Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-467/2025 02.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1984-cü ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Saatlı rayonunda qeydiyyatda olan, faktiki ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 24 iyul 2025-ci il il tarixdə, saat 18:10 radələrində kirayə yaşadıqları ünvan 1 ünvanında sərxoş vəziyyətdə arvadı Zərərçəkmiş şəxs ona mütəmadi spirtli içki içməsini və ailəsi ilə maraqlanmadığını irad bildirdiyi üçün onunla mübahisə edib evin mətbəxindən götürdüyü dəmir qazanla qəsdən sonuncunun baş nahiyəsindən bir dəfə vuraraq ona başın sağ təpə nahiyəsində əzilmiş yarası xəsarəti ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ünvan 1 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs və azyaşlı övladı ilə birlikdə kirayədə yaşayırlar və hazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs ilə 2018-ci ildə qeyri-rəsmi qaydada ailə həyatı qurmuşlar. Bu evlilikdən bir övladları vardır. Əvvəllər arvadı Nuranə ilə münasibətləri yaxşı olmuşdur. Daha sonra Nuranənin telefonda və sosial şəbəkədə başqa şəxslərə danışmasından və yazışmasından şübhələndiyi üçün Nuranə ilə dəfələrlə mübahisə etmiş, lakin övladına görə Nuranəni bağışlamış və Nuranədən ayrılmamışdır. 24 iyul 2025-ci il tarixdə evlərinin yaxınlığında olan kafedə spirtli içki qəbul edərək, saat 18:00 radələrində evə gəlmişdir. Evdə olduğu zaman arvadı Nuranə onun mütəmadi spirtli içki qəbul etdiyini və ailəsi ilə maraqlanmadığını deyib Nuranə ilə mübahisə etməyə başlamışdır. Zərərçəkmiş şəxs sakitləşməsini istəsə də, Nuranə üzərinə gələrək onu söydüyündən əsəbləşib evin mətbəxdə olan dəmir qazanı götürərək Nuranənin baş nahiyəsindən bir dəfə vurmuşdur. Nuranənin başının qanadığını gördükdən sonra isə qorxub evdən çıxıb getmişdir. Sonradan məlum olmuşdur ki, Nuranə təcili yardıma zəng edib və onu xəstəxanaya apararaq baş nahiyəsinə tikiş qoymuşrlar. Nuranə ondan polis şöbəsinə şikayət etmişdir. Sonda ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını qeyd edərək barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2018-ci ildə Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi qaydada evlənmişdir. Bu evlilikdən bir övladları var. Əvvəllər həyat yoldaşı Elnurla münasibətləri yaxşı olmuş, lakin son zamanlar Elnur aşırı dərəcədə spirtli içki qəbul etmiş və onunla sərxoş vəziyyətdə dəfələrlə heç bir səbəb olmadan mübahisələr etmişdir. Lakin bu barədə əvvəllər hüquqmühafizə orqanlarına şikayət etməmişdir. xx.xx.2025-ci il tarixdə, saat 18:10 radələrində əri Elnur və azyaşlı övladı ilə kirayədə yaşadıqları ünvan 1 ünvanında olan zaman Elnur yenə sərxoş vəziyyətdə evə gəlmişdir. Ona mütəmadi olaraq spirtli içki qəbul etməsini və ailəsi ilə maraqlanmadığını irad bildirdikdə isə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı evdə ikisi olmuşdur. Aralarında yaranmış mübahisə zamanı Elnur evdə olan dəmir qazanı götürərək bir dəfə onun baş nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Başı partladığı üçün X7 X6 müraciət etmiş, təcili yardım gələrək onu X8 aparmışlar və orada başına tikiş qoyulmuşdur. Daha sonra Qax rayonunda yaşayan qardaşı X5 zəng edərək əri Elnurun onu döydüyünü bildirmişdir. Qardaşı da Azərbaycan Respublikası DİNnin 102 xidmətinə bu barədə məlumat vermişdir. Daha sonra Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsindən ona zəng edərək polis şöbəsinə dəvət edilmiş və ərizəsi alınaraq məhkəmə-tibbi ekspertizasından keçirlmişdir. Həmçinin ərizə təqdim edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxslə barışmış, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı, onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Canlı şəxsin ekspertizası ilə bağlı 25 iyul 2025-ci il tarixli 534 nömrəli rəyin nəticəvi hissəsində qeyd olunur ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və onun adına təqdim olunmuş tibbi sənədlərdə qeyd olunanlara əsasən, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun qeyd olunur: Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-başın sağ təpə nahiyəsində əzilmiş yara küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 24 iyul 2025-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətin xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü-özünə yetirməsi inandırıcı deyildir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də iş üzrə icraata xitam verilməsinə dair ərizə təqdim etmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən «Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir». Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvləri X3 və Müdafiəçi müdafiə etmişlər. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil X3 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 02 saat vaxt, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 04 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344 – 348, 356, 381, 383 – 385, 193.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Vəkil X1 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 02 (iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 22 (iyirmi iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X2 ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 04 (dörd) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 44 (qırx dörd) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-467/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-467/2025
02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver