Məhkəmə qərarları › İş №1(010)-493/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-493/2023

25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-493/2023 25.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1988-ci ildə Ağcəbədi rayonu, Hindarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağcəbədi rayonu, Hindarx kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanında yaşayan, Suraxanı Rayon Məhkəməsinin 4(010)-102/2023 nömrəli iş üzrə 06 mart 2023-cü il tarixli qərarına əsasən əvvəli 04 mart 2023-cü ildən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş (Suraxanı Rayon Məhkəməsinin 4(010)- 240/2023 nömrəli iş üzrə 01 iyun 2023-cü il tarixli qərarına əsasən həbsdə saxlanılma müddəti 24 iyun 2023-cü il tarixədək uzadılmış) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 mart 2023-cü il tarixdə saat 20:40-da özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X3 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, Əsas küçəsi, 4-cü döngədə 10 nömrəli fərdi yaşayış evinin hasarından həyətə tullanmaqla həyətdə olan tikilidən 1 ədəd maye qaz üçün nəzərdə tutulmuş (qaz açarı) aləti və 1 ədəd dəmir parçasını götürüb evin yataq otağı olan pəncərəsinin dəmir barmaqlığını sındıraraq plastik pəncərəni açıb yaşayış sahəsinə pəncərədən qanunsuz daxil olaraq yataq otağında olan paltar şkafından asqı qabının içərisindən 1400 manat nağd pul, 204 manat ekvivalentində olan 120 ABŞ dolları və bir ədəd 1604 manat dəyərində 750 əyarlı, çəkisi 14,58 qram olan qızıl sırğa cütü-üzük dəsti, bir ədəd 1700 manat dəyərində 583 əyarlı, çəkisi 21,75 qram olan və üzərində hər birinin ölçüsü 0,010 karat, 3/3 keyfiyyətli 6 ədəd brilyant qaşları olan içərisində “çayka” yazısı olan qızıl qol saatı qızıl korpusu və qızıl qolbağı ilə birlikdə, bir ədəd 1655 manat dəyərində 585 əyarlı, çəkisi 19,47 qram olan qızıl boyunbağı, bir ədəd 740 manat dəyərində 585 əyarlı, çəkisi 8,71 qram olan qızıl qolbaq, bir ədəd 561 manat dəyərində 583 əyarlı, 5,92 qram çəkisi olan və üzərində hər birinin ölçüsü 0,005 karat, 3/3 keyfiyyətli 12 ədəd brilyant qaşları olan qızıl üzük, bir ədəd 314 manat dəyərində 583 əyarlı, çəkisi 3,70 qram olan və üzərində qiymətli qaşlara aid edilməyən qaşları olan qızıl üzük, bir ədəd 246 manat dəyərində 585 əyarlı, çəkisi 2,89 qram olan qızıl üzük, bir ədəd 10 manat dəyərində çəkisi 12,34 qram olan və üzərində 1 ədəd qara rəngli daş olan, metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmış bijuteriya sırğa cütü-üzük dəsti və bir ədəd 4 manat dəyərində çəkisi 4,30 qram olan və metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmış bijuteriya üzüyü gizli olaraq talayıb oğurluq etdikdən sonra həmin evdən çıxıb uzaqlaşmaq istəyən zaman Zərərçəkmiş şəxs tərəfindən saxlanılmış və beləliklə də, öz iradəsindən asılı olmayan səbəblərdən zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 8.438 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayət əməlini başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X1 10 ilə yaxın müddətdir ki, tanımış, onunla münasibəti normal olmuşdur. X3 yaşayış evlərinin təmiri ilə məşğul olmuş, o da Ruslanın yanında fəhlə işləmişdir. Daim birlikdə işə gedib gəlmişlər. 02 mart 2023-cü il tarixdə tanışı Ruslanla birlikdə tanımadığı fərdi yaşayış evinin təmir etməyə başlamışlar. Həmin gün tanışı Ruslan ona maddi cəhətdən sıxıntıları olduğunu, lakin pul tapıb borclarını ödəyə bilmədiyini demişdir. Onlar evin təmir işlərini başa çatdırdıqdan sonra ev sahibi pulu ödəyəcəyinə görə hər ikisinin maddi cəhətdən sıxıntıları olduğundan oğurluq edib pul əldə edə biləcəklərini düşünmüşlər. Bunun üçün onlar Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinə gedən Hövsan yolu adlanan döngələrdə yerləşən fərdi уaşayış evlərinə girməyi planlaşdırmışlar. Əvvəlcədən hansı evin işıqları sönülü vəziyyətdə olsa, həmin evə girib oğurluq etməyi planlaşdırmışlar. Təmir etdikləri evdə iş vaxtı qurtardığından evdən çıxmışlar. Artıq təxminən saat 20:40 radələrində Ruslanla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolunda yerləşən döngəyə gəlmişlər. Orada küçələrin birini seçib piyada fərdi yaşayış evlərinə baxmağa başlamışlar. Küçənin girişindən 2-ci evə çatdıqda tanımadıqları fərdi yaşayış evinin işıqlarının sönülü vəziyyətdə olduğunu görmüşlər. Ruslanla birlikdə həmin evin içərisində adam olub-olmadığına əmin olmaq üçün evin giriş qapısının sol yan tərəfində olan siqnalı sıxmışlar. Lakin cavab verən olmamışdır. Onlar evdə heç kim olmadığına tam arxayın olmuşlar. Onlar oğurluğa girdikləri evin hasarından həyətə tullanmışlar. Tullandıqları yerdə kiçik tikili olmuşdur. Ruslan oranın qapısını açıb həmin tikilidən 1 ədəd qaz borusunu açmaq və ya sıxmaq üçün nəzərdə tutulmuş alət və 1 ədəd kiçik dəmir parçasını götürmüşlər. Daha sonra onlar evin yan tərəfinə keçmişlər. Həmin ev 1 mərtəbədən ibarət olmuş və evin pəncərələrinin qarşısına dəmir barmaqlıq vurulmuşdur. Onlar evin yan tərəfində olan pəncərənin dəmir barmaqlığını tikilidən götürdükləri alətlərlə sındırmışlar. Daha sonra dəmir parçası ilə pəncərəni açıb evə daxil olmuşlar. Daxil olduqları otaq yataq otağı olmuşdur. Həmin vaxt ikisi də yataq otağında olan şkafı axtarmış, lakin heç bir qiymətli əşya və pul tapa bilməmişlər. Daha sonra evin 2-ci yataq otağına keçmişlər. Həmin yataq otağı ilk girdikləri yataq otağından nisbətən böyük olmuşdur. Yataq otağında daxil olduqdan sonra orada paltar şkafını axtarmağa başlamışlar. Paltar şkafının yuxarı rəfində qadın çantaları olmuş və həmin çantaların birinə baxdıq içərisində 140 manat pul görüb götürmüşlər. Həmin qadın çantası qara rəngli olmuşdur. Daha sonra paltar şkafının orta rəfindən 1 ədəd asqı qabını götürüb içərisinə baxdıqda həmin asqı qabının içərisində 1400 manat pul, 120 ABŞ dolları və qızıl-zinət əşyalarını görüb götürmüşlər. Onlar evdən çıxmaq istəyən zaman evin həyət darvazasının açıldığını eşitmişlər. Artıq ev sahibinin gəldiyini bilib evdən qaçmaq üçün evə girdikləri pəncərədən həyətə tullanmışlar. Həmin vaxt pullar və qızıllar onda olmuşdur. Ruslan ondan qabaq tullanmış, daha sonra o, pəncərədən həyətə tullanmışdır. Bu vaxt ev sahibi onu saxlamışdır. Ruslan isə oradan qaçıb uzaqlaşmışdır. Ev sahibi ona nə oğurlamışlarsa ona geri qaytarmağı demiş, o da evdən götürdükləri bütün pulları və qızılları ev sahibinə geri qaytarmışdır. Daha sonra ev sahibi onun üzərini axtarmış və üzərində ona məxsus pul və əşya olmadığına əmin olmuşdur. Həmin vaxt ev sahibi onun qolundan əli ilə tutub saxlamışdır. O, ev sahibinin polisə məlumat verəcəyini başa düşmüşdür. Bu səbəbdən oradan qaçıb uzaqlaşmaq istəmişdir. Ev sahibi əlini onun qolundan buraxan kimi o, oradan qaçıb uzaqlaşmışdır. Ev sahibi onu dayanmaq üçün səsləsə də buna əhəmiyyət verməmiş və oradan qaçıb getmişdir. 04 mart 2023-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları onu saxlayıb oğurluq cinayətində şübhəli olduğunu bildirib 30-cu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə bölməyə gəlmiş və baş vermiş hadisəni səmimi olaraq etiraf etmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmir, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan sənədləri və ekspert rəyini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2097-9/2482 nömrəli rəyindən görünür ki, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən tədqiqata təqdim olunmuş məmulatların 2023-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 6823,00 manat müəyyən edilir. 1 ədəd sarı rəngli metaldan sırğa cütü-üzük dəsti – üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 14,58 qramdır- 1604,0 manat; 1 ədəd sarı rəngli metaldan korpusu və qolbağı, içərisində “ЧАЙКА” yazısı və korpusunun kənarında 6 ədəd ağ şəffaf qaşları olan qol saatı-üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, ümumi çəkisi 21,75 qramdır, qaşları brilyantdır, hər birinin ölçüsü 0,010 karat, 3/3 keyfiyyətlidirlər- 1700,0 manat; 1 ədəd sarı rəngli metaldan boyunbağı- üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi19,47 qramdır- 1655,0 manat; 1 ədəd sarı rəngli metaldan qolbaq- üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 8,71 qramdır-740,0 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük-üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 5,925 qramdır, qaşları brilyantdır, 12 ədədinin hər birinin ölçüsü 0,005 karat, 3/3 keyfiyyətlidirlər- 561,0 manat; 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində açıq yaşıl və ağ şəffaf qaşları olan üzük-üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 3,70 qramdır, qaşları qiymətli qaşlara aid deyil-314,0 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində gümüşü, sarı, qırmızımtıl – sarı rəngli, kürə formalı elementlər olan üzük- üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,89 qramdır-246,0 manat; 1 ədəd gümüşü rəngli metaldan, üzərində 1 ədəd qara rəngli daş olan sırğa cütü-üzük dəstimetalı qiymətsiz əlvan metal ərintisində hazırlanmış bijuteriyadır, ümumi çəkisi 12,34 qram, daşı qiymətli daşlara aid deyil-10,0 manat; 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük-metalı qiymətsiz əlvan metal ərintisində hazırlanmış bijuteriyadır, çəkisi 4.30 qram, qaşları qiymətli qaşlara aid deyil-4.0 manat. İş materiallarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin 4(010)-102/2023 nömrəli iş üzrə 06 mart 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 04 mart 2023-cü ildən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin 4(010)-240/2023 nömrəli iş üzrə 01 iyun 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddəti 24 iyun 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus olan və hadisə zamanı oğurlanmış bir ədəd 585 əyarlı boyunbağı, bir ədəd 585 əyarlı kişi üzüyü, bir komplekt 750 əyarlı qadın üzüyü və sırğası, bir ədəd 585 əyarlı bilərzik, bir ədəd qadın saatı, bir ədəd 585 əyarlı qadın üzüyü, bir ədəd qaşlı qadın üzüyü, bir ədəd bijuteriya qadın üzüyü və bir komplekt bijuteriya zinət əşyalarını qəbul etmişdir. İş materiallarında olan AZE seriyalı 18774292 nömrəli və AZE seriyalı 18774315 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 birgə nikahından 19 mart 2012-ci il təvəllüdlü Məmmədova Zeynəb və 06 mart 2013-cü il təvəllüdlü Məmmədova Ruqəyyə adlı uşaqları doğulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3, 29,177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 04 mart 2023-cü il tarixindən bu günədək həbsdə saxlanıldığı 06 (altı) ay 21 (iyirmi bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq 01 (bir) il 10 (on) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilməli və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut olan bir ədəd 585 əyarlı boyunbağı, bir ədəd 585 əyarlı kişi üzüyü, bir komplekt 750 əyarlı qadın üzüyü və sırğası, bir ədəd 585 əyarlı bilərzik, bir ədəd qadın saatı, bir ədəd 585 əyarlı qadın üzüyü, bir ədəd qaşlı qadın üzüyü, bir ədəd bijuteriya qadın üzüyü və bir komplekt bijuteriya zinət əşyaları Zərərçəkmiş şəxs oğluna qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil X4 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3, 29,177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 mart 2023-cü il tarixindən bu günədək həbsdə saxlanıldığı 06 (altı) ay 21 (iyirmi bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 10 (on) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan bir ədəd 585 əyarlı boyunbağı, bir ədəd 585 əyarlı kişi üzüyü, bir komplekt 750 əyarlı qadın üzüyü və sırğası, bir ədəd 585 əyarlı bilərzik, bir ədəd qadın saatı, bir ədəd 585 əyarlı qadın üzüyü, bir ədəd qaşlı qadın üzüyü, bir ədəd bijuteriya qadın üzüyü və bir komplekt bijuteriya zinət əşyaları Zərərçəkmiş şəxs oğluna qaytarılması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 15 (on beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 90 (doxsan) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar