Məhkəmə qərarları › İş №1(010)-469/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-469/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-469/2023 21.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, 21 iyun 2023-cü il tarixdə, saat 12:00-da, Bakı şəhərində, xx xxxxxx 1990-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməyən, məhkumluğu olmayan, Şəki şəhəri, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Şərq Y\S döngə 10 ünvanında yaşayan, 15 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 noyabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 16 yanvar 2023-cü il tarixdə yenidən şübhəli şəxs qismində tutulmuş, 18 yanvar 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə 0,411 qram psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində saxlamaqla daşımış Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək xx.xx.2022-ci il tarixdə saat 11:20 dəqiqədə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X10, döngə 10 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci polis bölməsinə aparılaraq, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə 0,411 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,021 qram olan qəhvəyi rəngli təzşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla daşımış və 16 yanvar 2023-ci il tarixdə saat 20:25-də Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Suraxanı rayonu Qaraçuxur qəsəbəsi X10, döngə 10 ünvanın yaxınlığnda saxlanılaraq Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci PB-nə aparılaraq, orada üzərində şəxsi axtrarış və götürmə istintaq hərəkəti aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,021 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda birinci epizod üzrə özünü tam təqsirli bilərək göstərdi ki, təxminən bir ildir ki, psixotrop maddələrdən və narkotik vasitələrdən istifadə edir. xx.xx.2022-ci il tarixdə Xırdalan şəhərində üzdən tanıdığı, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 10 manata bir büküm psixotrop maddə metamfetamin əldə etmişdir. Bir qədərini istifadə etdikdən sonra qalanını sonradan istifadə etmək üçün əynində qara rəngli şalvarın sol yan cibində saxlamışdır. 15 noyabr 2022-ci il tarixdə saat 11:20 radəsində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X10, Döngə 10 ünvanında yerləşən yaşadığı evin qarşısında olan zaman ona mülki geyimdə olan 2 nəfər şəxs yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşı olduqlarını bildirmişlər. Ona narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz əldə olunması, daşınması və istifadəsində şübhəli olduğunu bildirib, üzərində şəxsi axtarış aparılması üçün onlarla birlikdə Suraxanı RPİ-nin 32-ci polis bölməsinə getməli olduğunu demişlər. Suraxanı RPİnin 32-ci PB-nə aprıldıqdan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmaqla, hüquq və vəzifələrim izah edilmişdir. Müdafiəsi üçün öz hesabına vəkil tutmaq imkanı olmadığından dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Müdafiəçisi ilə təklikdə görüşüb, danışdıqdan sonra müdafiəçisinin iştirakı olmadan üzərində şəxsi axtarış və götürmə aparılmasına etirazı olmadığı barədə ərizə yazmışdır. Bundan sonra onu PB-nə aparan polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Əvvəlcə ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya və maddə-vasitə olubolmaması, olduğu təqdirdə təqdim etməyi təklif edilmişdir. O da əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd içərisində ağ rəngli kristalşəkilli kütlə olduğu görünən şəffaf sellofan bükümünü, sağ yan cibindən isə bir ədəd “İphone” markalı mobil telefonu çıxararaq stolun üstünə qoymuşdur. Ondan təqdim etdiyi bükümün içərisində olan kütlənin nə olması, hardan, nə vaxt, nə məqsədlə, hansı yolla əldə etdiyi soruşulduqda, o, həmin kütlənin “patı” yəni metamfetamin olduğunu, Xırdalan şəhərində adını, ünvanını bilmədiyi şəxsdən 10 manata özünün istifadəsi üçün alaraq üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılsa da başqa hər hansı bir əşya, maddə aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş həmin büküm bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşalrı tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Bundan başqa ona qarşı irəli sürülmüş ittihamda digər epizod üzrə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 16 yanvar 2023-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu gündən bir neçə gün əvvəl dostunun xahişi üzrə narkotik vasitələrin satışı ilə məşğul olan, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə yaxınlaşaraq 35 manat pul vermiş, pulun əvəzinə sonuncudan narkotik vasitə olan marixuana istəmişdir. Həmin şəxs pulu ondan götürməsinə baxmayaraq əvəzində marixuana verməmişdir. Bir neçə gün sonra dayanacaqda narkotik vasitələrin satışı ilə məşğul olan həmin şəxsi yenidən görmüş, ondan pulu geri qaytarmasının tələb etmiş, daha sonra aralarında yaranmış mübahisə zamanı sonuncunu vurmuşdur. Bir neçə gün sonra Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları onu saxlayaraq əvvəlcə polis bölməsində kənarda döymüş, daha sonra polis bölməsinə gətirib yenidən döyərək təqdim etdikləri narkotik vasitənin videoçəkiliş zamanı onun özünə məxsus olması barədə etirafedici ifadə verməyə məcbur etmişlər. Məruz qaldığı fiziki və psixoloji təzyiqlərə tab gətirməyərək təqdim edilmiş 01 ədəd bükümdə olan narkotik vasitənin özünə məxsus olması barədə etirafedici ifadə vermişdir. Halbuki üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında onun ifşa olunması istiqamətində ondan və Suraxanı RPİnin 32-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 15 noyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 11:20 radəsində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X10, 10-cu döngədə xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsin həqiqətən də, Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra, ona narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanılmasında və daşımasında şübhəli olduğunu, üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib, birlikdə Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nə getməli olduğunu demişlər. Polis Bölməsinə getdikdən sonra Rəsulov X6 RPİ-nin 32-ci PB-nin təhqiqatçı, polis kapitanı X7 tərəfindən xidməti otaqda şübhəli şəxs qismində tutulmaqla, hüquq və vəzifələri izah olunmuş, onun hüquqlarının müdafə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə-maddə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd “Nokia” markalı mobil telefonu və sol yan cibindən içərisində ağ rəngli kristalşəkkili kütlə olduğu görünən bir ədəd şəffaf sellofan bükümünü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin heroin olduğunu, Xırdalan şəhərində adını ünvanını bilmədiyi şəxsdən 10 manata alaraq, şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və başqa əşya, maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin büküm zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalanaraq möhürlənmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 32-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki güc və ya psixi təsir olmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu X2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci PB-nin sahə inspektoru, polis leytenantı Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında onun ifşa olunması istiqamətində ondan və Suraxanı RPİnin 32-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 16 yanvar 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 20:25 radəsində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X10, 10-cu döngədə xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsin həqiqətən də, Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra, ona narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanılmasında və daşımasında şübhəli olduğunu, üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib, birlikdə Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nə getməli olduğunu demişlər. Polis Bölməsinə getdikdən sonra Rəsulov X6 RPİ-nin 32-ci PB-nin təhqiqatçı, polis kapitanı X5 tərəfindən xidməti otaqda şübhəli şəxs qismində tutulmaqla, hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə- maddə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd “İphone 5S” markalı mobil telefonu və sağ yan cibindən içərisində qəhvəyi rəngli kütlə olduğu görünən bir ədəd şəffaf sellofan bükümünü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu, Abşeron rayonu, Xırdalan şəhərində adını ünvanını bilmədiyi şəxsdən 10 manata alaraq, şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və başqa əşya, maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin büküm zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalanaraq möhürlənmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 32-ci PB- də olduğu zaman ona qarşı hər hansı bir fiziki güc və ya psixi təsir olmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 15 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş elməklə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olduğu halda təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd “Nokia” markalı mobil telefonu və sol yan cibindən içərisində ağ rəngli kristalşəkkili kütlə olduğu görünən bir ədəd şəffaf sellofan bükümünü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin heroin olduğunu, Xırdalan şəhərində adını ünvanını bilmədiyi şəxsdən 10 manata alaraq, şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və başqa əşya, maddə aşkar edilməmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 16 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş elməklə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olduğu halda təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd “İphone 5S” markalı mobil telefonu və sağ yan cibindən içərisində qəhvəyi rəngli kütlə olduğu görünən bir ədəd şəffaf sellofan bükümünü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu, Abşeron rayonu, Xırdalan şəhərində adını ünvanını bilmədiyi şəxsdən 10 manata alaraq, şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və başqa əşya, maddə aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 6/6574 saylı 16 noyabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 196” möhür əksi...” “şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs.. “ sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,411 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindi. Təmiz çəkisi 0,411 olan heroinin 0,05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0,361 qram təşkil etmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 6/273 saylı 17 yanvar 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 1956 möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən .. “sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,021 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təmiz çəkisi 1,021 olan heroinin 0,05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0,971 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 21 noyabr 2022-ci il tarixli protokoldan, habelə iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində qanunsuz olaraq əldə edilməklə saxlanması, daşınması qadağan olunmuş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd “İphone” markalı mobil telefonu, sol yan cibindən içərisində ağ rəngli kristalşəkilli kütlə olduğu görünən şəffaf sellofana bükülmüş bir bükümü çıxarıb masanın üstünə qoyaraq təqdim etməsi, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində olan kütlənin psixotrop maddə-metamfetamin olduğunu, həmin metamfetamini Xırdalan şəhərində adını ünvanını bilmədiyi şəxsdən 10 manata özünün istifadəsi üçün əldə etdiyini bildirməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın davam etdirilməsi və başqa əşya, maddə aşkar edilməməsi, aşkar edilmiş həmin bir ədəd bükümün zərfə qoyularaq qablaşdırılması, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalanaraq möhürlənməsi, PB-nə gətirilərkən və PB-də olarkən ona qarşı hər hansi bir zorakkılığm olmasını bildirməsi müəyyən olunur. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 23 yanvar 2023-cü il tarixli protokoldan, habelə iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən 16 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində qanunsuz olaraq əldə edilməklə saxlanması, daşınması qadağan olunmuş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd “İphone 5s” markalı mobil telefonu, sol yan cibindən içərisində qəhvəyi rəngli kütlə olduğu görünən şəffaf sellofana bükülmüş bir bükümü çıxarıb masanın üstünə qoyaraq təqdim etməsi, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində olan kütləninnarkotik vasitə heroin olduğunu, həmin heroini Xırdalan şəhərində adını ünvanını bilmədiyi şəxsdən 10 manata özünün istifadəsi üçün əldə etdiyini bildirməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın davam etdirilməsi və başqa əşya, maddə aşkar edilməməsi, aşkar edilmiş həmin bir ədəd bükümün zərfə qoyularaq qablaşdırılması, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalanaraq möhürlənməsi, PB-nə gətirilərkən və PB-də olarkən ona qarşı hər hansi bir zorakkılığm olmasını bildirməsi müəyyən olunur. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin tərəfindən verilmiş 400 saylı xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimyatorlarm qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 noyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Polis Bölməsinə gətirildikdən sonra orada polis işçiləri tərəfindən döyüldüyünə görə polis əməkdaşlarının təqdim etdiyi 01 ədəd bükümdə narkotik vasitə - heroinin ona məxsus olması barədə etirafedici izahat verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İş materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bundan başqa 16 yanvar 2023-ci il tarixdə səhər saatlarında Abşeron rayonunda Xırdalan şəhərində adını bilmədiyi şəxsdən 10 manata 01 ədəd büküm narkotik vasitə heroini almış və sonra istifadə etməyi üçün üzərində saxlamışdır. 16 yanvar 2023-ci il tarixdə saat 19.40 radəsində Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, yaşadığı evin yaxılığmda olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində şəxsi axtarış aparılması üçün onlarla birlikdə yaxınlıqda olan 32-ci PB-nə getməli olduğunu demişlər. 32-ci PB-də təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq, hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra onu PB-nə aparan polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Əvvəlcə ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya və maddə-vasitə olubolmaması, olduğu təqdirdə təqdim etməyi təklif edilmişdir. O da əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində qəhvəyi rəngli kütlə olduğu görünən bir ədəd şəffaf sellofan bükümünü, sol yan cibindən bir ədəd “İphone” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində olan kütlənin nə olması, hardan, nə vaxt, nə məqsədlə, hansı yolla əldə etdiyi soruşulduqda, o, həmin kütlənin narkotik vasitə-heroin olduğunu, xx.xx.2023-cü il tarixdə Xırdalan şəhərində adını, ünvanını bilmədiyi şəxsdən özünün istifadəsi üçün alaraq, üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılsa da başqa hər hansı bir əşya, maddə aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş həmin büküm bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşalrı tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilərkən və PB-də olan zaman ona qarşı heç bir fiziki təziq və zorakılıq göstərilməmişdir. Bundan başqa yuxarıda qeyd olunanlar məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman video çəkiliş aparılaraq 01 ədəd “DVD” diskdə köçürülmüş video görüntüdən də öz təsdiqini tapır. Məhkəmə habelə Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən döyülməsi və məhz bunun nəticəsində polis işçilərinin ona verdiyi narkotik vasitənin özününki kimi təqdim edərək, etirafedici izahat verməsi barədə müdafiəçisinə xəbər vermək, həmçinin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə vəsatətə baxan prokurora şikayət etmək imkanı olduğu halda, bunları etməməsini nəzərə alaraq Təqsirləndirilən şəxs ifadəsini inandırıcı hesab etmir. Azərbaycan Respublikasının 28 iyun 2017 noyabr-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin və mettamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2017 noyabr-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğunun olmamasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Cinayəti təkrar törətməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 15 noyabr 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması və qətimkan tədbirinin seçilməsi haqqında 17 noyabr 2022ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilməsi qərara alınaraq həmin qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və bundan sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Həmçinin iş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 16 yanvar 2023cü il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması və qətimkan tədbirinin seçilməsi haqqında 18 yanvar 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 yanvar 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilməsi qərara alınaraq həmin qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və bundan sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 15 noyabr 2022-ci il tarixdən 17 noyabr 2022-ci il tarixədək və 16 yanvar 2023-cü il tarixdən 18 yanvar 2023-cü il tarixədək sübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkiləri 0,971 qram olan narkotik vasitə - heroin və 0,361 qram olan psixotrop maddə - metamfetamin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçin dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 04 (dörd) iş saatı üçün 24 (iyirmi dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 15 noyabr 2022-ci il tarixdən 17 noyabr 2022-ci il tarixədək və 16 yanvar 2023-cü il tarixdən 18 yanvar 2023-cü il tarixədək sübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu 21 iyun 2023-cü il tarixdən, saat 12:05-dən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş xalis çəkiləri 0,971 qram olan narkotik vasitə - heroin və 0,361 qram olan psixotrop maddə - metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 04 (dörd) iş saatı üçün 24 (iyirmi dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 817 noyabr692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar