Məhkəmə qərarları › İş №1(010)-492/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-492/2023

28.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-492/2023 28.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşayan, Suraxanı Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 1(010)-306/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.2 və 69.3-cü maddələri tətbiq edilməklə 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərarına əsasən əvvəli 03 aprel 2023-cü ildən hesablanmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və 03 aprel 2023-cü ildən etibarən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlamaqda və daşımaqda şübhəli bilindiyi üçün 03 aprel 2023-cü il tarixdə saat 12:00-da Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılmış, sonuncunun ərizəsi əsasında yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən həmin həyətində olan köhnə divanın saxlanc yerindən qara rəngli çantanın içərisindən, bir ədəd zavod üsulu ilə, 1984-cü ildə keçmiş SSRİ-də, istehsal olunmuş, nömrəsi silinmiş «Kalaşnikov» konstruksiyalı 5,45 mm kalibirli, AK-74 modelli, texniki cəhətdən saz və atəşə yararlı odlu silah hesab edilən avtomat aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin dekabr ayında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisi, «Duzlu göl» adlandırılan ərazidə dəmir toplayarkən yol kənarından bir ədəd «Kalaşnikov» markalı avtomat tapmışdır. Həmin vaxtı avtomatın üzərində olan darağı boş olmuşdur. Silaha marağı olduğu üçün götürüb yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi, 84 nömrəli evə gətirmiş və yaşadığı evin həyətində olan köhnə divanın altında olan saxlanc yerinə qoyaraq gizlədib saxlamışdır. Bir neçə dəfə həmin avtomat silah üçün güllə axtararaq soraqlaşsa da güllə tapa bilməmişdir. 03 aprel 2023-cü il tarixdə saat 12:00 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Sülemanov küçəsi, 84 nömrəli evin qarşısında dayandığı zaman ona yaxınlaşan iki nəfər şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, odlu silah saxlamaqda şübhəli olduğuna deyərək onu Suraxanı Rayon Polis İdarəsinin 33cü polis bölməsinə dəvət etmişlər. 31-ci polis bölməsinin inzibati binasında xidməti otaqda ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət olunmuşdur. Video çəkiliş aparmaqla üzərində axtarış aparılacağı barədə qərar ona elan olunduqdan sonra üzərində əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir vasitə, əşya və ya predmət varsa təqdim etməsi təklif olunmuşdur. Üzərində heç bir qadağan olunmuş əşya, predmet və ya vasitə olmadığı bildirmiş, üzərində axtarış aparılsa da heç bir əşya, vasitə və ya predmet aşkar edilməmişdir. Evində odlu silah saxladığını etiraf etmiş, odlu silahı təqdim edə biləcəyini bildirmiş, evinə baxış keçirilməsinə razı olaraq bu barədə ərizə vermişdir. Bundan sonra özünün və müdafiəçisinin iştirakı ilə yaşadığı ünvan 1 ünvana baxış keçirilmiş və o, evinin həyətindəki köhnə divanın altında olan saxlanc yerində gizlədib saxladığı bir ədəd «Kalaşnikov» markalı avtomat silahı və bir ədəd darağı polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 33cü polis bölməsinin əməliyyat müvəkkili Şahid2 bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə qərəzsiz mənbədən ünvan 1 ünvanında yaşayan xx xxxxx 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs avtomat silah üçün güllə axtarması və silah saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə 33-cü polis bölməsinin rəisinə məruzə edilmiş və 33-cü polis bölməsinin rəisinin əmri ilə Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərək dərhal əməliyyat tədbirlərinin icrasına başlanılmışdır. 03 aprel 2023-cü il tarixdə saat 12:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi, 84 nömrəli evin qarşısında olduğunu müəyyən edib orada Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edib Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlayıb daşımaqda şübhəli olmasını bildirib Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə dəvət etmişlər. 33-cü polis bölməsinin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilərək video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasına başlamazdan əvvəl üzərində əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya və predmet olmadığını bildirmiş və onun üzərində axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində heç bir əldə edilməsi, saxlanması və daşınması qadağan olunmuş əşya, vasitə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxslə profilaktiki söhbət aparılmış və o, yaşadığı ünvan 4 ünvanında bir ədəd «Kalaşnikov» markalı avtomat saxladığını etiraf etmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə etiraz etməmiş, bu barədə ərizə vermiş və bundan sonra Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə yaşadığı ünvan 5 ünvanında yerləşən evinə və həyətindəki yardımçı binalara baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs evinin həyətindəki köhnə divanın altında olan saxlanc yerindən bir ədəd qara rəngli çantanın içərisindən, bir ədəd «Kalaşnikov» konstruksiyalı 5,45 mm kalibirli, AK-74 modelli, odlu silah hesab edilən avtomat silahı və bir ədəd avtomat darağını çıxarıb təqdim etmişdir. Evə və yardımçı binalara baxış zamanı Təqsirləndirilən şəxs evindən və yardımçı binalardan onun özünün təqdim etdiyi «Kalaşnikov» konstruksiyalı 5,45 mm kalibirli, AK-74 modelli silahdan və bir ədəd daraqdan başqa heç nə aşkar edilməmişdir. Təqdim olunan bir ədəd «Kalaşnikov» konstruksiyalı 5,45 mm kalibirli, AK-74 modelli silah götürülərək bir ədəd polietilen torbaya qablaşdırılıb möhürlənmiş, bu protokol tərtib olunandan sonra protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar idarəsinin xx.xx.2023-cü il tarixli 23/258R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ-də 1984-cü ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı konstruksiyalı 5.45 mm kalibirli, AK-74 modelli avtomatdır, yivli odlu silahlar növünə aiddir, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 5.45x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış darağdır və istifadəyə yararlıdır. Təqdim edilmiş silahlardan eksperimental qaydada atılmış güllə və giliz nümunələri DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında məlumat veriləcəkdir. İş materiallarında olan 04 aprel 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi, 84 nömrəli evə həmin evin yardımçı binalarına baxış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı evində və həmin evin yardımçı binalarında saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya, vasitə və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olan köhnə divanın altındakı saxlanc yerini açaraq oradan götürdüyü bir ədəd qara rəngli çantanı təqdim etmişdir. Qara rəngli çanta açıldıqda məlum olmuşdur ki, çantanın içərisindən bir ədəd “Kalaşnikov” konstruksiyalı 5,45 mm kalibirli, qundağı kəsilmiş AK-74 modelli avtomat silah və bir ədəd daraq vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd avtomat silahı və bir ədəd darağı 2022-ci ilin dekabr ayında Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində, çöllükdə, “Duzlu göl” adlandırılan ərazidə dəmir toplayarkən yol kənarından tapıb evinə gətirib gizləyərək saxladığını bildirmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 4(010)-157/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 03 aprel 2023-cü ildən hesablanmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin arayışından görünür ki, təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Suraxanı Rayon Məhkəməsinin 1(010)-306/2023 nömrəli iş üzrə 12 aprel 2023cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanaraq ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs əvvəlki iş üzrə 05 – 07 oktyabr 2022-ci il və 29 – 31 oktyabr 2022-ci il tarixlərdə tutulduğu 04 (dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 03 aprel 2023-cü ildən hesablanmalı, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 1(010)-306/2023 nömrəli iş üzrə 12 aprel 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin sübutların saxlanc yerində saxlanılan 01 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə keçmiş SSRİ-də 1984-cü ildə istehsal olunmuş “Kalaşnikov” konstruksiyalı 5,45 mm kalibrli AK-74 modelli avtomat və bir ədəd “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 5,45x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış daraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Suraxanı Rayon Məhkəməsinin 1(010)-306/2023 nömrəli iş üzrə 12 aprel 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki iş üzrə 05 – 07 oktyabr 2022-ci il və 29 – 31 oktyabr 2022-ci il tarixlərdə tutulduğu 04 (dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 03 aprel 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 1(010)-306/2023 nömrəli iş üzrə 12 aprel 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin sübutların saxlanc yerində saxlanılan 01 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə keçmiş SSRİ-də 1984-cü ildə istehsal olunmuş “Kalaşnikov” konstruksiyalı 5,45 mm kalibrli AK-74 modelli avtomat və bir ədəd “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 5,45x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış daraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar