Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-488/2022 14.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-223/2022 saylı, xx.xx.2022ci il tarixli hökmü ilə 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 08 yanvar 2022-ci il tarixdə, saat 14:00 radələrində Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, 1 saylı evin qarşısında olan “Bavariya” adlı kafenin saxlanc yerinə qanunsuz daxil olaraq, soyuducudan 1 kiloqramının dəyəri 11.40 manat olmaqla, cəmi 57 manat dəyərində hinduşka ətini, 1 kiloqramının dəyəri 14 manat olmaqla, cəmi 42 manat dəyərində quzu ətini və 1 kiloqramının dəyəri 11.50 manat olmaqla, cəmi 46 manat dəyərində iri buynuzlu mal ətini gizli olaraq talamış və nəticədə zərərçəkmiş Zərərçəkmiş şəxs1 145 (yüz qırx beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgəsinin əmlakını açıq olaraq talama məqsədi ilə 29 may 2022-ci il tarixdə saat 12 radələrində ünvan 2 ünvanında yerləşən aptekin qarşısında Zərərçəkmiş şəxs3 yaxınlaşaraq, sonuncunun sağ əlində olan və Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 100 manatlıq pul əskinasını dartıb alaraq qaçmaqla, Zərərçəkmiş şəxs2 100 (yüz) manat məbləğində maddi ziyan vurub soyğunçuluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 180.2.2-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 177.2.3 və 180.2.2-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 08 yanvar 2022-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, 1 saylı evin qarşısında olan “Bavariya” adlı kafenin anbarına qanunsuz tək halda daxil olmuş və həmin anbarın soyuducusunda saxlanılan təxminən 5 kq hinduşqa ətini, 3 kq quzu ətini və 4 kq dana ətini oğurlayaraq, adı yadına qalmayan kafeyə həmin tarixdə dəyərindən aşağı qiymətə, yəni 120 manat nəğd pula satmışdır. Həmin 120 manat pula bir müddət özünə siqaret almışdır. Daha sonra Suraxanı rayon polis idarəsinin 32-ci polis bölməsinin əməkdaşları onun 08 yanvar 2022ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, 1 saylı evin qarşısında olan “Bavariya” adlı kafeninin anbarına qanunsuz daxil olaraq və həmin anbarın soyuducusunda saxlanılan təxminən 5 kq hinduşqa ətini, 3 kq quzu ətini və 4 kq dana ətini oğurlamağı barədə məlumat alan kimi onu axtarmağa başlamışlar. Həmçinin, “Bavariya” adlı kafenini işlədən Zərərçəkmiş şəxs1 da baş vermiş hadisə barəsində Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə və həmin tarixdə 32-ci polis bölməsinə şikayət ərizəsi verməsi olmuşdur. Buna baxmayaraq o, Suraxanı RPİ-nin 32-ci Polis Bölməsi tərəfindən saxlanılan zaman tərəfindən oğurladığı 5 kq hinduşqa ətinin, 3 kq quzu ətinin və 4 kq dana ətinin ümumi 145 manat pulu Zərərçəkmiş şəxs1 ödəmişdir. Zərərçəkmiş şəxs1 öz növbəsində Suraxanı RPİ-nin 32-ci polis Bölməsinə ərizə ilə müraciət edərək, onun barəsində şikayətçi olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs1 tanımamış, ilk dəfə oğurluqdan sonra sonuncu ilə üz-üzə gəlmişdir. Həmin oğurluq cinayətini özü tək etmiş, həmin oğurluqda ona köməklik edən şəxs və ya şəxslər olmamışdır. Zərərçəkmiş şəxs1 ilə onun heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Bundan sonra, ehtiyaclarını ödəmək üçün oğurluq və yaxud da soyğunçuluq etmək qərarına gəlmişdir. Bu niyyətlə də 29 may 2022-ci il tarixdə, saat 12 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə gəlmiş və ətrafına nəzər yetirərək, oğurluq edə biləcəyi obyekt və ya ev axtarmağa başlamışdır. Bu zaman Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış massivi, S.Noçuyev küçəsində aptekin yanında olarkən, bir qadının əlində 100 manatlıq pul əskinası ilə ayaqqabı mağazasından çölə çıxmasını görmüşdür. Bu zaman həmin qadının 100 manat pulu xırdalamaq istədiyini başa düşmüş və bu anda bu qadının əlindəki pulu dartıb alaraq, qaçıb oradan uzaqlaşmaq qərarına gəlmişdir. Bu məqsədlə də arxadan həmin qadına yaxınlaşmış və ona 100 manat nağd pula xırda axtarırsa, ona verməsini və onun xırdalayıb pulu ona gətirməyini təklif etmişdir. Həmin qadın isə özünün pulu xırdalayacağını demişdir. Bu anda planlaşdırdığı kimi əlini atıb həmin qadının sağ əlində olan bir ədəd 100 manat pulu dartıb almış və qaçaraq, oradan uzaqlaşmağa başlamışdır. Həmin qadın arxadan dəfələrlə ona qışqıraraq geri qayıtmağını və pulu geri qaytarmağını demiş, o, isə buna əhəmiyyət verməmiş və qaçmağa davam etmişdir. Həmin qadın bir az arxasınca qaçmış və sonra dayanmışdır. O, isə qaçaraq, oradan xeyli uzaqlaşmışdır. Beləliklə də, soyğunçuluq yolu ilə əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Soyğunçuluq cinayət əməlini törətdiyi zaman onun üzərində bıçaq və ya başqa hər hansı bir alət və ya əşya olmamış və o, həmin qadına və ya başqa hər hansı bir şəxsə xəsarət yetirməmişdir. Hadisə vaxtı o, yalnız həmin qadının əlində olan 100 manat pulu dartıb qaçaraq, oradan uzaqlaşmışdır. Onun əvvəlcədən niyyəti və məqsədi həmin qadının əlindəki pulu dartıb alaraq qaçmaq olmuşdur. Buna görə də, əvvəlcə ona yaxınlaşıb fikrini dağıtmaq üçün ona pulu özünün xırdalamağı təklif etmişdir. Həmin qadın etirazını bildirdikdə isə dərhal əlini atıb həmin qadının əlindəki pulu dartıb almış və qaçaraq oradan uzaqlaşmışdır. Bu hadisə zamanı orada ətrafda bir çox tanımadığı şəxslər olmuş, lakin heç kim bu hadisəyə hansısa bir formada müdaxilə etməmişdir. Törətdiyi əməllərdən peşmandır. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 xx.xx.2022ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, parkinson xəstəliyindən əziyyət çəkdiyini, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və sonuncuya qarşı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2008-ci il tarixdən etibarən Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048 1 saylı evin qarşısında olan “Bavariya” adlı kafeninin sahibi Teymur adlı şəxs ilə arasında icarədar və içarəçi müqaviləsi bağlamaqla hər ayı 300 manat olmaqla razılaşaraq işlətməyə başlamışdır. “Bavariya” adlı kafedə X2, Şahid2 hazırki vaxta kimi işləyir. Belə ki, həmin şəxslərin hamısı ilə əmək müqaviləsi bağlamışdır. X2 “Bavariya” adlı kafedə aşpaz, Şahid2 isə xadimə olaraq fəaliyyət göstərir. xx.xx.2022-ci il tarixdə saat 14:40-də “Bavariya” adlı kafedə o, öz işləri ilə və digər işçilərdə öz işləri ilə məşğul olmuşdur. Həmin zaman “Bavariya” kafesində olan soyuducuda olan ətlərdən kabab çəkmək ehtiyatı yaranmış və bu səbəbdən o, soyuducuya yaxınlaşıb, ətləri götürmək istəmişdir. Soyuducuya baxdığı zaman 5 kq hinduşqa ətinin, 3 kq quzu ətinin və 4 kq dana ətinin yerində olmadığını görmüşdür. Bu səbəbdən “Bavariya” kafesində quraşdırılan kameraya baxmış və 1 (bir) nəfər naməlum şəxsin müştəri qismində kafeyə daxil olmasını, əyləşmək üçün masa istəməsini, daha sonra başının qarışıq olduğunu görüb, kənar şəxslərin daxil olması qadağan edilən anbara daxil olaraq və həmin anbarda olan soyuducudan 5 kq hinduşqa ətinin, 3 kq quzu ətinin və 4 kq dana ətini oğurlayaraq ani bir vəziyyətdə kafeni tərk edərək getməsini müəyyən etmişdir. Bundan sonra o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrə kartı ilə xx.xx.2022-ci il tarixdə saat 17:22-də Azərbaycan Respublikasa DİN-in 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisə barəsində məlumat vermiş, daha sonra isə yəni həmin tarixdə Suraxanı RPİ-nin 32-ci PB-nə müraciət etmişdir ki, ona məxsus olan 5 kq hinduşqa ətini, 3 kq quzu ətini və 4 kq dana ətini oğurlayan naməlum şəxsin şəxsiyyəti müəyyən edilərək barəsində qanuna müvafiq olaraq ölçü götürülməsini xahiş etmişdir. Həmçinin 5 kq hinduşqa əti, 3 kq quzu əti və 4 kq dana ətini xx.xx.2022-ci il tarixdə ona qaytarılmış, həmin oğurluq əməlini törədən şəxs Təqsirləndirilən şəxs olması məyyən edilmiş və həmin şəxs tərəfindən ona məxsus ət məhsulları tam şəkildə qaytarılmışdır. İşlətdiyi kafedən oğurluq edən şəxsi əvvəllər tanımamış, lakin sonradan onun şəxsiyyəti ona məlum olmuşdur. 5 kq hinduşqa ətinin oğurlanması nəticəsində 57 manat, 3 kq quzu ətinin oğurlanması nəticəsində 42 manat və 4 kq dana ətinin oğurlanması nəticəsində 46 manat, ümumilikdə 145 manat maddi ziyan dəymişdir. Həmçinin o, ilkin olaraq DİN-102 zəng xidmətinə verdiyi məlumatda ona dəymiş maddi ziyanı 150 manat olaraq qeyd etmiş, lakin sonradan dəqiqləşdirmə aparmış və ona dəymiş maddi ziyan təxminən 145 manat olmuşdur. 5 kq hinduşqa ətini, 3 kq quzu ətini və 4 kq dana əti saxlanılan anbara istənilən şəxs daxil ola bilməz, həmin yer anbar olmuş, yalnız o, X5 və Aynurə Dustəliyeva daxil ola bilmişdir. Kənar şəxslərin daxil olması qadağan və qanunsuz olmuşdur. Hadisənin səhərisi günü 5 kq hinduşqa əti, 3 kq quzu əti və 4 kq dana ətini xx.xx.2022-ci il tarixdə ona qaytarılmış, həmin oğurluq əməlini törədən şəxsin Təqsirləndirilən şəxs olması məyyən edilmiş və həmin şəxs tərəfindən ona məxsus ət məhsulları tam şəkildə qaytarılmışdır. Onun Təqsirləndirilən şəxs ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 xx.xx.2022ci il tarixdə məhkəməyə teleqramla müraciət edərək, səhhətində yaranmış problemlərlə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs qarşı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2015-ci ildə ailə həyatı qurmuşdur və təxminən iki aydır ki, yaşadığı evin yaxınlığında, yəni Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış massivi, S.Noçiyev küçəsində yerləşən “Bella Shoes” mağazasında satıcı işləyir. Hər gün təxminən saat 10 radələrində işə getmiş və axşam saat 20 radələrində işdən çıxmışdır. 29 may 2022-ci il tarixdə, 12 radələrində işlədiyi mağazada olan zaman mağazanın müdiri Ramil ona bir ədəd 100 manatlıq pul əskinası verərək, onu yaxınlıqda yerləşən mağazaların birində xırdalamağını xahiş etmişdir. O, da həmin 100 manatı alıb sağ əlində tutaraq, mağazadan çölə çıxmış və həmin küçədə, yəni Yeni Günəşli qəsəbəsi, S.Noçiyev küçəsində yerləşən mağazanın qarşısından keçərkən, bir nəfər tanımadığı şəxs ona yaxınlaşmış və pul xırdalamaq lazım olub-olmadığını soruşmuşdur. O, da özünün pulu xırdalayacağını demiş və sonuncudan uzaqlaşmaq istəmişdir ki, bu anda qəflətən həmin şəxs onun əlində olan 100 manatlıq pul əskinasını dartıb alaraq qaçmağa başlamışdır. O, həmin kişinin arxasınca qışqıraraq dayanmasını, qaçmamasını demiş və özü də bacardığı qədər onun dalınca qaçmışdır. Lakin həmin şəxsə çata bilməmiş və həmin şəxs onun arxadan qışqıraraq çağırmağına əhəmiyyət vermədən qaçıb oradan uzaqlaşmışdır. Həmin vaxt ətrafda tanımadığı bir çox insan olmuş və bu hadisənin şahidi olmuşlar. Lakin heç kim həmin şəxsi tutub saxlamaq üçün hərəkət etməmişdir. Bundan sonra o, mağazaya qayıtmış və hadisə barədə müdiri Ramilə məlumat vermişdir. Sonra onlar yaxınlıqda yerləşən obyektin təhlükəsizlik kamerasına baxmışlar və hadisənin necə baş verməsi məlum olmuşdur. Oğurluq hadisəsi 29 may 2022-ci il tarixdə təxminən saat 12:10 radələrində Bakı şəhəri ünvan 3 ünvanında yerləşən aptekin qarşısında küçədə baş vermişdir. Həmin şəxs ona heç bir xəsarət yetirməmiş və xəsarət yetirəcəyi ilə də hədələməmişdir. Sadəcə ondan 100 manat pulu xırdalamaq üçün kömək lazım olub-olmadığını soruşmuş və o da lazım olmadığını, özünün xırdalayacağını bildirdikdə qəflətən əlini uzadıb sağ əlində olan pulu dartaraq alıb qaçmışdır. Yəni hadisə nəticəsində heç bir xəsarət almamışdır. Həmin şəxsin əlində hadisə zamanı heç bir əşya və ya predmet olmamışdır. Həmin vaxt ətrafda bir çox insan olsa da, sonuncuları tanımamış və həmin ətrafdakı şəxslər bu hadisəyə hansısa bir formada müdaxilə etməmişlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış massivi, S.Noçiyev küçəsində yerləşən “Bella Shoes” mağazasını icarəyə götürərək, oranı işlədir. Hər gün təxminən saat 10 radələrində işə gedir və axşam saat 20 radələrində işdən çıxır. Zərərçəkmiş şəxs3 onun işlətdiyi mağazada satıcı işləyir. 29 may 2022-ci il tarixdə, 12 radələrində işlətdiyi mağazada olan zaman 100 manat pulu Xəyaləyə vermiş və həmin pulu qonşu mağazalarda xırdalamasını istəmişdir. Xəyalə mağazadan çıxdıqdan bir neçə dəqiqə sonra ağlayaraq içəriyə daxil olmuşdur. O, nə baş verməsini soruşduqda, Xəyalə bir nəfər kişinin S.Noçiyev küçəsində yerləşən aptekin qarşısında sonuncuya yaxınlaşıb, əlində olan 100 manat pulu xırdalamağı təklif etdiyini, Xəyalənin da razılaşmadığını və bu zaman həmin kişinin əlində olan 100 manat pulu dartıb alaraq qaçdığını və nə qədər arxasından qışqırıb dayanmasını desə də, həmin şəxsin qaçıb oradan uzaqlaşdığını bildirmişdir. O, dərhal çölə çıxmış və yaxınlıqda olan obyektin təhlüksizlik kamerasından baxdıqda həqiqətən də bir nəfər tanımadığı şəxsin Xəyaləyə yaxınlaşması və onunla bir neçə saniyə nəsə danışdıqdan sonra Xəyalənin sağ əlində olan 100 manat pulu dartıb alaraq qaçdığının şahidi olmuşdur. Bundan sonra polisə hadisə barədə məlumat vermişlər. Həmin hadisə 29 may 2022-ci il tarixdə təxminən saat 12:10 radələrində Bakı şəhəri ünvan 3 ünvanında yerləşən aptekin qarşısındakı küçədə baş vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini və sonuncuya qarşı şikayətinin və tələbinin olduğunu bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 2008-ci ildən etibarən yoldaşı Zərərçəkmiş şəxs1 Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllədə yerləşən “Bavariya” adlı kafeni icarəyə götürmüşdür və həmin vaxtdan sonuncunun yanında həmin kafedə mətbəxdə yemək bişirir. Onlardan başqa həmin kafedə Şahid2 kafedə ofisiant kimi işləyir. Hər gün səhər saat 10 radələrində kafeni açmışlar və axşam saat 22 radələrində kafeni bağlamışlar. Aydın həmişə bazarlıq etdikdən sonra əti boş olan otaqda olan soyuducuya yığmış və lazım olduqda oradan götürüb istifadə etmişlər. 08 yanvar 2022-ci il tarixdə səhər həmişəki kimi saat 10 radələrində Aydın kafeni açmış və onlar fəaliyyətə başlamışlar. Həmin gün təxminən saat 14:40 radələrində müştərinin istəyi üzərinə kabab bişirmək üçün Aydından soyuducudan hinduşqa ətini çıxarıb ona verməsini xahiş etmişdir. Aydın isə soyuducu olan otağa gedib təkrar geri qayıdaraq yeni aldıqları 5 kq hinduşqa əti, 3 kq quzu əti və 4 kq dana ətinin soyuducuda olmadığını bildirmişdir. O, gedib soyuducuya baxmış, lakin qeyd etdiyi ətlərin yerində olmadığını görmüşdür. Bundan sonra onlar oğurluq olmasından şübhələnmişlər və dərhal kafeyə quraşdırılan təhlükəsizlik kamerasına baxmışlar. Bu zaman bir nəfər kişinin müştəri kimi kafeyə daxil olduqdan sonra Aynurədən nəsə soruşduğunu və sonra telefonu qulağına qoyub danışmağa başladığını, Aynurənin isə öz işi ilə məşğul olduğunu görmüşdür. Bu zaman həmin şəxs kafenin soyuducu olan otağına girib orada soyuducudan ətləri götürüb kafedən çıxaraq oradan uzaqlaşmışdır. Onlar bunu aşkar etdikdən sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə bardə məlumat vermişlər. Sonradan həmin oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məlum olmuş və həmin şəxs tərəfindən oğurladığı ət məhdulları ona tam olaraq qaytarılmışdır. Oğurluq hadisəsi 08 yanvar 2022ci il tarixdə təxminən saat 14:40 radələrində işlədiyi Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllədə yerləşən “Bavariya” adlı kafedə baş vermişdir. Hadisə nəticəsində yoldaşı Zərərçəkmiş şəxs1 cəmi 145 manat maddi ziyan dəymişdir. Lakin sonradan oğurluq edən şəxs tərəfindən vurulan ziyan tam olaraq ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 5 ildir ki, Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllədə yerləşən “Bavariya” adlı kafedə ofisiant işləyir. Ondan başqa, Zərərçəkmiş şəxs1 həmin kafeyə ümumi rəhbərlik edir və bazardan alışveriş edir, onun yoldaşı Mafılə Məmmədova isə həmin kafedə yemək bişirir. Hər gün səhər saat 10 radələrində kafeni açmışlar və axşam saat 22 radələrində kafeni bağlamışlar. 08 yanvar 2022-ci il tarixdə, təxminən saat 14:40 radələrində kafedə olan zaman bir nəfər tanımadığı şəxs kafeyə daxil olmuş və tək əyləşmək üçün kabinet istəmiş, o, da kabinetlərin dolu olduğunu və zalda əyləşməsini demişdir. Həmin şəxs isə heç bir söz demədən mobil telefonla danışmağa başlamışdır. O, isə öz işi ilə məşğul olmuşdur. Bir qədər sonra Zərərçəkmiş şəxs1 onu yanına çağıraraq, yeni aldığı ətləri yığdığı soyuducudan bir nəfər şəxsin oğurluq etdiyini və həmin ətləri oğurladığını bildirmişdir. Onlar kafeyə quraşdırılan təhlükəsizlik kamerasına baxış keçirmişlər və bu zaman ondan əyləşmək üçün kabinet istəyən şəxsin onunla danışıb qurtardıqdan sonra başının digər müştərilərə qarışıq olmasından istifadə edərək kafenin digər otağında olan soyuducuya yaxınlaşıb oradan 5 kq hinduşqa əti, 3 kq quzu əti və 4 kq dana ətini oğurlamasının şahidi olmuşlar. Daha sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verilmişdir. Sonradan həmin oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məlum olmuşdur. Oğurluq hadisəsi 08 yanvar 2022-ci il tarixdə təxminən saat 14:40 radələrində işlədiyi Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllədə yerləşən “Bavariya” adlı kafedə baş vermişdir. O, oğurluq hadisəsinin şahidi olmamışdır. Çünki həmin vaxt kafedə digər müştərilər olmuş və həmin şəxs ondan tək oturmaq üçün kabinet istədikdə kabinetlərin dolu olmasını deyib zalda oturmasını təklif edərək digər müştərilərə yaxınlaşmışdır. Bir qədər sonra Zərərçəkmiş şəxs1 bu barədə dedikdə, kafedən oğurluq olması ona məlum olmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(010)-223/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)- 223/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin 14 iyul 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)- 223/2022 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-223/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2ci maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 19 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2021-ci ildə cəza müddəti başa çatmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3 və 180.2.2-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxslərin bir qisminin ondan şikayətçi olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Qeyd olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 19 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Hazırkı iş üzrə cinayəti törətdiyi vaxt Təqsirləndirilən şəxs yuxarıda göstərilən hökm üzrə məhkumluğu ödənilməmişdir. Bu hal residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3 və 180.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı bildirir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyindən, vurulmuş ziyanın ödənilməsi ilə bağlı onun mülki iddia icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. İş üzrə əmlak müsadirəsi və məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Hacıyev X4 Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona Azərbayan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbayan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbayan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-223/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunan 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplansın və ona qəti olaraq 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs başqa cinayət işi ilə əlaqədar Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-223/2022 saylı, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum edilməsi nəzərə alınaraq, hazırki işlə əlaqədar barəsində qətimkan tədbiri seçilməsin. İş üzrə əmlak müsadirəsi və məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydada iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-488/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-488/2022
14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver