Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-476/2023 06.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X17 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs4 onun müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs5, onun müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi4 iştirakı ilə, xx xxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 28 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 4(009)-462/2022 saylı, 29 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində 27 yanvar 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(009)-29/2023 saylı, 19 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 27 mart 2023-cü il tarixədək uzadılmış, həmin məhkəmənin 4(009)-189/2023 saylı, 17 mart 2023cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 27 may 2023-cü il tarixədək uzadılmış, həmin məhkəmənin 4(009)-353/2023 saylı, 25 may 2023cü il tarixli qərarı ilə müddəti 11 iyun 2023-cü il tarixədək uzadılmış, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-476/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasınadək təsdiq edilmiş, həmin məhkəmənin 1(010)-476/2023 saylı, 19 iyun 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 134-cü, 228.2.1-ci və 228.4-cü maddələri, xx xxxxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2016-cı il tarixli 1(101)-97/2016 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci, 181.2.3-cü, 181.2.5-ci və 170.3-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-736/2018 saylı, 16 mart 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 (bir) il 08 (səkkiz) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4on” yaşayış kompleksi mənzil 96 ünvanında yaşamış, 28 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 4(009)-461/2022 saylı, 29 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində 27 yanvar 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(009)-28/2023 saylı, 19 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 27 mart 2023-cü il tarixədək uzadılmış, həmin məhkəmənin 4(009)-187/2023 saylı, 17 mart 2023cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 27 may 2023-cü il tarixədək uzadılmış, həmin məhkəmənin 4(009)-351/2023 saylı, 25 may 2023cü il tarixli qərarı ilə müddəti 11 iyun 2023-cü il tarixədək uzadılmış, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-476/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasınadək təsdiq edilmiş, həmin məhkəmənin 1(010)-476/2023 saylı, 19 iyun 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 134-cü, 228.2.1-ci və 228.4-cü maddələri, xx xxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Bakı Ağır Cinayətlər 1(101)-772/2020 saylı, 20 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 fevral 2021-ci il tarixli 1(103)-94/2021 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2020-cı il tarixli 1(101)-772/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəmənin Cinayət Kollegiyasının 1(102)-997/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilərək Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-742/2021 saylı, 28 dekabr 2021-cı il tarixli qərarı ilə barəsində “8 Noyabr - Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 09 (doqquz) ay 13 (on üç) gün hissəsi 06 (altı) ay azaldılmış, məhkumluğu ödənilməmiş, ünvan 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 28 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 4(009)-460/2022 saylı, 29 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində 27 yanvar 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(009)-27/2023 saylı, 19 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 27 mart 2023-cü il tarixədək uzadılmış, həmin məhkəmənin 4(009)-188/2023 saylı, 17 mart 2023cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 27 may 2023-cü il tarixədək uzadılmış, həmin məhkəmənin 4(009)-352/2023 saylı, 25 may 2023cü il tarixli qərarı ilə müddəti 11 iyun 2023-cü il tarixədək uzadılmış, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-476/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasınadək təsdiq edilmiş, həmin məhkəmənin 1(010)-476/2023 saylı, 19 iyun 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 228.2.1-ci və 234.1-ci maddələri, xx xxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 7 ünvanında qeydiyyatda olmaqla ünvan 8ndə yaşamış, 02 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 4(009)-474/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində 28 yanvar 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(009)-26/2023 saylı, 19 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 28 mart 2023-cü il tarixədək uzadılmış, həmin məhkəmənin 4(009)-190/2023 saylı, 17 mart 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 28 may 2023-cü il tarixədək uzadılmış, həmin məhkəmənin 4(009)-350/2023 saylı, 25 may 2023-cü il tarixli qərarı ilə müddəti 12 iyun 2023-cü il tarixədək uzadılmış, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-476/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasınadək təsdiq edilmiş, həmin məhkəmənin 1(010)-476/2023 saylı, 19 iyun 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 228.2.1-ci, 228.4-cü və 302.1-ci maddələri, xx xxxx 1999-cu ildə Xaçmaz rayonunun Pirquluoba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 9 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binə qəsəbəsi, Əli İsazadə küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, 03 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 4(009)- 482/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində 28 yanvar 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, 28 yanvar 2023-cü il tarixdə ibtidai istintaq orqanı tərəfindən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 134-cü, 228.4-cü və 302.1ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2, X18, X44, Təqsirləndirilən şəxs3 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmiş, daşımış və başqasına vermiş, qanunsuz olaraq soyuq silah əldə etmiş, eləcə də hədənin icra ediləcəyini real nümayiş etdirərək şəxsi öldürməklə hədələmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 2022-ci ilin aprel ayında Türkiyə Respublikasının İstanbul şəhərində yaşayan şəxsiyyəti istintaqa məlum olmayan Kamran adlı şəxsə sifariş verdiyi 01 ədəd “AKM” markalı 7,62 mm kalibrli avtomat silahı, ona aid sandıqçanı və patronları Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində gizlədildiyi yerdən əldə edib daşıyaraq yaşadığı ünvan 3 ünvanında saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 aralarında şəxsi münasibətlərin pozulması zəminində Zərərçəkmiş şəxs1 qisas almaq üçün onu öldürməklə hədələmək qərarına gəlmiş, bu məqsədlə qardaşı Təqsirləndirilən şəxs2, tanışları X18 və X44 ilə qabaqcadan əlbir olan bır qrup şəxs halında əldə edilmiş razılığa uyğun olaraq hədənin real icra ediləcəyim nümayiş etdirmək məqsədi ilə tanışı Şahid1 idarə etdiyi “Toyota Prius” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə 17 oktyabr 2022-ci il tarixdə saat 00:10 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısından keçən zaman Təqsirləndirilən şəxs2 “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AKM markalı, nc 4968 №-li avtomat silahdan həmin evin hasarı və qarşısında dayanmış Zərərçəkmiş şəxs1 məxsus “Mercedes-Benz S600” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobil istiqamətində, Sabir İsmayılzadə isə “Aziz-Dragon” modelli 12 mm kalibrli, 18PA 0062 №-li tüfəngdən havaya atəş açaraq Zərərçəkmiş şəxs1 öldürməklə hədələmişlər. 2022-ci ilin oktyabr ayının sonlarında Təqsirləndirilən şəxs2 evində təmir işlərini yerinə yetirən Təqsirləndirilən şəxs3 tanışı X10 qara idman çantasında gətirəcəyi odlu silahı və döyüş sursatını ondan qəbul edərək saxlamasını tapşırmışdır. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 tapşırığı ilə həmin silahları və döyüş sursatını Sabir ismayılzadədən qəbul etdikdən sonra özünün yaşadığı ünvan 12 ünvanına daşıyaraq orada saxlamışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1, X18, X44, Təqsirləndirilən şəxs3 və digərləri ilə qabaqcadan əlbir olan bır qrup şəxs halında qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmiş, daşımış və başqasına vermiş, qanunsuz olaraq soyuq silah əldə etmiş, eləcə də hədənin icra ediləcəyini real nümayiş etdirərək şəxsi öldürməklə hədələmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 2022-ci ilin aprel ayında Türkiyə Respublikasının İstanbul şəhərində yaşayan şəxsiyyəti istintaqa məlum olmayan Kamran adlı şəxsə sifariş verdiyi 01 ədəd “AKM" markalı 7,62 mm kalibrli avtomat silahı, ona aid sandıqçanı və patronları Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində gizlədildiyi yerdən əldə edib daşıyaraq yaşadığı ünvan 3 ünvanında saxlamışdır Bundan sonra Təqsirləndirilən şəxs2 aralarında şəxsi münasibətlərin pozulması zəminində Zərərçəkmiş şəxs1 qisas almaq üçün onu öldürməklə hədələmək qərarına gəlmiş, bu məqsədlə qardaşı Təqsirləndirilən şəxs1, tanışları X18 və X44 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edilmiş razılığa uyğun olaraq hədənin real icra ediləcəyini nümayiş etdirmək məqsədi ilə tanışı Şahid1 idarə etdiyi “Toyota Prıus” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə 17 oktyabr 2022-ci il tarixdə saat 00:10 radələrındə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısından keçən zaman “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli “AKM” markalı, ƏC 4968 №-lı avtomat silahdan həmin evin hasarı və qarşısında dayanmış Zərərçəkmiş şəxs1 məxsus “Mercedes Benz S600” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobil istiqamətində, Sabit İsmayılzadə isə “Aziz-Dragon” modelli, 12 mm kalibrli, 18PA-0062 №lı tüfəngdən havaya atəş açaraq Zərərçəkmiş şəxs1 öldürməklə hədələmişlər. 2022-ci ilin oktyabr ayının sonlarında Təqsirləndirilən şəxs2 evində təmir işlərim yerinə yetirən Təqsirləndirilən şəxs3 tanışı X10 qara idman çantasında gətirəcəyi odlu silahı və döyüş sursatını ondan qəbul edərək saxlamasını tapşırmışdır. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 tapşırığı ilə həmin silahları və döyüş sursatını Sabir İsmayılzadədən qəbul etdikdən sonra özünün yaşadığı ünvan 14 ünvanına daşıyaraq orada saxlamışdır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1, X18 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silahı, döyüş sursatını əldə etmiş, daşımış və saxlamış eləcə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və saxlamışdır. Belə ki, 2022-ci ilin oktyabr ayının sonlarında Təqsirləndirilən şəxs2 evində təmir işlərini yerinə yetirən Təqsirləndirilən şəxs3 tanışı X10 qara idman çantasında gətirəcəyi odlu silahı və döyüş sursatını ondan qəbul edərək saxlamasını tapşırmışdır. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 tapşırığı ilə həmin silahları və döyüş sursatını Sabir İsmayılzadədən qəbul etdikdən sonra özünün yaşadığı ünvan 15 ünvanına daşıyaraq orada saxlamışdır. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının vətəndaşları X18, X44 və Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmadığı halda şəxsin hüquq və qanunla qorunan mənafelərini əhəmiyyətli pozmaqla “Əməliyyat axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin 10-cu bəndində nəzərdə tutulmuş insanların güdülməsi əməliyyat-axtarış tədbirini qanunsuz keçirmiş, X18 və digərləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah daşımış, eləcə də qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs4 13 sentyabr 2022-ci il tarixdə X18 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özünün idarə etdiyi “Toyota Prıus” markalı **- EO-*** dövlət qeydiyyat nişanlı avtomobillə 01 ədəd “Kalaşnikov” konstruksiyalı 7,62 mm kalibrli “AKM” markalı PİC 4968 №-li avtomat silahı ünvan 16 ünvanından sonuncunun ünvan 17 fərdi yaşayış evinə qanunsuz olaraq daşımış, eləcə də 2019-cu ilin sonlarında istintaqa məlum olmayan şəraitdə 01 ədəd beşbarmaq formalı soyuq silah hesab olunan predmeti qanunsuz olaraq əldə edib 04 oktyabr 2022-ci il tarixədək gəzdirmişdir. 12 oktyabr 2022-ci il tarixdə saat 01:24-01:25 dəqiqələrdə İmralı X1 təşkilatçılığı ilə qrupun digər üzvləri X44 və Təqsirləndirilən şəxs5 ilə birlikdə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmadığı halda özünün idarə etdiyi “Toyota Prius” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov qəsəbəsində içərisində ədavətləri olan Zərərçəkmiş şəxs1 olduğu “Mercedes-Benz” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili güdmüş, həmin qəsəbədəki Sülh və Ramiz Qəhrəmanov küçələrinin kəsişməsində işıqforda dayanmasından istifadə edib Sabir İsmayılzadə, Aqil Sultanov və Təqsirləndirilən şəxs5 hədənin icra ediləcəyini real nümayiş etdirmək məqsədi ilə həmin avtomobilə əllərində bıçaqla hücum etmiş, Sabir İsmayılzadə və Aqil Sultanov avtomobilin yan şüşələrini bıçaqdan istifadə etməklə sındıraraq Zərərçəkmiş şəxs1 öldürməklə hədələmişlər. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının vətəndaşları X18, X44, Təqsirləndirilən şəxs4 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmadığı halda şəxsin hüquq və qanunla qorunan mənafelərini əhəmiyyətli pozmaqla “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin 10-cu bəndində nəzərdə tutulmuş insanların güdülməsi əməliyyat-axtarış tədbirini qanunsuz keçirmiş, qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmiş, eləcə də hədənin icra ediləcəyini real nümayiş etdirmək məqsədi ilə şəxsi öldürməklə hədələmişdir. Belə ki, 12 oktyabr 2022-ci il tarixdə saat 01:24-01:25 dəqiqələrdə Nazım X2 təşkilatçılığı ilə qrupun digər üzvləri X44 və Təqsirləndirilən şəxs4 ilə birlikdə qabaqcadan əldə edilmiş razılığa uyğun olaraq əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmadığı halda sonuncunun idarə etdiyi “Toyota Prius” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov qəsəbəsində içərisində ədavətləri olan Zərərçəkmiş şəxs1 olduğu “Mercedes-Benz" markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili güdmüş, həmin qəsəbədəki Sülh və Ramız Qəhrəmanov küçələrinin kəsişməsində işıqforda dayanmasından istifadə edib Sabir İsmayılzadə və Aqil Sultanovla birlikdə hədənin icra ediləcəyini real nümayiş etdirmək məqsədi ilə həmin avtomobilə əlində soyuq silah hesab olunan bıçaqla hücum etmiş, sonuncular avtomobilin yan şüşələrini bıçaqdan istifadə etməklə sındıraraq Zərərçəkmiş şəxs1 öldürməklə hədələmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünün təqsirli bilməyərək göstərmişdir ki, 16 oktyabr 2022cı il tarixdə gecə saatlarında evdə yatdığı zaman həyətdən partlayış səsləri gəlməyə başlamış, həmin vaxt isə evdə özü və anası olmuşdur. Qardaşı həmin gün onlara gəlmişdir. Partlayış səsləri gəldiyi zaman o, evin həyətinə çıxmış, həyətə çıxdığı zaman partlayış səsləri davam etmiş, evlərinin çöl hasarına tərəf silahdan atəş açıldığını başa düşmüşdür. Atəş səsləri bir neçə saniyə davam etmiş və kəsilmişdir. Həmin vaxt evdə anası olsa da sonuncunun çölə çıxmasına icazə verməmişdir. Bir müddət sonra çölə çıxıb evin hasarına baxmışdır. Evlərinin darvazasının qarşısında, eləcə də qonşuların darvazasının qarşısında işıq yandığından məhəllənin işıqlı olmasına baxmayaraq atılan güllələrin ölçüsünü yaxşı görmək üçün fənərdən istifadə etmiş, evin divarının çöl tərəfində bır neçə ədəd kiçik ölçülü deşik əmələ gəldiyini görmüşdür. Həmin vaxt çöldə heç bir qonşunun və kənar şəxslərin olduğunu görməmiş, evə kimlər tərəfindən və nə üçün atəş açılmasını bilməmiş, bu barədə polisə məlumat verməmişdir. X28, Şahid6 və Şahid7 o, Suraxanı rayon sakinləri kimi tanımış, aralarında normal münasibət olmuşdur. Təqsirləndirilən şəxs3 yaşayış yerindən aşkar edilərək götürülmüş silahları və döyüş sursatını qardaşı Təqsirləndirilən şəxs2 haradan və necə əldə etməsi, Təqsirləndirilən şəxs3 sonradan saxlamaq üçün verilməsi barədə məlumatı olmamışdır Həmçinin Zərərçəkmiş şəxs1 yaşadığı evə odlu silahla hücumun təşkil edilməsi və ona avtomobildə hərəkətdə olarkən bıçaqla hücum olması barədə heç bir məlumatı olmamışdır X13 məhəllə uşağı kimi münasibəti olmuşdur. X34 Abdullayevə hücum etməsi barədə məlumatı olmamışdır. Yaşadığı mənzildən aşkar edilmiş “beşbarmaq” kimi adlandırılan soyuq silah ona məxsus olmaqla uzun müddət özündə olmuş, haradan əldə etdiyini xatırlamamışdır. Evdən aşkar edilmiş 7,62 çaplı patron gilizi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü və 228.2.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 2022-ci ilin aprel ayında avtomat silahı əldə etmək məqsədilə Türkiyənin İstanbul şəhərində yaşayan Kamran adlı azərbaycanlı tanışına müraciət etmiş və Kamranın tapşırığı ilə Bakı şəhərində tanımadığı şəxs “Kalaşnikov” markalı 7,62 kalibrli avtomat silahı patronları ilə birlikdə Bakı şəhəri Mərdəkan qəsəbəsində dəniz kənarına qoymuş və yerini ona demişdir. O isə gedib həmin avtomat silahı və patronlarını qoyulduğu yerdən götürərək yaşadıqları ünvan 3 ünvanda sanitar qovşağın üstündə su çəninin altında gizlətmişdir. 16 oktyabr 2022-ci il tarixdə saat 22:30 radələrində o, idarə etmiş olduğu “Ford Fusion” markalı ağ rəngli avtomobillə qardaşı Təqsirləndirilən şəxs1 ilə anası X14 yaşadığı ünvan 18 ünvanda yerləşən evə gəlmiş və avtomobili evin darvazası ilə üzbəüz dalanda saxlamışdır. Həmin dalan içəriyə doğru olduğu üçün küçənin aşağısından baxan şəxsin onun avtomobilini görməsi mümkün olmamışdır. O, məhlədə tanışları Şahid4, Şahid2 və Aqil Sultanovu görmüş və onlarla salamlaşaraq söhbət etməyə başlamışdır. Ondan təxminən 15 dəqiqə sonra həmin yerə Sabir İsmayılzadə gəlib salamlaşaraq məişət mövzusunda söhbət etməyə başlamışlar. Həmin gün təxminən saat 23 radələrində qardaşı Təqsirləndirilən şəxs1 Şahid1un istifadəsində olmuş “Toyota Prius” markalı avtomobillə oraya gəlmişdir. Təqsirləndirilən şəxs1 və Şahid1 onlarla salamlaşaraq söhbətə qoşulmuşlar. Şahid1 idarə etdiyi “Toyota Prius” markalı avtomobili Yəhyagilin A.Rzayev küçəsi ev 583 ünvanında yerləşən evlərinin darvazasının düz qarşısında üzü yuxarı saxlamışdır. Bir qədər söhbət etdikdən sonra Təqsirləndirilən şəxs1 evə yuyunub çörək yemək üçün daxil olacağını deyib darvazadan həyətə daxil olmuşdur. Bundan təxminən 10-15 dəqiqə sonra onların evlərinin aşağısındakı sol dalanda evlərinin darvazasından təxminən 50 metr məsafədə bir avtomobilin dayandığını görmüşlər. Avtomobilin işıqları həm onların darvazanın yerləşdiyi divarın qurtaracağının künc hissəsinə, həm də avtomobil durduğu istiqamətdə sağ ara küçəyə düşmüşdür. Avtomobil onların məhləsinə gələrkən evin darvazasının qarşısında o, Şahid1, Sabir İsmayılzadə, Aqil Sultanov, Şahid2 və Şahid4 olmuşlar. Şahid2 həmin vaxt evlərinə getmək üçün onlarla sağollaşıb evlərinin qarşısından aşağıya yollanmışdır, Şahid2 küçənin aşağısına çatan zaman sol dalanda dayanmış avtomobillə gələn şəxsləri görərək onların tərəfinə “Namiqgildir” deyə qışqırmış və qorxub geriyə dönərək onların tərəfinə qaçmağa başlamış həmin vaxt ard-arda iki atəş səsi eşitmiş və həyəcanlanaraq Sabir, Aqil və özü darvazadan tez özlərini evlərinin həyətinə salmış, adlarını qeyd etdiyi digər uşaqların içəriyə keçə bilmələri üçün darvazanın qapısını dərhal bağlamamış, lakin bir-iki saniyə gözlədikdən sonra darvazanın içəriyə açılan qapısını bir qədər aralamış və avtomobilin qarşısında heç kimi görməmişdir. Həmin vaxt məhəllədə heç kim olmamışdır. Bundan sonra həmin uşaqların küçənin aşağısına doğru qaçdıqlarını düşünərək darvazanın qapısını içəridən bağlamışdır. Özləri isə darvazadan aralıda həyətə daxil olduqda sol tərəfə yığılmış sement kisələrinin arxasına keçmişlər. O, evin həyətində olan evin təmiri üçün istifadə olunan dəmir nərdivanı götürərək evin həyətinə daxil olduqda sol tərəfdə yerləşən sanitar qovşağın qapısına dirəmiş və nərdivana çıxaraq sanitar qovşağın üstündən özünü müdafiə üçün gizlətdiyi 1 (bir) ədəd “AKMS” markalı, nC 4968 nömrəli 7,62 mm kalibrli avtomat silahı götürmüşdür. Nərdivanı götürdüyü vaxtdan silahı əlinə alana kimi təxminən 1 dəqiqədən çox vaxt keçmişdir. O, avtomat silahı əlinə alan zaman ard-arda yenidən bir neçə atəş səsini eşitmişlər. O, çölə çıxmadan evin həyətindən göyə iki dəfə atəş açmış, bundan sonra Namiqgil tərətdən atəş səsləri kəsilmişdir. Təxminən bir dəqiqə gözlədikdən sonra o, darvazanın qapısını açaraq çölə baxmış və Namiqgilin getdiklərinə əmin olmuşdur. Daha sonra o, yaşadıqları evin hasarında Şahid7 tərəfindən atılmış güllələrdən yaranmış zədə izlərini öz mobil telefonu ilə videoyazıya almışdır. Namiqgil getdikdən sonra da məhəllə gənclərindən heç kim olmamış və heç bir qonşu buna şahid olmamışdır. O, qardaşı Təqsirləndirilən şəxs1, Sabir İsmayılzadə və Aqil Sultanov tez Şahid1 idarə etdiyi avtomobilə əyləşib dedikləri ünvana sürməyi sonuncudan tələb etmiş, bu hadisədə Şahid1 tam təsadüf nəticəsində orada olmuşdur. O, avtomobilin ön sərnişin oturacağında, Təqsirləndirilən şəxs1, Sabir İsmayılzadə və Aqil Sultanov isə avtomobilin arxa oturacağında əyləşmişlər. Həmin vaxt avtomat silah və “Vincester” silahı Sabir İsmayılzadənin əlindəki idman çantasında olmuşdur. Onlar Şahid1 haraya gedəcəklərini demədən, yalnız hansı küçədə haraya dönmək lazım olduğunu demiş, sonuncu isə onların haraya getmək istədiklərinin fərqində olmadan onların öz yaşadıqları ərazidən uzaqlaşmaq istədiklərini düşünərək taksi sürücüsü olaraq dedikləri yerə sürmüşdür. Zərərçəkmiş şəxs1 yaşadığı evin yaxınlığındakı daimi yığışdıqları bağa yaxınlaşdıqda o, küçə işıqlı olduğundan küçədə heç kim olmadığına əmin olaraq arxadakı çantadan avtomat silahı götürüb sürücünün pəncərəsindən Zərərçəkmiş şəxs1 yaşadığı evin darvazasının qarşısında küçədə park edilmiş sonuncuya məxsus “Mercedes-Benz” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxası istiqamətində atəş açmışdır, Sabir İsmayılzadə isə arxa tərəfdən “Vinçester” markalı odlu silahla bir dəfə havaya atəş açmış və onlar həmin yerdən uzaqlaşmışlar. Həmin vaxt Şahid1 onların özləri ilə silah götürmələrindən və atəş açacaqlarından xəbərdar olmadığı üçün çox qorxmuşdur Daha sonra Şahid1 onları yaşadığı evin yaxınlığında düşürüb evlərinə getmiş, o isə oradan Təqsirləndirilən şəxs1 ilə birlikdə evlərinə getmiş, evdə 10-15 dəqiqə qaldıqdan sonra Sabirlə əlaqə saxlamış və Bilgəhdə Sabirgilin birgünlük kirayə götürdükləri mənzilə getmişlər. Səhəri gün isə o, Sumqayıt şəhərinə getmişdir. 2022-ci ilin 24 və ya 25 oktyabr tarixində o, Sabir İsmayılzadə və Aqil Sultanovun xahişi ilə siqaret alaraq yenidən Bilgəh qəsəbəsində kirayə götürdükləri evə getmiş, həmin vaxt evdə sonuncuları görmüş, salamlaşıb təxminən 2-3 saat söhbət etdikdən sonra Sumqayıt şəhərinə yaşadığı evə qayıtmışdır. Sumqayıt şəhəri, Kristal-ünvan 19 ünvandakı yaşayış yerində keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş 01 ədəd üzərində “Columbia FuShaoXin Company" yazısı həkk edilmiş qara rəngli bıçağı 2022-cı ilin fevral ayında Sabir İsmayılzadədən əldə etmiş, sonuncunun həmin bıçağı haradan əldə etməsi barədə məlumatı olmamışdır. Sonda törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Amin və Təqsirləndirilən şəxs1 qardaşları ilə qonşuluq münasibəti olmuş, yaşadığı ev onların evindən təxminən 500 metr məsafədə yerləşmiş, hər ikisini uşaqlıqdan tanımışdır. 2022-cı ilin oktyabr ayının 11-də o, Amin və Yəhya qardaşlarının ünvan 1 ünvanındakı evlərində hamam və sanitar qovşağın təmiri ilə məşğul olmağa başlamış, tutulmamışdan təxminən 7 gün əvvəl Təqsirləndirilən şəxs2 ona təklikdə Sabir İsmayılzadənin axşam saatlarında qara idman çantasında müvəqqəti olaraq saxlamaq üçün 01 ədəd “AK-74” markalı avtomat silah, ona aid maqazin, 01 ədəd “Vinçestr” markalı silah, ona aid patronlar verəcəyini, həmin silahsursatı təxminən 4-5 gün sonra ondan götürəcəyini demiş və Sabir İsmayılzadə gələnə kimi işini qurtardıqdan sonra evin yanında gözləməyi bildirmişdir. O, Təqsirləndirilən şəxs2 evində təmirlə məşğul olduğu üçün sonuncunun bu xahişindən imtina edə bilməmiş və Təqsirləndirilən şəxs2 xahişini yerinə yetirməyə razılıq vermişdir. Bu barədə Təqsirləndirilən şəxs2 ona xahiş etdiyi gün o, gündəlik görməli olduğu işi sonuncunun evində axşam saat 19 radələrində başa çatdırdıqdan sonra məhlədən yola tərəf irəliləmişdir. O, yolun kənarına çatdıqda Sabir İsmayılzadənin “Opel” markalı açıq rəngli dövlət qeydiyyat nişanını xatırlamadığı taksinin yanında onu gözlədiyini görmüş, avtomobilin arxa oturacağına Sabir İsmayılzadənin yanına əyləşmişdir. Sabir İsmayılzadə ilə taksi ilə təxminən 500 metr gedib məhlələrının girişində o, sürücüyə avtomobili saxlamasını demişdir. O, taksidən düşən zaman Sabir İsmayılzadə onunla birlikdə taksidən düşüb avtomobilin yük yerini açaraq oradan ona ağzı bağlı qara rəngli idman çantasını vermişdir. O da həmin çantanı evə aparmış və yataq otağında təklikdə həmin çantanı açmış, içində darağı ilə birlikdə 01 ədəd avtomat. 01 ədəd tüfəng, tüfəngə aid patronlar və 01 ədəd əl qumbarası olmuşdur. O, həmin silahlan və patronları yataq otağındakı çarpayının altında, əl qumbarasını isə özü evdə olan qara rəngli ətir qabının içinə yerləşdirərək yataq otağındakı şkafın yuxarı rəfinə əl çatmaz yerdə gizlətmişdir. Təqsirləndirilən şəxs2 ona Sabir İsmayılzadənin vasitəsilə gizlətmək üçün verdiyi silahsursatı evdə gizlətməyindən ailə üzvlərinin məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 ilə aralarında silah sursat saxlamağı barədə söhbət olmamışdır, X7 əldə etdiyi qara rəngli idman çantasının içərisindəki odlu silah və döyüş sursatı ilə yanaşı 01 ədəd əl qumbarasının olması barədə Təqsirləndirilən şəxs2 ilə aralarında hər hansı söhbət olmamışdır. O, ünvan 20 ünvanındakı yaşayış yerindən aşkar edilərək götürülmüş 01 ədəd üzərində “Methodone 40” göstəriciləri olan tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,040 qram təşkil blister kəsiyinin özünə məxsus olduğunu, tərkibində metadon olan həmin həbi məhkum olunduğu əvvəlki cinayət işindən əvvəl alıb şəxsi istifadəsi üçün evdə gizlətdiyini, şübhəli şəxs qismində tutulan zaman metadonun üzərində olduğunu unutduğunu bildirmişdir. Sonda törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 2021-ci ilin təxminən noyabr ayında ismayılzadə Sabir ilə tanış olmuş və aralarında dostluq münasibəti olmuşdur. 2022-ci ilin avqust ayında o, Şahid16 ilə tanış olmuş və sonuncudan gündəlik 25 manat müqabilində qırmızı rəngli “Toyota Prius” markalı “**-EO-***” dövlət qeydiyyat nişanlı avtomobil icarəyə götürmüşdür. 2022-ci ilin sentyabr ayının 13-də Sabir İsmayılzadə yaşadığı Suraxanı rayonunda yerləşən Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin inzibati binasının yaxınlığında yerləşən ünvana onu zəng edərək çağırmış, o da Sabir İsmayılzadənin yaşadığı həmin ünvana getdikdə, sonuncu əlində idman çantası ilə onun idarə etdiyi “Toyota Prius” markalı qırmızı rəngli “**-EO-***” dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişdir. Onlar oradan onun idarə etdiyi “Toyota Prius” markalı qırmızı rəngli “**-EO-***” dövlət qeydiyyat nişanlı avtomobillə əvvəllər yaşadığı ünvan 22 ünvanının yaxınlığına getmişlər. Orada o, avtomobili saxlamış və onlar bir qədər söhbət etmişlər. Bu zaman o, İsmayılzadə Sabirdən çantada nə olduğunu soruşduqda, sonuncu ona çantanı açaraq “AKM” tipli 7,62 mm kalibrli avtomat silahı və dolu darağı göstərərək, “özümü düşmənlərimdən qorumaq məqsədilə özümlə daşıyıram” deyə bildirmişdir. O, həmin avtomat silahı əlinə alaraq Sabir İsmayılzadəyə “Xiaomı М3 Pro” markalı mobil telefonunu silahla özünün fotoşəklini çəkməsi üçün vermişdir. Sabir İsmayılzadə də onun mobil telefonu ilə fotoşəklini çəkmişdir. Bundan sonra onlar bir qədər də söhbət etdikdən sonra o, Sabir İsmayılzadəni kirayə yaşadığı Bakı şəhəri Suraxanı rayonu Atamoğlan Rzayev küçəsi 67 ünvanda yerləşən fərdi yaşayış evinə aparıb düşürmüşdür. Avtomobildən düşdükdə Sabir İsmayılzadə həmin avtomat silahı qara rəngli idman çantasının içində özü ilə götürüb getmişdir. 12 oktyabr 2022-ci il tarixdə gecə saat 01 radələrində İsmayılzadə Sabir ona zəng edərək Bakı şəhəri Xətai rayonu “Xəzər dairəsi” yaxınlığında olduqlarını və onları bir neçə yerə aparmağını istəmişdir. O da həmin ünvana çatdıqda, ismayılzadə Sabir və Binə qəsəbəsində yaşamış X44 onun idarə etdiyi qırmızı rəngli “Toyota Prius” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avotomobilə əyləşmişlər. X35 yaşadığı Bakı şəhəri Suraxanı rayonu Atamoğlan Rzayev küçəsi 67 ünvanda yerləşən fərdi yaşayış evinə çatdıqda, Sabir və Aqil avtomobildən enmiş və avtomobildən kənarda İsmayılzadə Sabirin yaşadığı evin yaxınlığında təxminən 10-15 dəqiqə söhbət etmişlər. Onlar kənarda söhbət etdiklərindən o, avtomobilin içindən sonuncuları görməmişdir. Daha sonra Sabir İsmayılzadə ilə Aqil Sultanov onun idarə etdiyi avtomobilə yaxınlaşıb oturduqda Təqsirləndirilən şəxs5 da sonuncularla birlikdə avtomobilə əyləşdiyini görmüşdür. Sabir İsmayılzadə onları Bakıxanov qəsəbəsində yerləşən “Aqata” restoranının qarşısına aparmağını istəmişdir. O, Sabir ismayılzadədən oraya getməsinin səbəbini soruşduqda sonuncu bir nəfərin “WhatsApp” mobil tətbiqində Sabir İsmayılzadənin ünvanına nalayıq ifadələr işlətdiyini və həmin şəxslə məsələni aydınlaşdırmaq üçün, yəni söyüş söyməsinin səbəbim soruşmaq üçün görüşmək istədiyini demişdir. O, Sabir İsmayılzadənin tapşırığını yerinə yetirərək, onları qeyd edilən ünvana aparmışdır. Həmin ünvana çatdıqda, İsmayılzadə Sabir ona həmin ünvanda restoranın qarşısındakı əks yolda dayanan “Mercedes-Benz 600” markalı gümüşü rəngli avtomobili ötərək qarşıda saxlamasını tapşırmışdır. O, idarə etdiyi avtomobili “Mercedes-benz 600” markalı gümüşü rəngli avtomobilin təxminən 4 metr qarşısında saxlamışdır. Avtomobilin içində Sabirgilin etdiyi söhbətdən başa düşmüşdür ki, “Mercedes-benz 600” markalı gümüşü rəngli avtomobil Zərərçəkmiş şəxs1 məxsusdur. Zərərçəkmiş şəxs1 adını isə o, Suraxanı rayon sakini kimi eşitsə də, özünü görməmiş və hər hansı tanışlıq münasibəti olmamışdır. Onlar təxminən 10-15 dəqiqə gözlədikdən sonra bir nəfər “Mercedes-benz 600” markalı gümüşü rəngli avtomobilə əyləşərək avtomobili sürüb geri dönmə manevri edərək “Aqata” restoranının qarşısında saxlamışdır. Sabir İsmayılzadə avtomobili sürən şəxsin Azər olmadığını demişdir. Bundan sonra daha bir şəxs restorandan çıxaraq “Mercedes-Benz 600” markalı gümüşü rəngli avtomobilin ön sərnişin oturacağında əyləşdikdə Sabir həmin şəxsin Azər olduğunu demiş və ona avtomobili güdməsini tapşırmışdır. O, idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs1 olduğu avtomobili təxminən beş dəqiqə güdəndən sonra, həmin avtomobil 3-cü işıqforda dayandıqda, İsmayılzadə Sabir və sonuncunun dostları Aqil və Nazim adlı şəxslər avtomobildən dərhal enərək, Zərərçəkmiş şəxs1 olduğu “Mercedes-benz 600” markalı, gümüşü rəngli avtomobilə bıçaqla hücum etmişlər. Bundan əvvəlki işıqforlarda dayanmağına baxmayaraq həmin işıqforlarda Sabirgil avtomobildən düşməmişlər. O da onların Azərin avtomobilini sadəcə güddüklərini düşünərək avtomobili Azərin avtomobilinin arxasınca sürüb güdmüşdür. Avtomobildən ilk olaraq Aqil və Sabir, daha sonra isə Nazım düşərək “Mercedes-benz 600” markalı avotomobilə bıçaqla hücum etmişlər. Həmin vaxta qədər o, sonuncuların bıçaqla hücum edəcəklərini bilməmişdir. Belə ki, Sabir İsmayılzadə “Mercedes-Benz 600” markalı avtomobilə sürücü tərəfdən, Aqil Sultanov isə sağ tərəfdən, yəni Zərərçəkmiş şəxs1 oturduğu tərəfdən hücum etmişlər və şüşələrinə bıçaqla zərbə endirib sındırmışlar İsmayılzadə Sabirin dostu olan Təqsirləndirilən şəxs5 isə Zərərçəkmiş şəxs1 olduğu avtomobilə tərəf əlində bıçaqla qaçdıqda, “Mercedes-Benz 600” markalı gümüşü rəngli avtomobil sürətlə yerindən hərəkət edərək oradan uzaqlaşmışdır. Bundan sonra Sabir ismayılzadə ona Binə qəsəbəsinə sürməsini tapşırmışdır. O, həmin gecəni Binə qəsəbəsində avtomobildə keçirdikdən sonra avtomobili İsmayılzadə Sabirin tapşırığı ilə Binə qəsəbəsində saxladıqdan sonra “Bolt” mobil tətbiqi vasitəsilə sifariş etdikləri taksiyə əyləşərək Bilgəh qəsəbəsində “Qala yolu” üzərində yerləşən bağ evinə getmişlər Həmin bağ evinin kimə məxsus olmasını bilməmişdir. İsmayılzadə Sabir qapını açarla açmış və onlar evə daxil olmuşlar. Evə daxil olduqda evdə heç kim olmamışdır. 13 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində Sabir İsmayılzadənin dostları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların qaldıqları həmin ünvana gəlmiş və özləri ilə onlar üçün yemək gətirmişlər. Həmin vaxta kimi onun həmin qardaşlarla yalnız salam-sağol münasibəti olmuşdur. Yəhya və Amin qardaşları qaldıqları evə gəldikdən sonra Təqsirləndirilən şəxs1 Sabir İsmayılzadəni törətdiyi əmələ görə ciddi tənbeh etməyə başlamış və nahaq yerə Zərərçəkmiş şəxs1 olduğu avtomobilə bıçaqla hücum edib şüşələrini sındırdığını ciddi irad tutmuşdur. Yəhya Sabiri tənbeh etdikdə Sabir başını aşağı salmış vəziyyətdə dayanıb qulaq asmışdır. Yəhyanın Sabiri danlamasından Sabirgilin Azərin avtomobilinə bıçaqla hücum etməsindən Yəhyanın xəbərinin olmadığını başa düşmüşdür. Yəhya və Amin Sabirgili tənbeh etdikdən sonra çıxıb getmişlər. O, həmin evdə ismayılzadə Sabir və onun dostları Aqil Sultanov və Təqsirləndirilən şəxs5la birlikdə təxminən bir gün qalmış, 13 oktyabr 2022-ci il tarixdə səhər saat 09 radələrində o, taksi kimi işləməli olduğunu və bunun üçün evə gedəcəyini bildirərək onlardan ayrılıb evə getmişdir. Həmçinin 2019-cu ilin sonlarında adını xatırlamadığı dostlarından biri ona taxta materialdan “beşbarmaq” tipli predmeti suvenir olaraq hədiyyə etmişdir. 04 oktyabr 2022-cı ıl tarixdə idarə etdiyi **-EO-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı qırmızı rəngli avtomobillə yaxın tanışı Şahid10 metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında yerləşən iş yerindən yaşadığı metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığına apararkən yolda sonuncu avtomobilin sürət qutusunun yanına qoyduğu həmin “beşbarmaq” tipli suveniri götürmüş və ondan belə əşyalardan istifadə etməməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, X18 ilə dostluq münasibətləri olmuş, sonuncunun vasitəsilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qardaşları ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yanında bir neçə dəfə Təqsirləndirilən şəxs3 görmüş, sonuncu ilə aralarında münasibət olmamışdır. 2022-ci ilin oktyabr ayında Sabir İsmayılzadəni 01 ədəd qara rəngli idman çantası ilə yaşadığı evdən çıxan zaman görmüş, çantanın içərisində nə olduğu ilə maraqlandıqda sonuncu çantanı açaraq ona 01 ədəd “AKM" tipli avtomatı və 01 ədəd “Vinçester” tipli silahı göstərmişdir. Sonrakı görüşlərin birində isə Sabir İsmayılzadə ona həmin silahları Təqsirləndirilən şəxs3 müvəqqəti saxlamaq üçün verdiyini bildirmişdir. O, Sabir İsmayılzadə və Yəhyagilin Bülbülə qəsəbə sakini Zərərçəkmiş şəxs1 ilə düşmənçiliklərinin olduğunu bilmiş, Sabir İsmayılzadənin ona dediyinə görə sonuncunu Zərərçəkmiş şəxs1 Suraxanı rayonunda narkotik satıcısı kimi tanıtmışdır. Sabir İsmayılzadə isə narkotik vasitə satmadığını deyərək Zərərçəkmiş şəxs1 ona şər atdığını bildirib düşmən olduğunu demişdir. Zərərçəkmiş şəxs1 Suraxanı rayonunun Bülbülə qəsəbəsinin sakini kimi tanımış, lakin onunla heç salam münasibəti olmamışdır. 2022-ci ilin sentyabr ayının əvvələrində Sabir İsmayılzadə ilə növbəti görüşlərinin birində sonuncu ona və ortaq dostları Binə qəsəbəsində yaşamış X54 qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 Sabir İsmayılzadənin ünvanına nalayiq ifadələr işlətdiyini və buna görə də Zərərçəkmiş şəxs1 bıçaqla qorxudub öldürməklə hədələməyin lazım gəldiyini bildirmişdir. 2022-ci ilin oktyabr ayının 11-dən 12-sinə keçən gecə o, evdə olarkən Sabir İsmayılzadə onun istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə sonu 39 olan mobil telefon nömrəsindən zəng edərək Suraxanı rayonu ərazisində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon idarəsinin yaxınlığındakı kirayə yaşadığı həyət evinin yaxınlığına gəlməsini tapşırmışdır. O, göy rəngli “Azsamand” markalı tanımadığı yol taksisi ilə qeyd olunan ünvana çatdıqda Sabir İsmayılzadə və Aqil Sultanovun onu gözlədiklərini görmüşdür. Sabir İsmayılzadə ona Bülbülə qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 Sabir İsmayılzadənin ünvanına nalayiq ifadələr işlətdiyi üçün sonuncunu avtomobildə gedərkən bıçaqla qorxudub öldürməklə hədələmək istədiyini demiş, lakin onlara bu barədə nə yaxınlıqda onları istifadəsində qırmızı rəngli “Toyota Prius” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gözləyən Təqsirləndirilən şəxs4, nə də ki, Təqsirləndirilən şəxs1 xəbərinin olmamalı olduğunu tapşırmışdır. Əks təqdirdə Təqsirləndirilən şəxs4 qorxaraq onları öz avtomobili ilə aparmaz, Yəhya isə onları bu əməli törətməyə icazə verməz. O, X36 Abdullayevi necə qorxudacaqlarını soruşmuş, Sabir İsmayılzadə isə Azər avtomobildə olanda üstlərındəki bıçaqla avtomobilin şüşələrini sındıraraq qorxudacaqlarını, əgər avtomobilin içindən Zərərçəkmiş şəxs1 özününü düşəcəyi təqdirdə isə dərhal İmralının avtomobilinə oturub hadisə yerindən qaçacaqlarını demişdir. O, Sabirlə razılaşdıqdan sonra üçü birlikdə gedib Təqsirləndirilən şəxs4 idarə etmiş olduğu qırmızı rəngli “Toyota Prius” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Bundan sonra onlar Bakıxanov qəsəbəsi istiqamətində hərəkət etmişlər. Sabir ismayılzadəyə yolda zəng gəlmiş və sonuncu zəngə cavab verdikdən sonra onlara zəng edənin Zərərçəkmiş şəxs1 “Aqata” restoranında olduğunu bildirmişdir. Zəng edən şəxsin adı ekranda yazılmamış, ancaq xatırlamadığı nömrə görünmüşdür. X38 Vəliyevə Bakıxanov qəsəbəsində yerləşən “Aqata” restoranının yanına sürməyi tapşırmışdır. Təqsirləndirilən şəxs4 Sabirdən oraya getməsinin səbəbini soruşanda Sabir İsmayılzadə bir nəfərin “WhatsApp” mobil tətbiqində öz ünvanına nalayiq ifadələr dediyini və həmin adamla söyüş söyməsinin səbəbini soruşmaq üçün görüşmək istədiyini demişdir. Onlar həmin yerə çatdıqda X38 Vəliyevə qabaqda dayanmış “Mercedes Benz 600” markalı avtomobili göstərərək, onu ötüb qarşısında saxlamağı tapşırmışdır. “Mercedesbenz 600” markalı gümüşü rəngli avtomobil restoranın qarşısındakı əks yolda dayanmışdır. Təqsirləndirilən şəxs4 avtomobili qeyd edilən yerdə saxladıqdan təxminən 10 dəqiqə sonra bir nəfər “Mercedes-benz 600” markalı gümüşü rəngli avtomobilə əyləşərək avtomobili sürüb geriyə dönərək “Aqata” restoranının qabağında saxlamışdır. Sabir İsmayılzadə avtomobili sürən şəxsin Azər olmadığını demişdir. Bundan sonra daha bir şəxs restorandan çıxıb “Mercedes-benz 600” markalı gümüşü rəngli avtomobilin ön sərnişin oturacağında oturmuş, Sabir həmin şəxsin Azər olduğunu deyərək Təqsirləndirilən şəxs4 həmin avtomobilin arxasınca sürüb onu izləməyi tapşırmışdır. “Toyota Prius” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes-benz 600” markalı gümüşü rəngli avtomobili təxminən beş dəqiqə güdəndən sonra həmin avtomobil 3-cü işıqforda dayanmışdır. Bu zaman o, qırmızı rəngli “ToyotaPrius” markalı avtomobilin öz sərnişin oturacağında, Sabir İsmayılzadə və ortaq dostları Aqil Sultanov isə arxa oturacaqlarda əyləşmişlər. Sabir İsmayılzadə və Aqil Sultanov avtomobildən dərhal düşüb “Mercedes-benz 600” markalı gümüşü rəngli avtomobilə hücum etmişlər. Belə ki, Sabir ismayılzadə “Mercedes Benz 600” markalı avtomobilin sürücüsü tərəfdən, Aqil isə Zərərçəkmiş şəxs1 əyləşdiyi ön sərnişin oturacağı tərəfdən hücum edərək şüşələrini sındırmağa başlamışlar. O da sonunculardan sonra “ToyotaPrius” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşüb “Mercedes-benz 600” markalı gümüşü rəngli avtomobilə tərəf qorxuzmaq üçün qaçdıqda “Mercedes Benz 600" markalı avtomobil sürətlə oradan uzaqlaşmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs4 istifadəsində olan qırmızı rəngli “ToyotaPrius” markalı avtomobilə əyləşmiş və oradan Binə qəsəbəsi istiqamətində hərəkət etmişlər. Əlavə olaraq ifadəsində göstərmişdir ki, üzərində heç bir silah olmamasına baxmayaraq 3 ay həbsdə saxlandıqdan sonra istintaq orqanının təkidi ilə güya hadisə zamanı silah qismində istifadə etdiyi bıçağı istintaqa təhvil vermişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdıqlarına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə müvafiq olaraq xitam verilməlidir, bundan başqa Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 134-cü, 228.2.1-ci və 228.4-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.2.1-ci və 228.4-cü maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 228.2.1-ci və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 228.2.1-ci, 228.4-cü və 302.1-ci maddələri, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 228.4-cü və 302.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onların təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 ilə barışdığını, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək sonunculara qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 11 oktyabr 2022-ci il tarixdə gecə saat 22 radələrində o, Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsində “Aqata" restoranı ilə üzbəüz yerləşən kafeyə çörək yemək üçün getmiş, bir qədər içki qəbul etdiyindən avtomobili içkili vəziyyətdə sürmək istəməmiş, buna görə də uzun müddətdir ki, tanıdığı dostu Zərərçəkmiş şəxs2 saat 23 radələrində zəng edərək kafeyə gəlib onu özünə məxsus Mercedes Benz markalı gümüşü rəngli **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək evinə aparmasını xahiş etmişdir. Az sonra Zərərçəkmiş şəxs2 kafeyə gələrək onunla oturub bir qədər yemək yemişdir. 12 oktyabr 2022-ci ıl tarixdə saat 01 radələrində o, Zərərçəkmiş şəxs2la kafedən çıxmış, avtomobilin açarını idarə etmək üçün Şahın İsmayılova vermişdir. Zərərçəkmiş şəxs2 sürücü oturacağında, o isə ön sərnişin oturacağında əyləşmişdir. Avtomobildə dizel az olduğuna görə Zərərçəkmiş şəxs2 yaxınlıqdakı “Azpetrol” yanacaqdoldurma məntəqəsindən avtomobilə yanacaq vurub sonra evə getməyi bildirmişdir. Zərərçəkmiş şəxs2 da həmin istiqamətdə avtomobili idarə etmişdir. Həmin vaxt avtomobili kiminsə izləyə biləcəyini ağlına gətirməmişdir. 12 oktyabr 2022-cı il tarixdə saat 01:20 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki Sülh və Ramız Qəhrəmanov küçələrinin kəsişməsində işıqforun qırmızı işığı yandığı üçün dayanmalı olmuşlar. Həmin vaxt onun oturduğu tərəfdə avtomobilin şüşəsi bağlı olmuş, həmin tərəfin şüşəsi qalxıb enmədiyi üçün onu açmamışdır. Zərərçəkmiş şəxs2 isə oturduğu tərəfdən siqaret çəkdiyi üçün şüşəni yuxarıdan bir az aşağı salmışdır. Həmin vaxt qəfildən avtomobilə əllərində bıçaq olan gənc oğlanların zərbə endirdiklərini görmüşlər Hücum zamanı şəxslərdən biri əlində bıçaqla avtomobilə onun tərəfdən, digəri isə Şahın İsmayılov tərəfdən zərbələr endirmişldir. Bıçaqla hücum edən şəxslərin ümumilikdə neçə nəfər olduqlarına içkili olduğu üçün fikir verə bilməmişdir. Ona məxsus “Mercedes Benz" markalı gümüşü rəngli **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan şüşələri ikiqat olduğu üçün özünün oturduğu tərəfdən bıçaqla yan şüşəyə zərbə endirən şəxs şüşənin ancaq bir qatını sındıra bilmiş, Zərərçəkmiş şəxs2 tərəfdən isə bıçaqla endirilən zərbələr avtomobilin banına dəymişdir. Onlara həmin vaxt edilmiş hücum zamanı hər hansı birinə fiziki olaraq heç bir xəsarət yetirilməmişdir. Zərərçəkmiş şəxs2 həmin vaxt dərhal avtomobilin qaz pedalına basaraq ərazidən uzaqlaşmış, içkili olduğundan arxaya boylanıb baxmamış, bu səbəbdən hücum edən şəxslərin neçə nəfər olduqlarına fikir verə bilməmişdir. Şahın İsmayılov həmin şəxslərin işıqforda onların arxalarında dayanmış avtomobilə tərəf qaçdıqlarını ona demiş, lakin həmin şəxslərin hansı markalı avtomobillə gəldiklərinə fikir verə bilməmişlər. Bundan sonra Şahın İsmayılov onu yaşadığı evə düşürmüş oz aralarında bir qədər dərdləşmiş, o, həmin gun onlara hücum edənlərin kim olduqlarını bilməmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 taksi ilə öz evinə getmişdir. 17 oktyabr 2022-ci il tarixdə saat 00:10 radələrində ünvan 23 ünvanda yerləşən fərdi yaşayış evində yatdığı zaman qardaşı Namiq Abdullayev onu oyadaraq həyətə düşməsini bildirmişdir. O, həyətə düşdükdən sonra Namiq Abdullayev bağdakı otaqda olarkən kiminsə yaşadığı evin qarşısında dayanmış ona məxsus “Mercedes-Benz” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə odlu silahdan atəş açdığını bildirmişdir. O, özünə məxsus “Mercedes Benz" markalı gümüşü rəngli **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili evinin qarşısında saxladığından avtomobilə yaxınlaşmış və evin qarşısı işıqlandırıldığı üçün avtomobilin arxa dövlət qeydiyyat nişanının sol tərəfindən avtomobilin banının deşilmiş olduğunu görmüş və onu qorxutmaq məqsədilə avtomobilinə atəş açıb qaçdıqlarını başa düşmüşdür. Sonra qəsəbədə gedən söz-söhbətdən avtomobilinə atəş açan Yəhya və Təqsirləndirilən şəxs2 qardaşlarının olduğunu eşitmişdir. Təqsirləndirilən şəxs1 və qardaşı Təqsirləndirilən şəxs2 o. təxminən 10 ilə yaxındır ki, tanımış, aralarında əvvəllər dostluq münasibətləri olmuş, sonuncularla qardaşı Namiq Abdullayevin də dostluq münasibəti olmuşdur. Daha sonra qəsəbədə gedən söz-söhbətdən Təqsirləndirilən şəxs1 onun dostu Şahid13 arasında mübahisə düşdüyünü eşitmiş, qardaşı X55 Məmmədliyə zəng edərək bu hərəkətinə görə tənbeh etdikdə Təqsirləndirilən şəxs1 qardaşını söymüşdür. Bundan sonra onların Yəhya və Təqsirləndirilən şəxs2 qardaşları ilə münasibətləri pisləşmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 öz ətrafında olan tanışlarının yanında onun və qardaşı Namiq Abdullayevin ünvanına təhqiramiz ifadələr işlətmiş, sonra qəsəbədə gedən söz-söhbətdən guya bıçaqlandığını eşitmişdir. Bu söhbəti Yəhyagıl tərəfdən yaymaqda məqsəd isə onu qəsəbədə nüfuzdan salmaq olmuşdur. Çünki qəsəbə sakinləri tərəfindən o və qardaşları hörmətlə qarşılanmış, Yəhya və Amin qardaşları isə onları aralarında münasibətlər pozuluğu üçün hörmətdən salmaq istəmişlər. X18, X44, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 tanımamış, hər hansı biri ilə görüşü, ünsiyyəti və ədavəti olmamışdır. Yalnız Təqsirləndirilən şəxs3 qəsəbə sakini kimi tanımış, ancaq salam-sağol münasibəti olmuşdur. Sonuncu ilə də aralarında hər hansı ədavət olmamışdır. Sabir və Aqil adlı şəxslərin adlarını isə Yəhya və Amin qardaşlarının yaxın ətrafında olan şəxslər kımı eşitmiş, lakin onun X18, X6 Nazim Nemət oğlu, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə şəxsi hər hansı ədavəti olmamışdır. Həmin şəxslər tərəfindən şəxsən öz ünvanına hər hansı təhqir eşitməmiş və onun tərəfindən də tanımadığı şəxslərin ünvanına hər hansı təhqir olunmamışdır. 17 oktyabr 2022-ci il tarixdə saat 00:10 radələrində baş vermiş hadisə nəticəsində “Mercedes Benz” markalı gümüşü rəngli **-NJ- *** dövlət qeydiyyat nişanlı avtomobilinə cəmi 290 manat ziyan dəymiş, bununla bağlı o, “Best auto Service" avtomobil təmir məntəqəsindən aldığı arayışı istintaqa təqdim etmiş, lakin adları qeyd olunan şəxslərə qarşı hər hansı maddi tələbinin və onlardan hər hansı şikayətinin olmadığını bildirmişdir. Hər bir insanın həyatda səhv edə biləcəyini deyərək həmin şəxslərdən şikayətçi olmadığını qeyd etmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışdığını, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək sonunculara qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 təxminən 15 ildir ki, tanımış, aralarında dostluq münasibətləri olmuşdur. 11 oktyabr 2022-cı ıl tarixdə gecə saat 23 radələrində Zərərçəkmiş şəxs1 ona zəng edərək Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsində “Aqata” restoranı ilə üzbəüz yerləşən kafeyə gəlməyini bildirmiş, içkili olduğu üçün ondan özünə məxsus “Mercedes Benz” markalı gümüşü rəngli **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib evə aparmasını xahiş etmişdir. O da Zərərçəkmiş şəxs1 dəvəti ilə həmin kafeyə getmişdir. Zərərçəkmiş şəxs1lə həmin kafedə bir qədər özü də oturub çörək yemiş, 12 oktyabr 2022ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1lə birlikdə kafedən çıxmış, sonuncu avtomobilin açarını idarə etmək üçün ona vermişdir. O, sürücü oturacağında, Zərərçəkmiş şəxs1 isə ön sərnişin oturacağında onun yanında əyləşmişdir Daha sonra avtomobildə yanacaq az olduğuna görə Zərərçəkmiş şəxs1 ona yaxınlıqdakı “Azpetrol" yanacaqdoldurma məntəqəsindən avtomobilə yanacaq doldurub sonra evə getmələrini bildirmiş, o da həmin istiqamətdə avtomobili idarə etməyə davam etmişdir Arxadan idarə etdiyi avtomobili kiminsə izləyəcəyindən şübhələnmədiyi uçün ızlənılib-ızlənılınəmələrınə fikir verməmişdir. 12 oktyabr 2022-cı ıl tarixdə saat 01:20 radələrində Bakıxanov qəsəbəsindəki Sülh və Ramiz Qəhrəmanov küçələrinin kəsişməsində işıqforun qırmızı işığı yandığı üçün dayanmalı olmuşlar. Həmin vaxt Zərərçəkmiş şəxs1 oturduğu tərəfdə avtomobilin şüşəsi bağlı olmuş, sürücü, yəni onun tərəfdən isə şüşə yuxarıdan təxminən 10 sm açıq olmuş, siqaret çəkdiyi üçün şüşəni bir az aşağı salmışdır. Həmin vaxt qəfildən avtomobilə əllərində bıçaq olan gənc oğlanların zərbə endirdiklərim görmüşlər Hücum zamanı şəxslərdən biri əlində bıçaqla avtomobilə Zərərçəkmiş şəxs1 tərəfdən, digəri isə onun tərəfdən zərbələr endirmişlər. Bıçaqla hücum edən şəxslərin ümumilikdə neçə nəfər olduqlarına fikir verə bilməmişdir. Zərərçəkmiş şəxs1 məxsus “Mercedes Benz” markalı gümüşü rəngli **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan şüşələri ikiqat olmuş, bu səbəbdən Zərərçəkmiş şəxs1 tərəfdən bıçaqla yan şüşəyə zərbə endirən şəxs şüşənin ancaq bir qatını sındıra bilmiş, sürücü tərəfdən isə bıçaqla endirilən zərbələr avtomobilin banına dəymişdir. Onlara həmin vaxt edilmiş hücum zamanı hər hansı birinə fiziki olaraq heç bır xəsarət yetirilməmişdir. O, həmin vaxt dərhal avtomobilin qaz pedalına basaraq ərazidən uzaqlaşmışdır. Avtomobili yerindən qazla tərpədən zaman ani olaraq salon güzgüsündən arxaya baxmış və həmin şəxslərin gəldikləri avtomobilə tərəf qaçdıqlarını görmüş, lakin avtomobilin işıqlarından və həyəcandan hansı markalı avtomobil olmasına fikir verə bilməmişdir. Hücumdan sonra arxaya nəzər salmış və kiminsə arxaları ilə gəldiyini görməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 yaşadığı evə düşürmüş, öz aralarında hadisə ilə bağlı bir qədər dərdləşmiş, Zərərçəkmiş şəxs1 həmin vaxt hücum edənlərin kim olduqlarına dair hər hansı fikrinin olmadığını demişdir Daha sonra o, taksi ilə yaşadığı evə getmişdir. Bundan sonra ona hər hansı şəxs tərəfindən hər hansı hücum və təzyiq olmamışdır. Hər bir insanın həyatda səhv edə biləcəyini deyərək həmin şəxslərdən şikayətçi olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmədiyini, həmin vaxt təzyiqə məruz qaldığını bildirmiş, bununla belə məhkəmə iclasında vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə uşaqlıqdan dostluq münasibəti olmuşdur. Təqsirləndirilən şəxs1 təxminən 2022-ci ilin 14-15 avqust tarixlərində “5 çarx" adlı “Rent a car”, yəni avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan şirkətdə işləyən Xətai adlı şəxsin mobil telefon nömrəsini ona bildirərək əlaqə saxlamasını və icarəyə maşın götürə biləcəyini demişdir. O da Xətai adlı şəxslə əlaqə saxlayaraq Bakı şəhərində yerləşən avtoyuma məntəqələrinin yaxınlığında görüşmüş, sonuncudan gümüşü rəngli “Toyota Prıus” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili gündəlik 25 manat müqabilində icarəyə götürməsi barədə razılaşmışdır. Həmin avtomobili o, “Rent a car”ın verdiyi yol vərəqi ilə sürmüşdür. 16 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində o, Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncunun yaşadığı ünvan 24 ünvanına gələrək həmin vaxt idarə etdiyi “Toyota Prius” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili darvazanın qarşısında saxlamış, bu vaxt darvazanın qarşısında dayanmış X18, Şahid4, Şahid2, Təqsirləndirilən şəxs2 və X44 ilə görüşmüş, məhəllə həmin vaxt işıqlı olmuş, həm Yəhyagilin, həm də qonşularının darvazalarının qarşısındakı işıqlar yanmışdır. Təxminən 15 dəqiqə söhbət etdikdən sonra Təqsirləndirilən şəxs1 yuyunmaq üçün evə daxil olmuşdur. Həmin vaxt onlardan başqa məhəllədə heç kim olmamışdır. Onlar orada məişət mövzusunda avtomobilin sağ tərəfində dayanıb söhbət etmiş, avtomobili arxası küçənin giriş tərəfinə olmaqla Yəhyagilin darvazasının qarşısında park etmişdir. Təxminən saat 23:30 radələrində o, evə zəng edib danışmaq üçün telefonu qulağına tutmuş vəziyyətdə avtomobilin ön tərəfindən bir qədər aşağıya dorğu irəliləmiş, həmin vaxt küçənin giriş hissəsinə tərəf avtomobilin gəldiyini hiss etmiş arxaya dönüb baxdıqda avtomobilin burnunu gördüyü üçün işıqlarını görmüş və özü də “Toyota Prius” markalı avtomobil idarə etdiyi üçün gələn avtomobili “Toyota Prius” markalı avtomobilə oxşatmışdır. O, gələn avtomobilə önəm verməyərək telefonla danışadanışa küçənin digər başına tərəf irəlilədiyi zaman ard-arda iki atəş səsini eşitmiş, geriyə döndüyü zaman Şahid4 və Şahid2 ona tərəf qaçdıqlarını və ona “qaç-qaç" dediklərini görmüş, bundan sonra onların qaçdığı istiqamətdə o da qaçmağa başlamış, küçənin əks istiqamətində sola dönərək daha sonra dar ara dalana girib qaçaraq sola dönərək orada tində gizlənmişdir, Şahid4 və Şahid2 ondan əvvəl öndə qaçsalar da sonunculara çata bilmədiyindən dalan qurtardıqdan sonra haraya qaçıb girdiklərini görməmişdir. Ard-arda atılan iki atəşin onların olduqları tərəfə atılmasını hiss etməmiş, yəni olduqları tərəfdə hər hansı divara, avtomobilə və ya əşyaya güllə dəyməsini hiss etməmiş və görməmişdir. Həmin vaxt həyəcanlı olduğundan Təqsirləndirilən şəxs2, Sabir ismayılzadə və Aqil Sultanovun haraya qaçıb gizləndiklərinə fikir verə bilməmişdir O, tində gizləndikdən təxminən bir dəqiqə sonra bir neçə saniyə ərzində daha bir neçə atəş səsini eşitmiş, həmin atəş səsləri ilk atılan atəş səsləri ilə eyni olmuşdur. Atəş səsləri kəsildikdən bir neçə dəqiqə sonra o, avtomobili qapısı açıq vəziyyətdə saxladığından avtomobilin içində sənədləri olduğundan avtomobilinin yanına getdikdən sonra işıqlarını gördüyü gəlmiş avtomobilin artıq orada olmadığını görmüşdür. Avtomobilin yanına çatdıqda orada Təqsirləndirilən şəxs2, Sabir İsmayılzadənin və Aqil Sultanovun olduğunu görmüş, məhəllədə həmin vaxt başqa heç kim olmamış, daha sonra Yəhyagilin evinin hasarının üzərində və idarə etmiş olduğu “Toyota Prius” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa buferində güllə izlərinin olduğunu görmüşdür. Atəş açan şəxsləri görməmiş, həmin şəxslərin kimliyi barədə hər hansı məlumatı olmamış, heç kəslə ədavəti olmamışdır. Avtomobili həmin vaxt darvazanın qarşısında park etdiyi üçün onlar qaçıb gizləndikdən sonra avtomobilin arxa buferinə güllə dəydiyini bilmişdir. Sonra ona Təqsirləndirilən şəxs2, Sabir İsmayılzadə və Aqil Sultanovun atəş səsi eşidən kimi Yəhyagilin darvazasından içəri girib atəş səslərinin kəsilməsini gözlədikləri məlum olmuşdur. X28, Şahid6 və Şahid7 tanımamış, həmin şəxslərlə hər hansı münasibəti olmamışdır. O, oradan uzaqlaşmaq qərarına gəlmiş və Yəhyagilin evinin darvazasının qarşısında saxladığı icarəyə götürmüş olduğu avtomobilə əyləşib sürmək istədikdə Təqsirləndirilən şəxs2, Yəhyanın dostu Sabir İsmayılzadə və Aqil Sultanov “saxla, saxla” deyərək idarə etdiyi “Toyota Prius” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxlatmış, o, avtomobilini saxlayan kimi onlar avtomobilin qapılarını dərhal açıb əyləşmişlər. Sonuncular ona avtomobili göstərəcəkləri istiqamətdə sürməyi və tez oradan uzaqlaşmağı tapşırmışlar. O, avtomobili həmin şəxslərin dediyi istiqamətdə sürməyə başlamış, yolboyu ona hansı istiqamətə dönəcəklərini bildirmiş, lakin hara və nə məqsədlə getmələri barədə hər hansı söz deməmişlər. O, sonuncuların həmin ərazidən uzaqlaşmaq istədiklərini düşündüyü üçün dedikləri istiqamətdə dönüb avtomobili həyəcanlı sürmüşdür. Onlar təxminən Suraxanı rayonunun Əmircan qəsəbəsində keçmiş adı “Xonça” olan restoranı keçən kimi bir ünvana yaxınlaşdıqda, Təqsirləndirilən şəxs2 arxaya dönərək arxadan avtomat silahı götürmüş və avtomobilin onun tərəfdə olan pəncərəsini endirməyini əmr edərək avtomatı sürücü yan pəncərəsinə istiqamətləndirmişdir. O, Təqsirləndirilən şəxs2 avtomatı istiqamətləndirməsini görüb həyəcandan başını aşağı əymiş və pəncərəni həyəcandan aşağı endirmədən hərəkətə davam etmişdir. Təqsirləndirilən şəxs2 ön sərnişin oturacağından avtomobilin sürücü tərəfdən yan pəncərəsindən sola “AKM” markalı avtomatla bir və ya iki dəfə havaya atəş açmış, idarə etdiyi avtomobilin yan şüşəsi qırılmışdır. Həmin vaxt darvazanın qarşısında arxası yola tərəf, qabağı evin hasarına tərəf park edilmiş avtomobili o, küçəyə dönəndə dayandığını görmüşdür. O, bundan sonra avtomobilin sürətini artırmış, bir qədər gedəndən sonra Sabir İsmayılzadə arxadan "hara sürürsən, saxla" deyə qışqırmış, o, səhv küçəyə girdiyini başa düşmüş, lakin Təqsirləndirilən şəxs2 avtomat silahdan atəş açdığının şahidi olduğundan çox qorxmuş və ailə uşağını düşünərək həmin ərazidən uzaqlaşmaq istəmişdir, bu səbəbdən sonuncuları yaşadığı ünvanın yanında düşürüb tez evə getmişdir. Həmin vaxtdan sonra o, avtomobili həyətdən çıxarmağa qorxmuş, həmin gün istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** nömrəli sim-kartları isə ona heç kimin zəng edə bilməməsi uçun qırıb atmışdır, çünki belə hadisə ilə ilk dəfə rastlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, uşaqlıqdan “Manıs” ləqəbli Sabir İsmayılzadə ilə dostluq münasibəti olmuş, sonuncunun dostları Amin və “qaqali” ləqəbli Yəhya adlı şəxsləri Sabirə görə tanımış, aralarında yalnız salam münasibəti olmuş, hər hansı dostluq münasibəti və sıx əlaqəsi olmamışdır. Qəsəbədə gedən söz-söhbətdən Amin və “qaqali” ləqəbli Yəhya adlı şəxslərin Bülbülə qəsəbəsində yaşayan Namiq adlı şəxslə aralarında ədavət olduğunu eşitmişdir. 16 oktyabr 2022-ci il tarixdə axşam saat 22:00 radələrində o. dostu Şahid4lə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 26 ünvanının yaxınlığındakı dəmir oturacaqda oturub dönər yediyi zaman həmin yerə dostu X18 ilə sonuncunun dostu X44 gəlmişlər. Aqil Sultanovla hər hansı dostluğu olmamış, yalnız salam münasibəti olmuşdur. Salamlaşdıqdan sonra Sabir ismayılzadə evə dəyib gələcəyini bildirərək onlardan uzaqlaşmış, onlar üçlükdə təxminən 15-20 dəqiqə söhbət etdikdən sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi ağ rəngli “Ford Fusion” markalı minik avtomobili ilə gələrək, avtomobili evlərinin darvazası ilə üzbəüz yerdə saxlamış, onlara yaxınlaşıb salamlaşmışdır. Təqsirləndirilən şəxs2 təxminən 15 dəqiqə sonra Sabir İsmayılzadə gəlmiş, birlikdə məişət mövzusunda söhbət etmişlər. Təxminən saat 23 radələrində Təqsirləndirilən şəxs1 Şahid1un istifadəsində olmuş “Toyota Prius” markalı minik avtomobili ilə oraya gəlmişlər Onun Təqsirləndirilən şəxs1 və Şahid1lə yalnız salam münasibəti olmuş, sonuncularla hər hansı sıx münasibəti, dostluğu olmamışdır. Şahid1 idarə etdiyi “Toyota Prius” markalı avtomobili Yəhyagılin A.Rzayev küçəsi ev 583 ünvanında yerləşən evlərinin darvazasının düz qarşısında üzü yuxarı saxlamışdır. Təqsirləndirilən şəxs1 və Şahid1 avtomobildən düşmüş, bu zaman o, Şahid4, Təqsirləndirilən şəxs2, Sabir ismayılzadə və Aqil Sultanov yaxınlaşaraq görüşüb söhbət etməyə başlamışlar. Bir qədər söhbət etdikdən sonra Təqsirləndirilən şəxs1 evə nə üçünsə daxıl olacağını sonra onlara qoşulacağını deyib darvazadan həyətlərinə daxıl olmuşdur. Saat 23:30 radələrində Yəhyagilin evlərinin aşağısındakı dalanda bir avtomobilin dayandığını görmüşlər. Avtomobilin işıqları həm Yəhyagilin darvazalarının yerləşdiyi divarın qurtacağının kunc hissəsinə, həm də avtomobil durduğu istiqamətdə ara küçəyə düşmüşdür. O, həmin vaxt evlərinə getmək üçün adlarını qeyd etdiyi uşaqlarla sağollaşıb Yəhyagilin evlərinin qarşısından aşağıya yola piyada düşmüşdür. Evə getdiyi küçə avtomobilin dayandığı yerin yanından keçdiyi üçün o, öz yolu ilə gedərkən avtomobilə yaxın olduğu zaman avtomobilin “Toyota Prıus' markalı **-VO-*** nömrəli gümüşü-qızılı rəngli avtomobil olduğunu görmüşdür. Avtomobilin dayandığı yerlə Amingilin evlərinin darvazası arasında təxminən 50 metr məsafə olmuşdur. O, həmin avtomobilə yaxınlaşan zaman avtomobilin ilk olaraq arxa sol sərnişin oturacağından Namiqin, arxa sağ sərnişin oturacağından qapını açaraq Elvirin, qabaq sərnişin qapısını açaraq isə Səmədin düşdüyünü görmüşdür. O, Namiqi, Səmədi və Elviri yalnız üzdən tanımış, hər hansı münasibəti olmamışdır. Elvirin əlində böyük bıçaq olduğunu görərək o, “Namıqgildir” deyə qışqırmış və qorxub geriyə çönərək Sabirgil tərəfə qaçmağa başlamışdır. O, həmin vaxt həyəcanlı olduğu üçün gələn şəxslərin hansınınsa əlində odlu silah olub-olmamasına fikir verməmişdir. Namiq bu zaman avtomobilin yanından “qaqali” ifadəsini işlədərək ucadan qışqırmışdır. Elə həmin vaxt ard- arda iki atəş səsi eşitmiş və həyəcanlanaraq Yəhyagilin evlərinin darvazasının qarşısında dayanmış Ruslanın avtomobilinin sağ tərəfindən qaçaraq keçməklə sola dönən küçəyə təxminən 20-25 saniyə ərzində qaçaraq X51 bibisigılın həyətlərinə girmişdir. O, Şahid1 avtomobilinin yanından qaçaraq soldakı ara döngəyə girdiyi zaman həmin avtomobilin ön tərəfində, yəni Şahid7 olduqları yerə münasibətdə avtomobilin arxasında heç kimi görməmişdir. Ard-arda atılan iki atəşin onların olduqları tərəfə atılmasını hiss etməmiş, yəni olduqları tərəfdə hər hansı divara, avtomobilə və ya əşyaya güllə dəyməsini hiss etməmiş və görməmişdir. O. Hüseyn Hüseynovun bibisigiiin həyətinə girən zaman Şahid4 həmin həyətə ondan öncə girdiyini görmüşdür. Sabir ismayılzadə. Aqil Sultanov və Təqsirləndirilən şəxs2 həmin vaxt Amingilin darvazasından içəriyə və ya harayasa qaçdıqlarını həyəcanlı olduğundan fikir verməmişdir. X51 bibisigiiin həyətlərində olduqları vaxt bir neçə saniyə ərzində daha bir neçə atəş səsim eşitmişlər, həmin atəş səslərim onlar Hüseynin bibisinin evinə girdikdən sonra eşitmiş və bir neçə saniyə sonra atəş səsləri kəsilmişdir Şahid4 və o. Hüseyn Hüseynovun atası Hüseynov Samirdən xahiş etmişlər ki, öz “Kia Rio" markalı avtomobili ilə onu və Şahid4 evlərinə ötürsün Huseyrıov Samir də onları öz avtomobilinə mindirərək evlərinə ötürmüşdür. Həmin hadisədən sonra Sabir ismayılzadənin mobil telefonuna zəng çatmamış və o, bir daha həmin məhləyə getməmiş, hadisə olan zaman məhlədə olan adlarını dediyi uşaqları görməmiş, orada baş verənlər barədə hər hansı məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, “manıs” ləqəbli Sabir ismayılzadə ilə dostluq münasibəti olmuş, sonuncunun dostları Təqsirləndirilən şəxs2 və “qaqali” ləqəbli Təqsirləndirilən şəxs1 ilə tanış olmuş, lakin sıx münasibəti olmamışdır. Yaşadığı evlə Yəhyagilin evi arasında piyada 3-4 dəqiqəlik məsafə olmuş, Sabir ismayılzadənin həmin vaxt kirayədə qaldığı ev isə Yəhyagilin evinə daha yaxın yerləşmişdir. O, dostları Sabir ismayılzadə və Şahid2lə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 27 ünvanının yaxınlığında, yəni evlərindən 50 metr məsafədə yol qırağında yerləşən taxta oturacaqlarda bəzən işdən sonra axşam saatlarında oturub məişət mövzularında söhbət etmişlər. 16 oktyabr 2022-ci il tarixdə axşam saat 22:00 radələrində o, dostu Şahid2lə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 28 ünvanının yaxınlığındakı həmin yerdə oturub dönər yeyən zaman həmin yerə X18 ilə sonuncunun dostu X44 gəlmişlər. Salamlaşdıqdan sonra Sabir ismayılzadə evə dəyib gələcəyini bildirərək onlardan ayrılmışdır Onlar üçlükdə bır qədər söhbət etdikdən təxminən 15-20 dəqiqə sonra Təqsirləndirilən şəxs2 özünün istifadəsində olan ağ rəngli “Ford Fusion” markalı avtomobillə gələrək, avtomobili ev 583 ünvanında yerləşən evləri ilə üzbəüz dalanda saxlamış, onlara yaxınlaşıb salamlaşmışdır. Təqsirləndirilən şəxs2 təxminən 15 dəqiqə sonra Sabir ismayılzadə olduqları yerə gəlmiş, onlar orada məişət mövzusunda söhbət etmişlər. Bundan təxminən yarım saat sonra, yəni təxminən saat 23 radələrində Təqsirləndirilən şəxs1 Şahid1un istifadəsində olmuş “Toyota Prius” markalı minik avtomobili ilə həmin əraziyə gəlmişlər. Onun Təqsirləndirilən şəxs1 və Şahid1lə yalnız salam münasibəti olmuş, sonuncularla hər hansı sıx münasibəti, dostluğu olmamışdır. Şahid1 idarə etdiyi Toyota Prius” markalı avtomobili Yəhyagilin A.Rzayev küçəsi ev 583 ünvanında yerləşən evlərinin darvazasının düz qarşısında saxlamışdır. Təqsirləndirilən şəxs1 və Şahid1 avtomobildən düşdükləri zaman o, Şahid2, Sabir İsmayılzadə, Aqil Sultanov və Təqsirləndirilən şəxs2 yaxınlaşaraq görüşüb söhbət etməyə başlamışlar. Bir qədər söhbət etdikdən sonra Təqsirləndirilən şəxs1 evə yuyunub çörək yemək üçün girəcəyini sonra onlara qoşulacağını deyib darvazadan evlərinə daxil olmuşdur. Saat 23:30 radələrində Yəhyagilin A.Rzayev küçəsi ev 583 ünvanında yerləşən evlərinin aşağısındakı dalanda bir avtomobilin dayandığını görmüşlər. Avtomobilin işıqları həm Yəhyagilin darvazalarının yerləşdiyi divarın qurtacağının künc hissəsinə, həm də avtomobil durduğu istiqamətdə ara küçəyə düşmüşdür. Avtomobilin markasını, dövlət qeydiyyat nişanını, kimin idarə etdiyim və həmin avtomobildə kimlərin gəldiyini görməmişdir Şahid2 həmin vaxt evlərinə getmək üçün Yəhyagilin evlərinin qarşısından aşağıya yola piyada getmiş, həmin avtomobilə yaxınlaşdıqdan sonra "Namıqgildir” deyə onların olduqları tərəfə qışqırmış və onlara tərəf qaçmağa başlamışdır Bülbülə qəsəbəsində yaşayan üzdən tanıdığı Namiq adlı şəxsin Yəhya və Amin qardaşları ilə soyuq münasibətlərinin olması barədə ümumi gedən söhbətlərdən eşitmişdir Şahid2 “Namiqgildir" deyə onların olduqları tərəfə qışqırıb onlara tərəf qaçmağa başladıqdan sonra həmin işıqları düşən avtomobil tərəfdən kimsə onların tərəfinə xatırlamadığı sözü deyərək qışqırmışdır. Həmin qışqırtılı ifadədən sonra ard-arda ıkı atəş səsi eşitmişlər və o, həyəcanlanaraq Yəhyagilin evlərinin darvazası ilə üzbəüz olduqları yerdən Şahid1 avtomobilinin ön tərəfindən keçməklə sola dönən küçəyə qaçaraq dostları Hüseyn Hüseynovun bibisigilin həyətlərinə girmişdir. Ard-arda atılan ıkı atəşin onların olduqları tərəfə atılmasını hiss etməmiş, yəni olduqları tərəfdə hər hansı divara, avtomobilə və ya əşyaya güllə dəyməsini hiss etməmişdir. Ondan bir neçə saniyə sonra Şahid2 qaçaraq həmin həyətə girmişdir. Sabir İsmayılzadə, Aqil Sultanov və Təqsirləndirilən şəxs2 həmin vaxt darvazadan içəriyə və ya harayasa qaçdıqlarını həyəcanlı olduğundan fikir verməmişdir. X51 bibisigilin həyətlərində olduqları vaxt bir neçə saniyə ərzində daha bir neçə atəş səsini eşitmişlər, həmin atəş səsləri onlar Hüseynin bibisinin evinə girdikdən sonra gəlmiş və daha sonra atəş səsləri kəsilmişdir. O Hüseyn Hüseynovun atasından öz avtomobili ilə onu və Şahid2 evlərinə ötürməyi xahiş etmiş, Hüseynin atası da onları evlərinə ötürmüşdür. Həmin vaxtdan sonra Sabir ismayılzadənin mobil telefonuna zəng çatmamış və o, bır daha həmin məhləyə getməmişdir, hadisə olan zaman məhlədə olan uşaqları görməmiş, orada baş verənlər barədə hər hansı məlumatı olmamışdır. Bu hadisə ilə bağlı hər hansı hüquq-mühafizə orqanı tərəfindən dəvət edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, ünvan 29 ünvanında yerləşən fərdi yaşayış evinin mühafizəsini təşkil etməklə yanaşı ev sahibinin icazəsi ilə oranı günlük və ya aylıq icarəyə vermişdir. 18 oktyabr 2022-cı ıl tarixdə həmin yaşayış evim icarəyə vermiş və bundan sonra orada olmuş şəxsləri fotoşəkil üzrə tanıya biləcəyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərmişdir ki, 188 yükdaşıma xidmətində sürücü işləyir. Böyük qardaşı Şahid3 2023-cü ilin yanvar ayının sonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə bir qrup şəxslə birlikdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsi tərəfindən həbs edilmişdir. Qardaşı Şahid3 əvvəllər fərdi qaydada gündəlik avtomobil icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olmuşdur. 11 oktyabr 2022-ci il tarixdə qardaşı Şahid3 avtomobil icarəsi ilə məşğul olan X19 yol vərəqi ilə “Toyota Prius” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobili gündəlik 25 manata icarəyə götürmüşdür. Həmin avtomobili ancaq qardaşı Şahid3 idarə etmişdir Şahid3 11 oktyabr 2022-ci il tarixdə avtomobil icarəyə götürən zaman sürücülük vəsiqəsinin müddəti bitdiyindən Nazim Səfərovun avtomobili idarə etmək üçün notarial etibarnamə verə bilməsi üçün ondan öz sürücülük və şəxsiyyət vəsiqəsini verməyi xahiş etmişdir. O, Şahid3 sürücülük və şəxsiyyət vəsiqəsini verdikdən sonra “Toyota Prius” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobili sürmək üçün onun adına etibarnamə verilmiş, eyni zamanda X67 Abbasova yol vərəqi vermişdir Daha sonra Şahid3 sürücülük vəsiqəsinin müddətini artırmışdır. Qardaşı Şahid3 həbs edildikdən sonra o, “Toyota Prius” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobili Nazim Səfərova təhvil vermiş, avtomobili təhvil verərkən hər hansı zədəsi olmamışdır. Əvvəllər avtomobilin hər hansı zədəsinin olub-olmamasından hər hansı məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayının 27-dən 28-nə keçən gecədən sonrakı saatlarda, yəni 28 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində evə tərəf yolla piyada gedən zaman Dövlət Təhlükəsizliyi Xidmətinin tanımadığı əməkdaşı avtomobilini saxlayaraq ona yaxınlaşıb keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyi ona təklif etmiş, o da vətəndaşlıq borcunu yerinə yetirərək keçiriləcək baxışda hal şahidi kimi iştirak etməyə öz razılığını vermişdir. Bundan sonra ünvan 15 ünvanında keçirilən baxışda hal şahidi kimi iştirak etmişdir. Baxışda ondan başqa hal şahidi kimi Şahid14 da iştirak etmişdir. Baxış başlanmamışdan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından biri baxış keçirilməsi haqqında qərarı ona, digər hal şahidinə və baxışda iştirak edən həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs3 elan etmişdir. O, digər hal şahidi Şahid15 və Təqsirləndirilən şəxs3 qeyd edilən qərarla tanış olduqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı baxış zamanı bütün hərəkətlərdə iştirak etmək və baxışın nəticələri barədə tərtib edilən protokolla tanış olaraq öz qeyd və əlavələrini daxil etmək hüquqlarını və baxış protokolunu öz imzaları ilə təsdiq etmək vəzifələrinin olduğunu izah etmişdir. Bundan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onların iştirakı ilə ünvan 15 ünvanında baxış keçirməyə başlamışlar. Baxış zamanı yaşayış evinə daxil olduqda giriş qapısı ilə üzbəüz yerləşən yataq otağındakı çarpayının altından 01 ədəd avtomat silah və 01 ədəd “Vinçestr” tipli silah aşkar olunaraq götürülmüş, qeyd edilən silahlar DTX əməkdaşları tərəfindən müvafiq qaydada qablaşdırılmış, möhürlənmiş və protokolda qeyd olunmuşdur. Baxış qurtardıqdan sonra bu barədə tərtib olunmuş protokol onun, digər hal şahidi Şahid15 və Təqsirləndirilən şəxs3 tərəfindən oxunub yazılanların düzgünlüyünə əmin olunduqdan sonra tərəflərindən imzalanmışdır. Həmçinin həmin gün Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı ona ünvan 1 ünvanında keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyi təklif etmiş, o da vətəndaşlıq borcunu yerinə yetirərək keçiriləcək baxışda hal şahidi kimi iştirak etməyə öz razılığını vermişdir. Bundan sonra ünvan 30 ünvanında keçirilən baxışda hal şahidi kimi iştirak etmişdir. Baxışda ondan başqa hal şahidi kimi Şahid14 da iştirak etmişdir. Baxış başlanmamışdan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından biri baxış keçirilməsi haqqında qərarı ona, digər hal şahidinə və baxışda iştirak edən həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2 elan etmişdir. O, digər hal şahidi Şahid15 və Təqsirləndirilən şəxs2 qeyd edilən qərarla tanış olduqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin həmin əməkdaşı baxış zamanı bütün hərəkətlərdə iştirak etmək və baxışın nəticələrin barədə tərtib edilən protokolla tanış olaraq öz qeyd və əlavələrini daxil etmək hüquqları və baxış protokolunu öz imzaları ilə təsdiq etmək vəzifələrinin olduğunu izah etmişdir. Bundan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onların iştirakı ilə ünvan 1 ünvanında baxış keçirmişlər. Baxış zamanı dəmir qapıdan daxil olduqda sol tərəfdə yerləşən evin yarıtəmirli hamamın taxta giriş qapısının çərçivəsinin üzərindən 01 ədəd 7,62 kalibrli patronun gilizinə bənzər əşya, hamama bitişik mətbəx otağındakı divanın altından 01 ədəd beşbarmaq adlanan əşyaya bənzər predmet aşkar olunmuşdur. Bundan başqa yaşayış evinə daxil olarkən giriş qapısı ilə üzbəüz yerləşən şkafın birinci rəfindən 01 ədəd “İphone 13” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Qeyd edilən əşyalar DTX əməkdaşları tərəfindən müvafiq qaydada qablaşdırılmış, möhürlənmiş və protokolda qeyd olunmuşdur. Baxış qurtardıqdan sonra bu barədə tərtib olunmuş protokol onun, digər hal şahidi Şahid15 və Təqsirləndirilən şəxs2 tərəfindən oxunub yazılanların düzgünlüyünə əmin olunduqdan sonra tərəflərindən imzalanmışdır. Bundan başqa 29 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu Əmircan qəsəbəsində olduğu vaxt Dövlət Təhlükəsizliyi Xidmətinin tanımadığı əməkdaşı ona yaxınlaşaraq keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyi ona təklif etmiş o da vətəndaşlıq borcunu yerinə yetirərək keçiriləcək baxışda hal şahidi kimi iştirak etməyə öz razılığını vermişdir. Bundan sonra ünvan 31 ünvanında keçirilən baxışda hal şahidi kimi iştirak etmişdir. Baxışda ondan başqa hal şahidi kimi Şahid5 da iştirak etmişdir. Baxış başlanmamışdan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından biri baxış keçirilməsi haqqında qərarı ona, digər hal şahidinə və baxışda iştirak edən həmin ünvanda yaşayan X11 elan etmişdir. O, digər hal şahidi Şahid5 və Nurayə Məmmədova qeyd edilən qərarla tanış olduqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin həmin əməkdaşı baxış zamanı bütün hərəkətlərdə iştirak etmək və baxışın nəticələrin barədə tərtib edilən protokolla tanış olaraq öz qeyd və əlavələrini daxıl etmək hüquqları və baxış protokolunu öz imzaları ilə təsdiq etmək vəzifələrinin olduğunu izah etmişdir. Bundan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onların iştirakı ilə ünvan 15 ünvanında baxış keçirmişlər. Baxış zamanı yaşayış evinə daxil olduqda giriş qapısı ilə üzbəüz yerləşən yataq otağındakı sağda yerləşən dolabın içərisindən 01 ədəd qara kiçik ölçülü üzəri parça olan qutu aşkar edilmiş, qutunun içinə baxılan zaman içərisində 01 ədəd əl qumbarasına bənzər predmet və üzərində “Methadone” yazısı olan içərisində 01 ədəd tablet olan dərman aşkar edilərək götürülmüşdür. Qeyd edilən predmetlər DTX əməkdaşları tərəfindən müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş və protokolda qeyd olunmuşdur. Baxış qurtardıqdan sonra bu barədə tərtib olunmuş protokol onun, digər hal şahıdı Şahid5 və Nurayə Məmmədovanın tərəfindən oxunub yazılanların düzgünlüyünə əmin olunduqdan sonra tərəflərindən imzalanmışdır. Bundan başqa 01 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində olduğu vaxt Dövlət Təhlükəsizliyi Xidmətinin adını bilmədiyi əməkdaşı ona yaxınlaşaraq keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyi ona təklif etmiş, o da vətəndaşlıq borcunu yerinə yetirərək keçiriləcək baxışda hal şahidi kimi iştirak etməyə öz razılığını vermişdir. Bundan sonra ünvan 32 ünvanındakı hadisə yerinə keçirilən baxışda hal şahidi kimi iştirak etmişdir. Baxışda ondan başqa hal şahidi kimi Şahid14, X22 eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin ekspertləri də iştirak etmişlər. Baxış başlanmamışdan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı baxış zamanı bütün hərəkətlərdə iştirak etmək və baxışın nəticələrin barədə tərtib edilən protokolla tanış olaraq öz qeyd və əlavələrini daxil etmək hüquqları və baxış protokolunu öz imzaları ilə təsdiq etmək vəzifələrinin olduğunu izah etmişlər. Bundan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı onların iştirakı ilə ünvan 32 ünvanındakı hadisə yerinə baxış keçirməyə başlamışdır. Baxış zamanı evin giriş qapısının ətrafında hasarın üzərində müxtəlif ölçülü divarın suvağının qopub tökülməsi ilə müşahidə edilən zədələrin olduğunu görmüş, həmin küçədə qonşu evin giriş qapısının üzərində sağ tərəfdə çərçivəyə bitişik olan divarda da zədə izi olmuşdur. Zədələrin və evin foto şəkilləri çəkilərək protokola əlavə edilmişdir. Baxış qurtardıqdan sonra bu barədə tərtib olunmuş protokol onun, hal şahidi və baxışda iştirak edən şəxslər tərəfindən oxunub yazılanların düzgünlüyünə əmin olunduqdan sonra tərəflərindən imzalanmışdır. Bundan sonra eyni tarixdə, yəni 01 noyabr 2022-ci il tarixdə həmin əməkdaş daha bir ünvanda baxışda hal şahidi qismində iştirak etməyi ona təklif etmiş və o da vətəndaşlıq borcunu yerinə yetirərək keçiriləcək baxışda hal şahidi kımı iştirak etməyə öz razılığını vermişdir. Bundan sonra Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi M Namazov küçəsindəki fərdi yaşayış evinin həyətində dayanmış gümüşü rəngli “Toyota Prius” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxışda hal şahıdı kımı iştirak etmişdir. Baxışda ondan başqa hal şahidi kimi Şahid14 Şahid1, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin ekspertləri də iştirak etmişlər. Baxış başlanmamışdan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı baxış zamanı bütün hərəkətlərdə iştirak etmək və baxışın nəticələrin barədə tərtib edilən protokolla tanış olaraq öz qeyd və əlavələrim daxıl etmək hüquqları və baxış protokolunu öz imzaları ilə təsdiq etmək vəzifələrinin olduğunu izah etmişdir. Bundan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı onun iştirakı ilə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi M.Namazov küçəsindəki fərdi yaşayış evinin həyətində dayanmış gümüşü rəngli “Toyota Prius” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirməyə başlamışdır. Baxış zamanı avtomobil yarısökülü vəziyyətdə olmuş, arxa təkərlərinin havası boşalmışdır. Arxa buferin üzərində 01 ədəd dairəvi forma, diametri təxminən 01 sm olan deşib keçmiş zədə olmuş, zədənin kənarları içəriyə doğru yönəlmiş, yük yerinin alt hissəsində də sol tərəfdə 01 ədəd dairəvi formalı, diametri 01 sm olan deşib keçmiş zədə olmuş, zədənin kənarları içəriyə doğru yönəlmiş, zədə kənarları avtomobilin arxasından önü istiqamətinə yönəlmiş, avtomobilin yük yerindəki ehtı, at təkər rezinin alt hissəsinə 01 ədəd 09 mm-lik odlu silaha məxsus mərmi aşkar edilmişdir. Zədələrin və mərminin foto şəkilləri çəkilərək protokola əlavə edilmişdir. Baxış qurtarandan sonra bu barədə tərtib olunmuş protokol onun, hal şahidi və baxışda iştirak edən şəxslər tərəfindən oxunub yazılanların düzgünlüyünə əmin olunduqdan tərəflərindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 29 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxan rayonu, Əmircan qəsəbəsində olduğu vaxt Dövlət Təhlükəsizliyi Xidmətinin tanımadığı əməkdaşı ona yaxınlaşaraq keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyi ona təklif etmiş, o da vətəndaşlıq borcunu yerinə yetirərək keçiriləcək baxışda hal şahidi kimi iştirak etməyə öz razılığını vermişdir. Bundan sonra ünvan 15 ünvanında keçirilən baxışda hal şahidi kimi iştirak etmişdir. Baxışda ondan başqa hal şahidi kimi Şahid15 da iştirak etmişdir. Baxış başlanmamışdan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından biri baxış keçirilməsi haqqında qərarı ona, digər hal şahidinə və baxışda iştirak edən həmin ünvanda yaşayan X11 elan etmişdir. O, digər hal şahidi Şahid15 və Nurayə Məmmədova qeyd edilən qərarla tanış olduqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin həmin əməkdaşı baxış zamanı bütün hərəkətlərdə iştirak etmək və baxışın nəticələrin barədə tərtib edilən protokolla tanış olaraq öz qeyd və əlavələrini daxil etmək hüquqları və baxış protokolunu öz imzaları ilə təsdiq etmək vəzifələrinin olduğunu izah etmişdir. Bundan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onların iştirakı ilə ünvan 33 ünvanında baxış keçirmişlər. Baxış zamanı yaşayış evinə daxil olduqda giriş qapısı ilə üzbəüz yerləşən yataq otağındakı sağda yerləşən dolabın içərisindən qara kiçik ölçülü üzəri parça olan qutu aşkar edilmiş, qutunun içinə baxılan zaman içərisində 01 ədəd əl qumbarasına bənzər predmet və üzərində “Methadone” yazısı olan içərisində 01 ədəd tablet olan dərman aşkar edilərək götürülmüşdür. Qeyd edilən predmetlər DTX əməkdaşları tərəfindən müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş və protokolda qeyd olunmuşdur. Baxış qurtardıqdan sonra bu barədə tərtib olunmuş protokol onun, digər hal şahidi Şahid15 və Nurayə Məmmədova tərəfindən oxunub yazılanların düzgünlüyünə əmin olunduqdan sonra tərəflərindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, istilik sistemlərinin quraşdırılması və təmiri ilə məşğul olmaqla yanaşı həmçinin ucuz avtomobillər alaraq taksi fəaliyyəti ilə məşğul olan şəxslərə icarəyə vermişdir. Təqsirləndirilən şəxs4 2022-ci ilin avqust ayında icarəyə avtomobil verdiyi şəxslərin biri vasitəsilə tanımış və Təqsirləndirilən şəxs4 də ondan icarəyə avtomobil götürmək istəmiş və o, “Toyota Prius” markalı avtomobili gündəlik 25 manata icarəyə verməyə razılaşmışdır. Bu məqsədlə o, elektron notariat sistemi vasitəsilə Təqsirləndirilən şəxs4 “Toyota Prius” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi uçün 16 avqust 2022-ci il tarixdə “online” qaydada notarıal etibarnamə vermişdir. Həmin avtomobilin qeydiyyat şəhadətnaməsi X8 adına olmuş və sonuncudan avtomobili satın aldığı üçün ona 3-cü şəxslərə etibarnamə vermək səlahiyyəti verən etibarnamə almışdır. Daha sonra o, avtomobili tanışı X12 adına keçirmiş və sonuncu ona ümumi etibarnamə vermişdir. 2022-ci ilin oktyabr ayının 13-də Təqsirləndirilən şəxs4 onun istifadəsində olan telefona “whatsapp” tətbiqi vasitəsilə mesaj yazaraq bir az problemlərinin olduğunu, avtomobili Xəzər rayonunun Binə qəsəbəsində saxladığını, avtomobili saxladığı yerin koordinatlarını ona “whatsapp" tətbiqi vasitəsilə göndərəcəyim deyib avtomobili götürməsini xahiş etmiş, həmçinin bir həftə möhlət verməsini, bır həftədən sonra ona olan icarə borcunu hissəhissə ödəyəcəyini bildirmiş və borcunu hesablayıb bildirməsini xahiş etmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs4 DTX tərəfindən həbs olunduğunu eşitmişdir. Təqsirləndirilən şəxs4 ona təxminən 500 manat borcunun yaranmasına baxmayaraq sonuncudan hər hansı şikayəti və ona qarşı hər hansı maddi iddiası yoxdur. O, öz telefonunun yaddaşında olan “Toyota Prius" markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs4 idarə etməsi üçün verdiyi etibarnamənin fotoşəklını, həmin avtomobilin arxadan çəkilmiş fotoşəklinı. eləcə də “whatsapp" tətbiqi vasitəsilə aparılmış yazışmaların ekran görüntüsünün fotoşəkillərim protokola əlavə edilməsi üçün təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs4 ilə 2021-ci ilin ortalarında İnstagram” sosial şəbəkəsində tanış olmuş, aralarında sevgi münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs4 ***-***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçirilmiş WhatsApp” mobil tətbiqi vasitəsilə 15 sentyabr 2022-ci il tarixdə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə əlində “AKM” tipli avtomat silahla çəkilmiş fotoşəkillərini paylaşmış və fotoşəkildəki silahın adını ona bildirmədiyi dostuna məxsus olduğunu demişdir. O, 04 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs4 istifadəsində olan qırmızı rəngli “Toyota Prius” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan suvenir olaraq bəyəndiyi üçün götürdüyü beşbarmağa oxşayan taxta materialdan hazırlanmış əşyanı 12 noyabr 2022-ci il tarixdə ərizə ilə istintaq orqanına müraciət edərək könüllü surətdə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, ünvan 34 ünvanda Zərərçəkmiş şəxs1 qonşuluğunda yaşayır, qonşu kimi aralarında yaxşı münasibət vardır. Məmmədli X45, Təqsirləndirilən şəxs2, X18 və X29 tanımır. Həmin şəxslərin 17 oktyabr 2022-ci il tarixdə saat 00:10 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 35 ünvanının qarşısından Şahid1 idarə etdiyi avtomobillə keçərək odlu silahdan Zərərçəkmiş şəxs1 məxsus “Mercedes-Benz” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə atəş sonuncunu öldürməklə hədələyərək hadisə yerindən uzaqlaşmalarından hər hansı məlumatı olmamış, adətən ailə üzvləri ilə saat 22-22:30 radələrində yatdığından həmin vaxt evdə yatmış və hər hansı atəş səsi eşitməmişdir. Qonşusu Zərərçəkmiş şəxs1 bu barədə ona hər hansı məlumat verməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 məhkəmə iclasında elan olunmuş ifadəsindən ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə tanışlıq, Təqsirləndirilən şəxs3, X30, X28 və AbdullayevAzər Əvəz oğlu ilə yaxın dostluq münasibəti olmuşdur. Təxminən 2022-ci ilin mart-aprel aylarında cümə günü yaşadığı ünvan 36 ünvanının yaxınlığında gecə saat 01 radələrındə o, evinin qabağında dayanan zaman “BMW F10” markalı, ağ rəngli minik avtomobili ona yaxınlaşmış, avtomobildən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Yəhyanın dostu əslən Füzuli rayonundan olan və Suraxanı rayonu ərazisində yaşayan Nahid adlı şəxs ona yaxınlaşmışdır. Təqsirləndirilən şəxs1 adını xatırlamadığı dostunun ünvanına onun nalayıq ifadələr işlətdiyim deyərək avtomobilə oturmasını bildirmiş, o, sonuncu ilə mübahisə etdikdə, Təqsirləndirilən şəxs1 onu geri itələmiş və o, yerə yıxılaraq dəmir dam örtüyünün bir hissəsi sol qolunun dirsək nahiyəsini kəsmişdir. Fləmin gün axşam saatlarında X30 yaşadığı evə gələrək, onun vəziyyəti ilə maraqlanmış, sonra çölə çıxaraq Təqsirləndirilən şəxs1 ilə mobil telefonla danışmış və sonuncular bir-birinin ünvanına nalayıq ifadələr işlətmişlər. Bu səbəbdən yaşadığı ərazidə olan şəxslər həmin düşmənçiliyin əsas səbəbkarı kimi onu hesab etmişlər. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 məhkəmə iclasında elan olunmuş ifadəsindən ki, Təqsirləndirilən şəxs4 ilə 2012-2016-cı illərdə Azərbaycan Texniki Universitetinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” fakültəsində bır yerdə təhsil almış, aralarında dostluq münasibətləri olmuşdur. 2022-ci ilin aprel ayından etibarən Mingəçevir şəhərində işləməyə başladıqdan sonra Təqsirləndirilən şəxs4 ilə yalnız mobil telefon vasitəsilə əlaqə saxlamışdır. 13 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs4 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçirilmiş “WhatsApp” mobil tətbiqi vasitəsilə onun istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsinə əlində “AKM” tipli avtomat silahla çəkilmiş fotoşəkillərini paylaşmış, fotoşəkildəkı silahın adını ona bildirmədiyi şəxsə məxsus olduğunu demişdir. 01 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs4 onunla “WhatsApp" mobil tətbiqi vasitəsilə səsli zənglə danışığı zamanı odlu silah istifadə edilərək atışmanın olduğunu, bu hadisə ilə əlaqədar problemlərinin yarandığını, buna görə axtarışda olduğunu və əsas cinayət törətmiş şəxslər yaxalanadək yaşadığı Mingəçevir şəhərinə gəlib orada təxminən iki-üç gün qalmaq niyyətinin olduğunu bildirmişdir. O isə Təqsirləndirilən şəxs4 qanunsuz bir əməl törətdiyini anladığından sonuncuya müvəqqəti qalmaq üçün yer tapa bilməyəcəyini demişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən ki, Namiq, Natiq, Zərərçəkmiş şəxs1 qardaşlarını o, uzun müddət tanımış, sonuncu ilə uşaqlıqdan dost münasibətləri olmuş, qardaşlarla yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsindəki evin qabağında yerləşən bağ sahəsində görüşmüş, görüşlər zamanı qardaşların Amin və Yəhya qardaşları ilə problemlərinin olduqlarını eşitmişdir. X56 Məmmədliyə sonuncunun qardaşı Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olmasını bildirərək onu sübut edəcəyini demiş, Təqsirləndirilən şəxs1 Abdullayev qardaşlarının ünvanına söyüş söydüyü videonu paylaşmış, bundan sonra onların arasında ədavət yaranmışdır. 16 oktyabr 2022-ci il tarixdə axşam saatlarında o, Namiqgilin bağının yanından taksi kimi idarə etdiyi “Toyota Prius" markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobillə keçdiyindən görüşüb bir az söhbət etmək üçün bağa daxil olmuşdur. Həmin zaman bağdakı otaqda Namiq Abdullayevi və Şahid6 görmüş, onlarla salamlaşıb söhbətlərinə mane olmamaq üçün bir qədər bağın həyətində gəzişmiş, daha sonra bağa Şahid7 gələrək bağdakı X41 Məmmədovun olduqları otağa keçmişdir Şahid6 və Şahid7 o, Namiq Abdullayevin dostları kimi tanımış, onlarla hər hansı dosluq münasibətləri olmamışdır. Həmin şəxslər bağdakı otaqda bir qədər söhbət etdikdən sonra Şahid6 ondan maşınla olub-olmamasını soruşmuş, o da avtomobillə olduğunu bildirdikdə sonuncu Suraxanıya getmək istədiyini bildirmiş, bu zaman X42 Səmədov da Elvir Məmədovla birlikdə onun avtomobili ilə gedəcəklərini demişlər. O da razılıq verdikdən sonra “Toyota Prius” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib Suraxanıya getmişlər. Avtomobilin qabaq sərnişin oturacağında Şahid7, arxa oturacaqlarda isə Şahid6la Namiq Abdullayev əyləşmişlər. Bundan sonra marketə getmiş, Şahid6 çörək aldıqdan sonra Suraxanı rayonunda “Aura” şadlıq sarayının yaxınlığındakı yaşadığı evə aparıb vermiş və daha sonra gəlib avtomobilə əyləşmişdir. Bundan sonra bazar istiqamətində Namiq Abdullayevin itlərinə yem almaq üçün gedən zaman yolda Şahid6 “Toyota Prius'” markalı dövlət qeydiyyat nişanı 370 olan avtomobili görərək həmin avtomobilin sürücüsünün Yəhyanın tanışı olduğunu bildirmiş X57 Məmmədovun bu sözündən sonra həmin avtomobilin arxasınca sürməyi ona bildirmiş, o da taksi sürücüsü olduğundan məsələnin nə olduğunun fərqinə varmadan deyilən kimi etmişdir. Bundan sonra həmin “Toyota Prius” markalı avtomobilin yoldan bir küçə istiqamətində döndüyünü görmüş və söhbətdən başa düşmüşdür ki, həmin avtomobil Yəhya Məmmədovun evi tərəfə dönmüşdür. Daha sonra Namıqgil ona avtomobillə bir neçə dövr vurub Yəhyagilin həyətlərinə sürməyi, sonuncu ilə bəzi məsələlərə aydınlıq gətirmək üçün söhbət edəcəyini demişdir. Bundan sonra o, Əmircan qəsəbəsində bir qədər avtomobillə dövr etdikdən sonra Namiqgilin sözü ilə Təqsirləndirilən şəxs1 Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi ev 583 ünvanına sürmüş, küçənin girişində avtomobilini saxlaması deyilmiş və o da avtomobili küçənin girişində saxlamışdır. Söhbətdən qarşısında arxası onların dayandıqları istiqamətə park edilmiş yolda gördükləri 370 dövlət qeydiyyat nişanlı avtomobilin solundakı darvazanın Yəhyagilin darvazası olduğunu bilmişdir. Yəhyagilin darvazası ilə küçənin giriş hissəsində idarə etdiyi avtomobili saxladığı yerə qədər təxminən 30-40 metr məsafə olmuşdur. Yəhyagilin darvazasının və qonşularının qapısının qarşısında işıq yandığı üçün məhəllə işıqlı olmuş, bu səbəbdən darvazanın qarşısında avtomobilin sağ tərəfində 5-6 nəfərin dayanaraq söhbət etdiklərim, məhəllədə başqa heç kimin olmadığını görmüşlər. Həmin vaxt üzünü tam görmədiyi bir oğlanın Yəhyagilin darvazalarının yanındakı şəxlsərdən ayrılaraq avtomobili saxladığı istiqamətə gəlməsini görmüşdür. Bu zaman Şahid6 Namiq Abdullayevə avtomobilin içində “onu mənə ver" deməsini eşitmiş, bundan sonra sonuncular avtomobildən düşmüşlər. Şahid6 avtomobildən düşdükdən sonra əlində görən zaman X43 Məmmədova tapança verdiyini başa düşmüşdür. Həmin vaxt Şahid7 da avtomobildən düşmüşdür. O isə avtomobildən düşməmiş, Namiqlə Elvirin əlində bıçaq olduğunu görmüşdür. İdarə etdiyi avtomobil istiqamətində yaxınlaşan şəxs ilk öncə Şahid6 əlindəki bıçağı görərək “Namiqgildir” deyə qışqırıb arxaya çevrilərək Yəhyagilin darvazası tərəfə qaçmağa başlamış, bu an Namiq Abdullayev “qaqali” deyə qışqırdıqdan sonra Şahid6 belinə qoyduğu tapança silahı çıxararaq göyə ard-arda iki dəfə atəş açmışdır, ikinci atəşdən sonra darvazanın qabağındakı şəxslər qaçıb gizlənmişlər. Həmin vaxt o, çox həyəcanlanmış və qorxmuşdur. Bundan sonra silah ilişdiyi üçün Şahid6 tapançanı atəş vəziyyətinə gətirməyə çalışmışdır. Şahid7 Şahid6 tapançanı atəş vəziyyətinə gətirməyə çalışdığını, lakin gətirə bilmədiyini görüb tapançanı sonuncudan alaraq atəş vəziyyətinə gətirməyə çalışmış və təxminən 1 dəqiqədən sonra Şahid7 tapançanı atəş vəziyyətinə gətirə bilmişdir. Bundan sonra Şahid7 Yəhyagilin darvazasının divarı istiqamətində bir neçə atəş açmış və sonra üçü də dərhal onun idarə etdiyi avtomobilə əyləşərək Abdullayev qardaşlarına məxsus ünvan 11 ünvandakı evləri ilə üzbəüz yerləşən bağa sürməsini bildirmişlər. Şahid7 atəş açan zaman məhəllədə heç kim olmamış, darvazanın qarşısındakı şəxslər artıq qaçıb gizlənmişdilər. Həmin vaxt o, çox qorxmuş və yolda gedərkən Namiqgilə bu barədə əvvəlcədən onu xəbərdar etmədikləri üçün çox qınamışdır. Bağa qayıdarkən yolda Şahid7 həmin tapançanı Namiq Abdullayevə qaytarmışdır. Onlar bağa qayıdan zaman evin qarşısında, yəni küçədə heç kimin olmadığını görmüşlər. O, sonuncuları Bülbülə qəsəbəsinə aparıb bağa düşürərək getmişdir. Oradan ayrılan zaman Namiqin, Elvirin və Səmədin bağa daxıl olduqlarını görmüşdür. Ondan sonra baş verən hadisələrin şahidi olmamışdır. Sonradan eşitmişdir ki, həmin günü gecə saatlarında Aminlə Yəhya gəlib Namiq, Elvir və Səməd bağda olan zaman Zərərçəkmiş şəxs1 darvazadan çöldə küçədə saxladığı avtomobilinə odlu silahla atəş açmışlar, həmin vaxt Zərərçəkmiş şəxs1 evdə yatmış olmuşdur. Namiq, Səməd və Elvir avtomobilə əyləşən zaman üzərilərində silahın olmasını, eləcə də Yəhya və Amin qardaşlarının yaşadığı ünvana gedərək odlu silahdan atəş açmaqla onları qorxuzmaq istəmələri barədə məlumatı olmamışdır Elvırdə odlu silahın olmasını və atəş açmasını sonuncu avtomobildən düşdükdən sonra görmüşdür. Sonuncuları hadisə baş verdikdən sonra geriyə Bülbülə qəsəbəsindəki bağa aparıb düşürməyinin səbəbi isə bu olmuşdur ki, o, həmin vaxt çox qorxmuş, sonuncuları orada qoyub gedəcəyi təqdirdə sonradan onu tapıb onları qoyub qaçdığı üçün pis döyərək cəzalandıracaqlarından qorxmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid14 məhkəmə iclasında elan olunmuş ifadəsindən ki, 2022-ci ilin oktyabr ayının 27-dən 28-nə keçən gecədən sonrakı saatlarda, yəni 28 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində evə tərəf yolla piyada gedən zaman Dövlət Təhlükəsizliyi Xidmətinin tanımadığı əməkdaşı avtomobilini saxlayaraq ona yaxınlaşıb keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyi ona təklif etmiş, o da vətəndaşlıq borcunu yerinə yetirərək keçiriləcək baxışda hal şahidi kimi iştirak etməyə öz razılığını vermişdir. Bundan sonra ünvan 15 ünvanında keçirilən baxışda hal şahidi kimi iştirak etmişdir. Baxışda ondan başqa hal şahidi kimi Şahid15 da iştirak etmişdir. Baxış başlanmamışdan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından biri baxış keçirilməsi haqqında qərarı ona, digər hal şahidinə və baxışda iştirak edən həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs3 elan etmişdir. O, digər hal şahidi Şahid15 və Təqsirləndirilən şəxs3 qeyd edilən qərarla tanış olduqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı baxış zamanı bütün hərəkətlərdə iştirak etmək və baxışın nəticələri barədə tərtib edilən protokolla tanış olaraq öz qeyd və əlavələrini daxil etmək hüquqlarını və baxış protokolunu öz imzaları ilə təsdiq etmək vəzifələrinin olduğunu izah etmişdir. Bundan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onların iştirakı ilə ünvan 15 ünvanında baxış keçirməyə başlamışlar Baxış zamanı yaşayış evinə daxil olduqda giriş qapısı ilə üzbəüz yerləşən yataq otağındakı çarpayının altından 01 ədəd avtomat silah və 01 ədəd “Vinçestr” tipli silah aşkar olunaraq götürülmüş, qeyd edilən silahlar DTX əməkdaşları tərəfindən müvafiq qaydada qablaşdırılmış, möhürlənmiş və protokolda qeyd olunmuşdur. Baxış qurtardıqdan sonra bu barədə tərtib olunmuş protokol onun, digər hal şahidi Şahid15 və Təqsirləndirilən şəxs3 tərəfindən oxunub yazılanların düzgünlüyünə əmin olunduqdan sonra tərəflərindən imzalanmışdır. Həmçinin həmin gün Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı ona ünvan 1 ünvanında keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyi təklif etmiş, o da vətəndaşlıq borcunu yerinə yetirərək keçiriləcək baxışda hal şahidi kimi iştirak etməyə öz razılığını vermişdir. Bundan sonra ünvan 1 ünvanında keçirilən baxışda hal şahidi kimi iştirak etmişdir. Baxışda ondan başqa hal şahidi kimi Şahid15 da iştirak etmişdir. Baxış başlanmamışdan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından biri baxış keçirilməsi haqqında qərarı ona, digər hal şahidinə və baxışda iştirak edən həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2 elan etmişdir. O. digər hal şahidi Şahid15 və Təqsirləndirilən şəxs2 qeyd edilən qərarla tanış olduqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin həmin əməkdaşı baxış zamanı bütün hərəkətlərdə iştirak etmək və baxışın nəticələrin barədə tərtib edilən protokolla tanış olaraq öz qeyd və əlavələrini daxil etmək hüquqları və baxış protokolunu öz imzaları ilə təsdiq etmək vəzifələrinin olduğunu izah etmişdir. Bundan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onların iştirakı ilə ünvan 37 ünvanında baxış keçirmişlər. Baxış zamanı dəmir qapıdan daxil olduqda sol tərəfdə yerləşən evin yarıtəmirli hamamın taxta giriş qapısının çərçivəsinin üzərindən 01 ədəd 7,62 kalibrli patronun gilizinə bənzər əşya hamama bitişik mətbəx otağındakı divanın altından 01 ədəd beşbarmaq adlanan əşyaya bənzər predmet aşkar olunmuşdur. Bundan başqa yaşayış evinə daxil olarkən giriş qapısı ilə üzbəüz yerləşən şkafın birinci rəfindən 01 ədəd “İphone 13” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Qeyd edilən əşyalar DTX əməkdaşları tərəfindən müvafiq qaydada qablaşdırılmış, möhürlənmiş və protokolda qeyd olunmuşdur. Baxış qurtardıqdan sonra bu barədə tərtib olunmuş protokol onun, digər hal şahidi Şahid15 və Təqsirləndirilən şəxs2 tərəfindən oxunub yazılanların düzgünlüyünə əmin olunduqdan sonra tərəflərindən imzalanmışdır. Bundan başqa 01 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində olduğu vaxt Dövlət Təhlükəsizliyi Xidmətinin adını bilmədiyi əməkdaşı ona yaxınlaşaraq keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyi ona təklif etmiş, o da vətəndaşlıq borcunu yerinə yetirərək keçiriləcək baxışda hal şahidi kimi iştirak etməyə öz razılığını vermişdir. Bundan sonra ünvan 32 ünvanındakı hadisə yerinə keçirilən baxışda hal şahidi kimi iştirak etmişdir. Baxışda ondan başqa hal şahidi kimi Şahid15, X22 eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin ekspertləri də iştirak etmişlər. Baxış başlanmamışdan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı baxış zamanı bütün hərəkətlərdə iştirak etmək və baxışın nəticələrin barədə tərtib edilən protokolla tanış olaraq öz qeyd və əlavələrini daxil etmək hüquqları və baxış protokolunu öz imzaları ilə təsdiq etmək vəzifələrinin olduğunu izah etmişlər. Bundan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı onlarır iştirakı ilə ünvan 32 ünvanındakı hadisə yerinə baxış keçirməyə başlamışdır. Baxış zamanı evin giriş qapısının ətrafında hasarın üzərində müxtəlif ölçülü divarın suvağının qopub tökülməsi ilə müşahidə edilən zədələrin olduğunu görmüş, həmin küçədə qonşu evin giriş qapısının üzərində sağ tərəfdə çərçivəyə bitişik olan divarda da zədə izi olmuşdur. Zədələrin və evin foto şəkilləri çəkilərək protokola əlavə edilmişdir. Baxış qurtardıqdan sonra bu barədə tərtib olunmuş protokol onun, hal şahidi və baxışda iştirak edən şəxslər tərəfindən oxunub yazılanların düzgünlüyünə əmin olunduqdan sonra tərəflərindən imzalanmışdır. Bundan sonra eyni tarixdə, yəni 01 noyabr 2022-ci il tarixdə həmin əməkdaş daha bir ünvanda baxışda hal şahidi qismində iştirak etməyi ona təklif etmiş və o da vətəndaşlıq borcunu yerinə yetirərək keçiriləcək baxışda hal şahidi kimi iştirak etməyə öz razılığını vermişdir. Bundan sonra Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Namazov küçəsindəki fərdi yaşayış evinin həyətində dayanmış gümüşü rəngli “Toyota Prius” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxışda hal şahidi kimi iştirak etmişdir. Baxışda ondan başqa hal şahidi kimi Şahid15, Şahid1, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin ekspertləri də iştirak etmişlər. Baxış başlanmamışdan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı baxış zamanı bütün hərəkətlərdə iştirak etmək və baxışın nəticələrin barədə tərtib edilən protokolla tanış olaraq öz qeyd və əlavələrim daxıl etmək hüquqları və baxış protokolunu öz imzaları ilə təsdiq etmək vəzifələrinin olduğunu izah etmişdir. Bundan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı onun iştirakı ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Namazov küçəsindəki fərdi yaşayış evinin həyətində dayanmış gümüşü rəngli “Toyota Prius” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirməyə başlamışdır. Baxış zamanı avtomobil yarısökülu vəziyyətdə olmuş, arxa təkərlərinin havası boşalmışdır. Arxa buferin üzərində 01 ədəd dairəvi formalı, diametri təxminən 01 sm olan deşib keçmiş zədə olmuş, zədənin kənarları içəriyə doğru yönəlmiş, yük yerinin alt hissəsində də sol tərəfdə 01 ədəd dairəvi formalı, diametri 01 sm olan deşib keçmiş zədə olmuş, zədənin kənarları içəriyə doğru yönəlmiş, zədə kənarları avtomobilin arxasından önü istiqamətinə yönəlmiş, avtomobilin yük yerindəki ehtiyyat təkər rezinin alt hissəsinə 01 ədəd 09 mm-lik odlu silaha məxsus mərmi aşkar edilmişdir. Zədələrin və mərminin foto şəkilləri çəkilərək protokola əlavə edilmişdir. Baxış qurtardıqdan sonra bu barədə tərtib olunmuş protokol onun, hal şahidi və baxışda iştirak edən şəxslər tərəfindən oxunub yazılanların düzgünlüyünə əmin olunduqdan sonra tərəflərindən imzalanmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid17 Kəmaləddin oğlunun məhkəmə iclasında elan olunmuş ifadəsindən ki, 2022-ci ilin may ayından 2022-ci ilin dekabr ayına kımı Bakı şəhərində metronun “Xətai" stansiyasının yaxınlığında 6 saylı Notariat Ofisinin yanında “5 çarx" adlı avtomobil icarəsi məntəqəsini işlətmiş, “Toyota Prıus" markalı və ona bənzər ucuz avtomobilləri əsasən avtomobil icarəyə verən şəxslərdən icarəyə götürüb öz mənfəətini əldə edərək icarəyə vermişdir. 2022-ci ilin avqust ayında tanışı Təqsirləndirilən şəxs1 öz tanışı Şahid1 “Toyota Prius” markalı avtomobil icarəyə verməsini xahiş etmiş, o da razılaşaraq Şahid1 “Toyota Prius” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili günlük 25 manata icarəyə vermişdir. Həmin avtomobili Şahid1 “Rent a car”ın verdiyi yol vərəqi ilə sürmüşdür. Ödəmələrdə hər hansı gecikmə olmamışdır. Yalnız 2022-ci ilin oktyabr ayının ortalarında Təqsirləndirilən şəxs1 onunla ış yerində görüşən zaman Şahid1 taksi xidməti üçün nəzərdə tutulmuş “Bolt” tətbiqində problemi yarandığını və iki gün avtomobili bu səbəbdən taksi kimi idarə edə bilmədiyim deyib, sonuncunun iki günlük icarə haqqını nəzərə almamasını xahiş etmiş, o da aralarında xətir-hörmət olduğundan iki gün üçün icarə haqqını almayacağını demişdir. Şahid1 başqa Təqsirləndirilən şəxs1 ondan hər hansı tanışına avtomobil icarəsi üçun müraciət etməmişdir. 2022-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs1 DTX tərəfindən həbs edildiyini eşitmiş, sonuncunun hansı əmələ görə həbs edilməsindən hər hansı məlumatı olmamışdır. 2022-ci ilin dekabr ayında avtomobil icarəsi işində zərər etdiyini görərək fəaliyyətini dayandırmışdır. Həmin vaxt Şahid1 fəaliyyətini dayandırması barədə məlumat verərək icarəyə götürdüyü avtomobili təhvil verməsini demişdir. Şahid1 həmin avtomobili ona arxa buferi sökülmüş və arxa sərnişin oturacağının üstünə qoyulmuş vəziyyətdə təhvil vermişdir. Şahid1 həmin buferin zədələnmə səbəbi barədə ona hər hansı məlumat verməmişdir. O, həmin avtomobilin buferim və arxa buferin altındakı zədələri “Ay- Ata" QSC-nin ərazisində yerləşən dəmirçi sexində usta işləyən X23 təmir etdirmiş və görülmüş iş pulu olaraq 50 manat ödəmişdir. Həmin avtomobili Şahid1 ona təhvil verdikdə sürücü tərəfdən ön yan şüşəsi qırılmış vəziyyətdə olduğundan həmin şüşəni tanış ustaya pulsuz düzlətdirmiş, işlənmiş şüşəyə görə isə 10 manat pul ödəmişdir. Avtomobilin təmirinə ümumilikdə 60 manat xərci çıxmışdır. Təqsirləndirilən şəxs1 görə təmir pulunu Şahid1 tələb etməmişdir. Ruslan və Yəhyaya qarşı hər hansı maddi iddiasının və şikayətinin olmadığını bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəmə iclasında elan olunmuş ifadəsindən ki, X28 ilə 10 il əvvəl Suraxanı rayonunun ərazisində yerləşən idman zalında tanış olmuş və münasibət saxlamışdır “yetim Səməd” ləqəbi ilə tanınan Şahid7 ilə 2022-ci ilin sentyabr ayında Namiq Abdullayevin vasitəsilə tanış olmuşdur. 2022-ci ilin oktyabr ayında Namiq Abdullayevin Bakı şəhəri Suraxanı rayonunda yerləşən “Xonça” restoranının yaxınlığındakı bağ evində sonuncunun itlərinə bazardan keyfiyyətsiz ət gətirib çatdıran “Toyota Prius” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Şahid3la tanış olmuşdur. 2018-cı ildə Namiq Abdullayevin bağ evində “qaqalı” ləqəbli Yəhya və Amin qardaşları ilə tanış olmuş, həmin şəxslər o vaxt Namiq Abdullayevlə yaxın dostluq münasibəti saxlamışlar. Təxminən 2022ci ilin əvvəllərinə qədər o da sonuncularla dostluq etmişdir. 2022-ci ilin aprel ayında o, Namiq və Natiq Abdullayev qardaşları ilə bağda olan zaman oraya “qaqali” ləqəbli Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə gəlmiş, orada olan söhbət zamanı Namiq və Natiq Abdullayev qardaşları Yəhya və Amin qardaşlarını narkotik vasitələrin satışı ilə məşğul olduqlarını iddia edərək onlara qarşı narazıçılıq bildirmişlər və “mal”, yəni narkotik vasitə satışından əl çəkmələrini demişlər. Namiq və Natiq Abdullayev qardaşları Yəhya və Təqsirləndirilən şəxs2 qardaşlarının narkotik vasitə satmalarını Dünyamalı adlı tanışlarının dediyini bildirmiş, sonuncular isə heç bir münasibət bildirmədən bağdan getmişlər. Həmin görüşdən sonra Yəhya və Təqsirləndirilən şəxs2 qardaşlarının digər tanışları ilə birlikdə Suraxanıda Balaxanı qarajı deyilən yerin yaxınlığında Dünyamalı adlı şəxsin yaşadığı evin qarşısında sonuncu ilə mübahisə etdiklərini eşitmişdir. Elə həmin vaxtdan etibarən Yəhya və Təqsirləndirilən şəxs2 qardaşları ilə Namiq və Natiq Abdullayev qardaşları arasında düşmənçilik başlamışdır. Belə ki, eşitdiyinə görə Namiq Abdullayev mobil telefonla Yəhya və Amin qardaşlarına zəng edərək Dünyamalı ilə mübahisə etdiklərinə görə narazılığını bildirmiş, sonuncular isə Namiq Abdullayevi telefonda söymüşlər. Daha sonra Namiq Abdullayev ona mobil telefonda Təqsirləndirilən şəxs1 tərəfindən videolentə alındığını iddia etdiyi və ona vatsapla göndərilmiş videoyazını göstərmiş, həmin videoyazıda Təqsirləndirilən şəxs1 avtomobildə içində Zərərçəkmiş şəxs1 olduğu digər avtomobili arxadan çəkərək sonuncunun ailəsinin ünvanına söyüş söymüşdür. Həmin videoya sonradan qardaşlar da baxmış və bundan sonra onlar arasında olan düşmənçilik daha da artmışdır. Bundan əlavə ona Namiq Abdullayevin dediyinə görə 12 oktyabr 2022-ci il tarixdə sonuncunun qardaşı Zərərçəkmiş şəxs1 istifadəsində olan avtomobillə Sabunçu rayon icra Hakimiyyətinin inzibati binasının yaxınlığında yerləşən işıqforda dayanan zaman bir neçə şəxs tərəfindən hücuma məruz qalmışdır. Hücum edən şəxslər avtomobilin şüşəsini sındırmışlar. 16 oktyabr 2022-ci il tarixdə o, Abdullayev Namiqin bağındakı otaqda sonuncu ilə məişət mövzusunda söhbət edən zaman oraya Şahid7 gəlmişdir. Həmin vaxt “Toyota Prius” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan Şahid3 bağın içində olsa da onların olduqları otaqda olmamış, çünki sonuncunu öz aralarında etdikləri söhbətıərə müdaxilə etməmişlər. Söhbət zamanı Yəhya X5rdaşı Zərərçəkmiş şəxs1 ailə üzvlərinin barəsində təhqiramiz ifadələr işlətməsi ciddi qınanmışdır. Söhbət zamanı bir-birilərinə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ünvanına bir daha söyməməsi üçün qorxudulmasının zəruriliyi bildirilmişdir. Həmin vaxt o, Suraxanı rayonunda “Aura” şadlıq sarayının yaxınlığında yaşamış və evə çörək almalı olduğu üçün durub getmək istədiyini bildirmişdir Namiq Abdullayev də itləri üçün bazardan ət almalı olduğu üçün Şahid7la birlikdə onunla gəlmək istədiklərini demişlər. Onlar ilk öncə taksi sürücüsü Şahid3 “Toyota Prius” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə marketdən çörək alaraq aparıb evlərinə vermiş, daha sonra bazar istiqamətində qayıdan zaman yolda o, Təqsirləndirilən şəxs1 tanışının “Toyota Prius” markalı 370 dövlət qeydiyyat nişanlı avtomobilini görmüş, həmin avtomobili o, Yəhyanın dostlarının “instagram” sosial şəbəkəsindəki səhifəsində görüb tanıdığı üçün həmin avtomobilin Yəhyagilə aid olduğunu Namiqgilə demiş, sonuncu onun bu sözündən sonra həmin avtomobilin arxasınca sürməyi Şahid3 bildirmiş, sonuncu taksi sürücüsü olduğundan məsələnin nə olduğunun fərqinə varmadan deyilən kimi etmişdir. Şahid3 sükan arxasında Şahid7 qabaq oturacaqda, o, Şahid7 arxa tərəfində, Namiq Abdullayev isə Şahid3 arxasında əyləşmişdir. Bundan sonra onlar həmin “Toyota Prius” markalı avtomobilin Yəhyagiiin evi istiqamətində döndüyünü görmüş və içində olduqları avtomobillə təxminən 5 dəqiqə dövr vurub Yəhyagilin evlərinə doğru getmişlər. Təqsirləndirilən şəxs1 Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi ev 583 ünvanındakı evlərinə çatmağa 30-40 metr qalmış avtomobili saxlamış, sonuncunun darvazasının qarşısında işıq yandığı üçün 5-6 nəfərin dayanaraq söhbət etdiklərini və darvazanın qabağında bir avtomobilin arxası onlara tərəf park edilmiş halda saxlanıldığını görmüşlər. Həmin şəxslər darvazanın qarşısında park edilmiş avtomobildən sağ tərəfdə dayanıb söhbət etmişlər. Onlar avtomobildən həmin anda çıxmamış, Namiq Abdullayev üzərindəki “makarov” markalı tapança silahı çıxardıqda o, silahı ona verməsini demiş, məqsədi isə göyə atəş açıb qarşı tərəfi qorxutmaq olmuşdur. Namiq Abdullayev üzərində olan tapança silahı ona verdikdən sonra onlar avtomobildən düşmüş, onun və Namiq Abdullayevin əlində bıçaq olmuşdur. Onlar avtomobildən düşən zaman üzünü tam görmədiyi bir oğlanın özlərinin olduqları tərəfə gəldiyini görmüş, həmin oğlanın harasa getmək məqsədilə onların tərəfə gəldiyini və ya məqsədinin məhz onların tərəfə gəlmək olub-olmadığını bilməmişdir. Həmin şəxs onun əlindəki bıçağı görərək “Namiqgildir” deyə qışqırmış və qorxub arxaya çevrilərək Yəhyagilin darvazası tərəfə qaçmağa başlamışdır. Bu zaman Namiq “qaqali” deyə qışqırmışdır. Namiq qışqırdıqdan sonra o, əlindəki tapança silahdan iki dəfə göyə atəş açmış, ikinci atəşdən sonra darvazanın qabağındakı şəxslər qaçıb gizlənmişlər, ikinci atəşdən sonra silah ilişdiyi üçün o, silahı atəş vəziyyətinə gətirmək istəsə də alınmamışdır. Şahid7 tapançanı atəş vəziyyətinə gətirməyə çalışdığını, lakin gətirə bilmədiyini görüb tapança silahı ondan alaraq atəş vəziyyətinə gətirməyə çalışmış və təxminən 1 dəqiqədən sonra Şahid7 tapançanı atəş vəziyyətinə gətirə bilmişdir. Bundan sonra Şahid7 Yəhyagiiin darvazasının qarşısında və məhəllədə artıq heç kimin olmadığına əmin olaraq darvaza istiqamətində bir neçə atəş açmış və onlar dərhal Şahid3 idarə etdiyi avtomobilə əyləşərək Abdullayev qardaşlarına məxsus ünvan 38 ünvandakı evləri ilə üzbəüz yerləşən bağa getmişlər. Həmin vaxt Şahid3 çox qorxmuş və bu barədə əvvəlcədən onu xəbərdar etmədikləri üçün onları ciddi qınamışdır. Bağa qayıdarkən yolda Şahid7 həmin tapançanı Namiq Abdullayevə qaytarmışdır. Onlar bağa qayıdan zaman evin qarşısında, yəni küçədə heç kim olmamış, o və Namiq Abdullayev bağdakı otağa keçərək hadisə ilə bağlı söhbət etməyə başlamış, Şahid7 isə bağa girdikdən sonra itlərə yem hazırlayıb onları yemlədikdən sonra onların yanına gələcəyini demiş və itlərin damına tərəf gedərək yem qablarının götürməsinin səsini eşitmişlər. Onlar bağa çatdıqdan təxminən 10-15 dəqiqə sonra bağın içində olarkən atəş səsləri eşitmişlər. Həmin vaxt o və Namiq Abdullayev bağdakı otaqda söhbət etmiş, Şahid7 isə bağdakı itlərə yem vermişdir. Atəş səslərini eşitdikdən təxminən 1-2 dəqiqə sonra küçədə heç kimin olmadığına əmin olaraq o, Namiq Abdullayev və Şahid7 bağdan çölə küçəyə çıxmışlar. Daha sonra o, evə gedərək qorxduğundan Sabirabad rayonuna Namiqgilin fermasına tək getmişdir. Şahid7 da daha sonra həmin fermaya gəldikdən sonra o, Bakı şəhərinə qayıtmışdır. 01 ədəd “Samsung Galaxy A13” markalı mobil telefon və ona quraşdırılmış ***-***-**-** və ***-***-**-** nömrəli sim-kartlar özünün istifadəsində olmuş, təqsirləndirilən şəxs Şahid7 istifadəsində olmuş ***-***-**-** nömrəli sim-kart onun adına rəsmiləşdirilmiş, mobil telefonun yaddaşına digər təqsirləndirilən şəxslər Şahid7 istifadəsində olmuş ***-***-**-**, X16 istifadəsində olmuş +**********4 (whatsapp) mobil telefon nömı ələrini qeyd etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəmə iclasında elan olunmuş ifadəsindən ki, X30, X28 və Zərərçəkmiş şəxs1 ilə uşaqlıqdan dostluq münasibəti olmuşdur. 16 oktyabr 2022-ci il tarixdə o, həmişəki kimi məişət mövzusunda söhbət etmək üçün Abdullayev qardaşlarına məxsus ünvan 11 ünvandakı bağa getmiş və orada X15 başqa Şahid6 və Şahid3 görmüşdür Şahid6la Namiq Abdullayev bağın içindəki otaqda söhbət etmiş, Şahid3 isə bağın içində gəzişib telefonuna baxmışdır. O, otağa daxil olduqdan sonra Şahid6 və Namiq Abdullayevlə salamlaşıb bir qədər məişət mövzusunda söhbət etmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ailə üzvlərinin barəsində təhqiramiz ifadələr işlətməsi və bunun düzgün hərəkət olmamağı, Təqsirləndirilən şəxs1 bır də Zərərçəkmiş şəxs1 ünvanına söyüş söyməməsi üçün qorxudulmasının zəruriliyi bildirilmişdir. Bundan sonra Şahid6 evə çörək alıb verməli olduğunu dedikdə yoldaşlı birlikdə getmələri təklif edilmiş, bundan sonra Şahid3 onları bir-iki yerə aparıb düşürməsini xahiş etmişlər. Şahid3 taksi sürücüsü olduğundan sonuncunu aralarındakı şəxsi söhbətlərə qatmamışlar. Şahid3 sükan arxasında, o, qabaq oturacaqda, Şahid6 onun arxa tərəfində, Namiq Abdullayev isə Şahid3 arxasında əyləşmişdir. Həmin vaxt Şahid6 Suraxanı rayonunda “Aura” şadlıq sarayının yaxınlığında yaşamışdır. Onlar əvvəl marketə getmiş, Elvir çörək aldıqdan sonra aparıb evlərinə vermişdir. Daha sonra yolda Şahid6 “Toyota Prius” markalı 370 dövlət qeydiyyat nişanlı avtomobili görərək həmin avtomobilin Yəhyanın tanışına məxsus olduğunu demiş, Namiq Abdullayev bu sözdən sonra həmin avtomobilin arxasınca sürməyi Şahid3 bildirmiş, sonuncu taksi sürücüsü olduğundan məsələnin fərqinə varmadan deyilən kimi etmişdir. Bundan sonra onlar həmin “Toyota Prius” markalı avtomobilin Yəhyagilin evi istiqamətində döndüyünü görmüş və içində olduqları avtomobillə təxminən 4-5 dəqiqə dövr vurub Yəhyagilin Suraxanı rayonu. Əmircan qəsəbəsi, A.Rzayev küçəsi ev 583 ünvanındakı evlərinə doğru getmişlər. Təqsirləndirilən şəxs1 yaşadığı evə çatmağa təxminən 30-40 metr qalmış avtomobili saxlamışlar Yəhyagilin darvazasının qarşısında işıq yandığı üçün 5-6 nəfərin dayanaraq söhbət etdiklərini və darvazanın qarşısında bir avtomobilin arxası onlara tərəf park edilmiş vəziyyətdə dayandığını görmüşlər Həmin şəxslər darvaza ilə üzbəüz yerdə, yəni avtomobildən sağ tərəfdə dayanıb söhbət etmişlər. Onlar avtomobildən dərhal düşməmiş, Namiq Abdullayev üzərində olan “Makarov” markalı tapança silahı çıxardıqda Şahid6 həmin tapança silahın özünə verilməsini bildirmişdir. Bundan sonra Namiq Abdullayev üzərində olan tapança silahı Şahid6 vermiş, sonra onlar avtomobildən düşmüşlər. Şahid6 və Namiq Abdullayevin əlində bıçaq olmuşdur. Onlar avtomobildən düşən zaman cavan oğlanın avtomobilə tərəf gəldiyim görmüş, həmin şəxs Şahid6 əlindəki bıçağı görərək “Namiqgildir” deyə qışqırmış və qorxub geriyə dönərək Yəhyagilin darvazası tərəfə qaçmağa başlamışdır. Bu zaman Namiq Abdullayev avtomobilin yanından “qaqali” deyərək ucadan qışqırmış, həmin vaxt Şahid6 əlindəki tapança silahdan göyə iki dəfə atəş açmışdır, ikinci atəşdən sonra darvazanın qarşısındakı şəxslər qaçıb gizlənmişlər, ikinci atəşdən sonra silah ilişdiyi üçün Şahid6 silahı atəş vəziyyətinə gətirməyə çalışsa da buna nail ola bilməmişdir. O, bunu görərək tapança silahı Şahid6 alaraq təxminən 1 dəqiqə atəş vəziyyətinə gətirməyə çalışmış, daha sonra tapançanı atəş vəziyyətinə gətirə bilmiş və Yəhyagilin oarvazasının qarşısında və məhəllədə artıq heç kimin olmadığına əmin olaraq darvaza istiqamətində bir neçə atəş açmışdır. Bundan sonra Şahid3 idarə etdiyi avtomobilə əyləşərək Abdullayev qardaşlarına məxsus bağa getmişlər. Yolda o, t pança silahı Namiq Abdullayevə vermişdir. Həmin vaxt Şahid3 çox qorxmuş ə bu barədə əvvəlcədən onu xəbərdar etmədikləri üçün onları ciddi qınamışdır. Bağa çatdıqdan sonra Elvir və Namiq bağdakı otağa keçərək söhbət etmiş, o isə bağa girdikdən sonra itlərə yem hazırlayıb onları yemləməyə başlamışdır. Onlar bağa qayıdan zaman evin qarşısında heç kim olmamış, bağa çatdıqdan təxminən 10-15 dəqiqə sonra bağın içində olarkən atəş səsləri eşitmişlər. Həmin vaxt o, bağdakı itlərə yem vermiş, Elvirlə Namiq isə bağdakı otaqda söhbət etmişlər. Atəş səslərini eşitdikdən təxminən 1-2 dəqiqə sonra küçədə heç kimin olmadığına əmin olaraq o, Elvir və Namiq bağdan çölə küçəyə çıxmışlar. Bundan sonra o və Şahid6 17 oktyabr 2022-cı ıl tarixdə gecə saat 01:00 radələrində Bakı- Sabirabad rayonu istiqamətində hazırda dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı tanımadığı taksi fəaliyyəti ilə məşğul olan şəxsin avtomobili ilə hərəkət etmişlər. 2022-ci ilin noyabr ayının təxminən ortalarında o yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, Samir Əliyev küçəsindəki fərdi yaşayış evinə geri qayıtmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 məhkəmə iclasında elan olunmuş ifadəsindən ki, ünvan 39 ünvanında Zərərçəkmiş şəxs1 qonşuluğunda yaşayır, qonşu kimi aralarında yaxşı münasibət vardır. Məmmədli X45, Təqsirləndirilən şəxs2, X18 və X29 tanımır. Həmin şəxslərin 17 oktyabr 2022-ci il tarixdə saat 00:10 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 35 ünvanının qarşısından Şahid1 idarə etdiyi avtomobillə keçərək odlu silahdan Zərərçəkmiş şəxs1 məxsus “Mercedes-Benz” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə atəş sonuncunu öldürməklə hədələyərək hadisə yerindən uzaqlaşmalarından hər hansı məlumatı olmamış, həmin vaxt evdə yatmış və hər hansı atəş səsi eşitməmişdir. Qonşusu Zərərçəkmiş şəxs1 bu barədə ona hər hansı məlumat verməmişdir. İş materiallarında olan 11 noyabr 2022-ci il tarixli “Tanınma” protokolundan görünür ki, tanınma zamanı Şahid11 ona təqdim edilmiş fotocədvəldəki 3 şərti say ilə işarələnmiş X10 fotoşəklinı göstərərək həmin fotoşəkıldəki şəxsin bir neçə şəxslə birlikdə 18 oktyabr 2022-ci il tarixdə ünvan 40 ünvanda yerləşən fərdi yaşayış evini bir günlük icarəyə götürən şəxsin fotoşəkli olduğunu bildirmişdir. İş materiallarında olan 11 noyabr 2022-ci il tarixli “Tanınma” protokolundan görünür ki,tanınma zamanı Şahid11 ona təqdim edilmiş fotocədvəldəki 2 şərti say ilə işarələnmiş X24 fotoşəklinı göstərərək həmin fotoşəkıldəki şəxsin bir neçə şəxslə birlikdə 18 oktyabr 2022-ci il tarixdə ünvan 40 ünvanda yerləşən fərdi yaşayış evini bir günlük icarəyə götürən şəxsin fotoşəkil olduğunu bildirmişdir. İş materiallarında olan 11 noyabr 2022-ci il tarixli “Tanınma” protokolundan görünür ki,tanınma zamanı Şahid11 ona təqdim edilmiş fotocədvəldəki 1 şərti say ilə işarələnmiş Təqsirləndirilən şəxs1 fotoşəklini göstərərək həmin fotoşəkildəki şəxsin bir neçə şəxslə birlikdə 18 oktyabr 2022-ci il tarixdə ünvan 40 ünvanında yerləşən fərdi yaşayış evini bır günlük icarəyə götürən şəxsin fotoşəkli olduğunu bildirmişdir. İş materiallarında olan 16 yanvar 2023-cü il tarixli “Tanınma” protokolundan görünür ki, tanınma zamanı Təqsirləndirilən şəxs2 ona təqdim edilmiş fotocədvəldəki 4 şərti say ilə işarələnmiş X10 fotoşəklini göstərərək həmin fotoşəkildəki şəxsin barəsində ifadə verdiyi Sabir adlı şəxsin fotoşəkli olduğunu bildirmişdir. İş materiallarında olan 16 yanvar 2023-cü il tarixli “Tanınma” protokolundan görünür ki, tanınma zamanı Təqsirləndirilən şəxs2 ona təqdim edilmiş fotocədvəldəki 3 şərti say ilə işarələnmiş X24 fotoşəklini göstərərək həmin fotoşəkildəki şəxsin barəsində ifadə verdiyi Aqil adlı şəxsin fotoşəkli olduğunu bildirmişdir. İş materiallarında olan 02 fevral 2023-cü il tarixli “Tanınma” protokolundan görünür ki, tanınma zamanı Təqsirləndirilən şəxs3 ona təqdim edilmiş fotocədvəldəki 2 şərti say ilə işarələnmiş X10 fotoşəklini göstərərək həmin fotoşəkildəki şəxsin barəsində ifadə verdiyi Sabir adlı şəxsin fotoşəkli olduğunu bildirmişdir. İş materiallarında olan 15 aprel 2023-cü il tarixli “Tanınma” protokolundan görünür ki, tanınma zamanı Şahid1 ona təqdim edilmiş fotocədvəldəki 3 şərti say ilə işarələnmiş X24 fotoşəklini göstərərək sonuncunun Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, X18 ilə birılikdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvana gedərək sonuncunu öldürməklə hədələmək məqsədilə odlu silahdan atəş açılan zaman avtomobildə olduğunu bildirmişdir. İş materiallarında olan 18 aprel 2023-cü il tarixli “Tanınma” protokolundan görünür ki, tanınma zamanı Təqsirləndirilən şəxs4 ona təqdim edilmiş fotocədvəldəki 2 şərti say ilə işarələnmiş X10 fotoşəklini göstərərək həmin fotoşəkildəkı şəxsin barəsində ifadə verdiyi Sabir adlı şəxsin fotoşəkli olduğunu bildirmişdir. İş materiallarında olan 18 aprel 2023-cü il tarixli “Tanınma” protokolundan görünür ki, tanınma zamanı Təqsirləndirilən şəxs4 ona təqdim edilmiş fotocədvəldəki 3 şərti say ilə işarələnmiş X24 fotoşəklini göstərərək həmin fotoşəkildəki şəxsin barəsində ifadə verdiyi Aqil adlı şəxsin fotoşəkli olduğunu bildirmişdir. İş materiallarında olan 18 aprel 2023-cü il tarixli “Tanınma” protokolundan görünür ki, tanınma zamanı Təqsirləndirilən şəxs4 ona təqdim edilmiş fotocədvəldəki 4 şərti say ilə işarələnmiş Təqsirləndirilən şəxs5 fotoşəklini göstərərək həmin fotoşəkildəki şəxsin barəsində ifadə verdiyi Nazim adlı şəxsin fotoşəkli olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat idarəsinin istintaqa 3-39-9/1-773/2023 saylı məktubundan görünür ki, “Elektron notariat" informasiya sistemində saxlanılan məlumatlara əsasən X8 mülkiyyətində olan **-EO-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı nəqliyyat vasitəsinə dair Şahid16 verilmiş etibarnamə əsasında sonuncu tərəfindən xx.xx.2022-ci il tarixdə 7E-10810 reyestr nömrəsi ilə Tovuz regional “Asan Xidmət” mərkəzində notariat ofisində etibar edilmişi başqasına etibaretmə qaydasında səlahiyyətlərin hissəvi olaraq (istifadə hüququ) Təqsirləndirilən şəxs4 ötürüldüyünün müəyyən edildiyi göstərilmişdir. İş materiallarında olan kompleks məhkəmə ballistik və məhkəmə trasoloji ekspertizasının 01 dekabr 2022-ci il tarixli, 3/1565;1568;1569;1572 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəylərindən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yerindən aşkar edilərək götürülmüş, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq - zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. İş materiallarında olan 28 oktyabr 2022-ci il tarixli “Baxış keçirilməsi” haqqında protokaldan görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 15 ünvanındakı yaşayış yerində keçirilmiş baxış zamanı qara idman çantasına yığılmış bir ədəd “ПС 4968” №-li avtomat silah, onun sandıqçası, 03 ədəd patron (01 ədədinin dib hissəsində “711-83", 02 ədədinin dib hissəsində “270-74 rəqəmləri həkk edilmişdir), 01 ədəd “Dragon” markalı silah və 14 ədəd plastmas materialdan gövdəsi olan patron, 01 ədəd kəmərformalı patrontaş aşkar edilərək götürülmüşdür İş materiallarında olan 29 oktyabr 2022-ci il tarixli “Axtarış keçirilməsi” haqqında protokaldan görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 41 ünvandakı yaşayış yerində 29 oktyabr 2022-ci ildə keçirilmiş axtarış zamanı 01 ədəd qumbaraya bənzər əşya və 01 ədəd üzərində “Methodone 40” göstəriciləri olan blister kəsiyi aşkar edilərək götürülmüşdür. İş materiallarında olan kompleks məhkəmə ballistik və məhkəmə trasoloji ekspertizasının 01 dekabr 2022-ci il tarixli, 3/1565:1568:1569; 1572 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ПС 4968” yazıları həkk olunmuş silah - 1967-ci ildə, ijevsk mexaniki zavodunda istehsal edilmiş, “Калашников" konstruksıyalı 7,62 mm kalibrli, “AKM” markalı, ПС 4968 №-li avtomat silahdır, qundağı lülə qutusuna bağlandığı yerdən açılıb götürülmüşdür, zavod işarələrində pozuntu, dəyişiklik və detallarında təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir, həmçinin qundağının yerində olmaması ilə təyinatında dəyişiklik yaranmamışdır - yivli odlu avtomatik döyüş silahıdır, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah sandıqçası - “Калашников” konstruksıyalı “AK” (“AKM”, “AKC”, “AKMC”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 30 (otuz) ədəd 1943-cü ıl nümunəlı, 7,62x39 mm kalibrli patron tutumuna malik olan sandıqçadır, təyinatı üzrə istifadəyə yararlıdır və təyinatına uyğun olaraq, həmçinin tədqiqata təqdim edilmiş 7,62 mm kalibrli, "AKM" markalı, ПС 4968 №-li avtomat silahda da komplekt hissə kimi istifadə oluna bilər. Tədqiqata təqdim edilmiş, üzərində “Dragon” yazısı həkk olunmuş silah - 2018-cı ildə, Türkiyədə, zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 76 mm olan, 12 kalibrli, “Aziz - Dragon” modelli, 18PA-0062 №-li, pompalı, təklüləlı tüfəngdir, zavod işarələrində pozuntu, dəyişiklik və detallarında təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir - yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd qumbara - onun partladıcısı ilə birlikdə, zavod üsulu ilə hazırlanmış, “M-DN 21” markalı, qəlpəli əl qumbarasıdır - döyüş sursatıdır və atəş-partlayışa (istifadəyə) yararlıdır. Tədqiqata təqdim edilmiş, dib hissələrində “270- 74 və“711-83” rəqəmləri həkk olunmuş 3 (üç) ədəd patron - zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik "Калашников konstruksiyalı “AK” (“AKM”, “AKC”, “AKMC”) markalı avtomat silahlarda, "РПК” (“РПКС”) markalı əl pulemyotlarında, “CKC” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar - döyüş sursatıdırlar və təyinatları üzrə istifadəyə - atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş, 14 (on dörd) ədəd plastmas gövdəli patron - zavod üsulu ilə hazırlanmış, 12 mm kalibrli olmaqla, həmin kalibrə malik, patronluğunun uzunluğu 76 mm-dək olan, yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar və təyinatları üzrə istifadəyə - atəşə yararlıdırlar (2 ədəd patron eksperimental atış üçün istifadə edilmişdir). İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 01 dekabr 2022-cı il tarixli, 6/6360 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd üzərində “Methodone 40” göstəriciləri olan blister kəsiyində 01 ədəd açıq-qəhvəyı rəngli " F/M 40" göstəricili dərman həbinin əsas təsiredici maddəsi metadondur və həmin həbin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,040 qram təşkil edir. İş materiallarında olan məhkəmə-trasoloji ekspertizasının 14 mart 2023-cu il tarixli, 3/380 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş tiyəsinin bir üzündə “BROWNİNG DA320” yazıları - zavod işarələri olan 1 (bir) ədəd bıçaq - zavod üsulu ilə hazırlanmış, bır tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. İş materiallarında olan kompleks məhkəmə ballistik və məhkəmə trasoloji ekspertizasının 01 dekabr 2022-ci il tarixli, 3/1565; 1568; 1569; 1572 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd giliz zavod üsulu ilə hazırlanmış pistonu mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62 mm kalibrli olmaqla, həmin kalıbrə malik “Калашников” konstruksiyalı “AK” (“AKM”, “AKC", “AKMC”) markalı avtomat silahlarda, “РПК” (“РПКС”) markalı əl pulemyotlarında, “CKC” karabınındə və s. yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissəsidir, həmin giliz təqdim edilmiş 7,62 mm kalibrli, “AKM” markalı, ПС 4968 №-li avtomat silahdan atılmışdır. Tədqiqata təqdim edilmiş 1 (bır) ədəd beşbarmaq formalı metal predmet - kustar üsulla, beşbarmaq (kastet) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silahdır. İş materiallarında olan “Baxış keçirilməsi” haqqında 29 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 35 ünvanındakı hadisə yerinə keçirilmiş baxış zamanı yaşayış evinin darvazasının qarşısında **-NJ-*** dövlət nömrə nişanlı boz rəngli “Mercedes-Benz SL 600” markalı avtomobilin arxa dövlət nömrə nişanının sol kənarından 10 mm solda dıametrı 10 mm olan dairəvi formada kənarları içəriyə doğru istiqamətlənmiş deşici keçiçi zədə izi aşkar edilmiş, zədənin girişi dövlət qeydiyyat nişan istiqamətdən olub, çıxışı isə avtomobilin baqaj hissəsində olmuş, çıxış zədəsi baqajin alt kənarından 10 sm yuxarıda yerləşmiş və onun diametri 10 mm olmuşdur. Çıxış zədəsi kovrolit üzərində olduğundan onun lifləri çıxış zədəsini örtmüş və giriş zədəsindən çıxış zədəsini müşahidə etmək mümkün olmamışdır. Baxış zamanı baqajın avtomobilin sol arxa təkərinin üzərində olan hissəsində, aşağı kənardan 15 sm hündürlükdə oval formaya malik diametri 30 mm olan deşici keçici zədə müəyyən edilmişdir. Zədənin kənarları didilmişdir. Baxış zamanı həmin zədənin yerləşdiyi kovrolit sahəsi sökülmüş və bu zaman həmin sahənin altında olan avtomobil arxa sol təkər yuvasının plastik örtüyündə uzunluğu 33 mm, eni 4 mm olan deşıcı keçici zədə müəyyən olunmuşdur. Zədənin kənarları didilmiş vəziyyətdə olmuş, habelə avtomobilin banının arxa sol qanadının alt kənarında 10 mm uzunluğunda 3 mm enliyində deşici keçici zədə aşkar olunmuşdur. Zədənin sol kənarı çölə doğru istiqamətlənmişdir. Zədənin ətrafında avtomobilin rəng örtüyünün sökülərək metal örtüyü müşahidə olunmuşdur. Baxış zamanı həmin zədənin alt hissəsində 2 ədəd mərmiyə oxşar metal parçaları aşkar olunmuşdur. Həmin mərmilər şərti olaraq 7 və 8 nömrəsi ilə nömrələnmiş, 7 nömrəli mərmiyə oxşar predmet sivri uclu olub, sarımtıl rəngdə olmuş, uzunluğu 35 mm. eni 8 mm təşkil etmiş, onun üzərində ucundan gövdəsinə doğru istiqamətlənmiş zədələr olmuşdur. 8 nömrəli mərmiyə oxşar predmet butulkavari formaya malik olub, tünd sarımtıl rəngdə olmuş, uzunluğu 25 mm, eni 8 mm təşkil etmiş, onun üzərində ucundan gövdəsinə doğru istiqamətlənmiş zədələr olmuşdur. Avtomobilin ön sol təkərindən 5 metr solda giriş darvazasının bərkidildiyi divarın kənarından 15 sm solda, divarın aşağı kənarından 50 sm hündürlükdə 15 diametrində kor zədə olmuşdur. Zədənin kənarları ovulmuş və həmin sahədə divarın rəng örtüyü pozulmuşdur. Baxış zamanı metal axtaran cihazla zədə sahəsinə baxış keçirilmiş və cihaz xüsusi siqnal verərək həmin zədədə metal hissəciklərin olduğunu bildirmişdir. Bununla bağlı vintaçanla həmin zədəyə baxış keçirilərək bır ədəd mərmi parçasına oxşayan metal predmet aşkar olunmuşdur. Həmin predmetın uzunluğu 10 mm, oturacaq hissəsinin diametri 5 mm, trapesiya formasında, sarımtıl rəngdə olmuş və deformasiya olunmuşdur. Baxış zamanı aşkar olunmuş deşici keçıçı zədələr üzrə vizirlənmə üsulu ilə atəş açanın yerinin avtomobilin baqaj hissəsindən arxada olduğı müəyyən edilmişdir Baxış zamanı aşkar olunmuş 3 ədəd mərmi olması ehtimal olunar metal predmetlər götürülüb müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə edilmişdir İş materiallarında olan kompleks məhkəmə ballistik və məhkəmə trasoloji ekspertizasının 01 dekabr 2023-cü il tarixli, 3/1565; 1568; 1569; 1572 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 yaşayış yerində keçirilmiş baxış zamanı aşkar edilib götürülməklə tədqiqata təqdim edilmiş 1 (bir) ədəd güllə - 7,62 mm kalibrli, “Калашников" konstruksiyalı “AK (“AKM”, “AKC”, “AKMC”) markalı avtomat silahlarda, “РПК” (“РПКС”) markalı əl pulemyotlarında, “CKC” karabinində və s. yivli odlu döyüş silahlarında döyüş sursatı kim istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, 1943-cü il nümunəli 7.62 mm kalibrli patronun atəşlə ayrılmış hissəsidir gülləsidir. Həmin güllə kalibrinə və təyinatına görə, tədqiqata təqdim edilmiş, dib hissələrində “270-74 və“711-83 rəqəmlər həkk olunmuş 3 (üç) ədəd 7,62 mm kalibrli, 1943-cü il nümunəli patronların güllələrin; uyğun gəlir və göstərilən xüsusiyyətlərinə uyğun olaraq, həmin güllənin digər atəş komponentləri ilə birlikdə doldurulub birləşdirilməsi ilə hazırlanmış 7,62 mm kalibr patrondan istifadə etməklə, təqdim edilmiş 7,62 mm kalibrli, “AKM” markalı, ПС 4968 № avtomat silahdan da atəş açılması mümkündür, lakin atıldığı silahın lülə kanalında güllənin üzərində qalmış sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə həmin güllənin təqdim edilmiş 7,62 mm kalibrli, "AKM" markalı ПС 4968 № avtomat silahdan, yaxud hansısa başqa konkret bır silahdan atılıbatılmadığını muəyyəı etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş, 1 (bir) ədəd güllə özəkciyi formalı metal predmet-zavot üsulu ilə hazırlanmış, “Калашников” konstruksiyalı “AK” (“AKM”, “AKC”, “AKMC”) marka avtomat silahlarda, “РПК” (“РПКС”) markalı əl pulemyotlarında, “CKC” karabinində və s. yivli odlu döyüş silahlarında döyüş sursatı kımı istifadə edilmək üçün nəzərdə tutulmuş 1943-cü il nümunəli, 7,62 mm kalibrli patronun gülləsinin atəş zamanı müəyyən bərk predmetə (bərk hədəfə) dəyib parçalanması nəticəsində ayrılmış hissəsidir - gülləsinin özəkciyidir. Həmin güllə özəkciyi kalibrinə və təyinatına görə, tədqiqata təqdim edilmiş, dib hissəsində “270-74 və “711-83” rəqəmləri həkk olunmuş 3 (üç) ədəd 7,62 mm kalıbrl 1943-cü il nümunəli patronların güllələrinin özəkciklərinə uyğun gəlir və göstəriləı xüsusiyyətlərinə uyğun olaraq, həmin güllə özəkciyinin hissəsini təşkil etdiyi güllənin dıgə atəş komponentləri ilə birlikdə doldurulub birləşdirilməsi ilə hazırlanmış 7.62 mm kalıbı patrondan istifadə etməklə, təqdim edilmiş 7,62 mm kalibrli, “AKM” markalı, ПС 4968 №- avtomat silahdan da atəş açılması mümkündür, lakin konstruksiyasına əsasən güllə özəkciyi güllənin daxilində olduğu və atəş zamanı silahın lülə kanalı ilə bilavasitə təmasda olmadığı üçün atıldığı silahın lülə kanalından özəkciyinin üzərində sürtünmə izlə qalmadığından, özəkcik eyniləşmə tədqiqatı üçün yararsız olduğuna görə həmin güllə özəkciyinin hissəsini təşkil etmiş olduğu güllənin təqdim edilmiş 7.62 mm kalibrli “AKM” markalı, ПС 4968 №-lı avtomat silahdan, yaxud hansısa başqa konkret bir silahdan atılıb atılmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş, 1 (bir) ədəd güllə örtüyü parçası formalı metal predme - “Калашников” konstruksiyalı “AK” (“AKM”, “AKC”, “AKMC”) markalı avtomat silahlarda “РПК” (“РПКС”) markalı əl pulemyotlarında, “CKC” karabinində və s. yivli odlu döyü silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, pistonu mərkəzdən alışan, 1943-cü il nümunəli, 7.62 mm kalibrli patronu gülləsinin atəş zamanı müəyyən bərk predmetə (bərk hədəfə) dəyib parçalanması nəticəsində ayrılmış hissəsidir - gülləsinin örtüyünün bır parçasıdır. Həmin güllə ortüyü kalibrinə və təyinatına görə, tədqiqata təqdim edilmiş, dib hissələrində “270-74 və “711-83” rəqəmləri həkk olunmuş 3 (üç) ədəd 7,62 mm kalibrli, 1943-cü il nümunəlı patronlar güllələrinin örtüklərinə uyğun gəlir və göstərilən xüsusiyyətlərinə uyğun olaraq, həm güllə örtüyünün hissəsini təşkil etdiyi güllənin digər atəş komponentləri ilə birlikdə doldurulub birləşdirilməsi ilə hazırlanmış 7,62 mm kalibrli patrondan istifadə etməkl təqdim edilmiş 7,62 mm kalibrli, “AKM" markalı, ПС 4968 №-li avtomat silahdan da atr açılması mümkündür, lakin atıldığı silahın lülə kanalından güllə örtüyü parçasının üzərınc qalmış sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarından, həmin güllə örtüy parçasının hissəsini təşkil etmiş olduğu güllənin təqdim edilmiş 7.62 mm kalibrli, "AKM” markalı, ПС 4968 №-li avtomat silahdan, yaxud hansısa başqa konkret bir silahdan atılıbatılmadığını müəyyən etmək mümkün deyildir. İş materiallarında olan “Baxış keçirilməsi” haqqında 07 aprel 2023-cü il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 42 ünvanındakı “Mercedes-Benz” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 07 aprel 2023-cü ildə keçirilmiş baxış barədə protokolla baxış zamanı avtomobilin arxa hissəsində yük yerinin aşağı son kənarında 70 mm yuxarıda, sol son kənarından 530 mm sağda 01 ədəd 10x9 mm ölçüdə deş keçən zədə, həmin zədənin davamı olaraq yük yerinin iç səthində bir ədəd 9,5x10 m ölçüdə deşib keçən zədə, həmin zədənin davamı olaraq yük yerinin sol tərəfində aşağı son kənarından 530 mm yuxarıda sol son kənarından 215 mm sağda bır ədəd 25x11 olçüı deşib keçən zədə, həmin zədənin davamı olaraq sol arxa təkərin yuvasının üstündə 1 ədəd 26x11 mm ölçüdə deşib keçən zədə müəyyən edilmişdir. Həmin zədənin davamı olaraq avtomobilin sol hissəsinin arxa son kənarından 1070 mm öndə, sol hıssədəkı ar sol təkər yuvasının iç səthində bir ədəd 11x11 mm ölçüdə deşib keçən zədə, hər zədədən 30 mm arxada bir ədəd 9x9 mm ölçüdə kor zədə müəyyən edilmişdir Avtomobil üzərində olan zədələrdə metal izinin olub-olmadığını müəyyən etmək üçün diffuziya sıxılma metodundan istifadə edilmişdir. Bu məqsədlə zədələrin səthinə 10%-li ammonium hidroksid məhlulunda isladılmış fotokağızlar qoyularaq sıxıcıda 15 dəqiqə sıxılmış, sonra isə həmin fotokağızın səthi hidrogen-rubenat turşusunun spirtli məhlulu silinmişdir. Bu zaman zədələrin üzərinə qoyulmuş fotokağızın səthində mis metalına xas olan zəif halda yaşıl rəngli ləkələr alınmış, bu da tətqıq edilən zədələrin ətrafında mis metal izinin olduğunu göstərmişdir. İş materiallarında olan kompleks məhkəmə ballistik və məhkəmə trasoloji ekspertizasının 04 may 2023-cü il tarixli, 3/590 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, təqdim edilmiş “Mercedes-Benz” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsində yük yerinin aşağı son kənarından 70 mm yuxarıda, sol son kənarında 530 mm sağda 01 ədəd 10x9 mm ölçüdə deşib keçən zədə, həmin zədənin davamı olar yük yerinin iç səthində bir ədəd 9,5x10 mm ölçüdə deşib keçən zədə, həmin zədənin davamı olaraq yük yerinin sol tərəfində aşağı son kənarından 530 mm yuxarıda sol son kənarından 215 mm sağda bir ədəd 25x11 ölçüdə deşib keçən zədə, həmin zədənin davamı olaraq sol arxa təkərin yuvasının üstündə bir ədəd 26x11 mm ölçüdə deşib keçən zədə müəyyən edilmişdir. Həmin zədənin davamı olaraq avtomobilin sol hissəsinin arxa son kənarından 1070 mm öndə, sol hissədəki arxa sol təkər yuvasının iç səthində bır ədəd 11x11 mm ölçüdə deşib keçən zədə, həmin zədədən 30 mm arxada bır ədəd 9x9 mm ölçüdə kor zədə müəyyən edilmişdir. Avtomobilin üzərində olan zədələrdə metal izinin olub-olmadığını müəyyən etmək üçün diffuziya-sıxılma metodundan istifadə edilmişdir. Bu məqsədlə zədələrin səthinə 10%-li ammonium-hidroksid məhlulunda isladılmış fotokağızlar qoyularaq sıxıcıda 15 dəqiqə sıxılmışdır. Sonra isə həmin fotokağızın səthi hidrogen-rubenat turşusunun spirtli məhlulu ilə silinmişdir. Bu zaman zədələrin üzərinə qoyulmuş fotokağızın səthində mis metalına xas olan zəif halda yaşıl rəngli ləkələr alınmış, bu da tətqiq edilən zədələrin ətrafında mis metal izinin olduğunu göstərmişdir. Zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəciklərin aşkar edilməməsinə və mis metal izinin aşkar edilməsinə əsasən, zədələrin formasına, ölçüsünə, morfolojı quruluşuna görə həmin zədələr bir atəş nəticəsində 1 metrdən yuxarı məsafədən arxadan önə, sağdan sola doğru istiqamətdə yetirilməyə xarakterikdir. Zədələrə görə zədənin sivışmə (rekoşet) nəticəsində yaranmasını müəyyən etmək mümkün deyil. Atəş zamanı silahın lüləsi avtomobilin arxa hissəsinə doğru olmuşdur. Həmin zədələr ПC 4968 nömrəli silahdan açılan atəş nəticəsində, xx.xx.2022-ci il tarixli 3/1565; 1568; 1569; 1572 nömrəli rəydə göstərilən güllənin təsirindən yarana bilər. İş materiallarında olan “Baxış keçirilməsi” haqqında 10 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 məxsus mobil telefona 10 keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs4 istifadəsindəkı 01 ədəd "POCO M3 Pro” markalı mobil telefona “***-***-**-**”, "***-***-**-**” mobil telefon nömrələri ilə qeydiyyatdan keçirilmiş 02 ədəd “WhatsApp” mobil tətbiqinin olması, telefonun yaddaşında Təqsirləndirilən şəxs4 əlində “AKM” tipli avtomat silahı saxlayan vəziyyətdə avtomobilin salonunda sürücü oturacağında əyləşmiş formada olan fotoşəkillərinin olması müəyyən edilmişdir. Bundan başqa baxış zamanı həmçinin “Habil Mellım” kıını qeyd edilmiş Şahid16 istifadəsində olan ***-***-**-** “whatsapp tətbiqi mobil telefon nömrəsinin istifadəçisi ilə aparılmış yazışmalar zamanı Toyota Prıus markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin cərimələri barədə göndərilmiş mesajlar aşkar edilmişdir. Qeyd olunanlar “Toyota Prius” markalı **- EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin 12 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs4 istifadəsində olduğunu bir daha təsdiq edir. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizası təyin olunması haqqında 03 noyabr 2022-ci il tarixli, 2916 nömrəli Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs2 psixi xəstəliyin əlamətləri aşkar olunmur, hal-hazıradək olan dövr ərzində xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib, Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, cinayəti törətdiyi an öz hərəkətlərinin faktiki xarakterim və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 halhazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21cı və 22-cı maddələrinin təsiri altına düşmür. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizası təyin olunması haqqında 03 noyabr 2022-cı il tarixli, 2917 nömrəli Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs3 psixi xəstəliyin əlamətləri aşkar olunmur, hal-hazıradək olan dövr ərzində xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib, cinayəti törətdiyi an oz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlıliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir Təqsirləndirilən şəxs3 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterim və ictimai təhlükəlıliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizası təyin olunması haqqında 10 noyabr 2022-cı il tarixli, 2966 nömrəli Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs1 hal-hazırda az ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu (F07.0) formasında psixi patologiya aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri - anamnezində kəllə-beyin travmasının qeyd olunması, bundan sonra xasiyyətində əsəbilik, qıcıqlara qarşı həssaslıq kimi əlamətlərin meydana çıxması, dəfələrlə özünə yüngül xəsarətlər yetirməsi “SN Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də yuxarıda göstərilən diaqnozla müalicə olunması, 2019-cu ildə ambulator məhkəmə psixiatrik ekspertizasından keçərkən az ifadə olunmuş şəxsiyyət pozuntusu” diaqnozunun müəyyən edilməsi, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər - təfəkkürün tempinin ləngiməsi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhval-ruhiyyəsinin dəyişkən olması, xarici qıcıqlara qarşı həssaslığının artması və s. sübut edir. Bununla yanaşı qeyd olunmalıdır kı. Təqsirləndirilən şəxs1 aşkar edilən “az ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 aşkar edilən “az ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterim və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının CM-nin 21-ci və 22-cı maddələrinin təsiri altına düşmür. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizası təyin olunması haqqında 10 noyabr 2022-ci il tarixli, 2963 nömrəli Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs4 psixi xəstəliyin əlamətləri aşkar olunmur, cinayəti törətdiyi an öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyinı dərk etmək onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs4 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X27” X58 12 aprel 2023-cü il tarixli, 431 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X20 müayinə zamanı bədən səthində xx.xx.2022-ci tarixdə yetirilməyə uyğun gələn xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X27” X58 12 aprel 2023-cü il tarixli, 432 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 müayinə zamanı bədən səthində xx.xx.2022-ci tarixdə yetirilməyə uyğun gələn xəsarət və xəsarət izi aşkar edilməmişdir İş materiallarından müəyyən olunur ki, 01 ədəd nC 4968 №-li 7,62 mm kalibrlı avtomat silahın Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Daxili işlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin Dövlət Vergi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, Müdafiə Nazirliyinin, Baş Prokurorluğun balansında olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin 3-39-9/1-271/2023 nömrəli məktubundan görünür ki, 01 ədəd “AKM" markalı FİC 4968 №-li 7.62 mm kalibrlı avtomat silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya idarəsində məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar idarəsinin 3-39-9/1-338/2023 nömrəli məktubundan görünür ki, 01 ədəd “AKM” markalı nc 4968 №-li 7,62 mm kalibrlı avtomat silahdan eksperimental qaydada atılmış güllə və giliz nümunələrinin Kriminalistik Tədqiqatlar İdarəsinin “Arsenal avtomatlaşdırılmış ballistik eyniləşdirmə sisteminin güllə-giliz kartotekasında yoxlanılmış və müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş 06 yanvar 2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan, "xxxx" MMC-dən istintaqa xx.xx.2023-cü il tarixli 9-8 saylı məktubla diskdə daxıl olmuş Təqsirləndirilən şəxs4 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə aparılan danışıqlara xx.xx.2023-cü ildə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs4 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin anten məlumatlarına əsasən onun xx.xx.2022-ci il tarixdə saat 00:58 dəqiqədə Bakı şəhəri Sabunçu rayonu ərazisində, xx.xx.2022-ci il tarixdə saat 01:28 dəqiqədə isə artıq Bakı şəhəri Suraxanı rayonu ərazisində olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 01 fevral 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus mobil telefonlana keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 ıstifadəsindəki 01 ədəd “Samsung Galaxy A23" markalı mobil telefona ***-***-**-** nömrəli sim-kartın quraşdırıldığı. Təqsirləndirilən şəxs2 yaşadığı ünvandan aşkar edilərək götürülmüş “BakceH” mobil rabitə operatoruna məxsus simkartın nömrəsinin ***-***-**-** olması müəyyən edilmişdir. Mobil telefonun yaddaşında “Aqil Qaqam ***-***-**-**”, 'Azer Bulbule qedew ***-***-**-**7 "Elvır qehbe ***-***-**-**”, “Men cin ***-***-**-**”. "Men sim2 ***-***-**-**” Sabir ***-***-**-**” kimi qeyd edilmiş mobil telefon nömrələrinin istifadəçiləri qeyd edilmişdir. Baxış zamanı həmçinin Təqsirləndirilən şəxs2 istifadəsindəki 01 ədəd “Samsung Galaxy Note20 Ultra” markalı mobil telefonun yaddaşına “Azer Bulbule. qedew ***-***-**-**”, “Elvir qehbe ***-***-**-**", “Qaqalı 055-200- 77 21”, “Qara Kamran teze ***-***-**-**”, “Men cin ***-***-**-**". Men sım2 ***-***-**-**", “Namiq bulbule ***-***-**-**” kimi qeyd edilmiş mobil telefon nömrələrinin istifadəçiləri qeyd edilmişdir. Mobil telefonun yaddaşında Amin X3, X21 çəkdirdiyi fotoşəkillərin, eləcə də Təqsirləndirilən şəxs2 qara rəngli tüfəngdən atəş açmasına dair videoyazıların olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 01 fevral 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus mobil telefona xx.xx.2023-cü il tarixdə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 01 ədəd “İphone 13 Pro Max” markalı mobil telefona ***-***-**-** nömrəli sim-kartın quraşdırıldığı, mobil telefonun yaddaşında “Amin 2 ***-***-**-**”, “Aqilim ***-***-**-**”, “Aqilim 2 ***-***-**-**” “Namiq Bratuxa ***-***-**-**”, “Azər Bülbülə ***-***-**-**”, “Aqil Malıs 050-701-81 53”. “Qardaşım2 ***-***-**-**”, “Qardaşım ***-***-**-**”, “Qedesimm ***-***-**-**”, “Sabir ***-***- **-**” kimi qeyd edilmiş mobil telefon nömrələrinin istifadəçiləri qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(101)-97/2016 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib barəsində həmin məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 01 il 01 ay 13 gün təyin edilmiş cəza müddətinə daxıl olunmaqla çəkilməli cəzanın müddəti 01 il 10 ay 17 gün müəyyən edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə üzərində 01 il 06 ay sınaq müddəti müəyyən edilmiş və məhkəmə zalında həbsdən azad edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(010)-13/2018 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata zərərçəkmiş şəxslə barışdığı üçün xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(101)-97/2016 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5 və 170.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, barəsində həmin məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 7(003)- 736/2018 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(101)-97/2016 nömrəli hökmünə əsasən təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 il 8 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(101)-772/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlim törətməkdə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1(103)-94/2021 nömrəli qərarı ilə barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 08 2020-cı il tarixli 1(101)-772/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1(102)-997/2021 nömrəli qərarı ilə barəsində Bakı Apeilyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-cı ıl tarixli 1(103)-94/2021 nömrəli qərarı dəyişdirilmiş, onun əməli Azərbaycan Respublikası CM-nın 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilmiş, o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(010)-742/2021 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1(102)-997/2021 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş barəsində “8 Noyabr - Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrum etmə cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 09 ay 13 gün hissəsi 6 ay azaldılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 əvvəllər məhkum edilməmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 134-cü, 228.2.1-ci və 228.4-cü maddələri ilə müəyyən olunmuş cinayəti törətməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(010)-13/2018 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata zərərçəkmiş şəxslə barışdığı üçün xitam verilmişdir. İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs1 onun Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxslə barışmasına və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasına baxmayaraq əvvəllər Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinin qeyd hissəsinə müvafiq olaraq cinayət məsuliyyətindən azad edildiyindən hazırki iş üzrə Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata sözügedən əsasla xitam verilə bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 134-cü, 228.2.1-ci və 228.4-cü maddələri ilə təqsirli bilməməsi barədə Təqsirləndirilən şəxs1 ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 mənfi xarakterizə olunmayan şəxsiyyətini, hazırki psixoloji vəziyyətini, hazırda məhkumluğunun olmamasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını, һabelə təyin olunan cəzanın onun islaһ olunmasına və ailəsinin һəyat şəraitinə təsirini nəzərə alır. Belə ki, iş materiallarında olan Suraxanı Rayon İcra Hakimiyyəti Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində qəsəbə nümayəndəliyinə hər hansı şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını və az ifadə olunmuş üzvi şəxsiyyət pozuntusunda ifadə olunan psixoloji durumunu məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası CM-nin 134-cü maddəsində nəzərdə tutulmuş cinayəti odlu silahdan istifadə etməklə törədilməsini məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 134-cü maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni cərimə, islah iləri və azadlığın məhdudlaşdırılması növündə cəzaların da təyin edilməsi nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması növündə cəzaların da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 134-cü, 228.2.1-ci və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 134-cü, 228.2.1-ci və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları toplamaq yolu ilə qəti cəza təyin edilərək cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 28 oktyabr 2022-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 228.2.1, 302.1-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 29 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 228.2.1, 32.3, 302.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmiş və barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(009)-462/2022 nömrəli qərarı ilə 27 yanvar 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(009)-29/2023 nömrəli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 27 mart 2023-cu il tarixədək, xx.xx.2023-cü il tarixli 4(009)-189/2023 nömrəli qərarı ilə 27 may 2023-cu ıl tarixədək uzadılmış, 18 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 228.2.1 və 228.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-476/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasınadək təsdiq edilmiş, həmin məhkəmənin 1(010)-476/2023 saylı, 19 iyun 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək və məhkəmə icraatı zamanı şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 28 oktyabr 2022-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə müvafiq olaraq şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə işin icraatına xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3cü maddəsinə müvafiq olaraq xitam verilməlidir. Bundan başqa göstərilən sübutlarla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.2.1-ci və 228.4-cü maddələri ilə müəyyən olunmuş cinayəti törətməsində təqsiri tam sübuta yetirilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 mənfi xarakterizə olunmayan şəxsiyyətini, һabelə təyin olunan cəzanın onun islaһ olunmasına və ailəsinin һəyat şəraitinə təsirini nəzərə alır. Belə ki, iş materiallarında olan Suraxanı Rayon İcra Hakimiyyəti Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində qəsəbə nümayəndəliyinə hər hansı şikayət daxil olmamışdır. Törətdiyi cinayətləri etiraf edərək səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar hesab edir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2016-cı il tarixli 1(101)-97/2016 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci, 181.2.3-cü, 181.2.5-ci və 170.3-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-736/2018 saylı, 16 mart 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 08 günü hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs2 ona istinad edilən cinayət əməlini, əvvəllər ağır cinayət törətməyə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2016-cı il tarixli 1(101)-97/2016 nömrəli hökmü ilə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən 06 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 228.2.1-ci və 228.4-cü maddələrində müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları toplamaq yolu ilə qəti cəza müəyyən edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 28 oktyabr 2022-ci ıl tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 228.2.1, 302.1-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuş 29 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 228.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmiş və barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(009)-461/2022 nömrəli qərarı ilə 27 yanvar 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, barəsində həbs qətimkan tədbirinin müddəti Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(009)-28/2023 nömrəli qərarı ilə 27 mart 2023-cu il tarixədək, xx.xx.2023-cü il tarixli 4(009)-187/2023 nömrəli qərarı ilə 27 may 2023-cu il tarixədək uzadılmış, 18 may 2023-cü il tarixdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 228.2.1 və 228.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-476/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasınadək təsdiq edilmiş, həmin məhkəmənin 1(010)-476/2023 saylı, 19 iyun 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək və məhkəmə icraatı zamanı şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 28 oktyabr 2022-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CMnin 228.2.1-ci və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayəti törətməsində təqsiri tam sübuta yetirilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs3 mənfi xarakterizə olunmayan şəxsiyyətini, himayəsində 2 azyaşlı uşağının olmasını, һabelə təyin olunan cəzanın onun islaһ olunmasına və ailəsinin һəyat şəraitinə təsirini nəzərə alır. Belə ki, iş materiallarında olan Suraxanı Rayon İcra Hakimiyyəti Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində qəsəbə nümayəndəliyinə hər hansı şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE 18665630 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünü ki, Təqsirləndirilən şəxs3 ilə X31 birgı nikahlarından 27 yanvar 2012-cü il təvəllüdlü X47 anadan olmuşdur. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 ilə X31 birgı nikahlarından 03 noyabr 2014-cü il təvəllüdlü X37 anadan olmuşdur. Törətdiyi cinayətləri etiraf edərək səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, məhkəmə Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar hesab edir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 Bakı Ağır Cinayətlər 1(101)- 772/2020 saylı, 20 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 fevral 2021-ci il tarixli 1(103)-94/2021 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2020-cı il tarixli 1(101)-772/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəmənin Cinayət Kollegiyasının 1(102)-997/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinə tövsif edilərək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-742/2021 saylı, 28 dekabr 2021-cı il tarixli qərarı ilə barəsində “8 Noyabr - Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-cı il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 09 (doqquz) ay 13 (on üç) gün hissəsi 06 (altı) ay azaldılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs3 ona istinad edilən cinayət əməlini, əvvəllər az ağır cinayət törətməyə görə Azərbaycan Respublikası Ali Məhkəmənin Cinayət Kollegiyasının 1(102)-997/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qərarı ilə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən 02 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 228.2.1-ci və 234.1-ci maddələrində müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza müəyyən edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 28 oktyabr 2022-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 29 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmiş və barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(009)-460/2022 nömrəli qərarı ilə 27 yanvar 2023-cü ıl tarixədək həbs qətimkan tədbiri seçilmiş, barəsində həbs qətimkan tədbirinin müddəti Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(009)-27/2023 nömrəli qərarı ilə 27 mart 2023-cu ıl tarixədək, xx.xx.2023-cü il tarixli 4(009)-188/2023 nömrəli qərarı ilə 27 may 2023-cü il tarixədək uzadılmış, 18 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-476/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasınadək təsdiq edilmiş, həmin məhkəmənin 1(010)-476/2023 saylı, 19 iyun 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 məhkəməyədək və məhkəmə icraatı zamanı şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 28 oktyabr 2022-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CMnin 228.2.1-ci, 228.4-cü və 302.1-ci maddələri ilə müəyyən olunmuş cinayəti törətməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 228.2.1-ci, 228.4-cü və 302.1-ci maddələri ilə təqsirli bilməməsi barədə Təqsirləndirilən şəxs4 ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, һabelə təyin olunan cəzanın onun islaһ olunmasına və ailəsinin һəyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 302.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni cərimə və azadlığın məhdudlaşdırılması növündə cəzaların da təyin edilməsi nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası CM-nin 228.2.1-ci və 228.4-cü maddələrinin sanksiyasından görünür ki, həmin maddələr ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması növündə cəzaların da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 228.2.1-ci, 228.4-cü və 302.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 228.2.1-ci, 228.4-cü və 302.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilərək cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs4 02 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1 və 302.1-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 02 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-cı və 302.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan edilmiş və barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(009)-474/2022 nömrəli qərarı ilə 28 yanvar 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, barəsində həbs qətimkan tədbirinin müddəti Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(009)-26/2023 nömrəli qərarı ilə 28 mart 2023-cu ıl tarixədək, xx.xx.2023-cü il tarixli, 4(009)-190/2023 nömrəli qərarı ilə 28 may 2023-cu ıl tarixədək uzadılmış, 18 may 2023-cü il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 228.4 və 302.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-476/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasınadək təsdiq edilmiş, həmin məhkəmənin 1(010)-476/2023 saylı, 19 iyun 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 məhkəməyədək və məhkəmə icraatı zamanı şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 02 noyabr 2022-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs4 barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs5 hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə müvafiq olaraq şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə işin icraatına xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3cü maddəsinə müvafiq olaraq xitam verilməlidir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CMnin 228.4-cü və 302.1-ci maddələri ilə müəyyən olunmuş cinayəti törətməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 228.4-cü və 302.1-ci maddələri ilə təqsirli bilməməsi barədə Təqsirləndirilən şəxs5 ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs5 şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, һabelə təyin olunan cəzanın onun islaһ olunmasına və ailəsinin һəyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs5 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs5 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs5 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 228.4-cü və 302.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Bundan başqa Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs5 03 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 4(009)- 482/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində 28 yanvar 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, 28 yanvar 2023-cü il tarixdə ibtidai istintaq orqanı tərəfindən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs5 məhkəməyədək icraat zamanı 03 noyabr 2022-ci il tarixdən 28 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 25 (iyirmi beş) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs5 təyin edilən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından 05 (beş) ay 20 (iyirmi) gün çıxılmalı və Təqsirləndirilən şəxs5 çəkilməsi üçün qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilməlidir. Bundan başqa Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs5 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs5 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs5 barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs5 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məһkəmə һesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Maddi-texniki və sosial təminat idarəsində saxlanılan 01 ədəd üzərində “Columbia FuShaoXin Company” yazısı həkk edilmiş qara rəngli bıçaq, nC 4968 №-li avtomat silah, 1 (bir) ədəd silah sandıqçası, “Azız Dragon” modelli 18PA-0062 №-li tüfəng, “M-DN 21” markalı qəlpəli əl qumbarası, 7,62 mm kalibrli 3 (üç) ədəd patron, 12 mm kalibrli 12 (on iki) ədəd plastmas gövdəli patron, 01 (bir) ədəd tiyəsinin bir üzündə “BROWNİNG DA320” yazıları - zavod işarələri olan bıçaq, dib hissəsində “270-74” rəqəmləri həkk edilmiş 01 ədəd giliz və 01 (bir) ədəd beşbarmaq formalı metal predmet 04 fevral 2023-cü ıl tarixli qərarla maddi sübut kimi tanınmış, 01 (bir) ədəd beşbarmaq formalı metal predmet, kustar üsulla, beşbarmaq (kastet) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silah hesab edilən 1 (bir) ədəd beşbarmaq formalı predmet, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq baş idarəsinin Maddi sübutlar otağında saxlanılan ekspertiza tədqiqatı zamanı eksperimental atış üçün istifadə edilmiş 2 (iki) ədəd 12 mm kalibrli giliz, 1 (bir) ədəd güllə, 1 (bir) ədəd güllə özəkciyi və 1 (bır) ədəd güllə örtüyü parçası Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmiş, xalis çəkisi 0,020 (iki ədəd həb) qram olan ½ həb narkotik vasitə - metadon məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 01 ədəd “Samsung Galaxy A23” markalı mobil telefon və ona quraşdırılmış ***-***-**-** və 055- ***-**-** nömrəli simkartlar, eləcə də 01 ədəd “Samsung Galaxy Note20 Ultra” markalı mobil telefon Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 01 ədəd “iphone 13 Pro Max” markalı mobil telefon və ona quraşdırılmış ***-***-**-** nömrəli sim-kart Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 istifadəsində olmuş “POCO M3 Pro” markalı mobil telefon Təqsirləndirilən şəxs4 onlar cəzalarını çəkdikdən sonra qaytarılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə ballistik-daktiloskopik ekspertizasının keçirilməsinə xərclənmiş 316 (üç yüz on altı) manat və materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat pul vəsaiti Təqsirləndirilən şəxs3, məhkəmə-ballistik ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs5 və məhkəmə-ballistik ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 və X48, Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs4 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs5 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və ibtidai istintaq zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X25 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 34 (otuz dörd) iş saatı üçün 204 (iki yüz dörd) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdikləri pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 və 14 (on dörd) iş saatı üçün 84 (səksən dörd) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X48, Təqsirləndirilən şəxs3 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 34 (otuz dörd) iş saatı üçün 204 (iki yüz dörd) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs4 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 34 (otuz dörd) iş saatı üçün 204 (iki yüz dörd) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs5 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 34 (otuz dörd) iş saatı üçün 204 (iki yüz dörd) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs5 ibtidai istintaq zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə 17 (on yeddi) iş saatı üçün 102 (yuz iki) manat məbləğində vəsait Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X25 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəһbər tutaraq məһkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 134-cü, 228.2.1-ci və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları toplamaq yolu ilə ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni 28 oktyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə müvafiq olaraq xitam verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.2.1-ci və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə, 228.4-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları toplamaq yolu ilə ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni 28 oktyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 228.2.1-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə ona 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni 28 oktyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs3 barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs3 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 228.2.1-ci, 228.4-cü və 302.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası CMnin 302.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni 02 noyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs4 barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs4 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə müvafiq olaraq xitam verilsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 228.4-cü və 302.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması növündə və Azərbaycan Respublikası CM-nin 302.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs5 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplamaq yolu ilə ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs5 məhkəməyədək icraat zamanı 03 noyabr 2022-ci il tarixdən 28 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 25 (iyirmi beş) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs5 təyin edilən 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 05 (beş) ay 20 (iyirmi) gün çıxılsın və Təqsirləndirilən şəxs5 çəkilməsi üçün qəti olaraq 02 (iki) il 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs5 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs5 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs5 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs5 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Maddi-texniki və sosial təminat idarəsində saxlanılan 01 ədəd üzərində “Columbia FuShaoXin Company” yazısı həkk edilmiş qara rəngli bıçaq, nC 4968 №-li avtomat silah, 1 (bir) ədəd silah sandıqçası, “Azız Dragon” modelli 18PA-0062 №-li tüfəng, “M-DN 21” markalı qəlpəli əl qumbarası, 7,62 mm kalibrli 3 (üç) ədəd patron, 12 mm kalibrli 12 (on iki) ədəd plastmas gövdəli patron, 01 (bir) ədəd tiyəsinin bir üzündə “BROWNİNG DA320” yazıları - zavod işarələri olan bıçaq, dib hissəsində “270-74” rəqəmləri həkk edilmiş 01 ədəd giliz və 01 (bir) ədəd beşbarmaq formalı metal predmet 04 fevral 2023-cü ıl tarixli qərarla maddi sübut kimi tanınmış, 01 (bir) ədəd beşbarmaq formalı metal predmet, kustar üsulla, beşbarmaq (kastet) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silah hesab edilən 1 (bir) ədəd beşbarmaq formalı predmet, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq baş idarəsinin Maddi sübutlar otağında saxlanılan ekspertiza tədqiqatı zamanı eksperimental atış üçün istifadə edilmiş 2 (iki) ədəd 12 mm kalibrli giliz, 1 (bir) ədəd güllə, 1 (bir) ədəd güllə özəkciyi və 1 (bır) ədəd güllə örtüyü parçası dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təһvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmiş, xalis çəkisi 0,020 (iki ədəd həb) qram olan ½ həb narkotik vasitə - metadon məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 01 ədəd “Samsung Galaxy A23” markalı mobil telefon və ona quraşdırılmış ***-***-**-** və 055- ***-**-** nömrəli sim-kartlar, eləcə də 01 ədəd “Samsung Galaxy Note20 Ultra” markalı mobil telefon Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 01 ədəd “iphone 13 Pro Max” markalı mobil telefon və ona quraşdırılmış ***-***-**-** nömrəli sim-kart Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 istifadəsində olmuş “POCO M3 Pro” markalı mobil telefon Təqsirləndirilən şəxs4 onlar cəzalarını çəkdikdən sonra qaytarılsın. İş üzrə məhkəmə ballistik-daktiloskopik ekspertizasının keçirilməsinə xərclənmiş 316 (üç yüz on altı) manat və materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat pul vəsaiti Təqsirləndirilən şəxs3, məhkəmə-ballistik ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs5 dövlət nəfinə tutulsun və məhkəmə-ballistik ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 34 (otuz dörd) iş saatı üçün 204 (iki yüz dörd) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdikləri pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 və 14 (on dörd) iş saatı üçün 84 (səksən dörd) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X48, Təqsirləndirilən şəxs3 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 34 (otuz dörd) iş saatı üçün 204 (iki yüz dörd) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs4 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 34 (otuz dörd) iş saatı üçün 204 (iki yüz dörd) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs5 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 34 (otuz dörd) iş saatı üçün 204 (iki yüz dörd) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs5 ibtidai istintaq zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə 17 (on yeddi) iş saatı üçün 102 (yüz iki) manat məbləğində vəsait Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X25 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkumlar tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-476/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-476/2023
06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver