Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-474/2025 04.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 04 avqust 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 14 – 16 aprel 2025-ci il və 09 – 11 iyul 2025-ci il tarixləri üzrə üzrə şübhəli şəxs qismində tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 aprel 2025-ci il tarixdə, Bakı şəhəri, Suraxanı rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,945 qram psixotrop maddə metamfetamini əldə edib saxlayaraq üzərində gəzdirmiş və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 aprel 2025-ci il tarixdə saat 21:45 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, S.Cəfərov küçəsində yerləşən “Qırmızı Körpü” restoranının yaxınlığında piyada hərəkətdə olduğu zaman saxlanılaraq orada videoçəkilişlə üzərinə baxış keçirilən zaman əynində olan boz rəngli şalvarının sağ yan cibindən xeyli miqdarda təmiz çəkisi 0,945 qram kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir: “narkotik vasitə və psixotrop maddə istifadəçisidir. Belə ki, 14 aprel 2025-ci il tarixdə təxminən saat 21 radələrində Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin alıb əynində olan boz rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Həmin günü yəni, 14 aprel 2025-ci il tarixdə aldığı metamfetamini istifadə etmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, S.Cəfərov küçəsində yerləşən “Qırmızı Körpü” restoranının yaxınlığında piyada hərəkətdə olduğu vaxt təxminən saat 21:45 radələrində üç nəfər, biri polis geyim formasında, ikisi isə mülki geyimdə olan şəxslər yaxınlaşıb saxlayaraq polis əməkdaşları olduqlarını deyib, özlərini təqdim etmişlər və onun narkotik vasitə əldə edib saxlayıb daşımaqda şübhəli olduğunu, bu səbəbdən saxlandığı yerdə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olduğunu bildirmişlər. Bundan sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa çıxardıb təqdim etməyi təklif olunmuşdur. O da başqa çıxış yolu olmadığından əynində olan boz rəngli şalvarının sağ yan cibindən öz istifadəsi üçün saxladığı bir ədəd sellofan bükümdə olan metamfetamini çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Sorğu sual zamanı bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manat müqabilində əldə etmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin bir ədəd zərfə qoyularaq zərfin ağzı bağlanılmış, həm o, həm də polis əməkdaşları tərəfindən imzalanmışdır. Üzərində şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa əşya aşkar olunmamışdır. Sonra onu 33-cü PB-yə aparmışlar və bu barədə protokol tərtib olunmuşdur”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxsı hardasa aprel ayının əvvəllərində saxlamışdır. Daxil olmuş məlumata əsasən əməliyyat qrupu yaradılmış, Şahid3 və Şahid2la birlikdə. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Qırmızı Körpü” deyilən ərazinin yaxınlığında şübhəli şəxs kimi Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni hər hansısa əşya olması barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs da könüllü şəkildə bir büküm metamfetamini təqdim etmişdir. Təqsirləndirilən şəxs tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra təhqiqatçının otağında digər prossesual hərəkətlər davam etdirilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxsə 3 nəfər yaxınlaşmışlar. Təqsirləndirilən şəxs yaxınlaşan zaman tək olmuşdur. Təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmiş, könüllü şəkildə təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış videogörüntü ilə keçirilmişdir. Təqsirləndirilən şəxsin üzərindən metamfetamin aşkar edilmişdir. Tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı fiziki heç bir təzyiq, döymə olmamışdır. İbtidai istintaq zamanı Şahid1 ifadəsində göstərmişdir: “Xidməti vəzifəsinin icrası zamanı 14 aprel 2025-ci il daxil olmuş əməliyyat məlumatı əsasında polis şöbəsinin rəisinin əmri ilə yaradılmış əməliyyat qrupunun rəhbəri kimi, şöbənin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və sahə inspektoru polis kapitanı Şahid2 ilə birlikdə keçirilən əməliyyat tədbirində iştirak etmişdir. Keçirilən tədbir zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması və istifadəsi barədə daxil olmuş əməliyyat məlumatları yoxlanılırdı. Əməliyyat qrupunun rəhbəri kimi şəxs barəsində malik olduğu məlumatlara əsasən tədbirin vaxtını və keçiriləcək ərazini müəyyənləşdirmişdir. Həmin günü yəni 14 aprel 2025-ci il tarixdə əməliyyat qrupunun üzvləri ilə birlikdə videoçəkilişlə məlumatda qeyd olunan Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Qırmızı Körpü” adlanan restoranın yaxınlığına getmişlər və saat 21:45-də qeyd olunan ərazidə əlamətləri daxil olmuş əməliyyat məlumatında göstərilən şəxsə uyğun gələn bir nəfərin yolun kənarı ilə piyada hərəkətdə olduğunu görüb saxlanılmasını qərara almışlar. Bundan sonra videoçəkiliş dayandırılmadan yaxınlaşaraq həmin şəxsi saxlayıb özlərini təqdim etmişlər. Özlərini təqdim etdikdən sonra həmin şəxsdən özünü təqdim etməsini tələb etmiş, həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq istifadəsi və üzərində gəzdirməsi ilə bağlı cinayət törətməsi barədə məlumatların yoxlanılması üçün saxlanıldığını və saxlanıldığı yerdə videoçəkilişlə üzərinə baxış keçirilməsinin zəruri olduğunu demişlər. Üzərinə baxışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan, qanunla qadağan olunmuş nə varsa, özünün təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə olan ağ rəngli maddəni çıxardaraq təqdim edib psixotrop maddə metamfetamin (şüşə) olduğunu bildirmişdir. Sual olunduğu zaman Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 manat müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Sonra həmin psixotrop maddə metamfetaminə bənzər kütlə tərəflərindən ağ rəngli zərfə qoyularaq möhürlənmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs və onlar həmin zərfi imzalamışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qanunla qadağan olunmuş başqa əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs PB-yə aparmışlar. PB-də təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər maddəyə baxış keçirildikdən sonra ekspertiza təyini üçün yenidən qablaşdırılmışdır”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təxmini vaxt yadında deyil, hardasa 2-3 ay əvvəl olmuşdur hadisə. Axşam saatları idi. Əməliyyat müvəkkili Emin Beybalayeva məlumat daxil olmuşdur ki, Əmrah adlı şəxs Yeni Günəşli qəsəbəsində narkotik vasitələrin saxlanılmasında və istifadəsində şübhəlidir. Emin müəllim dərhal raportla rəhbərliyə müraciət etmiş və əmliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri o, Emin Beybalayev və Şahid2 olmuşlar. Əmrahın yerini müəyyən edildikdən sonra onu “Qırmızı Körpü” adlanan yerdə saxlamışlar. Özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində hər hansına qeyri-qanuni əşya və ya predmət varsa könüllü şəkildə təqdim etməsini tələb etmişlər. Təqsirləndirilən şəxs cibindən bir büküm metamfetamin çıxartmışdır. Ekspertizadan sonra müəyyən olunmuşdur ki, həqiqətən metamfetamin idi. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, təqsirləndirilən şəxs könüllü şəkildə təqdim etmişdir narkotik vasitəni. Təqsirləndirilən şəxsə qarşı fiziki heç bir təzyiq, döymə, hədə-qorxu olmamışdır. Təqsirləndirilən şəxsi saxlayanda yeni qaydalara əsasən videoçəkiliş aparılmışdır. İki dəfə çəkiliş aparılmış, həm şəxsi saxlayarkən, həm də təhqiqatda olarkən. Məhkəmədə ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin sahə inspektoru vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxsi tanıyır. 14 apel 2025-ci ildə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitənin üzərində saxlanılması və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Dərhal bölmənin rəhbərliyinə məruzə olunaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu ondan, Şahid1 və Şahid3 ibarət olmuşdur. Saat 21:45 radələrində Yeni Günəşli qəsəbəsində yerləşən “Qırmızı Körpü” adlanan restoranın yaxınlığında bir nəfər şəxsin Təqsirləndirilən şəxs bənzər çəkilişlə birlikdə yaxınlaşmışlar. Özlərini təqdim edərək həmin şəxsə özünü təqdim etməsini bildirmişlər, həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs qanunla qadağan edilmiş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ cibindən bir ədəd sellofana bükülmüş toz şəkilli maddə təqdim etmişdir. Həmin maddənin metamfetaminə bənzər olduğunu aşkar etmişlər. Təqsirləndirilən şəxs tərəflərindən 33-cü polis bölməsinə dəvət olunmuş, üzərindən aşkar edilmiş narkotikə bənzər maddə zərfdə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs tək olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni özü könüllü olaraq təqdim etmiş, heç bir müqavimət olmadan. Videoçəkiliş sona qədər davam etdirilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki hərəkət tətbiq edilməmişdir. Üç əməkdaş olmuşlar. Təqsirləndirilən şəxsi saat 21:45-də tutmuşlar. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən iki ədəd disklərə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, polis əməkdaşlarının videoçəkilişlə avtomobildən düşərək yol ilə piyada hərəkətdə olan şəxsi saxlayıb, özlərini təqdim edərək Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməkdaşları olduqlarını bildirirlər. Ölərini təqdim etdikdən sonra polis əməkdaşı şəxsə narkotik vasitələrin istifadəsində və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək, həmin şəxsdən özünü təqdim etməsini istəyir, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu deyir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansısa bir əşya və ya maddə varsa təqdim etməsi deyilir, bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə olan maddəni çıxardaraq polis əməkdaşlarına təqdim edərək metamfetamin (şüşə) olduğunu deyir. Sual olunduğu zaman Təqsirləndirilən şəxs həmin psixotrop maddəni 10 manat müqabilində öz istifadəsi üçün Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən aldığını deyir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş maddə ağ rəngli zərfə qoyularaq qablaşdırılır, möhürlənir və imzalayırlar. Bundan sonra üzərində keçirilən axtarış zamanı qanunla edilmiş hər hansı bir əşya aşkar olunmur. Eyni zamanda Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin təhqiqatçısı və tədbirdə iştirak edən digər polis əməkdaşları özlərini təqdim edirlər. Bundan sonra keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılmış ağ rəngli zərf açılır və Təqsirləndirilən şəxs sual olunan zaman həmin maddənin metamfetamin (patı) olduğunu, özü istifadə etmək üçün aldığını, satışı ilə məşğul olmadığını bildirir. Bundan sonra sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə MEM-ə göndərilmək üçün möhürlənirvə qablaşdırılır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2-6/1382 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası DİN Zərflər üçün № 171...” dairəvi möhür əksi və “...Şübhəli şəxs Təqsirləndirilən şəxs-imza, Tərtib etdi: Şahid3-imza; iki imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,945 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi - 0,945 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,895 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekpsertizasının xx.xx.2025-ci il tarixli 2110 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, 0,945 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin tədqiqatdan sonra qalıq qalmış 0,895 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 02 (iki) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan 15 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən olunmadığına görə barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin 10 iyul 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 09 iyul 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Suraxanı RPİ-nin X2 təhvil verilmiş, 11 iyul 2025-ci il tarixdə Kərimov X1 RPİ-nin MSY-dən azad edilərək 14 iyul 2025ci ildə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 26 may 2025-ci il tarixli xx/xx-5931 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə stasionar müalicədə olmamışdır. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 31 may 2025-ci il tarixli 3-28-29/2-5371/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPMin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət törətməsini, əməlindən peşman olaraq təqsirini səmimi etiraf etməsini, evi yeganə dolandıran şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 14– 16 aprel 2025-ci il və 09 – 11 iyul 2025-ci il tarixləri üzrə tutulduğu cəmi 04 (dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.895 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 14 – 16 aprel 2025-ci il və 09 – 11 iyul 2025-ci il tarixləri üzrə tutulduğu cəmi 04 (dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.895 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 15 (on beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 165 (yüz otuz iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-474/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-474/2025
04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver