Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-478/2023 18.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1982-ci ildə Cəbrayıl rayonu, Mahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Suraxanı Rayon Məhkəməsinin 4(010)-42/2023 nömrəli iş üzrə 01 fevral 2023-cü il tarixli qərarına əsasən barəsində əvvəli 30 yanvar 2023-cü il tarixindən hesablanmaqla 30 may 2023-cü il tarixinədək “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş (Suraxanı Rayon Məhkəməsinin 4(010)-223/2023 nömrəli iş üzrə 24 may 2023-cü il tarixli qərarına əsasən “ev dustaqlığı” növündə qətimkan tədbirinin müddəti 19 iyun 2023-cü il tarixədək uzadılmış) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin əvvəllərində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd qara rəngli dəmir qutunun içərisində 05 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,296 qram, 0,358 qram, 0,350 qrarı, 0,323 qram, 0,308 qram olmaqla, ümumi təmiz çəkisi 1,635 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 30 yanvar 2023-cü il tarixdə saat 16:30 radələrində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 3 ünvanda yerləşən binanın girişində saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin inzibati binasına gətirilərək orada xidmət otaqda üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd dəmir qutunun içərisində 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,296 qram, 0,358 qram, 0,350 qram, 0,323 qram və 0,308 qram olmaqla, ümumi təmiz çəkisi 1,635 qram, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ildə xatrılamadığı tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində xatırlamadığı və yadında qalmayan küçə ilə piyada gedən zaman yerdən qara rəngli dəmir qutu görüb həmin qutu ona maraqlı gəldiyindən qutunu yerdən götürüb içinə baxanda görmüşdür ki, qutunun içərisində 05 ədəd sellofan büküm var və həmin bükümləri açıb yoxladıqda onların iyisindən bilmişdir ki, bükümdəkilər heroindir. Həmin bükümlər olan qutunu bağlayıb cibinə qoymuşdur. Bir neçə dəfə bükümdəki heroinlərdən iynə vurmaqla istifadə etmişdir. Heroinlər olan bükümləri elə tapdığı dəmir qutunun içərisində saxlamış və qutuda heroin olmasından heç kimin xəbəri olmamışdır. 30 yanvar 2023-cü il tarixdə təxminən saat 16:30 radələrində yaşadığı evin yaxınlığında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək 32-ci polis bölməsinə getməyi təklif etdikdə razılaşmış və polis əməkdaşları ilə birlikdə 32-ci polis bölməsinə gəlmişdir. 32-ci polis bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları üzərinə baxış keçirilməsinin zəruri olmasını ona bildirmişlər. O, buna etiraz etməmiş, dövlət hesabına müdafiəçi dəvət edildikdən sonra ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində onun üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd dəmir qutunun içində 05 ədəd bükümü və 01 ədəd "Samsung A50” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin dəmir qutunun içərisindəki 05 ədəd bükü açılaraq içərisinə baxış keçirilmiş və ondan həmin bükümlərin içərisində nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etdiyi barədə soruşulduqda həmin beş ədəd bükümün içərisində narkotik vasitə heroin olmasını, həmin bükümlərin özünə məxsus olmasını və şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş, qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra həmin beş ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Sorğu zamanı yalandan demişdir ki, idarə etdiyi “Vaz-21154” minik markalı, **-MP-*** dövlət nömrə nişanlı avtomobildə də heroin var. Belə deməkdə düşünmüşdü ki, polis əməkdaşları avtomobilinə də narkotik maddə qoya bilərlər. Həmin günü onun yaşadığı ünvana polis əməkdaşları və müdafiəçisi ilə birlikdə polislərin avtomobili ilə getmişdir. Həmin vaxt təhqiqatçı ondan avtomobildə qanunsuz əsya və maddənin olub olmadığını soruşanda o, demişdir ki, avtomobildə də heroin var. Avtomobilin yük yerini özü açarla açmış və yük yerini axtaranda əlinə göy rəngli sellofan torba keçmiş və həmin torbanı polis əməkdaşlarına təqdim etmişdir. Torbanın içərisində heroin olmasını yalandan desə də həqiqətən də torbada heroin olduğunu görmüşdür. Həmin heroindən onun ümumiyyətlə xəbəri olmayıb və avtomobilində heroin olmasını özündən uydurmuşdur. Daha sonra həmin torba təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Videoçəkiliş başa çatdıqdan sonra, yaşadığı mənzildə onun razılığı alındıqdan sonra baxış aparılmışdır. Mənzildən isə heç nə tapılmamışdır. 32-ci polis bölməsinə qayıtdıqdan sonra o, polis əməkdaşlarına avtomobildən aşkar edilən heroinin ona məxsus olmadığını və avtomobilə tanımadığı şəxslər tərəfindən atıldığını deyəndə o, istər tutulan zaman, istərsə də üzərinə və avtomobilinə baxış aparılan zaman onun görmədiyi bir şəxs tərəfindən döyülməyə başlamış və həmin şəxs onu məcbur etmişdir ki, o, boynuna alsın ki, avtomobildən tapılan heroin də ona məxsusdur. Buna görə də o, əvvəllər bu barədə müdafiəçisinə məlumat verməmişdir. Amma əslində ancaq şəxsi axtarış zamanı onun təqdim etdiyi 5 ədəd bükümdəki heroinlər ona məxsusdur. CD diskdəki videogörüntüyə baxış zamanı da görmüşdür ki, avtomobilini idarə edən şəxs onun özü deyil və avtomobili həyətdə saxlayan naməlum şəxs avtomobildən düşüb getdikdən 2-3 dəqiqə sonra polis əməkdaşları onu yaşadığı bina evinin həyətinə gətirirlər. Avtomobilini idarə edən şəxsi tanımır, avtomobilindən düşüb gedən sürücü onun tanışı deyil. 32-ci polis bölməsində onun üzərinə şəxsi axtarış aparılan zaman avtomobilində də heroin olmasını qorxduğu üçün yalandan demiş, avtomobilin yük yerindən çıxarıb polis əməkdaşlarına təhvil verdiyi sellofan torbada olan heroinin kim tərəfındən avtomobilinə qoyulduğunu bilmir və düşünür ki, həmin heroini avtomobilindən düşüb gedən tanımadığı şəxs tərəfindən qoyulmuş və həmin heroindən məlumatsızdır. Lakin şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 5 ədəd sellofan bükümdə olan heroinlər ona məxsusdur və həmin heroinləri xatırlamadığı tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerdən tapmışdır. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili işləyir. 30 yanvar 2023-cü il tarixdə “Turqay” adlı şəxsin Bakı şəhəri, Suraxanı rayonunun inzibati ərazisində narkotik vasitələri əldə etməklə qanunsuz olaraq saxlayaraq daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmçinin məlumatda “Turqay” adlı şəxsin əlamətləri və onun gündüz saatlarında ünvan 5 ünvanında yaxınlığında olacağı əks olunmuşdur. Əməliyyat marağı kəsb etdiyindən məlumatın yoxlanılması və həmçinin “Turqay” adlı şəxsin cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbrilərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Buna görə də onun tərəfindən raportla Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin rəisinə məruzə edilmiş və 30 yanvar 2023-cü il tarixdə əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Buna görə də onun tərəfindən raportla Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin rəisinə məruzə edilmiş və 30 yanvar 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin rəisi tərəfindən təsdiq edilmişdir. Həmin qərara əsasən “Turqay” adlı şəxsin cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə ondan, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Bölmə rəisi tərəfindən əməliyyat mövqeyi müəyyən edilmiş və “Turqay” adlı şəxsin barəsində dəqiq əməliyyat məlumatı daxil olduğundan həmin şəxsin şəxsiyyəti haqqında tam məlumatlar qrup üzvlərinə təqdim edilmişdir. 30 yanvar 2023-cü il tarixdə saat 16:30 radələrində qrup üzvləri ilə birlikdə ünvan 6 ünvanında olan zaman bir nəfər kişi cinsindən olan və əlamətlərinin əməliyyat məlumatında göstərilən şəxsin, yəni “Turqay” adlı şəxsin əlamətləri ilə oxşar olduğunu və həmin şəxsin binanın girişinə daxil olduğnu görüb həmin şəxsə yaxınlaşıvb ona Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxlanılan şəxs özünü təqdim etdikdən sonra onun Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin şəxsə qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində və daşınmasında şübhəli olduğu diqqətinə çatdırıldıqdan sonra ona onlarla birlikdə Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə getməli olduğunu bildirmişlər. Bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs nədənsə binanın girişində olan pilləkənlərdən qaçmış və pilləkəndən üzü aşağı doğru yıxılmış, Təqsirləndirilən şəxs qolu bu zaman bədəninin altında qalmış və yerdə bir neçə dəfə fırlanaraq dayanmışdır. Təqsirləndirilən şəxs yaxınlaşıb onu saxlamışlar və ayağa qaldırıb nəyə görə qaçmaq istəməsinin səbəbini soruşduqda Təqsirləndirilən şəxs onlara üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yıxılan zaman xəsarət alıb almadığını və tibbi yardıma ehtiyacının olub-olmadığını soruşanda Təqsirləndirilən şəxs onlara tibbi yardıma ehtiyacının olmadığını və keçib gedəcəyini, bir balaca əzildiyini demişdir. Təqsirləndirilən şəxs avtomobillə Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin inzibati binasına gətirmişlər və bu barədə raportla 32-ci polis bölməsinin rəisinə məruzə edilmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində araşdırmanın aparılması 32-ci polis bölməsinin təhqiqatçısı Əsgər Bayraməliyevə həvalə edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə bölməyə müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində tutulma haqqında qərar və protokol təhqiqatçı tərəfindən tərtib edildikdən sonra CPM ilə nəzərdə tutulmuş hüquq və vəzifələri Təqsirləndirilən şəxs elan edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı izah edikdikdən sonra iştirakçılara, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edilmiş və videoçəkilişdən istifadə edilməklə əvvəlcə şəxsi axtarış aparılacağı iştirakçıların, o cümlədən Təqsirləndirilən şəxs diqqətinə çatdırılmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı müdafiəçisinin şəxsi axtarışda iştirak etməsindən imtina etmiş və bu barədə Təqsirləndirilən şəxs tərəfindən ərizə təqdim edilmişdir. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi və daşınması qadağan edilən maddə və əşyaların olub olmadığı, olduğu halda isə onları təqdim etməsi izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəçəsinin sağ yan cibindən 01 ədəd qara rəngli qutunu və “Samsung A50” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Dəmir qutu açıldıqda içərisində 05 ədəd şəffaf sellofan büküm olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs 05 ədəd şəffaf sellofan bükümdəkinin heroin olduğunu və heroini Əhmədli qəsəbəsində tanımadığı ünvanda tapdığını demişdir. 05 ədəd büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı əşya və maddə aşkar edilməmişdir. Şəxsi axtarışın nəticəsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Protokola dair əlavə və qeydlər, tərtib edilmə qaydasına və məzmununa dair heç bir şikayət daxil olmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ona məxsus olan “Vaz-21154” minik markalı, **-MP-*** dövlət nömrə nişanlı avtomobildə də heroin var. Bundan sonra ünvan 7 ünvanın həyətində Təqsirləndirilən şəxs avtomobilinə təhqiqatçı tərəfindən baxış aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs müdafiəçisi də baxışda iştirak etmişdir. Avtomobilə baxış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs və digər iştirakçılara hüquq və vəzifələri izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs avtomobildə gəzdirilməsi qanunla qadağan olan əşya və maddələri təqdim etməsi təklif olunmuşdur. Baxış zamanı isə Təqsirləndirilən şəxs avtomobilin yük yerindən 01 ədəd sellofan bağlamanı təqdim edib həmin bağlamada heroin olduğunu demişdir. Bağlama açıldıqda bağlamada kəskin iyi olan tozşəklində qəhvəyi rəngli maddənin olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bağlamanı da Əhmədli qəsəbəsində tapdığını bildirmişdir. Avtomobildən aşkar edilmiş sellofan bağlama təhqiqatçı tərəfindən qablaşdırılmış və möhürlənmişdir. Baxış barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Protokola dair əlavə və qeydlər, tərtib edilmə qaydasına və məzmununa dair heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanında baxış aparılmış və baxış zamanı qanunsuz əşya və maddə aşkar edilməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, 30 yanvar 2023-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin təhqiqatçısı X4 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs və digər iştirakçılara hüquq və vəzifələri izah edildi, daha sonra Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan əşya və maddələri təqdim etməsi təklif olunur, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd qara rəngli qutunu və “Samsung A50” markalı mobil telefon aparatını çıxarıb təqdim edir. Qara rəngli dəmir qutu açıldıqda içərisində 05 ədəd sellofan bükümün olduğu aşkar edildi və şəffaf sellofan bükümlər açıldıqda hər birinin içərisində qəhvəyi rəngli maddənin olduğu görünür. Təqsirləndirilən şəxs 05 ədəd sellofan bükümdə heroin olduğunu, həmin bükümləri Əhmədli qəsəbəsində tapdığını bildirir. Bükümlər təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırıldı və möhürləndi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2023cü il tarixli, 6/563 N°li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №196” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan iki ədəd paketdəki, qara rəngli dəmir qutuda 5(beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,296qr, 0,358qr, 0,350qr, 0,323qr, 0,308qr, ümumi təmiz çəkisi 1,635 qram üəhvəyi rəngli tozşəkilli maddələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bağlamada təmiz çəkisi 1033,0qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1034,635 qramdır (1 kq 34,635qr) və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkiləri: 1033 qram və ümumi 1,635qram, tədqiqata sərf edildi: 0,2 qram və ümumi 0,1 qram, qalıqlar-1032,8 qram və ümumi 1,535 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2436 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin 4(010)-42/2023 nömrəli iş üzrə 01 fevral 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 30 yanvar 2023-cü il tarixindən hesablanmaqla 30 may 2023-cü il tarixinədək “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin 4(010)-223/2023 nömrəli iş üzrə 24 may 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbirinin müddəti 19 iyun 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 02 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.1-1, 234.2 və 234.4.1-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət təqidinin başlanılması rədd edilmiş və ona 01 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham təsdiqini tapmadığından ittihamının həmin hissədə cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan 2 nömrəli X3 tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X1 müraciət etməyib. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” X11 tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. İş materiallarına olan AZ-İİ seriyalı 498587 nömrəli və AZ-İ seriyalı 938443 nömrəli «doğum haqqında» şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 birgə nikahlarından 18 iyun 2010-cu ildə X7 və 29 aprel 2007-ci ildə X8 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkün kimi 10 may 2006-cı ildə AA seriyalı 134825 nömrəli vəsiqə verilmişdir. İş materiallarından görünür ki, 29 aprel 2007-ci il təvəllüdlü X5 və 18 iyun 2010-cu il təvəllüdlü X7na sağlamlıq imkanları məhdud uşaqlar kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəçis Nazirliyi tərəfindən arayışlar verilmişdir. İş materiallarında olan Respublika Talassemiya Mərkəzi tərəfindən verilmiş epikrizdən görünür ki, 18 iyun 2010-cu il təvəllüdlü X7 “beta talassemiya kiçik forma” diaqnozu ilə mərkəzdə qeydiyyatdadır. İş materiallarında olan stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, 29 aprel 2007-ci il təvəllüdlü X8 “böyük B-talassemiya” diaqnozu ilə qeydiyyatdadır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, ilk dəfə olaraq cinayət törətdiyini, məcburi köçkün olmasını, özünün və ailəsinin talassemiya xəstəsi olmalarını, uşaqların sağlamlıq imkanları məhdud olmalarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü il tarixindən bu günədək “ev dustaqlığı” qətimkan tədbirində saxlanıldığı 07 (yeddi) ay 19 (on doqquz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq 01 (bir) il 06 (altı) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,535 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü il tarixindən bu günədək “ev dustaqlığı” qətimkan tədbirində saxlanıldığı 07 (yeddi) ay 19 (on doqquz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,535 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-478/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-478/2023
18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver