Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-47/2024 01.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsi, Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmə iclas katibi Qocazadə Aysel Məzayim qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin tərcüməçisi X4 Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-75/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,423 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşımış, 24 dekabr 2022-ci il tarixdə saat 13:20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsi «Elit» kafesinin yaxınlığında özünü şübhəli apardığı üçün X14 Alayının 7-ci Patrul Bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilib, xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,423 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü onlar 3 nəfər olublar, gecə saat 02:30 radələrində Çingiz, o və Emil. 24 dekabr 2022-ci ildə onun üstündə narkotik maddə olmamışdır. O, narkotik vasitə istifadə etdiyini bildirmiş, lakin həmin günü narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Həmin günü polis əməkdaşları ondan başqa Çingiz və Emili gecə vaxtı bir yerdə tutmuşlar. Onlar üçü də gecə saat 03:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Şir heykəlinin yaxınlığında dəmir banka yığmağa gedən zaman polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşlarından biri demişdir ki, tapdı, əlində nə isə gətirmişdir. Polis əməkdaşları yerdən tapdıqları bükümü 3 yərə bölərək onlara veriblər. Lakin üstlərini yoxlayanda heç nə tapmamışlar. Onlar mübahisə etmişlər. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsində polis əməkdaşları onu döyərək bədənin müxtəlif yerlərinə vurduğundan o, etiraf etmişdir. Lakin polis əməkdaşları tərəfindən ona problem olmasın deyə heç yerə şikayət etməmişdir. Tutulan zaman üzəridə heç bir narkotik vasitə olmadığını və onları zorla Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci PB-nə apardıqlarını eyni zamanda işgəncə və təzyiqə məruz qaldığını bildirmişdir. Göstərilən halları nəzərə alaraq barəsində bəraət hökmünün qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq saxlanıldığı gün narkotik vasitə istifadə etmədiyini, müqavimət göstərmədiyini, döyüldüyünü, gecə saat 02:30 radələrində, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşlidə dekabrın 23-dən 24-nə keçən gecə saat 02:30 radələrində 3 nəfər bir yerdə tutulduğunu, üzərində mobil telefon olduğunu, tanışları Ağayev Çingiz və Allahverdov Emil ilə birlikdə saxlanıldığını və axrıncı dəfə 3-4 ay qabaq narkotik vasitə istifadə etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin X14 Alayının 7-ci patrul bölüyünün polis nəfəri Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır və onunla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. 24 dekabr 2022-ci il tarixdə saat 13:20 radələrində X14 Alayının 7-ci Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid1 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsində xidmətdə olarkən, «Elit kafesi»nin yaxınlığında sonradan adı məlum olan Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşıb, həmin zaman özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib və sorğu zamanı onun Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Təqsirləndirilən şəxs verilən suallara qeyri-səmimi cavablar verərək özünü şübhəli apardığından və yanlarından yayınıb getmək istədiyini görüb onun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olmasından şübhələnib onu Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-də Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirdi, bundan sonra qeyd olunan bölmədə xidməti otaqda təhqiqatçı tərəfindən ona hüquqları izah edildikdən sonra tərcüməçi və dövlət hesabına müdafiəçi təyin edildi. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulub hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirildi, şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs müdafiəçisinin və tərcüməçisinin şəxsi axtarış zamanı iştirak etməsindən imtina etməsi barədə ərizə ilə müraciət etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər-hansı qanunsuz əşya olub-olmamasını soruşduqda o, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən içərisində qəhvəyi rəngli, toz halında maddə olan bir ədəd sellofan bükümü təqdim etdi və həmin maddənin narkotik vasitə olan heroin olduğunu, tanımadığı şəxsdən əldə etdiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ arxa cibindən bir ədəd qara rəngli pul kisəsi və gödəkcəsinin sol iç yan cibindən bir ədəd qara rəngli «Samsung» markalı mobil telefon aşkar olundu. Aşkar edilmiş sellofan büküm zərfə qablaşdırılaraq götürüldü, bundan başqa Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmadı və götürülmədi. Bu barədə tərtib edilmiş protokolla tanış olduqdan sonra imzalarla təsdiq edildi. 06 iyun 2023-cü il tarixdə məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin X14 Alayının 7-ci patrul bölüyünün polis nəfəri Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımadığını və onunla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. O, öz fikirlərini raportda qeyd elədiyini, bölməyə onu onların gətirdiyini gecə saat 02-yə 15-20 dəqiqə işləmiş «Elit kafesi»nin yaxınlığında vətəndaşın özünü şübhəli apardığın görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər, o yayınmağa çalışırdı və onu saxladıq. Sonucu cibində nəsə gizlətməyə çalışırdı, şübhəli göründüyü üçün onu bölməyə apardıqlarını qeyd etdi. İbtidai istintaq zamanı Azərbaycan Respublikası DİN-nin X14 Alayının 7-ci patrul bölüyünün polis nəfəri Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır və onunla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. 24 dekabr 2022-ci il tarixdə saat 13:20 radələrində X14 Alayının 7-ci Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsində xidmətdə olarkən, «Elit kafesi»nin yaxınlığında sonradan adı məlum olan Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşmışlar, həmin zaman özlərini təqdim edərək polis əməkdaşı olmalarını bildirilmiş və sorğu zamanı onun Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara qeyri-səmimi cavablar verərək özünü şübhəli apardığından və yanlarından yayınıb getmək istəməsini görüb onun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olmasından şübhələnib onu Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-də Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş, bundan sonra qeyd olunan bölmədə xidməti otaqda təhqiqatçı tərəfindən ona hüquqları izah edildikdən sonra tərcüməçi və dövlət hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulub hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs müdafiəçisinin və tərcüməçisinin şəxsi axtarış zamanı iştirak etməsindən imtina etməsi barədə ərizə ilə müraciət etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər-hansı qanunsuz əşya olub-olmamasını soruşduqda o, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən içərisində qəhvəyi rəngli, toz halında maddə olan bir ədəd sellofan bükümü təqdim etmiş və həmin maddənin narkotik vasitə olan heroin olduğunu, tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ arxa cibindən bir ədəd qara rəngli pul kisəsi və gödəkcəsinin sol iç yan cibindən bir ədəd qara rəngli "Samsung" markalı mobil telefon aşkar olunmuşdur. Aşkar edilmiş sellofan büküm zərfə qablaşdırılaraq götürülmüş, başqa Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Bu barədə tərtib edilmiş protokolla tanış olduqdan sonra imzalarla təsdiq edilmişdir. 12 iyul 2023-cü il tarixdə məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin X14 Alayının 7-ci patrul bölüyünün polis nəfəri Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır və onunla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. İnzibati ərazidə xidmətdə olarkən tarix və saatın dəqiq yadında olmadığını, «Elit» restoranının yaxınlığından keçən zaman «prius» markalı taksinin Şirin kuruqundan bir az aşağıda sağda dayandığını görüb, həmin maşına yaxınlaşıblar, həmin maşına yaxınlaşan zaman taksi sürücüsü ilə bir yerdə onlar 4 nəfər olublar. Birinin vəziyyəti yaxşı deyildi qabaqda oturmuşdu, biri arxada biri isə yerdə idi. Onlardan soruşanda nə edirsiz burda onlar bildirdilər ki, taksi gözləyirdilər, taksi çağırıblar gedirlər. Həmin vaxtı yerə baxanda yerdə büküm tapıb onları şübhəli şəxs qismində Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-də aparmışlar. Bölməyə aparan zaman həmin bükümün onlara aid olmadığını desələrdə, onları maşına mindirən zaman onlar rüşvət təklif elədilər və biri bildirdi ki, mən malyar işləyirəm səhər işə getməliyəm. Tabesizlik göstərdilər götürüb bölməyə aparıblar. Bölmədə çəkliş zamanı bildirdi ki, həmin büküm ona məxsusdur. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs tanıdığını, onunla eyni məhlədə yaşadığını, həmin gecə saat 3-də tutulduqlarını, Çingiz və Dolya ilə banka yığmağa çıxdıqlarını, eyni zamanda üzərlərində narkotik vasitə olmadığını bildirmişdir. Dövlət ittihamçısının vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçısı, polis kapitanı X2 verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs əvvələr tanımadığını, tutulduğu müddətdə tanıdığını, həmin günü saat 09:00-dan növbədə olduğunu, Təqsirləndirilən şəxs izahatını şəxsən özü aldığını və onun tutmasının saat 14:55 olduğunu, Təqsirləndirilən şəxs tutulması ilə bağlı sənədləşmənin 24 dekabr saat 14:55 radələrində apardığnı bildirmişdir. Dövlət ittihamçısının vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" MMC-nin nümayəndəsi X10 verilmiş suallara cavab olaraq bildirmişdir ki, smartfon tipli telefonlarda anten ötürücü 3-4 G-lər ***-**** metr məsafədən, 2G texnologiyalı zəng istifadəsi zamanı bu əhalinin yerləşməsi, fiziki coğrafi yerləşməyə görə 4-5 km-ə qədər məsafədən, ümumi olaraq 80-90%-ə yaxın hallarda 1 km məsafədən məlumatları götürür, yaşayış, abunəçilərin sayından asılı olaraq bu rəqəm dəyişə bilər. Təqsirləndirilən şəxsin saxlanıldığı anten məlumatlı göstəricidə son məlumat GPRS kimi Xətai rayonu, Xocalı küçəsi 33 Suraxanı kimi qeyd olunmasının səbəbi odur ki, ora ərazi olaraq rəsmi qeydiyyatda Xətai rayonu ərazisidir. Baza stansiyası Xətai rayonu, Xocalı küçəsi 33-də yerləşir, sadəcə Suraxanı rayonu ilə sərhəd olduğuna görə Suraxanı istiqaməti tutduğu üçün elə bir əlavə göstərici yazılıb. Əhatə dairəsi «Samir» petrolun 1-2 km ətrafında olub. Anten məlumatlarına əsasən təqsirləndirilən şəxs «Samir» petrol deyilən yanacaq doldurma məntəqəsinin 1-2 km yaxınlığında olub. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, «Elit» kafesinin yaxınlığında anten ötürücü qurğunun olub-olmamasını hazırda deyə bilmədiyini qeyd etmişdir. Cinayət işinin materiallarında olan 24 dekabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, sözügedən protokol 24 dekabr 2022-ci il tarixli tarixdə, saat 14:55-də tərtib olunmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 24 dekabr 2022-ci il tarixdə saat 13:20-dən tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon prokurorunun 26 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin materiallarında olan 26 dekabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan 11 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri dəyişdirilərək «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci Polis Böməsinin xidməti iş otaqlarının birində qeydə alınmış və görüntülərdə Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci Polis Böməsinin təhqiqatçısı, X2, Əlahiddə ÇPA-nın 7-ci patrul bölüyünün polis nəfəri polis serjantı Şahid1, Əlahiddə ÇPA-nın 7-ci patrul bölüyünün polis nəfəri polis serjantı Şahid2 və şübhəli şəxs kimi saxlanılmış Təqsirləndirilən şəxs vardır. Görüntülərə əsasən Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd ağ rəngli şəffaf selofana bükülmüş bükümü təqdim etdi və ondan təqdim etdiyi 01 ədəd bükümün içərisində nə olması soruşulduqda həmin bükümün içərisində narkotik vasitə kakosdur (heroin) kimi tanıdığı narkotik vasitə olduğunu üzərində daşıdığını bildirməsi, həmin büküm qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilməsi və onun üzərindən qara rəngli cins şalvarının sağ arxa cibindən 01 ədəd qara rəngli pul kisəsi və qara rəngli gödəkçənin sol iç yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefon aşkar edilməsi müəyyən olundu. Həmin 01 ədəd qara rəngli pul kisəsi və 01 ədəd «Samsung» markalı mobil telefon qablaşdırılaraq üzəri imzalarla təsdiq olundu. Çəkliş zamanı müdafiəçi və tərcüməçi olmamışdır. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/7154 saylı 24 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №196” dairəvi möhür əksi və “...Şübhəli şəxs-Təqsirləndirilən şəxs-imza, iştirakçılar-iki imza; Təhqiqatçı: Əsgər Bayraməliyev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi-1,423 qram olan qəhvəyi rəngli toz şəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixdli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat müəyyən edilmişdir. Cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın verdiyi 165 saylı 13 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 23 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Bakı şəhəri Suraxanı Rayon Prokurorluğuna göndərilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 17 yanvar 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək, 01 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 iyun 2022-ci ildə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 26 gün hissəsi şərti olaraq vaxtından əvvəl azad edilmiş, 12 avqust 2022-ci ildə cəza müddəti başa çatmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-472/2021 nömrəli, 21 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək «01» (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-75/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək «01» (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi şifahi vəsatəti əsasında Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-429/2023 saylı, 25 iyul 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-**, Şahid1 istifadə etdiyi ***-***-**-**, Şahid2 istifadə etdiyi ***-***-**-** nömrələrin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hansı anten üzrə əhatə dairələri barədə məlumatların "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş CD diskdə olan məlumatlardan görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun əhatə dairəsi 24 dekabr 2022-ci il tarixdə aşağıdakı kimi olmuşdur: tarix 24 dekabr 2022-ci il saat 11:04 Günəşli, Şadlinski küçəsi, Qaraçuxur, saat 11:11 Günəşli, Şadlinski küçəsi, Qaraçuxur, saat 11:14 Günəşli, Şadlinski küçəsi, Qaraçuxur, saat 11:15 Günəşli, Şadlinski küçəsi, Qaraçuxur, saat 11:16 Günəşli, Şadlinski küçəsi, Qaraçuxur, saat 11:30 Günəşli, Şadlinski küçəsi, Qaraçuxur, saat 21:39 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, kanal üstü, saat 23:29 Binə qəsəbəsi; İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş CD diskdə olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonun əhatə dairəsi 24 dekabr 2022-ci il tarixdə aşağıdakı kimi olmuşdur: tarix 24 dekabr 2022-ci il saat 00:15:48 «Khile Kafe» Sabunçu rayonu, ünvan 4 ünvanında 36 3 saylı binanın damı Sabunçu; saat 00:18:56 «Khile Kafe» Sabunçu rayonu, ünvan 4 ünvanında 36 3 saylı binanın damı Sabunçu; saat 00:33:49 «Khile Kafe» Sabunçu rayonu, ünvan 4 ünvanında 36 3 saylı binanın damı Sabunçu; saat 01:04:03 «Khile Kafe» Sabunçu rayonu, ünvan 4 ünvanında 36 3 saylı binanın damı Sabunçu; saat 02:04:03 «Khile Kafe» Sabunçu rayonu, ünvan 4 ünvanında 36 3 saylı binanın damı Sabunçu; saat 02:34:48 «Khile Kafe» Sabunçu rayonu, ünvan 4 ünvanında 36 3 saylı binanın damı Sabunçu; saat 03:08:40 «Khile Kafe» Sabunçu rayonu, ünvan 4 ünvanında 36 3 saylı binanın damı Sabunçu; saat 03:18:56 «Khile Kafe» Sabunçu rayonu, ünvan 4 ünvanında 36 3 saylı binanın damı Sabunçu; saat 03:56:45 Kristal Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Mehmandarov küç 183 Sabunçu; saat 04:56:45 Sami Petrol Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, SŞİ V Suraxanı: İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş CD diskdə olan məlumatlardan görünür ki, Şahid2 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun əhatə dairəsi 24 dekabr 2022-ci il tarixdə aşağıdakı kimi olmuşdur: tarix 24 dekabr 2022-ci il saat 12:03:03 Ahmedli-HSP Bakı şəhəri, Babək prospekti 11 la, məhəllə 2376 Suraxanı; saat 12:06:05 Sami Petrol Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 337 Suraxanı; saat 12:11:54 Sami Petrol Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 33 Suraxanı; saat 12:12:07 Neftçi Bakı şəhəri, K.İsmayılov küçəsində yerləşən Qaraçuxur stadionu Suraxanı; saat 12:27:49 BAR_BAR Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli AB massivi, 139 saylı binanın yanında Suraxanı; saat 13:00:28 Neftçi Bakı şəhəri, K.İsmayılov küçəsində yerləşən Qaraçuxur stadionu Suraxanı; saat 13:01:14 Neftçi Bakı şəhəri, K.İsmayılov küçəsində yerləşən Qaraçuxur stadionu Suraxanı; saat 13:03:37 Neftçi Bakı şəhəri, K.İsmayılov küçəsində yerləşən Qaraçuxur stadionu Suraxanı; saat 13:05:26 Neftçi Bakı şəhəri, K.İsmayılov küçəsində yerləşən Qaraçuxur stadionu Suraxanı; saat 13:06:14 Neftçi Bakı şəhəri, K. İsmayılov küçəsində yerləşən Qaraçuxur stadionu Suraxanı; saat 13:07:03 Neftçi Bakı şəhəri, K.İsmayılov küçəsində yerləşən Qaraçuxur stadionu Suraxanı; saat 13:08:08 Neftçi Bakı şəhəri, K.İsmayılov küçəsində yerləşən Qaraçuxur stadionu Suraxanı; saat 13:14:59 Neftçi Bakı şəhəri, K.İsmayılov küçəsində yerləşən Qaraçuxur stadionu Suraxanı, saat 13:43:16 Neftçi Bakı şəhəri, K.İsmayılov küçəsində yerləşən Qaraçuxur stadionu Suraxanı; saat 13:58:58 GARAJ_29 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, D Massivi, 29 nömrəli qarajın Mərkəzi küçəsi 31, Hybrid servis yaxınlığı Suraxanı; saat 13:59:2 GARAJ_29 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, D Massivi, 29 nömrəli qarajın Mərkəzi küçə 31, Hybrid servis yaxınlığı Suraxanı; saat 14:01:07 GARAJ_29 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, D Massivi, 29 nömrəli qarajın Mərkəzi küçə 31, Hybrid servis yaxınlığı Suraxanı; saat 14:02:49 GARAJ_29 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, D Massivi, 29 nömrəli qarajın da Mərkəzi küçə 31, Hybrid servis yaxınlığı Suraxanı; saat 14:02:57 GARAJ_29 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, D Massivi, 29 nömrəli qarajında Mərkəzi küçə 31, Hybrid servis yaxınlığı Suraxanı; saat 14:03:54 GARAJ_29 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, D Massivi, 29 nömrəli qarajında Mərkəzi küçə 31, Hybrid servis yaxınlığı Suraxanı; saat 14:04:27 GARAJ_29 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, D Massivi, 29 nömrəli qarajın Mərkəzi küçə 31, Hybrid servis yaxınlığı Suraxanı; saat 14:12:01 GARAJ_29 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, D Massivi, 29 nömrəli qarajın Mərkəzi küçə 31, Hybrid servis yaxınlığı Suraxanı; saat 14:12:38 GARAJ_29 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, D Massivi, 29 nömrəli qarajın Mərkəzi küçə 31, Hybrid servis yaxınlığı Suraxanı; saat 14:12:45 GARAJ_29 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, D Massivi, 29 nömrəli qarajın Mərkəzi küçə 31, Hybrid servis yaxınlığı Suraxanı; saat 14:19:39 GARAJ_29 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, D Massivi, 29 nömrəli qarajın Mərkəzi küçə 31, Hybrid servis yaxınlığı Suraxanı saat 14:25:58 GARAJ_29 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, D Massivi, 29 nömrəli qarajın Mərkəzi küçə 31, Hybrid servis yaxınlığı Suraxanı; saat 14:56:17 GARAJ_29 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, D Massivi, 29 nömrəli qarajın Mərkəzi küçə 31, Hybrid servis yaxınlığı Suraxanı; saat 15:56:17 Ramana VİA.Sabir str Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozu V Sabunçu; Müdafiə tərəfin vəsatəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X14 Alayı tərəfindən məhkəməyə təqdim edilmiş Alayın 7-ci Patrul bölüyünün dekabr ayı üçün iş qrafiki barədə «Naryadların xidməti kitabı»ndan görünür ki, 23 dekabr 2022-ci ildə polis əməkdaşları Şahid2 və Şahid1 ilə birlikdə saat 21:00-dan saat 09:00-dək xidmət aparmışlar. Müdafiə tərəfin vəsatəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X14 Alayı tərəfindən məhkəməyə təqdim edilmiş Alayın 7-ci Patrul bölüyünün dekabr ayı üçün iş qrafiki barədə «Naryadların xidməti kitabı»ndan görünür ki, 24 dekabr 2022-ci ildə polis əməkdaşı Şahid2 saat 21:00-dan saat 09:00-dək xidmət aparmışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə araşdırma apararaq hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin ifadəsi, polis əməkdaşlarının ziddiyətli ifadələri, şahidlərin ifadələri, təqdim edilmiş video görüntülər "xxxx" MMC və "xxxx" MMC-dən məlumatlar və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X13 götürülmüş iş qrafiki barədə «Naryadların xidməti kitabı», həmçinin cinayət işinin istintaq mərhələsində tərtib edilmiş bəzi prosessual sənədlərin məzmununun təhrif edilməsi, ibtidai istintaq materiallarında olan bəzi sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş şahidlərin ibtidai istintaq dövründə vermiş olduqları ifadələr ilə məhkəmə istintaqı dövründə vermiş olduqları ifadələr arasında ziddiyətlər mövcuddur. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X14 Alayın 7-ci patrul bölüyünün polis nəfəri Şahid2 ibtidai istintaqda ifadəsində 24 dekabr 2022-ci ildə gündüz saat 13:20 radələrində polis əməkdaşı Şahid1 ilə birlikdə xidmət apararkən onu tək tutduğunu, təqsirləndirilən şəxsin təhqiqatçının otağına apardıqlarını, videoçəkilişlə üzərinə baxış keçirildiyini, videoçəkilişdə onun, iş yoldaşı Şahid1 və təhqiqatçının olduğunu, təqsirləndirilən şəxsin tək olduğunu tək gətirməsini, 24 dekabr 2022-ci ildə axşam saat 21.00-dan səhər saat 09.20-ə qədər işlədiyini, təqsirləndirilən şəxs tutulanda gecə növbəsində olduğunu, xidməti otaqda ona tərcüməçi və müdafiəçi təyin edildiyini bildirsə də, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, 24 dekabr 2022-ci ildə polis əməkdaşı Şahid2 gecə saat 21:00-dan saat 09:00-dək xidmət aparmış, Təqsirləndirilən şəxs gündüz 24 dekabr 2022-ci ildə gündüz saat 13:20 radələrində deyil, gecə 24 dekabr 2022-ci ildə saat 02:30 radələrində özündən başqa iki nəfər Çingiz və Emil ilə bir yerdə olmuş, məhkəmə iclasında CD diskə baxış zamanı təqsirləndirilən şəxsin yanında müdafiəçi və tərcüməçi olmadığı müəyyən edilmişdir. Eyni zamanda Şahid2 xidməti maşınlarında 3 nəfər polis əməkdaşı olduğunu bildirmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş CD disk formatında olan məlumatından görünür ki, Şahid2 ümumiyyətlə 24 dekabr 2022-ci ildə gündüz saat 13:20 radələrində ifadəsində qeyd etdiyi kimi Bakı şəhəri, Suraxanı rayon, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsində yerləşən «Elit» kafesinin yaxınlığında deyil başqa ərazilərdə olmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X14 Alayı tərəfindən məhkəməyə təqdim edilmiş Alayın 7-ci Patrul bölüyünün polis nəfəri Şahid2 dekabr ayı üçün iş qrafiki barədə “Naryadların xidməti kitabı”ndan da görünür ki, 23 dekabr 2022-ci ildə polis əməkdaşları Şahid2 və Şahid1 ilə birlikdə gecə saat 21:00-dan səhər saat 09:00-dək xidmət aparmış, 24 dekabr 2022-ci ildə polis əməkdaşı Şahid2 saat gecə 21:00-dan səhər saat 09:00-dək xidmət aparmış, yəni 23 dekabr 2022-ci il tarixində saat 21:00-dan 24 dekabr 2022-ci il tarixində saat 09:00-a kimi işdə olmuş, 24 dekabr 2022-ci il tarixində 09:00-da növbəni təhvil vermişlər. Şahid ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı fərqli ifadələr vermişdir. Belə ki, digər şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X14 Alayın 7-ci patrul bölüyünün polis nəfəri Şahid1 ibtidai istintaqda ifadəsində 24 dekabr 2022-ci ildə gündüz saat 13:20 radələrində birlikdə xidmət apararkən polis əməkdaşı Şahid2 ilə Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün yaxınlaşdıqlarını, onu tək tutduğunu xidməti otaqda ona tərcüməçi və müdafiəçi təyin edildiyini bildirsədə, təqsirləndirilən şəxsi «Elit» kafesinin yanında saxladıqlarını, təqsirləndirilən şəxs yolun qırağında dayanaraq özünü şübhəli apardığını, təqsirləndirilən şəxsin tək olduğunu bildirsədə, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs gündüz 24 dekabr 2022-ci ildə saat 13:20 radələrində deyil, gecə 24 dekabr 2022-ci ildə saat 02:30 radələrində 3 nəfər şəxslə tutulmuş, məhkəmə iclasında CD diskə baxış zamanı təqsirləndirilən şəxsin yanında müdafiəçi və tərcüməçi olmadığı müəyyən edilmişdir. Eyni zamanda Şahid1 xidməti maşınlarında 3 nəfər polis əməkdaşı olduğunu bildirmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş CD disk formatında olan məlumatından görünür ki, Şahid1 ümumiyyətlə 24 dekabr 2022-ci ildə ifadəsində qeyd etdiyi kimi Bakı şəhəri, Suraxanı rayon, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsində yerləşən «Elit» kafesinin yaxınlığında deyil başqa ərazilərdə olmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X14 Alayı tərəfindən məhkəməyə təqdim edilmiş Alayın 7-ci Patrul bölüyünün polis nəfəri Şahid2 dekabr ayı üçün iş qrafiki barədə “Naryadların xidməti kitabı”ndan da görünür ki, 23 dekabr 2022-ci ildə polis əməkdaşları Şahid2 və Şahid1 ilə birlikdə saat gecə 21:00-dan səhər saat 09:00-dək xidmət aparmış, 24 dekabr 2022-ci ildə polis əməkdaşı Şahid2 saat gecə 21:00-dan səhər saat 09:00-dək xidmət aparmış, yəni 23 dekabr 2022-ci il tarixində saat 21:00-dan 24 dekabr 2022-ci il tarixində saat 09:00-a kimi işdə olmuş, 24 dekabr 2022-ci il tarixində 09:00-da növbəni təhvil vermişlər. Şahid ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı fərqli ifadələr vermişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçısı, polis kapitanı X2 24 dekabr 2022-ci il tarixdə saat 09:00-dan növbədə olduğunu, Təqsirləndirilən şəxs izahatını şəxsən özü aldığını və onun tutmasının gündüz saat 14:55 radələrində olduğunu qeyd etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs son anten məlumatı göstəricisinin (saat 04:56:45 Sami Petrol Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, SŞİ V Suraxanı) olması səbəbi ilə əlaqədar onu qeyd edir ki, məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X10 ifadəsində bildirmişdir ki, ora ərazi olaraq rəsmi qeydiyyatda Xətai rayonu ərazisidir. Baza stansiyası Xətai rayonu, Xocalı küçəsi 33-də yerləşir, sadəcə Suraxanı rayonu ilə sərhəd olduğuna görə Suraxanı istiqaməti tutduğu üçün elə bir əlavə göstərici yazılıb. Həmçinin məhkəmə qeyd edir ki, şahidlər ibtidai istintaq dövründə və məhkəmə istintaqı dövründə fərqli şəkildə ifadələr vermişlər. Belə ki, ifadələrin peşəkar polis əməkdaşı tərəfindən diktə edildiyi görünür. Məhkəmə şahidlərin məhkəmə iclasında verdiyi ifadələri möhtəbər sübut hesab edir. Belə ki, şahidlərin məhkəmə iclasında verdiyi ifadələr məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Konstitusiyasının 61.3-cü maddəsinə əsasən “Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.” “Polis Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən “Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətlərini həyata keçirən polis əməkdaşı tutulmadan dərhal sonra şəxsə tutulmanın səbəbini, şübhənin mahiyyətini bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını ona aydın olan dildə izah etməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 19.1-ci maddəsinə əsasən “Cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 19.4.1-ci maddəsinə əsasən “Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüquqlarını təmin etməlidir.” Bundan başqa məhkəmə iclasında təqsirləndirilən şəxs və müdafiə tərəfin vəsatəti əsasında dindirilmiş şahid X6 hadisə günü, yəni 24 dekabr 2022-ci ildə gecə vaxtı Təqsirləndirilən şəxs ilə bir yedə olduqlarını, 24 dekabr 2022-ci ildə təxminən gecə saat 03:00 radələrində polis əməkdaşları tərəfindən saxlanıldıqlarını və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə gətirdiklərini bildirmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş CD disk formatında olan məlumatında şahidlərin, Bakı şəhəri, Suraxanı rayon, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsində yerləşən «Elit» kafesinin yaxınlığındakı ərazidə olmamaları öz təsdiqini tapmış, şahidlərin iştirakları ilə videoçəkilişdə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsi vəkil və tərcüməçi dəvət olunmamışdan öncə, yəni saat 14:45 radələrinə kimi keçirilmişdir və videogörüntü vəkilə tutma protokolundan sonra çəkilmiş kimi təqdim edilmişdir. Halbu ki, sənədlər üzrə təqsirləndirilən şəxsin üzərinə baxış saat 15:10-15:30 aralığı keçirilməsi qeyd edilmişdir. Bu kobud prosessual pozuntu, müdafiə hüququnun pozulması olmaqla, işin ən önəmli sübutu olan şəxsi axtarış baxış protokolunun mötəbərliyini şübhə altına alır. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən müəyyən olunur ki, o, üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin və tərcüməçinin iştirakı olmadan keçilməsini xahiş etmişdir. İş materiallarında olan 24 dekabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı müdafiəçi iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin bir neçə müdafiəçisi ola bilər. Müdafiəçinin iştirakı məcburi olan prosessual hərəkətlər aparılarkən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçilərindən hər hansının iştirak etməməsi bu hərəkətlərin qanunsuz hesab edilməsinə əsas ola bilməz. Həmin məcəllənin 92.3.4-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs cinayət mühakimə icraatının aparıldığı dili bilmədikdə; Həmçinin təqsirləndirilən şəxsin üzərinə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində baxış keçirilərkən təcüməçi X3 iştirak etdiyi qeyd olunsa da, məhkəmə iclası zamanı diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, tərcüməçi X7 təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən iştirak etməmişdir. Bununla da təqsirləndirilən şəxsin tərcüməçidən istifadə etmək hüququ pozulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26.2.2-ci maddəsinə əsasən dili bilməyən proses iştirakçısının tərcüməçiyə malik olmaq hüququ təmin edildiyi qaydada Azərbaycan dilinin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxsin də həmin əlifbada tərtib olunmuş sənədləri oxuyan mütəxəssisin köməyindən istifadə etmək hüququ təmin edilməlidir, bunun olmaması isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26-cı maddəsinin tələbinin pozulması hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.1-ci, 125.1-ci və 125.2.7-ci maddələrinə əsasən cinayət prosesində şahidlərin ifadələri sübut kimi qəbul olunur, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokol iş üzrə ittihamın sübut edilməsində mötəbər sübut kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı bir sıra prosessual sənədlər qanunvericiliyin tələblərinin pozulması şəraitində məzmunları təhrif edilməklə tərtib edildiyindən, həmçinin iş üzrə aradan qaldırılması mümkün olmayan yuxarıda qeyd edilən ziddiyyətli halların qanunvericiliyin tələblərinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olması səbəbindən məhkəmə hesab edir ki, aşağıda qeyd edilən sənədlər iş üzrə ittihamın sübut edilməsində sübut kimi qiymətləndirilə və mötəbər hesab edilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokolda və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafi neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audioyazılarda, fonoqrammalarda, video və kinoçəkiliş lentlərində, planlarında, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olumalıdır. Həmin Məcəllənin 51.5-ci maddəsinə məhkəmə icraatı halları istisna edilməklə, prosessual hərəkətin aparılması haqqında protokol onu tərtib etmiş şəxs tərəfindən imzalanır. Bundan sonra protokol prosessual hərəkətin aparılmasında iştirak etmiş bütün şəxslərə oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur. Əgər bu şəxslərdən hər hansı biri fiziki pozuntular və sair səbəblər üzündən protokolu şəxsən imzalamaq imkanından məhrumdursa, onun əvəzinə protokolu müdafiəçisi, qanuni nümayəndəsi və ya nümayəndəsi imzalayır. Prosessual hərəkətin aparılmasında iştirak etmiş şəxs protokolu imzalamaqdan imtina edirsə, bu barədə protokolda müvafiq qeyd aparılır. Qanunun mənasına görə, istintaq hərəkətinin aparılması haqqında protokol tərtib edilərkən həmin istintaq hərəkətinin növü protokolun adında, aparılması qaydası və ardıcıllığı, istintaq hərəkətinin aparılmasında iştirak edən şəxslər haqqında məlumat isə protokolun təsviri hissəsində əks olunmalıdır. Təsviri hissəsində istintaq hərəkəti zamanı müəyyən edilmiş hallar tam və obyektiv qeyd edilməklə iştirakçıların protokola dair iradə ifadələrini sərbəst ifadə etmələrinə şərait yaradılmalıdır. Məhkəmə hesab edir ki, şahidlərin təqsirləndirilən şəxsin üstündə narkotik vasitənin aşkarlanması barədə ifadələri mənbə kimi 24 dekabr 2022-ci il tarixli baxış keçirilməsi barədə protokola və qanunsuz yolla əldə edilmiş maddi sübuta əsaslandığı, həmin baxış, onun keçirilməsini əks etdirildiyi göstərilən protokol və onun əsasında aşkar edilmiş maddi sübut mötəbər sübutlar kimi qəbul olunmadığı üçün, həmin şahid ifadələri də həqiqilik, mötəbərlik baxımından əsaslı şübhə doğurmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyini sübut edən mötəbər sübutlar kimi qəbul oluna bilməz və qəbul olunmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrə münasibət bildirərək qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Eyni zamanda, məhkəmə istintaqında təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmasını nəzərdə tutmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan əlavə, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan - təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz. İttiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respubllkası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, şəxsin təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxsin təqsirliliyi barədə bütün faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də həmin əsaslı şübhələri Təqsirləndirilən şəxs xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunur. Məhkəmə hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməsini, yəni qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq mirdarda narkotik vasitə əldə edib, özündə saxlamasını təsdiq edən mötəbər, əsaslı şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tədqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs ,yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Beləliklə də məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərində təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də məhkəmə baxışı nəticəsində iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan 1,423 qram kustar üsulla hazırlanmış heroinin Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilməmiş, eləcə də ittiham olunduğu cinayətin törədilməsində onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə əsasən məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 75/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs bəraət verildiyi üçün iş üzrə narkotik və psixotrop vasitələrin kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti dövlətə aid edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Suraxanı Rayon Polis İdarəsində saxlanılan cinayət işi üzrə maddi sübut 1,423 qram narkotik vasitə heroinin ekspertiza təqdiqatından sonrakı 1,373 qram qalığı materiala əlavə edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın həmin ittihamlar üzrə sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Bundan əlavə fəaliyyətlərində kobud qanun pozuntularına yol vermiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin təhqiqatçısı X2 və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X9 barələrində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq təqsirləndirilən Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN **********h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031.kod 805692 VÖEN **********) köçürülsün. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilən ittihamlarda təqsirliyi sübuta yetirlimədiyi üçün Təqsirləndirilən şəxs bəraət verilsin. Hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 75/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri nəzərə alınsın. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə olan 1,423 qram heroin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalan 1,373 qram hissəsi həmin araşdırma ilə əlaqədar Bakı şəhər Suraxanı Rayon Polis İdarəsində saxlanılsın. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti dövlətə aid edilsin. İş üzrə mülki iddia yoxdur. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin təhqiqatçısı X2 və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X9 barələrində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar qəbul edilsin. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 50 (əlli) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 300 (üç yüz) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(010)-47/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-47/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver