Məhkəmə qərarları › İş №1(010)-480/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-480/2023

18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-480/2023 18.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1966-ci ildə Biləsuvar rayonu, Nəsimi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, nömrəsiz evdə yaşayan, 10 – 12 mart 2023-cü il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək niyyəti ilə 2022-ci ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs özünü yalandan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin vəzifəli şəxsi kimi təqdim etməklə aldadıb ümumilikdə 2000 (iki min) manat müqabilində sonuncunun Qəbələ rayonu, Xırxatala kəndində yerləşən 49 sot torpaq sahəsini onun adına rəsmiləşdirəcəyini vəd edib etibarından sui-istifadə etməklə vahid niyyətlə əhatə olunmuş qəsdlə 02 mart 2022-ci il tarixdə Qəbələ rayon Mərkəzi Poçtundan adına göndərdiyi 400 manatı ünvan 1 ünvanındakı poçtdan, 05 mart 2022-ci il tarixdə 300 manatı əlbəəl Qəbələ rayonunda, 14 mart 2022-ci il tarixdə Qəbələ rayon Mərkəzi Poçtundan adına göndərdiyi 300 manatı ünvan 1 ünvanındakı poçtdan, 04 aprel 2022-ci il tarixdə Qəbələ rayon Mərkəzi Poçtundan adına göndərdiyi 400 manatı ünvan 1 ünvanındakı poçtdan, sonuncu dəfə isə 19 aprel 2022-ci il tarixdə zərərçəkmiş şəxsin oğlu Şahid vasitəsi ilə Qəbələ rayon Mərkəzi Poçtundan adına göndərdiyi ümumilikdə 300 manat pulu ünvan 1 ünvanındakı poçtdan ələ keçirməklə ona ümumilikdə 1.700 (bir min yeddi yüz) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanışı, “Neftçilər” ərazisində yerləşən “Loğman” adlı klinikada işləyən Zeydulla adlı həkimin vasitəsilə təxminən 2022-ci ilin fevral ayının sonlarında tanımışdır. Zərərçəkmiş şəxs ilə yaxşı münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs özü onunla mobil telefonla əlaqə saxlamış, nömrəni Zərərçəkmiş şəxs Zeydulla həkim vermişdir. Bunu ona Zeydulla özü demişdir. Zeydulla Zərərçəkmiş şəxs Qəbələ rayonunda olan torpaq sahəsinin sənədləşdirilməsi üçün kömək etməyini istəmişdir. Belə ki, əvvəllər Mənzil Kommunal İstismar Sahəsinin müdiri və sair vəzifələrdə işləməyinə, eləcə də çoxlu tanışları olduğuna görə Zərərçəkmiş şəxs kömək edə biləcəyini düşünmüşdür. Elə həmin ərəfələrdə Zərərçəkmiş şəxs onunla mobil telefonla əlaqə saxlamış, onunla Bakı şəhəri, Nərimanov rayonunda yerləşən metronun yaxınlığında parkda bir kafedə görüşmüşlər. Görüş zamanı Zərərçəkmiş şəxs yalandan Əmlak Komitəsində işlədiyini bildirmiş, özünü həmin komitənin vəzifəli şəxsi kimi təqdim etmişdir. Özünü komitənin vəzifəli şəxsi kimi təqdim etməkdə niyyəti Zərərçəkmiş şəxs özünə inandırıb onun pulunu ələ keçirmək olmuşdur. Ancaq konkret olaraq vəzifəsini deməmiş, Zərərçəkmiş şəxs da bu barədə heç nə soruşmamışdır. Zərərçəkmiş şəxs yaşadığı Qəbələ rayonu, Xırxatala kəndində 49 sot torpaq sahəsinin adına sənədləşdirilməsi üçün köməklik istədikdə bu işləri bacardığını demiş, Zərərçəkmiş şəxs torpaqla bağlı işinin məhkəmələrdə olduğunu bildirmişdir. Bu işin görülməsi üçün 3000 manat lazım olduğunu dedikdə Zərərçəkmiş şəxs o qədər pulunun olmadığını deyərək 2000 pulunun olduğunu və onu da hissə-hissə verə biləcəyini demiş, onunla razılaşmışdır. Zərərçəkmiş şəxs 2 ay ərzində işləri görəcəyini deyərək ayrılmışlar. 02 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ilə əlaqə saxlayaraq ondan pulu istədikdə Zərərçəkmiş şəxs 400 manat pul göndərə biləcəyini söyləmiş, pulu poçtla adına göndərməsini istəmişdir. Zərərçəkmiş şəxs 400 manat pulu ona həmin tarixdə göndərmiş, adına göndərilmiş 400 manat pulu Suraxanı rayonu, 4 yol deyilən yerdə “Bazarstore” marketin yanındakı poçt ünvanından götürmüşdür. Zərərçəkmiş şəxs ilə əlaqə saxlayaraq pulu götürdüyünü bildirmişdir. Bundan təxminən 3 gün sonra 05 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs onu Qəbələ rayonuna evlərinə qonaq çağırmışdır. Həmin tarixdə Zərərçəkmiş şəxs yaşadığı Qəbələ rayonu, Xırxatala kəndinə evlərinə gəlmiş, Zərərçəkmiş şəxs işlərin düzəldiyini yalandan bildirmişdir. Əslində isə Zərərçəkmiş şəxs torpaq sənədlərinin düzəldilməsi üçün heç bir hərəkət etməmişdir. Zərərçəkmiş şəxs ona qonaqlıq vermiş, sonra Zərərçəkmiş şəxs yenə də torpaq sənədlərinin hazırlanması üçün pul istəmiş, Qəbələ rayonunda Zərərçəkmiş şəxs ona daha 300 manat pul vermişdir. Bu pul da Zərərçəkmiş şəxs alacağı 2000 manata daxil pul idi. Həmçinin, Zərərçəkmiş şəxs pay olaraq 2 ədəd hindquşunu da almış, hindquşunu yalandan rəisinə pay verəcəyini söyləmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs adına sənədləşdirmək istədiyi torpaq sahəsinə baxmışdır. Zərərçəkmiş şəxs artıq ona tam inanmışdır. Zərərçəkmiş şəxs ona etibar etməsi üçün torpaq sahəsinə baxış keçirmişdir. Zərərçəkmiş şəxs həmin gün ayrılmış, onunla mütəmadi olaraq əlaqə saxlayaraq işlərin qaydasında olduğunu söyləmişdir. Daha sonrakı vaxtlarda Zərərçəkmiş şəxs ilə əlaqə saxlayaraq ondan yenə də pulların geri qalan hissələrini istəmiş, Zərərçəkmiş şəxs da 14 mart 2022-ci il tarixdə 300 manat, 04 aprel 2022-ci il tarixdə 400 manat pulu ona Qəbələ rayonundan poçtla adına göndərmiş, həmin pulları Suraxanı rayonu, 4 yol deyilən yerdə “Bazarstore” marketin yanındakı poçt ünvanından götürmüşdür. Bu barədə Zərərçəkmiş şəxs məlumat vermişdir. Sonuncu dəfə 19 aprel 2022-ci il tarixdə isə Zərərçəkmiş şəxs ilə əlaqə saxlayıb torpaq sənədlərinin düzəldilməsi adı ilə ondan təkrar adına poçtla pul göndərməyini istəmiş, 19 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs adına 300 manat pul göndərmişdir. Həmin gün Zərərçəkmiş şəxs göndərdiyi 300 manatı Suraxanı rayonu, 4 yol deyilən yerdə “Bazarstore” marketin yanındakı poçt ünvanından götürərək bu barədə Zərərçəkmiş şəxs məlumat vermişdir. Sonuncu dəfə 19 aprel 2022-ci il tarixdə isə Zərərçəkmiş şəxs ilə əlaqə saxlayıb torpaq sənədlərinin düzəldilməsi adı ilə ondan təkrar adına poçtla pul göndərməyini istəmişdir. Zərərçəkmiş şəxs da 19 aprel 2022-ci il tarixdə adına 300 manat pul göndərmişdir. Həmin gün Zərərçəkmiş şəxs göndərdiyi sonuncu 300 manatı ünvan 5 ünvanında yerləşən poçtdan götürmüşdür. Bu barədə Zərərçəkmiş şəxs məlumat vermişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs torpaq sahəsinin adına sənədləşdirilməsi üçün heç bir iş görmədiyinə görə pulunu geri istəmiş, o, da pulları öz ehtiyacları üçün xərclədiyinə görə geri qaytara bilməmiş və Zərərçəkmiş şəxs daha ona pul göndərməmişdir. Yəni, Zərərçəkmiş şəxs ona cəmi 1.700 manat pul vermişdir. Zərərçəkmiş şəxs söz verdiyi vədə də əməl etməmişdir. Sonradan Zərərçəkmiş şəxs ondan polisə şikayət etdiyini bildirmişdir. Belə ki, 10 mart 2023-cü il tarixdə saat təxminən 18:00 radələrində Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları onu Bakı şəhərində saxlamışlar və Qəbələ Rayon Polis Şöbəsinə aparmışlar. Bundan sonra onun barəsində istintaqı aparılan cinayət işi aidiyyəti üzrə Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Bundan başqa qeyd edir ki, o, hal-hazırda Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tam şəkildə ödənilməsini təklif etsə də, zərərçəkmiş şəxs pulu qəbul etməkdən imtina etmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 1996-cı ildə torpaq islahatı aparılan zaman 4 nəfər ailə üzvlərinə 71 sotdan ibarət torpaq sahəsi verilmişdir. 2021-ci ilin oktyabr ayında onun və ailə üzvlərinin əlavə olaraq 49 sot torpaq sahəsinin də olduğu məlum olmuş, lakin həmin torpaq sahəsi təqdim edilməmiş və yerini bilməmişdir. Bu barədə reyestrə müraciət etdikdə gözləməli olduğunu demişlər. Bir qədər gözləmiş, ancaq nəticə olmadığına görə məcbur qalıb bu işin həlli üçün tanış axtarmağa başlamışdır ki, köməklik edilsin. Təxminən 2021-ci ilin dekabr ayında Bakı şəhərində yaşayan həkim tanışı Səlimov Zeydulla adlı şəxsə zəng edərək ona problemini danışmışdır. Zeydulladan reyestr xidmətində tanışı olub-olmadığını soruşmuş, Zeydulla həkim tanışı olmadığını deyərək tanış tapa biləcəyini demişdir. Təxminən 2 ay sonra Zeydulla ona zəng edərək Mükafat adlı bir tanışının olduğunu demiş, həmin şəxslə danışmışdır. Özünü Mükafat kimi təqdim edən şəxsdən Qəbələ rayonuna gəlməsini istəmişdir ki, onunla görüşsün. Təxminən 2021-ci ilin yanvar-fevral ayları Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq Bakı şəhərində görüşməyə razılaşmışlar. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Nərimanov rayonunda metronun yanında bir çay evində görüşmüş, həmin şəxslə söhbət zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsində işlədiyini, torpaq, əmlak sənədləşməsi ilə bağlı bütün işləri bacardığını, ona köməklik edə biləcəyini demişdir. Ancaq Təqsirləndirilən şəxs işi ilə bağlı hər hansı bir sənəd tələb etməmiş, Təqsirləndirilən şəxs da sənəd təqdim etməmişdir. Problemini Təqsirləndirilən şəxs danışmış, Təqsirləndirilən şəxs isə həmin torpaq sahəsinin yerini ona göstərəcəyini, həmçinin, torpaq sahəsini sənədləşdirəcəyinə söz vermiş, işin görülməsi üçün əvvəl 3000 manat pul istəmiş, o qədər pulu olmadığını demiş, Təqsirləndirilən şəxs 2000 manata edə biləcəyini deyəndə razılaşmışdır. Təxminən 2 ay ərzində bütün işlərin tamamlanacağını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs pul verməmiş, ancaq torpaqla bağlı bəzi sənədlərin surətlərini ona göstərmişdir. Təqsirləndirilən şəxs Qəbələ rayonuna gələrək torpaq sahəsinə baxacağını demiş, Təqsirləndirilən şəxs ayrılıb Qəbələ rayonuna gəlmişdir. 02 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq puldan göndərməyini istəmişdir. Təqsirləndirilən şəxs ilə razılıqlarına əsasən pulu ona hissə-hissə ödəyəcəyini bildirmiş, həmin gün Qəbələ rayon Mərkəzi Poçtundan Təqsirləndirilən şəxs adına 400 manat pul göndərmiş, bu barədə qəbz almışdır. Təqsirləndirilən şəxs həmin gün onunla əlaqə saxlayaraq pulu götürdüyünü, pulun onun müdiri Rüstəm Şahbazov və Lalə adlı şəxsə çatacağını demişdir. 05 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq Qəbələ rayonuna torpaq baxış keçirməyə gəldiyini demiş, buna sevinmişdir ki, artıq işlər düzəlir. Həmin gün Təqsirləndirilən şəxs təkcə evlərinə gəlmiş, evdə onu qonaq etmişdir. Təqsirləndirilən şəxs istəməsi ilə ona Qəbələ rayonunda 300 manat pul vermiş, həmçinin, Təqsirləndirilən şəxs ondan 2 ədəd hindquşunu da pay kimi istəyərək almışdır. Hindquşlarının qiyməti təxminən 100 manat olardı. Hindquşlarını işini düzəltmək üçün deyil, pay kimi aparmışdır. Təqsirləndirilən şəxs həmin gün həyətində torpağına sənədləri əsasında baxış keçirmiş, ancaq Təqsirləndirilən şəxs baxış keçirən zaman heç bir aparatı olmamışdır. Təqsirləndirilən şəxs baxış keçirib həyətinin və bəzi ətraf ərazilərin ona məxsus olduğunu demiş, çıxıb getmişdir. 14 mart 2022-ci il tarixdə 300 manat, 04 aprel 2022-ci il tarixdə 400 manat, sonuncu dəfə isə 19 aprel 2022-ci il tarixdə 300 manat pulu Qəbələ rayon Mərkəzi Poçtundan Təqsirləndirilən şəxs adına oğlu Şahid göndərmişdir. Həmin pulları Təqsirləndirilən şəxs istəməsi ilə ona torpaq sənədlərinin hazırlanması və torpağının ona tanıdılması üçün göndərmişdir. Təqsirləndirilən şəxs da hər dəfə pulu göndərdikdə pulu poçtdan götürdüyünü demişdir. Ancaq hansı poçtdan götürdüyünü deməmiş, bu barədə soruşmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs ümumilikdə 1.700 manat pul vermişdir. Lakin, Təqsirləndirilən şəxs dediyi vaxt yəni, 2 aydan çox keçsə də vədinə əməl etməmiş, heç bir iş görməmişdir. Dəfələrlə Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb verdiyi sözə əməl etməsini tələb etsə hər dəfə sözünə əməl edəcəyinə demişdir. Ancaq sözünə əməl etmədiyi üçün bu barədə rayon prokurorluğuna müraciət etmişdir. Halhazırda o, Təqsirləndirilən şəxs şikayətçidir və ona qanunla müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş edir. İş üzrə ibtidai araşdırma dövründə şahid qismində cəlb edilmiş Şahid məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, gəlib ifadə verməmiş, məhkəməyə teleqram ünvanlayaraq gəlməyə imkanı olmadığı üçün məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədləri də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Təqsirləndirilən şəxs işləyib-işləməməsi barədə” arayışdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində Təqsirləndirilən şəxs adlı şəxs işləməmişdir. İş materiallarında olan "xxxx" MMC Qəbələ Poçt filialı tərəfindən verilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs adına Qəbələ Poçt filialının Müştəri xidmətləri şöbəsindən Zərərçəkmiş şəxs Ağamməd oğlu tərəfindən 02 mart 2022-ci ildə 400 manat, 14 mart 2022-ci ildə 300 manat, 04 aprel 2022-ci ildə 396 manat, Şahid tərəfindən 19 aprel 2022-ci ildə 300 manat məbləğində pul vəsaitləri göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs Ağamməd oğlu ilə Təqsirləndirilən şəxs arasında olan danışıqlar zamanı Qasımov X1 Həzi Ağamməd oğluna Qəbələ rayonu, Xırxatala kəndində yerləşən torpaq sahəsini sənədləşdirməsi barədə vəd etdiyi və Zərərçəkmiş şəxs Ağamməd oğlu ona dəfələrlə işinin alınmaması üçün narahat olduğunu dedikdə Təqsirləndirilən şəxs verdiyi vədə əməl edəcəyini deməsi müəyyən olunmuşdur. İş materiallarında olan 15 may 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 29,312-ci maddələrinin tərkib əlamətləri olmadığına görə həmin maddələr ilə cinayət təqibinin başlanması rədd edilmiş və həmin hissədə sənədlərin surəti çıxarılaraq Suraxanı rayon prokurorluğuna təqdim edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu zərərin ödənilməsi üçün hazır olduğunu və bununla bağlı dəfələrlə təklif etdiyini, lakin zərərçəkmiş şəxs tərəfindən pulun götürülmədiyini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 10 – 12 mart 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 – 12 mart 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar