atlas cars MMC tərəfindən 90- PZ-324 dövlət qeydiyyat nişanlı “Saipa Saina” markalı avtomobilin idarə edilməsi üçün 3 ay müddətinə etibarnamə verildiyi müəyyən edilmişdir. İş materiallarında olan 21 fevral 2023-cü il tarixli «Baxış keçirilməsi haqqında» protokoldan görünür ki, "xxxx" MMC-dən istintaqa xx.xx.2022-cü il tarixli 9-3714 saylı məktubla diskdə daxil olmuş Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-**, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrələri ilə aparılan danışıqlara baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi arasında əlaqələrin olması müəyyən edilmiş, hər iki şəxsin mobil telefon nömrəsinin 2022-ci ilin oktyabr ayının 16-sı gecə saatları və 17-si səhər saatlarının anten məlumatlarına əsasən hərəkət marşrutunun eyniliyi müəyyən edilmişdir. İş materiallarında olan 06 yanvar 2023-cü il tarixli «Baxış keçirilməsi haqqında» protokoldan görünür ki, "xxxx" MMC-dən istintaqa xx.xx.2023-cü il tarixli 9-8 saylı məktubla diskdə daxil olmuş Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə aparılan danışıqlara keçirilmiş baxış zamanı Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-**, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi arasında əlaqələrin olması müəyyən edilmiş, Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin 2022-ci ilin oktyabr ayının 16-sı gecə saatlarının anten məlumatları ilə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə onun idarə etdiyi “Toyota Prius” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 23 ünvanına 16 oktyabr 2022-ci il tarixdə gecə saatlarında gedərək odlu silahdan istifadə etməklə sonuncunu öldürməklə hədələmələri bir daha sübuta yetirilir. İş materiallarında olan 21 fevral 2023-cü il tarixli «Baxış keçirilməsi haqqında» protokoldan görünür ki, "xxxx" MMC-dən istintaqa xx.xx.2023-cü il tarixli 3-39-9/1- 558/2023 saylı məktubla diskdə daxil olmuş Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***- ***-**-** mobil telefon nömrəsi ilə aparılan danışıqlara keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə iş üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-**, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi arasında əlaqələrin olması müəyyən edilmiş, X5 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin 2022-ci ilin oktyabr ayının 16-sı gecə saatları və 17-si səhər saatlarının anten məlumatlarına əsasən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə Şahid2 idarə etdiyi “Toyota Prius” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 23 ünvanına 16 oktyabr 2022-ci il tarixdə gecə saatlarında gedərək odlu silahdan istifadə etməklə sonuncunu öldürməklə hədələməsi, Təqsirləndirilən şəxs1 17 oktyabr 2022-ci il tarixdə Sabirabad rayonuna getdiyi bir daha sübuta yetirilir. İş materiallarında olan 21 fevral 2023-cü il tarixli «Baxış keçirilməsi haqqında» protokoldan görünür ki, "xxxx" MMC-dən istintaqa xx.xx.2023-cü il tarixli 3-39-9/1- 557/2023 saylı məktubla diskdə daxil olmuş Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***- ***-**-** və ***-***-**-**, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** və ***-***-**- ** mobil telefon nömrələri ilə aparılan danışıqlara keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mofcjil telefon nömrəsi ilə iş üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi arasında, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə iş üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-**, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi arasında əlaqələrin olması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 1 saylı X26 Müəssisəsinin 27 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-973/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 263-1.3-cü maddəsi ilə 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş məhkum Təqsirləndirilən şəxs1 xx.xx.2021 ci il tarixdə Bakı şəhər Probasiya İdarəsi tərəfindən göndərilərək 1 saylı MTCM-nin qeydiyyatına götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs1 AR CM-nin 134 və 228.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək xx.xx.2022-ci il tarixli Bakı şəhəri Səbail rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixə kimi 01 il 01 ay 18 gün cəza müddəti çəkmişdir, çəkilməyən cəza müddəti 03 il 10 ay 12 gün təşkil edir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 15 mart 2018-ci il təvəllüdlü və 01 iyun 2020-ci il təvəllüdlü iki nəfər azyaşlı uşağı var. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir inzibati material və qonşular tərəfindən şikayət daxil olmamışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir inzibati material və qonşular tərəfindən şikayət daxil olmamışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində nümayəndəliyə heç bir inzibati material və qonşular tərəfindən şikayət daxil olmamışdır. İş materiallarından müəyyən olunur ki, DTX-nın müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 “Qapalı kəllə-beyin travmasından sonra ensefalopatiya, eşitmə halisunasiyaları ilə müşaiyət olunan sayrışan hallar” diaqnozları aşkarlandığından Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülmüşdür. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə müvafiq olaraq şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə işin icraatına xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3cü maddəsinə müvafiq olaraq xitam verilməlidir. Bundan başqa göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.2.1-ci və 228.4-cü maddələri ilə müəyyən olunmuş cinayəti törətməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını, hazırki sağlamlıq vəziyyətini, yəni üzərində qapalı kəllə-beyin travmasından sonra ensefalopatiya, eşitmə halisunasiyaları ilə müşaiyət olunan sayrışan hallar diaqnozunun qeyd olunmasını, yaşayış yerində mənfi xarakterizə olunmayan şəxsiyyətini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3cü maddəsinə müvafiq olaraq xitam verilməlidir. Göstərilən sübutlarla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.2.1-ci və 228.4-cü maddələri ilə müəyyən olunmuş cinayəti törətməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilməməsi, yəni baş vermiş hadisə zamanı üzərində soyuq silah – bıçaq olmaması barədə Təqsirləndirilən şəxs2 ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını, himayəsində iki nəfəz azyaşlı uşağının olmasını, yaşayış yerində mənfi xarakterizə olunmayan şəxsiyyətini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3cü maddəsinə müvafiq olaraq xitam verilməlidir. Göstərilən sübutlarla Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə müəyyən olunmuş cinayəti törətməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını, yaşayış yerində mənfi xarakterizə olunmayan şəxsiyyətini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 228.2.1-ci və 228.4-cü maddələri, Təqsirləndirilən şəxs3 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onların əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxslər həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzalarının yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzaların onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 134cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə müvafiq olaraq xitam verilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.2.1-ci və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə ona 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə Təqsirləndirilən şəxs1 təyin edilmiş 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-973/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzanın çəkilməmiş 03 (üç) il 10 (on) ay 12 (on iki) gün hissəsi və 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni 29 noyabr 2022-ci il tarixdən hesablanmalı, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvəsində saxlanılmalı, Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, bundan başqa Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə müvafiq olaraq xitam verilməli, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.2.1-ci və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməli, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni 29 noyabr 2022-ci il tarixdən hesablanmalı, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvəsində saxlanılmalı, Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, bundan başqa Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə müvafiq olaraq xitam verilməli, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum ediılməli, Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni 29 noyabr 2022-ci il tarixdən hesablanmalı, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs3 barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvəsində saxlanılmalı, Təqsirləndirilən şəxs3 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məһkəmə һesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin Maddi sübutlar otağına təhvil verilmiş 01 ədəd 9 mm kalibrli güllə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Maddi-texniki və sosial təminat idarəsinə təhvil verilmiş 01 ədəd Ar 3143nömrə nişanlı tapança silahı və onun boş darağı, 01 ədəd qını ilə birlikdə üzərində H6569 rəqəmləri həkk edilmiş qəhvəyi qulplu bıçaq, 01 ədəd qını ilə birlikdə tiyəsinin üzərinə “Ягуар” yazısı həkk edilmiş qəhvəyi qulplu bıçaq Azərbaycan Respublikası CPMnin 132.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Bundan başqa iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 01 ədəd “Nokia 110” markalı mobil telefon və ona quraşdırılmış ***-***- **-** və ***-***-**-** nömrəli sim kartlar, 01 ədəd “İphone” markalı mobil telefon və ona quraşdırılmış 070-866- 52-51 nömrəli sim kart Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 01 ədəd “Samsung Galaxy A13” markalı mobil telefon və ona quraşdırılmış ***-***-**-** və 051- ***-**-** nömrəli sim kartlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş 01 ədəd “Redmi 7A” markalı mobil telefon və ona quraşdırılmış ***-***-**-** nömrəli sim kart Təqsirləndirilən şəxs3 onlar cəzalarını çəkdikdən sonra qaytarılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı qeyd edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat pul vəsaiti Təqsirləndirilən şəxs3, məhkəmə-ballistik ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 421 (dörd yüz iyirmi bir) manat pul vəsaiti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X17 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhər 3 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) saat 25 (iyirmi beş) dəqiqə iş saatı üçün 32,5 (otuz iki manat əlli qəpik) manat məbləğində vəsait Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X18 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhər 3 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Bundan başqa Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs3 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə müvafiq olaraq xitam verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.2.1-ci və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə ona 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə Təqsirləndirilən şəxs1 təyin edilmiş 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-973/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzanın çəkilməmiş 03 (üç) il 10 (on) ay 12 (on iki) gün hissəsi və 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni 29 noyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə müvafiq olaraq xitam verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.2.1-ci və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni 29 noyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə müvafiq olaraq xitam verilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni 29 noyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs3 barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs3 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin Maddi sübutlar otağına təhvil verilmiş 01 ədəd 9 mm kalibrli güllə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Maddi-texniki və sosial təminat idarəsinə təhvil verilmiş 01 ədəd Ar 3143 nömrə nişanlı tapança silahı və onun boş darağı, 01 ədəd qını ilə birlikdə üzərində H6569 rəqəmləri həkk edilmiş qəhvəyi qulplu bıçaq, 01 ədəd qını ilə birlikdə tiyəsinin üzərinə “Ягуар” yazısı həkk edilmiş qəhvəyi qulplu bıçaq Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 01 ədəd “Nokia 110” markalı mobil telefon və ona quraşdırılmış ***-***-**-** və ***-***-**-** nömrəli sim kartlar, 01 ədəd “İphone” markalı mobil telefon və ona quraşdırılmış 070-866- 52-51 nömrəli sim kart Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 01 ədəd “Samsung Galaxy A13” markalı mobil telefon və ona quraşdırılmış ***-***-**-** və 051- ***-**-** nömrəli sim kartlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş 01 ədəd “Redmi 7A” markalı mobil telefon və ona quraşdırılmış ***-***- **-** nömrəli sim kart Təqsirləndirilən şəxs3 onlar cəzalarını çəkdikdən sonra qaytarılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat pul vəsaiti Təqsirləndirilən şəxs3, məhkəmə-ballistik ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 421 (dörd yüz iyirmi bir) manat pul vəsaiti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X17 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhər 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) saat 25 (iyirmi beş) dəqiqə iş saatı üçün 32,5 (otuz iki manat əlli qəpik) manat məbləğində vəsait Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X18 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhər 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs3 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkumlar tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-463/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-463/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver