Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-49/2023 03.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsi, Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 03 mart 2023-cü il tarixdə, saat 15:45-də, Bakı şəhərində xx xxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, ünvan 3i il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-292/2022 saylı, 13 may 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 4(005)-739/2022 saylı, 24 iyun 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri 01 avqust 2022-ci il tarixədək uzadılmış, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-312/2022 saylı, 19 iyul 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri qüvvədə saxlanmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq 01 ədəd nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində “Tula” silah zavodunda istehsal olunmuş Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapançanı və 01 ədəd PK-588 №-li, keçmiş SSRİ dövlətində zavod üsulu istehsal olunmuş, 08 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan daraqı əldə edib ünvan 4 ünvanına daşımaqla orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 01 aprel 2022-ci il tarixdə saat 15:30-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən “Heydər” məscidinin qarşısında saxlanılmış, həmin tarixdə saat 18:03-dən etibarən onun iştirakı ilə ünvan 4 ünvanına baxış keçirilən zaman yataq otağında yerləşən çarpayıdan 01 ədəd nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən tapança və 01 ədəd PK-588 №-li, keçmiş SSRİ dövlətində zavod üsulu istehsal olunmuş, 08 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla tək yaşayır. Təxminən 2 ay bundan öncə evdə məişət əşyalarını zibilliyə atmağa gedən zaman zibil yeşiklərinin yanında qara bağlamanın olmasını görmüşdür. Həmin qara sellefon diqqətini cəlb etdiyi üçün götürüb içərisinə baxmış və içərisində tapançanın olmasını görmüşdür. Dərhal ətrafa baxıb kiminsə onu görmədiyinə əmin olduqdan sonra həmin silahı götürüb gödəkçəsinin içəri cibinə qoymuşdur. 01 aprel 2022-ci il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində yerləşən “Heydər” məscidinin qarşısında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Sonra ondan özünü təqdim etməyini xahiş etmişlər. O, özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları ona qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Sonra barəsində qəbul edilmiş “əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Daha sonra onu Baş İdarəyə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş İdarəyə getmişdir. Baş İdarədə müdafiəçi ilə təmin edilmişdir. Ona hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl ona şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra üzərində odlu silah, döyüş sursatları, o cümlədən digər qanunla qadağan edilmiş əşya və predmetlər olmadığını bildirib, iki ədəd açarı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş açarlar özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı hazırda üzərində odlu silah, döyüş sursatları olmasa da, yaşadığı ünvan 1 ünvanında 01 ədəd tapança saxladığını və həmin ünvana gedib qeyd olunan tapançanı təqdim edə biləcəyini, bununla bağlı yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış bitdikdən sonra bu barədə protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra düzgün olduğu üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra özünün razılığı ilə yaşadığı ünvan 1 ünvanının qarşısına gəlmişlər. Evin giriş qapısını açaraq proses iştirakçılarını evə dəvət etmişdir. Baxış keçirilməsindən öncə ona baxışın videoçəkilişdən istifadə edilməklə həyata keçirilməsi, o cümlədən baxışda iştirak edən şəxslərin adları barədə məlumat verilmişdir. Baxış iştirakçılarına və baxışın videoçəkilişdən istifadə edilməklə həyata keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra ona yaşadığı ünvanda odlu silah, döyüş sursatları, o cümlədən digər qanunsuz əşya və ya predmetlər gizlədib saxlayırsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra yataq otağında 01 ədəd tapança saxladığını və iştirakçıları həmin yataq otağına dəvət edib otaqda çarpayının üzərində olan döşəyin altında 01 ədəd tapança saxladığını bildirmiş və həmin hissədən 01 ədəd qara rəngli, dəri materialından olan kabronu çıxarıb təqdim etmişdir. Həmin kabronun içərisinə baxış zamanı 01 ədəd tapança və tapançanın üzərindən 01 ədəd daraq aşkar edilmişdir. 01 ədəd tapançaya baxış keçirilərkən üzərində hər hansı xüsusi əlamət aşkar edilməmişdir. 01 ədəd daraqa baxış keçirilərkən daraqın içərsinin boş olduğu müşahidə edilmişdir. Yaşadığı ünvan 1 ünvanından baxış zamanı aşkar edilmiş 01 ədəd tapança və 01 ədəd daraq polis əməkdaşı tərəfindən bir ədəd ağ kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən yaşadığı ünvandan digər əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı qeyd edilən tapança və onun üzərində olan 01 ədəd daraqı iki ay öncə yaşadığı ünvana yaxın ərazidə zibilxanadan tapdığını, qədim silah kimi özümdə saxladığını, hər hansı məqsədlər üçün istifadə etmədiyini bildirmişdir. Sonra yenidən Baş İdarəyə gəlmiş, Baş İdarədə yaşadığı ünvana baxış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuşdur. Sonda törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında qismində ifadə vermiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 01 aprel 2022-ci il tarixdə Baş İdarəyə ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması, üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. Əməliyyat qrupunun digər üzvlərini təlimatlandırarkən Baş İdarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə etməsi, üzərində saxlamaqla daşıyıb gəzdirməsi barədə məlumat daxil olması və Təqsirləndirilən şəxs xarici əlamətlərini bildirmişdir. 01 aprel 2022-ci il tarixdə günorta saatlarında əməliyyat qrupunun üzvləri ilə birlikdə Baş İdarədən çıxıb Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinə getmişlər. Həmin ünvana çatıb bir qədər müşahidə apardıqdan sonra saat 15:30-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən “Heydər” məscidinin qarşısında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər şəxsin hərəkət etməsini görmüşlər. Qeyd olunan ünvanın qarşısında həmin şəxsi saxlayıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxsə özünü təqdim etməyini bildirmiş və sonuncu Təqsirləndirilən şəxs olmasını söyləmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib saxlamaqla üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edildikdən sonra sonuncu təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində odlu silah, döyüş sursatları, o, cümlədən digər qanunla qadağan edilmiş əşya və predmet olmadığını bildirib, əynində olan gödəkçənin sol iç cibindən iki ədəd açarı çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, açarlar isə özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında 01 ədəd tapança saxladığını və həmin ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanının qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına xx.xx.2022-ci il tarixdə saat 18:03-dən baxış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, yaşadığı ünvanda odlu silah, döyüş sursatları, o cümlədən digər qanunsuz əşya və ya predmetlər varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yataq otağında 01 ədəd tapança saxladığını bildirmiş və iştirakçıları həmin yataq otağına dəvət edib otaqda çarpayının üzərində olan döşəyin altında 01 ədəd tapança saxladığını bildirmiş, həmin hissədən 01 ədəd qara rəngli, dəri materialından olan kabronu təqdim etmişdir. Həmin kabronun içərisinə baxış zamanı 01 ədəd gümüşü rəngli odlu silah tapançaya bənzər predmet və həmin predmetin üzərində 01 ədəd daraq aşkar edilmişdir. 01 ədəd tapança tipli predmetə baxış keçirilərkən üzərində hər hansı xüsusi əlamət müşahidə edilməmişdir. 01 ədəd daraqa baxış keçirilərkən daraqın içərisinin boş olduğu müşahidə edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanından baxış zamanı aşkar edilmiş 01 ədəd tapança tipli predmet və 01 ədəd daraq cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd ağ kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs yaşadığı ünvandan digər əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs qeyd edilən tapança və onun üzərində olan 01 ədəd daraqı iki ay öncə yaşadığı ünvana yaxın ərazidə zibilxanadan tapdığını, qədim silah kimi özündə saxladığını, hər hansı məqsədlər üçün istifadə etmədiyini bildirmişdir. Bundan sonra iştirakçılar ilə birlikdə Baş İdarəyə gəlmişlər və Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinin nəticələrinə dair protokol tərtib olunaraq tərəflərindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 01 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına baxış zamanı yataq otağındakı çarpayının üzərində olan döşəyin altından 01 ədəd gümüşü rəngli tapançaya bənzər predmet və 01 ədəd daraq aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına onun müdafiəçisinin və şahidlərin iştirakı ilə polis əməkdaşları tərəfindən baxış keçirilməsi, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda odlu silah, döyüş sursatları, o cümlədən digər qanunsuz əşya və ya predmetlər əldə edib saxlayırsa təqdim etməsinin təklif olunması, bu Təklifdən sonra Təqsirləndirilən şəxs yataq otağından 01 ədəd tapança saxladığını bildirməsi, iştirakçıları həmin yataq otağına dəvət edib otaqda çarpayının üzərində olan döşəyin altında 01 ədəd tapança saxladığını bildirməsi, həmin hissədən 01 ədəd qara rəngli, dəri materialından olan kabronu təqdim etməsi, həmin kabronun içərisinə baxış zamanı 01 ədəd gümüşü rəngli odlu silah tapançaya bənzər predmet və həmin predmetin üzərində 01 ədəd darağın aşkar edilməsi müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli 22/276R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd PK-588 №-li daraq keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuşdur, 8 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsidir-daraqıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Daraqın üzərində sonradan heç bir əlavə dəyişiklik edilməmişdir. İş materialarında olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1353 nömrəli məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs cinayət törətdiyi vaxt onda “üzvi şəxsiyyət pozuntusu” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən “üzvi şəxsiyyət pozuntusu” öz ifadə dərəcəsinə görə onun törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı olduğundan Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qeyd olunan psixi patologiya anlaqlılığı istisna etməyən psixi pozuntu kimi qiymətləndirildiyindən onun əməli Azərbaycan Respublikası CM-in 22.1 -ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə müəyyən olunmuş cinayəti törətməsində təqsiri tam sübuta yetirilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkum olunmamasını, һabelə təyin olunan cəzanın onun islaһ olunmasına və ailəsinin һəyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi cinayətləri etiraf edərək səmimi peşman olmasını, psixiatrik xəstəlikdən əziyyət çəkməsini, yaşayış yerindən mənfi xarakterizə olunmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 19 may 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada stasionar psixiatrik müalicədə olmuş, ona baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntusu diaqnozu qoyulmuşdur. İş materiallarında olan Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 19 may 2022-ci il tarixli, 646 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında anası 13 mart 1939-cu il təvəllüdlü X5 ilə birlikdə yaşayır, sonuncunun barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddələr ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni islah işləri və azadlığın məhdudlaşdırılması növündə cəzaların da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 01 aprel 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 02 aprel 2022-ci il tarixli qərardan, ünvan 3i il tarixli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-292/2022 saylı, 13 may 2022-ci il tarixli, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 4(005)-739/2022 saylı, 24 iyun 2022-ci il tarixli, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-312/2022 saylı, 19 iyul 2022-ci il tarixli qərarı qərarından görünür ki, X6 01 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 aprel 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 228.1ci maddələri ilə ittiham elan edilmiş, ünvan 3i il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-292/2022 saylı, 13 may 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 4(005)-739/2022 saylı, 24 iyun 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri 01 avqust 2022-ci il tarixədək uzadılmış, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-312/2022 saylı, 19 iyul 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri qüvvədə saxlanmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 01 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məһkəmə һesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 01 ədəd Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapança və 01 ədəd PK-588 №-li, 7,62 mm kalibrli, Tokarev (TT) konstruksiyalı tapança Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəһbər tutaraq məһkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) il müddətə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı sübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı 01 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan, Tokarev (TT) konstruksiyalı 7.62 mm kalibrli, yivli odlu silah hesab edilən tapança və 01 ədəd həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təһvil verilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-49/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-49/2023
03.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver