Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-482/2023 29.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs4, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakı ilə xx xxxxxx 2003-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç bir yerdə işləməmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, 14 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 yanvar 2023cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-482/2023 saylı, 04 sentyabr 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri, 20 may 2004-cü ildə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç bir yerdə işləməmiş, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan, 14 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 yanvar 2023cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-482/2023 saylı, 04 sentyabr 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri, 02 avqust 2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç bir yerdə işləməmiş, məhkumluğu olmayan, ünvan 3 ünvanda qeydiyyatda olan, ünvan 4 yaşamış, 14 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 yanvar 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 482/2023 saylı, 04 sentyabr 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri, xx xxx 2000-ci ildə Lənkəran rayonunun Avrora qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç bir yerdə işləməmiş, məhkumluğu olmayan, Lənkəran rayonu, Bürcəli kəndində qeydiyyatda olan, 14 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 yanvar 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-482/2023 saylı, 12 iyul 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 09 yanvar 2023-cü il tarixdə Bakı şəhərində tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və qardaşı Təqsirləndirilən şəxs2 ilə əvvəllər işlədiyi, ünvan 5 ünvanda yerləşən ayaqqabı fabrikinin ərazisindəki, Zərərçəkmiş şəxs məxsus "xxxx" MMC mebel istehsalı sexinin binasından kompüter avadanlığını oğurlamaq barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girəndən sonra, 10 yanvar 2023-cü il tarixə keçən gecə saat 01 radələrində onun bələdçiliyi ilə həmin əraziyə gəlib, yerində razılaşdıqları kimi hərəkət edərək, əraziyə gələn şəxslər olduğu halda xəbərdarlıq etmək üçün ətrafa nəzarət edən Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2la vahid niyyətlə hərəkət edərək, o, Təqsirləndirilən şəxs3lə birlikdə mebel sexinin qapısını zədələyib açaraq içəri qanunsuz daxil olub oradan qiyməti 600 manat olan 1 ədəd personal kompüterin prosessorunu və qiyməti 400 manat olan 1 ədəd printeri, ümumi qiyməti 1000 manat olan əmlakı gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən 12 yanvar 2023-cü il tarixdə Bakı şəhərində tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və qardaşı Təqsirləndirilən şəxs2 ilə əvvəllər işlədiyi, ünvan 6 ünvanında yerləşən ayaqqabı fabrikinin ərazisindəki, Zərərçəkmiş şəxs məxsus "xxxx" MMC mebel istehsalı sexinin binasından kompüter avadanlığını oğurlamaq barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girəndən sonra, təkrarən, 13 yanvar 2023-cü il tarixə keçən gecə saat 02 radələrində həmin əraziyə gəlib, yerində razılaşdıqları kimi hərəkət edərək, əraziyə gələn şəxslər olduğu halda xəbərdarlıq etmək üçün ətrafa nəzarət edən Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2la vahid niyyətlə hərəkət edərək, o, Təqsirləndirilən şəxs3lə birlikdə mebel sexinin qapısını zədələyib açaraq içəri qanunsuz daxil olub oradan qiyməti hər birinin qiyməti 450 manat olan 2 ədəd “Samsung’* markalı, qiyməti 400 manat olan 2 ədəd “HP” markalı, qiyməti 300 manat olan “Asus” markalı nootbuk kompüterlərini və nootbukların 4 ədəd cərəyan adapterlərini, ümumi qiyməti 2000 manat olan əmlakı gizli olaraq talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 09 yanvar 2023-cü il tarixdə Bakı şəhərində tanışları X2, Təqsirləndirilən şəxs4 və qardaşı Təqsirləndirilən şəxs1 ilə sonuncunun əvvəllər işlədiyi, ünvan 5 ünvanda yerləşən ayaqqabı fabrikinin ərazisindəki, Zərərçəkmiş şəxs məxsus "xxxx" MMC mebel istehsalı sexinin binasından kompüter avadanlığını oğurlamaq barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girəndən sonra, 10 yanvar 2023-cü il tarixə keçən gecə saat 01 radələrində Təqsirləndirilən şəxs1 bələdçiliyi ilə həmin əraziyə gəlib, yerində razılaşdıqlar kimi hərəkət edərək, əraziyə gələn şəxslər olduğu halda xəbərdarlıq etmək üçün özü Ramiıi Əhədovla birlikdə ətrafa nəzarət edən zaman, onunla vahid niyyətlə hərəkət edən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 mebel sexinin qapısını zədələyib açaraq içəri qanunsuz daxil olub oradarı qiyməti 600 manat olan 1 ədəd personal kompüterin prosessorunu və qiyməti 400 manat olan ədəd printeri, ümumi qiyməti 1000 manat olan əmlakı gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən 12 yanvar 2023-cü il tarixdə Bakı şəhərində tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və qardaşı Təqsirləndirilən şəxs1 ilə sonuncunun əvvəllər işlədiyi, ünvan 5 ünvanda yerləşən ayaqqabı fabrikinin ərazisindəki, Zərərçəkmiş şəxs məxsus "xxxx" MMC mebel istehsalı sexinin binasından kompüter avadanlığım oğurlamaq barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girəndən sonra, təkrarən, 13 yanva 2023-cü il tarixə keçən gecə saat 02 radələrində həmin əraziyə gəlib, yerində razılaşdıqları kimi hərəkət edərək, əraziyə gələn şəxslər olduğu halda xəbərdarlıq etmək üçün özü Təqsirləndirilən şəxs4l^ ətrafa nəzarət edən zaman, onunla vahid niyyətlə hərəkət edən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 mebel sexinin qapısını zədələyib açaraq içəri qanunsuz daxil olub oradan qiyməti hər birinin qiyməti 450 manat olan 2 ədəd “Samsung” markalı, qiyməti 400 manat olan 2 ədəd “HP” markalı, qiyməti 300 manat olan “Asus” markalı nootbuk kompüterlərini və nootbukların 4 ədəd cərəyan adapterlərini, ümumi qiyməti 2000 manat olan əmlakı gizli olaraq talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 o, 09 yanvar 2023-cü il tarixdə Bakı şəhərində tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 ilə sonuncunun əvvəllər işlədiyi, ünvan 5 ünvanda yerləşən ayaqqabı fabrikinin ərazisindəki, Zərərçəkmiş şəxs məxsus "xxxx" MMC mebel istehsalı sexinin binasından kompüter texnikasını oğurlamaq barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girəndən sonra, 10 yanvar 2023-cü il tarixə keçən gecə saat 01 radələrində Təqsirləndirilən şəxs1 bələdçiliyi ilə həmin əraziyə gəlib, yerində razılaşdıqları kimi hərəkət edərək, əraziyə gələn şəxslər olduğu halda xəbərdarlıq etmək üçün ətrafa nəzarət edən Təqsirləndirilən şəxs4 vs Təqsirləndirilən şəxs2la vahid niyyətlə hərəkət edərək, o, Təqsirləndirilən şəxs1la birlikdə mebel sexinin qapısını zədələyib açaraq içəri qanunsuz daxil olub oradan qiyməti 600 manat olan 1 ədəc personal kompüterin prosessorunu və qiyməti 400 manat olan 1 ədəd printeri, ümumi qiyməti 1000 manat olan əmlakı gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən 12 yanvar 2023-cü il tarixdə Bakı şəhərində tanışları Təqsirləndirilən şəxs4 və qardaşı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 ik sonuncunun əvvəllər işlədiyi, ünvan 7 ünvanında yerləşən ayaqqabı fabrikinin ərazisindəki, Zərərçəkmiş şəxs məxsus "xxxx" MMC mebel istehsalı sexinin binasından kompüter texnikasını oğurlamac barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girəndən sonra, təkrarən, 13 yanvar 2023-cü i tarixə keçən gecə saat 02 radələrində həmin əraziyə gəlib, yerində razılaşdıqları kimi hərəkəı edərək, əraziyə gələn şəxslər olduğu halda xəbərdarlıq etmək üçün ətrafa nəzarət edən Ramir Əhədov və Təqsirləndirilən şəxs2la vahid niyyətlə hərəkət edərək, o, Təqsirləndirilən şəxs1la birlikdə mebe sexinin qapısını zədələyib açaraq içəri qanunsuz daxil olub oradan qiyməti hər birinin qiyməti 450 manat olan 2 ədəd “Samsung” markalı, qiyməti 400 manat olan 2 ədəd “HP” markalı qiyməti 300 manat olan “Asus” markalı nootbuk kompüterlərini və nootbukların 4 ədəd cərəyan adapterlərini, ümumi qiyməti 2000 manat olan əmlakı gizli olaraq talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 o, 09 yanvar 2023-cü il tarixdə Bakı şəhərində tanışları X2, Təqsirləndirilən şəxs2 və qardaşı Təqsirləndirilən şəxs1 ilə sonuncunun əvvəllər işlədiyi, ünvan 8 ünvanda yerləşən ayaqqabı fabrikinin ərazisindəki, Zərərçəkmiş şəxs məxsus "xxxx"MMC mebel istehsalı sexinin binasından kompüter avadanlığını oğurlamaq barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girəndən sonra, 10 yanvar 2023-cü il tarixə keçəri gecə saat 01 radələrində Təqsirləndirilən şəxs1 bələdçiliyi ilə həmin əraziyə gəlib, yerində razılaşdıqları kimi hərəkət edərək, əraziyə gələn şəxslər olduğu halda xəbərdarlıq etmək üçün özlı Təqsirləndirilən şəxs2la birlikdə ətrafa nəzarət edən zaman, onunla vahid niyyətlə hərəkət edən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 mebel sexinin qapısını zədələyib açaraq içəri qanunsuz daxi olub oradan qiyməti 600 manat olan 1 ədəd personal kompüterin prosessorunu və qiyməti 400 manat olan 1 ədəd printeri, ümumi qiyməti 1000 manat olan əmlakı gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən 12 yanvar 2023-cü il tarixdə Bakı şəhərində tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və qardaşı Təqsirləndirilən şəxs1 ilə sonuncunun əvvəllər işlədiyi, ünvan 5 ünvanda yerləşən ayaqqabı fabrikinin ərazisindəki, Zərərçəkmiş şəxs məxsus "xxxx" MMC mebel istehsalı sexinin binasından kompüter avadanlığını oğurlamaq barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girəndən sonra, təkrarən, 13 yanvar 2023-cü il tarixə keçən gecə saat 02 radələrində həmin əraziyə gəlib, yerində razılaşdıqları kimi hərəkət edərək, əraziyə gələn şəxslər olduğu halda xəbərdarlıq etmək üçün özü Təqsirləndirilən şəxs2la ətrafa nəzarət edən zaman, onunla vahid niyyətlə hərəkət edən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 mebel sexinin qapısını zədələyib açaraq içəri qanunsuz daxil olub oradan qiyməti hər birinin qiyməti 450 manat olan 2 ədəd “Samsung” markalı, qiyməti 400 manat olan 2 ədəd “HP” markalı, qiyməti 300 manat olan “Asus” markalı nootbuk kompüterlərini və nootbukların 4 ədəd cərəyan adapterlərini, ümumi qiyməti 2000 manat olan əmlakı gizli olaraq talayaraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMnin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 Bəxtiyar oğlu qardaşıdır. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən mebel sexində 5-6 il işləmiş, 2022-ci ilin yay aylarında isə əmək haqqını vaxtında ala bilmədiyi üçün işdən çıxmışdır. Nahid və Ramini 2022-ci ilin yay aylarından tanıyır. xx.xx.2023-cü il tarixdə təxminən saat 19 radələrində Nizami rayonu, Qara Qarayevdə yerləşən “Game Zone” internet klubunda Ramin və Nahidlə olan zaman əvvəllər işlədiyi Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən Mebel fabrikində olan kompüterləri birlikdə oğurlamaq istədiyini demişdir, söhbət edən zaman qardaşı Xəya gəlmişdir. Oğurluq plan barədə Xəyala da məlumat vermişlər, qardaşı da oğurluğa onlarla birlikdə gedəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 21 radələrində “Game Zone” internet klubunda o, Ramin, Nahid və Xəyal görüşmüşlər, sonra internet klubundan çıxıb Qara Qarayev metrosu ətrafındakı ərazidə pilayda gəzişmişlər. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə keçən gecə təxminən saat 01 radələrində razılşamışlar ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinə getsinlər. Pulları olmadığı üçün Nahid və o, yoldan keçən avtomaşınlara əl edib əyləşərək Suraxanı rayonu, Yeni Suraxanıda yerləşən yerüstü piyada keçidinin yanında düşmüşlər. Sonra isə Ramin və Xəyal gəlmişlər. Danışıqlarına əsasən Nahid və o, sexə oğurluğa getməli, Xəyal və Ramin isə kənarda müşahidə etməli olmuşlar ki, gələn olsa xəbər versinlər. Nahid və o, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən mebel sexinin darvazasının qarşısına getmişlər, özü darvazanı aralayaraq içəri keçmiş, Nahid də onun arxasınca içəri daxil olmuşdur. Mebel sexinin həyətində olan istehsalat sexinin havalandırma yerindən içəri daxil olaraq bir ədəd prosessor və bir ədəd printer oğurlayaraq çıxmışlar. Oğurladıqları kompüteri və printeri xx.xx.2023-cü il tarixdə Nahid öz şəxsiyyət vəsiqəsilə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kompüter təmiri və alışı-satışı yerinə 300 manat məbləğində satmış, əldə edilən pulu o, Nahid, Xəyal və Ramin xərcləmişlər. O, Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində yerləşən mebel sexində noutbuk olmasını, onları da oğurlamaq lazım olduğunu demiş, hamı onunla razılaşmışdır. xx.xx.2023-cü tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə təxminən saat 01 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinə gəlmişlər. Onlar mebel sexinin ətrafında müşahidələr aparmağa başlamışlar. Təxminən saat 02 radələrində Nahidlə birlikdə mebel sexinin darvazasından həyətə daxil olmuş, həyətdə olan ofisin plastik qapısını özü açmış və birlikdə ofisə daxil olmuşlar. Ofisdən 5 ədəd kompüter götürərək oradan çıxmışlar. Xəyal və Ramin isə onları mebel sexinin yanında gözləmişlər. Sonra onlar birlikdə taksiyə əyləşərək Qara Qarayevdə yerləşən dönərxanaya getmişlər, orada dönər yemişlər, pu olmadığı üçün kompüterin birini orada girov saxlamış, oradan çıxaraq kompüterləri əvvə satdıqları şəxsə satmaq üçün Hövsan qəsəbəsinə getmişlər. Həmin şəxs kopmputerləri almaq üçün 2 ədəd sənəd istəmiş, onlar isə Raminin hərbi bileti ilə bir ədəd kompüteri 50 manata satmışlar. Sonra isə o, Raminlə birlikdə dönərxanaya gedib borcu vermiş və girov qoyduqları kompüteri də götürmüşlər. Yerdə qalan dörd ədəd kompüterləri isə sata bilməmişlər, həmin 4 komputer onlarda qalmışdır. Polis əməkdaşları onu və Ramini tutanda onlarda olan dörd ədəd kompüteri polislərə təhvil vermişlər. Sonda o, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu zərəri ödədiklərini bildirmiş, barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMnin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Bəxtiyar oğlu qardaşıdır. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən mebel sexində 4-5 il işləmişdir, Nahid və Ramini 2022-ci ilin yay aylarından tanıyır. xx.xx.2023-cü il tarixdə təxminən saat 19 radələrində Nizami rayonu, Qara Qarayevdə yerləşən “Game Zone” internet klubuna gəldikdə Nahid, Ramin və Elvin orada olmuşlar və onun qardaşı ilə birlikdə əvvəllər işlədiyi Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən mebel fabrikində olan kompüterləri birlikdə oğurlamaq istədiklərini demişlər. O da oğurluqda iştirak etməyə razılaşmışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 21 radələrində “Game Zone” internet klubunda o, Ramin, Nahid, Elvin görümüşlər. Sonra “Game Zone” internet klubundan çıxıb Qara Qarayevdə piyada gəzmişlər. xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixinə keçən gecə təxminən saat 01 radələrində oğurluq etmək üçün Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinə getmək barədə razılaşımışlar. Ancaq pulları olmadığı üçün Nahid və Elvin yoldan keçən avtomaşınlara əl edərək getmişlər. Sonra isə o və Ramin manatlıq taksidən xahiş etmişlər ki, onları Yeni Suraxanıya aparsır . Tanımadığı bir nəfər şəxs idarə etdiyi avtomaşınla onları Suraxanı rayonu, Yeni Suraxanıda olan yerüstü piyada keçidinin yanınadək aparmışdır. Orada onları Elvin və Nahid gözləmişdir. Danışıqlarına əsasən Nahid və Elvin sexə oğurluğa getməli, Ramin və o isə kənarda müşahidə etməli olmuşlar ki, gələn olsa xəbər versinlər. Nahid və Elvin Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən mebel sexinin darvazasının qarşısına getmişlər. O isə Raminlə birlikdə mebel sexinin yanında olan dayanacaqda gözləmişlər. Bir müddət sonra Nahid və Elvin printer və prossesoru mebel sexindən oğurlayaraq geri qayıtmışlar. xx.xx.2023-cü il tarixdə oğurladıqları əşyaları Nahid öz şəxsiyyət vəsiqəsi ilə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kompüter təmiri və alışı-satışı yerinə 300 manat məbləğində satmış və əldə edilən pulu o, Nahid, Elvin, Ramin xərcləmişlər. Elvin Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən mebel sexində noutbuk olmasını, onları da oğurlamaq lazım olduğunu demiş, onlar da razılaşmışlar. xx.xx.2023-cü tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə təxminən saat 01 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinə gəlmişlər. Nahid, Elvin, Ramin və o, mebel sexinin ətrafında müşahidələr aparmış sonra təxminən saat 02 radələrində Nahid və Elvin mebel sexinin darvazasından həyətə daxil olmuşlar. O isə Ramin ilə çöldə gözləmişlər. Elvin və Nahid mebel sexindən 5 ədəd noutbuk oğurlayaraq gəlmişlər. Sonra onlar birlikdə taksiyə əyləşərək Qara Qarayevdə yerləşən dönərxanaya getmişlər. Orada dönər yeyib pul olmadığı üçün kompüterin birini girov saxlamışlar, oradan çıxaraq kompüterləri əvvəl satdıqları şəxsə satmaq üçün Hövsan qəsəbəsinə getmişlər. Həmin şəxsə Raminin hərbi bileti ilə 1 ədəd kompüteri 50 manat məbləğində pula satmışlar, qalan kompüterləri almaq üçün 2 ədəd sənəd istəmiş, onlarda sənəd olmadığı üçün kompüterləri sata bilməmişlər. Sonra qardaşı Elvin və Ramin şəhərə Qara Qarayevə getmişlər ki, dönərxananın borcunu verib girov qoyulan kompüteri götürsünlər. Sata bilmədikləri dörd ədəd kompüter Elvində və Ramində qalmış, polislər onları tutanda dörd ədəd nootbuku da götürmüşlər. Sonda o, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu zərəri ödədiklərini bildirmiş, barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CMnin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ramin, Elvin və Xəyalı 2022-ci ilin yay aylarından tanıyır. xx.xx.2023-cü i tarixdə təxminən saat 19 radələrəndə Nizami rayonu, Qara Qarayevdə yerləşən “Game Zone” internet klubunda Elvin və Raminlə olan zaman Elvin əvvəllər işlədiyi Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən Mebel fabrikində olan kompüterləri birlikdə oğurlamaq istədiyini demişdir. Söhbət edən zaman Xəyal gəlmiş, plan barədə Xəyala da məlumat vermişlər, sonuncu oğurluğa onlarla birlikdə gedəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 21 radələrində “Game Zone” internet klubunda o, Elvin, Ramin, Xəyal görüşmüşlər, sonra internet klubundan çıxıb Qara Qarayevdə piyada gəzmişlər. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü i tarixinə keçən gecə təxminən saat 01 radələrində razılaşmışlar ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinə getsinlər. Ancaq pulları olmadığı üçün o və Elvin yoldan keçən avtomaşınlara əl edib tanımadığı bir nəfərin idarə etdiyi avtomaşını saxlayaraq hara getməyini soruşduqda onlar həmin şəxsə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinə gedəcəklərini, ancac pullarının olmadığını demişlər. Həmin şəxs onları Suraxanı rayonu, Yeni Suraxanıda olan yerüstü piyada keçidinin yanında düşürmüşdür. O, Elvinlə birlikdə Xəyal və Ramini gözləmiş təxminən 10-15 dəqiqə sonra Xəyal və Ramin gəlmişlər. Danışıqlarına əsasən o və Elvin sexə oğurluğa getməli, Xəyal və Ramin isə kənarda müşahidə etməli olmuşlar ki, gələn olsa xəbər versinlər. O və Elvin Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən mebel sexinin darvazasının qarşısına gəlmişlər. Elvin darvazanı aralayaraq işəri keçmiş, o da Elvinin arxasınca içəri daxil olmuşdur. Mebel sexinin həyətində olan istehsalat sexinin havalandırma yerindən içəri daxil olaraq bir ədəd prosessor və bir ədəd printer oğurlayaraq çıxmışlar. Oğurladıqların xx.xx.2023-cü il tarixdə öz şəxsiyyət vəsiqəsi ilə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kompüter təmiri və alışı-satışı yerinə 300 manat məbləğində satmış və əldə edilən pulu o, Elvin. Xəyal və Ramin xərcləmişlər. Elvin Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən mebei sexində noutbuk olmasını, onları da oğurlamaq lazım olduğunu demiş, onlar da razılaşmışlar. xx.xx.2023-cü tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə təxminən saat 01 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinə gəlmişlər. O, Elvin, Xəyal və Ramin mebel sexinin ətrafında müşahidələr aparmağa başlamışlar. Təxminən saat 02 radələrində o və Elvin mebel sexinin darvazasından həyətə daxil olmuşlar. Elvin həyətdə olan ofisin plastik qapısı dəmirlə açmış vz onlar birlikdə ofisə daxil olmuşlar. Ofisdən 5 ədəd kompüter götürərək oradan çıxmışlar. Xəyal və Ramin isə onları mebel sexinin yanında gözləmişlər. Sonra onlar birlikdə taksiyə əyləşərək Qara Qarayevdə yerləşən dönərxanaya getmişlər. Orada dönər yemişlər, pulları olmadığı üçün kompüterin birini orada girov saxlamış, oradan çıxaraq kompüterləri əvvəl satdıqları şəxss satmaq üçün Hövsan qəsəbəsinə getmişlər. Həmin şəxsə Raminin hərbi bileti ilə 1 ədəd kompüteri 50 manata satmışlar, qalan kompüterləri almaq üçün 2 ədəd sənəd istəmiş, onlarda sənəd olmadığı üçün kompüterləri sata bilməmişlər. Sonra Ramin və Elvin dönərxananın borcunu verib girov qoyulan kompüteri götürməkdən ötrü şəhərə Qara Qarayevə getmişlər. Sata bilmədikləri dörd ədəd kompüterlər Elvində və Ramində qalmış, polislər onları tutanda dörd ədəd nootbuku da götürmüşlər. Sonda o, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu zərəri ödədiklərini bildirmiş, barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası CMnin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Nahid, Elvin və Xəyalı 2022-ci ilin yay aylarından tanıyıram. xx.xx.2023-cü il tarixdə təxminən saat 19 radələrində Nizami rayonu, Qara Qarayevdə yerləşən “Game Zone” internet klubunda Elvin və Nahidlə olan zaman Elvin əvvəllər işlədiyi Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən Mebel fabrikində olan kompüterləri birlikdə oğurlamaq istədiyini demişdir. Onlar söhbət edən zaman Xəyal gəlmiş, plan barədə Xəyala da məlumat vermişlər, sonuncu oğurluğa onlarla birlikdə gedəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 21 radələrində “Game Zone” internet klubunda o, Elvin, Nahid, Xəyal görüşmüşlər. Onlar “Game Zone” internet klubundan çıxıb Qara Qarayevdə piyada gəzişmişlər. xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixinə keçən gecə təxminən saat 01 radələrində razılaşmışlar ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinə gedib oğurluq etsinlər. Ancaq pulları olmadığı üçün Nahid və Elvin yoldan keçən avtomaşınlara əl edərək getmişlər. Sonra isə o və Xəyal manatlıq taksidən xahiş etmişlər ki, onları Yeni Suraxanıya aparsın. Tanımadığı bir nəfər şəxs idarə etdiyi avtomaşınla onları Suraxanı rayonu, Yeni Suraxanıda olan yerüstü piyada keçidinin yanınadək aparmışdır. Orada Elvin və Nahid onları gözləmişlər. Danışıqlarına əsasən Nahid və Elvin sexə oğurluğa getməli, o isə Xəyal ilə kənarda müşahidə etməli olmuşlar ki, gələn olsa xəbər versinlər, Nahid və Elvin Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən mebel sexinin darvazasının qarşısına getmişlər. O və Xəyal isə mebel sexinin yanında olan dayanacaqda gözləmişlər. Bir müddət sonra Nahid və Elvin printer və prossesoru mebel sexindən oğurlyaraq gəlmişlər. xx.xx.2023-cü il tarixdə Nahid öz şəxsiyyət vəsiqəsilə oğurlamış olduqları əşyaları Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kompüter təmiri və alışı-satışı yerinə 300 manat məbləğində satmış və əldə edilən pulu o, Nahid, Elvin, Xəyal xərcləmişlər. Elvin Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən mebel sexində noutbuk olmasını, onları da oğurlamaq lazım olduğunu demiş, onlar da Elvinlə razılaşmışlar. xx.xx.2023-cü tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə təxminən saat 01 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinə gəlmişlər. Nahid, Elvin, Xəyal və o, mebel sexinin ətrafında müşahidələr aparmağa başlamışlar, təxminən saat 02 radələrində Nahid və Elvin mebel sexinin darvazasından həyətə daxil olmuşlar, o isə Xəyal ilə çöldə gözləmişlər. Elvin və Nahid mebel sexindən 5 ədəd noutbuk oğurlayaraq onların yanına gəlmişlər. Sonra onlar birlikdə taksiyə əyləşərək Qara Qarayevdə yerləşən dönərxanaya getmiş, dönər yeyib, pulları olmadığı üçün kompüterin birini orada girov saxlamışlar. Oradan çıxaraq kompüterləri əvvəl satdığımız şəxsə satmaq üçün Hövsan qəsəbəsinə getmişlər. Həmin şəxsə onun hərbi bileti ilə 1 ədəd kompüteri 50 manat məbləğində pula satmışlar, qalan kompüterləri almaq üçün 2 ədəd sənəd istəmiş, onlarda sənəd olmadığı üçün kompüterləri sata bilməmişlər. Sonra isə o və Elvin dönərxanaya gedib borcu vermiş və girov qoyduqları kompüteri götürmüşlər. Yerdə qalan dörd ədəd kompüterləri sata bilməmişlər, həmin 4 kompüter onlarda qalmışdır. Polis əməkdaşları onu və Elvini tutanda onlarda olan dörd ədəd kompüteri polislərə təhvil vermişlər. Sonda o, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu zərəri ödədiklərini bildirmiş, barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini, şahidi dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsiri özlərinin etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında yerləşən icarəyə götürdüyü sexdə ona məxsus olan və direktoru olduğu "xxxx" MMC müəssisəsinin mebel istehsalı işi təşkil olunmuşdur. Sexdən oğurluq edildiyini aşkar etdiyi gündən əvvəlki xx.xx.2023-cü il tarixdə günün sonunda saat 18:40 radələrində sexinin qapısını bağlayaraq işdən çıxmışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında sexə gələn zaman qapının açıq olmasını, içəridən hər biri 450 manat olan 2 ədəc “Samsung”, 300 manat olan 1 ədəd “Asus”, hər biri 400 manat olan 2 ədəd “HP” markalı noutbuk kompüterlərin, 400 manat dəyərində 1 ədəd printer, 600 manat dəyərində 1 ədəc personal kompüterin prosessorunun, kompüterlərin üzərində olan 4 ədəd kompüteri cərəyana qoşmaq üçün elektrik naqilinin oğrulamasını aşkar etmişdir. Onun mallarının oğurlanması nəticəsində vurulmuş ziyan ümumilikdə 3.000 (üç min) manat olmuşdur. Bununla belə, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilmişdir, sonunculara qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, ünvan 9 ünvanında icarəyə götürdüyü 12 kvadrat metr sahəsi olan obyektdə kompüter təmiri, alışı və satışı ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 09:30-da istifadə etdiyi ***-***-**-** nömrəsinin “WhatsApp” proqramına ***-***-**-** nömrəsindən zəng gəlmiş, tanımadığı şəxs ona printer və sistem bloku satmaq istədiyini demiş, təxminən saat 11 radələrində 3 nəfər tanımadığı şəxs gələrək sistem bloku və printer gətirmişlər. O, həmin şəxslərdən gətirdikləri əşyaların oğurluq olub-olmadığını soruşduqda həmin şəxslər oğurluq əşya olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs3 şəxsiyyət vəsiqəsinin kserosurəti ilə sistem blokunu və printeri 300 manata almışdır. xx.xx.2023-cü il tarixdə onunla ***-***-**-** nömrəsi ilə özünü Nahid kimi təqdim edən şəxs onunla əlaqə saxlayaraq kompüter alıbalmadığını soruşmuşdur. O, kompüter aldığını bildirmiş, sonra onun işlədiyi yerə 4 nəfər şəxs gəlmişdir. Onlar “HP” maraklı kompüteri satmaq istədiyini demişdir. Kompüterin vəziyyəti yaxşı olmadığı üçün onu Təqsirləndirilən şəxs4 hərbi biletinin kserosurəti ilə 50 manat məbləğində pula almışdır. Sonra Ramin ona əlavə kompüterlər olduğunu dmişdir. O, onlardan sənədlərinin olub-olmamasını soruşduqda sənədlərinin olmadıqlarını demişlər, o da əlavə kompüter almamışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında isə polis əməkdaşları onunla telefon vasitəsilə əlaqə saxlayaraq kompüterin oğurluq olmasını demişlər. Aldığı kompüterlərin oğurluq olması barədə məlumatı olmamışdır. Hətta kompüteri satan şəxsdən dəfələrlə soruşsa da sonuncu kompüterin özünə məxsus olmasını bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işinin materiallarında olan ekspert rəyini və müvafiq istintaq hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. İş materiallarında olan “Götürmə aparılması haqqında” 14 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 1 ədəd “HP” markalı, 1 ədəd “Asus” markalı, 2 ədəd “Samsung” nootbuk, 4 ədəd cərəyan adapteri götürülmüşdür. İş materiallarında olan “Götürmə aparılması haqqında” 14 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 bir ədəd “HP” markalı nootbuk götürülmüşdür. İş materiallarında olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 14 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona təqdim edilən nootbukları və cərəyan adapterlərini iş yerindən oğurlanmış əşyalar kimi tanımışdır. İş materiallarında olan qəbzdən görünür ki, 2 ədəd “HP” markalı, 1 ədəd “Asus” markalı, 2 ədəd “Samsung” nootbuk, 4 ədəd cərəyan adapteri Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 mart 2023-cü il tarixli 9/1137 nömrəli rəyindən görünür ki, ekspertizaya tədqiqatına təqdim edilmiş nootbukların orta istismar parametrlərinə uyğun olaraq 2023-cü ilin yanvar ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 890,0 manat müəyyən olunur. Həmin əşyaların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 14 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 yanvar 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-482/2023 saylı, 04 sentyabr 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 13 oktyabr 2023-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 14 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 yanvar 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-482/2023 saylı, 04 sentyabr 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 13 oktyabr 2023-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 14 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 yanvar 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-482/2023 saylı, 04 sentyabr 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 13 oktyabr 2023-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 14 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 yanvar 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-482/2023 saylı, 12 iyul 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 22 iyul 2023-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli sağlamlıq vəziyyətinin müayinə edilməsinə dair aktdan görünür ki, Təqsirləndirilən şəxs3 talassemiya gen daşıyıcısıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşman olmasını, yaşını, ilk dəfə olaraq cinayət törətməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşman olmasını, yaşını, ilk dəfə olaraq cinayət törətməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşman olmasını, yaşını, talassemiya gen daşıyıcısı olmasını, ilk dəfə olaraq cinayət törətməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs4 törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşman olmasını, yaşını, ilk dəfə olaraq cinayət törətməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, şahinin ifadəsini tədqiq edərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Onların əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib cinayət cəzası daşımalıdırlar. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs1 14 – 16 yanvar 2023-cü il tarixləri üzrə şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün, 13 oktyabr 2023-cü il tarixindən bu günədək həbsdə saxlanıldığı 01 (bir) ay 18 (on səkkiz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilməli və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, bundan başqa, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs2 14 – 16 yanvar 2023-cü il tarixləri üzrə şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün, 13 oktyabr 2023-cü il tarixindən bu günədək həbsdə saxlanıldığı 01 (bir) ay 18 (on səkkiz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilməli və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, bundan başqa, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs3 14 – 16 yanvar 2023-cü il tarixləri üzrə şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün, 13 oktyabr 2023-cü il tarixindən bu günədək həbsdə saxlanıldığı 01 (bir) ay 18 (on səkkiz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq 02 il 08 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilməli və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, bundan başqa, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs4 14 – 16 yanvar 2023-cü il tarixləri üzrə şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün, 22 iyul 2023-cü il tarixindən bu günədək həbsdə saxlanıldığı 04 ay 09 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq 02 il 03 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs4 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilməli və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən oğurlanmış 2 ədəd “HP” markalı, 1 ədəd “Asus” markalı, 2 ədəd “Samsung” nootbuk, 4 ədəd cərəyan adapterinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada dövlət nəfinə keçirilməlidır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs4 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs4 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi4 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 14 – 16 yanvar 2023-cü il tarixləri üzrə şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün, 13 oktyabr 2023-cü il tarixindən bu günədək həbsdə saxlanıldığı 01 (bir) ay 18 (on səkkiz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 14 – 16 yanvar 2023-cü il tarixləri üzrə şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün, 13 oktyabr 2023-cü il tarixindən bu günədək həbsdə saxlanıldığı 01 (bir) ay 18 (on səkkiz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 14 – 16 yanvar 2023-cü il tarixləri üzrə şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün, 13 oktyabr 2023-cü il tarixindən bu günədək həbsdə saxlanıldığı 01 (bir) ay 18 (on səkkiz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 14 – 16 yanvar 2023-cü il tarixləri üzrə şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün, 22 iyul 2023-cü il tarixindən bu günədək həbsdə saxlanıldığı 04 (dörd) ay 09 (doqquz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 03 (üç) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən oğurlanmış 2 ədəd “HP” markalı, 1 ədəd “Asus” markalı, 2 ədəd “Samsung” nootbuk, 4 ədəd cərəyan adapterinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tutularaq müştərək qaydada dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, əxs Təqsirləndirilən şəxs4 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi4 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 809 oktyabr692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-482/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-482/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver