Məhkəmə qərarları › İş №1(010)-474/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-474/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-474/2024 05.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1993-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 25 – 27 aprel 2024cü il və 06 – 08 may 2024-cü il tarixləri üzrə tutulmuş, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,470 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış, 25 aprel 2024cü il tarixdə saat 19:00 radələrində Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin əldə edib saxlayıb daşımaqda şübhəli bilinərək ünvan 2 ünvanın qarşısında saxlanılaraq Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin inzibati binasına aparılıb orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən həmin 01 (bir) ədəd bükümündə xeyli miqdarda, təmiz çəkisi 0,470 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,794 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 06 may 2024-cü il tarixdə saat 08:30 radələrində Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin əldə edib saxlayıb daşımaqda şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin inzibati binasına gətirilib orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli şalvarının sol yan cibindən həmin 01 (bir) ədəd bükümündə xeyli miqdarda, təmiz çəkisi 0,794 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 25 aprel 2024-cü il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində metronun «Əhmədli» stansiyasının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata bir ədəd bükümdə narkotik vasitə heroin alaraq sonradan istifadə etməsi üçün əynindəki qara rəngli cins şalvarının sağ yan cibinə qoyaraq saxlamışdır. 25 aprel 2024-cü il tarixdə 19:00 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində olduğu zaman iki nəfər şəxs ona yaxınlaşıb Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin əməkdaşları kimi təqdim edib narkotik vasitə və psixotrop maddələr əldə edib saxlayıb daşımaqda şübhəli olduğunu deyib Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə dəvət etmişlər. Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin inzibati binasında, xidməti otaqda ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi barədə qərar elan olunmuş, üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd bükümündə olan narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi heroini 24 aprel 2024-cü il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində metronun «Əhmədli» stansiyasının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Təqdim etdiyi 01 (bir) ədəd bükümdə narkotik vasitə heroin bir ədəd ağ rəngli boş zərfə qoyularaq zərf möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu və möhürlənmiş zərflərin üzərini imzalamışdır. Saxlanılarkən, Xətai Rayon Polis İdarəsinin 35ci polis bölməsinə gətirilən zaman və polis bölməsində olduğu müddətdə ona qarşı hərhansı bir psixi və ya fiziki təzyiq göstərilməmişdir. Bundan başqa 06 may 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata bir ədəd, şəffaf sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetamin alaraq sonradan istifadə etməsi üçün əynindəki qara rəngli cins şalvarının cibinə qoyaraq saxlamışdır. 06 may 2024-cü il tarixdə saat təxminən 08:30 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində olduğu zaman iki nəfər şəxs ona yaxınlaşıb Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis şöbəsinin əməkdaşları kimi təqdim edib narkotik vasitə və psixotrop maddələr əldə edib saxlayıb daşımaqda şübhəli olduğunu deyib Suraxanı Rayon Polis İdarəsinin 33cü polis bölməsinə dəvət etmişlər. Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin inzibati binasında, xidməti otaqda ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi barədə qərar elan olunmuş, üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı əynində olan qara rəngli şalvarının sol yan cibində saxladığı bir ədəd bükümündə olan psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi metamfetamini Bakı şəhəri, Suraxanı rayonu ərazisində tanıdığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Təqdim etdiyi 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamin bir ədəd ağ rəngli boş zərfə qoyularaq zərf möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu və möhürlənmiş zərflərin üzərini imzalamışdır. Saxlanılarkən, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə gətirilən zaman və polis bölməsində olduğu müddətdə oa qarşı hər-hansı bir psixi və ya fiziki təzyiq göstərilməmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 may 2024-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlayıb daşıması və qəbul etməsi barədə etimad doğuran qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatı barədə dərhal polis bölməsinin rəhbərliyinə məruzə edib təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmişdir. Polis bölməsinin rəisinin əmri ilə onun rəhbərliyi ilə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışlar. 06 may 2024-cü il tarixdə saat 08:20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi 143 nömrəli evin qarşısında Təqsirləndirilən şəxs müşahidəyə götürülmüş və saat 08:30 radələrində həmin yerdə saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə dəvət etmişlər. Polis bölməsinə gəldikdən sonra Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq vəzifələri izah olunaraq hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edildikdən sonra üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə olan kütlənin çıxarıb təqdim etmiş, təqdim etdiyi kütlənin psixotrop maddə metamfetamin olduğunu, metamfetamini 06 may 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, amma Təqsirləndirilən şəxs üzərindən özünün təqdim bir ədəd şəffaf sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetaminə oxşar kütlələrdən başqa heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə bir ədəd ağ rəngli baş zərfə qoyularaq zərf möhürlənmiş, bu barədə protokol tərtib edilərək oxunmuş, protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. Şahidlər Şahid2, Şahid3 Nayazi oğlu və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub şahidlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmədə ifadəsi elan edilmiş şahid Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində bildirmişdir ki, 25 aprel 2024-cü il tarixdə Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlayıb daşıması və qəbul etməsi barədə etimad doğuran qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatı barədə dərhal polis bölməsinin rəhbərliyinə məruzə edib təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmişdir. Polis bölməsinin rəisinin əmri ilə onun rəhbərliyi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35ci polis bölməsinin əməliyyat müvəkkili Şahid4 ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışlar. 25 aprel 2024-cü il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi 143 nömrəli evin qarşısında Təqsirləndirilən şəxs saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsinə gəldikdən sonra 35-ci polis bölməsinin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq vəzifələri izah olunaraq hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edildikdən sonra üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə olan kütlənin çıxarıb təqdim etmiş, təqdim etdiyi kütlənin narkotik vasitə heroin olduğunu, heroini 25 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində metronun «Əhmədli» stansiyası yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, amma Təqsirləndirilən şəxs üzərindən özünün təqdim bir ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütlələrdən başqa heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə bir ədəd ağ rəngli baş zərfə qoyularaq zərf möhürlənmiş, bu barədə protokol tərtib edilərək oxunmuş, protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaq zamanı Şahid3 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş ********* nömrəli cinayət işi üzrə: Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, təhqiqatçı Səməd Duşturov sol yanında oturmuş şəxs, Bakı şəhəri 13 saylı hüquq bürosunun vəkili X9r. Xidməti otaqda təhqiqatçı Səməd Duşturovun qarşısında ayaq üstə durmuş əynində tünd göy rəngli gödəkcə və qara rəngli cins şalvarı olan şəxs isə Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs yanında dayanmış şəxslər-adları video çəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Xətai RPİ-nin 35-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 və 35-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid4dur. Video çəkiliş davamında təhqiqatçı Səməd Duşturov Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd alışqan, 2 qutu siqaret və 2 manat pul çıxardaraq masa üzərinə qoydu, sonra əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü masanın üzərinə qoyur. Daha sonra təhqiqatçı Səməd Duşturov həmin bükümdə nə olmasını soruşduqda, Təqsirləndirilən şəxs 01 ədəd bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu bildirir. Bundan sonra təhqiqatçı Səməd Duşturov gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün açaraq içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə oxşar maddə aşkar edilir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddə elektron tərəzidə çəkilir, həmin kağız büküm kütlənin birlikdə çəkisi 0.36 qram olması müəyyən edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində digər qanunsuz əşya və predmet olduğu soruşuldu və təhqiqatçı Səməd Duşturov tərəfindən onun üzərində şəxsi axtarış aparıldı. Axtarış zamanı onun üzərindən narkotik vasitə və hər hansı sübut əhəmiyyətinə malik ola biləcək predmet və əşya aşkar olunmadı. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd içərisində narkotik vasitəyə bənzər maddə olan büküm görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və möhürlənir. Həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanır. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 aprel 2024-cü il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşad Mahmudovun 27 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Əbülfəz Quliyevin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. 26 aprel 2024-cü il tarixli 3-16/16/2-6/2291 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,470 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir». 240100299 nömrəli cinayət işi üzrə: Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs bildirdi ki, üzərində şəxsi axtarış və götürmə keçirilir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində əldə edilib saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sol yan cibindən 01 ədəd bükümündə şəffaf rəngli kristal şəkilli kütləni çıxardıb təqdim edir. Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi 01 ədəd bükümündə olan kütlə psixotrop maddə metamfetamindir. Həmin psixotrop maddə metamfetamini Suraxanı rayonu, Suraxanı qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən alaraq öz istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilir, amma onun üzərindən özünün təqdim etdiyi 01 ədəd bükümündə psixotrop maddə metamfetaminə oxşar kütlədən başqa heç bir əşya və ya vasitə aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə bir ədəd ağ rəngli boş zərfə qoyularaq zərf möhürlənir. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdə saat 10:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşad Mahmudovun 08 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Rəşad Nuriyevin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 08 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. 06 may 2024-cü il tarixli 3-16-16/2-6/2510 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №171” dairəvi möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...(imza) Kərimov M.” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,794 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına daxildir». “Cinayət işinin icraata qəbul edilməsi və cinayət işlərinin bir icraatda birləşdirilməsi” haqqında 31 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək sonuncu nömrə ilə ibtidai istintaqı davam etdirilmişdir. 03 may 2024-cü il tarixli 2927A nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə materiallar ayrılıb ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilmişdir. “X23” publik hüquqi şəxs tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs psixiatrik portalın məlumatına əsasən mərkəzin psixiatrik kabinetində hal-hazırda qeydiyyatda deyil. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. 2 nömrəli X6 tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməyib. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin və AZ-İV seriyalı 039169 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X14 birgə nikahından 20 oktyabr 2017-ci ildə X19 adlı uşaqları doğulmuşdur. “Appro Hospital” tərəfindən verilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “diskin fibroz həlqəsinin arxa fraqmentin sirkulyar fonda sol arxa latero-foraminal 4 mm yırtığı” diaqnozu qoyulmuşdur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən verilmiş çıxarışdan görünür ki, təqsirləndirilən şəxsin anası 02 mart 1966-cı il təvəllüdlü Kərimova Hicran Rəfi qızına “arxa qütbün və ləkənin degenerasiyası, görmə sinirinin atrofiyası” diaqnozu qoyulmuşdur. X1 X8 çıxarışından, Azərbaycan X5 İnstitutunun tibbi rəyindən və X3 Göz Mərkəzinin çıxarışından görünür ki, təqsirləndirilən şəxsin anası 02 mart 1966-cı il təvəllüdlü Kərimova Hicran Rəfi qızının göz görməsində zəifliyi var. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının 055226 arayışından görünür ki, təqsirləndirilən şəxsin anası 02 mart 1966-cı il təvəllüdlü Kərimova Hicran Rəfi qızı İİİ-cü qrup əlildir. Azərbaycan Tibb Universitetinin X7 30 noyabr 2022-ci il tarixli epikrizindən və koronar angioqrasiyasından görünür ki, təqsirləndirilən şəxsin atası 1961-ci il təvəllüdlü X13 “gərginlik stenokardiyası İİİ f.s” diaqnozu qoyularaq açıq ürək əməliyyatı keçirmişdir. 4 saylı “Asan Xidmət” X16 tərəfindən verilmiş 15 noayrb 2016-cı il tarixli AZ-İ seriyalı 844561 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxsin bacısı X10 09 oktyabr 2015-ci ildə ölmüşdür. AZ-İ seriyalı 969535 nömrəli və AZ-İİ seriyalı 700428 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, təqsirləndirilən şəxsin bacısı X4 13 dekabr 2006cı il təvəllüdlü X11 və 04 aprel 2009-cu il təvəllüdlü X12 adlı uşaqları var. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəyini və digər iş materiallarını da sübut növü kimi qəbul edir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, əməlindən peşman olaraq təqsirini səmimi etiraf etməsini, evli olmaqla himayəsində bir azyaşlı uşağının, yaşlı və xəstə valideynlərinin olmasını, himayəsində ataları baxmadığı üçün rəhmətə gedən bacısından qalan iki azyaşlı uşaqlarının olmasını, özünün “yırtıq” xəstəliyindən əziyyət çəkməsini, ailəyə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 25– 27 aprel 2024-cü il və 06– 08 may 2024-cü il tarixləri üzrə tutulduğu 04 (dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,744 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və qalıq çəkisi 0,420 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 04 (dörd) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 195 (yüz doxsan beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 25– 27 aprel 2024-cü il və 06– 08 may 2024-cü il tarixləri üzrə tutulduğu 04 (dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,744 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və qalıq çəkisi 0,420 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 04 (dörd) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 195 (yüz doxsan beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi manat Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 08 (səkkiz) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 48 (qırx səkkiz) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məblərin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar