Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-48/2022 18.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Fərəməz oğlunun, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Balandin küçəsi 42-də pasport qeydiyyatında olan və Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 1, mənzil 12-də yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10.05.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13.02.2018-ci il tarixli qərarı ilə CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası qüvvəsində saxlanılmış, Bakı şəhəri Xətai rayon məhkəməsinin 16.10.2018-ci il tarixli qərarı ilə 08 ay 03 gün vaxtından əvvəl şərti azad olunmuş və 19.06.2019-cu il tarixdə isə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmış və bununla da əvvəllər məhkum olunduğu və məhkumluğu ödənilmədiyi halda, özgənin əmlakını gizli olaraq talama məqsədilə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 29.05.2019-cu il tarixdən 2020-ci ilin fevral ayınadək olan müddət ərzində, müxtəlif vaxtlarda, hissə-hissə 2018-ci ilin oktyabr ayından yaşadığı və daxil olmasına icazə verilmiş Zərərçəkmiş şəxs Fərəməz oğluna məxsus, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qonaq otağındakı servantın orta gözündəki dəm çaynikinin içində saxlanılan 1 ədəd 585 əyarlı, üzəri çıxıntılı və xırda qaşları olan, dördkünc formalı 200 manat dəyərində qızıldan kişi üzüyünü, 1 ədəd 585 əyarlı, yumru və üzəri ulduz formalı 200 manat dəyərində qızıldan kişi üzüyünü, 1 ədəd 585 əyarlı, düzbucaq formalı, üzərində xırda qaşları olan, 200 manat dəyərində qızıldan kişi üzüyünü, 585 əyarlı 2 komplekt, hər birinin qiyməti 300 manat olan, fantaziya tipli, hər bir komplektdə üzərilərində qaşlar olan qızıldan bir ədəd üzük və bir cüt sırğanı, bir ədəd 585 əyarlı, üzərində qaşlar olan paxlava formalı, qiyməti 200 manat olan qızıldan qadın üzüyünü, bir ədəd 585 əyarlı, üzərində qaşlar olan gül formalı, 150 manat dəyərində qızıldan qadın üzüyünü, bir ədəd 585 əyarlı, üzərində qaş və gül forması olan 400 manat dəyərində qızıldan qadın nişan üzüyünü, 583 əyarlı 300 manat dəyərində, komplekt hesab edilən bir ədəd üzərilərində göy rəngli qaş olan qızıldan bir üzük və bir cüt sırğanı, 1 ədəd 585 əyarlı, 200 manat dəyərində, üzərində qaşlar olan paxlava formalı qızıldan bir cüt sırğanı, 1 ədəd 585 əyarlı, sünbül formalı, 450 manat dəyərində qızıl qolbağı, 1 ədəd 583 əyarlı, traktor sepi formalı, 600 manat dəyərində qızıl qolbağı, 1 ədəd 585 əyarlı, 2000 manat dəyərində, sünbül formalı, qızıl boyunbağını, 1 ədəd 585 əyarlı, kəmər hissəsi sünbül formalı qızıldan olan 700 manat dəyərində qızıl qadın qol saatını, 1 ədəd 585 əyarlı, 100 manat dəyərində, üzərində böyük “İ” hərfi formasında qızıldan hazırlanmış kulon olan nazik qızıl boyunbağını, 1 ədəd 583 əyarlı, traktor sepi formalı, qırıq olan və dəyəri 400 manat olan qızıl boyunbağını əmlak sahibinin icazəsi olmadan götürməklə, Zərərçəkmiş şəxs ümumilikdə 6700 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vuraraq, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən oğurluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin oktyabr ayında ona təyin olunmuş jəzadan şərti olaraq vaxtından əvvəl azad olunduqdan sonra əvvəldən tanıdığı X6 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinünda yerləşən evinə gəlib bir günlük orada qalmış, bu zaman Zemfıraya və onun əri İlqara qalmağa yerinin olmadığını bildirdiyinə görə, ertəsi gün oradan getmək istədikdə, ev sahibləri onlarla birlikdə yaşamasını istəmişlər. Odur ki, o, həmin vaxtdan Zemfıragilin evində yaşamış, həmçinin, 2019-cu ilin mart ayında Zemfıranın ayağı amputasiya olunduğuna görə, sonunjuya baxıb qulluq etmişdir. Təxminən 2019-cu ilin əvvəllərində o, internet saytı vasitəsilə Şahid2 ilə tanış olmuşdur. O, Zemfıranın evində qaldığı müddətdə, ev sahiblərinin qızıllarının qonaq otağında servantdakı dəm çaydanının içində saxlanıldığını bildiyinə görə, 2019-cu ilin may ayının 29-dan başlayaraq 2020-ci ilin fevral ayınadək olan müddət ərzində müxtəlif tarixlərdə Zemfıra və İlqardan gizli olaraq 1 ədəd dördkünc formalı qızıl kişi üzüyünü, 1 ədəd yumru və üzəri ulduz formalı qızıl kişi üzüyünü, 1 ədəd düzbucaq formalı qızıl kişi üzüyünü, 2 ədəd komplekti, fantaziya tipli, hər bir komplektdə üzərilərində qaşlar olan qızıldan bir ədəd üzük və bir cüt sırğanı, 1 ədəd paxlava formalı qızıl qadın üzüyünü, 1 ədəd gül formalı qızıl qadın üzüyünü, 1 ədəd qızıl qadın nişan üzüyünü, komplekt hesab edilən 1 ədəd üzərilərində göy rəngli qaş olan qızıldan bir üzük və bir cüt sırğanı, 1 ədəd, üzərində qaşlar olan paxlava formalı qızıldan bir cüt sırğanı, 1 ədəd qızıl qolbağı, 1 ədəd traktor sepi formalı qızıl qolbağı, 1 ədəd sünbül formalı qızıl boyunbağını, 1 ədəd, kəmər hissəsi sünbül formalı qızıldan olan qızıl qadın qol saatını, 1 ədəd, üzərində böyük “İ” hərfi formasında qızıldan hazırlanmış kulon olan nazik qızıl boyunbağını, 1 ədəd traktor sepi formalı olan qızıl boyunbağını hissə-hissə götürərək, Neftçilər metrosunun yaxınlığında və digər yerlərdə lombardlara və müxtəlif tanımadığı şəxslərə satıb, əldə etdiyi pulları xərcləmiş, həmçinin, tanışı Həmidə müxtəlif geyim əşyaları və velosiped almışdır. Maddi vəziyyətinin qənaətbəxş olmadığına görə zərərçəkmiş şəxsə vurduğu zərəri ödəyə bilməmişdir, sonunjuya zərəri hissə-hissə ödəmək niyyətindədir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Fərəməz oğlu ifadəsində göstərmişdir ki, 2018-ci ilin oktyabr ayından həyat yoldaşı Zemfıra Aqilinin rəfiqəsi olan hazırki iş üzrə Təqsirləndirilən şəxs məhkum olunduğu cəzadan azad edilib onların evinə gəlmiş və yaşamağa yeri olmadığına görə özlərinin istəyi ilə onların evində özləri ilə birlikdə yaşamışdr. 2020-ci ilin mart ayında həyat yoldaşı Zemfiranın ayaqları amputasiya olunduğuna görə Sültanxanım Zemfıraya qulluq etmişdir. Zemfıra heç yerə gedə bilmədiyinə görə, qızılları taxa bilməmişdir. Bu qızıllar onun özünün vəsaiti hesabına əldə edilmişdir. Qeyd etdiyi qızılları, yəni 1 ədəd 200 manat dəyərində olan 585 əyarlı qızıl kişi üzüyünü, 1 ədəd 200 manat dəyərində olan 585 əyarlı qızıl kişi üzüyünü, 1 ədəd 200 manat dəyərində olan 585 əyarlı qızıl kişi üzüyünü, hər biri 300 manat dəyərində olan 2 ədəd 585 əyarlı fantaziya tipli qızıldan üzük və sırğa dəstlərini, 1 ədəd 200 manat dəyərində olan 585 əyarlı qızıl qadın üzüyünü, 1 ədəd 150 manat dəyərində olan 585 əyarlı qızıl qadın üzüyü, 1 ədəd 400 manat dəyərində olan 585 əyarlı qızıl qadın nişan üzüyünü, 1 ədəd 300 manat dəyərində olan 585 əyarlı qızıl üzüksırğa dəstini, 1 cüt 200 manat dəyərində olan 585 əyarlı qızıl sırğanı, 1 ədəd 450 manat dəyərində 585 əyarlı qızıl qolbağı, 1 ədəd 600 manat dəyərində olan 585 əyarlı qızıl qolbağı, 1 ədəd 2000 manat dəyərində olan 585 əyarlı, qızıl boyunbağını, 1 ədəd 700 manat dəyərində 585 əyarlı qızıl qadın qol saatını, 1 ədəd 100 manat dəyərində olan 585 əyarlı üzərində böyük “İ” hərfi formasında qızıldan hazırlanmış kulon olan 585 əyarlı qızıl boyunbağını, 1 ədəd 400 manat dəyərində olan qırılmış, 585 əyarlı qızıl boyunbağını daimi olaraq qonaq otağındakı servantın gözündə olan dəm çaydanın içində saxlamışlar. 2020-ci ilin mart ayını 3-dən aprel ayını 1-dək həyat yoldaşı Zemfira xəstəxanada olmuş, bu səbəbdən həmin müddətdə Sultanxanım evdə tək qalmışdr. 01 aprel 2021-ci il tarixdə Zemfiranı evlərinə gətirəndən sonra, çaydanın içində saxladığı həmin qızılların yerində olmadığını görmüş və birinci növbədə onların Sultanxanım tərəfindən götürməsindən şübhələnmişlər. Onlar Sultanxanıma mürajiət edərək, əgər qızılları o götürübsə, gətirib qızılları yerinə qoymasını təklif etdikdə, sonunju ağlayaraq, bunu etiraf etməmiş, buna baxmayaraq, onlar Sultanxanımın qızılları yerinə gətirib qoyması üçün bir neçə gün gözləmişlər. Laikn heç bir nəticə olmadığına görə o, 07.04.2020-ci il tarixdə evdən qızılzinət əşyalarının naməlum şəraitdə oğurlanması barədə polisə məlumat vermişdir. Həmin qızıl əşyalarını oğurlanması nəticəsində ona ümumilikdə 6700 manat maddi ziyan vurulmuşdur. Hazırki vaxtadək təqsirləndirilən şəxs jinayət əməli nətijəsində ona vurduğu zərəri ödəməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmənin baxış iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində götərmişdir ki, o, hazırki iş üzrə Təqsirləndirilən şəxs ilə təxminən 2018-ci ildə internet saytında tanış olmuş və aralarında sevgi münasibəti yaranmışdır. Bu münasibət təxminən 5-6 ay davam etdikdən sonra ayrılmışlar. Həmin dövrdə Sultanxanım 3 dəfə görüşdükləri kafedə özü hesabı ödəmiş, bir dəfə onun üçün 65 manat dəyərində, markasını xatırlamadığı saat almış, bir dəfə 50 manat dəyərində gümüş boyunbağı almış, oğlanlarından biri üçün 220 manat dəyərində, digəri üçün isə 70 manat dəyərində iki ədəd velosiped, onun özü üçün 150 manat dəyərində şalvar, köynək, ayaqqabı və bel kəməri almışdır. Lakin Sultanaxanımın bu pulları yaşadığı evdən ev sahibəsi olan Zemfiraya məxsus olan qızılları oğurlayıb sataraq əldə etdiyini bilməmişdir. Sultanxanımın aldığı velosipedləri və geyim əşyaları hazırki dövrə qədər köhnəldiyinə, istifadəyə yararsız hala düşdüyünə görə tullamış, boyunbağını isə satmışdır. Məhkəmənin baxış iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs 29.05.2019-cu il tarixdən 2020-ci ilin fevral ayınadək olan müddət ərzində onun işlədiyi Neftçilər metrosunun yaxınlığında, Qara Qarayev prospekti 74 ünvanında yerləşən lombarda 550 manata bir ədəd 585 əyarlı, 22.1 qr çəkidə olan qızıl saat, 500 manata çəkisi 17.7 qram olan, 585 əyarlı altı ədəd üzüklər 2000 manata çəkisi 62 qram olan, 585 əyarlı bir ədəd boyubağı, 300 manata, ümumi çəkisi 12.5 qram olan, 585 əyarlı bir ədəd üzüyü və bir cüt sırğa, 500 manata, ümumi çəkisi 17 qram olan 585 əyarlı bir ədəd qolbağ, bir cüt sırğa, və bir ədəd üzük, 400 manata ümumi çəkisi 15.34 qram olan 583 əyarlı iki cüt sırğa, sonuncu dəfə təxminən 2020-ci ilin fevral ayının ortalarında 873 manata çəkisi 20.8 qram olan 583 əyarlı bir ədəd boyunbağı satmışdır. Təqsirləndirilən şəxs həmin qızılları satarkən, hər dəfə şəxsiyyət vəsiqəsinin surətini təqdim edərək, orada öz xətti ilə satdığı qızıl əşyaların çəkisi, əyarı və şhansı qiymətə satması, satılan əşyaların oğurluq və tapıntı olmaması barədə qeydlər etmişdir. Lakin sonradan alınmış həmin qızıl zinət əşyalarını bəziləri nisbətən baha qiymətə müxtəlif şəxslərə satıldığına, bəziləri başqa formalı əşyalar düzəldilməsi üçün əridildiyinə görə, onları təqdim etmək mümkün deyildir. İş materiallarından müəyyən olunur ki, 08 aprel 2021-ci il tarixdə X3 iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından müəyyən olunur ki, 10 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarından müəyyən olunur ki, 10 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Suraxanı rayon prolcruorluğu qarşısında vəsatət qaldırılmış, lakin Suraxanı rayon prokuroru tərəfindən həmin vəsatətin təmin edilməsindən imtina olunması barədə qərar qəbul edilmiş, buna görə də, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarında müəyyən olunur ki, 01 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərini pozaraq istintaqdan gizlədiyinə görə onun barəsində axtarış elan edilməsi və cinayət işinin icraatının dayandırılması barədə qərarlar qəbul edilmişdir. İş materiallarında müəyyən olunur ki, 25 avqust 2021 -ci il tarixdə təqsirləndirilən şəxs Əliyeva X2 RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təhvil verilmiş, həmin tarixdə cinayət işi üzrə istintaqın davam etdirilməsi Suraxanı RPİ-nin müstəntiqi Aqil Qasımova həvalə olunduğundan, cinayət işinin icraatı təzələnərək icraata qəbul edilib istintaqı davam etdirilmiş, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Suraxanı rayon Məhkəməsinin 10.05.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13.02.2018-ci il tarixli qərarı ilə CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı şəhəri Xətai rayon məhkəməsinin 16.10.2018-ci il tarixli qərarı ilə 08 ay 03 gün vaxtından əvvəl şərti azad olunmuş və 19.06.2019-cu il tarixdə isə cəza müddəti başa çatdığından, şöbənin qeydiyyatından çıxarılmışdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun məsuliyyətini yüngülləşdirən halları–törətdiyi əməli etiraf etməsini, bu əməldən səmimi peşman olmasını, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini cəzanın ağırlaşdıran hal olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən jəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş üzrə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı mülki iddia verilməmiş, əmlak müsadirəsi və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 381,384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Xətai rayon Məhkəməsinin 16.10.2018-ci il tarixli qərarı ilə müəyyən edilmiş 08 ay 03 gün müddətinə jəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunaraq, CM-nin 67.1-ji maddəsinə əsasən hazırki hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına əvvəlki hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzanın çəkilməmiş 08 ay 03 gün hissəsi qismən birləşdirilməklə, ona 02 il 07 ay müddətinə azadlıqdan məhrumetməcəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08.04.2021-ci il tarixdən 10.04.2021-ci il tarixədək tutulduğu müddət bir günə bir gün hesablanmaqla, jəmi 02 gün onun cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu vaxtdan, yəni 18 yanvar 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydada iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-48/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-48/2022
18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver