Məhkəmə qərarları › İş №1(010)-5/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-5/2022

01.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-5/2022 01.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 10:45-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1994-cü ildə Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Mollakənd Ərazi Dairəsi, Ərəbxana kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəbəsində nömrəsiz fərdi yaşayış evində kirayədə yaşamış, ibtidai istintaq orqanı tərəfindən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli, 1(010)-74/2020 nömrəli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 170.1 və 177.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yetkinlik yaşına çatmayan xx xxxxxx 2006-cı il təvəllüdlü Şahid1 qazanc əldə etməyi vəd verərək cinayətkar fəaliyyətə cəlb edib 25 avqust 2019-cu il tarixdə, saat 21:30 radələrində ünvan 1 ünvandan 01 kilometr aralıda yerləşən çimərlikdə Zərərçəkmiş şəxs məxsus paltarın cibindən sonuncuya məxsus əmlakı gizli olaraq talayıb ona gətirib verməyi Şahid1 təklif etdikdən sonra özü kənarda dayanıb Şahid1 müşahidə etmiş, sonuncu isə onun dediklərini icra edərək Zərərçəkmiş şəxs şortikinin cibindən 4.000 manat pul vəsatini və 140 manat dəyərində “Samsung Galaxy J5” markalı mobil telefonu gizli yolla talayaraq gətirib ona vermiş, bununla da Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayanı vədlər verməklə cinayətkar fəaliyyətə cəlb edərək, Zərərçəkmiş şəxs ümumilikdə 4.140 (dörd min yüz qırx) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, Kürdəmir rayonunun Ərəbxana kəndində yaşayır. İşləmək üçün Bakı şəhərinə gəlmiş və müvəqqəti olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində kirayədə yaşamışdır. İbad kimi tanıdığı Şahid1, onun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşadığı evin həyətində anası Çiçəklə yaşayır. 25 avqust 2019-cu il tarixdə, təxminən saat 16 radələrində İbadulla ilə Hövsan qəsəbəsi ərazisindəki çimərliyə gedib dənizdə bir qədər çimdikdən sonra qumluqda oturmuşlar. Həmin vaxt artıq axşam düşmüş və təxminən saat 21:30 radələrində qumluqda sahibsiz paltarların olduğunu görüb həmin paltarın cibindən oğurluq etmək qərarına gəlmişdir. Heç kimin onları görmədiyinə əmin olduqdan sonra İbadullaya gedib şortikin cibində olan (pul, telefon və s.) əşyaları götürüb gətirib ona verməsini demişdir. Bundan sonra İbadulla gizlicə şortikin cibində olan “Samsung J5” markalı mobil telefonu götürərək ona vermişdir. 26 avqust 2019-cu il tarixdə İbadulla ilə evin həyətində görüşüb Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun “Əhmədli” stansiyasının yaxınlığına getmişlər. Orada fəaliyyət göstərən telefon alqı-satqısı mağazalarının birində o, həmin mobil telefonu şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə, alqı-satqı müqaviləsi əsasında 130 manata satmışdır. Mobil telefonu satarkən, qeyd etdiyi mağazada işləyən şəxsə telefonun özünə məxsus olduğunu demiş, sonuncunun telefonun oğurluq olmasından xəbəri olmamışdır. 130 manat pulu götürüb İbadulla ilə kafeyə gedib yemək yemişlər, daha sonra isə internet kluba gedib vaxtlarını keçirmişlər. Pulun bir qismini İbadulla ilə kafedə və internet klubda xərcləmiş, qalan hissəsini isə özünə xərcləmişdir. Həmin puldan İbdaullaya heç nə verməmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, istifadəsində olan 051 *** ** ** mobil telefon nömrəsini oğurladığı mobil telefonda istifadə etdiyi üçün polis əməkdaşları bundan xəbər tutmuşlar və o, saxlanılan zaman hadisəni olduğu kimi danışmışdır. İbadullanın oğurluqda iştirakı, onun təklifi əsasında gedib paltarın cibində olan əşyaları götürməkdən ibarət olmuşdur. Zərərçəkmiş şəxs, cibindən 4.000 manat oğurlanması barədə ifadəsində göstərdikləri yalandır. Qeyd edilən məbləğdə pulu nə İbadulla, nə də ki o, Raufun cibindən götürməmişlər. Bununla belə şikayətçi olmaması üçün zərərçəkmiş şəxsə 2.000 manat ödəmişdir. O, İbadullanın az yaşlı olduğunu bildiyi, özünün isə tutulacağından qorxduğu üçün oğurluq etməyə İbadullanı göndərmişdir. İbadullaya oğurluqdan sonra onu kafeyə və internet kluba aparacağına söz vermiş, lakin İbadullaya pul verməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödədiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 170.1 və 177.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 18 yanvar 2022-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, 25 avqust 2019-cu il tarixdə, təxminən saat 21 radələrində dostları Nicat, Dəyanət, Vüqar, Anar və sonuncunun iki azyaşlı uşaqları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində çimərliyə gedib, orada dənizdə çimmişlər. Həmin vaxt Anar dənizə girməmiş və paltarların yanında qalmışdır. Bir neçə dəqiqədən sonra soyuq olduğu üçün Anarın uşaqları dənizdən çıxmışlar və Anar onların paltarlarını geyindirərək, oradan uzaqlaşmışdır. Bundan sonra, o, dənizdən çıxıb mobil telefonu ilə musiqiyə qulaq asmış və təxminən 05 dəqiqə sonra paltarlarını və mobil telefonunu dəniz qırağında qumun üzərinə qoyub yenidən dənizə girmişdir. Bir qədər sonra isə onun paltarları olan yerə “Ford Transit” markalı avtomobil gəlib dayanmış və bir dəqiqə sonra oradan çıxıb getmişdir. Daha sonra, o paltarlarını soyunub qoyduğu yerə yaxınlaşdıqda, şortikinin arxa cibində olan 4.000 manat pulunun və 01 ədəd 700 manat dəyərində olan “Samsung J5” markalı mobil telefonunun oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq nəticəsində ona cəmi 4.700 manat məbləğində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə qanuni nümayəndəsi X2 iştirakı ilə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onun hazırda 15 yaşı var, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəbəsində anası Çiçək və bacısı Zəhra ilə bir evdə kirayədə yaşayırlar. Atası anasından ayrıldığına görə onlarla yaşamır. O, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 280 nömrəli tam orta məktəbin 7 “K” sinfinin şagirdidir. Kürdəmirdən olan Habil də onlarla bir həyətdə kirayədə yaşayır və qonşularıdır. 25 avqust 2019-cu il tarixdə axşam Habillə Hövsan qəsəbəsində çimərliyə getmişdir. Qumluqda oturduqları zaman Habil ona yaxınlıqda qumun üzərində olan paltardan oğurluq etməyi təklif etmişdir. O, heç kimin onu görmədiyinə əmin olduqdan sonra həmin paltarların qoyulduğu yerə getmiş və şortikin cibindən “Samsung J5” markalı mobil telefonu çıxardıb gətirib Habilə vermişdir. 26 avqust 2019-cu il tarixdə Habillə birlikdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun “Əhmədli” stansiyasının yanına getmişlər. Orada Habil telefonu 130 manata öz şəxiyyət vəsiqəsini təqdim edərək satmışdır. Sonra Habil onu kafeyə aparmış, kafedə yemək yedikdən sonra Habillə birlikdə internet kluba getmişdir. Habil ona, yemək alacağına və internet kluba aparacağına söz vermiş, lakin nağd şəkildə pul verməmişdir. O, Raufun cibindən 4.000 manat oğurlamamış, yalnız mobil telefonu götürmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun dostudur. 25 avqust 2019-cu il tarixdə, təxminən saat 21 radələrində o, Rauf, dostları Anar, Dəyanət və Vüqarla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində kafedə əyləşib yemək yemişlər, daha sonra isə oradan hamısı birlikdə Hövsan qəsəbəsindəki çimərliyə getmişlər. Çimərliyə gedərkən Anarın yanında iki azyaşlı uşağı olmuş və sonuncu özü çimməyəcəyindən onu özləri ilə aparmışlar ki onların paltarlarına nəzarət etsin. Əvvəlcə Anarın uşaqları suya girmişlər və daha sonra uşaqlara soyuq olduğundan, Anar getməli olmuş və uşaqları ilə birlikdə çıxıb getmişdir. Daha sonra isə onlar dördü paltarlarını soyunub qumluqda qoyaraq suya girmişlər. Rauf dənizdən onlardan qabaq çıxmış və şortikinin cibində saxladığı 4.000 manat pulun və bir ədəd “Samsung J5” markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. Buna görə də Rauf Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. Konktert olaraq Raufun cibində nə qədər pul olduğunu bilməmiş, yalnız dənizkənarına gələrkən kafedə olduqları zaman Raufun xeyli sayda pulu sellofana bükərək, cibinə qoyduğunu görmüşdür. Belə ki, Rauf hələ kafedə olduqları zaman süfrəçidən sellofan istəmiş və pulu həmin sellofana bükmüşdür. Həmin an o, pulları görmüş, pullar topa şəklində 100 Azərbaycan manatı olan əskinazlardan ibarət olmuşdur. Həmin pulun miqdarını isə hadisədən sonra Rauf dedikdə bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 və Şahid5, Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Bakı şəhəri, Xətai rayonu ərazisində, metronun “Əhmədli” stansiyasının yaxınlığında mobil telefonların alqı-satqısı mağazasını işlədir. 25 avqust 2019-cu il tarixdə işlədiyi mağazada olduğu zaman bir nəfər tanımadığı, sonradan adı və soyadı ona məlum olan Təqsirləndirilən şəxs ona yaxınlaşaraq, bir ədəd “Samsung J530” markalı, 356433/08/2545719 və 356434/08/2545717 İMEİ kodlu mobil telefonu təqdim edib, satmaq istədiyini bildirmişdir. O da, həmin mobi telefona baxdıqdan sonra, əvvəllər istifadə edilməsini və digər aksessuarlarının olmamasını nəzərə alaraq, həmin mobil telefonu 130 manata ala biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs də, onunla razılaşmış və o, Habildən həmin telefonun oğurluq və ya girov olub-olmamasını soruşduqda, Təqsirləndirilən şəxs mobil telefonun yoldaşına məxsus olduğunu, uşağına dərman almalı olduğundan satmaq istədiyini bildirərək, telefonun oğurluq və ya girovda olmadığını bildirmişdir. Bundan sonra, o Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini çıxarmaqla və mobil telefonun alqı-satqısı ilə bağlı müvafiq sənədləşmə apararaq telefonu 130 manata almışdır. Bundan sonra, həmin mobil telefonu mağazada satmaq məqsədi ilə piştaxtaya qoymuş və təxminən 15-20 gün sonra həmin mobil telefonu tanımadığı bir müştəriyə satmışdır. 23 noyabr 2019-cu il tarixdə mağazaya Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları gələrək Təqsirləndirilən şəxs aldığı mobil telofonla bağlı maraqlanmışlar və o da, Təqsirləndirilən şəxs 25 avqust 2019-cu il tarixdə “Samsung J530” markalı mobil telefonu alması bildirərək, bu barədə apardığı sənədləşməni təqdim etmişdir. Daha sonra isə bununla bağlı yazılı izahat da, vermişdir. Həmin sənədləşməyə dair sənədin və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini polis əməkdaşlarına təqdim etmişdir. Lakin, o, Təqsirləndirilən şəxs aldığı mobil telefonu satdığından telefonu təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs ona satmış olduğu Samsung markalı mobil telefonun oğurluq olması barədə onun heç bir məlumatı olmamışdır, Təqsirləndirilən şəxs həmin telefonu ona satarkən, telefonun həyat yoldaşına məxsus olduğunu və uşağına dərman almaq üçün satmaq istədiyini bildirmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 25 avqust 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi ünvan 1 ünvandan 01 kilometr aralıda yerləşən çimərlikdə baş vermişdir. Hadisə yerinə baxışda iştirak edən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan 01 dekabr 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Zərərçəkmiş şəxs arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiklərini Şahid1 üzünə demiş, sonuncu isə Zərərçəkmiş şəxs dediklərini qismən təsdiq edərək onun cibindən 4.000 manat oğurlanmadığını, yalnız mobil telefonun götürüldüyünü bildirmişdir. İş materiallarında olan 28 yanvar 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə demiş, sonuncu isə Şahid1 dediklərini təsdiq etmişdir. İş materiallarında olan 01 dekabr 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə demiş, sonuncu isə Zərərçəkmiş şəxs dediklərini qismən təsdiq edərək onun cibindən 4.000 manat oğurlanmadığını, yalnız mobil telefonun götürüldüyünü bildirmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 04 fevral 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 dekabr 2021-ci il tarixli, 9/9042 nömrəli rəyindən görünür ki, normal və işlək vəziyyətdə olması meyarı ilə götürülməklə təxminən 02 il istifadədə olmuş “Samsung Galaxy J5” markalı mobil telefonun 25 avqust 2019-cu il tarixə orta bazar qiyməti təxminən 140 manat, istifadədə olmamış “Samsung Galaxy J5” markalı mobil telefonun 2017-ci ilin avqust ayına orta bazar qiyməti təxminən 360 manat, istifadədə olmamış “Samsung Galaxy J5” markalı mobil telefonun 2019-cu ilin avqust ayına orta bazar qiyməti təxminən 240 manat məbləğində müəyyən olunur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 170.1 və 177.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, 25 avqust 2019-cu il tarixdə, saat 21:30 radələrində ünvan 1 ünvandan 01 kilometr aralıda yerləşən çimərlikdə yetkinlik yaşına çatmayanı vədlər verib cinayətkar fəaliyyətə cəlb etməklə, Zərərçəkmiş şəxs məxsus paltarın cibindən yalnız “Samsung Galaxy J5” markalı mobil telefonu oğurlamasını, sonuncunun cibində 4.000 manat olmamasını bildirməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Bu zaman məhkəmə, Təqsirləndirilən şəxs şikayətçi olmaması üçün cinayət işinə məhkəmədə baxıldığı zaman zərərçəkmiş şəxsə 2.000 manat ödədiyini də nəzərə alır. Həmçinin məhkəmə hesab edir ki, ittiham aktında Təqsirləndirilən şəxs ünvan 1 ünvandan 01 kilometr aralıda yerləşən çimərlikdə oğurladığı, Zərərçəkmiş şəxs məxsus “Samsung Galaxy J5” markalı mobil telefonun dəyərinin 700 manat olması göstərildiyi halda, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 dekabr 2021-ci il tarixli, 9/9042 nömrəli rəyində təxminən 02 il istifadədə olmuş “Samsung Galaxy J5” markalı həmin mobil telefonun 25 avqust 2019-cu il tarixə orta bazar qiyməti təxminən 140 manat məbləğində dəyərləndirildiyinə görə, həmin mobil telefonun qiymətinin 700 manat olması isə iş üzrə heç bir sübutla öz təsdiqini tapmadığı üçün, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda “Samsung Galaxy J5” markalı mobil telefonun dəyəri 140 manat məbləğində müəyyən edilməli və Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan zərərçəkmiş Zərərçəkmiş şəxs vurulmuş ümumi zərəin məbləği 4.140 (dörd min yüz qırx) manatadək azaldılmalıdır. Məhkəmə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs təqdim etdiyi və iş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 19 avqust 2017-ci il tarixli, 8837 nömrəli ödəniş cədvəlini də Zərərçəkmiş şəxs məxsus “Samsung Galaxy J5” markalı mobil telefonun 700 manat dəyərində olmasına dair mötəbər sübut hesab etmir. Çünki həmin cədvəldən ilkin olaraq 150 manat, 19 sentyabr 2017-ci il tarixdən 19 may 2018-ci il tarixədək birinci ay üzrə 64 manat, qalan aylar üzrə isə 65 manat məbləğində vəsaitin ödənildiyi, lakin qeyd edilən vəsaitlərin hansı əşyanın alınmasına və ödənişlərin kimin tərəfindən edildiyini, yəni bir sözlə məhz “Samsung Galaxy J5” markalı mobil telefonun Zərərçəkmiş şəxs tərəfindən alındığını müəyyən etmək mümkün deyil. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, cinayət nəticəsində zərəçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, sonuncunun ona qarşı heç bir şikayət tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 170.1 və 177.1-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddələrlə nəzərdə tutulmuş cinayətləri törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül cəzaların da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 170.1 və 177.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 170.1 və 177.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 23 noyabr 2019-cu il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə və qətimkan tədbirinin seçilməsi haqqında 25 noyabr 2019-cu il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 23 noyabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 noyabr 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 170.1 və 177.1-ci maddələri ilə ittiham elan edilmiş, həmin tarixdə Bakı şəhəri Suraxanı rayon prokurorunun qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, qərarın surəti Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və bundan sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 23 noyabr 2019-cu il tarixdən 25 noyabr 2019-cu il tarixədək tutulduğu 02 gün Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmalıdır. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli, 1(010)-74/2020 nömrəli qərarından və Bakı şəhəri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə 16 avqust 2021-ci il tarixdə daxil olmuş 03 avqust 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs 30 iyul 2021-ci il tarixdə tutulmuş və saxlanılması üçün 02 avqust 2021-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı 30 iyul 2021-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1 və 177.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1 və 177.1ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası CM-nin 170.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 23 noyabr 2019-cu il tarixdən 25 noyabr 2019-cu il tarixədək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş 07 (yeddi) ay müddətinə azadlıqdan məһrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq, 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı 30 iyul 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçünAzərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar