Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-498/2023 09.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs “X12 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 09 avqust 2023-cü il tarixdə, saat 09:55-də, Bakı şəhərində, xx xxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 15 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 noyabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah məqsədilə özgəsinin əmlakını gizli olaraq talama niyyətilə 30 oktyabr 2022-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən “X12 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 1 saylı NQÇS-nin balansında olan 765 saylı neft quyusundan bir metri 12,19 manat olmaqla cəmi 365,7 manat dəyərində olan 30 metr uzunluğunda 3x10 mm-lik KPBK kabelini və 1224 saylı quyudan bir metri 12,19 manat olmaqla cəmi 243,8 manat dəyərində olan 20 metr uzunluğunda 3x10 mm KPBK kabelini gizli olaraq talamış və nəticədə zərərçəkmiş şəxs “X12 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə cəmi 609,5 manat (altı yüz doqquz manat beş qəpik) ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə özgəsinin əmlakını gizli olaraq talama niyyətilə 11 noyabr 2022-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən “X12 Kompani S.A şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 4 saylı NQÇS-nin balansında olan 1456 saylı neft quyusunun işçi meydançasından bir ədədi 19,2 manat olmaqla cəmi 614.40 manat dəyərində olan 32 ədəd 22 mm-lik borunu gizli olaraq talamış və nəticədə zərərçəkrıiş şəxs “X12 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə cəmi 614,40 manat (altı yüz on dörd manat qırx qəpik) ziyan vurmada oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2ci və 177.2.3-2-ci maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, fərdi evlərdə fəhləlik edərək dolanır. Son zamanlar tapa bilmədiyi və ehtiyaclarını ödəyə bilmədiyi üçün oğurluq etmək qərarına gəlmiş, məqsədlə də yaşadığı evin yaxınlığında yerləşən “Suraxanı OYL” neft şirkətinin ərazisindən dəmir boruları və naqilləri oğurlayaraq satıb qazanc əldə etmək fikrinə düşmüşdür. Şirkətinin ərazisində mühafizəçilər olduğundan kənar şəxsləri həmin əraziyə buraxmadıqları üçün gecə oğurluğu etməyi planaşdıraraq 30 oktyabr 2022-ci il tarixdə saat 22:00 radələrində mühafizəçilərin ətrafda olmamasından istifadə dərək özü ilə dəmir kəsən mişar götürüb “Suraxanı Oyl” neft şirktətinin ərazisinə daxil olmuş, həmin yerdə olan iki neft quyusuna gedən elektrik cərəyanını elektrik şitindən ayırmış, sonra isə elektrik şitindən neft quyularına gedən elektrik naqillərini özü ilə götürdüyü dəmirkəsən mişarla kəsərək oğurlayıb yaşadığı evə qayıtmışdır. Səhəri gün yaşadığı evin yaxınlığından keçən metal qəbul edən tanımadığı şəxsə həmin elektrik naqilini cəmi 70 manata sataraq əldə etdiyi pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra 11 noyabr 2022-ci il tarixdə yenidən neft şirkətinin ərazisindən oğurluq etmək qərarına gələrək saat 23 radələrində şübhə doğurmasın deyə yaşadığı evdən bir az aralıda yerləşən “Suraxanı Oyl” neft şirkətinə məxsus digər əraziyə daxil olmuş, həmin vaxt ətrafda mühafizəçilər olmamışdır. Həmin əraziyə daxil olduqdan sonra orada yerləşən neft quyularından birinə yaxınlaşıb yerdə olan dəmir borunu özü ilə götürdüyü dəmir kəsən mişarla kəsmişdir. borular uzun və ağır olduğu üçün bir hissəsini sonra oğurlamaq üçün neft şirkətinin ərazisində gizlətmiş, bir hissəsini isə gətirib yaşadığı evin həyətdə gizlətmişdir. Səhəri gün isə həmin dəmir borunu yaşadığı evin yaxınlığından keçən metal qəbul ecən tanımadığı şəxsə 15 manata satıb əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. 15 noyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb PB-nə aparıldıqdan sonra törətdiyi oğurluğu etiraf etmişdir. Hər iki halda oğurluğu tək törətmiş, oğurluq etməkdə ona heç kim köməklik etməməişdir. Oğurladığı naqili və borunu satdığı şəxslərə naqilin və borunun oğurluq olduğunu deməmişdir. Oğurluq əməllərini narkotik vasitələrin təsiri altında törətmişdir, lakin hazırda narkomaniyadan könüllü surətdə müalicə alıb. Bundan başqa onun vurduğu maddi ziyanı ödəmək niyyəti vardır, hətta ziyanın bir hissəsini bu gün ödəyəcək. Sonda törətdiyi oğurluq əməllərindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu zərəri ödəyəcəyini bildirmiş, məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri Təqsirləndirilən şəxs etirafedici ifadələri ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, «Suraxanı OYL Opereyşin Kompani SA» şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyin hüquqşünası vəzifəsində işləyir. 30 oktyabr 2022-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən “X12 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 1 saylı NQÇS-nin balansında olan 765 saylı neft quyusundan bir metri 12,19 manat olmaqla cəmi 365,7 manat dəyərində olan 30 m uzunluğunda 3x10 mm-lik KPBK kabelini və 1224 saylı quyudan bir metri 12,19 manat olmaqla cəmi 243,8 manat dəyərində olan 20 metr uzunluğunda 3x10 mm KPBK kabeli naməlum şəxs tərəfindən oğurlayaraq “X12 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə cəmi 609,5 manat (altı yüz doqquz manat qəpik), 11 noyabr 2022-ci il tarixdə saat 23 radələrində 4 saylı NQÇS-nin balansında 1456 saylı neft quyusunun işçi meydançasından bir ədədi 19,2 manat olmaqla cəmi 614 manat dəyərində olan 32 ədəd 22 mm-lik boru naməlum şəxs tərəfindən gizli talayaraq “X12 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə cəmi 614,40 manat (altı yüz on dörd manat qırx qəpik) ziyan vurmuşdur. Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyanın ödənilmədiyini, sonuncuya qarşı şikayətçi olduqlarını bildirmiş, izahatında onu da əlavə etmişdir ki, həm təqsirləndirilən şəxs, həm də sonuncunun yaxınları tərəfindən barışıq üçün müraciət olunub, sonuncular təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tərəflərindən ödənilməsi niyyətində olduqlarını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, «Suraxanı OİL Operation Kompany S.A.» şirkətində 1 saylı NQÇS-nin 3 saylı briqadasının ustası işləyir. Şahid2 və X4 isə 1 saylı NQÇS-nin neft və qazçıxarma üzrə operatorlarıdırlar. xx.xx.2022-ci il tarixdə saat 22:10 radələrində 1 saylı NQÇS-nin neft və qazçıxarma üzrə operatorlar Şahid2 və Sarxan Abdullayevlə birlikdə 765 saylı quyudan 30 m KRBK-3x10 marklı kabelin, saat 22:10 radələrində isə 1224 saylı quyudan 20 m KRBK- 3x10 kabelin kəsilib oğurlandığını müəyyən edə bilməmişlər. xx.xx.2022-ci il tarixdə kabel kəsilmiş yerlərə kabel calaq edilərək quyular işə salınmışdır. xx.xx.2022-ci il tarixdə kabelin kəsilib oğurlanması barədə Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və X2 məhkəmə iclasında elan olunmuş ifadələrindən görünür ki, sonuncular Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, «Suraxanı OİL Operation Kompany S.A.» şirkətinin 4 saylı NQÇS-nin rəisi vəzifəsində işləyir. Şahid5 «Suraxanı OİL Operation Kompany S.A.» şirkətinin 4 saylı NQÇS-nin geologiya üzrə rəis müavini, X10 «Suraxanı OİL Operation Kompany S.A.»şirkətinin 4 saylı NQÇS-nin mühəndis textoloqu, Fərzəliyev Üze>ir Mikayıl oğlu «Suraxanı OİL Operation Kompany S.A.» şirkətinin 4 saylı NQÇS-nin QƏYT hazırlanması üzrə usta, Şahid7 isə «Suraxanı OİL Operation Kompany S.A.» şirkətinin 4 saylı NQÇS-nin neft qazçıxarma üzrə operatorudur. xx.xx.2022-ci il tarixdə gecə saatlarında Şahid5, Afıq Alıyev, Şahid8 və Şahid7 4 saylı NQÇS-nin balansında olan 1456 saylı quyunun işçi meydançasından 32 (otuz iki) ədəd 22 mm-lik ştanqların oğurlandığını müəyyən edərək bu barədə akt tərtib edib şirkətin rəhbərliyinə məlumat vermişlər. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5, X11, Şahid8 və Şahid7 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncular Şahid4 ilə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspetizası üzrə X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 74 nömrəli rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq təqdim edilən «Suraxanı OİL Operation Kompany S.A.» şirkətinə məxsus 50 metr uzunlığında 3x10 mm-lik KPBK kabelin orta bazar qiyməti 580.00 (beş yüz səksən) manat və 32 ədəd 22 mm-lik borunun 2022-ci ilin oktyabr ayında orta bazar qiyməti isə 595.00 (beş yüz doxsan beş) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan «X12 Kompani SA» şirkəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, oğurluq hadisəsi nəticəsində «X12 Kompani S.A.» şirkətinə 609.50 manat və 614,40 manat maddi ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin təqdim etdiyi 02 dekabr 2022-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin 16 noyabr 2011-ci il tarixli hökmünə əsasn Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 29 fevral 2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti hesab edilib 06 ay müddətə sınaq müddəti təyin edilmiş, 29 avqust 2012-ci il tarixdə probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Beləliklə yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-2-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələblərinin olmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, hazırda məhkumluğunun olmamasını, öz əməlinə tənqidi münasibətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi cinayət əməllərini etiraf edərək səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 15 noyabr 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan və təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsindən imtina olunması barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-653/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-2-ci maddələri ilə ittiham elan edilmiş, həmin tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş, həmin tarixdə Suraxanı Rayon Polis İdarəsinin müstəntiqinin qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 15 noyabr 2022-ci il tarixdən 17 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmalı, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin zərərçəkmiş hüquqi şəxs “X12 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə Təqsirləndirilən şəxs qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1ci maddələrinə əsasən, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 136,82 (yüz otuz altı manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 14 (on dörd) iş saatı üçün 84 (səksən dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 15 noyabr 2022-ci il tarixdən 17 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Zərərçəkmiş hüquqi şəxs “X12 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə Təqsirləndirilən şəxs qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 136,82 (yüz otuz altı manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 14 (on dörd) iş saatı üçün 84 (səksən dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-**********1300204113, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-498/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-498/2023
09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver