Məhkəmə qərarları › İş №1(010)-49/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-49/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-49/2024 09.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1969-cu ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Sovxoz kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində 2 sot torpaq içərisində yarım tikili ev olan torpaq sahəsini satacağına dair yalan vəd verib aldadaraq 14 aprel 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyun küçəsində yerləşən ev alqı-satqısı üçün nəzəridə tutulmuş ofisdə onun 3.500 manat pulunu, 24 aprel 2021-ci il tarixdə saat 15 radələrində həmin ofisdə 1.000 manat pulunu, 26 aprel 2021-ci il tarixdə saat 16 radələrində 130 manat pulunu vahid niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 4630 (dörd min altı yüz otuz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir Təqsirləndirilən şəxs təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qəranna gələrək Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəs ərazisində olan 2 sot torpaq sahəsini göstərib həmin yerin özünə aid olmasına dair yalan məlumat verərək, torpaq sahəsini satacağına dair yalan vəd verib aldadaraq, 05 noyabr 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi 14 İyun küçəsində yerləşən ev alqı-satqısı üçün nəzərdə tutulmuş ofisdə 2.700 manat pulunu, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində isə həmin ofisdə 200 manat pulunu vahid niyyətlə ələ keçirib, ümumilikdə zərəçəkmiş Zərərçəkmiş şəxs1 2900 (iki min doqquz yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. 2021-ci ilin sentyabr ayının əvvələrində tanışı Şahid2 müraciət edib xalası Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbsində 1,53 sot torpaq sahəsi olduğunu, həmin Torpaq sahəsi xoşuna gəlmədiyinə görə torpaq sahəsini satıb Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisindən torpaq sahəsi almaq istəyini demiş, bu işdə köməklik etməsini xahiş etmişdir. Səhəri gün Ramin xalası Zərərçəkmiş şəxs1 ilə birlikdə alqı-satqı fəaliyyəti göstərdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yerin Suraxanı qəsəbəsi, 14 İyul Küçəsində yerləşən ofisinə gəlmiş, ofisdə söhbət etdikdən sonra Zərərçəkmiş şəxs1 Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsində olan torpaq sahəsinə gedib baxmışlar. Sonra sə gəlib satmaq istədiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbsində olan 2 sot Torpaq səhəsini Zərərçəkmiş şəxs1 göstərmişdir. Belə qərara gəlmişlər ki, Zərərçəkmiş şəxs1 ona Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsində olan torpaq sahəsini verəndən sonra, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisindəki 2 sot torpaq sahəsinə görə də 2.500 mana pul verməli olmuşdur. Çünki sonuncu torpaq sahəsinin qiyməti Zərərçəkmiş şəxs1 torpaq sahəsindən daha dəyərli olmuşdur. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ilə Şahid2 onun ofisinə gəlmiş, Şahid2 ikilikdə ona 2.300 manat pul vermiş, Zərərçəkmiş şəxs1 Şahid2 ona 2.300 manat pul verdiyini görməmişdir. Zərərçəkmiş şəxs1 Sabunçu rayonu, Ramana qəsəbəsində olan torpaq sahəsinə bir neçə müştəri aparsa da heç kim həmin torpaq sahəsini bəyənməmiş, torpaq sahəsini sata bilməmişdir. Sonra Şahid2 zəng vurub torpağın sənədləşməsi üçün pul lazım olduğunu demiş, xx.xx.2022-ci tarixdə Şahid2 ofisinə gəlib ofisdə ona 200 manat pul vermişdir. Zərərçəkmiş şəxs1 məxsus Sabunçu rayonu, Ramana qəsəbəsində olan torpaq sahəsini sata bilmədiyi üçün onların işini həll edə bilməmiş, aldığı 2.500 manat pulu öz ehtiyacları üçün xərclədiyi üçün onların pulun qaytara bilməmişdir. 2021-ci ilin aprel ayında sonradan tanıdığı Zərərçəkmiş şəxs2 Bakı şəhəri Yeni Suraxanı qəsəbəsində satılmaq üçün qoyulmuş 2 sot torpaq sahəsinə və həmin torpaq sahəsində olan yarımçıq tikliyə makler Alı və Bəhruzla ilə birlikdə baxmış, sonra isə onun ofisinə gələrək Yeni Suraxanı qəsəbəsindəki içərisində yarımtikli olan 2 sot torpaq sahəsini almaq istədyini bildirmişdir. Sözü gedən torpaq sahəsini öz aralarında 16.000 manata 'azılaşdıqdan sonra Zərərçəkmiş şəxs2 Alının və Bəhruzun yanında ona 2.000 manat pul .ermişdir. Alı Zərərçəkmiş şəxs2 yola salıb ofisə qayıdaraq Zərərçəkmiş şəxs2 verdiyi 2.000 manat pulun 1.200 manatını ondlan almışdır. Bir aydan sonra Alıya evin sənədləşmə şini aparmaq üçün Zərərçəkmiş şəxs2 gətirməsini dedikdə Alı, Zərərçəkmiş şəxs2 pulu olmadığını, sonra avtomobilinin xarab olduğunu demiş, Zərərçəkmiş şəxs2 tapa bilməmişlər. 8-9 ay keçəndən sonra ev sahibi gəlib evini başqasına satmışdır. Zərərçəkmiş şəxs2 1.000 manat və 130 manat pul almamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayının əvvəllərində özünə məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisindəki 1,6 sot torpaq sahəsini satıb Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində başqa torpaq sahəsi almaq istəmiş, bacısı oğlu Şahid2 onu torpaq alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs ilə tanış etmiş, fikrini Təqsirləndirilən şəxs izah etdikdən sonra Təqsirləndirilən şəxs Sabunçu rayonu, Ramana qəsəbəsində olan 1,6 sot torpaq sahəsinə baxmaq istəyini bildirmiş və birdikdə Sabunçu rayonu, Ramana qəsəbəsinə gedərək satmaq istədiyi 1,6 sot torpaq sahəsinə baxmışlar. Təqsirləndirilən şəxs Sabunçu rayonu, Ramana qəsəbəsindəki 1,6 sot torpaq sahəsini götürüb əvəzində isə ona Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindəki satmaq istəyi 2 sot torpaq sahəsini satacağını demişdir. Təqsirləndirilən şəxs Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində olan 2 sot torpaq sahəsini onlara göstərib həmin, torpaq sahəsinin hər sotunu 3.500 manata satdığını demiş. Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 1,53 sot torpaq sahəsini isə ümumilikdə 3.500 manat dəyərləndirmişdir. Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən torpaq sahəsini Bəxtiyara verəndən sonra, üstündə əlavə olaraq da 2.500 manat pulu sonuncuya verib, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindəki 2 sot torpaq sahəsini alacağı barədə razılaşmışlar. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində Yeni Suraxanı qəsəbəsində yerləşən «All Market»in yanında olan ofisində Təqsirləndirilən şəxs Suraxanı rayonu. Yeni Suraxanı qəsəbəsi ərazisində olan 2 sot torpaq sahəsini almaq üçün 2.500 manat pul vermiş, həmin vaxtı bacısı oğlu Şahid2 da yanında olmuşdur. Təqsirləndirilən şəxs pulu alıb bir aya torpağın səndələşmə işini həll edəcəyini bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs zəng edib torpağın sənədləşmə işinin nə yerdə olduğunu soruşanda sonuncu müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. xx.xx.2022-ci tarixdə Təqsirləndirilən şəxs zəng vurub torpağın sənədləşməsininin həll üçün 200 manat pul isdəikdə ona inandıqları üçün Şahid2la birlikdə ofisinə getmiş, həmin gün saat 14 radələrində 200 manat' pulu ofisdə Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs 200 manat pulu alandan sonra zənglərinə cavab verməmiş, cavab verdikdə isə «sabaha qaldı, bir az gözləyin həll edəcəm» deyərək onları aldatmışdır. Təqsirləndirilən şəxs ona torpaq sahəsi satmadıqda və pulunu qaytarmadıqda məcbur olaraq polisə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq olunmuş ərizəsində Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona dəymiş ziyanın tam ödənildiyini, barışdığını və ona qraşı heç bir şikayəti olmadığını, gələcəkdə də heç bir iddiası və tələbi olmayacağını bildirmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar ifadə vermiş və ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs ilə üzləşməsində də sonuncunun üzünə qarşı deyərək təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsindən torpaq sahəsi və ya hazır ev almaq istəyərkən həmin vaxtı təsadüfən ev alqı-satqısı ilə məşğul olan Alı adlı şəxslə tanış olmuş, Alı ev alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs Yeni Suraxanı qəsəbəsində torpaq sahəsi satdığını demiş, onu Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Təqsirləndirilən şəxs torpaq sahəsi və ya hazır ev almaq istədiyini dedikdə Təqsirləndirilən şəxs ona Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində 2 sot torpaq sahəsinin içərisində yarımtikili evi göstərib satıldığını demiş, həmin 2 sot torpaq sahəsinin içərsində olan yarımtikilini öz aralarında 16.000 manata razılaşmışlar. Təqsirləndirilən şəxs göstərdyi torpaq sahəsi və yarmtiklinin ona çox yaxın adama məxsus olduğunu, hətta öz evi kimi olduğunu demişdir. 16.000 manatı bir dəfəyə ödəməyə imkanı olmadığını deyərək Təqsirləndirilən şəxs ilkin olaraq 3.500 manat pul verib, qalan 12.500 manatı isə iki ay ərzində verərəcəyinə razılaşmışlar. xx.xx.2021-ci il tarixdə saat 15:00 radələrində Təqsirləndirilən şəxs Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən ofisində ondan 3.500 manat pulu almış, qalan 12.500 manatı iki ay ərzində ödəyəcəyinə bir daha razılaşmışlar. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng vurub ev sahibinə pul lazım olduğunu, ev sahibinə 1.000 manat pul ödəməsini dedikdə həmin gün Təqsirləndirilən şəxs ofisinə gedib saat 15:00 radələrində ofisdə Təqsirləndirilən şəxs 1.000 manat pul vermişdir. xx.xx.2021-ci ildə Təqsirləndirilən şəxs zəng vurub evin sənədlərini hazırladığını deyib 130 manat pul istəmiş və ofisiə gedib həmin günü saat 16:00 radələrində orada Təqsirləndirilən şəxs 130 manat pul vermişdir. İki aydan sonra Təqsirləndirilən şəxs tapa bilməmiş, zənglərinə cavab verməmişdir. Çox çətinliklə iki aydan sonra Təqsirləndirilən şəxs tapdıqda guya aralarında olan razılaşmaya görə evin qalan pulunu iki aya deyil bir aya ödənməli olduğuna görə evi başqasına satmasını demişdir Bəxtiyarla mübahisə etmiş, aralarındakı razılışmaya görə qalan pul bir ay deyil iki ay müddətinə ödənilməli olduğunu demiş, pulunu qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs əvvəlcə pulunu on günə sonra isə bir aya qaytaracağına söz versə də bu gunə qədər pulunu qayratmayaraq onu aldadıb ümumilikdə 4630 manat pulunu ələ keçirmişdir. Sonda o, Təqsirləndirilən şəxs ona borcunu tam olaraq ödədiyini, ona görə də ona qarşı heç bir şikayəti, iddiası və maddi tələbi olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar ifadə vermiş və ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs ilə üzləşməsində də sonuncunun üzünə qarşı deyərək təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir к hazırda ailəsi ilə birlikdə İmişli rayonu Sərxanlı kəndində yaşayır. Əvvəllər Bakı şəhər Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yaşamış, fəhləçilik edərək ailəsin dolandırmışdır. Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində yaşadığı zaman Təqsirləndirilən şəxs ev alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımışdır. 2021-ci ilin aprel ayının ortalarında tanışı Zərərçəkmiş şəxs2 Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində 2 sot torpaq sahəsi almaq istəmiş və Təqsirləndirilən şəxs də içərisində yarımtikli olan torpaq sahəsini satmaq istədiyini bildiyi üçün Zərərçəkmiş şəxs2 bu barədə demişdir. Zərərçəkmiş şəxs2 özü Təqsirləndirilən şəxs ilə görüşmüş və alqı-satqı barədə öz aralarında razılaşmışlar. Təqsirləndirilən şəxs satmaq istədiyi 2 sot torpaq sahəsinin özünə məxsus olduğunu demişdir. Sonra da Zərərçəkmiş şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs ofisinə getmişlər, orada Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs çərisində yarımtikli olan 2 sot torpaq sahəsinə öz aralarında 16.000 manata razılaşmış, Zərərçəkmiş şəxs2 ofisdə onun yanında Təqsirləndirilən şəxs 3.500 manat pul vermişdir. Sonradan Zərərçəkmiş şəxs2la görüşdükdə sonuncu Təqsirləndirilən şəxs evə görə əlavə olaraq 1.000 manat pul aldığını demişdir. Təxminən bir ildən sonra Zərərçəkmiş şəxs2 onu axtarıb taparaq Təqsirləndirilən şəxs evi başqasına satdığını demişdir. Təqsirləndirilən şəxs ilə görüşüb söhbət etdikdə isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 evin pulunu vermədiyi üçün ev sahibinin evi başqasına satdığını bildirmişdir. Amma özü öyrənib bildiyinə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 aldığı pulu ev sahibinə vermədiyi üçün ev sahibi Təqsirləndirilən şəxs evin alqı-satqısından kənarlaşdıraraq başqasına həvalə etmişdir. Rayona qayıtdığı üçün Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasındakı sonrakı münasibətlərdən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs guya Zərərçəkmiş şəxs2 torpaq sahəsinə görə 2000 manat pul alması və həmin puldan 1200 manatı ona verməsi barədə ifadəsində göstərdikləri şər və böhtandır, sonuncu ona heç vaxt pul verməmişdir, Zərərçəkmiş şəxs2 onun yanında Bəxtiyara 3.500 manat pul vermişdir. Məhkəmə iclasında dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı ittihamı müdafiə edərək bildirmişdir ki, işin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 1-ci epizod üzrə cinayəti xx.xx.2021-ci il tarixdə, 2-ci epizod üzrə cinayəti xx.xx.2022ci il tarixdə törətmişdir. CM-nin 75-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 mart 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarından görünür ki, təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən birinci və üçüncü əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Həmin qərarda göstərilmişdir ki, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 münasibətdə törətmiş olduğu cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmiş, digər epizod üzrə Zərərçəkmiş şəxs1 münasibətdə isə (xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək CPM-in 53.1.3cü maddəsinə əsasən dayandırılmış) cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdir. CPM-in 39.1.2-ci maddəsinə görə əməldə cinayət tərkibi olmadıqda, həmçinin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. CPM-in 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Bundan başqa, iş materiallarına əlavə edilmiş notarial qaydada barışıq ərizələrindən də görünür ki, Təqsirləndirilən şəxs hər iki zərərçəkmiş şəxslə barışmış, şikayət və tələbi yoxdur. CM-in 73-1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona həmin Məcəllənin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamdan qismən imtina edilməli, əməli CM-nin 178.1-ci maddəsinə tövsif edilməklə barəsində cinayət təqibi CM-nin həmin maddəsi ilə davam etdirilərək, zərərçəkmiş şəxslərlə barışması əsası ilə həmin cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ona həmin Məcəllənin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamdan qismən imtina edilsin, əməli CM-nin 178.1-ci maddəsinə tövsif edilməklə barəsində cinayət təqibi CM-nin qeyd olunan maddəsi ilə davam etdirilərək, zərərçəkmiş şəxslərlə barışması əsası ilə həmin cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarının 51-52-ci vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 12 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham elan olunması qərara alınmışdır. Cinayət işinin materiallarının 61-62-ci vərəqlərində olan “şəxsin müvəqqəti saxlama yerindən azad olunması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Suraxanı RPİnin Müvəqqəti Saxlama yerindən azad edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 65-66-cı vərəqlərində olan “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 69-71-ci vərəqlərində olan 12 oktyabr 2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs ilə üzləşməsində də sonuncununun üzünə qarşı deyərək təsdiq etmişdir. Cinayət işinin materiallarının 116-118-ci vərəqlərində olan 07 aprel 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs ilə üzləşməsində də sonuncununun üzünə qarşı deyərək təsdiq etmişdir. Cinayət işinin materiallarının 99-100-cü vərəqlərində olan 10 dekabr 2022-ci il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən CM-nin 178.2.2-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işinin 109-110-cu vərəqlərində olan “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 02 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini ifadəsini yerində yoxlanması istintiaq hərəkəti zamanı da əyani şəkildə göstərib təsdiq etmişdir və bu barədə fotoşəkillər çəkilərək cinayət işinə əlavə edilməklə protokol tərtib edilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən natorial qaydada təsdiq edilmiş 11 iyun 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona borcunu tam olaraq ödəmişdir. Ona görə də ona qarşı heç bir şikayəti, iddiası və maddi tələbi olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən notarial qaydada təsdiq olunmuş 16 may 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanın tam ödənildiyini, barışdığını və ona qraşı heç bir şikayəti olmadığını, gələcəkdə də heç bir iddiası və tələbi olmayacağını bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə- bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda CM-in 178.1-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. CM-in 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. CM-in 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. CM-in 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi 02 il müəyyən edildiyindən, yəni azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 02 ildən artıq olmadığından bu maddədə nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 mart 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarından görünür ki, təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Həmin qərarda göstərilmişdir ki, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Belə ki, işin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət əməllərini birinci epizod üzrə 14 aprel 2021-ci il tarixdə, ikinci epizod üzrə 01 aprel 2022-ci il tarixdə törətmişdir. Yəni birinci epizod üzrə cinayətin törədildiyi gündən cinayət qanunvericiliyinə əsasən nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti – iki il – keçmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 münasibətdə törətmiş olduğu cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmiş, digər epizod üzrə Zərərçəkmiş şəxs1 münasibətdə isə (xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmış) cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Yuxarıda qeyd edildiyi ki, məhkəmə iclasında dövlət İttihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə bağlı Zərərçəkmiş şəxs2 münasibətdə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ilə bağlı cinayət təqibindən qismən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla dövlət ittihamçısının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə bağlı Zərərçəkmiş şəxs2 münasibətdə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ilə bağlı irəli sürülən ittihamından qismən imtina edilməsini nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.1ci maddəsinə tövsif edilməklə barəsində cinayət təqibi CM-nin həmin maddəsi ilə davam etdirilərək, zərərçəkmiş şəxs X2 ilə barışması, ziyannı tam ödənilməsi və gələcəkdə heç bir şikayəti, tələbi, iddiası olmaması əsası ilə həmin cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Qeyd edilən Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu məcəllənin 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar (cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda) olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Bundan başqa, iş materiallarına əlavə edilmiş notarial qaydada barışıq ərizələrindən də görünür ki, Təqsirləndirilən şəxs hər iki zərərçəkmiş şəxslə barışmış, şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona həmin Məcəllənin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamdan dövlət ittihamçının qismən imtina edilməsini nəzərə alaraq, əməli CMnin 178.1-ci maddəsinə tövsif edilməklə barəsində cinayət təqibi CM-nin həmin maddəsi ilə davam etdirilərək, zərərçəkmiş şəxslərlə barışması əsası ilə həmin cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıb ona dəymiş ziyanı tamamilə ödədiyindən Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar