Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-485/2023 14.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 14 sentyabr 2023-cü il tarixdə, saat 10:00-da, Bakı şəhərində xx xxxxxxxx 2001-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Xaçmaz rayonu, Xudat şəhəri 4-cü şöbə massivində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 13 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində tutulmuş, 15 may 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 yanvar 2023-cü il tarixdə, saat 09:30 radələrində "xxxx" MMC-yə məxsus Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsində yerləşən «Binə» çörək zavodunun mühafizə otağında həmin zavodda mühafizəçi işləyən Zərərçəkmiş şəxs onun adının müəsissəyə daxil olan fəhlələr siyahısında olmadığını deməsinə yersiz səbəb göstərərək şəxsi münasibətlər zəminində əl zərbələri ilə sonuncunun burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan burun nahiyəsinin şişkinliyi və səthi əzilmiş yarası, üst dodağın şişkinliyi, iç səthinin selikli qişasının qansızması və əzilmiş yarası, sağ qulaqönü nahiyənin şişkinliyi kimi sağlanmlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, çörək pulu qazanmaq üçün Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Z.Şərifov küçəsində yerləşən «Binə» çörək zavodunda bir neçə günlük iş götürərək fəhlə işləyirdi. Belə ki, 24 yanvar 2023-cü il tarixdə, saat 09:30 radələrində zavodun girişində yerləşən mühafizə otağından çıxıb zavodan çölə çıxan zaman zavodun mühafizəçisi onun adımın qeydiyyat jurnalına baxıb adının siyahıda qeyd olunmadığını və tapa bilmədiyini bildirmişdir. O da iradla neçə gündür ki, gəlib getdiyini adı qeyd olunduğunu nə üçün indi adı çıxmadığını demişdir. Bu zaman mühafizəçi “İlqar” adlı şəxs ona kobud cavab verəndə o, İlqarın yaxasından tutmuş bu zaman İlqarda onun yaxasından tutub yumuruqla iki-üç zərbə ilə İlqarın sifətindən vurmuşdur. Onların əlbəyaxa olmaqlarını görən orada işləyən Fuad adlı şəxs hadisə yerinə gələrək onları sakitləşdirib onu kənara çəkmiş, onları sakitləşdirmişdir. Hazırda o, Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Buna görə də cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin 13 sentyabr 2023-cü il tarixli iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə etdiklərini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını, sağlamlıq vəziyyəti ilə əlaqədar məhkəmənin sonrakı tarixli iclaslarında iştirak edə bilməyəcəyini bildirmiş, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsində yerləşən «Binə» çörək zavodunda mühafizəçi işləyir. 24 yanvar 2023-cü il tarixdə saat 09:30 radələrində zavodun girişində yerləşən mühafizə otağında olan zaman işlədiyi zavoda fəhlə işləyən sonradan adını “Sənan” kimi bildiyi şəxs zavodan çölə çıxan zaman o, Sənanın adının qeydiyyatda olub-olmadığı üçün qeydiyyat jurnalına siyahıya baxmışdır. Sənanın adını siyahıda tapa bilməmişdir. Sənandan sıra nömrəsini bilib-bilmədiyini soruşmuşdur. Sənan da ona kobud formada 76 nömrəsi olduğunu demiş, o da yenə jurnala baxanda həmin nömrədə də Sənan adı olmadığını görmüşdür. Bunu Sənana dedikdə Sənan ünvansız söyüş söymüşdür. O, Sənana irad tutmuşdur ki, ayıbdır cavan oğlansan yaraşmır. O, bununla bağlı digər mühafizəçiləri çağırmışdır. Onun mühafizəçiləri çağırmağı Sənanı əsəbləşdirmiş bu səbəbdən aralarında mübahisə yaranda mübahisə zamanı Sənan əl zərbələri ilə onun sifətindən burun nahiyəsindən və ağız nahiyələrindən ona ağrıdıcı zərbələr yetirmişdir. Bu zaman hadisə yerinə gələn digər mühafizəçi yoldaşı Fuad adlı şəxs hadisə yerinə gələrək Sənanı kənarlaşdırıb sakitləşdirmişdir. Sənanın ona yetirdiyi xəsarətlərlə bağlı “Baku medikal” tibb müəsissəsinə müraciət etmişdir. Tibbi yardım aldıqdan sonra evə getmişdir. Tibbi müalicəsi yaşadığı mənzildə almışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, hazırda Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsində yerləşən «Binə» çörək zavodunda mühafizəçi işləyir. Zərərçəkmiş şəxs onunla birlikdə mühafizəçi işləyir. Belə ki, 24 yanvar 2023-cü il tarixdə saat 09:30 radələrində zavodun girişində yerləşən mühafizə otağına gələn vaxtı zavoda təmir işləri görən adını Sənan bildiyi şəxs Gözətçi otağında İlqarla əlbəyaxa olduğunu görmüş, o, sonuncuların davaların sakitləşdirmək üçün yaxınlaşıb Sənanı kənara çəkmişdir. Həmin vaxt İlqarın sifətində qan olduğunu görmüşdür. O, İlqardan soruşanda Sənan yumruqla İlqarın sifətinə vuraraq xəsarət yetirdiyini bilmişdir. Bundan sonra İlqar hadisə barədə polisin 102 zəng mərkəzinə məlumat verərək şikayət etmişdir. Sənan İlqarı döyərək xəsarət yetirən vaxtı orada kənar heç kəs olmamışdır. İş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cli il tarixli 61 saylı rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: burun tənəffüsün çətinləşməsi ilə müşayiət olunan burun nahiyyəsinin şişkinliyi və səthi əzilmiş yarası, üst dodağın şişkinliyi. iç səthinin selikli qişasının qansızması və əzilmiş yarası, sağ qulaqönli nahiyənin şişkinliyi. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, şəxsin özünün göstərdiyi şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda zərərçəkmişə vurduğu zərəri aradan qaldırmış və onunla barışmışdır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə işin icraatına xitam verilir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 14 (on dörd) iş saatı üçün 84 (səksən dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 14 (on dörd) iş saatı üçün 84 (səksən dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-**********1300204113, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-485/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-485/2023
14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver