Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-49/2022 26.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X2 qızının katibliyi, Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1990-cı ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Şəybəy kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində Suraxanı Rayon Məhkəməsinin 11 sentyabr 2021-ci il tarixli qərarı ilə əvvəli 10 sentyabr 2021-ci ildən hesablanmaqla 02 ay 04 gün müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmiş (təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti sonradan Suraxanı Rayon Məhkəməsinin müvafiq qərarları ilə uzadılıb) və 10 sentyabr 2021-ci il tarixindən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaq məqsədi ilə 12 avqust 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi 2 saylı evin yaxınlığında tanışı Zərərçəkmiş şəxs əynindəki şalvarın arxa cibindən 432 manat dəyərində “Xiaomi” markalı “Redmi Note 9” modelli mobil telefonunu üzərindəki 3 manatlıq 051 *** ** ** nömrəli GSM “Sim” danışıq kartı və 1 manatlıq danışıq konturu ilə birlikdə əl atıb götürüb həmin ünvandan qaçmaqla açıq yolla talayaraq soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 12 avqust 2021-ci ildə saat 19 radələrində Qaraçuxur marketin yaxınlığında «P» şəkilli binanın həyətində Şahid görüb onunla salamlaşmış və hal-əhval tutaraq hara getdiyini soruşmuşdur. Şahid cavabında bildirmişdir ki, «Qaraçuxur» marketin yanında olan peraşki bişirilən yerə peraşki yeməyə gedir. O, Şahidla birlikdə Yusif Eyvazov küçəsi 2 saylı binanın qarşısına doğru ağacların altından keçib kəsə düşən zaman xeyli müddətdir ki, tanıdıqları Zərərçəkmiş şəxs görüb, onunla salamlaşmışlar. Söhbət vaxtı Zərərçəkmiş şəxs xahiş etmişdir ki, Elməddinə zəng atması üçün telefonunu ona versin. Zərərçəkmiş şəxs «Redmi» markalı qara rəngli mobil telefonunu ona vermişdir. O, həmin telefonla dostu Elməddinin istifadəsində olan 077 *** ** ** mobil telefon nömrəsinə zəng atıb onunla görüş barədə danışmaq istəmiş, lakin Elməddin telefona cavab verməmişdir. Ona görə də Zərərçəkmiş şəxs telefonunu özünə qaytarmışdır. Zərərçəkmiş şəxs «Redmi» markalı telefonu ondan götürüb əynində olan şalvarın arxa cibinə qoydu. Bundan sonra o, cəld hərəkətlə Zərərçəkmiş şəxs arxa cibində olan telefonu götürüb dərəyə doğru 81 №-li marşrut avtobusun son dayanacağı istiqamətində iri addımlarla hərəkət etmişdir. Zərərçəkmiş şəxs səs-küy salaraq telefonu qaytarmasını istəmiş, lakin o, buna əhəmiyyət vermədən həmin yerdən uzaqlaşmışdır. Samirin telefonunu götürməkdə məqsədi sonradan onu satıb pul qazanmaqdan ibarət olub. Beləliklə, telefonu götürüb Qaraçuxura getmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirir ki, Samirin hadisə ilə bağlı artıq polisə məlumat verdiyini bilib, qorxması səbəbindən telefonu dostu Kamran vasitəsilə Samirə qaytarıb. Törətdiyi cinayət əməlinə görə peşmandır. Zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 12 avqust 2021-ci ildə saat 19 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində 2 saylı binanın yanında dayandığı vaxt Təqsirləndirilən şəxs və Şahid görüb onlarla salamlaşdır. Bu zaman Təqsirləndirilən şəxs ondan tanışı Elməddinə zəng atması üçün telefonunu verməsini xahiş etmişdir. O, da üzərində olan «Redmi Note 9» markalı qara rəngli mobil telefonu təqsirləndirilən şəxsə vermişdir. Bundan sonra Əliş həmin telefonla kiməsə zəng atıb onu geri qaytarmış, o, isə telefonunu götürüb əynində olan şalvarın arxa cibinə qoymuşdur. Bu zaman Təqsirləndirilən şəxs ani bir anda əl atıb onun arxa cibində olan telefonunu götürərək həmin ünvandan dərəyə doğru 81 №- li marşrut avtobusun son dayanacağı istiqamətində qaçdı. O, yüksək səslə təqsirləndirilən şəxsdən telefonunun qaytarılmasını istəmiş, lakin sonuncu buna əhəmiyyət verməyərək çıxıb getmişdir. O, Əlişin arxasınca bir qədər hərəkət etmiş, lakin ona çatmağın qeyri-mümkün olduğunu görüb səs-küy etmişdir ki, ona kömək etsinlər və hətta ona qışqırıb polisə şikayət edəcəyini dedi. Kamran isə onun kimi Təqsirləndirilən şəxs arxasınca qaçdı, lakin ona çatmağın qeyri mümkün olmasını və onun artıq həmin ünvanda uzaqlaşdığını görüb ona bildirdi ki, Təqsirləndirilən şəxs hər ikisi tanıyır evinin yerini bilir ki, arxasınca evinə gedib lazım olarsa telefonu ondan alar. Zərərçəkmiş şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, hazırda ona vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilib. Göstərilənlərə əsasən təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayət əməlini etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxsə cinayət nəticəsində vurduğu zərəri tam olaraq ödədiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs məxsus olan “Xiaomi” markalı “Redmi Note 9” modelli mobil telefon Zərərçəkmiş şəxs təhvil verildiyindən, həmin şəxsin sərəncamına qaytarılmış hesab edilməli, iş üzrə maddi sübut kimi tanınmış “Xiaomi” markalı “Redmi Note 9” modelli mobil telefona dair "xxxx" MMC-dən olan zəmanət talonu iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 140 (yüz qırx) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 186, 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 sentyabr 2021-ci ildən bu günədək həbsdə saxlanıldığı 04 (dörd) ay 16 (on altı) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs məxsus olan “Xiaomi” markalı “Redmi Note 9” modelli mobil telefon Zərərçəkmiş şəxs təhvil verildiyindən, həmin şəxsin sərəncamına qaytarılmış hesab edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Xiaomi” markalı “Redmi Note 9” modelli mobil telefona dair "xxxx" MMC-dən olan zəmanət talonu iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 140 (yüz qırx) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-49/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-49/2022
26.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver