Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-466/2023 14.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 iştirakı ilə xx xxxxxx 2005-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Dəstə kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanında yaşayan, Suraxanı Rayon Məhkəməsinin 4(010)-60/2023 nömrəli iş üzrə 10 fevral 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 08 fevral 2023-cü ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş (təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti sonradan müvafiq məhkəmə qərarları ilə uzadılıb) və həmin vaxtdan etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 316 saylı tam orta məktəbin həyətində ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməklə əlində olan bıçaqdan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs sol qaşarası nahiyəsinə bıçağın arxa hissəsi ilə qəsdən vuraraq ona göz yarığının daralması ilə müşayiət olunan sol göz ətrafı yumşaq toxumaların hematoması və sıyrığı, sol qaşarası nahiyənin kəsilmiş yarası, burun kökünün şişkinlik halında əzilməsi ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, X2 təxminən 9 aydır ki tanımış və onunla sevgili münasibətində olmuş, sonra isə ayrılmışlar. Şahid2 isə təxminən 3 ildir ki, tanımışdır. Şahid2 isə X1 bacısı X4 ilə sevgili münasibətində olmuş, sonra isə sonuncular da ayrılmışlar. Şahid2 ona Zərərçəkmiş şəxs X4 ilə sevgili münasibətində olduğunu demişdir. 18 yanvar 2023-cü il tarixdə o, Şahid2 Zərərçəkmiş şəxs mobil nömrəsini istəmiş, Şahid2 də Zərərçəkmiş şəxs mobil nömrəsini ona vermişdir. O, Zərərçəkmiş şəxs ilə telefon vasitəsilə əlaqə saxlamış və onunla görüşmək istədiyini demişdir. 19 yanvar 2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çayxanada görüşmüşlər. Zərərçəkmiş şəxs yanında iki nəfər oğlanla birlikdə gəlmişdir. Onlar çay içən zaman Şahid2 gəlmişdir. Şahid2 Zərərçəkmiş şəxs ilə X4 barəsində söhbət etmişdir. O, Zərərçəkmiş şəxs Aytac barəsində məlumat verməyini demiş, Zərərçəkmiş şəxs da razılaşmışdır. O, Zərərçəkmiş şəxs aralaşdıqdan sonra onunla əlaqə saxlamaq istədikdə mobil nömrənin Zərərçəkmiş şəxs tərəfindən bloklandığını görmüşdür. O da dostu Samenin telefonu ilə onunla əlaqə saxlayaraq nömrəni blokdan çıxartmağını istəmişdir. Zərərçəkmiş şəxs da onun nömrəsini telefonundan blokdan çıxartmışdır. 27 avqust 2023-cü il tarixdə o, Zərərçəkmiş şəxsla əlaqə saxlayaraq onunla görüşmək istədiyini demişdir. Zərərçəkmiş şəxs isə gələ bilməyəcəyini, istəsə 316 saylı tam orta məktəbin həyətində görüşə biləcəklərini demişdir. 28 yanvar 2023-cü il tarixdə təxminən saat 14:00 radələrində o, Adəmlə Bakı şəhəri, Suraxanı rayonu, Bakıxanov qəsəbəsində yerləşən “stansiya” deyilən yerdə görüşmüşdür. Sonra isə Mirsadiq Rəsulla birlikdə həmin yerə gəlmişdir. Onlar taksiyə əyləşərək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 316 saylı tam orta məktəbin yaxınlığında taksidən düşmüşlər. Adəm, Mirsadiq və Rəsul yaxınlıqda olan çayxanaya getmişdir. O da məktəbin həyətində Nicatı gözləməyə başlamışdır. Təxminən 2-3 dəqiqə sonra Nicat yanında sonradan adını bildiyi Ramal adlı şəxslə birlikdə gəlmişdir. Bu vaxt Adəm onunla telefon vasitəilə əlaqə saxlamış, o isə Adəmə Nicatın yanında bir nəfərlə birlikdə gəlməsini demişdir. Adəm də Mirsadiq və Rəsulla birlikdə 316 saylı tam orta məktəbin həyətinə gəlmişdir. Adəm Ramalı kənara çəkmişdir ki, o tək Nicatla rahat söhbət etsin. Mirsadiq və Rəsul isə Nicatdan aralıda dayanmışdır. Bu zaman Aytac və Aysel 316 saylı orta məktəbin kənarı ilə gedən zaman Nicat və o qızlara baxmışlar. Nicat ona qızlara baxmağına görə irad tutmuş və nalayiq ifadələr işlətmişdir. O isə bundan əsəbləşərək cibində olan cib bıçağının açmadan arxası ilə Nicatın sifət nahiyyəsinə vurmuşdur. Nicat onu tutduqda Mirsadiq və Rəsul Nicatı aralaşdırmaq istəmişdir. Mirsadiq yumruqla Nicatı vurmuş, Rəsul isə yumruqla vurmaq istədikdə yumruğu Nicata dəyməmişdir. Adəm və Ramal gəlmiş, Adəm onun əlindən bıçağı almış, onları sakitləşdirmiş və taksi ilə onu, Mirsadiqi, Rəsulu yola salmışdır. Hadisə zamanı orada özündən başqa, Adəm, Rəsul, Mirsadiq, Nicat və Ramal olmuşdur. Bu dava-dalaş təxminən 2-3 dəqiqə davam etmişdir. Hal-hazırda Nicatın ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Ona görə də, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 19 yanvar 2023-cü il tarixdə sonradan adını bildiyi Murad onunla telefon vasitəsilə əlaqə saxlayaraq hal-hazırda sevgili münasibətində olduğu Ayselin bacısı Aytacın könhə sevgilisi olduğunu demiş və onunla görüşmək istədiyini bildirmişdir. O da Muradla razılaşmış və onlar Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən kafelərin birində görüşmüşlər. Murad ora Adəm adlı şəxslə birlikdə gəlmişdir. Onun yanında isə dostları Raul və Zakir olmuşdur. Adəm onun hal-hazırda sevgili münasibətində olduğu Ayselin köhnə sevgilisi olduğunu demişdir. Murad ona Ayselin bacısı Aytacın kimləsə münasibətinin olub-olmadığını öyrənməyini və ona çatdırmağını demiş, o da bu barədə heç bir məlumat verməyəcəyini bildirmişdir. Murad isə ondan cavab gözlədiyini demişdir. Onlardan ayrıldıqdan sonra Muradın mobil nömrəsini öz telefonunda bloklamışdır. 27 yanvar 2023-cü il tarixdə təxminən saat 18:00 radələrində Murad ona başqa mobil nömrədən “WhatsApp” vasitəsilə səs göndərərək onun nömrəsini blokdan çıxartmağını demişdir. O, Muradın mobil nömrəsini telefonunda blokdan çıxardaraq onunla danışmışdır. Murad onunla görüşmək istədiyini demiş, o da Murada görüşmək istəmədiyini, nə sözü varsa telefonda deməyini bildirmişdir. Murad onunla görüşməkdə israrlı olduğundan razılaşmışdır. Murad onunla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində görüşmək istədiyini bildirdikdə ora gəlməyəcəyini demişdir. Murad da ona Ramalla 316 saylı məktəbin həyətinə gələcəyini bildirdikdə onunla razılaşmışdır. 28 yanvar 2023-cü il tarixdə təxminən saat 14:00 radələrində yaxınlıqda yaşayan tanışı Ramalla telefon vasitəsilə əlaqə saxlayaraq görüşmüş və 316 saylı məktəbin həyətinə getmişdir. O, məktəbin həyətində Muradı tək görmüşdür. Murad Ramala gəlməyinə görə irad tutmuşdur. Ramal isə onların yanından kənara çəkilmişdir. O, Muradla tək qalmışdır. Murad ona Aytac barəsində məlumat öyrənib-öyrənmədiyini soruşmuş, o isə heç bir məlumat verməyəcəyini bir daha demişdir. Murad telefonla əlaqə saxladıqdan sonra Adəm və yanında tanımadığı iki nəfər şəxs həmin yerə gəlmişdir. Adəm Ramalı bir az da kənara çağırmışdır. Adəmin yanında gələn tanımadığı 2 nəfər şəxs isə o və Muraddan təxminən 10-15 metr aralıda dayanmışdır. Həmin zaman Aytac və Aysel məktəbin yanında olan yolla hərəkət etmişlər. Murad qızlara baxmış, həmin zaman Aytac və Aysel də onlara baxmışdır. Qızlar onlara baxan zaman Murad anidən bıçaq çıxardaraq sağ əli ilə onun başından vurmuş, bıçaq onun qaş nahiyyəsinə dəymişdir. Onun sifətindən qan gəldikdə o, Muradı tutmuşdur ki, artıq xəsarət yetirməsin. Bu zaman onlardan təxminən 10-15 metr aralıda dayanan tanımadığı iki nəfər şəxs gələrək əl və ayaqları ilə onu vurmağa başlamışlar. O, qışqıraraq Ramalı çağırmış, Ramal da gələrək onları ayırmışdır. Adəm də həmin zaman gəlmiş və Muraddan bıçağı almışdır. Məktəbin mühafizə xidmətində çalışan şəxs səs-küyə gəldikdə Murad və tanımadığı iki nəfər şəxs qaçmış, Adəm isə qalmışdır. O, Adəmdən Muradın onu vurmağının səbəbini soruşduqda Adəm şalvarının kəmərinə taxmış olduğu bıçağı da göstərərək “vurmuşuq, yaxşı eləmişik ” ifadəsini işlətmişdir. O da dayısı oğlu İlkinlə telefon vasitəsilə əlaqə saxlayaraq onu çağırmışdır. İlkin idarə etdiyi avtomaşınla gəlmiş, onu avtomaşına əyləşdirmiş, Adəm və Ramal da avtomaşına əyləşmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş və məhkəmə iclasında təqdim etmiş ərizələrdən görünür ki, təqsirləndirilən şəxs qismində tanınan Təqsirləndirilən şəxs tutduğu əməldən peşman olmasını, ondan üzr istəməsini, bağışlanmasını xahiş etməsini nəzərə alaraq onun üzrxahlığını qəbul edir, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir iddiası yoxdur, onun vurduğu maddi və mənəvi ziyana görə kompensasiya tələbi irəli sürmək niyyətində deyil. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş Şahid1 ifadəsini göstərmişdir ki, 28 yanvar 2023-cü il tarixdə təxminən saat 14:00 radələrində Nicat onunla görüşmüş və Murad adlı şəxsin onunla 316 saylı tam orta məktəbin həyətində görüşmək istədiyini demişdir. O da Nicatla birlikdə 316 saylı tam orta məktəbin həyətinə getmişdir. Məktəbin həyətinə bir nəfər şəxs gəlmiş və özünü Murad kimi təqdim etmişdir. Murad Nicata tək gəlmədiyinə görə irad tutmuşdur. Nicat ona gözləməyini və Muradla təklikdə söhbət edəcəyini demişdir. Nicat və Murad onun yanından aralaşanda o, Muradın belində olan kəmərdə bıçaq görmüşdür. O da Nicat və Muradın arxası ilə getməyə başlamışdır. Onlara yaxınlaşmaq istəyən zaman kənardan 3 nəfər tanınmadığı şəxs onların yanına gəlmişdir. Onların içərində olan şəxslərdən biri özünü Adəm kimi təqdim etmiş və onu kənara çəkmişdir. Tanımadığı və adını bilmədiyi iki nəfər şəxs isə Murad və Nicatın yanında qalmışdır. Adəm onunla danışmağa başlamış və “Nicatın səhv olmasını” ona demişdir. Adəm onunla söhbət edən zaman Muradın belində olan kəmərinə taxmış olduğu bıçağı çıxardaraq üz Nicatın üz nahiyyəsinə vurmasını görmüşdür. Bu zaman yaxınlıqda olan tanımadığı iki nəfər şəxs Nicatı əl və ayaqları ilə vurmağa başlamışlar. Nicat Muradı tutmuşdur ki, ona artıq xəsarət yetirməsin. O və Adəm onlara yaxınlaşaraq aralaşdırmağa başlamışlar. Adəm Muradın əlindən bıçağı almışdır. Dava-dalaş qurtardıqdan sonra məktəbinin mühafizəçisi gələrək məktəbin ərazisini tərk etməyi, əks halda polis çağıracağını bildirmişdir. Bu zaman Murad və yanında olan 2 nəfər şəxs qaçmışdır. O, Adəm və Nicat məktəbin həyətindən çölə çıxan vaxt Nicat dayısı oğlu İlkinə zəng etmişdir. Onlar gedən zaman Adəm Nicatın haqlı olaraq vurulduğunu ona demişdir. Məktəbin giriş qapısının qarşısında dayanmışlar və İlkin avtomaşınla gəlmişdir. O, Nicat və Adəm İlkinin idarə etdiyi avtomaşına əyləşmişlər. İlkin nə baş verməsini soruşduqda Adəm cibindən qatlanan cib bıçağını çıxardaraq Muradın Nicatı bu bıçaqla vurmasını, “Nicatın səhv olmasını, harada istəsək görüşə biləcəyini, Razində qalmasını, kriminal avtoritet Rafo razinin qardaşı olmasını” bildirmişdir. Bundan sonra Adəm bıçağı cibinə qoymuşdur, İlkin onu və Adəmi maşından düşürtmüş və Nicatı aparmışdır. O da Adəmdən ayrılaraq öz yaşadığı ünvana tərəf, Adəm isə yola tərəf getməyə başlamışdır. O, Muradın Nicatı bıçaqla vurmasını görmüşdür. Həmin zaman 316 saylı tam orta məktəbin həyətində o, Nicat, Murad, Adəm və tanımadığı iki nəfər şəxs olmuşdur. Muradla Nicat arasında olan dava-dalaş təxminən 5-10 dəqiqə davam etmişdir. Bu mübahisə zamanı Muradın, avtomaşında isə Adəmin əlində bıçağı qorxduğu üçün ala bilməmişdir. Məhkəmə iclasında iştirak edən Suraxanı Rayon İcra Hakimiyyəti Yanında Yetkinlik X3 və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının məsul katibi X5 iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsini göstərmişdir ki, Aysel adlı şəxsi təxminən 3 ildir ki, tanımış və onunla sevgili münasibətində olmuşlar, sonra isə ayrılmışlar. Murad adlı şəxsi isə təxminən 3 ildir ki, tanımışdır. 18 yanvar 2023-cü il tarixdə Murad ondan Nicatın mobil nömrəsini istəmişdir. O da Nicatın mobil nömrəsini Murada vermişdir. Murad ona Nicatla 19 yanvar 2023-cü il tarixdə Nicatla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çayxanada görüşəcəklərini demişdir. Həmin günü Nicat yanında 2 nəfər oğlanla birlikdə gəlmişdir. Onlar çay içən zaman o, gəlmişdir. O, Nicatla Aysellə bağlı söhbət etmişdir. X13 barəsində məlumat verməyini demiş, Nicat da Muradla razılaşmışdır. 28 yanvar 2023-cü il tarixdə o, Muradla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində görüşmüşdür. Sonra isə oraya Mirsadiq və Rəsul birlikdə gəlmişlər. Onlar birlikdə taksi ilə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 316 saylı tam orta məktəbin yaxınlığına gəlmişlər. Murad Nicatı gözləməyə başlamış, o, Mirsadiq və Rəsul isə kafelərin birində əyləşib çay içmişlər. O, Muradla telefon vasitəsilə əlaqə saxladıqda Murad ona Nicatın yanında bir nəfər şəxslə birlikdə gəlməsini demişdir. O da Mirsadiq və Rəsulla birlikdə kafedən çıxaraq 316 saylı tam orta məktəbin həyətinə getmişdir. O, X9 söhbət etməsini, onun kənara çəkilərək onunla söhbət etməsini demiş, Ramal da etiraz etmədən onunla razılaşmışdır. O, Ramalla birlikdə məktəbin kənarında siqaret çəkib söhbət edən zaman səs-küy eşitmişlər. Həmin zaman X10 və Nicatın yaxınlığında dayanmışdır. O və Ramal səs-küyə getdikdə Muradın Nicatı əli ilə vurmasını görmüşdür. Nicat Murada söyüş söydükdə Murad cibində olan bıçağın arxa tərəfi ilə Nicatın alın nahiyyəsinə vurmuşdur. Həmin vaxt Muradın əlində olan balaca cib bıçağı açılmamışdır. Mirsadiq və X11 aralaşdırmaq istəyən zaman Nicat Muradı tutduğu üçün aralaşmamışdır. Mirsadiq əli ilə Nicata vurmuş, Rəsul isə yumruq atmış, ancaq həmin yumruq Nicata dəyməmişdir. O və Ramal onları sakitləşdirmişlər. O, Muradın əlindən cib bıçağını almışdır. Murad, Rəsul və Mirsadiqi taksi ilə yola salmışdır ki, dava-dalaş daha da böyüməsin. Məktəbin mühafizəçisi gələrək onların məktəbin həyətindən çıxmağını demişdir. O, Ramal, Nicat məktəbin həyətindən çıxmışlar. Nicat telefonla əlaqə saxladıqdan sonra onun qohumu sonradan adını bildiyi İlkin adlı şəxs gəlmişdir. İlkin idarə etdiyi avtomaşına əyləşməyini ona demişdir. O, Nicat və Ramal İlkinin idarə etdiyi avtomaşına əyləşmişlər. İlkin təxminən 4-5 dəqiqə maşınla getdikdən sonra ağaclar olan yerdə avtomaşını saxlamışdır. İlkin ondan baş vermiş hadisəni danışmağını demişdir. O, isə Ramalla danışdığını İlkinə bildirmişdir. Nicat avtomaşında Muradın onu bıçaqla vurmasını demişdir. O isə Muradın istifadə etdiyi bıçağı çıxardaraq Muradın bıçağın arxa tərəfi ilə Nicatı nalayiq ifadələr işlətdiyi üçün vurmasını bildirmişdir. O, Ramalla birlikdə İlkinin idarə etdiyi avtomaşından düşmüşlər. O, taksiyə əyləşərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə getmiş, orada Murad, Mirsadiq və Rəsulla görüşmüşdür. Sonra isə hərə öz evinə getmişdir. İş materiallarinda olan məhkəmə-tibbi ekspertizasinin xx.xx.2023-cü il tarixli, 69 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində göz yarığının daralması ilə müşayiət olunan sol gözətrafı yumşaq toxumlarının hematoması və sayrığı; sol qaşarası nahiyənin kəsilmiş yarası; burun kökünün şişkinlik halında əziyi kimi xəsarətlər aşkar edilmişdir. Qeyd edilən kəsilmiş yara iti kənara malik əşyanın (ola bilsin bıçaq), digər xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni 28 yanvar 2023-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. Stimul Hospitalda çəkilmiş KT müayinəsinə əsasən qoyulmuş “Burun sümüyünün sınığı” və Milli Oftalmologiya Mərkəzində çəkilmiş rentgen müayinəsinə və KT görüntüsünə əsasən qoyulmuş “Sol orbitanın alt divarının yerdəyişməyən sınığı” diaqnozu mütəxəssis radioloq tərəfindən öz təsdiqini tapmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1 və 228.4-cü maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Avrasiya Hospital” tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2022-ci il mart ayının 07-də və 2023-cü il yanvar ayının 20-də “Avrasiya Hospital”da həkim-nevropatoloqda ambulator müayinədə olmuşdur. Xəstəyə “funksional paroksizmlərlə gedən konversion pozğunluq” diaqnozu təyin edilmiş və müvafiq müalicə təyin edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını ,zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, əməlindən peşman olmasını, ilk dəfə olaraq cinayət törətməsini, “funksional paroksizmlərlə gedən konversion pozğunluq” xəstəliyindən əziyyət çəkməsini, cavan olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmcinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar, zərərcəkmiş şəxs və şahidlər ifadələri, ekspertiza rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarı 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının secilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükəlilik törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-ci maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü və həddini təyin edərkən belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, habelə törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını,zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alınaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilməli, sınaq müddəti 02 (iki) il müəyyən edilməli və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında dərhal həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 354, 356 – 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 02 (iki) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-466/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-466/2023
14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver