Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-489/2024 28.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X4 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsi nömrəsiz evdə yaşayan, 28 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 mart 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, 12 avqust 2024-cü il tarixdə barəsində «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 mart 2024-cü il tarixdə saat 16:50 radələrində ünvan 3 ünvanın yaxınlığında idarə etdiyi “Mercedes Benz V220 CDİ” minik markalı **-DY-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilin salonunda sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs onunla tanış olmaq təklifinə təhqiramiz reaksiya verməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı əlləri ilə qəsdən Zərərçəkmiş şəxs sağ əlini tutub sıxaraq, habelə sillə ilə baş nahiyəsinə qəsdən zərbə vuraraq Zərərçəkmiş şəxs sağ əlin yumuşaq toxumasının hematoması, üst dodağın və boyunun qançırları ilə nəticələnən, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan salğamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o etibarnamə əsasında “Mercedes Benz V220 CDİ” minik markalı, **-DY- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Həmin avtomobil ilə o taksi fəaliyyəti ilə məşğul olur. Belə ki, o, sifariş ilə müştəriləri göstərilən ünvanlara aparır, sifariş olmayanda isə həmin avtomobil ilə hər müştərini bir manat müqabilində Koroğlu metrostansiyasından Yeni Ramana qəsəbəsinə aparır. 26 mart 2024-cü il tarixdə saat 16:50 radələrində o, idarə etdiyi “Mercedes Benz V220 CDİ” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Koroğlu metrostansiyasının yaxınlığında dayanıb müştəri yığmaq üçün avtomobilin pəncərəsini açıb çağırış edirmiş ki, müştəri gəlsin. Həmin vaxt əvvəllər tanıdığı Nuranə adlı qadın onun avtomobilinə yaxınlaşıb Yeni Ramana qəsəbəsinə getmək istədiyini və avtomobilin qabaq oturacağında oturmaq istədiyini bildirmişdi. O, Nuranəyə bildirmişdir ki, qabaq oturacaq boşdur, istəyirsə minsin. Bu zaman Nuranə onun idarə etdiyi avtomobilin qabaq sağ oturacağına əyləşmiş və onlar bir müddət gözlədikdən sonra müştəri olmadığı üçün oradan üzü Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi tərəfə hərəkətə başlamışlar. Həmin vaxt onun avtomobilində yalnız Nuranə və o olmuşdur. Onlar yolda olarkən bir-birlərinə tanışlıq vermişlər, o, Nuranəyə bildirmişdir ki, onlar bir yerdə eyni məktəbdə, yəni Sabunçu rayonu, Yeni Ramanada yerləşən Qubadlı orta məktəbində oxumuşlar. Nuranə də özü haqqında ona danışmış və bildirmişdir ki, özü dükanda satıcı işləyir. Bundan sonra o, idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonunda yerləşən “Buta Palace” şadlıq sarayının yaxınlığında olan zaman Nuranə ona bildirmişdir ki, o da avtomobil sürə bilir, o, Nuranəyə demişdir ki, əgər sürmək istəyirsə avtomobili sürmək üçün verə bilər. Bu zaman Nuranə onunla razılaşmış və o, avtomobili “Buta Palace” şadlıq sarayının yaxınlığında saxlamış və Nuranə qabaq sağ oturacaqdan düşüb onun idarə etdiyi avtomobilin sükan arxasına əyləşmişdir. Bundan sonra Nuranə bir müddət avtomobili idarə etdikdən sonra avtomobili saxlamış, o, yenidən sükan arxasına əyləşmişdir. Nuranə isə avtomobilin qabaq sağ oturacağına əyləşmişdir. Bundan sonra o, idarə etdiyi avtomobili sürərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində yerləşən qaçqınlar deyilən məktəbin yaxınlığında olan məhəllələrin birində saxlamışdır. Həmin vaxt o, Nuranə ilə avtomobilin içərisində bir az söhbət etmişlər, söhbət zamanı Nuranənin ondan xoşlandığını düşünüb əlaqə saxlamaq üçün Nuranədən mobil telefon nömrəsini soruşmuşdur. Bu zaman Nuranə ona etiraz edərək təhqiramiz ifadə işlətdiyi üçün aralarında mübahisə baş vermiş və mübahisə zamanı o əsəbləşərək Nuranəyə bir sillə vurmuş və əlindən tutmuş, bu zaman Nuranə səs küy salaraq onu təhqir etməyə başlamış və bildirmişdir ki, onu tutduracaq. Bu zaman o qorxmuş və qapını açaraq Nuranəyə avtomobildən düşməyini bildirmişdir. Bundan sonra Nuranə avtomobildən düşmüş və o həmin yerdən uzaqlaşaraq yaşadığı evə getmişdir. O, Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etməmiş və onu zorlamağa cəhd etməmişdir. Təqsirləndirilən şəxs son sözündə Zərərçəkmiş şəxs ilə barışdığını, Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi olmadığını nəzərə alaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, Zaqatala filialının Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibatlıq fakultəsinin tələbəsidir. 26 mart 2024-cü il tarixdə saat 16:50 radələrində “Mercedes Benz V220 CDİ” minik markalı, **-DY- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Vüqarın yolda gedərkən ona qarşı əxlaqsız hərəkətlər edərək, onu zorlamağa cəhd etməsi barədə müraciəti əsasında cinayət işi başlanmışdır. Belə ki, o, 26 mart 2024-cü il tarixdə saat 16:50 radələrində evə getmək üçün Nərimanov metrosundan Koroğlu metrosuna gəlmişdir. Saat təxminən 17 radələrində Koroğlu metrosunun üstündə üzü Mərdəkan istiqamətində dayanıb 1 manatlıq taksi gözləyirmiş ki, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində yerləşən evinə getsin. Həmin vaxt “Mersedes” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs piyada ona yaxınlaşaraq Ramana qəsəbəsinə gedib getmədiyini soruşmuşdur. O da Vüqara bildirmişdir ki, Ramana qəsəbəsinə gedir. Vüqar ona Ramana qəsəbəsinə getdiyini bildirərək, onu oraya bir manat müqabilində aparmağı təklif etmişdir. O da razılaşaraq avtomobilə yaxınlaşmışdır. Avtomobil mikroavtobus tipli olmuşdur. O avtomobilin qabaq sağ oturacağının boş olduğunu görüb fikirləşmişdir ki, arxa oturacaqlara adam yığılar və o basırığa düşməsin deyə ön oturacağa əyləşmişdir. Təxminən Vüqar 3 dəqiqə gözlədikdən sonra avtomobilə müştəri minmədiyi üçün hərəkətə başlamışdır. O, Vüqardan başqa müştəri gözləməməsini soruşduqda Vüqar bu vaxtlar müştəri olmur deyərək hərəkətinə davam etmişdir. Yol boyu Vüqar onunla ümumi söhbətlər etməyə başlamışdır. Yol üstündə Vüqar avtomobili YDM-nə sürərək avtomobilə yanacaq doldurmuşdur. Oradan Vüqar avtomobili Bakı şəhəri, Suraxanı rayonunda yerləşən “Buta Palace” restoranının yanında boş əraziyə sürüb avtomobili saxlamışdır. O, Vüqardan nə üçün saxladığını soruşduqda ona avtomobil sürməyi öyrətməyi təklif etmişdir. O da avtomobil idarə etmək çoxdankı arzusu olduğu üçün Vüqara etiraz etməmiş və sükan arxasına keçmişdir. Bundan sonra Vüqar ona avtomobili irəli doğru idarə etməyi başa salmış və o, avtomobili irəli doğru hərəkət etdirmişdir. Bir qədər sonra avtomobildən düşüb avtomobilin ön oturacağında əyləşmişdir. Vüqar avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində hərəkət etdirərkən ondan xahiş etmişdir ki, arxa oturacağa keçsin ki, kənardan heç kim görməsin. O da Vüqarın səmimi olduğunu fikirləşmiş və kənar şəxslərin avtomobildə onun tək qabaq oturacaqda oturmağını görməsin deyə arxa oturacaqda əyləşmişdir. Vüqar avtomobili tanımadığı küçədə saxlamış və arxaya boylanıb ona baxmış və qəfildən arxa oturacağa keçərək əlaqə saxlamaq üçün onun mobil telefon nömrəsini soruşmuş, o etiraz etdiyi üçün aralarında mübahisə baş vermiş və mübahisə zamanı əli ilə Vüqarı özündən kənarlaşdırmaq məqsədi ilə itələdikdə Vüqar onun baş nahiyəsinə əli ilə bir zərbə vurmuş, əlini sıxaraq onu saxlamış və bildirmişdir ki, o elə başa düşmüşdür ki, onun özünün belə fikri vardır. Bundan sonra o, Vüqara bildirmişdir ki, ona görə səmimi münasibət qurub danışmamışdır ki, Vüqar onun mobil telefon nömrəsini istəsin, o, Vüqar fikirləşdiyi qızlardan deyil, onu evinə aparsın. Bundan sonra Vüqar ona bildirmişdir ki, ondan polisə şikayət etməsin. O da Vüqara bildirmişdir ki, polisə bu barədə heç bir şikayət etməyəcəkdir. Daha sonra Vüqar onu evinə yaxın məsafədə maşından düşürüb getmişdir. O, Vüqarın həmin hərəkətlərindən əsəbləşib bu barədə evdə valideyinlərinə bildirmiş və daha sonra 31-ci PŞ-nə gedərək ərizə ilə müraciət etmişdir. Hadisə o hazırda ifadəsində göstərdiyi kimi baş vermişdir, yəni Vüqar onun dodaqlarından öpməmiş, köynəyini qaldıraraq sinəsinə toxunmamış, eləcə də onunla cinsi əlaqədə olmaq istəməmişdir. Həmin hadisə zamanı o, Vüqarla səmimi münasibət yaratdığından istifadə edərək Vüqarın onun mobil telefon nömrəsini istəməsi onun xoşuna gəlməmişdir. Onun Vüqarla səmimi söhbət etməyi ona dəlalət etmir ki, Vüqar onun mobil telefon nömrəsini istəsin. Ona görə də o əsəbləşib Vüqar barədə 31-ci PŞ-nə şikayət etmişdir. Belə ki, o, heç vaxt belə bir vəziyyətə düşməmişdir. Həmin vaxt o qorxmuş və həmin hadisədən çox həyacan keçirmişdir. Hazırda isə fikirləşir ki, onun Vüqara gücü çatmazdı, Vüqar istəsəydi onunla əxlaqsız hərəkətlər edərdi. Onun Vüqarı itələyərək özündən kanarlaşdırmasına fikir verməyib onunla zorla da öpüşə bilərmiş və digər əxlaqsız hərəkətlər edə bilərmiş. Yəni Vüqar ondan fiziki cəhətdən güclüdür. Onun Vüqara gücü çatması mümkün deyildir. Vüqar ona qarşı əxlaqsız hərəkətlər etməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, baş vermiş hadisədən bir müddət sonra qızı Nuranə tam özünə gəldikdən sonra anası Təranəyə danışmışdır ki, o həmin vaxt şokda olmuş, hazırda fikirləşir ki, Vüqar ona qarşı əxlaqsız hərəkətlər etmək və zorlamaq istəsəymiş bunu etmək üçün imkanı olmuşdur. Belə ki, o, Vüqardan fiziki cəhətdən zəifdir, eləcə də Vüqar kişidir. Ona görə də onun Vüqara heç cür gücü çatmazdı. Nuranə Təranəyə bildirmişdir ki, istintaq orqanına gedib ərizə ilə müraciət edəcək və Vüqarın ona qarşı əxlaqsız hərəkətlər etmədiyini və onu zorlamaq istəmədiyini, lakin Vüqarın əlaqə saxlamaq üçün ondan mobil telefon nömrəsini soruşması, onun Vüqara etiraz etdiyi üçün aralarında mübahisə baş verməsi və mübahisə zamanı əli ilə Vüqarı özündən kənarlaşdırma məqsədi ilə itələdikdə Vüqarın əli ilə onun baş nahiyəsinə bir zərbə vurması və əlini sıxaraq onu saxlamasını bildirəcəkdir. Təranə də Nuranənin bu barədə istintaq orqanına ərizə ilə müraciət etməsinə etiraz etmədiyini, gedib əsl həqiqət barədə istintaq orqanına məlumat verməsini bildirmişdir. Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək ifadəsini təsdiq etdiyini bildirmişdir. Müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, iş üzrə digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması qərara alınmışdır (i.v. 01); şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 mart 2024-cü il tarixdə saat 21:40-da tutulmuşdur (i.v. 28); ƏN-V 537431 nömrəli etibarnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə “Mercedes Benz V220 CDİ” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Təqsirləndirilən şəxs xx.xx.2031-ci il tarixə qədər qüvvədə olan etibarnamə verilmişdir (i.v. 33); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs şəxs qismində tanınmışdır (i.v. 34); xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmişdir (i.v. 49-53); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunmuş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş (i.v.54-55); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-103/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 28 mart 2024-cü il tarixdən saat 21:40-dan hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 76-80); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 211 saylı ekspert rəyindən görünür ki, 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədən üzərində - sağ əlin yumşaq toxumasının hematoması, üst dodağın və boyunun qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətinə görə həmin xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur (i.v. 82-83); ifadənin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış, bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 86-90); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 217 saylı ekspert rəyindən görünür ki, 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthində sağ baldırın və boyunun sıyrıqları müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmişdir, alınma müddətləri müayinədən 2-4 gün əvvələ uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur. Lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inandırıcı deyildir (i.v. 91-92); Bakı Apellyasiya Məhkəməsinin 4(103)-310/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçiləri X3 və X6 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamış, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 mart 2024-cü il tarixli, 4(010)-103/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır (i.v. 97-107); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 108-109); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-238/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay həddində, yəni 28 sentyabr 2024-cü il tarixədək uzadılmışdır (i.v. 140-144); ifadənin hadisə yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmışdır (i.v. 149-150); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Hüquqi Şəxsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 2089 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (i.v. 158-160); toplanmış sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində istintaq olunan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsindən həmin məcəllənin 128-ci maddəsinə tövsif edilməsi və Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və həmin maddədə nəzərdə tutulan ittihamın ona elan edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunması; Zərərçəkmiş şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması rədd edilməsi; Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin «Mercedes Benz V220 CDİ» minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil kimi oxunması; Zərərçəkmiş şəxs əməlində 296.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır (i.v. 164-173); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunmuş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 176-177); başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 189-191); Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir; Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır. Odur ki, cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, o, əvvəllər CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir; 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və şahidin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə barışdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 06 (altı) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 36 (otuz altı) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-489/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-489/2024
28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver