Məhkəmə qərarları › İş №1(010)-48/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-48/2024

26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-48/2024 26.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs hüquqi varisi X8, təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 24 – 26 dekabr 2022-ci il tarixlər üzrə tutulmuş, 26 dekabr 2022-ci ildə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, başqa cinayət işi ilə əlaqədar Sabunçu Rayon Məhkəməsinin 4(008)-349/2023 nömrəli iş üzrə 02 may 2023-cü il tarixli qərarına əsasən barəsində əvvli 30 aprel 2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılmaqla 04 sentyabr 2024-cü ildə vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs 24 dekabr 2022-ci il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1,269 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış və Daxili İşlər Nazirliyinin X20 Alayının 7-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən xidməti ərazidə baş vermiş oğurluq cinayətlərində şübhəli bilindiyi üçün 24 dekabr 2022-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən “Şir” heykəlinin yanınlığında saxlanılıb Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə aparılaraq üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zaman əynində olan yaşıl rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,269 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublika Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. 19 sentyabr 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən X15 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs onun atasıdır. Təqsirləndirilən şəxs vəfat etmişdir. Odur ki, onu Təqsirləndirilən şəxs hüquqi varisi kimi tanıyıb onun iştirakı ilə cinayət işinin yekunlaşmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli qərarına əsasən X15 Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmışdır. Məhkəmənin əvvəlki iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Emil və Artyom Bakıxanov qəsəbəsində bir məhlədə yaşayırlar. Sellofan torba, bizon qabları yığıb təhvil verərək pul əldə edirlər. Gecələr yığırdılar. Hadisə günü gecə saat 02:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi tərəfdə “Doblo” markalı polis maşını onları saxlamışdır. Üstlərini yoxlamışlar. Onun cibində 100 manata qədər pul, Artyomun cibində isə 200 manat pul var idi, Emilin pulu yox idi. Başqa ciblərində qeyri-qanuni heç nə olmamışdır. Sonra başqa “Dobla” maşın gəlmişdir. Birinci maşında 4 nəfər, ikinci maşında isə 3-4 nəfər polis əməkdaşları gəlmişlər. İkinci maşın gələndən sonra ortaya büküm çıxmış, Artyoma təzyiq etmişlər ki, boynuna alsın ki, büküm ona məxsusdur. Üçünü də götürüb Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin yanına gətirmişlər. Onlar istəmişlər ki, ciblərində olan pulu polis əməkdaşlarına versinlər ki, onlarla işləri olmasın. Lakin polis əməkdaşları razılaşmamışlar. Sonra onları 32-ci polis bölməsinin binasına gətirmişlər. Təhvil verib getmişlər. Səhər 32-ci polis bölməsinin əməkdaşları gəlmiş, onları bir-bir çıxardıb, həyətdə bisetkada təzyiq etmişlər. Heç biri boynuna almamışdır. Onları otağa salmışlar, demişlər ki, iş açılmalıdır, bükümü 3 yerə bölərək bildirmişlər ki, ciblərinə qoyaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə rəsmiləşdirlər. Emil və Artyom razılaşmış, o, isə razılaşmamışdır. Bildirmişdir ki, üstündə heç nə olmamışdır. Onu çölə çıxartmışlar, lakin Emili və Artyomu saxlamışlar içəridə. Emilə və Artyoma sənədlərə qol çəkdirmişlər. O da, razılaşmışdır. Onları ayrı-ayrı otaqlara aparmışlar. Şahid tapmışlar, onları səhəri gün rəsmiləşdirmişlər. Guya onları səhər tutmuşlar, çəkliş etmişlər, sonra vəkil Müdafiəçi gəlmişdir. Vəkil Müdafiəçi onlardan düzünü soruşmuşdur, lakin vəkilə inanmamışlar və vəkilə heç nə deməmişlər. İş müstəntiqə veriləndən sonra vəkil onlara köməklik etmişdir. Onlar 32-ci polis bölməsinə “Dobla” markalı avtomobillə getirmişlər, o, tək getmişdir, Emil digər maşında oturmuşdur. Göstərilən halları nəzərə alaraq barəsində bəraət hökmünün qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs hüquqi varisi X15 təqsirləndirilən şəxs, yəni atası Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin X20 Alayının Patrul bölüyü, polis nəfəri Şahid2 ifadəsində ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmiş, dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və sonuncunun müdafiəçisinin suallarına cavab olaraq qeyd etmişdir ki, xidmətdə Amidlə birlikdə olmuş, təqsirləndirilən şəxs özünü şübhəli aparmış, təqsirləndirilən şəxs tək olmuş, səhər saat 11:00 radələri olmuş, bölmə ilə yaxınlıq 10 dəqiqə olmuş, təqsirləndirilən şəxsin üzərinə növbətçi hissədə baxış keçirilmiş, videoçəkilişdə iştirak etmiş, təqsirləndirilən şəxsin üzərinə kimin baxış keçirdiyi yadında deyil, hadisə çoxdan olmuş, videoçəkilişin harada olduğu yadında deyil, istintaqda verdiyi ifadəsində yanlışlıq ola bilməz, onlar iki nəfər olmuş Amid və o, təqsirləndirilən şəxsin videoçəkiliş zamanı üzərinə baxış keçirilmiş, üzərindən narkotik vasitə aşkar edilmiş, maddənin adını bilməmiş, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik maddənin bükümünün sayı yadında deyil, təqsirləndirilən şəxsə heç bir təzyiq olmamış, üzərinə narkotik maddə qoyma halı olmamış, təqsirləndirilən şəxsin kimdən narkotik maddə aldığı barədə dedikləri yadında deyil, 5 aydır ki, gecə növbəsində işləyir, Çingizi saxlayanada gündüz növbəsində olmuş, Çingizi saxlayanda piyada postda olmuş, postda Amidlə birlikdə olmuş, təqsirləndirilən şəxsi saat 11:00 radələrində saxlamış və saat 11:10 radələrində 32-ci polis bölməsinə gətirmişlər, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə nə qədər gözlədiyi yadında deyil, 32-ci polis bölməsində təqsirləndirilən şəxsə vəkil dəvət edilməsi yadında deyil, təqsirləndirilən şəxsi bölməyə gətirdikdən sonra baxış keçirilmiş, əvvəllər gündüz növbəsində olmuş, ***-***-**-** onun mobil nömrəsidir, hadisə vaxtı həmin nömrə üzərində olaraq işlətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq Şahid2 Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində günorta saat 12-13:00 radələrində gördüyünü, Şahid2 çəklişdə iştirak etməsi üçün yuxudan oyadıb gətirdiklərini, Şahid2 onu saxlayan əməkdaş olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin X20 Alayının Patrul bölüyünün polis nəfəri X17 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmiş, dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və sonuncunun müdafiəçisinin suallarına cavab olaraq qeyd etmişdir ki, postda Rauf və o olmuş, əraziləri “Şir” heykəlinin yanı olmuş, piyada gəzərkən təqsirləndirilən şəxsin həyətlərə boylandığını görmüşlər, yaxınlaşaraq özlərini təqdim etmişlər, özlərini təqdim edərək təqsirləndirilən şəxsi 32-ci polis bölməsinə aparmışlar, təqsirləndirilən şəxsin üzərinə baxış bölmənin növbətçi hissədə olmuş, təqsirləndirilən şəxsin üzərinə baxış təhqiqatçının otağında olmuş, videoçəklişdə vəkil olmuş, təqsirləndirilən şəxsi növbətçi hissəyə təhvil vermişlər, təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu demiş, üzərindən çıxan büküm sayı yadında deyil, istintaqda verdiyi ifadəsi düzgündür, təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq olmamış, üzərinə narkotik vasitə qoyulmamış, hazırda gündüz növbəsində işləyir, Rauf isə gecə növbəsinə keçmiş, postda həmin gün iki nəfərə olmuş, gündüz növbəsində idi, təqsirləndirilən şəxsi saxladığı yerlə Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinin arasında 100 metr məsafə olar, təqsirləndirilən şəxsi saat 11.00-da saxlayıb 5 dəqiqəyə 32-ci polis bölməsinə təmin etmişlər, növbətçi hissəyə təhvil vermişlər, sonra bir nəfər polis əməkdaşı gəlib növbətçi hissədə təqsirləndirilən şəxsin üzərinə baxış keçirmiş, sonra təhqiqatçının otağında təqsirləndirilən şəxsin üzərində vidoçəkilişlə baxış keçirilmiş, üzərinə baxışı dəqiq deyə bilmir, təhqiqatçının otağında çəklişdə o, Rauf və təhqiqatçı olmuş, təqsirləndirilən şəxsin vəkili olduğu yadında deyil, çəkliş yadında deyil, 3 il olar xidmət aparır, ***-***-**-** onun mobil nömrəsidir, hadisə vaxtı bu nömrə üzərində olaraq işləmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin Şəbəkə Texnologiyası Departamenti Radio və X14 Planlama və Opimizasiyası bölümünün aparıcı mühəndisi vəzifəsində işləyir. Belə ki, ərazinin yerləşməsi antenin yerləşməsindən asıldır. Əhməd Mehbalıyev 85 ünvanı ilə Şadlinski küçəsi arasındakı məsəfə 400 metrdir. Şadlinski küçəsinin hazırki adı İ.Musayev küçəsidir. Müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dəvət edilmiş Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Şahid3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Lakin Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 1(010)-47/2024 nömrəli iş üzrə 01 may 2024-cü il tarixli hökmünə əsasən X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadə verərək qeyd etmişdir: “X7 əvvəllər tanımamışdır və onunla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. İnzibati ərazidə xidmətdə olarkən tarix və saatın dəqiq yadında olmadığını, «Elit» restoranının yaxınlığından keçən zaman «prius» markalı taksinin Şirin kuruqundan bir az aşağıda sağda dayandığını görüb, həmin maşına yaxınlaşıblar, həmin maşına yaxınlaşan zaman taksi sürücüsü ilə bir yerdə onlar, yəni Çingiz, Emil və Artyom 4 nəfər olublar. Birinin vəziyyəti yaxşı deyildi qabaqda oturmuşdu, biri arxada biri isə yerdə idi. Çingiz, Emil və Artyomdan soruşanda nə edirsiz burda bildirdilər ki, taksi gözləyirdilər, taksi çağırıblar gedirlər. Həmin vaxtı yerə baxanda yerdə büküm tapıb Çingiz, Emil və Artyomu şübhəli şəxs qismində Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-də aparmışlar. Bölməyə aparan zaman həmin bükümün Çingiz, Emil və Artyoma aid olmadığını desələrdə, həmin şəxsləri maşına mindirən zaman rüşvət təklif elədilər və biri bildirdi ki, mən malyar işləyirəm səhər işə getməliyəm. Tabesizlik göstərdilər götürüb bölməyə aparıblar. Bölmədə çəkliş zamanı bildirdi ki, həmin büküm ona məxsusdur”. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Çingiz, o və Emil bir məhlədə böyümüşlər. Hadisə günü görüşmüşlər. Ümumiyyətlə onlar iki gündən bir görüşərək banka, seloffan yığıb, təhvil verirlər. Hadisə günü axşam saat 01:00 radələrində görüşmüşlər. Gəzə-gəzə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Şir heykəlinin yanına çatmışlar. Əllərində kisələr olmuşdur. Saat 02:30-da qərara gəldilər ki, taksi çağıraraq getsinlər. Taksi gəlmiş və oturmaq istəyəndə polis maşını onlara yaxınlaşmışdır. Polis maşını taksinin qarşısını kəsərək onları düşürüb polis əməkdaşları üstlərini yoxlamışlar. Polis əməkdaşlarından biri demişdir ki, tapdı, əlində nə isə gətirmişdir. Lakin üstlərini yoxlayanda heç nə tapmamışlar. Onlar mübahisə etmişlər. Polis əməkdaşları zəng etmişlər, bir dənə də polis maşını gələrək onları maşına mindirib 32-ci polis bölməsinə aparmışlar. Məhkəmə iclasında verilən suallara cavab olaraq şahid X12 qeyd etmişdir ki, Çingizi taksidə aparmışlar, taksi sürücüsünü də aparmışlar 32-ci polis bölməsinə, onları döymüşlər, sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə rəsmişləşdirmişlər, onları gecə saat 03:00-də saxlamışlar, onlar bir yerdə olmuşlar, polis əməkdaşları 3 nəfər olmuş, Çingizi taksi ilə bir nəfər aparmış, qalan iki nəfər onları PPX maşını ilə aparmış, səhərə qədər növbətçi hissədə qalmış, onları döymüşlər, bisetkada döymüşlər, onlar razılaşmış, polisləri çağırmışlar, ayrıca çəkliş etmişlər, videoçəkilişdə iki nəfər polis əməkdaşı olmuş, Babək və digər əməliyyatçılar onları döymüş, onu 3-4 nəfər döymüş, taksi sürücüsünü tanımır, tutulanda üzərində telefon olmuş, öz işində anten dairəsi çıxarılmış, sonuncu yer tutulduqları yeri göstərmış, sonra sönmüşdür. Cinayət işinin materiallarında olan 24 dekabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, sözügedən protokol 24 dekabr 2022-ci il tarixli tarixdə, saat 13:00-da tərtib olunmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 24 dekabr 2022-ci il tarixdə saat 13:00-dan tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon prokurorunun 26 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və Ağayev X11 RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin materiallarında olan 26 dekabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 4(008)-349/2023 nömrəli iş üzrə 02 may 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 30 aprel 2023-cü il tarixdən hesablanmaqla 04 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 4(008)-648/2023 nömrəli iş üzrə 17 avqust 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 gün müddətinə uzadılmışdır. Cinayət işinin materiallarında olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər Suraxanı RPİ-nin İstintaq Şöbəsinin xidməti iş otaqlarının birində qeydə alınmışdır. Görüntülərə əsasən Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilməsi, bundan sonra Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd “Nokia” markalı mobil telefonu, sol iç cibindən pul kisəsini, sağ yan cibindən isə bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etməsi, bükümə baxış keçirildikdə açıldıqda içərisində tünd rəngli maddənin aşkar edilməsi, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin “kakos” kimi tanınan narkotik vasitə heroin olduğunu, onu 24 dekabr 2022-ci il tarixdə saat 10 radələrində Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxlamaqla daşıdığını, narkotik vasitələrdən 5-6 ildir ki, istifadə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirməsi, pul kisəsinə baxış keçirildikdə içərisində nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, Təqsirləndirilən şəxs məxsus bank, metro və bonus kartlarının aşkar edilməsi, bundan sonraşəxsi axtarışın davam etdirilməsi, lakin hər hansı bir əşya aşkar edilməməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bir ədəd bükümün bir ədəd zərfə, mobil telefon və digər əşyaların isə başqa bir zərfə qoyularaq qablaşdırılması, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalanaraq, möhürlənməsi müəyyən olundu. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/7153 saylı 24 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №196” dairəvi möhür əksi və “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut; şübhəli şəxs: Təqsirləndirilən şəxs -imza, iştirak etdi-iki imza; Təhqiqatçı: Məmməd Əliyev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi-1,269 qram olan qəhvəyi rəngli toz şəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixdli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat müəyyən edilmişdir. Cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın verdiyi 163 saylı 13 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 03 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.3-cü maddələri ilə cinayət təqibi üzrə icraata xitam verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə Bakı şəhəri 2 nömrəli X2 stasionar müalicə üçün müraciət etməyib. Müdafiə tərəfin vəsatəti əsasında Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli qərarı ilə iş üzrə materiallarının məhkəmə ekspertizası təyin olunmuş, ekspertlər komissiyası qarşısında “1. Cinayət işin materiallarının 50-ci səhifəsi kserosurətdir yoxsa əslidir?. 2. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilsin” kimi suallar qoyulmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2024-cü il tarixli 3-16-16/2-5/847/2024 nömrəli “sənədlərin texniki ekspertizası”nın rəyindən görünür ki, təqdim olunmuş “Həmin qərara mənə “26” dekabr 2022-ci il tarixdə”sözləri ilə başlayan və “Suraxanı RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Aqil Qasımov” sözləri ilə qurtaran sənədin reproqrafik nüsxəsi (c.1, i.v.50) elektrofotoqrafik üsulla çoxaldıcı aparat vasitəsilə hazırlanmışdırlar. Cinayət işinin materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 sentyabr 2024-cü il tarixli AZ-İİ seriyalı 444556 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2024cü ildə ölmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə araşdırma apararaq hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, həmçinin cinayət işinin istintaq mərhələsində tərtib edilmiş bəzi prosessual sənədlərin məzmununun təhrif edilməsi, ibtidai istintaq materiallarında olan bəzi sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dəvət edilmiş Rüstəmli X5 Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 1(010)-47/2024 nömrəli iş üzrə 01 may 2024-cü il tarixli hökmündə X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə sübut kimi qəbul edilmiş ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi ilə məhkəmə istintaqı dövründə vermiş olduğu ifadə arasında ziddiyətlər mövcuddur. Belə ki, şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X20 Alayın 7-ci patrul bölüyünün polis nəfəri Şahid3 ibtidai istintaqda ifadəsində 24 dekabr 2022-ci ildə gündüz saat 13:20 radələrində birlikdə xidmət apararkən polis əməkdaşı Qəribli Rüfət ilə X7 özünü şübhəli apardığı üçün yaxınlaşdıqlarını, onu tək tutduğunu xidməti otaqda ona tərcüməçi və müdafiəçi təyin edildiyini bildirsədə, təqsirləndirilən şəxsi «Elit» kafesinin yanında saxladıqlarını, təqsirləndirilən şəxs yolun qırağında dayanaraq özünü şübhəli apardığını, təqsirləndirilən şəxsin tək olduğunu bildirsədə, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, X12 gündüz 24 dekabr 2022-ci ildə saat 13:20 radələrində deyil, gecə 24 dekabr 2022-ci ildə saat 02:30 radələrində 3 nəfər şəxslə tutulmuş, məhkəmə iclasında CD diskə baxış zamanı təqsirləndirilən şəxsin yanında müdafiəçi və tərcüməçi olmadığı müəyyən edilmişdir. Eyni zamanda Şahid3 xidməti maşınlarında 3 nəfər polis əməkdaşı olduğunu bildirmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş CD disk formatında olan məlumatından görünür ki, Şahid3 ümumiyyətlə 24 dekabr 2022-ci ildə ifadəsində qeyd etdiyi kimi Bakı şəhəri, Suraxanı rayon, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsində yerləşən «Elit» kafesinin yaxınlığında deyil başqa ərazilərdə olmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X20 Alayı tərəfindən məhkəməyə təqdim edilmiş Alayın 7-ci Patrul bölüyünün polis nəfəri Qəribli Rüfətin dekabr ayı üçün iş qrafiki barədə “Naryadların xidməti kitabı”ndan da görünür ki, 23 dekabr 2022-ci ildə polis əməkdaşları Qəribli Rüfət və Şahid3 ilə birlikdə saat gecə 21:00-dan səhər saat 09:00dək xidmət aparmış, 24 dekabr 2022-ci ildə polis əməkdaşı Qəribli Rüfət saat gecə 21:00-dan səhər saat 09:00-dək xidmət aparmış, yəni 23 dekabr 2022-ci il tarixində saat 21:00-dan 24 dekabr 2022-ci il tarixində saat 09:00-a kimi işdə olmuş, 24 dekabr 2022-ci il tarixində 09:00-da növbəni təhvil vermişlər. Göründüyü kimi şahid ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı fərqli ifadələr vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 61.3-cü maddəsinə əsasən “Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.” “Polis Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən “Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətlərini həyata keçirən polis əməkdaşı tutulmadan dərhal sonra şəxsə tutulmanın səbəbini, şübhənin mahiyyətini bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını ona aydın olan dildə izah etməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 19.1-ci maddəsinə əsasən “Cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 19.4.1-ci maddəsinə əsasən “Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüquqlarını təmin etməlidir.” Bundan başqa məhkəmə iclasında təqsirləndirilən şəxs və müdafiə tərəfin vəsatəti əsasında dindirilmiş şahid X12 hadisə günü, yəni 24 dekabr 2022-ci ildə gecə vaxtı bir yerdə olduqlarını, 24 dekabr 2022-ci ildə təxminən saat 03:00 radələrində polis əməkdaşları tərəfindən saxlanıldıqlarını və Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə gətirdiklərini bildirmişlər. Şahidlərin iştirakları ilə videoçəkilişdə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsi vəkil dəvət olunmamışdan öncə keçirilmiş və videogörüntü vəkilə tutma protokolundan sonra çəkilmiş kimi təqdim edilmişdir. Təqsirləndirilən şəxsin saat 13:00-dan saat 13:15-dək şübhəli şəxs qismində tutulması qeyd olunsa da, “şəxsi axtarış və götürmə aparılması” hazırda protokoldan görünür ki, saat təxminən 12:20-dən saat 12:35-dək qeyd edilmişdir. Bu kobud prosessual pozuntu, müdafiə hüququnun pozulması olmaqla, işin ən önəmli sübutu olan şəxsi axtarış baxış protokolunun mötəbərliyini şübhə altına alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.1-ci, 125.1-ci və 125.2.7-ci maddələrinə əsasən cinayət prosesində şahidlərin ifadələri sübut kimi qəbul olunur, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol iş üzrə ittihamın sübut edilməsində mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa müdafiə tərəfin vəsatəti əsasında Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli qərarı ilə iş üzrə materiallarının məhkəmə ekspertizası təyin olunmuş, ekspertlər komissiyası qarşısında “1. Cinayət işin materiallarının 50-ci səhifəsi kserosurətdir yoxsa əslidir?. 2. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilsin” kimi suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2024-cü il tarixli 3-16-16/2-5/847/2024 nömrəli “sənədlərin texniki ekspertizası”nın rəyindən görünür ki, təqdim olunmuş “Həmin qərara mənə “26” dekabr 2022-ci il tarixdə” sözləri ilə başlayan və “Suraxanı RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Aqil Qasımov” sözləri ilə qurtaran sənədin reproqrafik nüsxəsi (c.1, i.v.50) elektrofotoqrafik üsulla çoxaldıcı aparat vasitəsilə hazırlanmışdırlar. Burdan belə nəticəyə gəlmək olar ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən 50-ci səhfədə qeydlər aparılsa da, həmin aparılmış qeydlər kserosurət edilməklə, həmin hissədən ləğv edilmiş və öz əksini tapmamışdır. Ekspert rəyi bunun həqiqət olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı bir sıra prosessual sənədlər qanunvericiliyin tələblərinin pozulması şəraitində məzmunları təhrif edilməklə tərtib edildiyindən, həmçinin iş üzrə aradan qaldırılması mümkün olmayan yuxarıda qeyd edilən ziddiyyətli halların qanunvericiliyin tələblərinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olması səbəbindən məhkəmə hesab edir ki, aşağıda qeyd edilən sənədlər iş üzrə ittihamın sübut edilməsində sübut kimi qiymətləndirilə və mötəbər hesab edilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokolda və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafi neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audioyazılarda, fonoqrammalarda, video və kinoçəkiliş lentlərində, planlarında, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olumalıdır. Həmin Məcəllənin 51.5-ci maddəsinə məhkəmə icraatı halları istisna edilməklə, prosessual hərəkətin aparılması haqqında protokol onu tərtib etmiş şəxs tərəfindən imzalanır. Bundan sonra protokol prosessual hərəkətin aparılmasında iştirak etmiş bütün şəxslərə oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur. Əgər bu şəxslərdən hər hansı biri fiziki”pozuntular”və sair səbəblər üzündən protokolu şəxsən imzalamaq imkanından məhrumdursa, onun əvəzinə protokolu müdafiəçisi, qanuni nümayəndəsi və ya nümayəndəsi imzalayır. Prosessual hərəkətin aparılmasında iştirak etmiş şəxs protokolu imzalamaqdan imtina edirsə, bu barədə protokolda müvafiq qeyd aparılır. Qanunun mənasına görə, istintaq hərəkətinin aparılması haqqında protokol tərtib edilərkən həmin istintaq hərəkətinin növü protokolun adında, aparılması qaydası və ardıcıllığı, istintaq hərəkətinin aparılmasında iştirak edən şəxslər haqqında məlumat isə protokolun təsviri hissəsində əks olunmalıdır. Təsviri hissəsində istintaq hərəkəti zamanı müəyyən edilmiş hallar tam və obyektiv qeyd edilməklə iştirakçıların protokola dair iradə ifadələrini sərbəst ifadə etmələrinə şərait yaradılmalıdır. Məhkəmə hesab edir ki, şahidlərin təqsirləndirilən şəxsin üstündə narkotik vasitənin aşkarlanması barədə ifadələri mənbə kimi 24 dekabr 2022-ci il tarixli baxış keçirilməsi barədə protokola və qanunsuz yolla əldə edilmiş maddi sübuta əsaslandığı, həmin baxış, onun keçirilməsini əks etdirildiyi göstərilən protokol və onun əsasında aşkar edilmiş maddi sübut mötəbər sübutlar kimi qəbul olunmadığı üçün, həmin şahid ifadələri də həqiqilik, mötəbərlik baxımından əsaslı şübhə doğurmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyini sübut edən mötəbər sübutlar kimi qəbul oluna bilməz və qəbul olunmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrə münasibət bildirərək qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Eyni zamanda, məhkəmə istintaqında təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmasını nəzərdə tutmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan əlavə, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan - təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz. İttiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respubllkası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, şəxsin təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxsin təqsirliliyi barədə bütün faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də həmin əsaslı şübhələri Təqsirləndirilən şəxs xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunur. Məhkəmə hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməsini, yəni qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq mirdarda narkotik vasitə əldə edib, özündə saxlamasını təsdiq edən mötəbər, əsaslı şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tədqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs ,yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Beləliklə də məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərində təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də məhkəmə baxışı nəticəsində iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan 1,269 qram kustar üsulla hazırlanmış heroinin Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilməmiş, eləcə də ittiham olunduğu cinayətin törədilməsində onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs bəraət verildiyi üçün iş üzrə narkotik və psixotrop vasitələrin kimyəvi ekspertizasının və sənədlərin texniki ekspertizasının keçirilməsinə xərclənmiş 172 (yüz yetmiş iki) manat məbləğində pul vəsaiti dövlətə aid edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Suraxanı Rayon Polis İdarəsində saxlanılan cinayət işi üzrə maddi sübut 1,269 qram narkotik vasitə heroinin ekspertiza təqdiqatından sonrakı 1,219 qram qalığı materiala əlavə edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqi varisi X15 bəraət almış Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın həmin ittihamlar üzrə sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Bundan əlavə fəaliyyətlərində kobud qanun pozuntularına yol vermiş Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin təhqiqatçısı X16 və Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X10 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq təqsirləndirilən Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1.4, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilən ittihamlarda təqsirliyi sübuta yetirlimədiyi üçün Təqsirləndirilən şəxs bəraət verilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə olan 1,269 qram heroin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalan 1,219 qram hissəsi həmin araşdırma ilə əlaqədar Bakı şəhər Suraxanı Rayon Polis İdarəsində saxlanılsın. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs hüquqi varisi X13 izah edilsin. İş üzrə məhkəmə fiziki-kimyəvi və sənədlərin texniki ekspertizalarının keçirilməsinə xərclənmiş 172 (yüz yetmiş iki) manat məbləğində pul vəsaiti dövlətə aid edilsin. İş üzrə mülki iddia yoxdur. Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin təhqiqatçısı X16 və Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X10 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar qəbul edilsin. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 70 (yetmiş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 420 (dörd yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar