Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-468/2023 13.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Vəfa Cabir qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 13 iyun 2023-cü il tarixdə, saat 11:05-də, Bakı şəhərində xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, “Göyərçin” uşaq bağçasında bağban işləyən, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 1 ünvanda yaşayan, ünvan 2 il tarixli qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 may 2023-cü il tarixdə, saat 12:00-da yaşadığı Baki şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 3 ünvanında yerləşən evdə olan zaman arvadı Zərərçəkmiş şəxs qızma övladlarına yetəri qədər qayğı və diqqət göstərmədiyini irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əsəbləşib qəsdən əlləri ilə sonuncunun baş nahiyəsindən iki zərbə vurmuş və onun hər iki əlinin barmaqlarını əlləri ilə sıxaraq burmaqla ona sağ əlin V barmağının medial falanqasının oynaqdaxili yerdəyişməyən xətti sınığı ilə müşayət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2019-cu ildə ailə həyatı qurmuş, birgə nikahlarından 2 övladları olmuşdur. Xumarxanım ilə xasiyyətləri uyğun gəlmədiyindən belə ki, Xumarxanıma etdiyi iradlarla sonuncu razılaşmayaraq bütün hallarda cavab qaytardığı səbəbindən demək olar tez-tez aralarında küsülülüklər, mübahisələr baş verir. xx.xx.2023-cü il tarixdə, saat 12:00da yaşadığı evdə olan zaman Xumarxanıma övladlarına yetəri qədər qayğı və diqqət göstərmədiyi səbəbindən irad bildirmiş, Xumarxanımın isə onun iradına məhəl qoymadığı və ona sərt qayda da cavab olaraq övladlarına tək özü baxmalı olmadığını dediyi üçün əsəbləşmiş, əli ilə arvadı Xumarxanımın baş nahiyəsinə iki dəfə zərbə vurmuş və onun hər iki əlinin barmaqlarını öz əlləri ilə sıxaraq burmuşdur. Həmin vaxt, Xumarxanımın barmaqlarını sıxıb burduğu üçün sonuncunun xəsarət aldığını hiss etmişdir. Hazırda etdiyi əməlindən səmimi peşmançılıq çəkir və Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Buna görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 12:00-da yaşadığı evin yataq otağında olan zaman əri Təqsirləndirilən şəxs ona övladlarına yetəri qədər qayğı və diqqət göstərmədiyini ona irad kimi bildirmiş, o da əri Təqsirləndirilən şəxs cavab olaraq iki azyaşlı övladlarına baxmaqda çətinlik çəkdiyini, övladlarının qayğısında tək özünün dayanmadığını, ona kömək etməsinə ehtiyacı olduğunu dedik də əri Nicat Abbasovun əsəbləşərək əli ilə onun baş nahiyəsindən iki dəfə vurmuş və hər iki əlini öz əlinin içinə alaraq barmaqlarını sıxıb burnmaqla ona xəsarət yetirmişdir. İş materiallarına əlavə olunmuş MTE və PA X7 X6 rayon şöbəsinin canlı şəxsin müayinəsinə dair xx.xx.2023-cü il tarixli «378» saylı ekspertiza rəyindən görünür ki, X2 əlin V barmağının medial falanqasınm oynaqdaxili yerdəyişməyən xətti sınığı kimi xəsarət aşkar edilmişdir. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağ\lamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətin lokalizasiyasına və xarakterinə görə demək olar ki, həmin xəsarətin digər şəxs tərəfindən yetirilməsi nəticəsində alınması inkar olunmur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin təqdim etdiyi 18 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə işin icraatına xitam verilir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 04 (dörd) iş saatı üçün 24 (iyirmi dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 04 (dörd) iş saatı üçün 24 (iyirmi dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-468/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-468/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver