Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-5/2023 27.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs nümayəndəsi, Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, pensiyaçı, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin 42 inzibati binada qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev keçəsi, ev 20/1-də yaşayan, 11 yanvar 2022- ci il tarixdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 40730,00 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 avqust 2017-ci il tarixli, 2(008)-7595/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 3(010)-1284/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 700,00 manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yenidən müddət verilərək dəfələrlə məsuliyyəti elan olunmaqla xx.xx.2021-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 10 avqust 2021-ci il tarixə kimi qətnamə üzrə borcunu ödəməyərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən X10 ona Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hazırda ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır, özü heç yerdə işləmir, yaşa görə pensiya alır, pensiyası aylıq 259,00 manat təşkil edir, əri X13 taksi sürücüsüdür, Zərərçəkmiş şəxs təxminən 2010-cu ildən tanıyır, sonuncu onunla qonşuluqda yaşamış və yaxınlıqda olan 148 saylı orta məktəbdə fizika müəlliməsi işləyir, lakin sonuncunun ailəsi sonradan həmin ünvandan köçmüş, Zərərçəkmiş şəxs ilə qohumluq münasibəti yoxdur və aralarında düşmənçiliyi və ədavəti olmamış, 2011-ci ildən ailəsini dolandırmaq üçün evlərinin qarşısında balaca bir köşkdə xırdavat malların satışı ilə məşğul olmağa başlamış, həmin vaxtı qonşusu Zərərçəkmiş şəxs ona müraciət edərək gətirdiyi geyim paltarlarının dükanında satmasını xahiş etmiş, həmçinin həmin dükanda özü qızıl-zinət əşyalarının satışı ilə məşğul olmuş, verilən qızıl-zinət əşyalarını qonşuluqda yaşayan Şahid6 verərək sonuncunun işlədiyi Neftçilər xəstəxanasında satışını aparmış, həmin üsulla hər ikisi gəlir əldə etmiş, Samara onun dükanında bu barədə bilib, öz növbəsində öz qızıl-zinət əşyalarını satmaq üçün ona gətirməsini təklif etmiş, bu səbəbdən ona 2011-ci ilin mart ayından qızıl-zinət əşyalarını verməklə qramını 50 manatdan satıb Samaraya 48 manatdan ödəməsini bildirmiş, təklifə razılıq verdikdən sonra həmin il 4 ay müddətinə Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda ona 59000,00 manat dəyərində qızıl-zinət əşyasını satmaq üçün ona vermiş, lakin razılaşmaya əsasən həmin qızıl əşyaların dəyərini satışdan sonra ödəməsini öhdəsinə götürmüş, özü isə satış üçün ona verilmiş Samaraya və digər şəxslərə məxsus 122645,00 manat dəyərində olan qızıl-zinət əşyalarını Şahid6 vermiş, həmin əşyaların satışından ilkin mərhələdə əldə olunan 36660,00 manat məbləğində pulu zinət əşyaların sahiblərinə ödəmiş, lakin sonradan növbəti ödəniş vaxtı Şahid6 ona zəng vuraraq qalan zinət əşyaların oğurlandığını bildirmiş, həmin oğurluq hadisəsi ilə bağlı polis orqanlarına müraciət olunmuş və nəticədə Aybənizin ona dedikləri yalan olmuş, oğurluq hadisəsi baş verməmiş, sadəcə həmin qızıl-zinət əşyaları Aybəniz tərəfindən mənimsənilmiş və Aybəniz, həmin zinət əşyalarını müxtəlif qızıl alqı-satqısı ilə məşğul olan mağazalarına ucuz qiymətə sataraq pullarını mənimsəyərək dələduzluq etmiş, bununla əlaqədar qızılların sahibləri, aralarında Samara olmaqla ondan və Şahid6 hüquq mühafizə orqanlarına şikayət etmiş, həmin şikayət əsasında hər ikisinin barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmış və cinayət işin istintaqı zamanı onun təqsiri təsdiqini tapmadığından, yəni Samaraya və digər şəxslərə məxsus qızıl-zinət əşyaları yalnız Şahid6 tərəfindən mənimsənildiyindən, barəsində olan cinayət təqibinə xitam verilmiş, özü isə həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış, cinayət işi üzrə Şahid6 Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü ilin hökmü ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin sonradan cəzası 5 il müddətinə endirilmiş, hökm üzrə müəyyən edilmiş maddi ziyanla bağlı o, Şahid6 qarşı Suraxanı Rayon Məhkəməsində iddia qaldırmış və iddiası təmin olunaraq 70000,00 manat məbləğində pul Aybəniz tərəfindən ona ödənilməsi qət edilmiş, lakin həmin qətnamə hazıradək Suraxanı rayon İcra Şöbəsi tərəfindən icra olunmamış qalmışdır. Buna baxmayaraq Zərərçəkmiş şəxs Şahid6 tərəfindən ödəniləcək məbləğlə bağlı iddia Zərərçəkmiş şəxs tərəfindən ona qarşı Sabunçu Rayon Məhkəməsində qaldırılmış və həmin məhkəmə tərəfindən hökm ilə müəyyən olunmuş məsələ nəzərə alınmadan ondan 40730,00 manat məbləğində borc pulu Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7595/2017 saylı, 17 avqust 2017-ci il tarixli qətnaməsi qət edilmiş, tərəfindən həmin qətnamədən verilmiş şikayətlərə baxmayaraq qeyd olunan qətnamə qüvvədə saxlanılmış və icra olunması üçün icra vərəqəsi Suraxanı rayon icra şöbəsinə göndərilmişdir, icra zamanı icra məmuru tərəfindən icra işi başlanılaraq tələbin könüllü icra olunması üçün ona 10 günlük müddət verilmiş, lakin həmin məbləğdə pulun qaytarılmasına imkanı olmadığından irəli sürülən tələbi icra edə bilməmiş, daha sonra barəsində məcburi icra tədbirləri həyata keçirilmiş, icra məmurunun tələblərini əməl etmədiyindən və icra vərəqəsi üzrə tələbi icra etmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 700,00 manat məbləğində inzibati qaydada cərimə olunmuş, məhkəmə qətnaməsini icra etməməsinə görə cinayət məsuliyyətinə cəlb olunacağı barədə dəfələrlə icra məmuru tərəfindən xəbərdar olunmuş, icra zamanı 8 ay ərzində hər ay 100,00 manat olmaqla, ümumilkdə 800,00 manat məbləğində pulu icra şöbəsinin depozit hesaba ödəmiş, sonradan qətnamənin icra olunmaması ilə əlaqədar fakta görə Ədliyyə Nazirliyinin İstintaq idarəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlandıqdan sonra istintaq zamanı əlavə olaraq 1200,00 manat ödəniş etmiş, özü işsiz olduğundan həmin pulu hazırda barəsində icra işi olan Şahid6 tərəfindən ona aylıq ödədiyi 200-250 manat məbləğində ödəniş aparmış, bundan başqa Ramilə Verdiyevə ona verilən suallara cavab olaraq ifadəsində bildirmişdir ki, ailəsinə məxsus hər hansı daşınar və ya daşınmaz əmlakı yoxdur, yeganə gəlir yerləri əri Tehran Verdiyevin məşğul olduğu taksi fəaliyyətindən gündəlik 5-10 manat məbləğində olan qazancdır və həmçinin xəstə oğluna görə 110 manat və özünün isə 259 manat pensiyası təşkil edir, 2015-2020-ci illərdə ölkə xaricindən, yəni İran İslam Respublikasından və Rusiya Federasiyasından sərhəd yanı ərazilərdən ərzaq məhsullarını gətirib yaşadığı ərazidə satmaqla məşğul olmuş, lakin sonradan pandemiya ilə əlaqədar həmin fəaliyyətlə məşğul ola bilməmiş, 2011-ci ildə Qax rayonun Cəlayir kəndinin ərazisindən Şahid6 qohumuna məxsus 2,01 ha torpaq sahəsini Şahid6 verilmiş qızıl-zinət əşyalarının 2500,00 manat dəyərinin əvəzi olaraq ona, yəni ərinin adına özgəninkiləşdirilmiş və həmin torpaq sahəsini xx.xx.2017-ci il tarixdə borclarını ödəmək üçün X14 təxminən 2000 manat məbləğində satmış, ailəsinə məxsus Qəbələ rayonunda heç bir mülkü yoxdur, həmçinin yaşadığı evin qarşısında olan kiçik ölçülü mağaza bacısı Rafiqə Oruc qızına məxsusdur və həmin mağaza 15-20 gündür icarəyə verilmiş, lakin bundan öncə uzun müddət fəaliyyət göstərməmiş, bundan başqa qarşı tərəf icra vaxtı yaşadığı evin həyətində bir neçə yaşayış otaqların olmasını və həmin yaşayış otaqları onun tərəfindən kirayə verilməsini bildirmiş, lakin ailəsinin yaşadığı ev 0,06 ha torpaq sahəsində yerləşir, baxımsız vəziyyətdədir, həmin torpaq sahəsinin ərazisində bir mərtəbəli 4 otaqdan ibarət ev yerləşir və həmin sahədə əlavə olaraq kənarda təxminən 6 kv.m sahədən ibarət mətbəx otağı vardır, başqa hər hansı yaşayış otaqlar mövcud deyil və yaşadığı evdə ailəsindən başqa kirayəçi qalmır və qalmayıbdır. Həmçinin sonda, tərəfindən borcun ödənilməməsinin qərəzli olmadığını, ağır maddi vəziyyətlə əlaqədar olduğunu, himayəsində psixi xəstəliyi olan bir oğlunun olduğunu, digərinin isə hərbi xidmətdə olduğunu, yaşlı və təqaüdçü olduğunu nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, zərərçəkmiş şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1992-ci ildən 2004-cü ilədək ailəsi ilə birlikdə ünvan 2 ünvanda yaşamış sonradan Xətai rayon ərazisinə köçmüş, Təqsirləndirilən şəxs təxminən 2011-ci ildən tanımış, işlədiyi 148 saylı orta məktəb Sabunçu rayonu, E Mehdiyev küçəsində yerləşdiyindən gündəlik Təqsirləndirilən şəxs evlərinin qarşısından keçərək ona məxsus ərzaq mağazasından alış-veriş etməklə onunla münasibəti yaranmış, Təqsirləndirilən şəxs həmin mağazada həmçinin qızıl-zinət əşyaların satışı ilə məşğul olurmuş, həmin ərəfədə əlavə qazanc əldə etmək üçün özü parfumeriya və tekstil malların satışı ilə məşğul olduğundan bəzi malları Təqsirləndirilən şəxs mağazasında satışa qoymuş, lakin Təqsirləndirilən şəxs ona qızıl-zinət əşyaların satışı ilə məşğul olmasını təklif etmiş, bu səbəbdən ona zinət əşyalarını gətirib onları ondan yüksək qiymətə alacağını bildirmiş, lakin ödənişini hissə-hissə verəcəyini demiş, yəni alqı-satqını nisyə həyata keçirəcəyini demiş, iş yoldaşı qızıl-zinət əşyasını satmaq istədiyindən Təqsirləndirilən şəxs müraciət olunmuş, sonuncu həqiqətən həmin zinət əşyasına yüksək məbləğdə pul vermiş, bu səbəbdən “Laçın” ticarət mərkəzində qızıl-zinət əşyaların satışı ilə məşğul olan tanışından qızıl-zinət əşyalarını ucuz qiymətə götürüb Təqsirləndirilən şəxs baha qiymətə satmağa başlamış, lakin hər ikisi hissə-hissə ödənişi tələb etdiyindən 3-4 ay bu qaydada Təqsirləndirilən şəxs ilə qızıl-zinət əşyaların alqı-satqısı ilə məşğul olmuş, lakin sonradan Təqsirləndirilən şəxs ödənişi dayandırmış, məlum olmuşdur ki, Təqsirləndirilən şəxs öz tanışı Şahid6 tərəfindən aldadılmış, yəni sonuncu Təqsirləndirilən şəxs qızıllarını götürüb onlara dair pulları ödəməmiş, onların arasında Təqsirləndirilən şəxs verdiyi ümumilikdə 1,311 kq zinət əşyasının çatışmazlığı aşkar olunmuş, öz malların tələb etməsi ilə əlaqədar Təqsirləndirilən şəxs polisə şikayət etmiş, sonuncunun barəsində Sabunçu rayonun 12-ci polis bölməsində cinayət işi başlanmış, sonradan həbs olunmasına baxmayaraq, Təqsirləndirilən şəxs özünün aldadılmasına dair sənədləri təqdim etdikdən sonra cinayət məsuliyyətindən azad edilməsinə nail olmuş və sonuncunu aldatmış şəxs Şahid6 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə həbs edilib məhkəmə məsuliyyətinə verilmiş, həmin iş üzrə özü və digər tanışları şikayətçi olaraq zərərçəkmiş şəxs qismində tanınmış, lakin cinayət təqibi zamanı dəfələrlə Şahid6 tanımadığını və həmin qızıi-zinət əşyalarını Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Şahid6 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin Təqsirləndirilən şəxs ona vurulmuş ziyanla bağlı ödəniləcək pula dair həmin hökmdə toxunulmadığından növbəti illərdə R.Verdiyevə barəsində aidiyyəti hüquq-mühafizə orqanlarına şikayət etməsinə baxmayaraq Təqsirləndirilən şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildiyindən 2017-ci ildə mülki iddia ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, yuxarı instansiya məhkəmələrində çəkişmə aparılmasına baxmayaraq yekunda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7595/2017 saylı xx.xx.2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, X3 40730,00 manat məbləğində borc pulu onun xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Sabunçu rayon icra şöbəsinə göndərilmiş, xx.xx.2020-ci il tarixdə icra işi başlanılmış, lakin icra zamanı borclu faktiki yaşadığı ünvan 4 ünvandan qeydiyyatdan çıxdığı üçün sonradan qeydiyyatsız şəxs kimi ünvan 5 ünvanda, yəni rayon polis idarəsində qeydiyyata durmuş, bu səbəbdən icra işi aidiyyəti üzrə Suraxanı rayon icra şöbəsinə göndərilmiş, borclu Təqsirləndirilən şəxs könüllü icra müdddəti verilməsinə baxmayaraq, sonuncu həmin müddət ərazində qətnamə üzrə heç bir ödəniş etməmiş, barəsində məcburi icra tədbirləri görülsə də, müsbət nəticə əldə olunmamış, borclu Ramil Verdiyevə qətnaməni qərəzli olaraq icra etməkdən yayındığı üçün icra məmuru onun barəsində inzibati protokol tərtib edib baxılması üçün məhkəməyə göndərmiş və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 700,00 manat məbləğində inzibati qaydada cərimə olunmuş, lakin bundan sonra borclu Təqsirləndirilən şəxs vəkilinin məsləhəti ilə qətnamə üzrə ayda cəmi 100,00 manat məbləğində pulu icra şöbəsinin depozit hesabına ödəniş etməklə məsuliyyətdən yayınmaq məqsədi olmuş, icra məmurunun borclu Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq sonuncu qərəzli olaraq qətnaməni icra etməkdən yayınmış və bildiyinə görə qətnamə üzrə cəmi 1000,00 manat məbləğində ödəniş etmişdir. Suraxanı rayon icra şöbəsinin icraatında Təqsirləndirilən şəxs tələbkar olduğu qətnamə üzrə borclu olan Şahid6 2019-cu ildən başlayaraq hər ay poçt vasitəsi ilə Təqsirləndirilən şəxs 300,00 manat məbləğində pul ödəyir və hazıradək ümumilkdə onun xeyrinə 5600,00 manat ödəniş etmiş, bundan başqa Ramilə Verdiyevə hər ay 260,00 manat pensiya alır, həmçinin Ramilə Verdiyevə evlərin qarşısında olan ərzaq mağazasını işlədərək qazanc əldə edir, lakin hazırda qazancı gizlətmək məqsədi ilə həmin dükanı icarəyə vermiş, bundan başqa Ramilə Verdiyevə yaşadığı evin həyətyani torpaq sahəsində iki ədəd yaşayış otaqları olmaqla onları pul müqabilində kirayə verərək əlavə gəlir əldə edir və bundan başqa pandemiya dövrünə gədər, yəni quru sərhəd bağlanılana qədər X12 və İrandan ərzaq məhsullarını gətirərək al-ver ilə məşğul olmaqla qazanc əldə etmiş, bununla da, Təqsirləndirilən şəxs kifayət gədər gəlir əldə etməsinə baxmayaraq qətnaməni icra etməkdən qərəzli olaraq yayınır. Həmçinin Təqsirləndirilən şəxs ailəsinə məxsus Qəbələ rayonunda adlarına rəsmiləşdirilməsə də, faktiki sahiblik etdikləri iki ədəd 1 otaqlı mənzil məxsusdur, bunu ona borclunun qonşusu Şahid5 təsdiq etmiş, belə ki, sonuncu yük daşıma ilə məşğul olduğundan bir neçə il öncə Təqsirləndirilən şəxs və onun əri Tehran Verdiyevlə birlikdə köhnə mebellərini onlara məxsus Qəbələ şəhərindəki mənzillərinə aparılmasını bildirmiş, bundan əlavə 2017-ci ildə məhkəmə prosesi zamanı Ramilə Verdiyevə maddi vəziyyətini gizlətmək məqəsdi ilə, yəni gələcəkdə irəli sürülən tələbdən yayınmaq üçün onlara məxsus Qax rayonu, Cəlayir kənd ərazisində yerləşən 2,01 ha torpaq sahəsini başqa şəxsə sataraq gəlirini gizlətmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs qətnamə üzrə borclu olduğu pulun alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7595/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu X3 tələbkar Zərərçəkmiş şəxs xeyrinə cəmi 40730,00 manat məbləğində pul vəsaiti tutulmalıdır. xx.xx.2020-ci il tarixdə icra sənədi üzrə icraata başlanılaraq bu barədə tərəflərə məlumat, həmçinin borcluya icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, lakin tələb müəyyən edilmiş müddətdə borclu tərəfindən könüllü icra edilməmiş, borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunaraq icra sənədinin icrasını təmin etmək məqsədi ilə onun Suraxanı rayon icra şöbəsinə gəlməsi və icra sənədi üzrə tələbi təmin etməsi tələb olunmuş, lakin o icra sənədi üzrə 40730,00 manat borcu məhkəmə qərarı qəbul edilənədək artıq ödənildiyini bildirmiş, buna dair heç bir rəsmi əsas gətirməməklə sözügedən icra sənədi üzrə borcu ödəməkdən imtina etmişdir, icra məmurunun qanuni tələbini yerinə yetirməməsinə və icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməməsi ilə bağlı borclu X1 Rayon Məhkəməsinin xx.xx.2020-ci İİ tarixli qərarına əsasən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 700,00 manat məbləğində inzibati qaydada cərimə ilə tənbeh edilmiş, bundan sonra borcluya tələbi icra etməsi üçün cinayət məsuliyyəti elan olunmaqla qanunamüvafiq olaraq yeni müddət verilmiş, borclu ona xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmənin məlum qətnaməsini icra etməmiş, təqdimat əsasında Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə borclu X4 ölkədən getmək hüququ bir il müddətinə məhdudlaşdırılmış, qətnamə üzrə tələbkar hissə-hissə icranı qəbul etmədiyindən borclu X10 icra zamanı tələbkarın xeyrinə cəmi 800,00 manat məbləğində pul vəsaitini 8 ay ərzində hər ay 100,00 manat ödəməklə Suraxanı rayon İcra şöbəsinin depozit hesabına köçürmüş və borcu 39930,00 manat təşkil etmişdir, icra sənədi üzrə 40730,00 manat borc tələbinin hissə-hissə ödənilməsinə dair X4 ərizəsi Sabunçu Rayon Məhkəməsinin 8(008)-51/2021 saylı, xx.xx.2021 ci il tarixli qərardadı ilə təmin edilməmişdir, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 63.1.2-ci maddəsinin tələblərinə uyğun olmadığından icra sənədi üzrə tələbin borclunun pensiyasına yönəldilməsi mümkün olmamışdır. Tələbkar tərəfindən daxil olmuş ərizələrə və əlavə olunmuş materiallara əsasən borclu X7 və onun əri X9 qeyri-rəsmi aid olan, lakin faktiki (etibarnamə əsasında sərəncam vermək hüququ ilə) istifadələrində olan daşınar və daşınmaz əmlakların mövcud olduğu müəyyən edilmişdir, bunlardan Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən yaşadıqları mənzilin satışa çıxarıldığı və altında borclunun ərinə məxsus mobil nömrənin yazıldığı müşahidə olunur. Tələbkar Zərərçəkmiş şəxs və əri X5 xx.xx.2021- ci, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli ərizələrində borclu X4 məhkəmə qərarının çıxarıldığı tarixdən uzun illər öncədən borcu ödəməkdən qərəzli olaraq yayındığı, sözügedən qətnamə üzrə isə ona edilən xəbərdarlıqlara və məsuliyyət tədbirlərinə baxmayaraq mövcud borcunu ödəmədiyi, bunun üçün (qeydiyyat ünvanını dəyişmə, barəsində olan qərarlardan əsassız şikayətlər vermək, faktiki sərəncamında olan əmlakların başqa şəxslərin adlarında saxlamaq kimi) müxtəlif məsuliyyətdən yayınma vasitələrinə əl atdığı bildirilir, mövcud 40730,00 manat borcu dərhal tam şəkildə ödəmədiyindən borclunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunması xahiş olunur. Borclunun yaşayış yerinə baxış keçirilmiş, lakin borcu yönəldilə biləcək hər hansı əmlak aşkar edilməmişdir. Borclu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)/7595/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsini ona dəfələrlə məsuliyyəti elan olunmaqla xəbərdarlıq edilməsinə və inzibati qaydada tənbeh olunmasına baxmayaraq icra etməməkdə davam etmiş, bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs əri Şahid3 ifadəsində göstərmişdir ki, borclu Təqsirləndirilən şəxs və onun ailəsini 20 ilə yaxındır tanıyır, sonuncu onun keçmiş qonşusu olmuş, onların yaşadıqları ev E.Mehdiyev küçəsi ev 20/1 ünvanda yerləşmiş, yaşadıqları 10 sot həyətyanı torpaq sahəsində birmərtəbəli ev və həyətlərində kirayə üçün nəzərdə tutulmuş yaşayış otaqları mövcuddur, küçəyə baxan hissəsində özlərinə məxsus dükan var, əvvəllər arvadı Zərərçəkmiş şəxs "Oriflame” şirkətinin üzvü olduğundan həmin şirkətin məhsullarını, parfümeriya və yataq dəstlərini arvadı Təqsirləndirilən şəxs mağazasında satışını həyata keçirirmiş, sonradan Təqsirləndirilən şəxs və onun əri Tehran Verdiyev arvadına xırda alveri buraxıb daha böyük qazanc gətirən qızıi-zinət əşyaların alqı-satqısı ilə məşğul olmağı təkilf etmiş, özlərinin bununla uzun illər məşğul olduğunu və həmin işin əlverişli olduğunu arvadına inandırmış, razılaşmaya əsasən arvadı Samara tərəfindən verilmiş zinət əşyalarını yüksək dəyərlə alaraq onların dəyərinin 1/3 hissəsini öncədən qalan hissəsini satışdan sonra Təqsirləndirilən şəxs ödəməsinə söz vermiş, belə ki, 2011-ci ilin 3-4 ay ərzində müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs ümumilikdə Təqsirləndirilən şəxs 60500,00 manat dəyərində zinət əşyası vermiş, bunlara dair sonuncu arvadına cəmi 20000,00 manata yaxın pul ödəmiş və qalıq 40700,00 manat məbləğində pulu ödəməkdən yayınmış, qalan pulun tələbi ilə bağlı dəfələrlə borclu Təqsirləndirilən şəxs müraciət olunsa da, sonuncu problemin olduğunu özünündə aldadıldığını, lakin yaxın vaxtlarda məsələni həll edib arvadına olan borcun qaytarmasına vəd vermiş, lakin uzun müddət müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan yayınmış, sonradan isə ümumiyyətlə qaytarmaqdan imtina etmiş, bu səbəbdən borcun qaytarılması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7595/2017 saylı xx.xx.2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 40730,00 manat məbləğində borc pulu Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Sabunçu rayon icra şöbəsinə göndərilmiş, xx.xx.2020-ci il tarixdə icra işi başlanılmış, lakin icra zamanı borclu faktiki yaşadığı ünvan 4 ünvanda çıxdığı üçün sonradan qeydiyyatsız şəxs kimi ünvan 6, yəni rayon polis idarəsində qeydiyyata durmuş, bu səbəbdən icra işi aidiyyəti üzrə Suraxanı rayon icra şöbəsinə göndərilmiş, borclu Təqsirləndirilən şəxs könüllü icra müdddəti verilməsinə baxmayaraq, sonuncu həmin müddət ərazində qətnamə üzrə heç bir ödəniş etməmiş, barəsində məcburi icra tədbirləri müsbət nəticə verməmiş, borclu Ramil Verdiyeva qətnaməni qərəzli olaraq icra etməkdən yayındığı üçün icra məmuru onun barəsində inzibati protokol tərtib edib baxılması üçün məhkəməyə göndərmiş və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 700,00 manat məbləğində inzibati qaydada cərimə olunmuş, lakin bundan sonra borclu Təqsirləndirilən şəxs vəkilinin məsləhəti ilə qətnamə üzrə ayda cəmi 100,00 manat məbləğində pulu icra şöbəsinin depozit hesabına ödəniş etməklə məsuliyyətdən yayınmağa çalışmış, icra məmurunun borclu Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq sonuncu qərəzli olaraq qətnaməni icra etməkdən yayınmış və bildiyinə görə qətnamə üzrə cəmi 1000,00 manat məbləğində ödəniş etmiş, Suraxanı rayon icra şöbəsinin icraatında Təqsirləndirilən şəxs tələbkar olduğu qətnamə üzrə borclu olan Şahid6 2019-cu ildən başlayaraq hər ay poçt vasitəsi ilə Təqsirləndirilən şəxs 300,00 manat məbləğində pul ödəyir və hazıradək ümumilikdə onun xeyrinə 5600.00 manat ödəniş etmiş, bundan başqa Ramilə Verdiyevə hər ay 260,00 manat pensiya alır, həmçinin Ramilə Verdiyevə evlərin qarşısında olan ərzaq mağazası işlədərək qazanc əldə edir, lakin hazırda qazancı gizlətmək məqsədi ilə həmin dükanı icarəyə vermiş, bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani torpaq sahəsində iki ədəd yaşayış otaqları olmaqla onları pul müqabilində kirayə verərək əlavə gəlir əldə edir və bundan başqa pandemiya dövrünə qədər, yəni quru sərhəd bağlanılana qədər Təqsirləndirilən şəxs Rusiyadan və İrandan ərzaq məhsullarını gətirərək al-ver ilə məşğul olmaqla qazanc əldə etmiş, bununla da, Təqsirləndirilən şəxs kifayət qədər gəiir əldə etməsinə baxmayaraq qətnaməni icra etməkdən qərəzli olaraq yayınmış, həmçinin Təqsirləndirilən şəxs ailəsinə məxsus Qəbələ rayonunda adlarına rəsmiləşdirilməsə də, faktiki sahiblik etdikləri iki ədəd 1 otaqlı mənzil məxsusdur, bunu ona borclunun qonşusu Şahid5 təsdiq etmiş, bundan əlavə 2017-ci ildə məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs maddi vəziyyətini gizlətmək məqəsdi ilə, yəni gələcəkdə irəli sürülən tələbdən yayınmaq üçün onlara məxsus Qax rayonu Cəlayir kənd ərazisndə yerləşən 2,01 ha torpaq sahəsini başqa şəxsə sataraq gəlirini gizlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində ev alqı-satqı sahəsində makler fəaliyyəti ilə məşğul olur, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımır, lakin sonuncu həmyerlisi Şahid3 arvadı olmasını bilir, onlarla qohumluq münasibəti yoxdur, 2021-ci ilin təxminən mart ayında Gərəy Babakişiyev onun fəaliyyət göstərdiyi ofisə gələrək Rusiya Federasiyasında yaşayan qohumuna ev almaq üçün ünvan 7 ünvanda yerləşən evə baxmasını və satış qiymətini satıcı ilə razılaşdırmasını ondan xahiş etmiş, Şahid3 tərəfindən göstərilən evə tək gedərək evin giriş qapısının sağında kiçik sahəsi olan mağaza yerləşmiş, həmin mağaza bağlı vəziyyətdə olmuş, evin dəmir qapısının üzərində mobil telefon nömrəsi ilə əlaqə saxlamış və hazırda adını xatırlamadığı kişi zənginə cavab verərək qabağına çıxmış, həmin adama ev ilə maraqlandığını özünün makler kimi fəaliyyət göstərdiyini bildirmiş, satıcı onu içəri dəvət edərək evin ərazisini göstərmiş, həyətinə daxil olduqda içəridə sağ tərəfdə bir ədəd tikilini görmüş, həmin tikili mətbəx və yataq otağından ibarət olmuş, evi göstərən adam həmin tikili aylıq 150,00 manat müqabilində kirayə verildiyini söyləmiş, evin həyətyanı ərazisi təxminən 10 sot torpaq sahəsindən ibarət olmuş, torpaq sahəsinin üzərində bir mərtəbəli yaşayış evi olmuş, sonradan onların yanına həmin kişinin arvadı yaxınlaşmış, hər ikisi evin qiyməti 170000,00 manat dəyərində olmasını demiş, lakin evə dair sənədlərin olmadığnı, yalnız torpağa dair bələdiyyənin sənədləri müvcud olduğunu bildirmiş, evə baxdıqdan sonra Şahid3lə görüşərək evin qiymətini ona bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmi, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğuldur, özünə məxsus yük maşını vardır və işəmuzd yüklərin daşınması ilə məşğul olur, X8 və Zərərçəkmiş şəxs uzun illərdir ki, qonşu kimi tanıyır, onlarla qohumluq və ya hər hansı qərəzli münasibəti yoxdur, Ramilə Verdiyevə və Zərərçəkmiş şəxs arasında yaranmış mülki mübahisə ilə əlaqədar məhkəmənin qətnaməsi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə 40700,00 manat məbləğində pul ödəməlidir. Həmin qətnamə məcburi icra olunması üçün Sabunçu rayon icra şöbəsində aparılır, Zərərçəkmiş şəxs əvvəllər yaşadığı ünvanda qonşusu olmuş, yaxınlıqda olan məktəbdə müəllimə işləyir, eyni ilə Ramilə Verdiyevə ailəsi ilə birlikdə on ilə yaxındır qonşuluqda yaşayır və evlərinin qarşısında olan mağazanın sahibi kimi tanıyır. Əlavə verilən suallara cavab olaraq Şahid5 ifadəsində göstərmişdir ki, bir neçə il öncə Təqsirləndirilən şəxs və onun əri onun yük maşınını idarə etdiyini bildiyindən ona müraciət edərək evlərində olan köhnə mebel avadanlıqlarını Qəbələ şəhərinə aparılmasını xahiş etmiş və evlərində olan köhnə mebeli maşınına yükləyərək onlarla birlikdə Qəbələ şəhərinə getmiş, Qəbələ şəhərini özü yaxşı tanımadığından və hadisənin bir neçə il əvvəl olduğundan yaxşı xatırlamadığından dəqiq ünvanını göstərə bilməmiş, həmin şəhərin girəcəyində olan yataqxana üçün nəzərdə tutulmuş yaşayış binasına getmişdir. Tehran mebelləri boşaldaraq yataqxanın ikinci mərtəbəsində olan mənzilə yığmış, həmin mənzildə yaşayış olmamış, özü ilə gətirdiyi giriş qapısını yenisi ilə əvəz etdikdən sonra yenidən geri Bakı şəhərinə qayıtmışlar, lakin həmin vaxt mənzilin onlara məxsus olub-olmaması barədə danışıqları olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2011-ci ildə Sabunçu rayonu. E.Mehdiyev küçəsində yerləşən evə anası ilə birlikdə kirayə köçmüş və həmin ərəfədə qonşuluqda yaşayan X6 və onun ailəsini tanımış, Təqsirləndirilən şəxs evinin qarşısında ərzaq dükanı olmuş və vaxtaşırı ev üçün oradan bazarlıq etmiş, sonuncu həmin mağazada qızıl-zinət əşyaların alqı-satqı ilə məşğul olmasını bilmiş, həmin ərəfədə özü Neftçilər xəstəxanasında tibb bacısı işləmiş, ailəsinin dolanışığı zəif olduğundan Təqsirləndirilən şəxs və onun əri Tehran adlı şəxs ona əlavə qazanc əldə etmək üçün qızıl-zinət əşyaların satışı ilə məşğul olmasını təklif etmiş, ilk öncə bununla məşğul olmaq istəməsə də, əri Salman fikrinin dəyişməsinə nail olmuş, bu səbəbdən Təqsirləndirilən şəxs müraciət edərək işin nədən ibarət olduğunu soruşduqda, sonuncu ona ilk olaraq satmaq üçün verdiyi zinət əşyalarına dair 800,00 manat ödəniş etməsini bildirmiş, buna razılıq verdikdən sonra həmin zinət əşyalarını iş yerində göstərmək üçün götürmüş, lakin həmin gecə əri Salman həmin qızılları götürərək qohumların yanına Qax rayonuna aparmış, qızılları orada satacağını və əldə olunan pulu poçt vasitəsi ilə ona göndərəcəyini bildirmiş, lakin əri qızılları götürsə də, 2-3 gün ona zəng vurmamış, əlacsız qaldığından özünə məxsus qızıl-zinət əşyalarını 500,00 manat dəyərinə sataraq Ramilənin evinə gedib həmin pulu ona verərək qalıq borcunu yaxın dövrdə qaytaracağını bildirmiş, lakin Ramilə cavabında narahat olmamağını və evdən əlavə qızılzinət əşyalarını gətirib bunlarıda satmasını ona bildirmiş, imtina etsə də, o həmin qızılları təkidlə ona vermiş və onlara görə 1100,00 manat ödəniş etməsini bildirmiş, qızılları götürüb xəstəxanaya aparmazdan öncə həmin qızılları Laçın univermağında göstərərək orada həmin zinət əşyalarına görə ona 2100,00 manat təklif olunmuş, sevinərək həmin pulu götürüb dərhal Ramilənin evinə gəlib onun borclu qaldığı 300,00 manat və təzə əşyalara görə 1100,00 manat pulu ödəmiş, həmin hadisədən sonra Ramilə bir neçə dəfə ona qızıl-zinət əşyasını satış üçün vermiş, lakin növbəti dəfə Ramilə ona qızıl əşyasını verdikdə və onu satış məntəqəsinə aparaq satmaq istədikdə, alıcı həmin qızılın əyarı çox aşağı və zinət əşyası hesab olunmadığını bildirmiş, bundan şübhələnərək, həmin əşyaları aparıb Ramiləyə geri qaytarıb və bir daha bununla məşğul olmaq istəmədiyini bildirdikdə, sonuncu onu evinə dəvət edərək ona olan borcu hesablamağını bildirmiş, lakin R.Veriyevaya borclu qalmadığını bildirsə də, onu masa arxasına əyləşdirib hesablaşmaya başladıqda məlum olmuşdur ki, Ramilə ona zinət əşyalarını verərkən ona dediyi ödəmə məbləğləri, həmin əşyalar üzrə yalnız ilkin ödənişdir və qalıq məbləği Təqsirləndirilən şəxs yekunda ödəməli olduğunu bilməmiş, bu səbəbdən yekunda borc hesablanaraq Təqsirləndirilən şəxs olan borcu 122000,00 manata yaxın məbləğ təşkil etmiş, həmin an onun tərəfindən aldanıldığını dərk etmiş və sonradan həmin zinət əşyaları verdiyi mağazalardan geri götürmək üçün Təqsirləndirilən şəxs ilə birlikdə gedərkən ona verilmiş qızıl-zinət əşyalarının bir hissəsi Zərərçəkmiş şəxs olmasını bilmiş və həmin ərəfədə onların ikisinin arasında dəfələrlə mübahisə yaranmış, bununla əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzasını PX-nin 4 saylı CÇM-də çəkmiş, lakin cinayət qanunvericiliyində olan dəyişikliyə görə cəza müddəti endirilərək xx.xx.2018-ci il tarixdə cəzasının qalıq hissəsini çəkməkdən azad olunmuş və sonradan Suraxanı rayon icra şöbəsində Suaraxanı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli icra sənədi üzrə borclu kimi Təqsirləndirilən şəxs xeyrinə 84500,00 manat məbləğində ödəniş etməli olduğunu bilmiş, həmin icra sənədinin əsası yuxarıda qeyd olunan qızıl-zinət əşyalarının dəyəri olmuş, qeyd olunan icra sənədi üzrə hissə-hissə ödəniş etməklə Təqsirləndirilən şəxs xeyrinə 5600,00 manat məbləğində ödəniş etmiş, maddi durumu ilə əlaqədar hissə-hissə ödəməsini həyata keçirir, həmin icra sənədinə əsası olmuş məhkəmənin qətnaməsində Təqsirləndirilən şəxs tələbi şişirdilmiş və onu vaxtında savadsızlığından mübahisələndirməmiş, belə ki, aralarında olan şifahi razılaşmaya əsasən qızıl-zinət əşyaların müəyyən hissəsinin ödənilməsi məqsədi ilə əri Salman Fərəcovun bacısı Hörmət Fərəcovanın adına Qax rayonu Cəlayır kəndinin ərazisində yerləşən 2,01 ha torpaq sahəsinin Ramilənin əri Tehranın adına özgəninkiləşdirilrniş və alqı-satqı müqaviləsini təşkil edən məbləğ formal olaraq 5000,00 manat göstərilmiş, lakin həmin torpaq sahəsinin real dəyəri qat-qat yuxarı olmuş, sonradan bildiyinə görə Ramiləgil həmin torpaq sahəsini başqa şəxsə satmışdır. Bundan başqa Şahid6 verilən suallara cavab olaraq ifadəsində göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 40700,00 manat, məbləğində pulu Zərərçəkmiş şəxs qaytarmalı, lakin uzun müddətdir həmin qətnamənin icrasından yayınır, Təqsirləndirilən şəxs hazırkı maddi vəziyyəti barədə məlumatı yoxdur, lakin əlaqələri olduğu dövrdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində bir neçə yaşayış otaqları mövcud olmuş və həmin otaqlar onun tərəfindən kirayə verilirmiş, həmçinin vaxtı ilə onun özünə də kirayə qalmaq üçün təklif edilmişdir. Cinayət işinin 1-ci cildinin 9-cu vərəqində olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-7595/2017 saylı icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 40730 manat tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Cinayət işinin 1-ci cildinin 11-20-ci vərəqlərində olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 17 avqust 2017-ci il tarixli, 2(008)-7595/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Təqsirləndirilən şəxs 40730 manat tutularaq Zərərçəkmiş şəxs verilməsi, iddia qalan hissədə rədd olunması qət edilmişdir. Cinayət işinin 1-ci cildinin 21-ci vərəqində olan 10 avqust 2020-ci il tarixli qərara əsasən, Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 17 avqust 2017-ci il tarixli, 2(008)-7595/2017 saylı icra sənədi barədə icraata başlanılması qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 31-37-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 700 manat miqdarında cərimə edilmişdir. Cinayət işinin 1-ci cildinin 47-48-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qərardadı ilə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(008)-7595/2017 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ 01 il müddətinə məhdudlaşdırılması qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 58-59-cu vərəqlərində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərardadı ilə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(008)-7595/2017 saylı qətnaməsinə əsasən borcun hissə-hissə icra edilməsinə dair borclu Təqsirləndirilən şəxs ərizəsi təmin edilməməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 203-2012-ci vərəqlərində olan ödəmə qəbzlərin surətindən görünür ki, icra sənədi üzrə Şahid6 2020-2021-ci illər ərzində Təqsirləndirilən şəxs depozit hesabına ümumilkdə 5600,00 manat məbləğində ödəniş etmişdir. Cinayət işinin 1-ci cildinin 77-78-ci vərəqlərində olan “Elektron icra” sistemindən çıxarışa əsasən, Təqsirləndirilən şəxs yaşa görə aylıq pensiya məbləği 259,78 manat və sosial ödəniş məbiəği 50,00 manat təşkil etmişdir. Cinayət işinin 1-ci cildinin 61-62-ci vərəqlərində olan DMA-nin 3 saylı ərazi Məşğulluq Mərkəzi filialının məktubuna əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin 42 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs “Məşğulluq alt sistemindəki vakansiya bankından münasib işlər (“Lime catering’’ MMC-də əmək haqqı 250-320,00 manat olan qab yuyan və "xxxx" MMC-də əmək haqqı 346-406,00 manat olan qab yuyan) təklif olunmuş, lakin Təqsirləndirilən şəxs cavabında yaşına və səhətinə görə işə götürənlər tərəfindən işlə təmin edilməkdən imtina olunmasını bildirmişdir. Cinayət işinin 1-ci cildinin 183-184-cü vərəqlərində olan İstintaq zamanı Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, X10 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin 11-20, 22, 31-33, 38, 75-81 vərəqlərində olan məhkəmə qətnaməsinin icrası ilə bağlı X4 adına ünvanlanmış tələbi könüllü icra edilməsinə dair bildirişdən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 3(010)- 1284/2020 saylı qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7595/2017 saylı, 17 avqust 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Cinayət işinin 2-ci cildinin 63-66-cı vərəqlərində olan qəbzlərdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7595/2017 saylı, 17 avqust 2017-ci il tarixli qətnaməsi üzrə borclu Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs depozit hesabına icra zamanı 800,00 manat, istintaq zamanı isə 1200,00 manat, ümumilikdə 2000,00 manat məbləğində ödəniş etmişdir. Cinayət işinin 2-ci cildinin 67-68-ci vərəqlərində olan 11 yanvar 2022-ci tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən CM-nin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünür qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur, məhkəmə aktlarını qərəzli icra etməmə, məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır, icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirirə Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar:məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir («İcra haqqında» Qanunun 82.3-cü maddəsi). Məhkəmə aktının qərəzli icrasına mane olmaq anlayışı altında isə şəxsin dövlət orqanı, yerli özünüidarəetmə orqanı, dövlət və bələdiyyə idarəsi, kom-mersiya və ya digər təşkilat tərəfindən məhkəmə aktının vaxtında icra edilmə-məsi üçün qəsdən maneə törədilməsi başa düşülməlidir. Belə maneə müxtəlif yollarla həyata keçirilə bilər: şəxs tərəfindən tabeçiliyində olan şəxslərə məhkəmə qərarını icra etmə-mək barədə göstəriş, sərəncam və əmrlər verilməsi; icra məmurunun və ya məhkəmə qərarını icra etmək səlahiyyəti olan şəxsin məhkəmə qərarını icra etməsinə maneələr yaradılması;məhkəmə qərarının icra edilməsi üçün zəruri olan sənədlərin təqdim edilməməsi; məhkəmə qərarını icra etməli olan şəxslərə məlumatların, o cürr-əei təşkilat və bank hesablarının yerləşdiyi yer barədə məlumat verilməməsi, məhkəmə qərarının icra edilməsinin qarşısını alan və ya onun z'aJ mümkünsüz edən tədbirlər görülməsi. İşdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7595-2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsini, Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına, habelə təkrar olaraq aliment borcunu ödəmək üçün vaxt verilməsi, üzürlü səbəblər olmadan aliment borcunu ödəmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsi ilə cinayət işinin başlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin vasitəsilə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat veriləcəyi barədə bir dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, yenidən qərəzli olaraq icra sənədini icra etməmiş və buna görə də icra qurumu olan Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin rəisinə təqdimat verilmişdir. Bundan əlavə, məhkəmə qeyd edir ki, Press Xalq" qəzetinin baş redaktoru X2 məhkəmə iclasında şahid qismində dindirilməsi ilə əlaqədar zərərçəkmiş şəxsin nümayəndəsinin vəsatətinə münasibətdə məhkmə qeyd edir ki, ibtidai istintaqda verdiyi ifadəsində göstərilən hallar xx.xx.2019-cu il tarixinə, yəni cinayətin predmeti olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7595-2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə mindiyinə qədər olan dövrə aid olduğundan və bununla da məhkəmə istintaqı üzrə araşdırılması üçün hər hansı mühüm əhəmiyyət kəsb etmədiyindən mötəbər sübut kimi hesab edilə bilməz. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydasına əməl olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İlk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halların olub və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsinə görə cəzanı yüngülləşdirən halın mövcudluğu və ağırlaşdıran (müəyyən edilməmişdir) halın mövcud olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 419-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h **********9212327214, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-5/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-5/2023
27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver