Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-497/2023 02.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X4 vəkili Azərbaycan Respublikası Vəkillər Kollegiyasinin üzvü, 6 saylı Vəkil Bürosunun vəkili X8, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasinin üzvü, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 02 avqust 2023-cü il tarixdə, saat 13:15-də, Bakı şəhərində xx xxxx 1972-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Beyləqan rayonu, Şahsevən kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, 26 may 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il saat 23:30-da Bakı şəhəri Suraxanı rayonu 2-ci keçid yaxınlığından keçən H.Əliyev prospekti ilə idarə etdiyi "X20 CDİ” markalı, ** OY *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə 100-110 km/saat sürətlə Bakı şəhər Koroğlu metrostansiyası istiqamətində keçən yolda hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq gördükdə avtomobilin sürətini tam dayanma, yəni sürücü hərəkət üçün təhlükə yarandığını həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa olan texniki imkanı olduğu halda o, buna əməl etməyərək yolun hərəkət hissəsinin sağından sola doğru keçmək istəyən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilinin qabaq sağ hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızması, baş-beyin əzilməsi, başın arxa səthində solda təpə-ənsə nahiyəsinin yumşaq toxumalarının əzilmiş yarası, sol almacıq və əng sümüklərinin qapalı sınıqları, başın sol gicgah-təpə və alın nahiyəsinin geniş sıyrığı, sol almacıq və sol gözyuvasının bayır səthinin sıyrığı, qarının aşağı şöbəsinin sağ yan səthinin geniş sıyrığı, yuxarı və aşağı ətrafların sıyrıqları, sağ baldırın ön-iç səthinin əzilmiş varası kimi xəsarətlər yetirməklə dərəcələrinə görə başın arxa səthində solda ləpə-ənsə nahiyəsinin yumşaq toxumasının yarası ilə müşayiət olunan baş beyin maddəsinə, mədəciklərə və qişaların qansızına, baş beynin əzilməsi ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə bir-başa səbəbli əlaqəli olmuş, dərəcəsinə görə xəsarətlərdən sol almacıq və sümüklərinin qapalı sınıqları canlı şəxslərdə sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə uyğun olmaqla hadisə yerində ölməsinə səbəb olmuşdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, ona qarşı irəli sürülmüş mülki iddianı qəbul etməyərək göstərdi ki, təxminən 20 ildən artıqdır ki, avtomobil idarə edir, avtomobil idarə etmək üçün B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi vardır. Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən “Əjdərbəy Məscid"-nə məxsus “X20 CDİ” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Onun işi Hospitallarda rəhmətə gedən şəxsləri “X20 CDİ” markalı avtomobillə ünvanına aparmaqdan ibarətdir. Belə ki, 25 fevral 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Olimp Hospital”-da rəhmətə gedən şəxsin meyitini etibarnamə əsasında idarə etdiyi “X21 CDİ” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobillə götürüb Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinə aparmış, o tanımadığı meyidin cəsədini yumaq üçün yenidən S.Vurğun küçəsində yerləşən “Əjdərbəy Məscid"-nə getmək üçün geri qaytarakən 23:30 radələrində idarə etdiyi avtomobillə Bakı şəhəri, Suraxanı rayonu keçidin yaxınlığından keçən H.Əliyev prospekti ilə Koroğlu metrostansiyası istiqamətində avtomobil üçün nəzərdə tutulmuş 4-cü xətti ilə saatda 100- 110 km/sürətlə hərəkətdə olan zaman anidən hərəkətdə olduğu yolun sağ tərəfindən bir nəfər şəxsin iti qaçışla yolun sol tərəfinə keçmək istədiyini görmüş, o, hadisədən yayınmaq istəsə də buna imkanı çatmamış, çünki hərəkətdə olduğu yolun sol tərəfində dəmir arakəsmələr, sağ tərəfində isə avtomobillər hərəkəti olmuş, bu səbəbdən o, həmin piyadanı idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə vurmuş, zərbədən piyada avtomobilin qabaq sağ tərəfdən alın şüşəsinə dəyib yerə yıxılmış, o idarə etdi avtomobili 6-7 metr hərəkət etdirib saxlayıb avtomobildən yerə düşdükdən sonra piyadaya yaxınlaşmış, həmin vaxt piyada başından ciddi xəsarət aldığını və öldüyünü görmüşdür. Bundan sonra o, törətdiyi hadisə ilə əlaqədar DİN 102 xidmətinə zəng vurub məlumaat vermiş, bir müddət sonra polis əməkdaşları və təcili tibbi yardım avtomobili hadisə yerinə gəlmişdir. “X20 CDİ” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobili cəhətdən saz vəziyyətdə olmuş, hadisə zamanı avtomaşında sərnişin olmamışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı ilə barışıq üçün ümumiyyətlə cəhd etməyib və aralarında barışıq əldə olunmayıb. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçının vəkilini, təqsirləndirilən şəxs və mülki cavabdehi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Cinayət işinin ibtidai istintaqı zamanı Zərərçəkmiş şəxs hüquqi varisi qismində dindirilmiş X4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, mərhum Zərərçəkmiş şəxs onun oğludur. Mərhum oğlu yaşadıqları Cəlilabad rayonu Hacıcavad kəndindən xeyli vaxtıdır ki, işləmək üçün Bakı şəhərinə gəlmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə o, işlə əlaqədar Bakı şəhərinə gəlmiş, oğlu Zərərçəkmiş şəxs da kafel-metlax ustası kimi işləmişdir. 23 fevral 2023-cü il tarixdə günorta radələrində o, oğlu Zərərçəkmiş şəxsla Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yolda görüşmüş, təmir alətlərini vermişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 21:00 radələrində Zərərçəkmiş şəxs onunla telefon əlaqəsi saxlamış, danışıqdan sonra da sağollaşmışdır. xx.xx.2023-cü il tarixdə arvadı X6 ona telefonla əlaqə saxlayaraq oğlu Zərərçəkmiş şəxs telefonuna zəng çatmadığını demiş, o, Zərərçəkmiş şəxsla əlaqə saxlamaq istəsə də telefona zəng çatmamışdır. X1 ilə telefon vasitəsi ilə əlaqə saxlamış, Həzail İsmayılov ona Zərərçəkmiş şəxs dalaşdığını və polis idarəsində olmasını demişdir. O da taksi ilə Suraxanı Rayon Polis İdarəsinə gəlmiş, həmin vaxt o, oğlu Zərərçəkmiş şəxs avtomaşın vurması nəticəsində rəhmətə getməsini öyrənmişdir. Daha sonra isə oğlu Zərərçəkmiş şəxs nəşini morqdan təhvil alaraq Cəlilabad rayonu, Hacıcavad kəndində yerləşən qabirstanlıqda dəfn etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qarşı mülki iddia ilə müraciət etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs təqsirli olaraq törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində mərhum oğlu Zərərçəkmiş şəxs qəllətən baş vermiş faciəli ölümü uzun müddətdir ki, onun və bütün ailə üzvlərinin mənəvi sarsıntı keçirməsinə, psixikasının pozulmasına səbəb olmaqla yanaşı, onları həmşəlik əzab və acı çəkməyə düçar etmişdir. Oğlunun faciəli ölümünə səbəb olmuş bu cinayətin sarsıntılarından, əzab və acılarından, habelə iztirablarından xilas olmaq heç də asan və mümkün olmayacaqdır. Amma onlara vurulmuş mənəvi zərərin sarsıntı və iztirablarını, əzab və acılarını qismən də olsa azaltmaq o zaman mümkün olacaqdır ki, bu zərəri vurmuş Təqsirləndirilən şəxs onun əvəzini ödəməyə məcbur edilmiş olsun. Bundan başqa, təqsirləndirilən şəxsin təqsirli olaraq törətdiyi cinayət nəticəsində onlara mənəvi zərərlə yanaşı, maddi zərər yetirilmişdir. Maddi zərər oğlu Zabitin dəfilə bağlı keç mərasim tədbirlərinə çəkdiyi xərclərlə bağlı olmuşdur ki, bu xərclər də 5.000 (beş min) manat təşkil etmişdir. Lakin Təqsirləndirilən şəxs təqsirli olaraq yetirdiyi maddi və mənəvi zərərin əvəzini nəinki ödəməmiş, hətta o, barışmağa cəhd belə etməmiş, üzr də istəməmiş, ümumiyyətlə onlarla əlaqə yaratmamışdır. Sonuncunun bu davranışları onların əzab və acılarını, sarsıntı və iztirablarını daha da şiddətləndirmişdir. Qeyd olunanlara əsasən, oğlu Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş yol-nəqliyyat hadisəsini təqsirli olaraq törətmiş X3 ona yetirdiyi mənəvi zərəri əvəzi olaraq 5.000 (beş min) manat və maddi zərərin əvəzi olaraq həmçinin 5.000 (beş min) manat, ümumilikdə 10.000 (on min) manat alınaraq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, “X20 GDİ" markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur onun mülküyətindədir o, həmin avtomaşını Bakı şəhəri. Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən “Əjdərbəy Məscidi"-nə (göy məscidə) etibarnamə əsasında sürrmək üçün avtomobil idarə etmək üçün Bİ, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi olan Təqsirləndirilən şəxs Eləsən oğluna vermişdir. 25 fevral 2023-eLi il tarixdə gecə radələrində ona zənc vurub bildirmişdir ki, rəhmətə gedən şəxsin meyitini etibarnamə əsasında idarə eldiyi "X20 CDİ” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobillə götürüb Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinə aparmış, o tanımadığı meyidin cəsədini ünvanına çatdırıb yenidən S.Vurğun küçəsində yerləşən "Əjdərbəy Məscid”-nə getmək üçün geri qayıtmış, saat 23:30 radələrində o, idarə etdiyi avtomobillə Bakı şəhəri, Suraxanı rayonu ərazisində 2-ci keçidin yaxınlığından keçən H.Əliyev prospekti ilə Koroğlu Metrostansiya istiqamətində yolun hərəkətdə olan zaman yolu keçmək istəyən bir nəfər şəxsin vurub nəticədə həmin şəxs hadisə yerində ölmüşdür. Bundan sonra o, törətdiyi hadisə ilə əlaqədar DİN 102 xidmətinə zəng vurub məlumat vermiş, az müddət sonra polis əməkdaşları və təcili tibbi yardım avtomobili hadisə yerinə gəlmişlər. Hadisə zamanı ona məxsus “X20 CDİ" markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnməmiş ona hər hansı bir formada ziyan vurulmamışdır. İş materiallarında olan Azərbacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17-Təcrübi və X12 rayon şöbəsinin məhkəmə-tibbi ekspertizası üzrə verdiyi xx.xx.2023-cü il tarixli, 29 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs meyiti üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş-beyinin əzilməsi, başın arxa səthində solda təpə-ənsə nahiyəsinin yumşaq toxumalarının əzilmiş yarası, sol almacıq və əng sümüklərinin qapalı sınıqları, başın sol gicgah-təpə və alın nahiyəsinin geniş sıyrığı, sol lmacıq və sol gözyuvasının bayır səthinin sıyrığı, qarının aşağı şöbəsinin sağ yan səthinin geniş sıyrığı, yuxarı və aşağı ətrafların sıyrıqları, sağ baldırın ön-iç səthinin əzilmiş yarası, qeyd olunan xəsarətlər həyatı olub mərhumun ölümündən az əvvəl bərk-küt əşyanın təsirindən törənmişdir, eləcədə qərarda göstərilən yol-nəqliyyatı hadisəsi şəratində piyada qismində avtomaşın vurması nəticəsində törənə bilərdi. Dərəcələrinə görə başın arxa səthində solda təpə-ənsə nahiyəsinin yumşaq toxumasının əzilmiş yarası ilə müşayiət olunan baş beyin maddəsinə, mədəciklərə və qişaların qansızmasına, baş beyin əzilməsi ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla, onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Dərəcəsinə görə xəsarətlərdən sol almacıq və əng sümüklərinin qapalı sınıqları canlı şəxslərdə sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə, sağ baldırın ön-iç səthinin əzilmiş, yarası canlı, şəxslərdə sağlamlığa zərər vurmayan əlamətlərinə malikdirlər. Digər xəsarətlər isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olmaqla onun ölümü ilə hər hansı bir səbəbli əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs ölümünə səbəb yuxarıda qeyd edilən xəsarətlər fonunda baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızıma. Baş beyin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 6-8 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatdığı 0,5%-dir. Bu da canlı şəxsdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə xx.xx.2023-cü il tarixli 8/1218 №-li rəydən görünür ki, “X20 CDİ” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 25 fevral 2023 -cü il tarixli 2/611 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi baş verən zaman ayıq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış 26 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı ilə barışıq əldə etməməsini, sonuncunun ona qarşı şikayətinin olmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Belə ki, cinayət işinin məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs hadisədən dərhal sonra X18 “103” Çağrı Mərkəzi və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzi ilə əlaqə saxlaması müəyyən olunmuşdur. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan başqa məhkəmə hesab edir ki, X4 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın əvəzi qismində 5.000 (beş min) manat və mənəvi zərərin əvəzi qismində 5.000 (beş min) manat, ümumilikdə 10.000 (on min) manat məbləğində pul vəsaitinin tutulmasına dair iddiası təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Zərərçəkmiş şəxs hüquqi varisi və mülki iddiaçı X9 mərhum oğlu Zərərçəkmiş şəxs dəfni və yas mərasimləri ücün el adətinə uyğun olaraq xərc çəkmişdir. Qeyd edilənə əsasən X4 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın əvəzi qismində 5.000 (beş min) manat pul vəsaitinin onun xeyrinə tutulması hissəsində mülki iddiası əsaslıdır və təmin edilməlidir. Bundan başqa Azərbaycan Respublikası CPM-nin 181.2.4-cü maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, mənəvi ziyanın ödənilməsini tələb edə bilər. “İnsan Hüquqlarının və X10 Haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən mənəvi zərər dedikdə, şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İrəli sürülmüş mənəvi zərər tələbi ilə bağlı qeyd etmək zəruridir ki, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı İsmayıl İsmayılov baş vermiş hadisə nəticəsində övladını itirmiş, sonuncu bunun nəticəsində bərpası mümkün olmayan psixoloji zərbə almış, ömürlük mənəvi izdiraba məruz qalmışdır. Qeyd edilənlərin yekunu olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs X5 vurulmuş maddi ziyanın əvəzi qismində 5.000 (beş min) manat və mənəvi zərərin əvəzi qismində 5.000 (beş min) manat, ümumilikdə 10.000 (on min) manat məbləğində pul vəsaiti X4 xeyrinə tutulmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxsdan dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 08 (səkkiz) iş saatı üçün 48 (qırx səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu 02 avqust 2023-cü il tarixdən, saat 13:20-dən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. X4 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın əvəzi qismində 5.000 (beş min) manat və mənəvi zərərin əvəzi qismində 5.000 (beş min) manat, ümumilikdə 10.000 (on min) manat məbləğində pul vəsaitinin tutulmasına dair iddiası təmin edilsin. Təqsirləndirilən şəxs X5 vurulmuş maddi ziyanın əvəzi qismində 5.000 (beş min) manat və mənəvi zərərin əvəzi qismində 5.000 (beş min) manat, ümumilikdə 10.000 (on min) manat məbləğində pul vəsaiti X4 xeyrinə tutulsun. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 08 (səkkiz) iş saatı üçün 48 (qırx səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-497/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-497/2023
02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver