Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-481/2023 19.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X4, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, fərdi əməklə məşğul olmuş, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmü ilə CM-nın 315.1-ci maddəsi ilətəqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş. Bakı şəhər Binəqədir Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş 03 (üç) ay 14 (on dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 2022-ci il tarixli qərarı ilə barəsində əvvəli tutulduğu tarixdən hesablanmaqla 01 ay 26 gün müddətə həbs qətimkan tədbiri seçilmiş, 20 yanvar 2023-cü il tarixdə tutulmuş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)- 138/2023 saylı, 18 mart 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş qətimkan tədbirinin müddəti 19 may 2023-cü il tarixədək uzadılmış, həmin məhkəmənin 4(010)-215/2023 saylı, 19 may 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş qətimkan tədbirinin müddəti 08 iyun 2023-cü il tarixədək uzadılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan X4 Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X10 ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə ittiham olunaraq məhkəməyə verilmişdir. İttiham aktına əsasən əsasən X10 xx.xx.2020-ci il tarixdə özünü Zərərçəkmiş şəxs5 dostu kimi təqdim edərək sonuncunun cinayət törətdiyinə görə BİT-də saxlanılan övladı X5 həbsdən azad edəcəyinə vəd edib buna inandıraraq, əvvəlcə xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs5 Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Ədliyyə Nazirliyinin yaxınlığından 6.000 manat pul almış, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu. Yeni ünvan 3 ünvanında 3.000 manat pul almış, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən Bakı şəhər prokurorluğunun yanında 5.00 manat pul almış, daha sonra 2021-ci ilin aprel ayından 2021-ci ilin iyun ayına qədər olan müddət ərzində hissə-hissə müxtəlif vaxtlarda və müxtəlif tarixlərdə ümumilikdə 1500 manat pul almaqla vədinə əməl etmədən Zərərçəkmiş şəxs5 məxsus 12.000 manat pulu ələ keçirib sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı X2 etibarından sui-istifadə etməklə sonuncunun oğlunu dövlət qulluğuna işə düzəldəcəyi adı ilə yalan vəd verib Əlişir Mirzəvevi aldadaraq 2021-ci ilin yanvar ayında ünvan 5 ünvanının qarşısında sonuncudan tamah məqsədi ilə 2.100 manat pul alıb verdiyi vədə əməl etməmiş və Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2021-ci ilin mart avında özünü Zərərçəkmiş şəxs1 qızma mərhum ərinin dostu kimi təqdim edərək, sonuncunun cinayət törətdiyinə görə BİT-də saxlanılan övladı X7 həbsdən azad etdirəcəyini vəd edib buna inandıraraq, əvvəlcə 2021ci il in mart ayının əvvəlində Zərərçəkmiş şəxs1 Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Hərbi prokurorluğunun qarşısında 3.000 manat almış, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1va Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən "Milli ÖN” elektron ödəmə sistemindən öz hesabına 1.000 manat pul və xx.xx.2021-ci il tarixdə 2021 -ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində "Milli ÖN" elektron Ödəmə sistemindən öz hesabına daha 800 manat pul ödətdirərək, vədinə əməl etmədən Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etmiş, yəni 4.800 manat pulu ələ keçirtmişdir. Bundan başqa o, təkrarən tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etməklə sonuncunun oğlunu dövlət qulluğuna işə düzəldəcəyi adı ilə yalan vəd verib Zərərçəkmiş şəxs3 aldadaraq 2021-ci ilin mart ayının əvvəllərində ünvan 6 ünvanında yerləşən Bakı müharibə əlil və veteranları ictimai birliyinin inzibati binasında sonuncudan tamah məqsədi ilə 1.800 manat pul alıb verdiyi vədə əməl etməmiş və Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Zərərçəkmiş şəxs4 Canəhət oğlunun etibarından sui-istifadə etməklə sonuncuya Masazır qəsəbəsində 4 sot torpaq sahəsi satacağı adı ilə yalan vəd verib Zərərçəkmiş şəxs4 aldadaraq xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Nəsimi bazarının arxasında sonuncudan tamah məqsədi ilə 11.050 manat pul alıb verdiyi vədə əməl etməmiş və Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı vəsatətlə müraciət edərək cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi və vəsatətini onunla əsaslandırdı ki, ibtidai istintaq orqanı tərəfindən 1-ci epizod üzrə təqsirləndirilən şəxsə elan edilmiş ittihama görə cinayətin predmetini təşkil edən pul vəsaitinin hissə-hissə olmaqla müxtəlif yerlərdə - Yasamal. Suraxanı. Səbail rayonları ərazisində ələ keçirilməsi göstərilsə də. sonuncu məbləğ olan 30 manat pulun Suraxanı rayonu ərazində ələ keçirilməsi, yəni cinayət əməlinin Suraxanı rayonu ərazisində törədilməsi qənaətinə gəlinmişdir. İstintaq materiallarına görə Zərərçəkmiş şəxs5 ifadəsində Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşəşən “Ballı” marketdə quraşdırılmış “Milli ÖN” elektron ödəmə sistemi vasitəsi ilə Rasim Əhmədimin hesabına 30 manat ödəniş etdiyini və buna görə də sonuncu cinayətin törədildiyi yerin Suraxanı rayon ərazisi hesab edildiyindən cinayət işi aidiyyəti üzrə Suraxanı rayon məhkəməsinə göndərilmişdir. Lakin məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs qeyd olunan 30 manat pulun qızma ad günü hədiyyəsi olaraq Zərərçəkmiş şəxs5 tərəfindən hədiyyə alınması məqsədi ilə göndərildiyini və həmin pulla Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən “Araz” marketdən oyuncaq aldığını bildirmişdir. Bu halı Zərərçəkmiş şəxs5 da təsdiq edərək 30 manat pulu öz təşəbbüsü ilə Rasim Əhmədimin qızına ad günü hədiyyəsi olaraq göndərdiyini və həmin pulun dələduzluğun predimeti olmadığını bildirmişdir. Bundan başqa məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs5 Rasim Əhmədliyə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən Bakı şəhər prokurorluğunun yanında 500 manat pul verdiyini, ittiham aktında göstərilən 1500 manat pulun isə Rasim Əhmədinin yanında Biləsuvar rayonu ərazisində polis əməkdaşına verdiyini bildirmişdir. Lakin ittiham aktında qeyd olunan 1500 manat pulun hissə-hissə 2021-ci ilin aprel ayından 2021-ci ilin iyun ayına qədər olan müddət ərzində müxtəlif tarixlərdə və müxtəlif vaxtlarda Rasim Əhmədli tərəfindən dələduzluq yolu ilə ələ keçirildiyi qeyd olunmuşdur. Göründüyü kimi Rasim Əhmədlinin Zərərçəkmiş şəxs5 qarşı etmiş olduğu dələduzluq cinayəti üzrə işin faktiki hallarının müəyyən edilməsi üçün zəruri araşdırılma aparılmamış, cinayətin baş verdiyi tarix və yer qeyri-müəyyən göstərilmiş, həmin xüsusatlara hüquqi qiymət verilməmiş, nəticədə cinayətin əlamətləri ilə bağlı zəruri halların göstərilməsi təmin edilməyərək ittihamın mahiyyəti dəqiqləşdirilməmişdir. Halbuki, CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam. hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 85.2.1-ci maddəsinə əsasən işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək müstəntiqin vəzifəsidir. CPM-nin 8.0.3-cü maddəsinə görə cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq cinayət mühakimə icraatının vəzifəsi olduğu halda məhkəməyədək icraat zamanı yuxarıda qeyd edilən xüsusatlar tam və ətraflı araşdırılmadan cinayət işi üzrə ittiham aktı tərtib edilərək, iş məhkəməyə göndərilmişdir. İstintaq orqanı tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamasınm nəticəsi olaraq, təqsirləndirilən şəxsə elan edilmiş ittihamın məzmununda cinayətin törədilməsinin üsulu (təqsirkarın istitadə etdiyi yanaşma qaydaları və metodlarının məcmusu) qeyri-müəyyən olaraq qalmışdır. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsində göstərilmişdir ki. təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu - verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququna malikdir. Cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin "nədə ittiham olunduğunu’, “nədən müdafiə olunmalı olduğunu" bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı təcrübəyə əsasən müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Müttəhimin müdafiə hüququnu təmin edən qanunların məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 dekabr 1994-cü tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki. təqsirləndirilən şəxsin konkret olaraq nədə ittiham olunduğu təqsirləndirilən şəxs kimi cəlb etmə qərarında konkret göstərilməlidir. Habelə CPM-nin CPM-nin 289.3.1 -ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir. Qanun normasının mənasına görə, bu məlumatlarla işin ilkin sübutlarla müəyyən edilmiş faktiki halları arasında uyğunluq olmalıdır. CPM-nin 223.1 -ci maddəsində bildirilir ki, "Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur". Yəni, bu qərarın məzmunu sübutların cəmi ilə müəyyən edilmiş faktiki hallar barədə məlumatlardan ibarət olmalıdır. Bunun da nəticəsində təqsirləndirilən şəxs müdafiə hüququnun təmin edilməsi üçün lazımi tədbirlər görür, öz müdafiəsini istədiyi formada qurması üçün kifayət qədər vaxta və şəraitə malik olur. Bundan əlavə X8 CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmiş, həmin cinayətlər üzrə töfsivedici əlamətləri, yəni Zərərçəkmiş şəxs5 qarşı dələduzluq cinayətini törədərkən həmin əməli vahid niyyətlə və yaxud təkrarçılıqla törətməsi göstərilməmiş və ittiham aktının nəticə hissəsində ittihamın təsviri əks etdirilərkən CPM- in 223.3.2-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, 1-ci epizod üzrə ittihamın məzmununa görə cinayətin həm müxtəlif vaxtlarda və müxtəlif tarixlərdə törədilməsi, həm də 2021 -ci ilin aprel ayından 2021-ci ilin iyun ayına qədər olan müddət ərzində törədilməsi göstərilmiş, beləliklə də cinayətin törədilmə vaxtına münasibətdə qeyrimüəyyənliyə yol verilmişdir. Həmçinin verilmiş ittihamdan görünür ki. təqsirləndirilən şəxsin ittiham olunduğu 5 epizod üzrə cinayət əməllərindən 2-5-ci epizodları müvafiq olaraq - 2021-ci ilin yanvar ayında Nərimanov rayonu. 2021-ci ilin mart ayında Xəzər rayonu, 2021ci ilin mart ayında Nəsimi rayonu, həmçinin 5-ci epizod üzrə 2021-ci ilin mart ayında Nəsimi rayonu ərazisində törədilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsə 1-ci epizod üzrə verilmiş ittihamda cinayət əməlinin 2021-ci ilin iyun ayında başa çatdığı qənaətinə gəlindiyi halda ibtidai istintaq orqanı tərəfindən xronoloji ardıcıllığa riayət edilməmiş, nəticədə 2-5-ci epizodlar daha əvvəl törədildiyi halda 1 -ci epizoda münasibətdə təqsirləndirilən şəxsin əməlləri “təkrar törətmə” əlaməti üzrə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 223.3.2-ci maddəsinə əsasən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti: 223.3.5-ci maddəsində isə "məsuliyyəti ağırlaşdıran hallar” göstərilir. Həmçinin, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində də CPM-in 223.3.5-ci maddəsinin tələbləri də pozulmuşdur. Belə ki, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin cəzasını ağırlaşdırılan halın olmadığı qeyd edilmişdir. Lakin iş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nın 315.1 -ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş. xx.xx.2020-ci il tarixdə cəzanın çəkilməmiş 3 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. İş materiallarında isə Rasim Əhmədli tərəfindən xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs5 qarşı dələduzluq cinayətinin törədilməsi qeyd edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdırılan hal kimi cinayətin residivi vardır. Odur ki, cinayət işi üzrə ittiham aktı müvafiq hissələrdə CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmamış, habelə verilmiş ittihamda CPM-in 223.3.2 və 223.3.5-ci maddələrinin tələblərinin pozulmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunan hallar bariz şəkildə təqsirləndirilən şəxsin həm də müdafiə hüququnun pozulması ilə nəticələnmişdir ki, şəxs nədə ittiham olunduğunu dərk etməmiş, ittihamın mahiyyəti ona aydın olmamışdır. Azərbaycan Respublikası CPM-nin 303.3.6-cı maddəsinin tələblərinə əsasən cinayət işi üzrə ittiham aktının Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməməsi cinayət işinin materiallarına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasına əsasdır. Qeyd edilən bu pozuntular bütövlükdə kobud prosessual pozuntu olmaqla nəticədə CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Ona görə də, X4 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verməklə həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Göstərilənlərə əsasən X4 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına Azərbaycan Respublikası CPM nin 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən xitam verməklə ibtidai araşdırmaya prosessual rəhbəliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X10 və onun müdafiəçisi cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etiraz etmədiyini bildirdir. Məhkəmə dövlət ittihamçısının vəsatətini araşdıraraq, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, dövlət ittihamçısının vəsatəti əsaslı olduğundan təmin edilməli, cinayət işi baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, istintaq materiallarına əsasən Zərərçəkmiş şəxs5 ifadəsində Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşəşən “Ballı” marketdə quraşdırılmış “Milli ÖN” elektron ödəmə sistemi vasitəsi ilə Rasim Əhmədimin hesabına 30 manat ödəniş etmiş və buna görə də sonuncu cinayətin törədildiyi yerin Suraxanı rayon ərazisi hesab edildiyindən cinayət işi aidiyyəti üzrə Suraxanı rayon məhkəməsinə göndərilmişdir. Lakin məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs qeyd olunan 30 manat pulun qızına ad günü hədiyyəsi olaraq Zərərçəkmiş şəxs5 tərəfindən hədiyyə alınması məqsədi ilə göndərildiyini və həmin pulla Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən “Araz” marketdən oyuncaq aldığını bildirmişdir. Bu halı məhkəmənin 23 iyun 2023-cü il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 da təsdiq edərək 30 manat pulu öz təşəbbüsü ilə Rasim Əhmədimin qızına ad günü hədiyyəsi olaraq göndərdiyini və həmin pulun dələduzluğun predmeti olmadığını bildirmişdir. Bundan başqa istintaq materiallarına əsasən Zərərçəkmiş şəxs5 məxsus 1500 manat məbləğində pul hissə-hissə 2021-ci ilin aprel ayından 2021-ci ilin iyun ayına qədər olan müddət ərzində müxtəlif tarixlərdə və müxtəlif vaxtlarda Rasim Əhmədli tərəfindən dələduzluq yolu ilə ələ keçirilmişdir. Məhkəmənin 23 iyun 2023-cü il tarixli iclasında isə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 Rasim Əhmədliyə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən Bakı şəhər prokurorluğunun yanında 500 manat pul verdiyini, ittiham aktında göstərilən 1500 manat pulun isə Rasim Əhmədinin yanında Biləsuvar rayonu ərazisində polis əməkdaşına verdiyini bildirmişdir. Bundan əlavə 1-ci epizod üzrə ittihamın məzmununa görə cinayətin həm müxtəlif vaxtlarda və müxtəlif tarixlərdə törədilməsi, həm də 2021 ci ilin aprel ayından 2021-ci ilin iyun ayına qədər olan müddət ərzində törədilməsi göstərilmiş, beləliklə də cinayətin törədilmə vaxtına münasibətdə qeyri-müəyyənliyə yol verilmişdir. Həmçinin verilmiş ittihamdan görünür ki, təqsirləndirilən şəxsin ittiham olunduğu 5 epizod üzrə cinayət əməllərindən 2-5-ci epizodları müvafiq olaraq - 2021-ci ilin yanvar ayında Nərimanov rayonu, 2021-ci ilin mart ayında Xəzər rayonu, 2021-ci ilin mart ayında Nəsimi rayonu, həmçinin 5-ci epizod üzrə 2021-ci ilin mart ayında Nəsimi rayonu ərazisində törədilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsə 1-ci epizod üzrə verilmiş ittihamda cinayət əməlinin 2021-ci ilin iyun ayında başa çatdığı qənaətinə gəlindiyi halda ibtidai istintaq orqanı tərəfindən xronoloji ardıcıllığa riayət edilməmiş, nəticədə 2-5-ci epizodlar daha əvvəl törədildiyi halda 1-ci epizoda münasibətdə təqsirləndirilən şəxsin əməlləri “təkrar törətmə” əlaməti üzrə tövsif edilmişdir. Həmçinin ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin cəzasını ağırlaşdırılan halın olmadığı qeyd edilmişdir. Lakin iş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nın 315.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş. xx.xx.2020-ci il tarixdə cəzanın çəkilməmiş 3 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. İş materiallarında isə Rasim Əhmədli tərəfindən xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs5 qarşı dələduzluq cinayətinin törədilməsi qeyd edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdırılan hal kimi cinayətin residivi vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, sözügedən xüsusatların araşdırılması üçün cinayət işi baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul oluna bilər. Azərbaycan Respublikası CPM-nin 303.3.6-cı maddəsinin tələblərinə əsasən cinayət işi üzrə ittiham aktının Azərbaycan Respublikası CPM-nin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun tərtib edilməməsi cinayət işinin materiallarına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasına əsasdır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 306.1-ci maddəsinin tələbinə münasibətdə belə hesab edir ki, təqsirləndirilən şəxs X4 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri tədbiri ilə əvəz edilməli, X10 məhkəmə iclas zalından dərhal azad edilməlidir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300, 303 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(010)-481/2023 saylı cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. X4 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin, X10 məhkəmə iclas zalından dərhal azad edilsin. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-481/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-481/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver