Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-49/2021 22.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, hazırda ƏN-nin PXnin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, yataqxana 24, mənzil 90 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi 195 saylı evin 45 nömrəli mənzilində boşanmaq ərəfəsində olduğu arvadı X2 evdə başqa tanımadığı qadını görməsi səbəbindən, aralarında yaranmış mübahisə zamanı evdən, sonuncunun əlində olan taxta parçasını alaraq, arvadının baş və qarın nahiyəsindən qəsdən vuraraq, sonuncuya baş beyin silkələnməsi, hər iki saidin qançırları, sağ saidin şişkinlik və qançırı (hematoması), alt dodağın selikli qişasının qansızması, ənsə nahiyəsinin şişkinliyi, qarının sıyrığı, evdən götürdüyü bıçaqla isə dodaq nahiyəsindən vuraraq, alt dodağın səthi kəsilmiş yaralarından və sıyrığından ibarət xəsarət yetirməklə, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələr və psixotrop maddələr alaraq əldə edib, çiynində olan qara rəngli əl çantasının içərisində saxlayıb daşımış və xx xxxxxx 2020-ci il tarixdə, saat 22:30 radələrində Azərbaycan Respublikası DİN-nin X9 Alayının 7-ci patrul bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən məscidin yaxınlığında saxlanılıb, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Səfərov küçəsi 45 saylı ünvanda olan, Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə gətirilərək, üzərində videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılan zaman, çiynində olan qara rəngli əl çantasının içərisindən bir ədəd şəffaf polietilen bükümdə ümumi təmiz çəkisi 0,416 qram, bir ədəd ağ, içərisi göy rəngli kağıza bükülmüş təmiz çəkisi 0,027 qram, ümumi təmiz çəkisi 0,443 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psoxotrop maddə metamfetamin, bir ədəd gümüşü rəngli falqaya bükülmüş təmiz çəkisi 0,626 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd gümüşü rəngli falqaya bükülmüş təmiz çəkisi 0,462 qram qətranabənzər maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən bir ədəd konvalyutda üzərində “F/M40” yazısı həkk olunmuş bozumtul rəngli dairəvi formalı həb zavod üsulu ilə hazırlanmış metadon tərkibli dərman preparatı, bir ədəd sellofan bükülüdə və iki ədəd kibrit qutusunda tərkiblərinə görə eyni olan ayrıayrılıqda təmiz çəkiləri 15,278 qram, 3,469 qram, 3,070 qram olmaqla ümumi çəkisi 21,817 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bu əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci və 234.2-ci maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, iş üzrə zərərçəkmiş şəxs X4 ilə 2009-cu il tarixdə ailə həyatı qurmuş və iki yetkinlik yaşına çatmamış uşağı vardır. Şəbinə Məmiyeva xx.xx.2020-ci il tarixdə, təxminən saat 17 radələrində yaşadığı evdən çıxaraq, qardaşı Seymur Hüseynovun yaşadığı evə getmişdir. Şəbinə Məmiyeva getdikdən sonra, o, tanışı Fərxandə adlı qadın ilə telefon vasitəsilə əlaqə saxlamış və evinə çağırmışdır. X7 evdən getdikdən sonra saat 21 radələrində tanışı Fərxandə yaşadığı evə gəlmişdir. Fərxandəni evə təmizlik işləri görməsi üçün çağırmışdır. xx.xx.2020-ci il tarixdə, saat 23:15 radələrində Fərxandə onunla əlaqə saxlayaraq, arvadı Səbinənin evə gəlməsini və onunla sözlə mübahisə etməsini demişdir. Bundan sonra o, yaşadığı evə gəlmiş, yaşadığı evdə olan zaman, Şəbinə Məmiyevanın əlində taxta parçası olmasını görmüş və sonuncunun əlindən taxta parçasını almışdır. Əlində olan taxta parçası ilə və əli ilə arvadı Səbinənin baş və bədən nahiyəsinin müxtəlif hissələrindən vurmuşdur. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, o, bir ildən artıqdır ki, narkotik vasitənin “qara” kimi tanıdığı tiryək növündən və psixotrop maddə olan metadon dərmanından istifadə etmişdir. Bədənində olan ağrılara görə narkotik vasitə tiryəkin bir qramını 12-15 manat arasında qiymətə, metadon dərmanının bir ədədini isə 10-15 manata Qaraçuxur qəsəbəsində tanımadığı şəxslərdən almışdır. xx xxxxxx 2020-ci il tarixdə Sabir adlı qonşusu ***-***-**-** saylı mobil nömrəsindən istifadəsində olan ***-***- **-** saylı mobil telefon nömrəsinə dəfələrlə zəng edərək, onunla görüşmək istədiyini demiş, o, əvvəlcə görüşmək istəməmiş, lakin Sabir israrla tələb etdiyi üçün xx xxxxxx 2020-ci il tarixdə Qaraçuxur qəsəbəsində yerləşən “Aura” şadlıq sarauyının yaxınlığında görüşməyi qərarlaşdırmışlar. Həmin günü qərara almışdır ki, oradan da Bakı Metropolitenin “Neftçilər” stansiyası yaxınlığına gedərək, lombardda olan mobil telefonunun ödənişi ödəyib telefonu girovdan çıxarsın və üzərində olan telefonunun kodunu ləğv etsin. Günorta saat 15-16 radələrində Qaraçuxur qəsəbəsində yerləşən “Aura” şadlıq sarayının yaxınlığında Sabir adlı tanışı ilə görüşmüş və sonuncu birlikdə gedib Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tanışının yanında çay içməyi təklif etmişdir. Sabirə “Neftçilər" metrostansiyasının yaxınlığında işləri olmasını və işlərini həll etdikdən sonra Bakıxanov qəsəbəsinə gedəcəyini demişdir. O, Sabirlə birlikdə 81 saylı sərnişin avtobusuna əyləşərək, Bakıxanov qəsəbəsi istiqamətində hərəkət etməyə başlamış, bir qədər getdikdən sonra Qaraçuxur qəsəbəsində yerləşən məscidin qarşısına yaxınlaşdıqda, Sabir məscidin qarşısında polis əməkdaşları tərəfindən karantin vəziyyəti ilə bağlı post qurulduğunu bildirmiş və zorla arxada əyləşdiyi yerdən qaldırıb gətirib avtobusun orta qapısının yanında əyləşdirmişdir. Bir neçə metr irəli avtobus hərəkət etdikdən sonra polis əməkdaşları tərəfindən avtobus saxlanılmış və polis əməkdaşları avtobusa boylanaraq, özü və yanında olan tanışı Sabirin üzündə qoruyucu maska olmadığını görüb aşağı düşməklərini tələb etmişlər. İkisi də avtobusdan düşmüş və polis əməkdaşları onlarla birlikdə polis bölməsinə getməyi təklif etmişlər. Həmin vaxt artıq Sabiri yanında görməmiş, lakin sonuncu mobil telefon ilə əlaqə saxlayaraq, nə səbəbə görə orada dayanmasını, karantin vəziyyəti ilə bağlı cərimə yazılacağını, orada daşın arxasında olan qırmızı sellofan olmasını, sellofanın içərisində uzunqol köynək gətirdiyini və həmin sellofanı götürüb oradan uzaqlaşmasını bildirmişdir. Orada olan daşın yanında həqiqətən də bir ədəd qırmızı rəngli sellofan olduğunu görmüş və həmin sellofanı götürüb əlində olan qara rəngli çantasının içərisinə qoymuşdur. Sabirlə mobil telefonla danışaraq, harada olduğunu soruşmuş, Sabir isə yolu keçməsini bildirmiş, yolu keçən zaman sonuncu qarşıda olan binanın blokunda olmasını bildirmiş və onu yanına çağırmışdır. O, Sabirə yaxınlaşmış və geriyə baxdıqda, hərbi geyimdə olan əsgərlərin arxasınca qaçdığını görmüşdür. O, Qaçaraq Sabirə çatmış və sonuncu tez əlindəki çantanı atmasını demişdir. Həmin çantanı binanın blokunda beşinci mərtəbəyə çıxarıb qoymuş və Sabirlə birlikdə birinci mərtəbəyə düşən zaman, polis əməkdaşları onları saxlamışlar. Onları polisə dəvət etmişlər və polis əməkdaşları ilə birlikdə polisə gəlmişdir. Bu zaman Sabiri orada görməmiş, həmin vaxt xidməti otağa aparılmış və orada stolun üzərində özünə məxsus olan qara rəngli əl çantasını və içərisində olan bəzi əşyaların, eləcə də, qırmızı rəngli sellofanı görmüşdür. Polis əməkdaşları ona həmin sellofanın içərisində narkotik maddələrin olduğunu bildirmiş və narkotikin özünə məxsus olmasını deməsini təklif etmişlər. Lakin o, bununla razılaşmamış və bu səbəbdən 32-ci PB-də saxlanılmışdır. Orada ona təhdid edilərək, başına oyun açacaqlarını və həmin narkotik vasitələri özünə məxsus olmasının bildirməsi təkid edilmişdir. Polis əməkdaşları onun narkotik vasitələrinin satıcısı kimi deyil, istifadəçisi kimi sənədləşdirəcəklərini demişlər. Bundan sonra o, bununla razılaşmış və dövlət hesabına vəkil dəvət etdikdən sonra videogörüntü ilə özünə məxsus olan qara rəngli əl çantasına baxış keçirilmişdir. Baxış zamanı ona üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa, təqdim etməsi təklif edilmişdir. O, üzərində olan qara rəngli əl çantasını açıb, içərisindəki bükümləri, dərman pereparatlarını, bir neçə folqanı, siqaret qutularının kəsilmiş hissələrini, bir neçə bükülmüş bir manatlıq pul əskinasları, bir ədəd siqaret kağızı, kardon parçaarı, alışqanlar, bir ədəd mobil telefon və bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin bükümlərin içərisində nə olması və haradan əldə etməsi barədə soruşulduqda, həmin bükümlərin içərisində narkotik maddələr olmasını və onları Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün alıb əldə etməsini demişdir. Təqdim etdikləri qablaşdırılaraq götürülmüş, sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, özü və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, iş üzrə Təqsirləndirilən şəxs ilə 2009-cu il tarixdə ailə həyatı qurmuş və birgə nikahdan iki övladları olmuşdur. Böyük oğlu Uğurun 10 yaşı, kiçik oğlu Asimin isə 9 yaşı vardır. Əri Əli ilə əvvəllər münasibətləri normal olmuş, lakin təxminən bir il ərzində sonuncu ilə münasibətləri pisləşmişdir. Əli ilə münasibətlərinin pisləşməsinə səbəb sonuncunun mütəmadi olaraq evdə mübahisə yaratması olmuşdur. xx.xx.2020-ci il tarixdə, saat 17 radələrində yaşadığı evdən çıxaraq, qardaşı Seymur Hüseynovun yaşadığı evə getmişdir. xx.xx.2020-ci il tarixdə, saat 22:45 radələrində yaşadığı evə gəlmiş və evdə tanımadığı bir nəfər qadın görmüşdür. Həmin qadından onun evində olmağının səbəbini soruşduqda, sonuncu ilə aralarında mübahisə yranmışdır. Həmin tanımadığı qadın Təqsirləndirilən şəxs zəng etmiş və saat 23:15 radələrində sonuncu evə gəlmişdir. Təqsirləndirilən şəxs tanımadığı qadının kim olmasını soruşduqda, Əli ilə də arasında mübahisə yaranmışdır. Əli əlləri və əlində olan taxta parçası ilə onun baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq döymüşdür. Bundan başqa Təqsirləndirilən şəxs onu mətbəx otağına aparmış, mətbəx otağında olan stolun üzərində mətbəx bıçağı götürürək üzərinə gəlmiş və sonuncu üzərinə bıçaqla gəldiyi zaman, onun əlindən bıçağa almağa çalışdığı zaman, sonuncu bıçaqla onun alt dodağını yaralamışdır. Mübahisə zamanı həmin evdə əri Təqsirləndirilən şəxs, Fərxandə adlı qadın, azyaşlı övladıları Uğur və Asim olmuşlar. Hadisədən sonra Əlinin vurduğu taxta parçası və mətbəx bıçağını gördükdə, əsəbləşdiyi üçün həmin əşyaları zibil qabına atmışdır. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, iş üzrə Təqsirləndirilən şəxs tanıyır, həmin şəxs ilə qonşudur və dostluq etmişdir. Əli ilə boş vaxtlarında görüşüb söhbət etmiş və Bakı şəhərinin ərazisində gəzmişdir. Əli həbs edilməmişdən əvvəl ***-***-**-** saylı mobil nömrəsindən Əlinin istifadəsində olan ***-***- **-** saylı telefon nömrəsinə zəng edərək, sonuncu ilə görüşmək istədiyini bildirmişdir. Əli ilə görüşməkdə məqsədi sonuncudan narkotik vasitə almaq olmuşdur, belə ki, Əli ona əvvəlcədən bildirmişdir ki, “sənə narkotik vasitə marixuana verəcəyəm”. O, əvvəllər də bir neçə dəfə Əlidən narkotik vasitə almışdır. Əli ilə xx xxxxxx 2020-ci il tarixdə Qaraçuxur qəsəbəsində yerləşən “Aura” şadlıq sarayının yaxınlığında görüşməyi qərarlaşdırmışlar. Həmin günü Əli ona paltar gətirməsini xahiş etmişdir. Evdən qırmızı rəngli sellofan torba götürüb, içərisinə köynək qoymuş və həmin günü saat 15-16 radələrində Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən “Aura” şadlıq sarayının yaxınlığında Əli ilə görüşmüşdür. Əliyə birlikdə gedib Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tanışının yanında çay içməyi təklif etmiş və 81 saylı sərnişin avtobusuna əyləşərək, Sabunçu rayonu Bakıxanov qəsəbəsinə getmişlər. Avtobus Qaraçuxur qəsəbəsində yerləşən məscidin qarşısına çatdıqda, o, avtobusdan düşmüş və Əlidən ayrılıb çıxıb getmişdir. Əli görüşə gələn zaman, sonuncunun çiyin nahiyəsində bir ədəd qara rəngli çantası olmuş, lakin Əlidən həmin çantada nə olmasını soruşmamış və bilməmişdir. Əli özü də bu barədə heç nə deməmişdir. Əliyə paltarı qırmızı rəngli sellofan torbada vermişdir. Əlidən saat təxminən 18 radələrində ayrılıb getmişdir. Belə ki, karantin recimi olduğu üçün yaşadığı evə gəlmiş, Əlinin isə hara getməsini bilməmişdir. O, həmin günü Əlinin üzərində narkotik vasitə olmasını şifahi olaraq bilmiş, belə ki, Əli narkotik vasitə gətirəcəyini demişdir. Lakin Əlidə narkotik vasitə olmasını əvvəlcədən görməmişdir. Eyni zamanda həmin günü Əlidən narkotik vasitə almamışdır. O, Əli ilə birlikdə narkotik vasitə almamış və əldə etməmiş, sonuncunun narkotik vasitəni haradan almasını, əldə etməsini görməmiş və bilməmişdir. Əli ilə əlbir olmamış, yalnız Əlidən alıcı kimi narkotik vasitə almış və istifadə etmişdir. Əlidən aşkar edilmiş narkotik vasitə ona məxsus deyil, gətirdiyi sellefonda narkotik vasitə olmamış və Əlidən başqa heç kəsdən narkotik vasitə almamışdır. Əlidən əvvəllər narkotik vasitələri pulla almış, pulu olmadıqda isə sonuncu narkotik vasitəni pay vermişdir. O, əvvəllər Əlidən yalnız narkotik vasitənin marixuana növündən almışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, DİN-nin X9 Alayının 7-ci patrul bölüyünün polis nəfəri işləyir və polis sercantı rütbəsindədir. xx xxxxxx 2020-ci il tarixdə iş yoldaşı, polis sercantı Şahid3 Firudin oğlu ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində xidməti avtomobil ilə xidmət aparmışdır. Həmin günü saat 22:30 radələrində məscidin yaxınlığında bir nəfər şəxs görmüşdür. Həmin şəxs karantin recimini pozduğu üçün, o, iş yoldaşı Mürsəl ilə həmin şəxsə yaxınlaşmışdır. Həmin şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Bu şəxs hazırki iş üzrə Təqsirləndirilən şəxs olmuşdur. Həmin şəxs özünü şübhəli aparmışdır. Təqsirləndirilən şəxs çiynində bir ədəd qara rəngli çanta olmuş, sonuncu sorğu sual zamanı həyəcanlanmış, ondan nə səbəbə görə həyəcanlanmasını soruşaraq, karantin recimi olduğunu və küçəyə çıxmağın qadağan olmasını demişlər. Bu zaman Təqsirləndirilən şəxs çiynində asmış olduğu çantanın içərisində narkotik tərkibli maddələr olmasını demişdir. Bundan sonra özü və iş yoldaşı Təqsirləndirilən şəxs onlarla birlikdə polis bölməsinə getməyi təklif etmiş, sonuncu da onlara etiraz etməyərək razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ilə birlikdə xidməti avtomobillə Bakı şəhəri. Suraxanı RPİ-nin 32-ci polis bölməsinə gəlmişlər. Polis bölməsinin rəisinə raportla aidiyyəti üzrə məruzə etmişlər. Polis bölməsində həmin şəxsin şəxsiyyəti müəyyən edilmişdir. Sonra polis bölməsinə vəkil dəvət edilmiş, vəkilin və onların iştirakı ilə polis bölməsində xidməti otaqların birində Əlinin üzərində videoçəkiliş ilə axtarış aparılmağa başlanılmışdır. Axtarış aparılamazdan əvvəl Əliyə hüquq və vəzifələri izah olunmuşdur. Axtarış zamanı zamanı Əliyə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilmiş, bu zaman Əli özü könüllü olaraq çiynindən asmış olduğu bir ədəd qara rəngli əl çantasını göstərib, həmin çantanın içərisindən bir ədəd tərəzi, bir ədəd şəffaf sellofana bükülmüş maddə, bir ədəd dəsmal, bir ədəd falqa, bir ədəd mobil telefon, iki ədəd içərisində maddələr olan kibrit qutusu, bir ədəd içərisində maddə olan ağ selofan büküm, bir ədəd gümüşü rəngli falqaya bükülmüş maddə, bir ədəd gümüşü rəngli falqaya bükülmüş başqa bir maddə, bir ədəd dərman preparatı, bir ədəd ağ rəngli kağıza bükülmüş maddə, bir ədəd dəmir qutududa 7 ədəd siqaret qutularının kəsilmiş hissələri, 3 ədəd gümüşü rəngli falqa, bir ədəd ağ və göy rəngli siqaret kağızı, bir ədəd bükülmüş 1 manatlıq əskinas, bir ədəd bükülmüş və falqaya keçirilmiş 1 manatlıq əskinas, bir ədəd qara rəngli kağız qutu, iki ədəd kardon, 12 ədəd alışqan, bir ədəd plastik pipetka çıxarıb təqdim edərək, bu əşyaların özünə məxsus olmasım bildirmişdir. Polis əməkdaşı tərəfindən Əliyə həmin bükümlərdə olan maddələrin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin bükümlərin içərisində narkotik vasitə kakos olmasını və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirməsini demişdir. Bundan başqa, polis əməkdaşları tərəfindən digər bükümlərə baxış keçirilmiş və həmin bükümlərin içərisində narkotik vasitəyə bənzər maddələr olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr qablaşdırılaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş, hər hansı bir əşya aşkar edilməmişdir. Zərfin üzərinə baxışda iştirak şəxslər və özü imza etmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol oxunmuş, protokolun doğruluğuna adlarını yuxarıda göstərdiyi şəxslər, həmçinində özü imza etmişdir. Polis bölməsində təqsirləndirilən şəxsə qarşı hər hansı bir təhdidin, fiziki və ya psixoloci təsirin göstərilməsini müşahidə etməmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsi ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan xx xxxxxx 2020-cı il tarixli tutma qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 4(010)-183/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-cı il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 634 saylı rəydən görünür ki, X2 bədən səthində aşkar edilmiş xəsarətlər-baş beyin silkələnməsi, hər iki saidin qançırları, sağ saidin şişkinlik və qançırı (hematoması), alt dodağın selikli qişasının qansızması, ənsə nahiyəsinin şişkinliyi, alt dodağın səthi kəsilmiş yaraları və sıyrığı, qarının sıyrığı. Qeyd edilən səthi kəsilmiş yaraları iti kənara malik əşyanın (əşyaların, ola bilsin bıçaq), digər xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş üzrə təyin edilmiş məhkəmə bioloci ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 7/520 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs götürülmüş maddələr” yazılan və imzalar olan zərfdə bir ədəd şəffaf sellofan bükülüdə və 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri -15,278 qram; 3,469 qram; 3,070 qram, ümumi çəkisi 21,817 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Həmin marixuanalar tərkiblərinə görə eynidirlər. İş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 6/1560 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs” yazısı olan paketdəki, 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,416 qram və l(bie) ədəd ağ, içərisi “göy” rəngli kağıza bükülmüş təmiz çəkisi 0,027 qr, ümumi təmiz çəkisi 0,443 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlmətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 (bir) ədəd “gümüş” rəngli falqaya bükülmüş təmiz çəkisi 0,626 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. 1 (bir) ədəd “gümüşü” rəngli falqaya bükülmüş təmiz çəkisi 0,462 qr tünd qəhvəyi rəngli qətranabənzər maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə-tiryəkdir. 1 (bir) ədəd konvalyutda üzərində “ F/M40” yazısı həkk olunmuş bozumtul rəngli dairəvi formalı həb zavod üsulu ilə hazırlanmış metadon tərkibli dərman preparatıdır və bir ədəd həbdə təsiredici maddəsi metadonun miqdarı 0,04 qr təşkil edir. xx xxxx 2005-ci tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin, tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxildirlər. İş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 7/661 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd selefon bükülüdə və iki ədəd kibrit qutusunda olan marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş elektron tərəzinmin və əşyaların üzərində narkotik tərkibli çətənə “kannabis” bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitələrin qalıqları yoxdur. İş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 6/1980 saylı rəyindən görünür ki, tədiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan iki ədəd kağız paketdəki 1 ədəd bükülmüş və üzərinə falqa keçirilmiş bir manatlıq əskinasın səthində narkotik vasitə heroinə məxsus izlər vardır, iz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün deyildir. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmır. Bir ədəd üzərində qırmızı lent olan falqa, üzərində “MORPHE” yazılmış dəmir qutunun içərisində 7 ədəd siqaret qutularının kəsilmiş hissələri, 3 ədəd falqa, 1 ədəd ağ və göy rəngli siqaret kağız, 1 ədəd bükülmüş bir manatlıq pul əskinası, 1 ədəd qara rəngli üzərində “OCB silm premium” yazılmış büküm düzəltmək nəzərdə tutulan kağız qutu, 2 ədəd kartpn, bir ədəd pipet və bir ədəd elektron tərəzinin səthində narkotik vasitə və psixotrop maddələrə məxsus izlər yoxdur. İş üzrə təyin edilmiş məhkəmə narkoloci ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 2654 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində aslılıq sindormu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloci dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, ekspert rəyləri və digər iş materialları ilə Təqsirləndirilən şəxs AR CM-in 128-ci və 234.2-ci maddələri maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 128-ci və 234.2-ci maddələri maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə istintaqı zamanı dindirilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, onu özünü müdafəi məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli Qərarının 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf etdiyini, törətdiyi əməldən peşman olduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 128-ci və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməlidir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloci dispanserində qeydiyyata alınmalı və ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübut kimi Suraxanı rayon Polis İdarəsində saxlanılan 0,416 qram, 0,027 qram, ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psoxotrop maddə metafetamin, 0,626 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 0,462 qram qətranabənzər maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, bir ədəd konvalyutda üzərində “F/M40’' yazısı həkk olunmuş bozumtul rəngli dairəvi formalı həb zavod üsulu ilə hazırlanmış metadon tərkibli dərman preparatı (bir ədəd həbdə təsiredici maddəsi metadonun miqdarı 0,04 qram təşkil edir), 15,278 qram, 3,469 qram, 3,070 qram, bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd üzərində qırmızı lent olan folqa, 7 ədəd siqaret qutularının kəsilmiş hissələri, 3 ədəd falqa, 1 ədəd siqaret kağızı, 1 ədəd büküm düzəltmək üçün nəzərdə tutulan kağız qutu, 2 ədəd karton və bir ədəd plastik pipet məhv edilməli, bir ədəd elektron tərəzi, 1 ədəd bükülmüş bir manatlıq pul əskinaz, 1 ədəd bükülmüş və üzərinə falqa keçirilmiş bir manatlıq əskinaz dövlət nəfinə keçirilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 328 manat 74 qəpik manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloci dispanserində qeydiyyata alınsın. CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi Suraxanı rayon Polis İdarəsində saxlanılan 0,416 qram, 0,027 qram, ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psoxotrop maddə metafetamin, 0,626 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 0,462 qram qətranabənzər maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, bir ədəd konvalyutda üzərində “F/M40’' yazısı həkk olunmuş bozumtul rəngli dairəvi formalı həb zavod üsulu ilə hazırlanmış metadon tərkibli dərman preparatı (bir ədəd həbdə təsiredici maddəsi metadonun miqdarı 0,04 qram təşkil edir), 15,278 qram, 3,469 qram, 3,070 qram, bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd üzərində qırmızı lent olan folqa, 7 ədəd siqaret qutularının kəsilmiş hissələri, 3 ədəd falqa, 1 ədəd siqaret kağızı, 1 ədəd büküm düzəltmək üçün nəzərdə tutulan kağız qutu, 2 ədəd karton və bir ədəd plastik pipet məhv edilsin, bir ədəd elektron tərəzi, 1 ədəd bükülmüş bir manatlıq pul əskinaz, 1 ədəd bükülmüş və üzərinə falqa keçirilmiş bir manatlıq əskinaz dövlət nəfinə keçirilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 328 manat 74 qəpik manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-49/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-49/2021
22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver