Məhkəmə qərarları › İş №1(010)-478/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-478/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-478/2022 15.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 iştirakları ilə xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan X7 barəsində «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinə uyğun tədbir görülməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə təqsirli bilinərək, barəsində müvafiq cəza növündə hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 şikayətini onunla əsaslandırılır ki, o, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Lakin, bir neçə aydır ki, qonşusu X7 və sonuncunun ailə üzvləri onların normal və sakit, hüzurlu yaşayışlarına imkan vermir. Belə ki, X6 onun evinin hamam otağının kiçik ölçülü nəfəsliyini bayır divar tərəfdən, ondan heç bir icazə almadan və heç bir xəbərdarlıq etmədən, dəmir təbəqə vurmağa başlamışdır. O, bunu normal şəkildə, etik qaydalara uyğun olaraq öz evindən sökmüşdür. Bir müddət keçdikdən sonra gecə saatlarında səsküyə oyanmış və Namiq İsmayılovun həmin nəfəsliyi daş ilə hördüyünün şahidi olmuşdur. O, sivil qaydada buna etiraz etdikdə, Namiq İsmayılov və ailə üzvləri ona qarşı nalayiq ifadələr işlətməyə, ona hədə qorxu gəlməyə başladılar. Bütün bu baş verənlər onun ailə üzvlərinin, xüsusilə azyaşlı övladının yanında cərəyan etmişdir. Namiq İsmayılov və ailəsi tərəfindən şəxsiyətinə qarşı alçaldıcı ifadələr işlədilmişdir. Həmçinin qarşı tərəf ona həmin daşı sökdüyü zaman, “sök qoy daş başıma düşsün” deyərək onu cinayətə təhrik etmişdir. Eyni zamanda yalandan ona böhtan ataraq guya sonuncunun arvadını yıxması və qolunu qırmasını iddia etmişdir. Özü Azərbaycan Ordusunun zabiti, müharibə veteranıdır. Eyni zamanda ikinci qarabağ müharibəsi iştirakçısı olmaqla, müharibədəki şücayətlərinə görə cənab prezident tərəfindən 11 medalla təltif olunmuş, həmçinin xidmətdə fərqləndiyinə görə ona vaxtından əvvəl palkovnik-leytenant hərbi rütbəsi verilmişdir. Cənab Ali Baş Komandan öz çıxışlarında dəfələrlə bildirmişdir ki, qazilərə, müharibə iştirakçılarına öz hüquqlarını həyata keçirməkdə heç bir maneə yaradıla bilməz. Lakin cavabdeh tərəfindən ona suni maneələr yaradılır. Namiq İsmayılov onun şəxsiyyətini təhqir etməklə yanaşı, şəhidlərin, qazilərin və hərbiçilərin çiynində fəxrlə daşıdığı hərbi rütbəyə qarşıda nalayiq ifadələr işlətdi. Bütün bu dedikləri şikayət ərizəsinə əlavə etdiyi CD diskdə öz təstiqini tapmışdır. Beləliklə, Namiq İsmayılov ona arvadının guya ki, qolunu qırması və xətər yetirməyini deyərək, xuliqanlıqla ittiham edərək böhtan atmış, “oğraş”, “kişi deyilsən”, “paqonlarını sökərəm", “nakişi” ifadələri işlədərək təhqir etmiş, mənəvi sarsıntı yaşatmış, onun şərəf və ləyaqətimi nalayiq formada alçaltmış, işgüzar nüfuzunu ləkələmişdir. Bundan əvvəl də Namiq İsmayılov və onun həyat yoldaşı ona qarşı oxşar hərəkət edərək, onu təhqir etdiyinə görə polis tərəfindən barəsində 50 manat məbləğində cərimə olunmasına dair inzibati protokol tərtib edilmişdir. Lakin bundan nəticə çıxarmayaraq eyni hərəkəti təkrar edərək, ona qarşı təhqir və böhtana yol vermişdir. Cinayət Məcəlləsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə hesab edilir. Qanunvericiliyin tələbinə görə, şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların yayılması ciddi hüquq pozuntusudur və müvafiq məsuliyətə səbəb olmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Həmçinin, cavabdeh ona qarşı aşağıda sadalayacağım hərəkətlərə görə qanun qarşısında cavab verməlidir: 1. Onu təhqir etdiyinə görə; 2. Ona qarşı böhtan atdığına görə; 3. Barəsində görülmüş tədbirdən nəticə çıxarmayaraq yenidən təhqir etdiyinə görə; 4.Öz qanuni mülkiyyətimə qanunsuz müdaxilə etdiyinə görə; 5. Müharibə iştirakçsının hüquqlarını kobud şəkildə pozduğuna görə. Bundan başqa, o, ictimaiyyət içində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla ona qarşı təhqir cinayətini törətmişdir. Qeyd olunanlara əsasən, 02 aprel 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 3 ünvanında qeydiyyat olan və yaşayan X3 Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb olunmasına dair hökm çıxarılması, onun böhtan və təhqir xarakterli ifadələrlə işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirən, mənəviyyatına vurduğu psixoloji ziyanla bağlı X7 tərəfindən 5000 (beş min) manat məbləğində təzminat alınaraq ona verilməsini xahiş etmişdir. Şikayət məhkəməyə verildikdən sonra məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittihamçı X9 şikayəti müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, hazırda onunla X6 arasında onun evinin hamam otağının kiçik ölçülü nəfəsliyini bayır divar tərəfdən bağlanmasına dair mübahisə vardır. Ərizəsində göstərilənləri nəzərə alaraq, işin məhkəmə baxışına çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. X7 məhkəmənin hazırlıq iclasında bildirmişdir ki, o, ünvan 1 ünvanında həyat yoldaşı və qızı ilə birlikdə yaşayır. X1 ilə aralarında olan münaqişə onun özünə məxsus olan evin həyətinə torpaq tökməsi ilə bağlı olaraq yaranmışdır. Belə ki, Elnur içkili vəziyyətdə onun həyətinə gələrək, torpaqdan mazut qoxusunun gəldiyini bildirmiş, bu qoxunun onun narahat etməsi bəhanəsi ilə dava-dalaş salmışdır. Bu zaman sonuncu onun İ qrup əlil olan arvadını itələmiş, nəticədə arvadının qolu qırılmışdır. Buna baxmayaraq o, bu barədə polisə şikayət etməmişdir. Bundan başqa, Elnur Kərimov ona məxsus evin hasarında əkdiyi gülləri yerindən qopartmışdır. Xüsusi ittihamçı barışıq üçün qaynanasını onların evinə göndərsə də, barışıq təklifi onlar tərəfindən qəbul edilməmişdir. O, Elnuru və onun ailəsini heç vaxt təhqir etməmiş, əksinə o və ailəsi sonuncu tərəfindən təhqir edilmişdir. Onunla ərizəçi arasında hazırda sonuncunun evinin hamam otağının kiçik ölçülü nəfəsliyini bayır divar tərəfdən bağlanmasına dair mübahisə vardır. Məhkəmə proses tərəflərini dinləyib, iş materiallarını nəzərdən keçirib, işin faktik hallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında məhkəmə baxışının keçirilməsindən imtina olunmalıdır. Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan cinayəti - obyektiv cəhətdən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymada ifadə olunur. Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir cinayəti - yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. X2 göstərmişdir ki, barəsində şikayət etdiyi şəxs ona barəsində böhtan atmış və onu təhqir edərək, şərəf və ləyaqətini alçaltmışdır. Belə olan halda, ərizəçinin istinad etdiyi böhtan və təhqir üzrə istinad etdiyi ifadələr kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayımlanmadığından, CM-nin 147-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törətdilməsi istisna olunur. Konkret hazırki halda ərizəçinin müdafiə hüququ cinayət-hüquqi müstəvidə deyil, mülki-hüquqi məsuliyyətin yaranması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən, məhkəməyə hesab edir ki, ərizəçiyə sübütları toplamaqla, şərəf və ləyaqətin müdafiəsi ilə və ya otağın nəfəsliyinin bağlanmasına dair mübahisə üzrə mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. CPM-nin 302.1.6-cı və 302.1.7-ci maddələrinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, həmçinin, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Odur ki, məhkəmə CPM-nin 302.1.6-cı və 302.1.7-ci maddələrinə istinadən şikayət ərizəsində göstərilən məlumatlara və şikayətə əlavə edilmiş sənədlərə əsasən hesab edir ki, xüsusi ittiham qaydasında şikayətlə müraciət edən X8 özünə münasibətdə X4 hazırda ittiham etdiyi məsələ xüsusi ittiham qaydasında məhkəmədə baxılmasına əsas vermir və hazırki şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə əsas verir. Göstərilənlərə əsasən X8 X5 qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 302, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Xüsusi ittihamçı X8 X5 qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar