Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-487/2025 26.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1997-ci ildə Lerik rayonu, Kaqoy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Kaqoy kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 may 2025-ci il tarixdə saat 10:15 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kavz 664 QAZ 53” markalı **- XU-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində geriyə doğru hərəkət etdirərkən «Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq avtomobili geriyə hərəkət etdirməzdən əvvəl arxada hissəsində onun hərəkət üçün heç bir maneənin olmamasına əmin omalı və avtomobilin arxa hissəsində onun hərəkəti istiqamətində hərəkətdə olan piyadanı avtomobilin hərəkət etdiyi hissədən kənarlaşdıqdan sonra avtomobili geriyə doğru hərəkət etdirməli olduğu halda həmin tələblərə riayət etməmiş və həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyərək, yol hərəkəti qaydalarını pozub “Kavz 664 QAZ 53” markalı avtomobilin arxa hissəsində onunla eyni istiqamətdə hərəkətdə olan 25 oktyabr 1961-ci il təvəllüdlü piyada X6 avtomobilin arxa hissəsi ilə vurması nəticəsində ehtiyatsızlıqdan Aslanov Xaqaninin bədənin ümumi küt travması: döş qəfəsinin arxa səthinin sol yarısında, sol kürək xətt üzrə sol İV-V qabırğaların yerdəyişən sınıqları və sınıqlar ətrafı yumuşaq toxumlarda qansızmalar ilə qeyd olunan ağ ciyərdə əzilmiş-cırılmış yaralar; qarın nahiyyəsinin ön divarında geniş ölçüdə qançır ilə müşayət olunan qaraciyərin böyük payında əzilmiş-cırılmış yaralar, kəskin və çoxlu qanitirmə; daxili üzvlərin azqanlığı; ürəkdə çoxsaylı Minakov ləkələri; sol qaşüstü və qaşaltı nahiyyələrdə qançır, sol gözaltı və almacıq, burun hər iki dodaq, sol əl, sol əlin baş barmağı, sol əlin İİ- İİİ barmaqları, sol budun 1/3 hissəsindən sağ ayaq barmaqlarına qədər davam edən nahiyyədə çoxsaylı sıyrıqlar, sol diz oynağı pəncəsi və sol bud nahiyyələrdə sıyrıqları ilə nəticələnən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq döş qəfəsinin və qarın küt travması nəticəsində yaranmış ağciyərlərdə və qaraciyərdə əzilmiş cırılmış yaralar nəticəsində baş vermiş qan itirmə 02 may 2025-ci il tarixdə saat 15:30-da ünvan 2 ünvanında yerləşən X12 ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nın 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, hadisə günü səhər avtomobilin sahibi ona zəng etmiş və işə getmək üçün avtomobili götürərək işə getmişdir. Uşaqlar 1-ci maşınla çadırı quraşdırmışlar. Orada iki çadır lazım olmuşdur. Gəlmişdir ki, 2-ci avtomobili götürüb aparsın çadırı quraşdırsın. Arxada bir çox adam olmuşdur. Ona demişlər ki, çadırla məsafə uzaqdır, maşını arxaya versin ki, işləmək rahat olsun. Bir nəfərdə qalmışdır sol tərəfdə ki, ona göstəriş versin və avtomobili idarə etsin. Avtomobilə oturaraq arxaya vermişdir. 1 metr arxaya verən kimi qışqırıq səsi eşitmişdir. Bir tərəf ağaclıq olduğundan güzgü arxanı tutmuş, sol güzgü idi tək və arxanı görmədiyi üçün, bir nəfər də Olmuşdur ki, yolu ona desin. Əməlindən peşman olmağını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 4-5 ildir ki, çadır avtomobili sürür. “Qaz 53” markalı avtomobili etibarnamə əsasında sürür. Avtomobilin sahibi Əsgərov Bahadurdur, ona icarəyə işlətmək üçün vermişdir. Getdiyi yer hüzur yeri idi, yolun qırağı idi. Avtomobil tam işlək vəziyyətdə deyil, köhnədir. Güzgüləri arxanı tam görmür. Gərək adam ola ki baxsın desin, o, da arxaya versin. Avtomobili idarə edərkən tək idi, lakin ətrafda adamlar var idi. O, avtomobili arxaya verəndə vurduğu şəxs yolu keçmək istəyirmiş. Avtomobildən düşmüş, gəlib yaxınlaşaraq görmüşdür ki, hadisə baş verib. Şəxs keçinməmiş, su vermişlər, ilk tibbi yardım göstərmişlər və tez təcili tibbi yardıma zəng etmişlər. Tez təcili tibbi yardıma məclisin sahibi zəng etmişdir. Şəxsi aparmışlar xəstaxanaya. Sonra polislər gəlmiş, onu da aparmışlar xəstaxanaya. Elə düşünmüşdür ki, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisini rəsmi barışıq ərizə ilə məhkəməyə müraciət edəcəyini bilmir. Avtomobili arxaya verəndə həmişə dəyən adam deyirdi. Yaşca böyük idi, çadır işçisi idi oda. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə görüşüb əlaqə saxlamışdır. İlkin təhqiqat və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir: “Babayev Bahadura məxsus etibarnamə ilə idarə etdiyi gümüş rəngli QAZ 53 markalı **-XU-*** dövlət nömrə nişanlı çadır kirayə üzlüklü yük maşın idarə edir və sifariş əsasında ünvanlara gedir və çadırı qurub təhvil verirlər. Belə ki, xx.xx.2025-cü il tarixdə təxminən 10:10 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yas mərasimi ilə əlaqədar çadır qurmaq üçün ünvana gəlmiş və orada yolun hərəkət hissəsində çadır qurmaq üçün saxlamış və bir qədər arxaya verməli olduğu üçün idarə etdiyi yük maşınını arxaya hərəkət edən zaman yol kənarında hərəkətdə olan bir kişinin qışqırtı səsini eşitmiş və saxlamışdır. Saxlayan zaman güzgülərə bir daha baxmış və görmüşdür ki, adam və ya maşın yoxdur, buna baxmayaraq maşından düşüb arxaya keçdikdə görmüşdür ki, bir nəfər kişi yıxılıb və vəziyyəti pisdir. Bundan sonra ona kömək etmək məqsədilə TTY-ya müraciət edib məlumat vermişdir”. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, mərhum X8 onun atası olmuşdur. Hadisə günü, yəni 02 may 2025-ci ildə işdə olmuşdur. Əmisi oğlu ona zəng etmişdir ki, təcili yaxınılaşsın Sabunçu Rayon Xəstəxanasına. O, da işdən çıxıb xəstəxanaya getmişdir. Xəstəxanada demişlər ki, belə bir hadisə olub. O, getdiyində atası artıq keçinmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Yas mərasimlərini keçirməyə köməklik etmişdir. Təqsirləndirilən şəxslə Polis İdarəsində barışmışlar. İlkin təhqiqat və ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir: “02 may 2025-ci il tarixdə Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş X9 atasıdır. X2 ilə bir ünvanda yaşayır, mütəmadi olaraq səhərlər çıxıb hava alır və gəzinti edirdi. Belə ki, 02 may 2025-ci il tarixdə səhər radələrində rəhmətə getməmişdən öncədə gəzinti zamanı Günəşli qəsəbəsində, S.Cəfərov küçəsində olduğu vaxt təxminən 10:00 radələrində yaşadıqları evdən çıxaraq gəzməyə getmişdir. Təxminən bir saat saat sonra əmisi oğlu məlumat verərək bildirmişdir ki, atası xəstəxanadadır, yol nəqliyyat-hadisəsi zamanı maşın vuraraq xəsarət yetirib və vəziyyəti yaxşı deyil. O da, dərhal ora çatmış və bir qədər sonra məlumat verdilər ki, atası yol-nəqliyyat hadisəsi zamanı almış olduğu xəsarətlərdən xəstəxanada vəfat etmişdir. Bundan sonra polis əməkdaşları gələrək sorğu sual etdikdən sonra mərhumu məhkəmə-tibb ekspertizası müayinəsinə göndərilmiş və müayinədən sonra meyiti qəbul edib həmin gün Suraxanı rayonu, Binə qəsəbəsi, Binəkənd qəbirstanlıqda dəfn etmişlər”. Məhkəmənin 25 noyabr 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən şahid qismində tanınmış Şahid ərizə təqdim edərək qeyd etmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, əlavəsi yoxdur, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı Şahid ifadəsində göstərmişdir: “o, Təqsirləndirilən şəxs ilə birlikdə kirayə çadırda işləyir. Onun vəzifəsi çadırı qurub, qurduqdan sonra çay vəzifəsinə baxmaqdır. Belə ki, həmin gün yük maşının sahibi Babayev Bahadur ona zəng edərək bildirmişdir ki, Samir adlı şəxslə birlikdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində kirayə çadır qurmaq lazımdır. O da, razılaşmış və deyilən ünvana gedərək Samirlə görüşmüşdür. Görüşdükdən sonra yas mərasiminin sahibi bildirmişdir ki, yolun sağ hissəsində çadır qurulsun və qurulacağı yeri onlara göstərmiş və getmişdir. Bundan sonra Samir idarə etdiyi yükmaşını saxladığı yerdən çadır qurulan yerə istiqamətlənməsi üçün arxaya verməsi lazım oldu və o, ona kömək üçün arxaya verməsini göstərmişdir. Lakin arxadan maşın keçməsini gözləsədə canlı şəxsin orada olmasını görməmiş və Samir həmin yük maşının arxaya hərəkət etdirən zaman eşitmişdir ki, ətrafdakılar qışqıraraq bildirmişlər ki, sürücü yük maşının arxa hissəsi ilə bir nəfəri vurdu. O da, arxaya keçdikdə görmüşdür ki, bir nəfər kişi orada uzanıb və bu zaman Samirdə maşından düşərək ora gəlmiş və köməklik üçün TTY-ya müraciət edib məlumat vermişdir”. Məhkəmə iclasında yol-nəqliyyat hadisəsinin özündə əks etdirən bir ədəd DVD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, üzərində kirayə çadır yazılmış və Qaz 53 markalı, nömrə nişanının görülməsi mümkün olmayan yükmaşının arxa hissəyə hərəkətdə olması, hərəkətdə olan zaman yükmaşının sol yan hissəsində bir nəfər şəxsin arxaya hərəkət etməsində köməklik etməsinin və həmin zaman yükmaşının arxa hissəsində yolun ortadan gələrək yükmaşının arxa hissəsinə keçərək yolun hərəkət hissəsində hərəkətini davam etdirməsi və yükmaşınını arxaya hərəkət etdiyi zaman yükmaşının arxa hissəsi ilə vurması və vurduqdan sonra sürücünün yükmaşının saxlaması və hadisə yerinə qaçması, həmçinin zərərçəkmiş şəxsin yerdə uzanıqlı olması öz əksini tapmışdır. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 02 may 2025-ci il tarixli 54 saylı rəyindən görünür ki, 1961-ci il təvəllüdlü X1 məhkəmə-tibbi ekspertizasına, onun adına tərtib edilmiş xəstəlik tarixində qeyd edilənlərə və laboratoriya tədqiqatının nəticəsinə əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq nəticəyə gəlinmişdir ki, X3 meyitinin müayinəsi zamanı bədənində müəyyən edilmiş xəsarətlər – bədənin ümumi küt travması; döş qəfəsinin arxa səthinin sol yarısında, sol kürək xətt üzrə sol İV-V qabırğaların yerdəyişən sınıqları və sınıqlar ətrafı yumuşaq toxumlarda qansızmalar ilə qeyd olunan ağ ciyərdə əzilmiş-cırılmış yaralar; qarın nahiyyəsinin ön divarında geniş ölçüdə qançır ilə müşayət olunan qaraciyərin böyük payında əzilmiş-cırılmış yaralar, kəskin və çoxlu qanitirmə; daxili üzvlərin azqanlığı; ürəkdə çoxsaylı Minakov ləkələri; sol qaşüstü və qaşaltı nəahiyyələrdə qançır, sol gözaltı vı almacıq, burun hər iki dodaq, sol əl, sol əlin baş barmağı, sol əlin İİ-İİİ barmaqları, sol budun 1/3 hissəsindən sağ ayaq barmaqlarına qədər davam edən nahiyyədə çoxsaylı sıyrıqlar, sol diz oynağı, sol ayaq pəncəsi və sol bud nahiyələrində sıyrıqlar həyati olub X.S.X14 Mərkəzinə daxil olduğu vaxtdan bir qədər əvvəl bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində və xəstəlik tarixində qeyd olunan xx.xx.2025-ci il tarixdə və şəraitə, yəni yük maşını ilə hərəkətdə olarkən piyada qismində vurulması nəticəsində əmələ gələ bilərdilər. Bu xəsarətlər dərəcəsinə görə, ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümü ilə bir-başa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb bədənin, döş qəfəsinin və qarının küt travması nəticəsində yaranmış ağciyərlərdə və araciyərdə əzilmiş-cırılmış yaralar nəticəsində baş vermiş kəskin, çoxlu qanitirmə olmuşdur. Mərhumun ölümü 02 may 2025-ci il tarixdə saat 15:30-da X12 baş vermişdir, buda meyit əlamətlərinin inkişaf dərəcəsi ilə təsdiq olunur. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1.4.benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının 16 iyul 2025-ci il tarixli, 3-16-16/2-8/1322/2025 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, QAZ 53 markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs BD seriyalı 418604 nömrəli “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 may 2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 03 may 2025-ci il tarixdə Suraxanı RPİ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 02 may 2025-ci il tarixli, 1/547 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsindən görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. İş materiallarında olan Suraxanı Rayon Polis İdarəsi tərəfindən verilmiş 03 may 2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin X4 məlumatına əsasən, Təqsirləndirilən şəxs məxsus BD418604 nömrəli srücülük vəsiqəsi 15 fevral 2023-cü ildən 15 fevral 2033-cü ilədək qüvvədədir. Azərbaycan Respublikası DİN BDYPİ-nin X5 Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılmasına dair heç bir qeydiyyat aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan AZ-İİ seriyalı 508511 nömrəli 10 iyun 2025-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X8 02 may 2025-ci ildə ölmüşdür. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisinin məhkəmə iclasında verdiyi ifadələr, ekspert rəyləri, hadisə yerinin videogörüntüsü, baxış protokolları və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 aprel 2012-ci il tarixli qərarında qeyd edildiyi kimi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən həmin Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər, yəni avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin əmələ görə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X7 barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını və hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət nəticəsində vurulmuş zərəri aradan qaldıraraq, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Lakin məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cəzasını yungülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddə təyin edilməsinə əsas görmür. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalı, Təqsirləndirilən şəxs 02 – 03 may 2025-ci il tarixləri üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd “DVD” disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 02 – 03 may 2025-ci il tarixləri üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 8 (səkkiz) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 88 (səksən səkkiz) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-487/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-487/2025
26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver