Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-488/2023 06.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Suraxanı Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərarı ilə cəzanın çəkilməmiş qalan 01 il 03 ay 10 gün hissəsi 07 ay 20 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir, Suraxanı Rayon Məhkəməsinin 4(010)- 37/2023 nömrəli iş üzrə 26 yanvar 2023-cü il tarixli qərarı ilə əvvəli 25 yanvar 2023-cü ildən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş (Suraxanı Rayon Məhkəməsinin 4(010)-179/2023 nömrəli iş üzrə 25 aprel 2023-cü il tarixli qərarına əsasən həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilmiş və həbsdən azad edilmiş), 25 aprel 2023-cü ildə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 1(010)- 74/2023 nömrəli iş üzrə 08 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1 və 69.3-cü maddələri tətbiq edilməklə 03 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 1(103)-1654/2023 nömrəli iş üzrə 10 avqust 2023-cü il tarixli qərarına əsasən Suraxanı Rayon Məhkəməsinin 1(010)-74/2023 nömrəli iş üzrə 08 iyun 2023-cü il tarixli hökmü dəyişdirilərək 03 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən və hal-hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdə saat 19 radələrində oğurluq, yəni özgənin əmlakını qanunsuz olaraq talama məqsədi ilə yaşadığı ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə -yaşayış sahəsinə hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdə olan alət və avadanlıqların saxlanc yeri olan anbar təyinatlı yardımçı tiliklinin qapısını sındırıb qanunsuz içəri daxil olmaqla oradan qiyməti 24 manat olan 6 metr uzunluğunda 6mm-lik elektrik naqilini, qiyməti 20 manat olan 1 ədəd 5 metr uzunluğunda üçlük cərəyan paylayıcısını (troynik), qiyməti 11 manat olan 1 ədəd qaz açarını, qiyməti 9 manat olan 1 ədəd qaz açarını, qiyməti 10 manat olan 1 ədəd qaz açarını, ümumi qiyməti 15 manat olan 5 ədəd vintaçanı, ümumi qiyməti 20 manat olan 2 ədəd çəkici, qiyməti 24 manat olan 1 ədəd qaz tənzimləyicisini (reduktor), qiyməti 35 manat olan 1 ədəd qaz nasosunu, ümumi qiyməti 20 manat olan 2 ədəd kəlbətini, qiyməti 10 manat olan 1 ədəd böyük çəkici, qiyməti 10 manat olan 1 ədəd inşaat köpüyünü (реnа), qiyməti 35 manat olan 1 ədəd su kranını, qiyməti 15 manat olan 3 ədəd elastik qaz borusunu (şlanq), ümumi qiyməti 15 manat olan 3 ədəd kombi üçün dəmir su borusunu, qiyməti 55 manat olan 1 ədəd mətbəx üçün qabyuyulanı (moyka), anbarın üstündən ümumi qiyməti 120 manat olan 5 ədəd uzunluğu 4 metr 60 mm-lik dəmir borunu, evin həyətindən qiyməti 15 manat olan 1 ədəd dəmir lingi - ümumilikdə 463 manat qiyməti olan əşyaları gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tanışı Şahid4 ilə 18 yanvar 2023-cü il tarixdə oğurluq, yəni özgənin əmlakını qanunsuz olaraq talama barədə qabaqcadan əlbir olub 1 razılığa gələrək, 19 yanvar 2023-cü il tarixə keçən gecə ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə -yaşayış sahəsinə hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdə olan yaşayış evinin divarına bərkidilmiş qiyməti 400 manat olan 01 ədəd Türkiyə istehsalı “Maktek” markalı, JLG27- B218S,RUBY modelli, ********* seriyalı, 22 kilovatlıq kombini, qiyməti 75 manat olan 01 ədəd Türkiyə istehsalı “Beretta” markalı elektrik nizamlayıcı aparatını, qiyməti 80 manat olan 40 metr elektrik naqillərini söküb götürərək, ümumilikdə 555 manat qiyməti olan əşyaları gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdə təkrarən, oğurluq, yəni özgənin əmlakını qanunsuz olaraq talama məqsədi ilə yaşadığı ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə-yaşayış sahəsinə hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdə olan yaşayış evinin divarına bərkidilmiş qiyməti 800 manat olan 01 ədəd Türkiyə istehsalı “ECA kombi” markalı kombini söküb götürərək, gizli olaraq talamaqla oğurlamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yaşadığı, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs məxsus evin işığının yanmadığını görmüş və belə qənaətə gəlmişdir ki, həmin evdə daimi yaşayış yoxdur, ona görə də həmin evdən oğurluq etmək fikrinə düşmüşdür. 17 yanvar 2023-c i il tarixdə saat 19:00-da ünvan 3 ünvanında heç kimin olmadığı vaxtda hasardan aşaraq həyətə daxil olmuş, həyətdə olan anbar kimi istifadə olunan tikilinin üzərində olan 5 ədəd dəmir borunu yerə düşürtmüşdür. Sonra həmin tikiliyə girərək oradan kəlbətinlər, qaz açarları, vintaçanlar, bir ədəd qaz reduktoru, bir ədəd qaz nasosu, elektrik naqillərini, bir ədəd tikinti üçün реnа, bir ədəd su kranı, qaz şlanqını, bir ədəd traynik şəbəkə rozetkasını, həyətdən bir ədəd lomu götürərək evin həyətində hasarın dibinə yığmışdır. Oğurladığı əşyalar arasında xırda əşyalar çox olduğundan hamısının sayı dəqiq yadında qalmamışdır, çünki oğurluq edəndə götürdüyü əşyaların sayı onun üçün maraqlı olmamışdır. Bir az gözləmiş, ətrafa baxmış, artıq tam qaranlıq düşəndən sonra yığdıqlarını həyətdəki nərdivandan istifadə edərək küçəyə çıxartmışdır. Oradan həmin əşyaların nisbətən ağırlarını, yəni dəmir boruları, lomu evin yaxınlığında olan qamışlıq ərazidə gizlətmiş, oğurladığı digər nisbətən xırda əşyaları isə sellofana yığaraq özü ilə aparmışdır. 18 yanvar 2023-cü il tarixdə səhər vaxtı oğurladığı əşyaların içərisindən dəmir olan əşyaları seçmiş və götürərək gizlətdiyi dəmir boruların yanına gedərkən yolda tanımadığı dəmir alan şəxsləri görmüş, onlardan dəmirin qiymətini soruşduqda 30 qəpiyə yerində aldıqlarını demişlər. O, oğurladığım dəmirləri onlara satmaq qərarına gəlmiş və dəmir alanların avtomaşınına əyləşib dəmir boruları gizlətdiyi yerin yaxınlığına aparmışdır. Orada avtomaşından düşərək demişdir ki, gözləsinlər və boruları gətirərək onlara təhvil vermişdir. Satdığı dəmir boru və əşyaların çəkisinə görə ona 41 manat məbləğində pul vermişlər, amma çəki yadında deyil. 18 yanvar 2023-cü il tarixdə saat 15-16 radələrində tanışı Şahid4 ilə Hövsan qəsəbəsində “Pekarni” deyilən yerin yaxınlığında dayanacaqda təsadüfən rastlaşmış, hal-əhval tutduqdan sonra Şahid4 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində heç kimin yaşamadığı evdə kombi olmasını demiş və həmin kombini oğurlamaq istədiyini bildirmişdir. Şahid4 da ona oğurluqda kömək edəcəyini bildirmiş və gecə görüşüb oğurluğa getmək barədə razılaşmışlar. 18 yanvar 2023-cü il tarixdən 19 yanvar 2023-cü il tarixə keçən gecə saat 03:00-da Şahid4la yenidən Hövsan qəsəbəsində yerləşən “Pekarni” deyilən dayanacaqda görüşmüş və birlikdə O.Şabanov küçəsi, ev 10/7 ünvanına getmişlər. Orada əvvəl hasardan aşaraq evin həyətinə daxil olmuş, ardınca Şahid4 da eyni qaydada həyətdə girmişdir. Həyətdə divara bərkidilmiş 1 ədəd kombini, 1 ədəd elektrik gücləndiricisini və divardan elektrik naqillərini sökmüş, sonra isə hasardan çıxardaraq oradan uzaqlaşmışlar. Onlar oğurladıqlarını yaxınlıqda olan işləməyən su anbarının ərazisinə aparıb orada qarağat kolunun altında gizlətmişlər. Danışmışlar ki, səhər açılanda Bədrəddin araba taparaq kombini və elektrik gücləndiricisini aparıb satacaq və pulu böləcəklər. Özü isə naqilləri büküb götürmüş və gündüz yolda rastlaşdığı dəmir yığanlara satmışdır. Şahid4 oğurladıqları əşyaları satıb satmadığını bilməmişdir. Onları polis şöbəsinə gətirəndən sonra ona məlum olmuşdur ki, Bədrəddin kombini və elektrik gücləndiricisini oğurluqdan dərhal sonra satmağa qorxmuş və aparıb onun keçmiş qaynı olmuş qonşusu Şahid3 həyətində müvəqqəti saxlamağa qoymuşdur, tutulandan sonra isə həmin əşyaları polis əməkdaşlarına təhvil vermişdir. 19 yanvar 2023-cü il tarixdə təxminən saat 23:00 radələrində o, yenidən daha bir dəfə ünvan 3 ünvanından oğurluq etmişdir. Hasardan aşaraq həyətə daxil olmuş və divardakı daha bir kombini sökərək həyətdən çıxartmışdır. Kombini evin yaxınlığında olan qamışlıq deyilən ərazidə gizlətmişdir ki, səhər açılanda satsın. Fikrində isə kombini söküb mis-alüminum metalı kimi satmaq olmuşdur. 20 yanvar 2023-cü il tarixdə saat 15 radələrində kombini gizlətdiyi qamışlıq deyilən yerə getmişdir ki, orada kombini söküb dəmir yığanlara təhvil versin. Ancaq həmin yerə gələndə kombinin gizlətdiyi yerdə olmadığını görmüş və geri qayıtmışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında anası, arvadı və uşaqları ilə birlikdə yaşayır. ünvan 3 ünvandakı evi 2017-ci ildə almış, amma həmin ünvanda daimi yaşamamış, ancaq ay ərzində bir neçə dəfə gedib evə baxmışdır. 04 yanvar 2023-cü il tarixdə saat 15:00-da ünvan 5 ünvanına gəlmiş və saat 19:00-da isə oradan çıxmışdır. Həmin vaxt heç bir oğurluq hadisəsi baş verməmişdir. 20 yanvar 2023-cü il tarixdə təxminən saat 13:00 radələrində növbəti dəfə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, ev 10B/ ünvanına gəlmiş, evin həyətinə daxil olduqda çöldən divara bərkidilmiş 2 ədəd 800 manat dəyərində “E.C.A” və 400 manat dəyərində “Maktek” markalı kombilərin, həyətdə olan saxlanc yerinin qapısını açdıqda içəridən 1 ədəd 75 manat dəyərində işıqgücləndirici, 6 metr uzunluğunda 6mm-lik 24 manat dəyərində elektrik naqili, 1 ədəd 5 metr uzunluğunda 20 manat dəyərində traynik, 1 ədəd 11 manat dəyərində qaz açarı, 1 ədəd 9 manat dəyərində qaz açarı, 1 ədəd 10 manat dəyərində qaz açarı, 5 ədəd ümumilikdə 15 manat dəyərində vintaçan, 2 ədəd hər biri 10 manat olan 20 manat dəyərində çəkic, 1 ədəd 24 manat dəyərində qaz reduktoru, 1 ədəd 2 manat dəyərində qaz nasosu, 1 ədəd 10 manat dəyərində kəlbətin, 1 ədəd 10 manat dəyərincə böyük çəkic, 1 ədəd 10 manat dəyərində naqil kəsən kəlbətin, 1 ədəd 10 manat dəyərində реnа, 1 ədəd 35 manat dəyərində su kranı, 3 ədəd hər biri 5 manat ümumilikdə 15 manat dəyərində qaz şlanqının, 3 ədəd hər biri 5 manat ümumilikdə 15 manat olan kombi üçün dəmir su borusunun, saxlanc yerinin üstündə olan 5 ədəd 4 metr uzunluğunda 120 manat dəyərində 60 mm-lik dəmir boru, 1 ədəd 55 manat dəyərində moyka, divara bərkidilmiş 40 metr uzunluğunda 80 manat dəyərində elektrik naqilinin, evin həyətində olan 1 ədəd 15 manat dəyərində lingin oğurlanmasını aşkar etmişdir. Oğurluq nəticəsində ona 1.818 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, 20 yanvar 2023-cü il tarixdə vətəndaş Talıbov X1 Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə ərizə ilə müraciət edərək, ünvan 3 ünvanında yerləşən faktiki olaraq içində yaşayış olmayan evindən müxtəlif alət və avadanlıqların, eləcə də iki ədu kombi tipli qızdırıcı qurğularının oğurlanması barədə məlumat vermişdir. Ərizə üzrə ilk araşdırma Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin təhqiqatçısı Zaur Eyvazova tapşırılmışdır. Qeyıi-aşkar şəraitdə törədilmiş cinayətin açılması istiqamətində tədbirlər keçirilməsinə dair 21 yanvar 2023-cü il tarixdə təhqiqatçi tərəfindən tapşırıq verilmiş, tapşırığın icrası ilə əlaqədar onunla birlikdə digər polis əməkdaşı olan Şahid1 əməliyyataxtarış tədbirləri həyata keçirmişlər. Tədbirlər zamanı əməliyyat məlumatları daxil olmuşdur ki, cinayətin törədilməsində Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yaşayan Təqsirləndirilən şəxs iştirak etmişdir. 24 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yerini müəyyən edib saxlayaraq polis şöbəsinə gətirmiş, gətirilməsi barədə raportla məruzə olunmuşdur. Polis şöbəsinə gətirilərkən suallara cavabında Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində oğurluq etməsini, evin işıqlarının yanmaması və gediş-gəlişin olmamasından orada sakinlərin olmadığına əmin olaraq oğurluq etmək qərarına gəldiyini, əvvəl tək, sonra isə Hövsan qəsəbəsində yaşayan Bədrəddin adlı tanışı ilə birlikdə evə girib oğurluq etdiyini bildirmişdir. Bundan sonra müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs birlikdə cinayət törətdiyi şəxs Hövsan qəsəbəsi, Çöllük küçəsi 11 ünvanda qeydiyyatda olan Şahid4dur. Şahid4 yerini müəyyən edib polis şöbəsinə çağırmışlar, sonuncu da Təqsirləndirilən şəxs təklifi ilə birlikdə bir neçə gün əvvəl Hövsan qəsəbəsindəki yaşayış olmayan evdən bir kombi aparatı oğurladıqlarını danışmış, aparatı Hövsan qəsəbəsində qonşusu olan Cəlal adlı şəxsin həyətinə müvəqqəti saxlanca qoyduğunu demişdir. Onlar Şahid4la birlikdə sonuncunun qonşusu olan, eyni zamanda Təqsirləndirilən şəxs keçmişdə qaynı olmuş Şahid3 yaşadığı Hövsan qəsəbəsi, Çöllük küçəsi, ev 3 ünvana gəlmişlər. Orada Bədrəddin həyətin bir kənarında qoyduğu kisənin içində olan kombi aparatını özü onlara təqdim etmişdir. Orada kisədə olan “Maktek” markalı kombi aparatı və yanındakı “Beretta” markalı elektrik tənzimləyicisini Şahid4 götürmüşlər. Həmin vaxt evdə olan Şahid3 bildirmişdir ki, qonşusu Şahid4 iki-üç gün əvvəl həmin kisəni həyətə qoyub demişdir ki, qoy qalsın, kombidir, özü evdə olmayacağına görə həyətində qoymaq istəmir, qayıdanda götürəcəkdir. Şahid3 deməsinə görə özü kisənin içinə baxmamış və toxunmamışdır. Şahid4 da kombini kisədə gətirib həyətə qoyması barədə Cəlalın dediklərini təsdiq etmiş və bildirmişdir ki, Cəlalın onların işlərindən xəbəri olmamışdır. Sonradan isitntaqın tapşırığı ilə yerdə qalan malların da aşkar edilməsi üçün əlavə tədbirlər həyata keçirilsə də müsbət nəticə olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydiyyatda olduğu ünvanda ailəsi ilə birlikdə yaşayır. Şahid4 qonşu kimi tanıyır, münasibətləri normaldır, amma yaxın dostluğu olmamışdır. Təqsirləndirilən şəxs da tanıyır, çünki onun kürəkəni olmuş, 2017-ci ilədək bacısı Şahnazla nikahda yaşamış, bacısının nikahdan bir uşağı vardır, amma sonradan ayrılmışlar. Anar ilə əlaqələri yoxdur. 2023-cü ilin yanvar ayının ortalarında, evdə olduğu zaman həyətə gəlmiş Bədrəddinin onu çağırdığını eşitmiş, səsə çıxanda görmüşdür ki, əlində bir kisəni həyətə gətirmişdir. Onlar salamlaşandan sonra Bədrəddindən soruşmuşdur ki, nə istəyir, əlindəki nədir. Bədrəddin demişdir ki, “kombidir, evdə olmayacaq, istəyir qoysun burada, qayıdanda götürəcəkdir”. O, etiraz etməmiş, Bədrəddin kisəni həyətdə bir kənara qoyub getmişdir. Özü kisədə nə olduğunu yoxlamamış, Bədrəddinin deməsinə görə kombi aparatı olmuş, fıkirləşmişdir ki, yəqin haradasa özü üçün əldə etmişdir. Bədrəddin onlara gəlib kisəni qoyaraq getməsindən bir neçə gün sonra növbəti dəfə 24 yanvar 2023-cü il tarixdə artıq polis əməkdaşlarının müşaiyəti ilə gəlmiş və həyətə girən kimi kisəni saxladığı yerdə olduğu kimi qaldığını görmüş və kisəni götürüb içindəkilərlə birlikdə polis əməkdaşlarına təhvil vermişdir. Onda Bədrəddinin və polis əməkdaşlarının danışıqlarından başa düşmüşdür ki, Bədrəddinin həmin əşyaları haradansa oğurlamasından söhbət gedir. Bədrəddin polis əməkdaşlarına demişdir ki, oğurluğu onun kürəkəni olmuş Anarla törətmişdir, eyni zamanda bildimişdir ki, kisəni həyətinə qoyanda ona cinayət haqqında heç bir məlumat verməmişdir. Polis əməkdaşları oğurlanmış kombinin həyətində saxlanılması barədə ondan soruşanda vəziyyəti olduğu kimi danışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun zamandır ki, tanıyır. 18 yanvar 2023-cü il tarixdə saat 15 radələrində tanışı Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində “Pekarni” deyilən yerin yaxınlığında olan dayanacaqda görmüş, bir-biri ilə hal-əhval tutduqdan sonra Təqsirləndirilən şəxs ona ünvan 3 ünvanında heç kimin yaşamadığını, orada kombi olmasını və həmin kombini oğurlamaq istədiyini demişdir. O da Anara oğurluqda kömək edəcəyini bildirmiş və gecə görüşüb oğurluğa getmək barədə razılaşmışlar. 18 yanvar 2023-cü il tarixdən 19 yanvar 2023-cü il tarixə keçən gecə saat 03:00-da Təqsirləndirilən şəxsla Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Pekarni” deyilən dayanacaqda görüşmüş və birlikdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, ev 10/7 ünvanına getmişlər. Təqsirləndirilən şəxs hasardan aşaraq evin həyətinə daxil olmuş, o da Təqsirləndirilən şəxs arxasınca hasardan aşaraq həyətə daxil olmuşdur. Onlar həyətdə olan divara bərkidilmiş 1 ədəd kombini və divardan elektrik artıran aparatı və 30 metrə yaxın naqili sökmüş, sonra isə hasardan çıxardaraq oradan uzaqlaşmışlar, oğurladıqlarını yaxınlıqda olan işləməyən su anbarının ərazisinə gətirmişlər. Anar naqilləri büküb özü ilə aparmağa götürmüş, kombini və elektrik artıranı isə orada qarağat kolunun altında gizlətmişlər. Danışmışlar ki, səhəri gün özü onları satar, sonra pulu bölərlər. Səhər açılandan sonra o, əl arabasını qonşudan götürmüşdür ki, guya zibil atmaq istəyir, sonra kombini və elektrik aparatını bir kisəyə yerləşdirib qonşusu və Anarın keçmiş qaynı olmuş Şahid3 həyətinə aparmışdır. Anar qonşusu Cəlalın bacısı ilə evli olmuş, 5-6 il əvvəl boşanıblar. Həyətə girib kisəni divarın dibində qoymuş və Cəlalı çağırıb demişdir ki, kombi almış, amma gedəsi yeri var, evdə olmayacaq, qalsın həyətdə qayıdanda götürəcəkdir. Cəlal bir söz deməmiş, ona etiraz etməmişdir. O, Cəlala oğurluq barədə heç nə deməmişdir. Sonra bir az gözləmək istəmişdir ki, oğurluqla bağlı məhəllədə söz-söhbət azalsın ki, götürüb satsın. 24 yanvar 2023-cü il tarixdə polis əməkdaşları Anarın cinayət etdiyini bilib onu tutandan sonra onun ardınca gəlmişlər. O, polis əməkdaşlarına necə oğurluq etmələrini danışanda görmüşdür ki, artıq hər şeyi bilirlər. Sonra polis əməkdaşları ilə gedib Cəlalın həyətində qoyduğu kombi və elektrik aparatını polis əməkdaşlarına təhvil vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/1674 N°li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti təxminən qeyd edildiyi kimi müəyyən edilir: 01 ədəd “Maktek” markalı, JLG27-B218S, RUBY modelli, ********* seriyalı, 22 kilovatlıq kombi-350,00 manat; 01 ədəd Türkiyə istehsalı “Beretta” markalı elektrik nizamlayıcı aparat-20,00 manat. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon Məhkəməsinin 4(010)-37/2023 nömrəli iş üzrə 26 yanvar 2023-cü il tarixli qərarı ilə əvvəli 25 yanvar 2023-cü ildən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon Məhkəməsinin 4(010)-179/2023 nömrəli iş üzrə 25 aprel 2023-cü il tarixli qərarına əsasən həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilmiş və o, həbsdən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 aprel 2023-cü ildə “başqa yerə getməmək haqqında intizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin 1(010)-74/2023 nömrəli iş üzrə 08 iyun 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1 və 69.3-cü maddələri tətbiq edilməklə 03 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 1(103)-1654/2023 nömrəli iş üzrə 10 avqust 2023-cü il tarixli qərarına əsasən Suraxanı Rayon Məhkəməsinin 1(010)-74/2023 nömrəli iş üzrə 08 iyun 2023-cü il tarixli hökmü dəyişdirilmiş, CM-nin 67.1ci maddəsinə əsasən Suraxanı Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli 7(010)- 7/2023 saylı qərarı ilə əvəz edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 ay 22 gün hissəsi CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs 15 – 17 sentyabr 2021-ci il tarixlərdə tutulduğu 02 gün müddət cəzasından çıxılaraq üzərində qəti olaraq 03 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Əsgərov X2 Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərarı ilə cəzanın çəkilməmiş qalan 01 il 03 ay 10 gün hissəsi 07 ay 20 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olaraq təqsirini etiraf etməsini, himayəsində yetkinlik yaşına çatmamış uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Bakı Apelyasiya Məhkəməsinin 1(103)-1654/2023 nömrəli iş üzrə 10 avqust 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanaraq ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs əvvəlki iş üzrə 15 – 17 sentyabr 2021-ci ildə tutulduğu 02 (iki) gün və hazırkı iş üzrə 25 yanvar 2023 – 25 aprel 2023-cü ildə həbsdə saxlanıldığı 03 (üç) ay Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 04 (dörd) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 22 may 2023-cü ildən hesablanmalı, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs Bakı Apelyasiya Məhkəməsinin 1(103)-1654/2023 nömrəli iş üzrə 10 avqust 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd kombi və bir ədəd cərəyan tənzimləyicisi Zərərçəkmiş şəxs qaytarıldığından müvafiq olaraq həmin zərərçəkmiş şəxsin sərəncamına verilmiş hesab edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı Apelyasiya Məhkəməsinin 1(103)-1654/2023 nömrəli iş üzrə 10 avqust 2023cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki iş üzrə 15 – 17 sentyabr 2021-ci ildə tutulduğu 02 (iki) gün və hazırkı iş üzrə 25 yanvar 2023 - 25 aprel 2023-cü ildə həbsdə saxlanıldığı 03 (üç) ay Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 04 (dörd) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 22 may 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Bakı Apelyasiya Məhkəməsinin 1(103)-1654/2023 nömrəli iş üzrə 10 avqust 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd kombi və bir ədəd cərəyan tənzimləyicisi Zərərçəkmiş şəxs qaytarıldığından müvafiq olaraq həmin zərərçəkmiş şəxsin sərəncamına verilmiş hesab edilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-488/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-488/2023
06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver