Məhkəmə qərarları › İş №1(010)-471/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-471/2023

11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-471/2023 11.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X8 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, onların müdafiəçiləri Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, 11 iyul 2023-cü il tarixdə, saat 10:45-də, Bakı şəhərində, xx xxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 nəfər azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 28 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 mart 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri xx xxxxx 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 nəfər azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, X22 Massivi nömrəsiz evdə yaşayan, 28 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 mart 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri xx xxx 2003-cü ildə Bakı şəhəri anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 28 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 mart 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Allahverdi Eyvaz oğlu və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək etibarnamə əsasında etdiyi “Toyota Pirus” markalı, **- CA-*** dövlət nömrə nişanlı avtomaşınla xx.xx.2023-cü il tarixdə saat 02:42 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Dədə X11 yerləşən “Ballı” marketin qarşısına gəlmış, əvvəlcədən razılaşdıqları kimi qrupun üzvü Təqsirləndirilən şəxs3 avtomobilin sükanı arxasına keçmiş, o özü Təqsirləndirilən şəxs2lə birlikdə qara rəngli tibbi maska geyinərək marketin foyesinin şüşə materialdan olan qapısını özləri ilə gətirdikləri avtomobil təkəri üçün nəzərdə tutulmuş dəmir alətlə açıb obyektə qanunsuz olaraq həmin foyedə olan Zərərçəkmiş şəxs MMC-yə məxsus içərisində 5926 manat olan 1921 manat dəyərində 4625 nömrəli "xxxx" ödəmə terminalını gizli talayıb həmin “Toyota Pirus” markalı avtomobilin yük yerinə qoyub oradan uzaqlaşmaqla zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 7847 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncunun etibarnamə əsasında idarə etdiyi “Toyota Pirus” markalı, **-CA-*** dövlət nömrə nişanlı avtomaşınla xx.xx.2023-cü il tarixdə saat 02:42 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, X4 yerləşən “Ballı” marketin qarşısına gəlmiş, orada əvvəlcədən razılaşdıqları kimi qrupun üzvü Təqsirləndirilən şəxs3 avtomobilin sükanı arxasına keçmiş, o özü Təqsirləndirilən şəxs1la birlikdə qara rəngli tibbi maska geyinərək marketin foyesinin şüşə materialdan olan qapısını özləri ilə gətirdikləri avtomobil təkəri üçün nəzərdə tutulmuş dəmir alətlə açıb obyektə qanunsuz daxil olaraq həmin foyedə olan Zərərçəkmiş şəxs MMC-yə məxsus içərisində 5926 manat pul olan 1921 manat dəyərində 4625 nömrəli "xxxx" ödəmə terminalını gizli olaraq ta ayıb həmin “Toyota Pirus” markalı avtomobilin yük yerinə qoyub oradan uzaqlaşmaqla zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 7847 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncunun etibarnamə əsasında idarə etdiyi “Toyota Pirus” markalı, **-CA-*** dövlət nömrə nişanlı avtomaşınla xx.xx.2023-cü il tarixdə saat 02:42 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, X4 yerləşən “Ballı” marketin qarşısına gəlmiş, orada əvvəlcədən razılaşdıqları kimi o özü avtomobilin sükanı arxasına keçmiş, qrupun digər üzvləri Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə qara rəngli tibbi maska geyinərək marketin foyesinin şüşə materialdan olan qapısını özləri ilə gətirdikləri avtomobil təkəri üçün nəzərdə tutulmuş dəmir alətlə açıb obyektə qanunsuz daxil olaraq həmin foyedə olan Zərərçəkmiş şəxs MMC-yə məxsus içərisində 5926 manat pul olan 1921 manat dəyərində 4625 nömrəli "xxxx" ödəmə terminalını gizli olaraq talayıb həmin “Toyota Pirus” markalı avtomobilin yük yerinə qoyub oradan uzaqlaşmaqla zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 7847 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, ailəlidir, 3 övladı var, rəsmi olaraq heç bir yerdə işləmir, lakin özünə məxsus “Toyota-Pirus” markalı, **-CA-*** dövlət nömrə nişanlı avtomaşınla taksi kimi fəaliyyət göstərərək maddi tələbatlarını ödəyir. Qeyd etmişdir ki, maddi cəhətdən sıxıntıları olmuşdur. Belə ki, onun çoxlu borcu vardır, lakin həmin borcları ödəyəcək pulu olmamış, lakin haradan pul əldə edəcəyini də bilmirmiş. Taksi fəaliyyəti ilə işləyərək həmin borcları ödəmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs2 təxminən 6-7 ildir ki, tanıyır, onunla yaxın tanışlıq əlaqəsi vardır. Eləcə də Təqsirləndirilən şəxs3 onun yaşadığı küçədə, yaşadığı evdən 4 ev aralıda yaşayırlar. Sərxanla da çox yaxın tanışlıq əlaqəsi vardır. 25 fevral 2023-cü il tarixdə saat 20 radələrində tanışı və eyni küçədə yaşadığı qonşusu Sərxanla görüşmüş. Sərxana bildirmişdir ki, maddi cəhətdən sıxıntıları var, borclarını necə ödəyəcəyini bilməmişdir. Həmçinin Sərxan da ona bildirmişdir ki, onun da maddi cəhətdən sıxıntıları vardır. Bundan sonra o, yaxın tanışı Allahverdiyə zəng vurub onunla kef əhval tutmuş, Allahverdi ilə telefonda danışandan sonra onun da darıxdığını hiss edib ona bildirmişdir ki, yaşadığı ünvana gəlir, Allahverdi də onun fikri ilə razılaşmışdır. Bundan sonra o, Allahverdinin yaşadığı ünvana gedib onunla görüşmüş, daha sonra onlar üçü onun idarə etdiyi “Toyota-Pirus” markalı, **-CA-*** dövlət nömrə nişanlı avtomaşınla Suraxanı rayonu, Əmircan qəsəbəsinə gəlmişlər. Əmircan qəsəbəsində 10-cu dairə adlanan yerin yaxınlığında “Halal Süfrə” adlı restoranda oturub çay sifariş vermişlər. Orada hamısı maddi cəhətdən sıxıntıda olduqlarını bir birilərinə demişlər. O, Allahverdi ilə Sərxana bildirmişdir ki, oğurluq edib, maddi çətinlikdən çıxaq. Tanışları Allahverdi və Sərxan onun təklifi ilə razılaşmışlar. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 01 radələrində onlar birlikdə “Halal Süfrə” adlı restorandan çıxıb onun idarə etdiyi avtomaşına əyləşib Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışlar. Artıq saat 02 radələri olmuşdur. Suraxanı rayonu, Dədə-Qorqud yaşayış massivinə çatan zaman yolun kənarında Ballı marketi görmüşlər. Həmin vaxt marketin bağlı olduğunu və qarşısındakı foyedə ödəmə terminalı olduğunu görüb avtomaşını saxlamışlar Avtomaşında razılaşmışdırlar ki, Sərxan sükan arxasında əyləşsin, onunla Allahverdi marketin foyesinə daxil olub oradakı ödəmə terminalından birini götürüb avtomaşına qoyaraq hadisə yerindən uzaqlaşsınlar. Onun təklifi ilə tanışları razılaşmış və Allahverdi onunla avtomaşından yerə düşmüşlər. Sərxan isə avtomaşının sükanı arxasına keçib onları gözləmişdir. Qeyd olunun avtomaşından aşağı düşən zaman avtomaşında olan tibbi maskadan 02 ədədini götürmüşdür ki, kameraya düşsələr onları tanımasınlar. O, avtomaşının yük yerindən təkər üçün nəzərdə tutulmuş dəmir aləti götürüb marketin şüşədən olan qapısını açıb foyeyə daxil olmuşdur. Orada iki ədəd ödəmə terminalı olmuşdur. Orada olan "xxxx" ödəmə terminalı ölçüsünə görə onun avtomaşınına yerləşdiyi üçün "xxxx" ödəmə terminalını yerindən götürüb avtomaşının yük yerinə qoymuşlar. Bundan sonra onunla Allahverdi avtomaşına əyləşmiş, Sərxan isə avtomaşını sürüb oradan uzaqlaşmışdır. Suraxanı rayonu, Əmircan qəsəbəsində boş çöllük qamışlıq olan ərazidə avtomaşını saxlamışlar. Oradan eManat ödəmə terminalını yerə qoyub dəmir parçası ilə terminalın arxa qıfılını sındırmış və terminalda olan pulları əldə etmişlər. Həmin pulları birlikdə toplayıb saydıqda pulun 5926 manat olduğunu görmüşlər. Həmin pulu üç yerə bölmüşlər. Bundan sonra o, tanışlarını yaşadıqları evə aparmışdır. Oğurluq yolu ilə əldə etdikləri puldan borclarını ödəmişdir. xx.xx.2023-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları onu yaxınlaşıb Ballı marketdən ödəmə terminalının oğurlanmasında şübhəli olduğunu bildirib 30-cu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində tanışları ilp birlikdə Ballı marketdən oğurladıqları eManat ödəmə terminalını oğurlamalarını səmimi etiraf etmişdir. Sonda törətdiyi oğurluq əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə vurduqları zərəri ödəməklə aralarında barışıq əldə etdiklərini bildirmiş, məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, ailəlidir, 3 övladı var, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 təxminən 6-7 ildir ki, tanıyır, onunla yaxın tanışlıq əlaqəsi vardır. Eləcə də Təqsirləndirilən şəxs3 isə oğurluq hadisəsi günü tanımışdır. Belə ki, Sərxan tanışı Sanelin qonşusudur. 28 fevral 2023-cü il tarixdə yaxın tanışı Sanel ona zəng vurub kef əhval tutmuşdur. Söhbət əsnasında Sanel onun evdə darıxdığını hiss etmiş və ona bildirmişdir ki, evdə olub idarə etdiyi avtomobillə gəlib götürəcəkdir, o, da Sanelin təklifi ilə razılaşıb yaşadığı evdə Saneli gözləmişdir. Təxminən 20 dəqiqə sonra Sanel onun yaşadığı ünvana gəlmişdir. Həmin vaxt Sanelin avtomobilində adını sonradan bildiyi Sərxan adlı tanışı da yanında olmuşdur. Onlar bir biriləri ilə salamlaşdıqdan sonra üçü də Sanelin idarə etdiyi “Toyota-Pirus” markalı, **-CA-*** dövlət nömrə nişanlı avtomaşınla Suraxanı rayonu, Əmircan qəsəbəsinə gəlmişdir. Əmircan qəsəbəsində 10-cu dairə adlanan yerin yaxınlığında “Halal Süfrə” adlı restoranda oturub çay sifariş vermişdir. Orada hamısı maddi cəhətdən sıxıntıda olduqlarını bir birilərinə bildirmişdir. Həmin vaxt Sanel onunla Sərxana bildirmişdir ki, oğurluq edib, maddi çətinlikdən çıxsınlar. O, işləmədiyi üçün maddi cəhətdən sıxıntıları olmuşdur. Bu səbəbdən Sanelin təklifinə razılıq vermişdir. Eləcə də həmin vaxt tanıdığı Sərxan da Sanelin təklifi ilə razılaşmışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 01:00 radələrində birlikdə “Halal Süfrə” adlı restorandan çıxıb Sanelin idarə etdiyi avtomaşına əyləşib Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışdır. Artıq saat 02:00 radələri olmuşdur. Suraxanı rayonu, Dədə-Qorqud yaşayış massivinə çatan zaman yolun kənarında Ballı marketi görmüşlər. Həmin vaxt marketin bağlı olduğunu və qarşısındakı foyedə ödəmə terminalı olduğunu görmüşlər və Sanel avtomaşını saxlamışdır. Avtomaşında razılaşdırlar ki, Sərxan sükan arxasında əyləşsin, onunla Sanel marketin foyesinə daxil olub oradakı ödəmə terminalından birini götürüb avtomaşına qoyaraq hadisə yerindən uzaqlaşmışdır. Sanelin təklifi ilə razılaşmış və onunla Sanel birlikdə avtomaşından yerə düşmüşlər. Sərxan isə avtomaşının sükanı arxasına keçib onları gözləmişdir. Onlar avtomaşından aşağı düşən zaman Sanel avtomaşında olan tibbi maskadan 02 ədədini götürmüşdür ki, kamerAya düşsələr onları tanımasınlar. Sonra Sanel avtomaşının yük yerindən təkər üçün nəzərdə tutulmuş dəmir aləti götürüb marketin şüşədən olan qapısını açmış və foyeyə daxil olmuşdur. Orada iki ədəd ödəmə terminalı olmuşdur. "xxxx" ödəmə terminalı ölçüsünə görə Sanelin avtomaşınına yerləşir. Bu məqsədlə eManat ödəmə terminalını yerindən götürüb avtomaşının yük yerinə qoymuşlar. Bundan sonra onunla Sanel avtomaşına əyləşmiş, Sərxan isə avtomaşını sürüb oradan uzaqlaşmışdır. Suraxanı rayonu, Əmircan qəsəbəsində boş çöllük qamışlıq olan ərazidə avtomaşını saxlamış, orada "xxxx" ödəmə terminalını yerə qoyub dəmir parçası ilə terminalın arxa qıfılını sındırmış və terminalda olan pulları əldə etmişlər. Həmin pulları birlikdə toplayıb sayaraq pulun 5926 manat olduğunu görmüşlər. Həmin pulu üç yerə bölmüşlər. Bundan sonra Sanel idarə etdiyi avtomaşınla onları yaşadıqları evə aparmışdır. Oğurluq yolu ilə əldə etdikləri puldan borclarını ödəmişdir. xx.xx.2023-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞnin əməkdaşları onu yaxınlaşıb Ballı marketdən ödəmə terminalının oğurlanmasında şübhəli olduğunu bildirib 30-cu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində tanışları ilə birlikdə Ballı marketdən oğurladıqları "xxxx" ödəmə terminalını oğurlamalarını səmimi etiraf etmişdir. Sonda törətdiyi oğurluq əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə vurduqları zərəri ödəməklə aralarında barışıq əldə etdiklərini bildirmiş, məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 tanıyır, sonuncu ilə qonşudur. Sanellə yaxın tanışlıq əlaqəsi vardır. Sanelin özünə məxsus “Toyota-Pirus” markalı, **-CA-*** dövlət nömrə nişanlı avtomaşını vardır, Sanel həmin avtomaşınla taksi kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs2 oğurluq cinayəti hadisəsi törətdikləri gün tanımış, normal münasibəti yaranmışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 25 fevral 2023-cü il tarixdə saat 20:00 radələrində tanışı və eyni küçədə yaşadığı qonşusu Sanellə görüşmüş, Sanel ona bildirmişdir ki, maddi cəhətdən sıxıntıları var, borclarını necə ödəyəcəyini bilmir. Həmçinin o da Sanelə bildirmişdir ki, onun da maddi cəhətdən sıxıntıları vardır. Bundan sonra Sanel yaxın tanışı Allahverdiyə zəng vurub onunla kef-əhval tutmuş, daha sonra Sanel telefonda tanışı Allahverdiyə bildirmişdir ki, evdə gözləsin gəlib onu yaşadığı evdən götürəcəkdir. O, Sanellə birlikdə onun idarə etdiyi avtomaşınla Allahverdinin yaşadığı ünvana getmiş, orada Allahverdi ilə tanış olmuş və onlar birlikdə Sanelin avtomaşını ilə Suraxanı rayonu, Əmircan qəsəbəsinə gəlmişlər. Əmircan qəsəbəsində 10-cu dairə adlanan yerin yaxınlığında “Halal Süfrə” adlı restoranda oturub çay sifariş vermişlər. Orada hamısı maddi cəhətdən sıxıntıda olduqlarını bir birilərinə bildirmişlər. Sanel onunla Allahverdiyə bildirmişdir ki, oğurluq edib, maddi çətinlikdən çıxsınlar. Onlar da Sanelin təklifi ilə razılaşmışlar. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 01 radələrində onlar birlikdə Halal Süfrə” adlı restorandan çıxıb Sanelin idarə etdiyi avtomaşına əyləşib Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışlar. Saat 02:00 radələrində Suraxanı rayonu, Dədə-Qorqud yaşayış massivinə çatan zaman yolun kənarında Ballı marketi görmüşlər. Həmin vaxt marketin bağlı olduğunu və qarşısındakı foyedə ödəmə terminalı olduğunu görüb Sanel avtomaşını saxlamış, avtomaşında razılaşmışlar ki, o özü sükan arxasında əyləşsin, Sanellə Allahverdi marketin foyesinə daxil olub oradakı ödəmə terminalından birini götürüb avtomaşına qoyaraq hadisə yerindən uzaqlaşsınlar. Sanelin təklifi ilə razılaşdıqdan sonra Allahverdi Sanellə birlikdə avtomaşından yerə düşmüş, o özü isə avtomaşının sükanı arxasına keçib Sanellə Aljahverdini gözləyirmiş. Sanel avtomaşından aşağı düşən zaman avtomaşında olan tibbi maskadan 2 ədədini götürmüşdür ki, kameraya düşsələr onları tanımasınlar. Sanel avtomaşının yük yerindən təkər üçün nəzərdə tutulmuş dəmir aləti götürüb marketin şüşədən olan qapısını açmış və foyeyə daxil olmuşlar. Orada iki ədəd ödəmə terminalı olmuşdur. Bundan sonra Sanellə Allahverçli eManat ödəmə terminalını yerindən götürüb avtomaşının yük yerinə qoymuşlar və avtomaşına əyləşmişlər. O da avtomaşını sürüb oradan uzaqlaşmışdır. Suraxanı rayonu, Əmircan qəsəbəsində boş çöllük qamışlıq olan ərazidə avtomaşını saxlamışdır. Orada eManat ödəmə terminalını yerə qoyub dəmir parçası ilə terminalın arxa qıfılını sındırmışlar və terminalda olan pulları əldə etmişlər. Həmin pulları birlikdə toplayıb saydıqda pulun 5926 manat olduğunu görmüşlər. Həmin pulu üç yerə böldükdən sonra Sanel onunla Allahverdini yaşadıqları evə aparmışdır. Oğurluq yolu ilə əldə etdikləri puldan borclarını ödəmişdir. xx.xx.2023-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları onu yaxınlaşıb Ballı marketdən ödəmə terminalının oğurlanmasında şübhəli olduğumu bildirib 30-cu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində tanışları ilə birlikdə Ballı marketdən oğurladıqları "xxxx" ödəmə terminalını oğurlamalarını səmimi etiraf etmişdir. Sonda törətdiyi oğurluq əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə vurduqları zərəri ödəməklə aralarında barışıq əldə etdiklərini bildirmiş, məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onların təqsiri özlərinin etirafedici ifadələri ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral ayından etibarən Zərərçəkmiş şəxs MMC-nin Təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində işləyir. "xxxx" aparatları Zərərçəkmiş şəxs MMC-yə məxsusdur. Həmin aparatlarda hər hansı bir qanunsuzluq və oğurluq edilmişdirsə o, şirkətinin adından səlahiyyətli nümayəndə qismində iştirak edir. Bununla bağlı şirkətin direktoru Ruslan Taıbov onun adına xx.xx.2023-cü il tarixdə etibarnamə vermişdir. Həmin etibarnamənin müddəti xx.xx.2023-cü il tarixdə başa çatır. Bakı şəhərinin 12 rayonunda Zərərçəkmiş şəxs MMC-yə məxsus "xxxx" elektron ödəmə terminalı vardır. Həmçinin həmin elektron ödəmə terminallardan biri də Bakı şəhəri, Suraxanı rayonu, X4 yerləşən “Ballı” marketdə quraşdırılmışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə işlədiyi ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-yə gəlmiş, orada məlumat vermişdirlər ki, Bakı şəhəri, Suraxanı rayonu, X4 yerləşən “Ballı” marketdə quraşdırılmış Zərərçəkmiş şəxs MMC-yə məxsus 4625 nömrəli "xxxx" elektron ödəmə terminalı oğurlanmış, həmin "xxxx" elektron ödəmə terminalın içərisində 5926 manat pul olmuşdur. Bununla bağlı o, Zərərçəkmiş şəxs MMC-nin səlahiyyətli nümayəndəsi kimi Suraxanı RPİ-nin 30-cu PŞ-nə rəsmi məlumat vermişdir. 28 fevral 2023-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ- nin əməkdaşları tərəfindən cinayət hadisəsini törədən şəxslər müəyyən edilərək Suraxanı RPİ-nin İstintaq Şöbəsinə təhvil verilmiş, eləcə də Zərərçəkmiş şəxs MMC-yə məxsus "xxxx" elektron ödəmə terminalı aşkar edilərək 30-cu polis şöbəsinə gətirilmişdir. Şirkətin əməkdaşları tərəfindən "xxxx" elektron ödəmə termina ina baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin elektron ödəmə terminalına 840 manat zərər vurulmuşdur. Belə ki, "xxxx" elektron ödəmə terminalını oğurlayan şəxslər aparatdan pulu çıxaran zaman zədələmişlər, vurulmuş ziyan 840 manat təşkil etmişdir. Lakin təqsirləndirilən şəxslər tərəfindən onlara dəymiz maddi zaiyan tamamilə ödənilib, sonunculara qarşı şikayət vətələbləri yoxdur. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, onun özünə məxsus Bakı şəhərində 6 ədəd “Ballı” Supermarket var. Həmin marketlərdən biri də Bakı şəhəri, Suraxanı rayonu, Dədə X11 yerləşir. Supermarket onun özünə məxsusdur. Marketin girişi şüşə foyedir. Həmin foyedə Zərərçəkmiş şəxs MMC-yə məxsus "xxxx" ödəmə terminalı və "xxxx" MMCyə məxsus “million” ödəmə terminalları quraşdırılmışdır. 26 fevral 2023-cü il tarixdə saat 03 radələrində Supermarket mühafizəçi ona zəng vurub bildirmişdir ki, marketin foyesində quraşdırılmış Zərərçəkmiş şəxs MMC-yə məxsus "xxxx" ödəmə terminalı naməlum şəxslər tərəfindən oğurlanmışdır. O, bu xəbəri eşidən kimi dərhal DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Daha sonra supermarketə gəlib kamera görüntülərinə baxdıqda qara rəngli Pirus markalı avtomaşının Ballı marketin qabağında saxladığını, 2 nəfər tibbi maska geyinərək Ballı marketin şüşədən foyesinə qanunsuz daxil olub oradakı eManat aparatını gizli oğurladıqlarını görmüşdür. Bundan sonra hadisə yerinə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları gəlmiş, müvafiq sənədləşdirmə apardıqdan sonra çıxıb getmişdir. Oğurluq hadisəsi zamanı ona məxsus marketdən hər hansı bir əşya oğurlanmamış və ona heç bir ziyan vurulmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, X4 yerləşən Ballı Supermarketdə gözətçi işləyir. Bir gün işdə, bir gün istirahət günüdür. 25 fevral 2023cü il tarixdə işə gəlmiş, həmin vaxt növbəni təhvil alıb gözətçi üçün nəzərdə tutulmuş otaqda əyləşmişdir. 26 fevral 2023-cü il tarixə keçən gecə saat 02:00 radələrində tualetə getmiş, təxminən 15 dəqiqə sonra iş otağına gəlmişdir. Təxminən saat 03:00 radələrində videomüşahidə kameralarından Ballı Supermarketin foyesində quraşdırılmış Zərərçəkmiş şəxs MMC-yə məxsus "xxxx" ödəmə terminalının yerində olmadığını və Ballı supermarketin foyesinin qapısının açıq olduğunu görmüşdür. O, artıq başa düşmüşdür ki, marketdə oğurluq hadisəsi baş yermişdir. Dərhal bu barədə Ballı Supermarketin müdiri Şahid1 zəng vurub məlumat vermiş, Bundan sonra hadisə yerinə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları gəlmiş, polis əməkdaşları ilə birlikdə kamera görüntülərinə baxdıqda qara rəngli Pirus markalı avtomaşının Ballı marketin qabağında saxladığını, 2 nəfər tibbi maska geyinərək Ballı marketin şüşədən olan foyesinə qanunsuz daxil olub oradakı "xxxx" aparatını gizli oğurladıqlarını görmüşdür. Polis şöbəsinin əməkdaşlah müvafiq sənədləşdirmə apardıqdan sonra çıxıb getmişlər. İş materiallarında olan Zərərçəkmiş şəxs MMC tərəfindən verilmiş akdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, X4 yerləşən “Ballı” marketdə quraşdırılmış 4625 saylı ödəmə terminalından ümumilikdə 5926 manat pul oğurlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəmə terminalının ümümi dəyərinin qiymətləndirilməsi barədə “Modenis“ MMC tərəfindən verilmiş akdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, X4 yerləşən “Ballı” marketdə quraşdırılmış 4625 saylı ödəmə terminalının dəyəri 1921 manat təşkil etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, X4 yerləşən “Ballı” marketdə quraşdırılmış 4625 saylı ödəmə terminalına dəymiş ziyan tam ödənilmişdir. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 01 mart 2023-cü il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, 26 fevral 2023-cü il tarixdə saat 02:42-də Bakı şəhəri, Suraxanı rayonu, X4 yerləşən marketin qarşısında 1 ədəd qara rəngli Toyota Pirus markalı avtomobil saxİanılır. Daha sonra avtomobildən iki nəfər şəxs düşür, həmin şəxslər marketin foyesi şüşədən olan qapısını əllərində olan dəmir parçası ilə açıb içəri daxil olaraq foyedə olan "xxxx" aparatını götürüb həmin avtomobilin yük yerinə qoyub oradan uzaqlaşırlar. İş materiallarında olan qəbzdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, X4 yerləşən “Ballı” marketdə quraşdırılmış 4625 saylı ödəmə terminalı Zərərçəkmiş şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X19 təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi tələbnaməyə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2009-cu ildə Suraxanı rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.1, 177.2.3-cü maddələrinə əsasən 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi tələbnaməyə əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Beləliklə yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməklə sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, himayəsində 3 nəfər azyaşlı uşağının olmasını, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə iş materiallarında olan AZ-İV seriyalı, 485664 saylı, AZ-İV seriyalı 652408 saylı və AZ-İV seriyalı 818350 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 X6 ilə birgə nikahlarından 22 fevral 2020-ci il təvəllüdlü X16, 05 avqust 2021-ci il təvəllüdlü X17 və 26 oktyabr 2022-ci il tarixli X13 anadan olmuşdur. Törətdiyi cinayət əməllərini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməklə sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində 3 nəfər azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 28 fevral 2023-cü il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması və qətimkan tədbirinin seçilməsi haqqında 02 mart 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 28 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə ittiham elan edilmiş, 02 mart 2023-cü tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs1 barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilməsi qərara alınmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 28 fevral 2023-cü il tarixdən 02 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmalı, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməklə sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, himayəsində 3 nəfər azyaşlı uşağının olmasını, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi cinayət əməllərini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməklə sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində 3 nəfər azyaşlı uşağının olmasını, məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar hesab edir. Belə iş materiallarında olan AZ-İİ seriyalı, 867091 saylı, AZ-İİİ seriyalı 130306 saylı və AZ-İV seriyalı 755811 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs2 X9 ilə birgə nikahlarından 13 aprel 2012-ci il təvəllüdlü X3, 05 iyun 2013-cü il təvəllüdlü X5 və 04 aprel 2022-ci il tarixli X7 anadan olmuşdur. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 28 fevral 2023-cü il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması və qətimkan tədbirinin seçilməsi haqqında 02 mart 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 28 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə ittiham elan edilmiş, 02 mart 2023-cü tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs2 barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilməsi qərara alınmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 28 fevral 2023-cü il tarixdən 02 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmalı, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməklə sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, Təqsirləndirilən şəxs3 şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi cinayət əməllərini etiraf edərək səmimi peşman olmasını, gənc olmasını, zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməklə sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə RTəqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs3 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 28 fevral 2023-cü il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması və qətimkan tədbirinin seçilməsi haqqında 02 mart 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs3 28 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə ittiham elan edilmiş, 02 mart 2023-cü tarixdə Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs3 barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilməsi qərara alınmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı 28 fevral 2023-cü il tarixdən 02 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmalı, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa iş üzrə maddi sübut kimi tanınmış bir ədəd 4625 saylı ödəmə terminalının Zərərçəkmiş şəxs MMC-nə qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri X18 və Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X18, Təqsirləndirilən şəxs3 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 28 fevral 2023-cü il tarixdən 02 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs1 təyin edilən 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs1 çəkilməsi üçün qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 28 fevral 2023-cü il tarixdən 02 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs2 təyin edilən 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs2 çəkilməsi üçün qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı 28 fevral 2023-cü il tarixdən 02 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs3 təyin edilən 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs3 çəkilməsi üçün qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs3 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 4625 saylı ödəmə terminalının Zərərçəkmiş şəxs MMC-yə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X18, Təqsirləndirilən şəxs3 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar