Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-489/2025 06.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X3 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2002-ci ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, 12 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 may 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 17 mart 2025-ci il tarixdə saat 13 radələrində yaşadığı ünvan 2 ünvanında keçmiş nişanlısı Şahid1 anası Zərərçəkmiş şəxs həmin ünvana gəlib əvvəllər Şahid1 ilə nişanlı olduqları müddət ərzində ondan borc qismində aldığı 5000 (beş min) manat məbləğində pul vəsaitini tələb edərək onun anası Şahid2 ilə mübahisə etməsi səbəbindən Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı ona yumruqla qəsdən bir neçə zərbə vuraraq sol çənəaltı nahiyənin yumşaq toxumasının hematoması, ağrı sindromu və qansızma ilə müşayiət olunan sol əlin dördüncü barmağının dırnaq sədəfinin sərbəst kənarının aralanması, burun nahiyəsinin və budun qançıraları, hər iki əlin ikinci barmağının arxa səthlərinin sıyrıqları xəsarətləri ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayında Şahid1 qız ilə tanış olmuşdur. Münasibətləri yaxşı olduğu üçün Ayselə ailə qurmaq üçün nişan təklif etmişdir. O da razılaşdığı üçün valideyinləri ilə razılığa gəlib 2024-cü ilin fevral ayında nişan mərasimi etmişlər. Aysel onun başqa bir qızla danışdığını bildiyi üçün bir müddət ondan kənarlaşsa da, sonradan barışmışlar. Ona pul lazım olduğuna görə Ayselin adına kreditə “İphone 13” markalı mobil telelon götürüb sataraq hər ay kredtini ödəmişdir. May ayında anasının ad günü olduğu üçün anası üçün mikro soba və telefonu xarab olduğu üçün özünə Mirxanımın adına kreditlə “İphone 13” markalı mobil telelfon götürmüşdür. Ona bir neçə dəfə pul lazım olduğu üçün Ayselin adına kreditə və həmçinin lombarda nişan üzüklərini qoyaraq pul götürmüşdür. Həmin pulların faizindən bir qismini ödəsə də, hazırda Mirxanımın dediyinə görə onlara 4000 min manatdan yuxarı pul borcu vardır. Borcuna görə kredit ödəmələri üçün keçən ilin qış aylarında əmək haqqı kartını Ayselə vermişdir. Həmin kartdan yalnız bir dəfə özü istifadə etmişdir. Bu ilin yanvar ayında Aysellə münasibətləri pisləşdiyi üçün nişan üzüyünü geri qaytarmışlar. xx.xx.2025ci il tarixdə günorta vaxtı evdə olmadığı zaman qardaşı Pünhan ona zəng edib Mirxanımın yaşadıqları evə gələrək sək-küy salması və anasının halının pisləşdiyini və özünün uzaqda olduğunu bildirərək evə getməsini istəmişdir. O, bir qədər sonra yaşadığı evə gedib içəri daxil olduqda anasının yerdə uzanılı vəziyyətdə olmasını görmüş, bu zaman yaxınlaşaraq anasını ayağa qaldırmaq istədikdə Mirxanım üzərinə gəlib boğazından tutaraq nalayiq ifadələr işlətdiyi üçün o da Mirxanıma əsəbi halda cavab qaytarıb əlləri ilə onu geri itələyəndə anası dizi üstə alxıb onu tutmuşdur. Bu vaxt Mirxanım 102 xidmətinə zəng vurub evdən çölə çıxdığı üçün onun arxasınca geri çıxanda Mirxanım özü ilə götürdüyü nefti əynindəki şalvarının üzərinə tökmüşdür. O da yaxınlaşaraq Mirxanımdan üzr istəmişdir. Zərərçəkmiş şəxs ilə onun arasında borcun ödənilməsi ilə bağlı söz-söhbət olduğu üçün əmək haqqı kartını onlara vermişdir. Əlavə heç bir söz-söhbət olmamışdır. Ona qarşı fiziki güc tətbiq etməmişdir. Həmin vaxt evdə o, anası və Mirxanım, qonşuluqda yaşayan 3 nəfər qadın olmuşdur. Hadisə təxmini 10-15 dəqiqə çəkmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə günorta vaxtı evdə olmadığı zaman qardaşı Pünhan ona zəng edib Mirxanımın yaşadıqları evə gələrək sək-küy salması və anasının halının pisləşdiyini və özünün uzaqda olduğunu bildirərək evə getməsini istəmişdir. O, dərhal yaşadığı evə gedib içəri daxil olanda anasının yerdə uzanıqlı vəziyyətdə, Mirxanımın isə onun yanında dayandığını görmüşdür. O, bərk əsəbləşdiyindən Mirxanımın üzərinə hücum edərək bir neçə dəfə vurmuşdur. Anası bunu görən kimi onları ayırmış, Mirxanım isə 102 xidmətinə zəng vurmuşdur. O gələndə qonşular da anasının yanında idilər. O, dəfələrlə zərərçəkmiş şəxsdən üzr istəmişdir və bir daha onları narahat etməyəcəyinə söz vermişdir. Sonda o, dəymiş zərəri ödədiyini, zərərçəkmiş şəxslə barışdıqlarını bildirmiş və həmin şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2024-cü ilin fevral ayında qızının Təqsirləndirilən şəxs ilə nişan mərasimləri olmuşdur. Xəbəri olmadan nişandan bir ay sonra Orxana pul lazım olduğuna görə qızının adına telefon götürüb satmışdır. Həmin ərəfədə Aysel Orxanın qızla danışdığından xəbər tutduğu üçü ona bu barədə bildirəndə birinci dəfə olduğu üçün keçməsini demişdir. 2024-cü ilin may ayında Orxanın telefonu xarab olduğu üçün onun adına kreditə “İphone 13” markalı mobil telefon və anasının ad günü olduğu üçün mikro dalğalı soba kredit ilə götürmüşdür. Bundan sonra Orxan qızının saflığından istifadə edib adına pul götürmüşdür. Hətta Orxanın nişan üzüyünü lombarda qoyaraq pul götürməsindən xəbər tutub pulu ödüyərək üzüyü lombarddan çıxarmışdır. Keçən ilin dekabr ayında Aysel ona Orxanın işinin məhkəmdə olduğunu və tutulacağını deyib borca pul tapmağı demişdir. O da yaxınlarından 2000 manat pul götürüb Orxanın yaşadığı evə gedib anasına bu barədə bildirmişdir. Anası Aynur da ona özü xəbər edəcəyindən sonra pulu verməyi demişdir. Bir gündən sonra Aynur ona “Whatsapp”da sms mətn yazaraq və səsli mesaj göndərib Orxanın əmək haqqı kartı onda qalmaq şərti ilə ayda 500 manat pul verəcəyini demişdir. O da Orxana pul verib əmək haqqı kartını almışdır. Orxan pulu ödəmədiyi üçün və qızının da adına kredit götürməsindən xəbər tutub bu ilin yanvar ayının 6-da nişan üzüyünü geri qaytarmışdır. Orxanın ümumi 5000 manat borcu qaldığı üçün vermədiyindən anası Aynura zəng vuraraq pulu ödəmədiyini bildirdikdə, ona əmək haqqını alaraq xərclədiyini bildirmişdir. Orxan pulu ödəmədiyi üçün xx.xx.2025-ci il tarixdə onların yaşadığı evə gedəndə özüylə neft və uksus götürmüşdür. Orxanın yaşadığı evə gedib Orxanı səsləmiş, anası səsə çıxıb Orxanın evdə olmadığını bildirdikdə özünü öldürmək qərarına gəlib özüylə plastik qabda götürdüyü nefti üzərinə töküb alışqanı yandırmaq istədikdə anası ona yaxınlaşıb alışqanı əlindən alıb qucaqlayaraq evə salmışdır. Aynurla söhbət zamanı Orxanı evə dəvət etsə də gəlməmişdir. Aynurdan nişan albomunu istədikdə o da ağlaya-ağlaya albomu cırmışdır. Həmin vaxt Aynurun halı pisləşdiyi üçün Orxanın qardaşı Pünhana zəng vurub anasının halının pisləşdiyini demişdir. Bir neçə dəqiqə sonra qonşu qadınlar onlara gəlmişdir. Qadınlar gələndən 10 dəqiqə sonra Orxan evə daxil olub üzərinə gələrək yumruqla bədən nahiyəsinə bir neçə zərbə endirmişdir. Həmin vaxt anası ayağa qalxıb onları ayırmışdır. O, evdən həyətə çıxaraq qabda qalan nefti üzərinə tökmüş və Orxan yaxınlaşıb əlidən qabı alaraq üzr istəmişdir. Həmin vaxt polis əməkdaşları həyətə daxil olub onu sakitləşdirmişlər. Orxan pulu ödəmədiyi üçün sonuncu xəbərdarlığına məhəl qoymadığına görə onun yaşadığı evə gedəndə özünə qəsd etmək üçün nefti və uksusu özüylə götürmüşdür. O özünü yandırmaq istəsə də, başa çatdıra bilməmişdir. O özüylə götürdüyü uksusdan qəbul edə bilməmişdir. Çünki Orxanın anası əlindən alaraq gizlətmişdir. Həmin vaxt evdə Orxan, anası Aynur və 4-5 nəfər tanımadığı qadınlar olmuşdur. Sonda o bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. O, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs ilə tanış olmuş və münasibətləri yaxşı olduğu üçün Orxan ona ailə qurmaq üçün nişan qurmağı təklif etmişdir. O da bu barədə valideyinlərinə deyib razılıq aldığı üçün 2024-cü ilin fevral ayında nişan mərasimi olmuşdur. Nişandan bir ay sonra Orxan ona pul lazım olduğuna görə adına telefon götürüb satmağı deyəndə o da etiraz etməmişdir. Adına “İrşad Telekom”dan 162 manat ödəməklə “İphone 13” markalı mobil telefon götürmüşdür. Orxan həmin telefonu sataraq kreditini ödəmişdir. Həmin ərəfədə Orxanın qızla danışdığından xəbər tutub anasına bu barədə bildirib Orxanla bir neçə gün danışmasa da, sonradan onunla barışmışdır. 2024-cü ilin may ayında Orxan ona telefonu xarab olduğu üçün kredit telefon götürməyi bildirdikdə o da bu barədə anasına demişdir. Anası da Orxan üçün kreditə “İphone 13” markalı mobil telefon və anasının ad günü olduğu üçün mikro dalğalı soba götürmüşdür. Orxan iyun ayında ona müxtəlif bəhanələr edərək guya avtomaşınla hadisə törətdiyi üçün maddi cəhətdən köməklik istəmişdir. O da anasından xəbərsiz olaraq öz əmək haqqından Orxana 600 manat vermişdir. Bir neçə gün sonra Orxan ona arendaya maşın götürmək istədiyini, bunun üçün pul lazım olduğunu və nişan üzüyünü lombarda qoyub pul götürməyi demişdir. O da anasından xəbərsiz olaraq nişan üzüklərini lombarda qoyub 460 manat pul götürmüşlər. Orxan pulu ödəmədiyi üçün anasına bildirmişdir. Anası da lombarda pul verib nişanı üzüyünü çıxarmışdır. Orxan 2024cü ilin dekbar ayında işinin məhkəmədə olduğu üçün pul istəmişdir. Onun tutulacağından qorxub anasından kömək istəmişdir. Anası da faizə pul götürüb Orxanın anasına vermişdir. Orxanın bu əməllərinə görə yanvar ayının 6-da nişan mərasimi pozulmuşdur. Bundan sonra yenə də Orxan onu aldadaraq olan borcu bağlayacağına vəd verdiyi üçün ona inanaraq adına “az pul manatdan” 500 manat pul götürərək vermişdir. Həmin pulun da bugünə kimi faizini o özü ödəyir. Anası hadisə olan gün qaçırılacağı ilə təhdid olunduğu üçün onu rəfiqəsi Şəhanəgilə göndərmiş, o həmin hadisə barəsində rəfiqəsindən öyrənmişdir ki, anası Orxangilə gedib və orada döyülüb, sonra polisə müraciət etmişdir. Təqsirləndirilən şəxs ilə bir ilə yaxın nişanlı qalmışdır. Nişanlı olduğu ərəfədə Orxan onun saflığından istifadə etmiş, o da inandığı üçün borca pul vermişdir. Dəfələrlə Orxana götürdüyü pulları geri qaytarmasını tələb edəndə aqressiyalı halda ona qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, sonuncunun qızı Şahid1 ilə oğlu Təqsirləndirilən şəxs təxmini 01 ilədək müddətə nişanlı olmuşlar, aralarındakı münasibət pisləşdiyi üçün 2025-ci ilin yanvar ayında nişanı qaytarmışlar. Onlar nişanlı qaldığı müddət ərzində Orxan Aysel və ailəsindən təxmini 5000 (beş min) manata yaxın borc pul almışdır. Nişanın pozulması səbəblərindən biri də elə bu borc məsələsi olmuşdur. Borca görə ailələr arasındakı münasibətlər korlanmışdır. 17 mart 2025-ci il tarixdə Zərərçəkmiş şəxs onların evinə gələrək Orxanın onlara olan borcunu qaytarmağını tələb etmiş, əks təqdirdə həmin vaxt özü ilə gətirdiyi uksusu və benzini göstərərək öz həyatına qəsd edəcəyi ilə onları hədələmişdir. Orxanın evdə olmadığını görüb hirslənmiş, benzini üzərinə töküb yandırmağa cəhd etdikdə o, Mirxanımı qucaqlamış, imkan verməmişdir ki, həyatına qəsd etsin. Daha sonra halı pisləşmiş, yerə uzanmış, evə qonşuluqda yaşayan qadınlar gəlmiş, biraz keçdikdən sonra Orxan gəlmiş, yerdən qalxmağına kömək etməyə çalışdıqda Mirxanım ona imkan verməmiş, onunla mübahisə etməyə başlamış, bu vaxt Orxan əsəbiləşərək onu itələmişdir. Mirxanım əsəbiləşərək çölə çıxmış, əlində olan benzini üzərinə tökmüş, özünü yandıracağını bildirmişdir. Orxan yaxınlaşaraq ondan üzr istəmiş, onu fikrindən yayındırmışdır. Həmin vaxt polis əməkdaşları həyətə daxil olmuşdur. Hadisə zamanı Orxan Mirxanıma heç bir fiziki güc və ya zor tətbiq etməmişdir, Mirxanımın aldığı xəsarətlər barədə heç nə deyə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onun qızı Şahid1 ilə qardaşı Təqsirləndirilən şəxs təxmini 01 ilədək müddətə nişanlı olmuşlar, aralarındakı münasibət pisləşdiyi üçün 2025-ci ilin yanvar ayında nişanı pozmuşlar. Onlar nişanlı qaldığı müddət ərzində Orxan Aysel və ailəsindən təxmini 5000 (beş min) manata yaxın borc pul almışdır. Nişanın pozulması səbəblərindən biri də elə bu borc məsələsi olmuşdur. Borca görə ailələr arasındakı münasibətlər korlanmışdır. 17 mart 2025-ci il tarixdə Zərərçəkmiş şəxs evlərinə gəlmiş, Orxanın borcu qaytarmağını tələb etmiş, mübahisə baş vermişdir. Həmin vaxt o və Orxan evdə olmamışlar. Həmin tarixdə Mirxanım ona zəng edərək evlərində olduğunu və anası Aynurun halının pisləşdiyini bildirmişdir. Uzaqda olduğu üçün Orxana zəng etmiş, Mirxanımın evdə olduğunu, anasının halının pisləşdiyini bildirmişdir. O evə gedəcəyini bildirmişdir. Sonradan öyrənmişdir ki, Mirxanım polisə şikayət etmişdir. Hadisə zamanı evdə olmamışdır, Orxanın Mirxanıma xəsarət yetirməsi barədə heç nə bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 tərəfindən tərtib olunan xx.xx.2025-ci il tarixli, 204 saylı ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol çənəaltı nahiyənin yumşaq toxumasının hematoması, ağrı sindromu və qansızma ilə müşayiət olunan sol əlin dördüncü barmağının dırnaq sədəfinin sərbəst kənarının aralanması, burun nahiyəsinin və budun qançırları, hər iki əlin və sol əlin ikinci barmağının arxa səthlərinin sıyrıqları xəsarətləridir, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2025-ci il tarixdə və şəraitdə əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakterinə və lokalizasiyasına əsasən həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində törənməsi inkar olunur (i.v. 16-17); şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan xx.xx.2025-ci il tarixdə, saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 35-36); zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 47); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 55-56); xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmişdir (i.v. 67-71); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir (i.v. 76); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 80); axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 82); axtarışda olanın könüllü gəlməsi haqqında xx.xx.2025-ci il tarixli protokol və cinayət işi üzrə icraat təzələnməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanına könüllü gəlmiş və cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 83-85); ifadənin yerində yoxlanılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, buna dair fotoşəkillər çəkilərək prtokola əlavə olunmuşdur (i.v. 92-95); toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ifadələr, ekspertiza rəyi və digər sənədlər sübut növü kimi qəbul edilmişdir (i.v. 103- 110); Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur; Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır. O, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, o, əvvəllər CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə cinayət işini tədqiq edərək, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan iş üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 66 (altmış altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 06 (altı) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 66 (altmış altı) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-489/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-489/2025
06.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver